Məhkəmə qərarları › İş №2-2(103)-1411/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1411/2021

13.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1411/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh ”Bərəkət-Ol” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmlak” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, e-2- 2(113)-2899/2021 saylı qərardadından (hakim Kənan Hüseynov) İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ”Bərəkət-Ol” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia və iddianın dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC dən 2(iki) ədəd NKM-2U markalı zolağlayıcı maşının və 3 (üç) ədəd SM89 AM/1 markalı daşkəsənin geri verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, e-2-2(113)- 2899/2021 saylı qərardadına əsasən ərizə baxılmamış saxlanılmışdır. İddiaçı Bakı Kommersiya Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, e-2-2(113)- 2899/2021 nömrəli qərardadından şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxs 2012-ci ildə ********** VÖEN nömrəli şirkətlə müqavilə bağlamış. Şirkətlə bağlı məlumatlar isə elektron məhkəmə sistemində axtarış verilərkən Binəqədi rayonunda qeydiyyatda olan "xxxx" MMC nin adına çıxmışdır (elektron məhkəmə sistemində olan çıxarışı qoşmada əlavə edirəm). Sistemin VÖEN üzərindən bizə bildirdiyi cavabdehə mən və ya hər hansı digər şəxs müdaxilə edə bilməz. Uyğunsuzluq hesab edirəm ki, Vergilər Nazirliyinə sorğu etməklə müəyyən edilə bilərdi, belə ki, hər hansı nöqsan yaranıbsa bu nöqsanın səbəbi elektron sistemdədir. Biz müqavilə bağlarkən müqavilədə nəzərdə tutulmuş VÖENƏ sahib MMC ilə müqavilə bağlamış və həmin VÖENİ daxil edərkən onun "xxxx" MMC olduğu ortaya çıxmışdır mövcud halın araşdırılması üçün Vergilər Nazirıiyinə sorğu edilməli və sistem xətası müəyyən ediləcəyi təqdirdə bu xəta iddiaçı tərəfin üzərinə qoyulmamalıdır. Şirkət hüquqi formasını dəyişmişsə əsl cavabdeh şirkətlə əvəz olmalıdır. Çünki iddiaçının bu cür sistem xətasından məlumatı ola bilməzdi. Cavabdeh şirkətin daha sonra Nizamnaməsini əldə etdikdə bizə məlum olmuşdur ki həmin şirkət əslində keçmiş şirkətlə eyni şirkət olmuşdur. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3899/2021 saylı, 12.11.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, e-2- 2(113)-2899/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC adlı cavabdehə qarşı iddia qaldırsa da, iddia ərizəsi və müqavilənin ləğv edilməsi barədə bildirişi "xxxx" MMC-yə göndərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ”Bərəkət-Ol” Məhdud Məsuliyyətli Cəmiyyəti adlı hüquqi şəxsin ümumiyyətlə Kommersiya qurumlarının dövlət reyestri haqqında elektron məlumat sistemində mövcud olmadığı müəyyən edilmişdir. İddiaçı şikayət ərizəsində ”Bərəkət-Ol” Məhdud Məsuliyyətli Cəmiyyətinin əvvəlki adının "xxxx" MMC olduğunu qeyd etsə də, kommersiya qurumlarının dövlət reyestri haqqında elektron məlumat sistemindən çıxarışdan görünür ki, "xxxx" MMC fərqli bir VOEN-lə (**********), fərqli bir ünvanda ünvan 1lınmışdır. İddiaçının şikayətə əlavə etdiyi nizamnamədən görünür ki, "xxxx" MMC 13.06.2012ci il tarixində dövlət qeydiyyatına alınmışdır. Kommersiya qurumlarının dövlət reyestri haqqında elektron məlumat sistemindən edilmiş çıxarışdan görünür ki, həmin hüquqi şəxsin hüquqi ünvanı ünvan 2n Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.2-ci maddələrinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının iddia ərizəsində istinad etdiyi müqavilə "xxxx" MMC ilə bağlansa da iddiaya cavab verməli olan hüquqi şəxs düzgün qeyd edilməmiş, o cümlədən müqavilənin ləğvi barədə bildiriş müqavilə tərəfinin hüquqi ünvanına göndərilməmişdir. MPM-nin 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Buna görə də birinci instansiya məhkəməsi qeyd edilən normaların tələblərinə əsasən düzgün olaraq iddianın baxılmamış saxlanılmalı olduğuna dair nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, e-2-2(113)-2899/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, e-2-2(113)-2899/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar