Məhkəmə qərarları › İş №2-2(103)-1449/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1449/2021

10.12.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1449/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC, Cavabdeh4 və Cavabdeh5 qarşı kredit müqaviləsinin ləğv edilməsi və sair tələblərə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-956/2021 nömrəli iş üzrə 28 oktyabr 2021-ci il tarixli qərardadından Cavabdeh3 MMC-nin apellyasiyasının mümkünlüyünü yoxlayaraq müəyyən etdi: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azorel “MMC-dən İddiaçı ASC-nin xeyrinə 2016-ci il 27 may tarixli kredit müqaviləsi üzrə 2.918.101,75 ABŞ dolları əsas, 215.576,05 ABŞ dolları faiz, 70.091,61 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 3.203.769,41 ABŞ dolları məbləğdə borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh5 mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən 7 otaqlı 171,53 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 31(B tik) nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evininin açıq hərracdan satılması və borcun ünvan 1 ünvanda yerləşən 7 otaqlı 171,53 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 31(B tik) nömrəli fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi; tutmanın Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən 3 otaqlı 135,58 kv.m. ümumi, 87,1 kv.m. yaşayış sahəsindən ibarət 31 nömrəli evin 2 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun ünvan 1 ünvanda yerləşən 3 otaqlı 135,58 kv.m. ümumi, 87,1 kv.m. yaşayış sahəsindən ibarət 31 nömrəli evin 2 nömrəli mənzilinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASCyə ödənilməsi, tutmanın Cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən 11 otaqlı 171,98 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 31(C tik) nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun ünvan 1 ünvanda yerləşən 11 otaqlı 171,98 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 31(C tik) nömrəli fərdi yaşayış evinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi; borcun əvəzi girov qoyulmuş Cavabdeh4 Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 535 kv.m. olan A-8 yaşayış kompleksi, Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 535 kv.m. olan A-7 yaşayış kompleksi, Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 535 kv.m. olan A-5 yaşayış kompleksi, Bakı şəhəri Salyan şosesi 12 ünvannda yerləşən ümumi sahəsi 520 kv.m. olan B-2 yaşayış kompleksi, Bakı şəhəri Salyan şosesi 12 ünvanda yerləşən ümumi sahəsi 520 kv.m. olan B-1 yaşayış kompleksi barəsində 07/16 nömrəli 12.05.2016cı il tarixli, 08/16 nömrəli 12.05.2016-cı il tarixli, 09/16 nömrəli 12.05.2016-cı il tarixli, 10/16 nömrəli 12.05.2016-cı il tarixli, 17/18 nömrəli 12.05.2016-cı il tarixli maliyyə arayışları üzrə "xxxx" MMC qarşısında yaranmış tələbetmə hüquqlarına yönəldilməsi hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh5 mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən 7 otaqlı 171,53 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 31(B tik) nömrəli fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh5 və digər şəxslərin ünvan 1 ünvanda yerləşən 7 otaqlı 171,53 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 31(B tik) nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh5 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən 3 otaqlı 135,58 kv.m. ümumi, 87,1 kv.m. yaşayış sahəsindən ibarət 31 nömrəli evin 2 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və digər şəxslərin ünvan 1 ünvanda yerləşən 3 otaqlı 135,58 kv.m. ümumi, 87,1 kv.m. yaşayış sahəsindən ibarət 31 nömrəli evin 2 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh2 mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən 11 otaqlı 171,98 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 31(C tik) nömrəli fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və digər şəxslərin ünvan 1 ünvanda yerləşən 11 otaqlı 171,98 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 31(C tik) nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2 və digər şəxslərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi, "xxxx" İKB ASC ilə “Azorel“ MMC arasında bağlanmış 27 may 2016-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30.06.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" İKB ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış 27 may 2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh3 MMC-dən 2.574.484,25 ABŞ dolları məbləğdə əsas borc, 122.433,77 ABŞ dolları məbləğdə faiz borcu, 50.000 ABŞ dolları məbləğdə dəbbə pulu, ümumilikdə 2.746.918,02 ABŞ dolları məbləğdə borcun ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə əsasən manatla, eləcə də ödənilmiş dövlət rüsumlarının əvəzi olaraq 30 manat məbləğdə pul vəsaiti və işə baxılması ilə əlaqədar olan məsrəflərin əvəzi olaraq 60 manat məbləğdə pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh5 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 171,53 kv.m. yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı 31(B tik) nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 810.000 manat məbləğdə müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh5 qaytarılması, tələb üzrə tutmanın Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanda 0,01716 ha torpaq sahəsində yerləşən 3 otaqlı 135,58 kv.m. ümumi, 87,1 kv.m. yaşayış sahəsindən ibarət olan 31 nömrəli evin 135,58 kv.m. ümumi, 87,1 kv.m. yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 288.000 manat məbləğdə müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh1 qaytarılması, tələb üzrə tutmanın Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 171,98 kv.m.yaşayış, 157,74 kv.m. yardımçı sahədən ibarət 11 otaqlı 31(C tik) nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın ilkin satış qiymətinin 900.000 manat məbləğdə müəyyən edilməsi, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı ASC-nin borc tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh2 qaytarılması qət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 28.10.2021-ci il tarixli qərardadı ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti elektron qaydada verilmədiyindən geri qaytarılmışdır. Qərardadla razılaşmayan Cavabdeh3 MMC ondan şikayət verərək, ləğv edilməsini və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiyanın mümkünlüyünü Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada yoxlayaraq, aşağıdakıları qeyd edir. MPM-in 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. MPM-in “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətində hansı məlumatların hansı ardıcıllıqla göstərilməli olması müəyyən edilmiş, Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli; şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli; məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli; məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli; apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. İşdən görünür ki, şikayətdə mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişlərinə əməl edilməmiş, şikayət “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan forma və məzmuna uyğun tərtib edilməmişdir. MPM-in 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin birinci instansiya məhkəməsi qanunun sözügedən tələblərini nəzərə almamış, MPM-in “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində müəyyən olunan forma və məzmun şərtlərinə uyğun tərtib edilməyən şikayəti qaytarmalı olduğu halda, şikayəti iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayət, MPM-in 361.1-ci maddəsinin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 366, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-956/2021 nömrəli iş üzrə 28 oktyabr 2021-ci il tarixli qərardadından Cavabdeh3 MMC-nin apellyasiyası qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar