Məhkəmə qərarları › İş №2-2(103)-147/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-147/2020

11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-147/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və X1 ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, cavabdehin nümayəndəsi (vəkili) X4 iştirakı ilə İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının Cavabdeh MMC-yə qarşı “pul tələbinə” dair kommersiya mübahisəsi üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1130/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Şirkəti Azərbaycan Respublikasındakı filialı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə “X7” MMC arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 005 saylı müqavilənin tərkib hissəsi olan 1 saylı Əlavənin 8-ci bəndinə əsasən 38.400 ABŞ dolları məbləğində əsas pulun və 10.000 ABŞ dolları məbləğində maddi ziyan olmaqla, cəmi 48.000 ABŞ dolları məbləğində pulun Cavabdeh MMC-dən İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir İddianın əsaslarına görə xx xxxx 2019-cu il tarixdə tərəflər arasında «İş və xidmətlərin göstərilməsi barədə» 005/2019 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə iddiaçı öhdəliklərini tam olaraq yerinə yetirmiş, lakin göstərilən xidmətə görə cavvabdeh müqavilənin tərkib hissəsi olan 1 saylı Əlavənin 8-ci bəndinin tələblərinə əməl etməmiş 2, 5, 6 və 7 avqust tarixləri üçün, 4 günə görə 38.400 ABŞ dolları məbləğində xidmət pulunu ödəməkdən imtina etmişdir. Pulun ödənilməməsinin səbəbi kimi küləkli hava şəraitinin olması bəhanə edilir. Halbuki, müqavilənin tərkib hissəsi olan 1 saylı Əlavənin 8-ci bəndində göstərilmişdir ki, “hər hansı kranın nasazlığına görə yararlı olmadığı müddət istisna olmaqla, başqa bütün digər hallarda kranın xidmət haqqı hesabı fakturası tədbiq olunur”. Xidmət müqaviləsi üzrə öhdəliklərin yerinə yetrilməsi ilə əlaqədar cavabdehə pretenziya məktubu təqdim olunsa da müsbət nəticəsi olmamışdır. İddiaçı Mülki Məcəllənin 425, 443, 445, 447, 448-ci maddələrinə istinadən hesab edir ki, iddia tələbi təmin edilməlidir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1130/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 19200 ABŞ dolları (ödəniş günü manata olan məzənnə ilə) alınaraq İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, iddisıanın tam təmin olunmasını - tərəflər arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 005 saylı müqavilənin tərkib hissəsi olan 1 saylı Əlavənin 8-ci bəndinə əsasən 38.400 ABŞ dolları məbləğində əsas pulun və müqavilənin 8.3-cü bəndinə əsasən cavabdeh tərəfindən gecikdirilən gün üçün iddiaçıya ümumi məbləğin ən azı 0,1 faizi məbləğində dəbbə pulu da nəzərə alınmaqşla, 10.000 ABŞ dolları məbləğində maddi ziyan olmaqla, cəmi 48.400 ABŞ dolları məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə, maddi və prosessual hüquq normalarının pozulmasına görə əsassız və qanunsuzdur. Belə ki, cavabdeh müqavilə öhdəliklərini tam yerinə yetirməməsi müqavilə və maliyyə sənədləri ilə təsdiq olunur. Cavabdeh müqavilənin 1 saylı Əlavəsinin 8-ci bəndinə əməl etməmiş, 2, 5, 6, x xxxxxx 2019-cu il tarixlərində 4 günə görə 38.400 ABŞ dolları ödəməli olduğu halda, həmin pulu ödəməkdən imtina etmişdir. 2 günə görə pulun ödənilməməsinin səbəbi kimi cavabdeh küləkli hava şəraitinin olmasını bəhanə edir. Halbuki, müqaviləyə Əlavənin 8-ci bəndində göstərilmişdir. Hər hansı kranın nasazlığına görə yararlı olmadığı müddət istisna olmaqla, başqa bütün digər hallarda kranın xidmət haqq-hesabı fakturası tədbiq olunur. 3cü bəndinə əsasən iş yerinə yetirildikdən sonra faktura təqdim edildikdən sonra 15 gün ərzində nağdsız hesablaşma əsasında pul ödəniləcək. Cavabdeh xx.xx.2019-cu il tarixlərinə görə xidmət haqqı 2019-cu ilin avqust ayına kimi, iddiaçının hesabına ödəniləcək, lakin bu günə qədər ödənilməyib. Müqavilənin 8.3-cü bəndinə əsasən cavabdeh hər gecikdirilən gün üçün iddiaçıya ümumi məbləğin ən azı 0,1 faizi məbləğində dəbbə pulu tələb edə bilər.Əgər qətnamə ilə 19.200ABŞ dolları məbləğində pul tutulması tələbi təmin edilirsə məhkəmə ən azı 3 ay yçün bu 19.200 ABŞ dolları məbləğin gecikdirilən gün üçün 0,1 faizini tutmamamışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında 2 gün külək olduğu üçün işin Əmək Məcəlləsinə görə dayandırıldığını, bu səbəbə görə pulun ödənilmədiyni bildirib. Müqavilə Əmk Məcəlləsi deyil, mülki-hüquqi müqavilə olub Mülki Məcəllə ilə tənzimlənir. Mülki Məcəllənin tələbləri əsasında, müqavilənin tərkib hissəsi olan 8-ci bəndində tərəflər hər hansı kranın nasazlığına görə yararlı olmadığı müddət istisna olmaqla, başqa bütün digər hallarda kranın xidmət haqqhesab fakturası tədbiq olunur» kimi öz üzərinə öhdəlik götürmüş, hər hansı bir əsasdan, o cümlədən, küləkli havada müqavilədə göstərilən məbləğ, cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir (Daha sonra, Mülki Məcəlləqin 425, 443, 445, 447-ci maddələrinə istinadən şikayətin təmin edilməsi xahiş olunur). Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 376.2-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) E.Həmidov apellyasiya şikayətini dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı yalnız, 2019-cu ilin avqust ayının 2-si və 7-də, iki gün kran xidmətlərin göstərmiş, avqustun 5 və 6-da tufan xarakterli güclü külək əsdiyindən belə hava şəraitində işləmək mümkün olmamışdır. Buütün bunlar işə əlavə olunmuş sübutlarla da təsdiq olunur. İddiaçı heç özü də həmin günlərdə belə hava şəraitinin mövcud olduğunu mübahisələndirmir. Yerdə qalan 2 günə, avqust 2 və 7 taprixlərinə gəldikdə isə həmin günlərdə göstərilən xidmətə dair ddiaçı tərəfindən bu günə qədər müqavilə şərtlərinə uyğun olaraq hesabfaktura cavabdehə verilməmişdir. Belə olan halda, iddiaçının hazırkı apellyasiya şikayətində, ödənişin gecikdirilməsi üçün hər gecikdirilən gün üçün 0,1 faiz dəbbə (cərimə) pulu ödənilməsini tələb etməsi əsassızdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvəsində saxlanılmasını məhkəmədən xahiş edir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi - iddianın təmin edilməyən hissəsində, o cümlədən, göstərilən kran xidmətlərinə görə, digər 2 günə (2019-cu ilin 2 və 7 avqust tarixlərinə) görə tutulması rədd edilən 19.200 ABŞ dolları məbləğində və 10.000 ABŞ dollar məbləğində maddi ziyan tələbi hissələrində mübahisələndiririlir. Ona görə də MPM-in 372.6-cı maddəsinin tələbi baxımından məhkəmə kollegiyası hesab edir ki, işə şikayət həddində, yəni, mübahisələndirilən hissədə apellyasiya qaydasında baxılıb qiymət verilməlidir. İddiaçının apellyasiya şikayətindən göründüyü kimi, onun tərəfindən 2019-cu ilin avqust ayının 5-də və 6-da güclü külək üzündən cavabdehə kran xidməti xidmət göstərilmədyi və iş materiallarından göründüyü kimi, işçisi krançı-operator X2 həmin gnlərdə çalışmadığı mübahisələndirilmir. İddiaçı şikayətin onu mübahisəlndirir ki, cavabdeh «müqavilənin 1 saylı Əlavəsinin 8ci bəndinə əməl etməmiş, 2, 5, 6, 7 tarixlərində 4 günə görə 38.400 ABŞ dolları ödəməli olduğu halda, 2 günün pulunun ödənilməsindən imtina etməsinin səbəbi kimi küləkli hava şəraitinin olmasını bəhanə edir. Halbuki, müqavilənin 8-ci bəndində «Hər hansı kranın nasazlığına görə yararlı olmadığı müddət istisna olmaqla, başqa bütün digər hallarda kranın xidmət haqq-hesabı fakturası tədbiq olunur. 3-cü bəndinə əsasən iş yerinə yetirildikdən sonra faktura təqdim edildikdən sonra 15 gün ərzində nağdsız hesablaşma əsasında pul ödəniləcək». İddiaçının qeyd olunan mövqeyindən aydın göründüyü kimi, cavabdehin müqaviləyə 1 saylı Əlavənin 8-ci bəndinə müvafiq olan öhdəliyini pozulduğunu mübahisəlndirir. Yəni, dolayısı ilə belə anlaşılır ki, iddiaçı hesab edir ki, cavabdeh o halda, iddiaçının kran xidmət haqqının ödənilməsindən imtina edə bilərdi ki, həmin iki gündə kran nasaz olsun, yararsızlığı səbəbindən istifadəsi mümkün olmasın. Məhkəmə kollegiyası aşağıdakılara görə iddiaçının qeyd olunan mövqeyi ilə razılaşmır. Çünki, Mülki Məcəllənin 448.4-cü maddəsinin tələbində nəzərədə tutulur ki, borcu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Məcəllənin qeyd olunan normasının mənasından göründüyü kimi, əgər öhdəliyin pozulması borcunun məsul olduğu cavabdehliyindən irəli gəlmirsə, başqa sözlə onun təqsirsiz olduğu hallardan irəli gəlirsə və ya müqavilə bağlanarkən üzərinə götürdüyü öhdəliyinin icrasını əngəlləyən və onu aradan qaldırılmasının mümkün olmayan halların baş verə biləcəyinin gözlənilməsi mümkün olmadığı təqdirdə, kreditor qarşısında onun mülki məsmuliyyəti ola bilməz. Məhz, tərəflər arasında bağlanmış xidmət müqaviləsinin 9.1 və 9.2-ci bəndində məhz tərəflər razılığa gəlmişlər ki, qarşısı alına bilinməyən təbiət hadisəsi nəticəsində öhdəliyin tam və ya qismən yerinə yetirilməməsinə görə tərəflərin məsuliyyəti nəzərədə tutulmamışdır. Göründüyü kimi, cavabdeh tərəfindən 2019-cu ilin avqust aynının 5-nə və 6-na görə iddiaçıya xidmət haqqının ödənilməsindən imtina edilməsi əsaslıdır. Belə olan halda, isə iddiaçının cavabdehə qarşı 10.000 ABŞ dolları məbləğində maddi ziyan tələbinin də təmin edilməsi istisna edilir. Çünki, Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsi isə nəzərdə tutur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərəriin əvəzitni ödəməyə borcludur. Məcəllənin qeyd olunan iki normasının mənasından göründüyü kimi, kreditor, borclunun müqavilə öhdəliyini pozduğu təqdirdə, bu pozuntu nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Konkret halda isə, güclü küləkli hava şəraitinin nəticəsi olaraq 5 və x xxxxxx 2019-cu il tarixlərində kran xidmətlərindən istifadənin mümkünsüz olduğu və bu səbəbdən göstərilməyən xidmətə görə cavabdehin həmin günlər üzrə iddiaçıya xidmət haqqı ödəməkdən imtina etməsinin əsaslılığı sübuta yetirilir. Bu baxımdan, həmin hissədə cavabdehin ödənişdən imtina etməsi və məhkəmə tərəfindən həmin hissədə iddianın rədd olunması işin hallarına və maddi hüquq normalarna uyğun hesab edilməlidir. İddiaçının digər 2 günə, yəni, 2019-cu ilin avqust ayının 2 və 7-də göstərdiyi xidmətə görə ödənilməli olan, 19.200 ABŞ dolları məbləğində xidmət haqqına gəldikdə isə, iş materiapllarına əsasən həmin hissəyə dair iddiaçı tərəfindən müqavilə şərtlərinə uyğun qaydada cavabdeh hesab verildiyi müəyyən olunmur. Belə ki, iddiaçının özünün də apellyasiya şikayətində qeyd etdiyi kimi, tərəflər öz aralarında bağlanmış müqaviləyə 1 saylı Əlavənin 8-ci bəndində belə razılığa gəlmişlər ki, iş yerinə yetirildikdən sonra faktura hesab təqdim edildikdən sonra 15 gün ərzində nağdsız hesablaşma əsasında pul ödəniləcək» Lakin, birincisi, cavabdehin nümayəndəsinin məhkəməyə verdiyi izahatından göründüyü kimi, bu günə qədər iddiaçı tərəfindən ona belə hesab-faktura təqdim olunmamışdır. İddiaçının apellyasiya şikayətinin dəlillərindən və iş materiallarıdan isə göüründüyü kimi, onun cavabdehə ünvaladığı xx.xx.2015-ci il tarixli pretenziya məktubunda göstğərdiyi 4 günə görə 38.400 (günə 9600) ABŞ dolları məbləğində tam ödəniş tələb etmiş, cavabdehin həmin pretenziyaya xx xxxxxx 2019-cu il tarixdə aldığı cavab məktubunda sonuncunun yalnız 2 və 7 avqust tarixlərində göstərilən xidmətə, yəni iki günə görə xidmət pulunun ödəyə biləcəyini gördükdə isə razılaşmamış, dərhal xx.xx.2019-cu il tarixində ona qarşı xidmət haqqının 4 günə görə tam ödənilməsi haqqında, üstəlik, 10.000 maddi ziyan tələbi ilə məhkəməyə müraciət etmişdir. Onu da qeyd etmək lazımdır ki, baxmayaraq ki, iddiaçı hazırkı apellyasiya şikayətində ödənişin gecikdirilməsinə görə 0,1 faiz hesabı ilə cərimənin hesablaaraq ödənilməsini tələb edir, onun günlərini də göstərilməklə, nə iddia ərizəsinin mətnində cərimə pulu ilə bağlı konkret əsaslandırması, nə də ki sonda bununla bağlı konkret tələbi mövcud olmamış, ümumi şəkildə 10.000 ABŞ dolları məbləğində maddi ziyanın ödənilməsini tələb etmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən ödənişin gecikdirilməsi müəyyən olunmur. Belə olan halda, iddiaçının apellyasiya şikayətində qətnamə ilə onun xeyrinə Azərbaycan manatı məzənnəsi ilə tutulması qət olunan 19.200 ABŞ dolları məbləğindən, ödənişi 3 ay gecikdirilməsinə görə xidmət müqaviləsinin 8.3-cü bəndi əsas gətirilməklə, hər gecikmə günunə 0,1 faiz hesabı ilə cavabdehə cərimə hesablanıb tutulmasını tələb etməsi haqlı hesab oluna bilməz. Beləliklə də qeyd edilənləri ümumiləşdirərək, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə - iddianın qismən təmin edilərək cavabdehdən iddiaçının xeyrinə 19.200 ABŞ dolları məbləğində (ödəniş gününə olan Azərbaycan manatı məzənnəsi ilə) pulun tutulmasını - faktlar nöqteyi nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. MPM-in 385.2-ci maddəsinin tələbindən isə görünür ki, belə qətnamə yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını, qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə, gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1130/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1130/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar