Məhkəmə qərarları › İş №2-2(103)-147/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-147/2025

20.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-147/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4298/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı MMC (“icarəyə verən”) Cavabdeh MMC (“icarədar”) arasında imzalanmış 27 noyabr 2023-cü il tarixdə xx.xx.2023-001 saylı texnikaların icarə müqaviləsi imzalanmışdır. Həmin Müqavilənin: 1.1-ci bəndinə əsasən icarəyəverənin mülkiyyətində olan və ya etibarnamə əsasında istifadəsində olan xüsusi texnika və nəqliyyat vasitələrini İcarədarın Sifarişi əsasında göstərilən sahədə istifadə edilmək üçün İcarədarın istifadəsinə icarəyə verməyi, və İcarədar tərəfindən tələb edilərsə, operator və ya sürücü ilə təmin etməyi öhdəsinə götürür, icarədar isə xidmət haqqını bu müqaviləyə və Protokol №l-də razılaşdırılmış qaydada ödəməyi öhdəsinə götürür. 3.1 -ci bəndinə əsasən müqaviləyə əsasən hər ay ərzində göstərilmiş xidmət üçün təhvil-təslim aktı tərtib olunur, “İcarədar”ın səlahiyyətli nümayəndəsi və İcarəyəverən tərəfindən təsdiq edilmiş akta əsasən ay ərzində faktiki göstərilən vergilər daxil xidmət haqqı növbəti 10 (on) təqvim günü ərzində İcarədar tərəfindən İcarəyə verənin bank hesabına köçürmə yolu ilə ödənilir.

2. 15 dekabr 2023-cü il tarixli icarə müqaviləsinin ayrılmaz tərkib hissəsi olan xx.xx.2023-cü il tarixli 01 nömrəli qiymətlərin razılaşması protokoluna əsasən tərəflər sözügedən müqavilə üzrə texnikanın (Buldozer Komatsu 155D) aylıq icarə haqqısının (2970 manat ƏDV daxil) ümumilikdə 19470 manat olması barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. xx.xx.2023-cü il tarixli müqavilə çərçivəsindəki xidmətlərin göstərilməsi haqqında təhvil-təslim aktına əsasən tərəflər 27 noyabr 2023-cü il tarixli Müqavilə ilə nəzərdə tutulan “icarəyə verən” tərəfindən xx.xx.2023-cü – xx.xx.2023-cü il tarixlərində həyatakeçirilən xidmət və öhdəliklərin dəyərinin 1747,33 manat məbləğində olmasını təsdiq etmişlər.

4. xx.xx.2024-cü il tarixli müqavilə çərçivəsindəki xidmətlərin göstərilməsi haqqında təhvil-təslim aktına əsasən tərəflər 27 noyabr 2023-cü il tarixli Müqavilə ilə nəzərdə tutulan “icarəyə verən” tərəfindən xx.xx.2023-cü – xx.xx.2023-cü il tarixlərində həyata keçirilən xidmət və öhdəliklərin dəyərinin 19470 manat məbləğində olmasını təsdiq etmişlər.

5. xx.xx.2024-cü il tarixli müqavilə çərçivəsindəki xidmətlərin göstərilməsi haqqında təhvil-təslim aktına əsasən tərəflər 27 noyabr 2023-cü il tarixli Müqavilə ilə nəzərdə tutulan “icarəyə verən” tərəfindən xx.xx.2024-cü – xx.xx.2024-cü il tarixlərində həyata keçirilən xidmət və öhdəliklərin dəyərinin 29023,45 manat məbləğində olmasını təsdiq etmişlər.

6. xx.xx.2024-cü il tarixli müqavilə çərçivəsindəki xidmətlərin göstərilməsi haqqında təhvil-təslim aktına əsasən tərəflər 27 noyabr 2023-cü il tarixli Müqavilə ilə nəzərdə tutulan “icarəyə verən” tərəfindən xx.xx.2024-cü – xx.xx.2024-cü il tarixlərində həyata keçirilən xidmət və öhdəliklərin dəyərinin 30146,64 manat məbləğində olmasını təsdiq etmişlər.

7. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2025-ci il tarixli, 5/292 saylı ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş işin materiallarının 146-149-cu vərəqlərdə olan xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli təhvil-təslim aktlarının “İcarədar” qrafasındakı möhür əksi relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş işin materiallarının 146-149-cu vərəqlərdə olan xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli təhvil-təslim aktlarının “İcarədar” qrafasındakı imza faksimile klişe vasitəsilə icra edilmişdir. Tədqiqata təqdim edilmiş işin materiallarının 146-149-cu vərəqlərdə olan xx.xx.2023cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli təhviltəslim aktlarının “İcarədar” qrafasındakı möhür əksləri öz arasında və ekspertizaya təqdim edilmiş Cavabdeh MMC-nin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil edirlər. Tədqiqata təqdim edilmiş işin materiallarının 146-149-cu vərəqlərdə olan xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli təhvil-təslim aktlarının “İcarədar” qrafasındakı imzalar öz arasında və ekspertizaya təqdim edilmiş faksimile klişe eksperimental əks nümunələri ilə eynilik təşkil edirlər. Ekspertiza tədqiqatının dəyəri 70 manat təşkil etmişdir. Birinci instansiya məhkəməsindəki icraat:

8. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 41.151.50 manat məbləğində borc, dövlət rüsumu olaraq ödənilmiş 216 manat və vəkil xidmət haqqı olaraq ödənilmiş 300 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-001 №-li xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən “icarəyə verən” mülkiyyətində və etibarnamə əsasında istifadəsində olan xüsusi texnika və nəqliyyat vasitələrini “icarədarın” istifadəsinə icarəyə verməyi, “icarədar” isə xidmət haqqını müqavilədə razılaşdırılmış qaydada ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan müqavilənin icrası iddiaçı tərəfindən tam şəkildə həyata keçirilmiş və müqavilədə nəzərdə tutulmuş xidmətlərin göstərilməsi ilə bağlı tərəflər arasında təhvil-təslim aktları tərtib olunmaqla təsdiq olunmuşdur. Belə ki, xx.xx.2023-001 №-li, xx.xx.2023-cü il tarixli Müqavilə cərçivəsindəki xidmətlərin göstərilməsi haqqında tərəflər arasında təsdiq olunmuş xx.xx.2023-cü il tarixli “Təhvil təslim” aktında iddiaçı tərəfindən 2023-cü ilin dekabr ayının xidməti EBDW 218855 qaimə üzrə ƏDV daxil 19.470,00 manat olmuşdur, bu qaimə üzrə ƏDV daxil qalıq borc 1484.24 manatdır. 2024-cü ilin yanvar ayının xidməti EBDY 956021 qaimə üzrə ƏDV daxil 29.023,46 manat olmuşdur, bu qaimə üzrə ƏDV daxil qalıq borc 9520.62 manatdır. 2024cü ilin fevral ayının xidməti EBEA 138978 qaimə üzrə ƏDV daxil borc 30.146,64 manat olmuşdur, bu qaimə üzrə ƏDV daxil qalıq borc 30.146,64 manat olmuşdur. Ümumilikdə 41.151,50 manat məbləğində qalıq borc qalmışdır. Tərəflər arasında bağlanlmış müqavilənin 3.1 bəndinə əsasən təsdiq edilmiş “Təhviltəslim” Aktlarında göstərilmiş xidmət haqqı və 18 % ƏDV 10 təqvim günü ərzində “İcarədar” tərəfindən “İcarəyə verənin” bank hesabına ödənilməli olduğu halda, bu günədək Cavabdeh MMC müqavilə üzrə öhdəlikləri icra etməmiş və görülən işlərin dəyərini İddiaçı MMC-yə ödəməmişdir.

10. İddia tələbinin maddi hüquqi əsası kimi AR MM-in 675, 676, 684, 700-ci maddələri göstərilmişdir.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4298/2024 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı müqavilə üzrə Əlavədə göstərilmiş texnikanı cavabdehə təhvil verərək üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh icarə haqqını vaxtında ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin 27 noyabr 2023-cü il tarixdə xx.xx.2023-001 nömrəli icarə müqaviləsi üzrə İddiaçı MMC-yə olan borcu 41151,50 manat təşkil edir. Məhkəmə qanunvericilik normalarını, eyni zamanda cavabdehin mübahisəli icarə müqaviləsi üzrə icarəyə verilmiş nəqliyyat vasitələrinə görə icarə haqqını ödəməməklə müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, belə olan halda isə iddiaçının icarə haqqının ödənilməsini tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab etmişdir ki, cavabdehdən ümumilikdə 41151,50 manat məbləğində icarə haqqı borcu tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı tərəfindən iddia verilərkən ödənilmiş 216 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq vəkil yardımına çəkilmiş xərclərə görə cavabdehdən 300 manat məbləğində pulun tutulmasını ağlabatandır.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni AR MM-in 385.1, 442, 443.1, 448.1, 700.1, 700.3-cü maddələrinə və AR MPM-in 4.6, 52.5, 107, 14.1, 115.0.9, 119.1, 121.1, 191.3, 121.1, 191.3, 220.4-ci maddələrinə istinadla əsaslandırmışdır.

14. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri:

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehin işdə iştirakını təmin etmədən, yalnız iddiaçının təqdim etdiyi, mötəbərliliyi şübhə doğuran və əsli ilə düz olduğunun iddiaçının özü tərəfindən təsdiq edilən sənəd surətləri əsasında, əlavə heç bir araşdırma aparmadan, əsassız qətnamə qəbul etmişdir. Halbuki, cavabdeh hüquqi şəxsin rəhbərliyinin bildirdiyinə görə, təqdim edilən xx.xx.2024cü il tarixli təhvil-təslim aktı sonuncu tərəfindən ümumiyyətlə imzalanmamışdır. Məhkəmə qətnamə qəbul edərkən mülki qanunvericiliyin icarə və öhdəliklə bağlı bir sıra normalarını nizamsız olaraq sadalamış, tələbin qanuni və ya müqavilə əsasının nədən ibarət olduğunu müəyyən edə bilməmişdir. Beləliklə, məhkəmə iddiaçının təqdim etdiyi sənəd surətlərinin mötəbərliliyini yoxlamadan, yəni sənədlərin əslini tədqiq etmədən və ekspertiza təyin etmədən, habelə cavabdehin mövqeyini dinləmədən qanunsuz və əsassız yekun akt qəbul etmişdir. Birinci instansiya məhkəməsi AR Mülki Məcəlləsinin 700-cü maddəsinə qətnamənin əsaslandırıcı hissəsində ümumiyyətlə istinad etməmiş, qətnamədə mülki qanunvericiliyin icarə və öhdəliklə bağlı bir sıra normalarını nizamsız olaraq sadalamış, tələbin qanuni və ya müqavilə əsasının nədən ibarət olduğunu müəyyən edə bilməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

17. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında verdiyi izahatda bildirdi ki, apellyasiya şikayəti əsassızdır, bu səbəblə rədd edilməlidir, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır.

18. Cavabdeh məhkəmə iclasına gəlməmiş və lakin ərizə ilə müraciət edərək iclasın onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

19. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. -700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. -752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

20. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

22. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tam təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

25. Belə ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 27 noyabr 2023-cü il tarixli, xx.xx.2023-001 saylı texnikaların icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən icarəyəverən xüsusi texnika və nəqliyyat vasitələrini icarədarın sifarişi əsasında ona icarəyə verməyi, icarəçi tərəfindən tələb edilərsə, operator və ya sürücü ilə təmin etməyi öhdəsinə götürmüş, icarəçi isə müqavilə və texnikaların icarə qiymətinə aid razılaşma ilə müəyyən edilən xidmət haqqının icarəyəverənə ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı həmin müqaviləyə, hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş təhvil-təslim aktlarına istinad etməklə müqavilə çərçivəsində göstərilmiş xidmətlərə görə qalıq 41151,50 manat məbləğində borcun cavabdehdən iddiaçının xeyrinə tutulmasını tələb edir.

26. Həmin tələblə bağlı məhkəmə qeyd etməyi zəruri sayır ki, hazırkı müqavilə icarə müqaviləsi adlandırılsa da, müqavilə üzrə icarəyəverənin öhdəlikləri texnikaların icarəyə verilməsi ilə məhdudlaşmır, həmin öhdəliklərə operator və sürücü ilə təmin edilmə kimi xidmətlərin göstərilməsi də daxil edilmişdir. Odur ki, mübahisəli müqavilə xidmət müqaviləsi ilə icarə müqaviləsinin ünsürlərini birləşdirən qarışıq tipli müqavilədir

27. Belə olan halda, texnikaların (Buldozer-Komatsu 155D, Ekskavator-Volvo 350)icarəyə verilməsinə və texnikalarla göstərilmiş xidmətlərə görə xidmət haqqının tutulmasına dair hazırkı iddianın qanuni əsaslarını Mülki Məcəllənin 700.1 və 752.1-ci maddələri təşkil edir.

28. Kollegiya qeyd edir ki, təhvil-təslim aktlarının Cavabdeh MMC tərəfindən möhür və imza ilə təsdiq edilib-edilməməsi işin mübahisə edilən halını təşkil etdiyindən bununla bağlı iş üzrə sənədlərin texniki ekspertizası keçirilmiş və ekspert rəyinə əsasən xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli təhvil-təslim aktlarının “İcarədar” qrafasındakı möhür əksinin relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulduğu öz arasında və ekspertizaya təqdim edilmiş Cavabdeh MMC-nin möhürün eksperimental əks nümunələri ilə eynilik təşkil etdiyi habelə həmin təhvil-təslim aktlarındakı imzaların faksimile klişe vasitəsilə icra edildiyi öz arasında və ekspertizaya təqdim edilmiş faksimile klişe eksperimental əks nümunələri ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Göstərilən hal isə təhvil-təslim aktlarının cavabdeh tərəfindən imzalanmaması barədə dəlillərin əsassızlığına dəlalət edir.

29. Beləliklə, icarə obyekti olan texnikaların 2023-cü ilin noyabr-2024-cü ilin fevral aylarında cavabdehin istifadəsində olması, həmin texnika vasitəsilə cavabdehə xidmət göstərilməsi və cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan xidmət haqqının məbləği hər iki tərəfindən imzası və möhürü ilə təsdiq edilmiş təhvil-təslim aktları ilə öz təsdiqini tapır. Cavabdeh isə xidmət haqlarını ödəməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.

30. Odur ki, iddiaçı xüsusi texnika və nəqliyyat vasitələrini cavabdehin istifadəsinə verməklə və həmin texnikalar vasitəsilə xidmət göstərməklə mübahisəli müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etdiyini, cavabdehin isə texnika və nəqliyyat vasitələri ilə xidmətlərə görə haqqı tam şəkildə ödəməməklə həmin müqavilə üzrə öhdəliklərini pozduğunu nəzərə alaraq kollegiya hesab edir ki, İddiaçı MMC həmin müqavilə üzrə 41151,50 manat məbləğində xidmət haqqı borcunun cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

33. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 70 manat pul vəsaiti cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir.

34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-4298/2024 saylı saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 70 manat pul vəsaiti cavabdehdən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar