Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-142/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ləğv prosesində olan "xxxx" X17 Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər "xxxx" Müəssisəsi və X8) “hərracın etibarsız hesab edilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X10 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X6 və üçüncü şəxs "xxxx" Müəssisəsinin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2727/2023 saylı qətnaməsindən iddiaçı LPO "xxxx" KB QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-492/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə "xxxx" Müəssisəsindən LPO QSC “Bank Standard" KB-nin xeyrinə 3.200.000 manat əsas, 294.376,63 manat faiz və 70.000 manat cərimə borcu olmaqla, cəmi 3.564.376,63 manat məbləğində borc, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat və ipoteka predmetinə tutma haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 237 manat dövlət rüsumları tutulmuş, ipoteka predmetləri olan digər əmlaklarla yanaşı X16 məxsus Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində olan 0,50 ha torpaq sahəsində yerləşən 3 girişli, 80,3 kv.m ümumi, 36,2 kv.m əsas, 44,1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası ilə birlikdə 0,50 ha torpaq sahəsinin ilkin satış qiyməti 150.000 manat və "xxxx" Müəssisəsinə məxsus Ağcabədi rayonu, Rəncbərlər küçəsində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1,4 ha torpaq sahəsinin isə ilkin satış qiyməti 5.450.000 manat müəyyən edilməklə, tutma həmin daşınmaz əşyalara yönəldilmiş, adları çəkilən daşınmaz əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına LPO QSC "xxxx" KB-nin təmin edilmiş tələblərin ödənilməsi qət edilmişdir.
2. Həmin qətnamə əsasında verilmiş icra vərəqəsi üzrə Ağcabədi rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı LPO "xxxx" KB QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən Ağcabədi rayonu, Rəncbərlər kəndində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1.4 ha torpaq sahəsinin satılmasına dair xx.xx.2021-ci il tarixdə keçirilmiş hərracın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı bildirir ki, əmlakların satılmasına dair Cavabdeh MMC tərəfindən daxil olmuş 50 nömrəli xx.xx.2021-ci il tarixli hərrac bildirişində beh məbləğinin ödəniləcəyi bank hesabı qeyd edilmiş, həmçinin hərrac bildirişində, hərracın keçirilməsinə dair “525-ci qəzet”in xx.xx.2021-ci il tarixli buraxılışında da hərrac mərkəzinin behin ödənilməsinə dair depozit hesabı qeyd edilmişdir. Yəni bildirişdə və qəzetdə qeyd olunub ki, hərracda iştirak etmək üçün müvafiq sənədlər (fiziki şəxslər üçün şəxsiyyəti təsdiq edən sənəd, hərrac mərkəzinin depozit hesabına behin köçürülməsini təsdiq edən sənəd) hərracın başlanmasına ən geci bir iş günü qalanadək təqdim olunmalıdır. Qəzetdə və bildirişdə qeyd olunan hesaba isə X13 (kimliyi onlara bəlli olmayan şəxs) tərəfindən beh məbləği xx.xx.2021-ci il tarixdə saat 09:33:23 radələrində, yəni hərracın keçirilməsindən 15 gün sonra ödənilmişdir. Beh məbləğinin bank hesabına ödənildiyi gün, yəni xx.xx.2021-ci il tarixdə beh verən X11 tərəfindən hərrac mərkəzinə ərizə ilə müraciət edilərək beh məbləğinin geri qaytarılması xahiş edilmişdir və həmin tarixdə beh məbləği X4 hesabına qaytarılmışdır. Göründüyü kimi, beh məbləği hərracın keçirilməsindən 15 gün sonra hərrac mərkəzinin hesabına ödənilmiş və həmin gün məbləğ geri qaytarılmışdır. Həmçinin LPO "xxxx" KB QSCnin nümayəndəsi hərrac keçirilən gün hərrac mərkəzində olsa da, qeyd olunan əmlakla bağlı beh verənin olmadığı ona bildirilmişdir. Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixdə ilkin satış qiyməti ilə hərraca çıxarılan və satışı baş tutmayan daşınar və daşınmaz əmlakların siyahısı “525-ci qəzet”in xx.xx.2021-ci il tarixli buraxılışında dərc edilmişdir. Əgər sözügedən əmlak kompleksinin satılması üçün təşkil edilmiş hərracda iştirak etmək üçün X9 tərəfindən bildirişdə və elanda qeyd edilmiş qaydada beh məbləği ödənilsə idi, həmin qəzetdə hərracın təşkilatçısı hərraca iki nəfərdən az alıcı gəldiyi üçün satışı baş tutmayan daşınmaz əmlak kimi dərc etməli idi. Habelə həmin kompleksin satılması üçün xx.xx.2021-ci il tarixinə təyin edilmiş hərracda satış qiyməti ilkin qiymətindən 15% az olmamalı idi. xx.xx.2021-ci il tarixdə, yəni hərrac keçirilən gün tərtib edilmiş gündəlik məsələyə dair 50 nömrəli protokolda hərracın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra “İpoteka haqqında” Qanun) 43.1.1-ci maddəsinə əsasən baş tutmamış elan edilməsi, 1 №-li alıcı X2 ödədiyi beh məbləğinin təqdim edəcəyi bank hesabına geri qaytarılması və bununla əlaqədar lazımi sənədlərin tərtib edilməsi qərara alınmışdır. 1 №-li alıcı X9 beh məbləğinin geri qaytarılmasına dair ərizə ilə hərrac təşkilatına xx.xx.2021-ci il tarixdə (beh məbləğinin bank hesabına ödənildiyi gün) müraciət edərkən səhhətində yaranmış problemi əsas gətirərək ərizəni gec yazdığını qeyd etmişdir. Əgər X9 xx.xx.2021-ci il tarixdə hərrac təşkilatında alıcı kimi iştirak etsə idi, behin geri qaytarılmasına dair ərizəni də hərrac keçirilən gün yazmalı idi. Buradan da görünür ki, X9 tərəfindən həmin əmlakın satışında iştirak etmək üçün qanunda nəzərdə tutulmuş qaydada beh məbləği ödənilməmişdir və hərrac təşkilatında alıcı kimi iştirak etməmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli hərrac qanunvericiliyin tələblərinə, xüsusilə Mülki Məcəllədə və “İpoteka haqqında” Qanunda nəzərdə tutulmuş hərracın keçirilməsinə dair qaydalara uyğun olmayan formada keçirilib.
5. Əlavə olaraq iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, hərracın etibarsızlığı tələblərinin əsasını həmçinin hərrac təşkilatının rəsmi internet saytında elanın dərc olunmaması, qəzetdə elan dərc edilməmişdən əvvəl bildirişin göndərilməsidir. Belə ki, “İpoteka haqqında” Qanunun tələbinə əsasən hərrac barədə hərrac təşkilatının rəsmi internet saytında elan dərc olunmalı, həmçinin mediada və rəsmi internet saytında elan dərc edildikdən sonra ipoteka saxlayana və ipoteka qoyana bildiriş göndərilməlidir. Lakin bildiriş xx.xx.2021-ci il tarixdə tərtib olunmuş, qəzetdə isə xx.xx.2021-ci il tarixdə dərc olunmuşdur. Bildirişin özündə də yazılmışdır ki, xx.xx.2021-ci il tarixdə elan dərc edilmişdir.
6. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, hərracın keçirilməsi ilə bağlı tərəflərə bildirişlər göndərilmiş və bildirişlərlə yanaşı kütləvi informasiya vasitələrində də elan verilmişdir. Bildirişlər 19 aprel tarixə verilmiş, elan da 19 apreldə verilməsinə baxmayaraq, 5-ci günə düşmüş və 20 apreldə elanlar qəzetdə yerləşdirilmişdir. Həmin vaxt internet saytlarında profilaktik iş aparıldığı üçün elanları öz saytlarında dərc etdirə bilməmiş və digər elan saytında yerləşdirmişlər. X8 hərracda iştirak üçün müraciət etmiş və hərracda iştirak üzrə müqavilə bağlanmışdır. X8 hərracda iştirak etmiş, onun bank hesabı olmadığı üçün behin qaytarılması yubanmışdır. Beh məbləği kassa vasitəsi ilə daxil olmuş, beh verənə mədaxil qəbzi təqdim olunmuşdur. Rəhmanov X1 problem olduğu üçün xahiş etmiş, onlar da pulu həmin şəxsin bank hesabına köçürmüşlər. xx.xx.2021-ci il tarixli qəbzdə adı qeyd olunan X14 hərrac təşkilatının mühasibidir.
7. Üçüncü şəxs "xxxx" Müəssisəsinin nümayəndəsi iddiaya etiraz edir.
8. Üçüncü şəxs X8 da iddiaya etiraz edir və bildirir ki, o, hərrac barədə üçüncü bir şəxsdən məlumat almış, həmin vaxt bir neçə əmlakını satdığı üçün bir istiqamətdə bizneslə məşğul olmaq istəmişdir. Köməkçisini əmlak kompleksinə baxmaq üçün göndərmiş, o isə əmlakın əlverişli qiymətə olduğunu bildirmişdir. Həmçinin ona bildirilmişdir ki, müəssisə işlək müəssisədir, fəaliyyətə başlaması üçün çox xərc tələb olunmayacaq. Behi ödəmiş, hərracda iştirak etmiş, hərrac baş tutmamışdır. Elə hesab etmişdir ki, ikinci dəfə hərracda iştirak edəcək. Lakin sonradan bilmişdir ki, müəssisənin fəaliyyətə başlaması üçün çox xərc lazımdır, ona görə də behin geri qaytarılması üçün ərizə ilə müraciət etmiş, beh qaytarılmışdır. Həmin vaxt səhhətində yaranmış problemə görə ərizə ilə gec müraciət etmişdir. Behin hərrac təşkilatına ödənildiyi tarix qəbzdə qeyd olunan tarixdir. Prosedur qaydaları yaxşı bilmədiyi üçün behi nağd qaydada ödəmişdir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2727/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
10. İddiaçı LPO "xxxx" KB QSC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X15 apellyasiya şikayətini müdafiə etdi, üçüncü şəxs "xxxx" Müəssisəsinin nümayəndəsi və vəkili Nümayəndə3 isə apellyasiya şikayətinə etiraz etdi.
14. Digər üçüncü şəxs və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Mülki Məcəllənin 317.2-ci maddəsinə əsasən satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir
16. Həmin Məcəllənin 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.
17. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
18. Həmin Məcəllənin 416.1 və 416.2-ci maddələrinə əsasən Mülki Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
19. “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
20. Həmin Qanunun 42.2-ci maddəsinə əsasən hərracda iştirak edən, lakin onu udmayan şəxslərin de behi 7 təqvim günü müddətində geri qaytarılır.
21. Həmin Qanunun 42.3-ci maddəsinə əsasən istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər.
22. Həmin Qanunun 42.4-cü maddəsinə əsasən hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir.
23. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracın iştirakçısı olmadıqda, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirir.
24. Həmin Qanunun 44-cü maddəsinə görə bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsassızdır.
27. Belə ki, iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 416.1 və 416.2-ci maddələri təşkil edir.
28. Lakin hazırkı işdə həmin maddələrin dispozisiya şərtləri müəyyən edilmir.
29. Belə ki, xx.xx.2021-ci il tarixli (məktuba düzəliş edilməsi barədə xx.xx.2021-ci il tarixli), 18814/21-38-7 saylı sifariş məktublarından görünür ki, Ağcabədi rayon İcra və Probasiya şöbəsi tərəfindən Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində 0.50 ha torpaq sahəsində yerləşən 3 girişli, 80.3 kv.m ümumi, 36.2 kv.m əsas, 44.1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 150.000 manat və "xxxx" müəssisəsinə məxsus Ağcabədi rayon, Rəncbərlər kəndində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1.4 ha torpaq sahəsinin ilkin satış qiyməti 5.450.000 manat müəyyən edilməklə açıq hərracda satılması məqsədi ilə Cavabdeh MMC-yə sifariş verilmişdir.
30. xx.xx.2021-ci tarixli hərrac bildirişindən görünür ki, Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixinə 11:00-da ilkin hərrac təyin edilmişdir.
31. Poçt xəbərnamələrindən görünür ki, ipoteka qoyana, ipoteka saxlayana və digər şəxslərə hərrac bildirişləri çatdırılmışdır.
32. “525-ci qəzet”in 20 aprel 2021-ci il tarixli nömrəsindən görünür ki, "xxxx" müəssisəsinə məxsus Ağcabədi rayon, Rəncbərlər kəndində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1.4 ha torpaq sahəsinin açıq hərracdan satılması ilə bağlı hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı barədə elan dərc olunmuşdur.
33. Cavabdeh MMC-nin məlumatından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 99 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən 11 və 12 may istirahət günlərinin yerlərinin dəyişdirilməsi ilə bağlı Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixə təyin edilmiş ilkin hərracın tarixi xx.xx.2021-ci il tarixə keçirilmişdir.
34. “525-ci qəzet”in 21 aprel 2021-ci il tarixli nömrəsindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 99 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən 11 və 12 may istirahət günlərinin yerlərinin dəyişdirilməsi ilə bağlı Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixə təyin edilmiş ilkin hərracın xx.xx.2021-ci il tarixə keçirilməsi barədə elan dərc olunmuşdur.
35. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli ƏXZ/1№643557 saylı kassa mədaxil orderindən görünür ki, xx.xx.2021-ci il tarixli hərracda iştirak etmək üçün 272.500 manat beh məbləği X8 tərəfindən ödənilmişdir.
36. X8 tərəfindən Cavabdeh MMC-ə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, "xxxx" müəssisəsinə məxsus Ağcabədi rayon, Rəncbərlər kəndində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1.4 ha torpaq sahəsinin açıq hərracında ödədiyi behi nəzərə alaraq alıcı kimi iştirakına icazə verilməsini və ödənilən beh ilə bağlı müqavilə bağlanılmasını xahiş etmişdir.
37. Hərracda iştirak üzrə xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, fiziki şəxs X12 açıq hərraca çıxarılmış əmlak üzrə müəyyən olunmuş 272.500 manat beh məbləği ödəyərək hərracda iştirak hüququnu əldə etmişdir.
38. Cavabdeh MMC-nin xx.xx.2021-ci il tarixli, 50 saylı protokolundan görünür ki, hərrac “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1-ci maddəsinə əsasən baş tutmamış elan edilmiş və 1 №-li alıcı X5 ödədiyi beh məbləğinin təqdim edəcəyi bank hesabına geri qaytarılması və bununla əlaqədar lazımi sənədlər tərtib edilməsi qərara alınmışdır.
39. X8 tərəfindən Cavabdeh MMC-ə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, səhhətində yaranmış problem səbəbindən ödədiyi behin geri qaytarılması ilə bağlı müraciət edə bilmədiyini, 272.500 manat behin ən qısa müddətdə "xxxx" ASC-də yerləşən cari hesabına köçürülməsini xahiş etmişdir.
40. Cavabdeh MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 024 saylı kassa məxaric orderindən görünür ki, 272.500 manat pul X7 verilmişdir.
41. xx.xx.2021-ci il tarixli FJB**********336 saylı qəbzdən görünür ki, X14 tərəfindən 272.500 manat pul Cavabdeh MMC-nin hesabına mədaxil edilmişdir.
42. xx.xx.2021-ci il tarixli 001AZ**********1 saylı ödəniş sənədindən görünür ki, Cavabdeh MMC tərəfindən 272.500 manat pul X3 "xxxx" ASC-də olan hesabına köçürülmüşdür.
43. İşin mübahisəsiz halları və qeyd olunan sübutlarla müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-492/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul olunmuş, xx.xx.2021-ci il tarixli (məktuba düzəliş edilməsi barədə xx.xx.2021-ci il tarixli), 18814/21-38-7 saylı sifariş məktubu ilə Ağcabədi rayon İcra və Probasiya şöbəsi tərəfindən Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində 0.50 ha torpaq sahəsində yerləşən 3 girişli, 80.3 kv.m ümumi, 36.2 kv.m əsas, 44.1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 150.000 manat və "xxxx" müəssisəsinə məxsus Ağcabədi rayon, Rəncbərlər kəndində yerləşən əmlak kompleksi kimi müəssisə ilə birlikdə 1.4 ha torpaq sahəsinin ilkin satış qiyməti 5.450.000 manat müəyyən edilməklə açıq hərracda satılması məqsədi ilə Cavabdeh MMC-yə sifariş verilmiş, Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixinə ilkin hərrac təyin edilmiş, bu barədə “525-ci qəzet”in 20 aprel 2021-ci il tarixli nömrəsində elan dərc olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 99 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən 11 və 12 may istirahət günlərinin yerlərinin dəyişdirilməsi ilə bağlı Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixə təyin edilmiş ilkin hərracın tarixi xx.xx.2021-ci il tarixə keçirilmiş, bu barədə “525-ci qəzet”in 21 aprel 2021-ci il tarixli nömrəsində elan dərc edilmiş, X8 xx.xx.2021-ci il tarixli hərracda iştirak etmək üçün xx.xx.2021-ci il tarixdə 272.500 manat beh ödəmiş, onunla xx.xx.2021-ci il tarixli hərracda iştirak üzrə müqavilə bağlanmış, həmin şəxs hərracda iştirak hüququ əldə etmiş, xx.xx.2021-ci il tarixli hərrac “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsinə əsasən baş tutmamış elan edilmiş, X3 ödədiyi beh məbləğinin təqdim edəcəyi bank hesabına geri qaytarılması qərara alınmış, X8 xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət edərək beh məbləğinin "xxxx" ASC-də yerləşən cari hesabına köçürülməsini xahiş etmiş, 272 500 manat pul Cavabdeh MMC-nin hesabına mədaxil edilərək X3 "xxxx" ASC-də olan hesabına köçürülmüşdür.
44. Göründüyü kimi hərracın keçirilməsi qaydaları ilə bağlı cavabdeh tərəfindən hər hansı bir pozuntuya yol verilməmişdir.
45. İddiaçının istinad etdiyi dəlillər isə əsassızdır.
46. Belə ki, iddiaçının nümayəndələrinin hərrac keçirilən gün hərrac mərkəzində olması və adıçəkilən əmlakla bağlı beh verənin olmadığı halı hər hansı sübuta əsaslanmayan iddiaçı tərəfin formal mülahizələrdən ibarətdir.
47. Həmçinin “İpoteka haqqında” Qanunun 42.3 və 42.4-cü maddəsinə əsasən ipoteka saxlayanın hərracda alıcı qismində iştirak edə bilməsi və beh ödəməkdən azad olunduğu nəzərə alındıqda iddiaçının (ipoteka saxlayanın) nümayəndəsinin hərrac mərkəzində olduğu halda hərracda iştirak etməməsi istinad etdiyi halla ziddiyyət təşkil edir.
48. Bundan başqa, ikinci hərrac barədə dərc olunan xx.xx.2021-ci il tarixli elanda əmlakın 15% aşağı qiymətlə hərraca çıxarılması birinci hərracda iştirakçı olmadığı qənaətinə gəlməyə əsas vermir.
49. Belə ki, iş materiallarında olan digər sübutlarla təsdiq olunmamaqla birlikdə bu hal etibarsızlığı tələbi irəli sürülən hərrac keçirildikdən sonraya aid haldır və hərracın təşkilatçısının ipoteka predmetini qanunazidd olaraq daha aşağı qiymətlə təkrar hərraca çıxarması əvvəlki hərracın keçirilməsi ilə bağlı qaydalara aid olan məsələ deyildir, əvvəlki hərracın etibarsızlığına səbəb ola bilməz.
50. Behin ödənilməsi qaydasının pozulması barədə dəlillərər dair qeyd edilir ki, yuxarıda istinad olunan sübutlarla müəyyən edilir ki, X8 xx.xx.2021-ci il tarixli hərracda iştirak etmək üçün xx.xx.2021-ci il tarixdə 272.500 manat beh ödəmiş, behin ödənilməsi hərrac təşkilatçısı tərəfindən kassa mədaxil orderi ilə rəsmiləşdirilmiş, onunla xx.xx.2021-ci il tarixli hərracda iştirak üzrə müqavilə bağlanmışdır. Göründüyü kimi, beh məbləği hərrac keçirilməmişdən 1 gün əvvəl ödənilmişdir.
51. Həmçinin, “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsində müəyyən edilmiş hərracın keçirilməsinə dair elanda və bildirişdə behin ödənilməsi qaydası barədə məlumatın təsbit olunması tələbi hərracda iştirak etmək istəyən şəxslərin hüquqlarının təminatına yönəlmiş tələbdir və cavabdeh tərəfindən qeyd olunan tələbə əməl olunaraq bu barədə məlumat elan və bildirişdə təsbit olunmuşdur. Eyni zamanda həmin maddədə qeyd olunmuşdur ki, hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Göründüyü kimi, behin ödənilməsi tələbinin müəyyən edildiyi bu normada qayda müəyyən edilməmiş, hüquqların müdafiəsi baxımından behin ödənilməli olması təsbit olunmuşdur. Hazırkı iş üzrə hərracın iştirakçısı beh məbləğini ödəmişdir. Behin bank hesabına deyil, hərrac təşkilatına nağd qaydada ödənilməsi behin ödənilməsi faktını inkar etməyə əsas verə bilməz.
52. Behin geri alınması ilə bağlı qeyd edilir ki, “İpoteka haqqında” Qanunun 42.2-ci maddəsində müəyyən edilən qayda beh verənin hüquqlarının müdafiəsinə yönələn qaydadır və beh verən tərəfindən ərizə ilə müraciət olunması əsasından asılı edilməmişdir. xx.xx.2021-ci il tarixli, 50 saylı protokolundan da görünür ki, 1 №-li alıcı X5 ödədiyi beh məbləğinin təqdim edəcəyi bank hesabına geri qaytarılması qərara alınmışdır. Belə olan halda beh verənin hüququndan vaxtında (7 gün müddətində) istifadə etməyərək behin qaytarılması üçün sonradan müraciət etməsi hərracın keçirilməsi qaydasının pozulması kimi qiymətləndirilə bilməz. Təqdim olunan sübutlardan da görünür ki, hərracın iştirakçısı behin bank hesabına qaytarılmasını xahiş etmiş, beh məbləği hərrac təşkilatçısının hesabına mədaxil edilərək köçürmə yolu ilə beh verənə qaytarılmışdır.
53. Qəzetdə elan dərc edilməmişdən əvvəl hərrac barədə bildirişin göndərilməsi, bununla da “İpoteka haqqında” Qanunun 42.1-ci maddəsinin tələblərinin pozulmasına dair qeyd edilir ki, həmin normada elan və bildirişin məzmununa dair tələblər eyni olmaqla hərracın vaxtı, yeri, keçirilmə qaydası və s. məlumatların əks olunmasını nəzərdə tutur və “hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir” müddəası elan və bildirişin məzmununa dair tələblərlə qarşılıqlı təhlil olunmalıdır. Bu zaman aydın olur ki, “bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir” tələbi dərc olunan elan barədə bildirişi deyil, məhz hərracın vaxtı, yeri və s. barədə bildirişin göndərilməsini nəzərdə tutur. Belə olan halda həmin normada elan və bildirişin birinin digərindən əvvəl və ya sonra olması ilə bağlı tələbin qoyulmadığı aydın olur.
54. Hərrac təşkilatının rəsmi internet saytında hərrac barədə elanın dərc olunmaması ilə bağlı qeyd edilir ki, qanunvericilikdə qeyd olunan tələbin qoyulması hərrac barədə məlumatın şəxslərə çatımlılığını təmin etməkdir. Cavabdeh rəsmi internet saytında profilaktik iş aparıldığı üçün elanı orada dərc edə bilmədiklərini qeyd etmişdir. Bununla bərabər hərrac barədə mediada (qəzetdə) elan dərc olunmuş, hərracın iştirakçısı da olmuşdur. Həmçinin ipoteka qoyana, ipoteka saxlayana hərrac barədə lazımi qaydada məlumat verilmişdir. Hərracı ipoteka saxlayanın mübahisələndirdiyi, onun isə hərrac barədə məlumatlı olması nəzərə alındıqda qeyd olunan halın ipoteka saxlayanın hansı hüququnu pozduğu aydın deyildir. Bu baxımdan belə nəticəyə gəlinir ki, iddiaçının hüquq və mənafelərinin müdafiəsi baxımından qeyd olunan hal hərracın etibarsızlığına səbəb olan hal kimi şərh oluna bilməz.
55. Kollegiya qeyd edir ki, iddiaçı tərərfindən iddianın əsaslığını təsdiq edən birbaşa sübutlar təqdim edilməmişdir.
56. İddiaçının istinad etdiyi halları təsdiq edən sənədlər dolayı sübutlar kimi qiymətləndirildikdə də iddianın əsaslı olması öz təsdiqini tapmır.
57. Belə ki, yalnız dolayı sübutlar əsasında nəticəyə gəlmək üçün bir yox, bir neçə dolayı sübut olmalıdır, sübutların heç birinin etibarlığı şübhə doğurmamalıdır, bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır, bu sübutlar birlikdə dəyərlənməlidir, bu sübutlar birlikdə sübut olunan faktın varlığı barədə birmənalı nəticə çıxarmağa əsas verən sistem yaratmalıdır.
58. İddiaçının istinad etdiyi sübutlar isə mübahisələndirilən hərracda iştirakçının olmaması barədə birmənalı nəticəyə gəlməyə əsas vermir.
59. Ümumiyyətlə iddiaçının istinad etdiyi hallar yalnız o vaxt iddianın əsaslı hesab edilməsi üçün əsas ola bilərdi ki, yuxarıda istinad olunan elan, bildiriş, ödəniş və s. sənədlərin saxtalığı müəyyən edilmiş olsun. Lakin həmin hal müəyyən edilməmişdir.
60. Göründüyü kimi iddianın təmin edilməsi üçün əsaslar mövcud deyildir. Ona görə də, iddia tələbləri rədd edilməlidir.
61. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
62. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı LPO "xxxx" KB QSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2727/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn