Məhkəmə qərarları › İş №2-2(103)-1488/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1488/2021

16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1488/2021 16.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin 16.11.2021-ci il tarixli e-2-2(113)-166/2021 saylı qərardadından iş üzrə tərəf olmayan Ərizəçi tərəfindən verilmiş şikayəti nəzərdən keçirib, müəyyən e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 qarşı borcun tutulması və girov predmetlərinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Mirzəbəyli kəndində 0,7155 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Mirzəbəyli kəndində 0,1058 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Mirzəbəyli kəndində ümumbirgə paylı 1,30 ha həyətyanı torpaq sahəsinin, Qəbələ rayonu, Mirzəbəyli kəndində ümumbirgə paylı 0,54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-0052 KOD 40613018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə torpağının, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, “V” yaşayış sahəsi, 19 saylı evin 97 saylı mənzilinin və Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 48 “B” saylı evin 44 saylı mənzilinin, Qəbələ rayonu, Corlu kəndində 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Corlu kəndində 0,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Mirzəbəyli kəndində 0,3008 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Mirzəbəyli kəndində 0,588 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Mirzəbəyli kəndində ümumbirgə paylı 1,30 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Mirzəbəyli kəndində ümumbirgə paylı 0,54 ha kənd təsərrütatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Mirzəbəyli kəndində ümumbirgə paylı 0,54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-0052 KOD 40613018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı üzrə torpağın üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsinə qadağa qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, e-2-2(113)-166/2021 saylı qərardadına əsasən ərizə təmin olunmuş, məhkəmənin 11 avqust 2021-ci il tarixli, e2-2(113)-166/2021 saylı qərardadına əsasən qərardada düzəliş olunmuşdur. Cavabdehlər Cavabdeh4 və Cavabdeh1 həmin qərardaddan şikayət vermişlər. Bakı Kommersiya Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, e-2-2(113)-166/2021 nömrəli qərardadı ilə əsasən şikayətlər təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, e-2-2(113)-166/2021 saylı qərardadı qismən ləğv edilmiş, Bakı Kommersiya Məhkəməsinin qərardada düzəliş olunması barədə 11 avqust 2021-ci il tarixli, e-2-2(113)-166/2021 saylı qərardadı ləğv edilmiş və iddianı təmin etmə tədbiri barədə ərizə – “Cavabdeh1 mülkiyyətində olan Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən 0,7155 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən 0,1058 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən ümumbirgə paylı 1,30 ha həyətyanı torpaq sahəsinin, JN-0052 KOD 40613018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən ümumbirgə paylı 0,54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Cavabdeh4 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 48 “B” saylı evin 44 saylı mənzilinin, Qəbələ rayonu, Corlu kəndində yerləşən 0,80 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Corlu kəndində yerləşən 0,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Corlu kəndində yerləşən 0,40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən 0,3008 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən 0,588 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən ümumbirgə paylı 1,30 ha həyətyanı torpaq sahəsinin, JN- 0052 KOD 40613018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən ümumbirgə paylı 0,54 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərinə həbs qoyulması” hissəsində təmin edilməmiş və Bakı Kommersiya Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, e-2-2(113)-166/2021 saylı qərardadı “Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, “V” yaşayış sahəsi, 19 saylı evin 97 saylı mənzilinin üzərinə həbs qoyulmaqla özgəninkiləşdirilməsi qadağan edilməsi” hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, e-2-2(113)-166/2021 saylı qərardadı ilə şikayət təmin olunmamış, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC-nin şikayəti təmin edilməmiş və Bakı Kommersiya Məhkəməsinin 12 avqust 2021-ci il tarixli, e-2-2(113)-166/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra iş üzrə tərəf olmayan Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 64.92 kv.m. olan mənzilin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, e-2-2(113)-166/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. İş üzrə tərəf olmayan Ərizəçi həmin qərardaddan şikayət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə tərəf olmayan şəxs Ərizəçi tərəfindən verilən şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Mülki Prosessual Məcəllənin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində müəyyən edilmişdir ki, apellyasiya şikayətinin maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayətinin prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər hissəsində şikayət edilən qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia olunan hər bir prosessual hüquq norması sıralanmaqla göstərilməlidir. Göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Apellyasiya şikayəti verən şəxsin tələbi hissəsində isə apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Lakin iş üzrə tərəf olmayan Ərizəçi prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq, şikayəti həmin formaya uyğun tərtib etməmişdir. Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.1-1-ci maddələrində isə təsbit olunmuşdur ki, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Qeyd olunan prosessual hüquq normasını rəhbər tutaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin 16.11.2021-ci il tarixli e-2-2(113)-166/2021 saylı qərardadından iş üzrə tərəf olmayan Ərizəçi tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar