Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-145/2024 24.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2477/2023 nömrəli qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı “X1” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC-dən və Cavabdeh1 birgə qaydada iddiaçı “X1” ASC-nin xeyrinə 461.318,09 manat əsas, 18.837,5 manat faiz olmaqla, cəmi 480.155,59 manat borcun, həmçinin ödənilmiş 454,16 manat dövlət rüsumunun, mediasiya xərci olaraq ödənilmiş 400 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-2477/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 459.360,39 manat əsas borc, 2374,37 manat faiz borcu, 400 manat mediasiya xərci, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 357 manat olmaqla, ümumilikdə 462491,76 manat məbləğində pulun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən iddiaçı və Cavabdeh1 apellyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-2477/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini, Cavabdeh2 MMC və Cavabdeh1 birgə qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 461318,09 manat əsas, 18837,5 manat faiz olmaqla, cəmi 480155,59 manat borcun pul tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-2477/2023 nömrəli qətnaməsinin qismən - Cavabdeh1 Tofsif oğluna aid təmin olunan hissədə ləğv edilməsini və iddianın Cavabdeh1 Tofsif oğluna münasibətdə hissəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-2(103)-1095/2023 nömrəli qərardadı ilə apellyasiya şikayətləri mümkün hesab edilmiş və işə baxılması xx.xx.2024-cü il tarixə təyin edilmişdir. Tərəflər xx.xx.2024-cü il tarixdə “Aze Mis” elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə barışıq sazişini və barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsi barədə ərizə təqdim etmişdirlər. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iştirak edərək barışıq sazişinin əslini məhkəməyə təqdim etmiş və barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə barışıq sazişini işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, barışıq sazişinin şərtləri təsdiq edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2477/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin şərtləri qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməli, Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2477/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261-262, 263-264, 391, 400 və 405-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı: Tərəflər arasında barışıq sazişi bağlanması ilə əlaqədar Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2477/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Tərəflər arasında bağlanmış barışıq sazişinin aşağıdakı şərtləri məhkəmə tərəfindən təsdiq edilsin: - Cavabdeh2 MMC və Cavabdeh1 İddiaçı ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə banka qalıq 445.000 manat məbləğində borcunun olmasını mübahisəsiz şəkildə qəbul edir. - Cavabdeh2 MMC və Cavabdeh1 bu razılaşmanın 2.2-ci bəndində qəbul etdiyi 445.000 manat borcundan razılaşma imzalandığı tarixdən bir iş günündən gec olmayaraq 100.000 manat həcmində birdəfəlik ödəniş etməyi öhdəsinə götürür. - Cavabdeh2 MMC və Cavabdeh1 qalıq 345.000 manat kredit borcunu illik 5 % indeksasiya olunmaqla annuitet qaydasında hər ay 15.135,63 manat məbləğində bərabər hissələrlə 24 ay müddətində 2024-cü ilin fevral ayından başlayaraq hər ayın sonuncu iş günündən güc olmayaraq ödənilməsini öz öhdəsinə götürür. - Bu sazişin 2.3-cü bəndinə riayət edilmədikdə İddiaçı ASC Cavabdeh2 MMC və Cavabdeh1 qarşı məhkəməyə ərizə ilə müraciət edərək həmin vaxtadək aparılmış ödənişlər çıxılmaqla qalan əsas borcun və həmin günə hesablanmış bütün faizlərin tutulmasına dair icra vərəqəsi alacaqdır. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-145/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-145/2024
24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver