Məhkəmə qərarları › İş №2-2(103)-140/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-140/2024

20.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-140/2024 20.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı X3 Cavabdehnə qarşı “əşyaların geri qaytarılması və s.” tələbinə dair ilk və iddiaçı Cavabdeh X5 qarşı “borcun ödənilməsi və s.” tələbinə dair qarşılıqlı iddia barədə kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X9 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X6, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehin nümayəndəsi X10, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1245/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı X7 və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İcarəyə verən Cavabdeh ilə icarəçi X7 arasında xx.xx.2021-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icarəyə verən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 304,7 kv.m olan qeyri-yaşayış binasının 120 kv.m hissəsini xx.xx.2023-cü il tarixədək icarəçiyə icarəyə verməyi, icarəçi də bunun qarşılığında icarəyə verənə aylıq 120 manat icarə haqqı ödəməyi, icarəçi isə xx.xx.2022-ci il tarixdən əvvəl çıxarsa sonrakı altı aylıq icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür.

2. İcarəçi 2021-ci ilin oktyabr ayından qeyri-yaşayış sahəsindən istifadə etmir. Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı X7 Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən ona məxsus olan 82 kisə un – hər kisənin qiyməti 42 manat olmaqla cəmi 3444 manat, 1 ədəd üç gözlü peç – dəyəri 500 manat, xəmir qarışdıran dəyəri 1500 manat, 10 kisə duz – dəyəri 56 manat, 2 ədəd çörək daşıyan araba – dəyəri 500 manat, 55 ədəd çörək bişirən list – dəyəri 500 manat, soyuducu – dəyəri 200 manat, 2 ədəd tərəzi – dəyəri 70 manat və çörək şkafı dəyəri 100 olan əmlakların və ya onlarının dəyərinin 6870 manat pulun alınıb ona verilməsi, həmçinin xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər cəmi 730 gün hər gün üçün 50 manat əldən çıxmış 36500 manat gəlirin, mediasiya üçün ödənilən 200 manat, 234 manat dövlət rüsumu, 117 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Eyni zamanda, Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh X5 qarşı qarşılıqlı iddia qaldıraraq, tərəflər arasında bağlanmış Bakı şəhəri 12 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 3m-1751 reyestr qeydli müqaviləsinə xitam verilməsi, Cavabdeh xeyrinə icarə müqaviləsi üzrə 480 (dörd yüz səksən) manat, vaxtından əvvəl müqaviləni pozduğuna görə 720 (yeddi yüz iyirmi) manat məbləğində pulun, vurulmuş maddi ziyana görə 245 (iki yüz qırx beş) manat pulun, ümumilikdə 1445 (bir min dörd yüz qırx beş) manat pulun və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq geri ödənilməsi və əmlakdan istifadəyə maneə aradan qaldırılmaqla cavabdehə məxsus bir ədəd xəmir yoğurma aparatının, bir ədəd çörək bişirmə peçinin, bir ədəd tefal çaynikinin, bir ədəd kündə çəkilməsi üçün tərəzinin, bir ədəd köhnə yararsız soyuducunun və 15 tay un dolu kisələrin cavabdehin hesabına çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı bildirir ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh təmsil edən X14 icarəyə götürülmüş obyektin açarını ondan almış və icarə haqqını 800 manat ödəyəcəyi barədə məlumat vermiş, əks halda isə obyektdən çıxmağını tələb etmişdir. Bu zaman obyektdə 82 ədəd un məhsulu (hər birinin qiyməti 42 manat) olmuşdur. Həmin tarixdən həmin obyektdə iddiaçının fəaliyyəti dayandırılmışdır. Bundan əlavə, obyektdə iddia ərizəsində göstərilən əmlaklar da qalmışdır. Həmçinin, müqavilə bağlanan gündən, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixə kimi cəmi 730 gün üçün (hər gün 50 manat olmaqla) 36500 manat məbləğində əldən çıxmış gəlir kimi zərər dəymişdir.

6. Cavabdeh iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək, bildirir ki, iddiaçı öz üzərinə götürdüyü öhdəliklərə riayət etməyərək müqavilədəki razılaşmanı pozmuş, icarə haqqını verməmiş, əşyalarını obyektdə saxlamaqla hüquqi şəxsə əmlakı digər şəxslərə icarə verməyə maneə yaratmış, müqavilənin 4-cü bəndinin tələblərinə riayət etməmiş, icarə obyektini vaxtından əvvəl tərk etmiş, istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməmiş və əsassız müqavimət göstərməklə icarəyə verənə maddi ziyan vurmuşdur.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1245/2023 saylı qərardadı ilə qarşılıqlı iddianın xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir.

8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1245/2023 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, Cavabdehnə məxsus ünvan 2 ünvanında yerləşən 304,7 kv.m qeyri-yaşayış sahəsinin 120 kv.m hissəsində olan 15 kisə un, 01 ədəd üçgözlü peç, 01 ədəd xəmir qarışdıran, 02 ədəd çörək daşıyan araba, 55 ədəd çörək bişirən list, 01 ədəd soyuducu, 02 ədəd tərəzi və 01 ədəd çörək şkafının Cavabdehndən alınaraq X5 verilməsi, qətnamə icra olunan zaman əşyalar mövcud olmazsa onların dəyəri olan 2.480 (iki min dörd yüz səksən) manat məbləğində pulun Cavabdehndən tutularaq X5 verilməsi, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pulun Cavabdehndən tutularaq X5 verilməsi, ilk iddianın qalan hissədə təmin olunmaması, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdehnə məxsus ünvan 2 ünvanında yerləşən 304,7 kv.m qeyri-yaşayış sahəsinin 120 kv.m hissəsindən bir ədəd xəmir yoğurma aparatı, bir ədəd çörək bişirmə peçi, bir ədəd tefal çaynik, bir ədəd kündə çəkilməsi üçün tərəzi, bir ədəd soyuducu və 15 un dolu kisələrin X7 tərəfindən çıxarılması və qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. İddiaçı X7 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ilk iddianın tam təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir.

10. Cavabdeh də apellyasiya şikayəti verərək, həmin qətnamənin qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsi, qarşılıqlı iddianın tam həcmdə təmin olunması və ilk iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı öz apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ekspertiza onun iştirakı olmadan keçirilmiş, ekspertizaya təqdim olunmuş əmlakların ona məxsus əmlaklar olması təsdiqini tapmamışdır. Həmçinin ekspert tərəfindən əmlaklara təyin olunmuş qiymətlər həqiqəti əks etdirmir. Belə ki, təkcə xəmir qarışdıran aparatın işlənmişi 1200 manat (hazırda isə bazar qiyməti 1500 manatadır) təşkil edir, ekspert isə onu aşağı qiymətləndirmişdir. Bundan başqa, çörək bişirən 3 gözlü peç 500 manat, çörək daşıyan araba 2 ədəd cəmi 500 manat, 55 ədəd çörək bişirən list 500 manat, soyuducu 200 manat, çörək şkafı 100 manat olsa da ekspert bunlara aşağı qiymət təyin etmişdir. Məhkəmə xarab olmuş və cavabdeh tərəfindən işlədilmiş unu da nəzərə almamışdır. Bundan əlavə, məhkəmə 82 ədəd un kisəsi qaldığı halda bunu cavabdehin etirafına əsasən 15 kisə hesablamışdır ki, bu da düzgün deyil. Belə ki, o, məhkəməyə həmin 82 ədəd kisə unun alınmasını təsdiq edən qəbzləri təqdim etmişdir. Bundan başqa, məhkəmə qətnamədə 15 kisə unun olduğunu qeyd etsə də, həmin unun saxlanma müddətini ötdüyünü və yararsız hala düşdüyü və dəyərinin 405 manat olmasına da düzgün qiymət verməmişdir. Eyni zamanda, məhkəmə cavabdehin təqsirindən onun iki il bir ay müddətində işsiz qaldığına görə əldən çıxmış fayda olan günə 50 manat, cəmi 36.500 manat pulun tutulmasından qanunsuz imtina etmişdir. Bundan əlavə, qətnamədə əşyaların dəyərinin qeyd edilməsi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə cavabdehə həmin əşyaları ələ keçirərək iddiaçıya onun əvəzinə dəyərindən iki dəfə az ödəniş etməyə şərait yaratmışdır.

12. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon İcra Şöbəsinin icra məmuru X1, iş üzrə Cavabdeh nümayəndəsi X10, hal şahidləri X2 və X8 iştirakları ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, adları qeyd edilmiş şəxslər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin MTT(007)- 7/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar ünvan 3 ünvanında olmuşlar. İcra sənədində müəyyən edilmiş əmlaklarla Cavabdeh nümayəndəsi X10 iştirakı ilə baxış keçirilmiş, göstərilən əmlakların həmin ünvanda mövcud olması müəyyən edilmişdir. İcra sənədində qeyd olunan X5 ona məxsus olan əmlakların siyahıya alınması barədə əlaqə saxlanılaraq məlumat verilsə də, o icra yerində iştirak etməmişdir. İcra sənədində qeyd edilən əşyalar saxlanması üçün Cavabdeh nümayəndəsi X11 verilmişdir. Həmin əşyalardan başqa iddiada qeyd olunan 2 ədəd çörək daşıyan araba, 55 ədəd çörək bişirən list və çörək şkafı olmamışdır. Bu qərardad məhkəməyə təqdim edilmiş və artıq əşyaların mövcudluğunun mübahisə predmeti olmaması müəyyənləşmişdir. Lakin işə baxan məhkəmə qətnaməsində qeyd edir ki, iddiada göstərilən əmlakların mövcudluğuna dair cavabdehin nümayəndəsi hansısa təsdiqləyici izahat vermişdir. Halbuki, qarşılıqlı iddianın məzmununda və sözügedən qərardadla da müəyyən olunan əşyalar yalnız bir ədəd xəmir yoğurma aparatı, bir ədəd çörək bişirmə peçi, bir ədəd tefal çayniki, bir ədəd kündə çəkilməsi üçün tərəzi, bir ədəd köhnə yararsız soyuducu və 15 tay un dolu kisələrinin olması təsdiqlənmişdir. Bundan başqa, "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli bildiriş-xəbərdarlığından görünür ki, Cavabdeh (çörək sexi) 269,93 AZN borcu vardır. Sonuncu ödəniş 89 manat olmaqla xx.xx.2021-ci il tarixdə olmuşdur. xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh tərəfindən 217 manat məbləğində pul "xxxx" ASC-nin hesabına ödənilmişdir. xx.xx.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, Cavabdeh tərəfindən 245 manat məbləğində pul "xxxx" ASCnin hesabına ödənilmişdir. Tahirə Mirzəyeva obyektdən çıxma səbəbini iddia tələbində icarə haqqının artırılması kimi yazsa da, məhkəmədə isə obyektdə siçanların olması ilə əlaqələndirmişdir. Belə olan halda icarə münasibətlərinin icarəyə verən tərəfindən pozulması barədə məhkəmənin gəldiyi nəticə doğru deyildir. Bundan əlavə hər iki iddianı qismən təmin edən məhkəmə ilk iddiaçının ödəmiş olduğu məhkəmə xərclərini cavabdehdən alınmasını məqbul hesab etmiş, lakin əks tərəfin xərclərinin qaytarılmasına toxunmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (oğlu) X12, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2, cavabdehin nümayəndəsi X14 və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə isə etiraz etdilər.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

17. Həmin Məcəllənin 157.4-cü maddəsiə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

18. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

19. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

20. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

21. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Həmin Məcəllənin 102-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

23. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

24. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia qismən əsaslıdır.

27. Belə ki, əşyaların qaytarılması hissəsində ilk iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

28. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər.

29. Hazırki işdə isə həmin maddənin dispozisiya şərtləri qismən mövcuddur.

30. Belə ki, birinci instansiya məhkəməsinin hazırlıq iclasında (xx.xx.2023-cü il tarixli) iştirak edən Cavabdeh nümayəndəsi ilkin iddia ərizəsində göstərilmiş əşyaların hamısının deyil, yalnız 15 kisə unun, 01 ədəd soyuducunun, 01 ədəd üç gözlü peçin, 01 ədəd xəmir qarışdıranın, 02 ədəd tərəzinin, 55 ədəd çörək bişirən listinin, 01 ədəd çörək şkafının, 02 ədəd çörək qarışdıran arabanın qeyri-yaşayış sahəsində olduğunu bildirmişdir.

31. Eyni zamanda iddiaçı cavabdeh tərəfindən etiraf olunan əşyalar istisna olmaqla iddia ərizəsində sadalanan digər əşyaların (67 kisə un və digər əşyaların) cavabdehin qanunsuz sahibliyində olduğunu təsdiq edən mötəbər sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

32. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq həmin hissədə iddia tələblərini qismən təmin etmişdir.

33. Eyni zamanda həmin əşyaların bazar qiymətinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin olunmuşdur.

34. Məhkəmə Ekspertizası Mərkəzinin 9/3485 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən əşyaların nəzəri qaydada hazırkı orta bazar qiyməti ilə ümumi dəyəri təxminən, 2.480 manat müəyyən edilmişdir.

35. Həmin rəyin tədqiqi hissəsində qeyd olunmuşdur ki, internet saytlarının məlumatlarından, Respublikada yerləşən ticarət mərkəzlərində mövcud olan qiymətlərdən, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan istifadə edilməklə iddia ərizəsində qeyd edilən istifadədə olmuş əşyaların nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri aşağıdakı kimi müəyyən olunur: hər kisəsinin dəyəri 40 manat, ümumilikdə dəyəri 600 manat olan 15 kisə un, dəyəri 150 manat olan 01 ədəd üçgözlü peç, dəyəri 850 manat olan 01 ədəd xəmir qarışdıran, hər birinin dəyəri 100 manat ümumilikdə dəyəri 200 manat olan 02 ədəd çörək daşıyan araba, hər birinin dəyəri 10 manat, ümumilikdə dəyəri 550 manat olan 55 ədəd çörək bişirən list, 01 ədəd soyuducu (dəyəri aydın deyil), hər birinin dəyəri 30 manat, ümumilikdə dəyəri 60 manat olan 02 ədəd tərəzi və dəyəri 70 manat olan 01 ədəd çörək şkafı.

36. Bununla belə birinci instansiya məhkəməsi qətnamənin nəticə hissəsində hər bir əşyanın qiymətini dəqiq göstərməmişdir.

37. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi hər bir əşyanın qiyməti dəqiq göstərilməklə dəyişdirilməlidir.

38. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, 36500 manat məbləğində əldən çıxmış faydanın ödənilməsi barədə ilk iddia tələbləri rədd edilməlidir.

39. Belə ki, Mülki Məcəllənin 21.2-ci maddəsindən göründüyü kimi əldən çıxmış fayda zərərin tərkib hissəsidir.

40. Həmin Məcəllənin 443.4-cü maddəsində isə göstərilmişdir ki, əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır.

41. Lakin hazırki işdə qeyd olunan maddənin dispozisiya şərtləri mövcud deyildir.

42. Çünki iddiaçı fayda əldə etmək üçün tədbirlər gördüyünü və bu məqsədlə hazırlıq işləri apardığını, o cümlədən gündəlik 50 manat qazancının olmasını təsdiq edən sübutları təqdim etməmişdir.

43. Bu baxımdan kollegiya hesab edir ki, əldən çıxmış faydanın tutulması barədə iddia tələbləri təmin edilə bilməz.

44. Həmçinin kollegiya hesab edir ki, qarşılıqlı iddia tələbləri qismən əsaslıdır.

45. Belə ki, qarşılıqlı iddiada irəli sürülən birinci tələb 480 manat icarə haqqının tutulmasından ibarətdir.

46. Həmin tələblərin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir.

47. Hazırki işdə isə həmin maddənin dispozisiya şərtləri mövcud deyildir.

48. Belə ki, birinci instansiya məhkəməsində Cavabdeh nümayəndəsi 2021-ci ilin sentyabr ayı üçün icarə haqqının ödənildiyini, oktyabr ayında isə qapını bağlayıb özlərinin getdiyini bildirmişdir.

49. Tahirə Mirzəyeva isə 2021-ci ilin oktyabr ayının 3-dən məcburən çıxarıldıqlarını bildirmişdir.

50. Göründüyü kimi, X3 2021-ci ilin oktyabr ayından etibarən qeyri-yaşayış sahəsindən istifadə etməməsi işin mübahisəsiz halıdır.

51. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-1245/2023 saylı qərardadı ilə də hazırki iş üzrə qarşılıqlı iddianın xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi hissəsində iş üzrə icraata xitam verilmişdir.

52. Mülki Məcəllənin 700.1-ci maddəsinin məzmunundan da görünür ki, icarə haqqı icarəçinin məhz icarəyə obyektindən istifadəyə görə icarəyə verənin xeyrinə həyata keçirilən ödənişdir.

53. Belə olan halda isə icarə obyektindən faktiki olaraq 2021-ci ilin oktyabr ayından istifadə etmədiyi və icarə müqaviləsi həmin tarixdən ləğv edildiyi üçün Tahirə Mirzəyevanın icarə haqqı ödəmək öhdəliyi də mövcud deyildir. Qeyd olunan nəticəyə gələrkən kollegiya həm də onu nəzərə alır ki, obyektin açarı icarəyə verəndə olmuş və istifadə olunmayan müddət ərzində icarəyə verənin həmin obyektə daxil olmaq imkanı olmuşdur.

54. Bu baxımdan kollegiya hesab edir ki, həmin hissədə qarşılıqlı iddia tələbi rədd edilməlidir.

55. Qarşılıqlı iddiada irəli sürülən ikinci tələb vaxtından əvvəl müqaviləni pozduğuna görə 720 manat məbləğində pulun tutulmasından ibarətdir.

56. Cavabdeh həmin tələbi tərəflər arasında bağlanmış icarə müqaviləsinin 4-cü bəndinə istinad edərək, icarəçinin müqavilənin ləğvi ilə bağlı 6 aylıq müddəti gözləmədən, müqaviləni birtərəfli qaydada ləğv etməsi və bunun nəticəsində ona zərər dəyməsi ilə əsaslandırmışdır.

57. Həmin bəndə əsasən icarəçi xx.xx.2022-ci il tarixdən əvvəl çıxarsa sonrakı altı aylıq icarə haqqını ödəməyi öz öhdəsinə götürmüşdür.

58. Kollegiya qeyd edir ki, müqavilənin həmin şərti mahiyyət etibarı ilə dəbbə pulunun ödənilməsini nəzərdə tutur.

59. Lakin, Cavabdeh icarə müqaviləsinin Tahirə Mirzəyeva tərəfindən birtərəfli qaydada ləğv edildiyini və onun obyekti vaxtından əvvəl özü tərk etdiyini və bununla da, öhdəliyinin pozduğunu bildirsə də, bu halları təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

60. Göründüyü kimi icarə müqaviləsinin icarəçi tərəfindən ləğv edilməsi və bununla bağlı sonuncu tərəfindən müqavilə şərtlərinin pozulması hər hansı sübutla müəyyən olunmur.

61. Bu baxımdan kollegiya hesab edir ki, həmin hissədə də iddia tələbi rədd edilməlidir.

62. Qarşılıqlı iddiada irəli sürülən üçüncü tələb vurulmuş maddi ziyana görə 245 manat pulun tutulmasından ibarətdir.

63. Zərərin ödənilməsi məsələlərini tənzimləyən və ümumi norma kimi çıxış edən Mülki Məcəllənin 21.2-ci maddəsinin, habelə hazırkı iddia üzrə xüsusi norma kimi çıxış edən Mülki Məcəllənin 443.1-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin öhdəliyi pozulması nəticəsində vurulması, zərərlə öhdəliyin pozulması arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.

64. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.

65. Lakin hazırkı işdə bu əsaslar mövcud deyildir.

66. Belə ki, Cavabdeh həmin tələbini tərəflər arasında bağlanmış müqavilənin 11-ci bəndinə istinadən iddiaçının istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəməməsi ilə əsaslandırmış, eyni zamanda xx.xx.2021-ci il tarixli mədaxil qəbzini məhkəməyə təqdim etmişdir. Həmin qəbzdən görünür ki, Cavabdeh tərəfindən 245 manat məbləğində pul "xxxx" ASC-nin hesabına ödənilmişdir.

67. Tərəflər arasında bağlanmış müqavilənin 11-ci bəndində də göstərilmişdir ki, kommunal xidmətlərdən (elektrik, qaz, su, istilik, kanalizasiya və telefon abunə) istifadə edilməsinə görə haqlar, habelə şəhərlər arası ödənişli telefon danışıqları haqqı, o cümlədən əlavə vergi haqları icarəçi tərəfindən ödənilir.

68. Kollegiya hesab edir ki, həmin məbləğdə pul vəsaiti Tahirə Mirzəyevadan tutula bilməz.

69. Belə ki, işin mübahisəsiz halıdır ki, icarəçi 2021-ci ilin oktyabr ayından həmin qeyriyaşayış sahəsindən istifadə etmir və həmin tarixdən də tərəflər arasında olan icarə hüquq münasibətlərinə xitam verilmişdir.

70. Qeyd olunan ödəniş isə həmin tarixdən 1 ay sonrakı tarixə aiddir.

71. Ona görə də kollegiya hesab edir ki, həmin hissədə qarşılıqlı iddia tələni təmin edilə bilməz.

72. Bununla yanaşı kollegiya hesab edir ki, qarşılıqlı iddiada irəli sürülmüş əşyaların götürülməsi barədə tələblər təmin edilməlidir.

73. Belə ki, həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 157.4-cü maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.

74. Maddənin məzmunundan da görünür ki, neqator iddianın təmin edilməsi üçün bir neçə şərt mövcud olmalıdır: 1) mübahisəli əmlak mülkiyyətçinin (iddiaçının) sahibliyində olmalı; 2) cavabdeh həmin əmlakdan istifadə, sahiblik və ya onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə maneə olan hərəkətlər etməli; 3) həmin hərəkətlər hüquqazidd olmalıdır.

75. Hazırkı işdə də hər üç şərt mövcuddur. Belə ki, işin mübahisəsiz hallarından da göründüyü kimi icarə obyekti Cavabdeh mülkiyyətində olmaqla o, sahiblik hüququnu həyata keçirdir.

76. Eyni zamanda Tahirə Mirzəyeva əşyalarını həmin obyektdə saxlamaqla Cavabdeh mülkiyyət hüquqlarını həyata keçirilməsinə maneə yaradır. Tahirə Mirzəyevanın əşyalarının həmin obyektdə qalması isə qanunsuzdur.

77. Çünki tərəflər arasında icarə hüquq münasibətlərinə xitam verilmişdir.

78. Eyni zamanda yuxarıda qeyd olunduğu kimi Tahirə Mirzəyeva da həmin əşyaların obyektdən çıxarılması tələbini irəli sürmüş və həmin tələbi qismən təmin edilmişdir.

79. Odur ki, kollegiya hesab edir ki, həmin hissədə qarşılıqlı iddia tələbləri təmin edilməlidir.

80. İddiaçının apellyasiya şikayətinin dəlilləri isə əsaslı hesab edilə bilməz. Belə ki, 82 kisə unun alınmasına dair iddiaçı tərəfindən təqdim edilən qəbz sübut kimi qiymətləndirilə bilməz. Çünki həmin qəbz unların icarə obyektində olmasını deyil, özü-özlüyündə yalnız unun alınmasını təsdiq edir. Həmçinin ekspert rəyinin düzgün olmaması qənaətinə gəlmək üçün heç bir əsas yoxdur. Belə ki, əlavə və təkrar məhkəmə ekspertizasının təyin edilməsi əsasları Mülki Prosessual Məcəllənin 102-ci maddəsində göstərilmişdir. Lakin hazırkı işdə qeyd olunan əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, həmin rəy birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş, ekspert tərəfindən tam və hərtərəfli tədqiqat aparılmışdır. İddiaçı isə ekspert rəyinin qeyri-dəqiq olmasını bildirsə də, bununla bağlı sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Apellyasiya şikayətinin digər dəlilləri isə məhkəmənin yuxarıda qeyd olunan əsaslandırmasına görə əsassızdır.

81. Cavabdehin apellyasiya şikayətinin dəlilləri də məhkəmənin yuxarıda göstərilən əsaslandırmasına görə əsaslı hesab edilə bilməz.

82. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi hər bir əşyanın qiyməti dəqiq göstərilməklə dəyişdirilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

83. Həmçinin, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

84. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı X7 və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1245/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi hər bir əşyanın qiyməti dəqiq göstərilməklə dəyişdirilsin. Cavabdehnə məxsus ünvan 2 ünvanında yerləşən 304,7 kv.m qeyri-yaşayış sahəsinin 120 kv.m hissəsində olan hər kisəsinin dəyəri 40 manat, ümumilikdə dəyəri 600 manat olan 15 kisə un, dəyəri 150 manat olan 01 ədəd üçgözlü peç, dəyəri 850 manat olan 01 ədəd xəmir qarışdıran, hər birinin dəyəri 100 manat ümumilikdə dəyəri 200 manat olan 02 ədəd çörək daşıyan araba, hər birinin dəyəri 10 manat, ümumilikdə dəyəri 550 manat olan 55 ədəd çörək bişirən list, 01 ədəd soyuducu (dəyəri aydın deyil), hər birinin dəyəri 30 manat, ümumilikdə dəyəri 60 manat olan 02 ədəd tərəzi və dəyəri 70 manat olan 01 ədəd çörək şkafı, qətnamə icra olunan zaman əşyalar mövcud olmazsa onların dəyəri Cavabdehndən alınaraq X5 verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin və apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları müvafiq olaraq tərəflərin özlərinə aid edilsin. Mediasiya üçün ödənilən 200 manat məbləğində pul vəsaitinin 100 manatı Cavabdehndən tutularaq X5 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar