Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-14/2024 24.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə, Cavabdeh3 və Cavabdeh2 qarşı kommersiya işi Açar söz: kredit borcunun tutulması, zaminlik Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə, Cavabdeh3 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 162/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı ASC ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RB/KM-1231 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə illik 5 (beş) % faiz dərəcəsi olmaqla 12 ay müddətinə 320.000 ABŞ dolları məbləğində kredit vermişdir xx.xx.2019-cu il tarixli, RB/KM-1231 nömrəli Kredit Müqaviləsinə xx.xx.2020-ci il tarixdə edilmiş 1 saylı Əlavədən görünür ki, xx.xx.2019-cu il tarixli, RB/KM1231 nömrəli kredit müqaviləsinin müddəti 12 aprel 2020-ci il tarixindən 12 Aprel 2021-ci il tarixinədək uzadılmışdır.
2. İddiaçı ASC ilə Cavabdeh2 və X7 arasında bağlanmış 12 aprel 2019-cu il tarixli, RB/KM1231 saylı zaminlik müqavilələrindən görünür ki, zaminlər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RB/KM-1231 saylı kredit müqaviləsinə əsasən kredit almış "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin iddiaçı qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öhdələrinə götürmüşdür.
3. İddiaçı ASC ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RB/KM-1314 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə illik 5 (beş) % faiz dərəcəsi olmaqla 1 (bir) ay müddətinə 200.000 ABŞ dolları məbləğində kredit vermişdir.
4. İddiaçı ASC ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RB/KM-1319 saylı Kredit müqaviləsindən görünür ki, iddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə illik 5 (beş) % faiz dərəcəsi olmaqla 3 (üç) ay müddətinə 600.000 ABŞ dolları məbləğində kredit vermişdir.
5. İddiaçı ASC ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və X7 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RB/KM-1314 saylı və xx.xx.2020-ci il tarixli, RB/KM-1319 saylı zaminlik müqavilələrindən görünür ki, X7 "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında bağlanmış xx.xx.2020- ci il tarixli, RB/KM-1314 saylı və xx.xx.2020-ci il tarixli, RB/KM-1319 saylı Kredit Müqavilələrinə əsasən kredit almış "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin iddiaçı qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öhdələrinə götürmüşdür.
6. AZ-İİ seriyalı 129514 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2020-ci il tarixdə ölmüşdür.
7. Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən 112 nömrəli vərəsəlik işi üzrə verilmiş 2V-6 reyestr nömrəli xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”dən görünür ki, X5 vərəsəsi Cavabdeh3dur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X3 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş şəhadətnaməyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 100% paydan və Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X3 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə verilmiş şəhadətnaməyə əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətində 19% paydan ibarətdir.
8. Bakı şəhəri 18 saylı notariat ofisinin xx.xx.2020-ci il tarixli 946 saylı məktubundan görünür ki, mərhum - X5 xx.xx.2020-ci il tarixdə vəfatı ilə əlaqədar vərəsə - Cavabdeh3 ərizəsi əsasında vərəsəlik işi açılmışdır, vərəsələrin dairəsi müəyyən edilmişdir. Cavabdeh3 mərhumun qanun üzrə vərəsəsidir.
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə, Cavabdeh3 və Cavabdeh2 qarşı cavabdehlərdən 12 aprel 2019-cu il tarixli, RB/KM-1231 saylı kredit müqaviləsi üzrə kreditə görə 170490,77 ABŞ dolları, faiz borcuna görə 3536,22 ABŞ dolları, dəbbə borcuna görə 64000 ABŞ dolları, cəmi 238026,99 ABŞ dollarının, xx.xx.2020-ci il tarixli, RB/KM-1314 saylı kredit müqaviləsi üzrə kreditə görə 200000 ABŞ dolları, faiz borcuna görə 7348,38 ABŞ dolları, dəbbə borcuna görə 40000 ABŞ dolları, cəmi 247348,38 ABŞ dollarının, xx.xx.2020-ci il tarixli, RB/KM-1319 saylı kredit müqaviləsi üzrə kreditə görə 600000 ABŞ dolları, faiz borcuna görə 22500,14 ABŞ dolları, dəbbə borcuna görə 12103,32 ABŞ dolları, cəmi 634603,46 ABŞ dollarının və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 12 aprel 2019-cu il tarixli, RB/KM-1231 saylı kredit müqaviləsinə əsasən illik 5 (beş) % faiz dərəcəsi olmaqla 12 ay müddətinə 320.000 ABŞ dolları məbləğində Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə kredit verilmişdir. 12 aprel 2019-cu il tarixli, RB/KM-1231 saylı kredit müqaviləsi və zaminlik üzrə tərəflər arasında öhdəliklərin icrası müddəti cavabdehlərin xahişi əsasında xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixlərinədək uzadılaraq son icra müddətin sonu göstərilmişdir. Sözügedən kredit müqaviləsi üzrə faiz dərəcəsi isə illik 5 % olduğundan müqavilə müddətinin sonu ilə məhdudlaşmır və əsas öhdəliklər tam icra edilənə qədər hesablanır. 12 aprel 2019-cu il tarixli, RB/KM-1231 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh X7 və Cavabdeh2 ilə İddiaçı ASC arasında 12 aprel 2019- cu il tarixli, RB/KM1231 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə zamin və borclu 12 aprel 2019-cu il tarixli, RB/KM-1231 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar. Bundan başqa iddiaçı ilə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2020- ci il tarixli, RB/KM- 1314 saylı kredit müqaviləsi imzalanmış və Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə illik 5 (beş) % faiz dərəcəsi olmaqla 1 (bir) ay müddətinə 200000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli, RB/KM-1314 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh X7 ilə İddiaçı ASC arasında xx.xx.2020-ci il tarixli, RB/KM-1314 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə zamin və borclu xx.xx.2020-ci il tarixli, RB/KM-1314 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar. Daha sonra iddiaçı ilə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti arasında xx.xx.2020-ci il tarixli, RB/KM1319 saylı kredit müqaviləsi imzalanmış və Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinə illik 5 (beş) % faiz dərəcəsi olmaqla 3 (üç) ay müddətinə 600000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2020-ci il tarixli, RB/KM-1319 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh X7 ilə İddiaçı ASC arasında xx.xx.2020-ci il tarixli, RB/KM-1319 saylı zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə zamin və borclu xx.xx.2020-ci il tarixli, RB/KM-1319 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə birgə məsuliyyət daşıyırlar. X1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onun varisi Cavabdeh3dur. Odur ki, hal-hazırda Cavabdeh3 atasının əvəzinə cavabdeh kimi işə cəlb edilmişdir. Hər üç kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. 05 may 2021-ci il tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətinin 12 aprel 2019-cu il tarixli, RB/KM-1231 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 170490,77 ABŞ dolları, faiz borcuna görə 3536,22 ABŞ dolları, dəbbə borcuna görə 64000 ABŞ dolları, borcun cəmi məbləği 238026,99 ABŞ dolları, xx.xx.2020-ci il tarixli, RB/KM-1314 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 200.000 ABŞ dolları, faiz borcuna görə 7348,38 ABŞ dolları, dəbbə borcuna görə 40000 ABŞ dolları, borcun cəmi məbləği 247348,38 ABŞ dolları, xx.xx.2020-ci il tarixli, RB/KM-1319saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 600000 ABŞ dolları, faiz borcuna görə 22500,14 ABŞ dolları, dəbbə borcuna görə 12103,32 ABŞ dolları, borcun cəmi məbləği 634603,46 ABŞ dolları təşkil edir.
11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-162/2022 nömrəli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia qismən təmin edilmiş, cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən, Cavabdeh3 və Cavabdeh2 12 aprel 2019-cu il tarixli RB/KM-1231 saylı Kredit müqaviləsi üzrə kreditə görə 169872,06 ABŞ dolları, faiz borcuna görə 2932,69 ABŞ dolları, dəbbə borcuna görə 8000 ABŞ dolları, cəmi 180804,75 ABŞ dolları, cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən və Cavabdeh3 xx.xx.2020-ci il tarixli RB/KM-1314 saylı Kredit müqaviləsi üzrə kreditə görə 200000 ABŞ dolları, faiz borcuna görə 5736,66 ABŞ dolları, dəbbə borcuna görə 10000 ABŞ dolları, cəmi 215736,66 ABŞ dolları, xx.xx.2020-ci il tarixli RB/KM-1319 saylı Kredit müqaviləsi üzrə kreditə görə 600000 ABŞ dolları, faiz borcuna görə 13833,43 ABŞ dolları, dəbbə borcuna görə 10000 ABŞ dolları, cəmi 623833,43 ABŞ dolların ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
12. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə xətşünaslıq və məhkəmə mühasibatlıq ekspertizaları təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 4/1062 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, işin 133-137-ci vərəqlərində olan xx.xx.2019-cu il tarixli RB/KM-1231 nömrəli kredit müqaviləsinin 2-4-cü vərəqlərinin aşağı hissəsindəki 2-ci imzalar, 5-ci vərəqinin yuxarı hissəsində “Zamin’’ qrafasında “Абушов Ajaз” yazıları və qarşısındakı imza, həmin vərəqin aşağı sağ hissəsində “8.4 Cavabdeh2” qrafasındakı imza; 138-141 –ci vərəqlərində olan xx.xx.2019-cu il tarixli RB/KM-1231 nömrəli Zaminlik müqaviləsinin 1-3-cü vərəqlərinin aşağı hissəsindəki 2-ci imzalar, 4-cü vərəqinin yuxarı hissəsində '‘Zamin" qrafasında “Абушов Ajaз” yazıları və qarşısındakı imza, həmin vərəqin aşağı sağ hissəsində '‘9.3 Cavabdeh2” qrafasındakı imza; 164-cü vərəqində olan xx.xx.2019-cu il tarixli RB/KM-1231 nömrəli “Kredit müqaviləsinin müddətinin uzadılması haqqında xx.xx.2020-ci il tarixli əlavə razılaşmada “Zamin Cavabdeh2” qrafasındakı imza - Cavabdeh2 tərəfindən icra olunmuşdur.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7468 saylı rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tərəflər arasında imzalanmış 12 aprel 2019-cu il tarixli, RB/KM- 1231 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı ASC-yə iddia ərizəsində borcun hesablandığı xx.xx.2021-ci il tarixə olan borcu əsas borcu 169872,06 ABŞ dolları, faiz borcu 2932,69 ABŞ dolları, 01 oktyabr 2020-ci il tarixli, RB/KM-1314 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı ASC-yə iddia ərizəsində borcun hesablandığı xx.xx.2021-ci il tarixə olan əsas borcu 200000,00 ABŞ dolları, faiz borcu 5736,66 ABŞ dolları, 19 oktyabr 2020-ci il tarixli, RB/KM-1319 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı ASC-yə iddia ərizəsində borcun hesablandığı xx.xx.2021-ci il tarixə olan əsas borcu 600000,00 ABŞ dolları, faiz borcu 13833,43 ABŞ dolları müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 200 manat təşkil etmişdir.
14. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, iddiaçı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, X7 və Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, RB/KM-1231 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə illik 5 (beş) % faiz dərəcəsi olmaqla 12 ay müddətinə 320.000 ABŞ dolları məbləğində kredit vermişdir. Eyni zamanda iddiaçı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh2 arasında 12 aprel 2019-cu il tarixli, RB/KM1231 saylı zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RB/KM1231 saylı kredit müqaviləsinə əsasən kredit almış "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin iddiaçı qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öhdəsinə götürmüşdür. İddiaçı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh2 və X7 arasında xx.xx.2019-cu il tarixli, RB/KM-1231 nömrəli kredit müqaviləsinə 1 saylı Əlavə bağlanaraq xx.xx.2019-cu il tarixli, RB/KM-1231 nömrəli kredit müqaviləsinin müddəti 12 aprel 2020-ci il tarixindən 12 Aprel 2021-ci il tarixinədək əsas məbləğ üzrə ödəniş müddətin sonu ödənilməklə uzadılmışdır. İddiaçı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və X7 arasında xx.xx.2020-ci il tarixli, RB/KM-1314 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə illik 5 (beş) % faiz dərəcəsi olmaqla 1 (bir) ay müddətinə 200000 ABŞ dolları məbləğində kredit vermişdir. İddiaçı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və X7 arasında xx.xx.2020-ci il tarixli, RB/KM-1319 saylı Kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə illik 5 (beş) % faiz dərəcəsi olmaqla 3 (üç) ay müddətinə 600000 ABŞ dolları məbləğində kredit vermişdir. Eyni zamanda iddiaçı ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və X7 arasında xx.xx.2020-ci il tarixli, RB/KM-1314 saylı və xx.xx.2020-ci il tarixli, RB/KM- 1319 saylı Zaminlik müqavilələri bağlanmış və müqavilələrə əsasən X7 "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RB/KM-1314 saylı və xx.xx.2020-ci il tarixli, RB/KM-1319 saylı Kredit Müqavilələrinə əsasən kredit almış "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin iddiaçı qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öhdələrinə götürmüşdür. X7 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Cavabdeh3 X5 qanun üzrə vərəsəsidir. Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən kreditlər üzrə ödənişlər aparılmamış, Kredit Müqavilələrinin tələblərinə əməl olunmamış, kreditlər ödənilməmişdir. Nəticədə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin iddiaçıya borcu yaranmışdır.
15. Məhkəmə qeyd etmişdir ki, cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin iddiaçıya xx.xx.2020-ci il tarixli, RB/KM-1314 saylı və xx.xx.2020-ci il tarixli, RB/KM-1319 saylı Kredit Müqavilələri üzrə olan əsas kredit borcları iş materialları və ekspert rəyi ilə təsdiq olunduğundan həmin məbləğlər iddiaçının xeyrinə tutulmalıdır.
16. Məhkəmə iclasında tədqiq olunan ekspert rəyi və işin materiallarında olan sənədlərlə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2019-cu il tarixli, RB/KM- 1231 saylı Kredit müqaviləsi üzrə iddiaçıya olan əsas kredit borcu 169872,06 ABŞ dolları məbləğində müəyyən olunduğundan məhkəmə hesab etmişdir ki, göstərilən kredit müqaviləsi üzrə əsas kredit borcunun ekspert rəyi ilə müəyyən edilmiş məbləği tutulmaqla iddia göstərilən hissədə qismən təmin edilməlidir.
17. Faiz borcu ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı 12 aprel 2019-cu il tarixli, RB/KM1231 saylı Kredit müqaviləsi üzrə 3536,22 ABŞ dolları, xx.xx.2020-ci il tarixli, RB/KM1314 saylı Kredit müqaviləsi üzrə 7348,38 ABŞ dolları, xx.xx.2020-ci il tarixli, RB/KM1319 saylı Kredit müqaviləsi üzrə 22500,14 ABŞ dolları faiz borcları tələb etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022ci il tarixli 9/7468 saylı ekspert rəyi ilə cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin iddiaçıya ödəməli olduğu faiz borcları 12 aprel 2019-cu il tarixli RB/KM-1231 saylı Kredit müqaviləsi üzrə 2932,69 ABŞ dolları, xx.xx.2020-ci il tarixli RB/KM-1314 saylı Kredit müqaviləsi üzrə 5736,66 ABŞ dolları, xx.xx.2020-ci il tarixli RB/KM-1319 saylı Kredit müqaviləsi üzrə 13833,43 ABŞ dolları məbləğlərində müəyyən olunmuşdur.
18. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin tələb tərəflər arasında bağlanmış krеdit müqavilələrindən irəli gəlir. Belə ki, krеdit müqavilələrinin 6.2-ci bəndlərinə əsasən cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cərimə ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulu məbləğləri yaranmış borc məbləğlərinə görə tənasübsüz surətdə yüksək məbləğlər olduğundan, onların məbləğlərini azaldaraq 12 aprel 2019-cu il tarixli RB/KM-1231 saylı kredit müqaviləsi üzrə 8000 ABŞ dolları, xx.xx.2020-ci il tarixli RB/KM1314 saylı kredit müqaviləsi üzrə 10000 ABŞ dolları və xx.xx.2020-ci il tarixli RB/KM-1319 saylı kredit müqaviləsi üzrə 10000 ABŞ dolları həddlərində müəyyən edilməklə tutulması ədalətlidir.
19. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iddiaçı hər üç kredit müqavilələri üzrə yaranmış borcların "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə yanaşı zaminlər Cavabdeh3 və X5 qanun üzrə vərəsəsi Cavabdeh2 müştərək qaydada tutulmasını xahiş etmişdir. Lakin məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 yalnız 12 aprel 2019-cu il tarixli RB/KM-1231 saylı Kredit müqaviləsi üzrə zamin olmuş, digər kredit müqavilələri üzrə tərəf olmamışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, Cavabdeh2 ancaq 12 aprel 2019-cu il tarixli RB/KM-1231 saylı Kredit müqaviləsi üzrə yaramış borc məbləğinin ödənilməsi tələb oluna bilər.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
20. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-162/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
21. Cavabdeh3 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə cavabdeh – "xxxx" QSC arasında 3 (üç) kredit müqaviləsi bağlanılıb. Hər üç müqavilə üzrə eyni tarixli və eyni saylı zaminlik müqavilələri də bağlanıb ki, burada cavabdeh (borclu) müəssisənin direktoru olan X7 fiziki şəxs kimi əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürüb. Halbuki, mövcud qanunvericilik belə bir zaminlik əqdlərinin bağlanmasını əsaslı və qanuni hesab etmir. Çünki təqdim edilən xx.xx.2019-cu il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli kredit müqavilələri və zaminlik müqavilələri bağlanarkən iddiaçı – İddiaçı ASC nəzərə almayıb ki, borcalan həmin hüquqi şəxsin direktoru və zamin əslində eyni şəxsdir. Həmçinin iddiaçı – İddiaçı ASC təminatın qiymətləndirilməsi zamanı ən azı təminat qismində zamin çıxış etdikdə, zaminin eyni anda bir neçə kredit müqaviləsi üzrə zamin olmasına, habelə borcalan ilə zaminin bir-birinin kreditləri üzrə qarşılıqlı zamin olmasına diqqət etməli idi. Bütün bunlar onu göstərir ki, əslində qeyd edilən zaminlik müqavilələri formal xarakter daşıyıb və əsl niyyət həqiqətən də zaminin təminatçı rolunda çıxış etməsi olmayıb. Çünki pul vəsaitindən yararlanan cavabdeh - "xxxx" QSC-nin hesablarında təminat üçün həmişə kifayət qədər böyük pul vəsaitləri, həmçinin bu kredit müqaviləsinin təminatı üçün o məbləğdən də dəfələrlə çox dəyəri olan daşınar və daşınmaz əmlaklar mövcud olub. Belə olan halda, bu qədər böyük bir pul vəsaiti üçün şirkətin direktorunun həm də fiziki şəxs olaraq zamin olması əlbəttə ki, iddiaçı bankın əsl niyyətdən kənara çıxmasının göstəricisidir. Buna görə də həmin zaminlik müqavilələri etibarsızdır. Lakin işə baxan məhkəmə mübahisənin həllində olduqca əhəmiyyətə malik bu faktları görməzdən gəlib: sözügedən hər üç zaminlik müqavilələrinə etibarlı əqd kimi yanaşıb və sonda mərhum X5 hüquqi varisi olan cavabdeh – Cavabdeh3 hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul edib. b) xx.xx.2020-ci il tarixli, RB/KM-1314 saylı kredit müqaviləsi və xx.xx.2020-ci il tarixli, RB/KM-1319 saylı kredit müqaviləsinin etibarsızlığına dair: xx.xx.2019-cu il tarixli, RB/KM-1231 saylı kredit müqaviləsi bağlanmasına dair cavabdeh - "xxxx" QSC-nin təsisçilərinin ümumi yığıncağının qərarı mövcud olsa da, digər iki müqavilə - xx.xx.2020-ci il tarixli, RB/KM- 1314 saylı və xx.xx.2020-ci il tarixli, RB/KM-1319 saylı kredit müqaviləsi bağlanmazdan öncə cavabdeh - "xxxx" QSC-nin təsisçilərinin ümumi yığıncağı keçirilməyib və müvafiq qərar qəbul edilməyib. Halbuki, "xxxx" QSC-nin Nizamnaməsinin 5.3.13-cü bəndinə əsasən, cəmiyyətin fəaliyyət qaydalarının müəyyən edilməsi və cəmiyyətin illik biznes və maliyyə planının qəbul və təsdiq edilməsi səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli kredit müqavilələri bağlanarkən hüquqi şəxsin səlahiyyətli idarəetmə orqanının kreditin alınması haqqında müvafiq qərarı, eləcə də səhmdarların əksəriyyətinin razılığı(imzaları) mövcud deyil. Sözügedən kredit müqavilələrini birbaşa imzalayan həmin hüquqi şəxsin direktoru həm də eyni tarixli, eyni saylı zaminlik müqavilələri üzrə zamin dayanıb. Bu isə onu deməyə əsas verir ki, "xxxx" QSC-nin səhmdarlarının əksəriyyətinin razılığı olmadan direktor hüquqi şəxsin maraqlarına zidd çıxış edib. Halbuki, "xxxx" QSC-nin Nizamnaməsinin 6.3.7-ci bəndinə əsasən, hər hansı əqdin bağlanması nəticəsində Baş direktorun maraqları ilə Cəmiyyətin maraqlarının ziddiyyətə girməsi halında cəmiyyət adından və tərəfindən belə əqdin bağlanmasına icazə verilməsi baş direktora həvalə oluna bilməz. Odur ki, qeyd edilən bütün faktiki və hüquqi arqumentlərin işığında görünən odur ki, iddiaçı ilə cavabdeh “"xxxx" QSC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, RB/KM-1314 saylı və xx.xx.2020ci il tarixli, RB/KM-1319 saylı kredit müqavilələri etibarsızdır. Lakin işə baxan məhkəmə mübahisənin ədalətli həllində mühüm rol oynayan bu faktı gözardı etməklə qanunazidd qətnamə qəbul edib.
22. Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ASC və cavabdeh "xxxx" QSC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, RB/KM-1231 saylı “Kredit müqaviləsi”nə əsasən illik 5% olmaqla 320.000 ABŞ dolları məbləğində pul vəsaiti 12 ay müddətinə borcluya kredit verilib. Həmin müqavilənin icrasının təmini üsulu kimi borclu şirkətin təsisçiləri - X7 və Cavabdeh2 ilə eyni tarixli və eyni saylı zaminlik müqaviləsi də bağlanıb. Bildiririk ki, hazırki kredit və zaminlik müqavilələri ilə bağlı məhkəmə mübahisələri başlanılanadək Cavabdeh2 xx.xx.2019-cu il tarixli, RB/KM-1231 saylı “Zaminlik müqavilə”sinin mövcudluğundan xəbərsiz olmuşdur. Cavabdeh2 "xxxx" QSC-nin təsisçilərindən biridir. O cəmiyyətdə 21 % paya malikdir. "xxxx" QSC-nin təsisçilərinin xx.xx.2019-cu il tarixli ümumi yığıncağın qərarına əsasən, İddiaçı ASC-dən 320.000,00 (üç yüz iyirmi min) ABŞ dolları kredit götürülməsi və həmin kreditin təminatı olaraq Cavabdeh3 mülkiyyətində olan iki ədəd daşınmaz əmlakın girov qoyulması qərara alınıb. Cavabdeh2 Cəmiyyətin ümumi yığıncağında iştirak etmiş, həm də ümumi yığıncağın katibi olmuşdur. Göründüyü kimi, ümumi yığıncağın qərarında kredit müqaviləsi üzrə Cavabdeh2 və ya digər bir şəxsin zamin olması deyil, konkret olaraq müəyyən əmlakların girov qoyulması nəzərdə tutulmuşdur. Cavabdeh2 təsisçi kimi kredit müqaviləsi üzrə müəyyən daşınmaz əmlakların girov qoyulması haqda qərar qəbul etdikdən sonra özünün həmin müqavilə üzrə zamin kimi cəlb edilib onunla zaminlik müqaviləsinin bağlanması heç məntiqli deyil. Həmçinin Cavabdeh2 zamin olması ilə bağlı hər hansı bir iradə ifadəsi olmayıb. Eyni zamanda iş materiallarında olan əsas kredit müqaviləsinə edilmiş xx.xx.2020-ci il tarixli əlavə razılaşma ilə tanış olduğumuz zaman, zaminlik müqaviləsində və əlavə razılaşmada olan Cavabdeh2 məxsus olduğu iddia olunan imzaların bir-birindən açıq şəkildə fərqləndiyi aydın görünür. Belə ki, Cavabdeh2 onunla İddiaçı ASC arasında xx.xx.2019-cu il tarixli, RB/KM-1231 saylı “Zaminlik müqavilə”sinin harada və hansı şəraitdə bağlanmasından xəbərsizdir. Cavabdeh2 həmin müqavilə ilə tanış olduqda zaminlik müqaviləsindəki və əlavə razılaşmadakı imzaların ona məxsus olmadığı müəyyən olmuşdur. Qeyd olunan bu əsaslarımızı birinci instansiya məhkəməsində bildirməyimizə baxayaraq, dəlillərimizə məhkəmə tərəfindən heç bir qiymət verilməmişdir. Əksinə tərəflər arasında olan başqa iş üzrə qanuni qüvvəyə minmiş qərar olmadığı halda həmin iş üzrə ekspert rəyinə istinad etmişdir. Həmin işin Bakı Apellyasiya Məhkəməsinin icraatında olduğunu (iş nömrəsi: 2(103)-539/2023) ekspert rəyləri arasında ziddiyət olduğu üçün məhkəmə tərəfindən təkrar ekspertizanın keçirilməsi ilə bağlı qəbul edilmiş qərardadı məhkməyə təqdim edərək iş üzrə icraatın dayandırılmasını tələb etsəkdə məhkəmə bu vəsatətimizi təmin etməmişdir. Nəticə etibarilə Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlandığı iddia olunan xx.xx.2019-cu il tarixli, RB/KM- saylı “Zaminlik müqaviləsi” və xx.xx.2020-ci il tarixli əlavə razılaşmadakı imzalar Cavabdeh2 məxsus olmadığından həmin əqd və əlavə razılaşma üzrə ona qarşı hər hansı tələbin yönədilməsinin hüquqi əsası yoxdur. İddiaçı ASC və cavabdeh "xxxx" QSC arasında bağlanmış xx.xx.2019-cu tarixli kredit müqaviləsinin bağlanması ilə bağlı "xxxx" QSC-nin təsisçilərinin ümumi yığıncağının qərarı(xx.xx.2019cu il tarixli) olsa da, digər iki müqavilə ümumi yığıncağın qərarı (razılığı) olmadan bağlanmışdır. Buda öz növbəsində "xxxx" QSC-nin təsisçisi kimi Cavabdeh2 maraqlarına ziddir. "xxxx" QSC-nin nizamnaməsinin 5.3.13-cü bəndinə əsasən, cəmiyyətin fəaliyyət qaydalarının müəyyən edilməsi və cəmiyyətin illik biznes və maliyyə planının qəbul və təsdiq edilməsi səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Nizamnamənin 6.3.7-ci bəndinə əsasən, hər hansı əqdin bağlanması nəticəsində Baş direktorun maraqları ilə Cəmiyyətin maraqlarının ziddiyyətə girməsi halında cəmiyyət adından və tərəfindən belə əqdin bağlanmasına icazə verilməsi baş direktora həvalə oluna bilməz. İşin hallarından aydın şəkildə görünür ki, İddiaçı ASC və cavabdeh "xxxx" QSC arasında xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli kredit müqavilələri, kreditin götürülməsi ilə bağlı təsisçilərin ümumi yığıncağının qərarı ( razılığı) olmadan bağlandığı üçün etibarsızdır. Nəticə etibarilə xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli kredit müqavilələri etibarsız olduğundan həmin müqavilələr üzrə iddia tələbi də rədd edilməli idi. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsidə verilmiş iddia tələbinə dair etiraz ərizəsindən görünür ki, cavabdeh xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin, xx.xx.2020-ci il və xx.xx.2020- ci il tarixli kredit müqavilələrinin etibarlılığını mübahisləndirmişdir. Belə ki, etiraz ərizəsində xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli kredit müqavilələrinin təsisçilərin razılığı olmadan bağlandığını üçün həm Mülki məcəllənin, həm də cəmiyyətin nizamnaməsinin tələblərinə zidd olaraq bağlanmışdır. "xxxx" QSC-nin nizamnaməsinin 5.3.13-cü bəndinə əsasən, cəmiyyətin fəaliyyət qaydalarının müəyyən edilməsi və cəmiyyətin illik biznes və maliyyə planının qəbul və təsdiq edilməsi səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Nizamnamədən göründüyü kimi cəmiyyətin maliyyə ilə bağlı olan bütün məsələlər səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilmişdir. xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsində və ona əlavədə olan imzaların cavabdehə məxsus olmadığını qeyd etsə də məhkəmə iş üzrə həqiqəti müəyyən etmək üçün (əqdin etibarlılığını müəyyən etmək üçün) müvafiq ekspertiza təyin etməmişdir. Əksinə qanunsuz olaraq qanuni qüvvəyə minmiş qərar olmayan məhkəmə işi üzrə ekspert rəyinə istinad etmişdir. Bütün qeyd olunanlar onu göstərir ki, məhkəmə qeyd olunan maddənin tələblərini pozmaqla iş üzrə qərar qəbul etmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
23. İddiaçı nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
24. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında iştirak etməmişdirlər. Cavabdeh2 nümayəndəsi və vəkili Y,Əhmədov, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 əvvəlki məhkəmə iclaslarında apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etmişlər.
25. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddə- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddə- əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 467-ci maddə- məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739.1-ci maddə-(əvvəlki redaksiya) borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddə- borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 470.1-ci maddə-zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddə-borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddə-əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddə-birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 474.1-ci maddə-əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
26. Qətnamə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən qismən – iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən qismən həmin hissədə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
27. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-162/2022 saylı qətnaməsi faiz borcu tutulması hissəsində dəyişdirilərək cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh3 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx.xx.20219-cu il tarixli müqavilə üzrə 2390,04 ABŞ dolları, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 833,33 ABŞ dolları, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 5000,10 ABŞ dolları faiz borcu tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. İşin sübutlar əsasında müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ASC ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında 3 kredit müqaviləsi bağlanmışdır: -xx.xx.2019-cu il tarixli, RB/KM-1231 saylı kredit müqaviləsi – bu müqaviləyə əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə illik 5 (beş) % faiz dərəcəsi olmaqla 12 Aprel 2021-ci il tarixinədək (1 saylı Əlavə ilə müddət uzadılmışdır) 320.000 ABŞ dolları məbləğində kredit verilmiş, kredit öhdəliyinin icrasının təmin edilməsi üçün təsisçi Cavabdeh2 ilə 12 aprel 2019-cu il tarixli, RB/KM1231 saylı “Zaminlik müqaviləsi” bağlanmışdır. -xx.xx.2020-ci il tarixli, RB/KM-1314 saylı kredit müqaviləsi- bu müqavilə əsasında "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə illik 5 (beş) % faiz dərəcəsi olmaqla 1 (bir) ay müddətinə 200.000 ABŞ dolları məbləğində kredit verilmiş, kredit öhdəliyinin təminatı olaraq təsisçi X7 arasında xx.xx.2020-ci il tarixli, RB/KM-1314 saylı zaminlik müqaviləsi bağlanmışdır. - xx.xx.2020-ci il tarixli, RB/KM-1319 saylı kredit müqaviləsi- bu müqavilə əsasında "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə illik 5 (beş) % faiz dərəcəsi olmaqla 3 (üç) ay müddətinə 600.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təminatı olaraq təsisçi X7 arasında xx.xx.2020-ci il tarixli, RB/KM-1319 saylı zaminlik müqaviləsi bağlanmışdır.
29. Eyni zamanda işin mübahisəsiz halıdır ki, zamin X7 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir və Cavabdeh3 onun vərəsəsidir.
30. Məhkəmə hesab edir ki, zaminlərin apellyasiya şikayətlərində irəli sürdükləri dəlillər iddianın onlara qarşı hissədə rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hər iki apellyasiya şikayətində qeyd edilir ki, zaminlik müqavilələri etibarsız əqdlərdir. Cavabdeh3 bu mövqeyini belə əsaslandırır ki, "xxxx" QSC-nin təsisçilərinin xx.xx.2019-cu il tarixli ümumi yığıncağın qərarına əsasən, İddiaçı ASC-dən kredit götürülməsi və həmin kreditin təminatı olaraq Cavabdeh3 mülkiyyətində olan iki ədəd daşınmaz əmlakın girov qoyulması qərara alındığı halda təsisçi ilə zaminlik müqaviləsi bağlanmışdır. Borcalan hüquqi şəxsin direktoru və zamin əslində eyni şəxs olduğundan belə zaminlik müqaviləsinin bağlanması qanuna uyğun olmamışdır. Məhkəmə bu dəlillə bağlı qeyd edir ki, qanunda direktorun hüquqi şəxsin öhdəliklərinə görə zamin olmasını qadağan edən hər hansı norma yoxdur. Cavabdeh apellyasiya şikayətində MM-nin 337.1-ci maddəsinə istinad edərək (bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdin etibarsızdır) zaminlik müqavilələrinin etibarsız əqd hesab edilməsini xahiş etsə də, müqavilələrin Mülki Məcəllənin hansı normasının pozulması ilə bağlandığını göstərə bilməmişdir. Zaminlik müqavilələrinin formal xarakter daşıması barədə mülahizələr isə əsaslı sübutlarla təsdiq edilmir.
31. xx.xx.2020-ci il tarixli, RB/KM-1314 saylı və xx.xx.2020-ci il tarixli, RB/KM-1319 saylı kredit müqavilələrinin "xxxx" QSC-nin təsisçilərinin ümumi yığıncağının qərarı olmadan bağlandığı və hüquqi şəxsin nizamnaməsinin 5.3.13-cü bəndinin tələbi pozunması əsası ilə etibarsız əqd hesab edilməli olduğuna dair dəlilləri məhkəmə tərəfindən əsassız hesab edilir. Belə ki, MM-nin 354.2-ci maddəsinə əsasən Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu normada müəyyən edilmiş müddət kəsici müddətdir. Hazırkı halda kredit müqavilələri bağlandığı vaxtdan borcalan "xxxx" QSC tərəfindən mübahisələndirilməmiş, həmin müqavilələr əsasında götürülmüş kredit vəsaitindən istifadə edilmişdir.
32. Cavabdeh2 apellyasiya şikayətində əsas kredit müqaviləsinə edilmiş xx.xx.2020-ci il tarixli əlavə razılaşma ilə tanış olduqları zaman, zaminlik müqaviləsində və əlavə razılaşmada olan Cavabdeh2 məxsus olduğu iddia olunan imzaların bir-birindən açıq şəkildə fərqləndiyinin aydın göründüyünü, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, RB/KM- 1231 saylı “Zaminlik müqavilə”sinin harada və hansı şəraitdə bağlanmasından xəbərsiz olduğunu göstərmişdir. İşə apellyasiya qaydasında baxılakən müəyyən edilmişdir ki, Cavabdeh3 və müstəqil tələb irəli sürən üçüncü şəxs qismində Cavabdeh2 tərəfindən İddiaçı ASC-yə qarşı iddia qaldırılaraq zaminlik müqavilələrinin və əlavə razılaşmanın etibarsız hesab edilməsi xahiş edilmiş, bu iddia Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə baxılmamış saxlanılmışdır. Həmin mübahisəyə baxılarkən iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin 2- 4-cü vərəqlərinin aşağı hissəsində sağdan 2-ci imzalar, 5-ci vərəqinin yuxarı hissəsində “zamin” qrafasında “Абушов Аjаз” yazıları və qarşısındakı imza və “8.4 Zamin” qrafasında “Cavabdeh2” yazılarından aşağıda yerləşən imza; xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin 1-3-cü vərəqlərinin aşağı hissəsində sağdan 2-ci imzalar, 4-cü vərəqinin yuxarı hissəsində “Zamin” qrafasında “Абушов Аjаз” yazıları və qarşısındakı imza və “9.3cü zamin” qrafasında “Cavabdeh2” yazılarından aşağıda yerləşən imza, xx.xx.2019-cu il tarixli “Kredit müqaviləsi”nin müddətinin uzadılması barədə xx.xx.2020-ci il tarixli Əlavə razılaşmada “Zamin Cavabdeh2” qrafasındakı imza Cavabdeh2 tərəfindən icra olunmuşdur.
33. İşə apellyasiya qaydasında baxılarkən müqavilələrdəki imzaların yenidən yoxlanılması üçün iş üzrə xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin 2, 3, 4-cü vərəqlərinin aşağısında sağdan 2-ci imzalar, 5-ci vərəqində “Абушов Аjаз” əlyazmaları, qarşısındakı imza və “8.4 Zamin” bölməsindəki imza; xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin 1-3cü vərəqlərinin aşağısında soldan sağa 2-ci imzalar, 4-cü vərəqində “Абушов Аjаз” bölməsindəki imza və “9.3-cü zamin” bölməsindəki imza, 164-cü vərəqində olan xx.xx.2019-cu il tarixli “Kredit müqaviləsi”nin müddətinin uzadılması barədə xx.xx.2020-ci il tarixli Əlavə razılaşmada “Zamin Cavabdeh2” qrafasındakı imza Cavabdeh2 tərəfindən icra olunmuşdur. Məhkəmə ekspert rəyinə əsasən hesab edir ki, Cavabdeh2 müqavilələrdəki imzaların ona aid olmadığına dair dəlillərinin həqiqətə uyğun olmadığı ekspert rəyi ilə təsdiq edildiyindən apellyasiya şikayəti bu hissədə də əsassızdır.
34. İşə apellyasiya qaydasında baxılarkən kredit müqavilələri üzrə faiz borclarının öhdəliklərin icra müddətlərinin bitdiyi tarixədək hesablanması üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli müqavilə üzrə öhdəliyin icra müddətinin bitdiyi tarixə (xx.xx.2021-ci il tarixə) cavabdehin faiz borcu 504,16 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə öhdəliyin icra müddəti bitdiyi xx.xx.2020-ci il tarixə 833,33 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə isə öhdəliyin icra müddəti bitdiyi xx.xx.2021-ci il tarixə 5000,10 manat təşkil etmişdir.
35. “ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarından görünür ki, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, MM-in 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Məhkəmə hesab edir ki, müqavilə qüvvədən düşdükdən sonra bankın borcalan və zaminlərdən müqavilə üzrə faizlərin ödənilməsini tələb etmək hüququ olmadığından birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə cavabdehlərdən faiz borcu tutulması hissəsində dəyişdirilməli, cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh3 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx.xx.20219-cu il tarixli kredit müqaviləsi üzrə 2390,04 ABŞ dolları, cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən və Cavabdeh3 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 833,33 ABŞ dolları, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 5000,10 ABŞ dolları faiz borcu tutulmalıdır.
36. Əsas borc və dəbbə pulu borcu ilə bağlı hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Kredit müqavilələrinin 13.3-cü bəndində qeyd edilir ki, “kreditin ödəniş cədvəli” üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1% məbləğində gecikmənin birinci günündən başlayaraq gündəlik olaraq cərimə hesablanır. Eyni zamanda 2-ci bənddə nəzərdə tutulur ki, müqavilənin müddəti bitdikdə və borc alan kredit borcunu ödəmədikdə kreditin ödənilməyən əsas məbləği üçün faizlər müqavilənin 2.3-cü bəndində göstərilən faiz dərəcəsinin 2 qatı həcmində, yəni 10 faiz borc tam ödənilən günədək hesablanır və borc alan tərəfindən tam ödənilməlidir. Göründüyü kimi, müqavilədə həm müqavilənin qüvvədə olduğu müddətdə ödənişlərin qrafik üzrə həyata keçirilməməsinə görə, həm də müqavilənin müddəti bitdikdən sonra öhdəliyin icra edilməməsinə görə cərimə ödənişi nəzərdə tutulmuşdur. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən bank tərəfindən öhdəliyin icra edilməməsinə görə bank tərəfindən tələb edilən dəbbə pulu məbləği MM-nin 467-ci maddəsinə əsasən azaldılmaqla əsas borcun 5% həddində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, dəbbə pulu borcunun tam rədd edilməsi üçün əsaslar olmadığından və 467ci maddənin tələbinə görə əsas borcla dəbbə pulu məbləği arasında tənasüb müəyyənləşdirilərkən borclu ilə yanaşı eyni zamanda kreditorun da əsaslı mənafeyi nəzərə alınmalı olduğundan bu hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
37. MPM-nin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Məhkəmə qeyd edilən normanın tələbinə əsasən hesab edir ki, işə apellyasiya qaydasında baxılarkən təyin edilmiş ekspertizalara görə 427 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır.
38. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 162/2022 saylı qətnaməsi faiz borcu tutulması hissəsində dəyişdirilərək cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh3 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx.xx.20219-cu il tarixli müqavilə üzrə 2390,04 ABŞ dolları, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 833,33 ABŞ dolları, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 5000,10 ABŞ dolları faiz borcu tutulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-162/2022 nömrəli qətnaməsi faiz borcu tutulması hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyəti, Cavabdeh3 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx.xx.20219-cu il tarixli kredit müqaviləsi üzrə 2390,04 ABŞ dolları, cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən və Cavabdeh3 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 833,33 ABŞ dolları, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 5000,10 ABŞ dolları faiz borcu tutulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. 427 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 Qapalı Səhmdar Cəmiyyətindən, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.