Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-141/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və X1 ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi (vəkili) X4 iştirakı ilə İddiaçı “xxxxxxxxxxxxxxxxxx” Şirkətinin cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Şirkətinə qarşı “dəymiş ziyanın ödənilməsi tələbinə dair” kommersiya mübahisəsi üzrə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(81)-68/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında nəzərdən keçirib) m ü ə y y ə n e t d i: İ. İddiaçı “xxxxxxxxxxxxxxxxxx” Şirkəti cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx Şirkətinə qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 290.836 manat əsas borc, 92.602 ona hesablanmış faiz və 132.442 manat dəymiş ziyanın əvəzi olmaqla, cəmi,515.880 manatın tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində şərh olunan əsaslar aşağıdakılardan ibarətdir: «Tərəflər arasında mənzillərin, torpaq sahələrin, maşın və avadanlıqların icarəsi, eləcədə icarə obyektlərində cavabdeh tərəfə xidmət göstərilməsinə dair müqavilələr mövcud olmuş, son olaraq, tərəflər arasında müqavilə münasibətləri 2014-cü ilin noyabr ayında, ödəmə müddəti isə 2015-ci ilin fevral ayında bitmişdir. Belə ki, tərəflər arasında bağlanmış torpaq, maşın və avadanlıqlarla bağlı müqavilələrə əsasən icarə haqqları, icarə xidmətinin göstərildiyi ay üçün hesab faktura təqdim edildiyi andan 60 gün ərzində ödənilməlidir. Lakin son illər ərzində cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilməmişdir. Ona görə də mübahisə yaranmış və ödənilməli olan məbləğin bir hissəsi ilə bağlı artıq məhkəmə qətnaməsi mövcuddur. Buna baxmayaraq, cavabdeh yenə də yerdə qalan borcu və məhkəmənin qərarı ilə təmin edilmiş məbləğin ödənilməsini müxtəlif bəhanələrlə təmin etmir. İddiaçı əmlakın subicarəsi ilə məşğul olduğundan, icarəyə götürdüyü əmlakın icarə haqqını vaxtında ödəmək məcburiyyətindədir.Bu səbəbdən də cavabdehin ödənişləri uzun müddət gecikdirildiyindən əmlak yiyələrinə ödəniş etmək üçün borc götürmək məcburiyyətində qalmışdır ki, bu da onun əlavə xərclər çəkməsinə səbəb olmuşdur. Bu müddətlər ərzində müqavilə öhdəliklərinə vaxtında və lazımı qaydada icra edilməsi cavabdehə dəfələrlə təklif olunsa da nəticəsi olmamışdır. Tərəflər arasında müqavilə münasibətləri davam etdiyi müddətlər ərzində təqdim edilimiş hesabların son üzləşməsinə əsasən cavabdehin iddiaçıya ödənilməmiş borcun məbləği 387.942,68 manat olmuşdur.Hazırkı məqama həmin borcdan 133.443 manat və ya 171.080 ABŞ dollar hissəsi mübahisələndirilməmiş, lakin cavabdeh tərəfindən ödənilməsi də təmin edilməmişdir. 2015-ci ildən sonra ölkədə ABŞ dollarının manata nisbətdə məzənnəsi dəyişdiyini nəzərə alınaraq, hazırkı məzənnəyə uyğun olaraq 171.080 ABŞ dollarına görə 290.836 manat məbləğ cavabdehdən tam şəkildə tələb olunmalıdır. Bundan başqa, tərəflər arasında borc məbləğindən əvvəllər mübahisələndirilmiş 254.499,41 manat hisəsindən, son olaraq Ali Məhkəmənin qərarına əsasən 113.984, 13 manat hissəsi təmin edilmiş, 23.270,25 manat məbləğin hesab fakturaların təkrarlandığı, 117.245,03 manat hissəsi isə iddiaçının borcu əvəzində başqasına ödənildiyi artıq müəyyən edilmişdir. Tərəflər arsında mövcud müqavilələr üzrə təqdim edilmiş hesab fakturaların ödəniş vahidi ABŞ dolları olduğundan, göstərilən xidmətin 2014-cü ilə aidliyi və dolların manata görə məzənnəsinin dəyişdiyi baxımından 113.984 manat və ya 146.133 ABŞ dolları məbləğindən məhkəmə aktı ilə ödənilmiş hissə nəzərə alınmaqla, yerdə ödənilməmiş qalan 132.442 (246.426 - 113.984) manat iddiaçıya dəymiş ziyandır. Həmçinin artıq 2 ildir ki, cavabdeh iddiaçıya ödəməli olduğu ümumilikdə 404.820 (113.984+290.836) manat pulu özündə saxlamaqla, ondan iddiaçının iradəsinə zidd istifadə edir və gəlir əldə edərək, ondan faydalanır, iddiaçının hesabına varlanır. Pulu istifadəsində saxlamaqla, ondan faydalanmaqda davam etdiyindən, son iki il üçün Mərkəzi bankın bank uçot faiz dərəcəsinə uyğun (xx.xx.2016- 5%, xx.xx.2016-7%, xx.xx.2016- 9,5%, xx.xx.2016-15%) məbləğ hesablanmalıdır ki, bu da 92.602 (1686.75 + 11.807.25 + 3.204,82 + 75.903,75) manat təşkil edir. Ona görə də borc məbləği ilə yanaşı, manatın devalivasiyası nəticəsində dəymiş ziyan və puldan razılaşma müddətindən artıq istifadəsinə görə hesalanmış faiz məbləği olaraq 225.004 (132.442 + 92.602) manat da tam şəkildə cavabdehdən iddiaçının xeyrinə tələb olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 1097.1-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər.» Cavabdeh iddia ərizəsinə etirazında iddinı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bu mövqeyinionunla əsaslandırmışdır ki, birincisi, mübahisələndirilən müqavilələr üzrə yaranmış borc öhəliyi artıq əvvəllər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Həmin işlə hazırkı mübahisənin predmeti və əsasları eynidir. Ona görə də iş üzrə icraata xitam verilməlidir. İkincisi, tərəflər arasında mövcud olmuş müqavilə münasibətlərinə x xxxxxx 2014-cü il tarixdə xitam verilmiş . İddiaçının əlavə hesab fakturalır tapsa belə, hazırkı işdə baxıla bilməz. Belə ki, bu halda, Mülki Məcəllənin 373.2ci maddəsinə əsasən üç illik iddia müddəti tətbiq edilməlidir. Çünki, xx xxxxxx 2017-ci il tarixdə iddia müddəti bitmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-68/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin əsasları aşağıdakılardan ibarətdir: -«Məhkəmənin gəldiyi nəticə düzgün deyildir. Belə ki, tərəflər arasında mövcud mübahisə ilə bağlı iki son məhkəmə aktı - Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-385/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı və onun bağlı olduğu Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-07/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə «tərəflər arasında ödənilməmiş qalmış ümumi borcun məbləği 387.942,68 manat, ondan mübahisələndirilənə aid olan hissəsi isə 254 manat olduğu müəyyən edilmişdir. Yəni, 133.443,27 manat qalmış borc həmin mübahisənin predmeti olmamışdır. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı gəldiyi qənaətində də haqlı olmamışdır. Belə ki, hazıkı iddia yalnız müqavilədən irəli gəlmiş əsas borcla bağlı tək tələb deyil, ondan əlavə daha iki tələblə də bağlıdır. Onlardan biri məhkəmənin qərarı ilə müəyyən edilmiş borcun qaytarılmasının gecikdirildiyi üçün vurulmuş ziyan, bu bank uçot dərəcə ilə hesablanmış, digəri də müqavilə və faktura ilə razılaşdırılmış məbləğlər ABŞ dollarla olduğu halda, məhkəmə qərarı ilə manatla ödənildiyindən, dollarla manat arasında yaranmış fərq məbləğinin tələbidir. Həmin tələblərin də heç biri müqaviləyə xitam verildiyi müddətlə bağlı deyil və müddət axımı məhkəmə qərarının icra edildiyi ilə bağlı son ödənişlərin edildiyi 2018-ci ildən başlanmışdır. Bu hal tələbin əsas borc hissəsi üçün də eynidir və müqavilədən irəli gələn əsas borc məbləği ilə bağlı 3 illik iddia müddətinin axımı, tərəflər arasında mövcud münasibətlər baxımından, hazırkı iş üzrə müqavilələrə xitam verildiyi andan deyil, müqavilə üzrə son ödənişin həyata keçirildiyi gündən hesablanmalıdır. Tərəflər arasında mövcud müqavilə ilə bağlı son ödənişlər isə cavabdehin öz xoşluğu ilə 2016-cı ildə məhkəmənin qərarının icrası ilə isə 2018-ci ilin ortaları və axırlarında edilmişdir. Lakin məhkəmə mübahisə ilə bağlı iddia müddətinin tətbiqi qənaətinə gəldiyi zaman iş üzrə mövcud olan və işin qeyd olunan mübahisəsiz halları nəzərə alınmamışdır. Həmçinin işin həlli üçün əhəmiyyəti olan, mübahisənin obyektiv həllini və iddia tələbinin təmini üçün yetərli olan bu hallar tam aydınlaşdırılmadan, qətnamə qəbul etmişdir. Nəticədə, iddiaçının haqlı tələbindən məhrum edilməsi ilə cavabdehin əsassız varlanmasına şərait yaradılmışdır.» Cavabdeh iddiaçının həmin şikayətinə qarşı yazılı etirazında iddia ərizəsinə qarşı yazılı etirazının məzmununa uyğun dəlilləri ilə şikayətin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(103)-505/2019 xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-68/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)-536/19 saylı xx xxxxxx 2019-cu il tarixli qərarı ilə qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi F.Səfərov iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi (vəkili) F.Qəşəmov iddiaçının şikayətinin dəlilləri ilə razılaşmamış, iddia ərizəsinə və apellyasiya şikayətinə qarşı yazılı etirazlarına uyğun izahat verərək şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi - cavabdehdən 290.836 manat əsas borcun tutulmasının rədd olunması hissəsində ləğv olunmuş, həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Beləliklə də konkret halda, hazırkı iş üzrə apellyasiya qaydasında məhkəmə araşdırmasının predmetini, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın rədd edilən, dəymiş ziyanın əvəzinin ödənilməsi ilə bağlı olan hissəsi təşkil edir . İİ. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissəsində qismən ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, ddia ərizəsinin və apellyasiya şikayətinin məzmunundan göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən ona vurulmuş 225.004 (132.442 + 92.602) manat ziyan məğ=bləğini iki hissənin ( komponentin) cəmindən formalaşdırır: Birincisi, əvvəllər tərəflər arasında mövcud olmuş məhkəmə mübahisəsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(102)- 385/2017 saylı, xx.xx.2017-ci il tarixli yekun qərarına əsasən onun xeyrinə cavabdehdən tutulması qərara alunan 113.984,13 manat pul vəsaitinin, xidmətin göstərildiyi 2014-cü il tarixində manatın dollara olan məzənnəsi baxımından, 146.133 ABŞ dolları təşkil etdiyini, həmin məbləğin sonrakı iki il ərzində devalvasiyaya uğrayaraq 246.426 (146133x1,69) manata yüksəldiyini əsas tutaraq, 132.442 (246.426 - 113.984) manat məbləğində yaranmış fərqin ona dəymiş ziyan kimi qiymətləndirir. Onun ziyan tələbinin ikinci bir toplananı isə Ali Məhkəmənin qeyd olunan qərarı ilə xeyrinə tutulan 113.984 manat və hazırkı iddisı üzrə məhkəmənin qərardadı ilə hissəvi xitam verilmiş 290.836 manat məbləğində əsas borcun cəmindən ibarət pul vəsaitini cavabdeh vaxtında ödəməyib özündə saxlayaraq ondan faydalandığı əsas gətirilməklə, 2016-cı ilin bank uçot dərəcəsi ilə ona hesabladığı 92.602 manat faiz məbləğindən bibarətdir (Beləliklə də iddiaçının cavabdeh qarşı ümumilikdə, ziyan tələbi 206586 (113.984+92602) manat təşkil edir). Məhkəmə kollegiyası iddiaçının, ziyan tələbinin birinci hissəsinə münasibət bildirərək, Ali Məhkəmənin qeyd olunan məhkəmə qərarında onun xeyrinə tutulan 113.984 manatı pul vəsaitinin xidmət göstərilən 2014-cü ildən sonrakı iki ildə devolvasiyası nəticəsində ziyana məruz qaldığın əsas gətirərək cavabdehə qarşı irəli sürdüyü 132.442 manat həcmində tələbini əsaslı hesab etmir. Çünki, iddia ərizəsindən, adı çəkilən əvvəlki işin məhkəmə qərarları ilə müəyən olunan halları və tərəflərin izahatları ilə müəyyən olunur ki, həmin iş üzrə tərəflər arasında mövcud olan beş müqavilə öhdəlikləri üzrə iddiaçının cavabdehə qarşı irəli sürdüyü 272.905 manat məbləğində əsas borc tələbi ilə bağlı aralarında ixtilaf yaranmış, həmin ixtilaf həllini tapmamış, məhkəmə mübahisəsinə səbəb olmuş və son nəticədə Ali Məhkəmənin qeyd olunan 2-2(102)-385/2017 saylı, xx.xx.2017-ci il tarixli yekun qərarı ilə aydınlaşdırılmışdır ki, cavabdehin borcu heç də iddia olunan 272.905 manat məbəlğində deyil, 133.984,13 manat təşkil edir. Qeyd olunmalıdır ki, hazırkı mərhələdə tərəflərin izahatlarına və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının məhkəməyə təqdim olunmuş xx xxxxx 2018-ci il tarixli qərardadına əsasən müəyyən edilmişdir ki, həmin qərardadı ilə Ali Məhkəmə tərəfindən iddiaçının əriəzsinə əsasən iş üzrə qəbul etdiyi 2- 2(102)-385/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarında yol verilən açıq hesab səhvi düzəldilərək, cavabdehin iddiaçıya olan ümumi borcu məbləği 133.984, 13 manat müəyyən edilmişdir. Göründüyü kimi, məhz, hər bir halda, məhkəmə çəkişməsi nəticisində cavabdehin iddiaçıya olan borcunun 272.905 manat deyil, bundan təxminən 2,5 dəfə az olduğu sübuta yetirilmiş, beləliklə də, əsas borcun həqiqi məbləği müəyyənləşmişdir. Yəni, iddiaçının məhkəməyə qədər ərəfədə cavabdehdən, 2,5 dəfədən çox pul tələb etməsinin əsassız olduğu ortaya çıxmışdır. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı devalvasiyaya görə cavabdehdən 132.442 manat məbləğində pul tutulmasını tələb etməkdə haqlı olduğu istisna edilir. Eyni zamanda, məhkəmə kollegiyası, iddiaçının ziyan tələbinin ikinci komponenti ilə də razılaşmayraq hesab edir ki, iddiaçı qeyd olunan məhkəmə qərarı ilə tutulan məbəlğin, habelə, hazırkı iş üzrə (barəsində iş üzrə icraata xitam verilmiş) 290.000 manat məbəlğində əsas borcu özündə saxlayıb faydalanmağa görə bank uçot dərəcəsi tətbiq olunmaqla, cavabdehdən 92.602 manat məbəlğəində pul vəsaitinin ona dəymiş ziyan kimi tutulmasını ələb etməkdə haqlı hesab oluna bilməz. Birincisi, ona görə ki, məhkəmənin qərardadı ilə həmin hissədə, yəni, iddiaçının 290.000 manat əsas borc tələbinə aid hisəsində hazırkı iş üzrə icraata xitam verilmişdir. İkincisi, Ali Məhkəmənin 2-2(102)-385/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı (və xx.xx.2018-ci il tarixli qərardadı) ilə tutulan 133.984, 13 manat puldan cavabdehin faydalanmasına gəldikdə isə, ilk öncə qeyd olunmalıdır ki, həmin qərar icraya yönəldikdən sonra, cavabdeh tərəfindən gecikdirilmədən icra olunduğu işin tərəflər arasında mübahisələndirilməyən halıdır. Üçüncü bir tərəfdən, bu pul vəsaiti məhkəməyə qədər verilməli olsa belə, iddiaçı tərəfindən cavabdehin həmin pul vəsaitindən faydalanma faktı MPM-in 77.1-ci maddəsinə uyğun qaydada sübuta yetirilməmiş, belə sübutetmə vasitələri ilə məhkəmə müraciət etməmişdir. Göründüyü kimi, hər iki əsasdan çıxış edərək, iddiaçı cavabdehə qarşı ona vurulmuş ziyana görə pul tələbini irəli sürmək imkanı istisna edilir. Belə olan halda, Azərbaycan Respublikasının Mülki Məcəllənin 445.7-ci maddəsinin tələbində nəzərədə tutulur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Ona görə də Məcəllənin qeyd olunan tələbləri baxımından, iddiaçının istinad etdiyi əsaslardan çıxış edərək, cavabdehə qarşı ziyan tələbini irəli sürə bilmədiyini və hər bir halda, məhkəmə çəkişmələrinin iki tam ili ərzində yekun məhkəmə qərarı ilə tutulan 133.984,13 manat həddində ziyana məruz qaldığını nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının qeyd olunan 2-2(102)-385/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə və ona düzəliş edilməsi barədə xx xxxxx 2018-ci il tarixli qərardadına əsasən tululan 133.984,13 manat məbəlğində pulun ödənişinin gecikdirildiyi iki ilə (2015-2016) görə illik beş faizin hesablanıb cavabdehdən iddiaçının xeyrinə tutulması ağlabatan və ədalətli hesab edilməlidir. Belə olan halda, həmin məbləğdən hesablanan illik 5 faiz 6.699 manat təşkil edir. Belə olan halda da iki tam ilə görə iddiaçıya hesablanıb ödənilməli faiz məbləği, cəmi 13.398 manat təşkil etmiş olur. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə də qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin - birinci instansiya məhkəməsinin qətnaməsinin onun ziyan tələbinin rədd olunması hissəsində düzgün olmadığın mübahisələndirən dəlilləri ilə qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-68/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi, qismən, ziyan tələbinin rədd olunması hissəsində ləğv edilməli, iddiaçının ziyan tələbi qismən edilməli, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Şirkətindən 13.398 manat tutularaq iddiaçı “xxxxxxxxxxxxxxxxxx” Şirkətinin xeyrinə ödənilməsi qət olunmalı, qətnamə, iddiaçının ziyan tələbinin qalan hissəsinin rədd olunması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı “xxxxxxxxxxxxxxxxxx” Şirkətinin apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-68/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi, qismən, iddiaçının ziyan tələbinin rədd olunması hissəsində ləğv edilsin. İddiaçı “xxxxxxxxxxxxxxxxxx” Şirkətinin ona dəymiş ziyanın əvəzinin ödənilməsi haqqında iddia tələbi qismən təmin edilsin. Cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Şirkətindən 13.398 (on üç min üç yüz doxsan səkkiz) manat tutularaq, iddiaçı “xxxxxxxxxxxxxxxxxx” Şirkətinin xeyrinə ödənilsin. Qətnamə, iddiaçının ziyan tələbinin qalan hissəsinin rədd olunması hissəsində dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-141/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-141/2020
11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver