Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1405/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı «siyahıya alınmış əmlakın açıq hərracdan satılması» tələbinə dair Bakı Kommersiya Məhkəməsinin 22.07.2021-ci il tarixli e-2-2(113)- 2807/2021-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünü Bakı Apelyasiya Məhkəməsinin binasında yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehin 26.02.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 3417.41 manat vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 102000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2-2(113)-2807/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 26.02.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 3417.41 (üç min dörd yüz on yeddi manat qırx bir qəpik) manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 102000 (yüz iki min) manat məbləğində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılması qət edilmişdir. Qeyd edilən qətnamədən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən apelyasiya şikayəti verilmişdir. Məhkəmə apelyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, iş Mülki Prosessual Məcəlləsinin 364.2-ci maddəsinin tələbinə əməl edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 01.10.2021-ci il tarixdən qüvvəyə minmiş 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə (birinci instansiya məhkəməsi) qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən normanın tələbinə riayət edilmədiyindən məhkəmə hesab edir ki, iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.2-ci maddəsinin tələbinə riayət edilməsi üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 364.2ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İş materialları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.2-ci maddəsinin tələbinə riayət edilməsi üçün Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1405/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1405/2021
23.11.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver