Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-149/2020 19.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X2 və Əhmədov İlham Bayram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı MTK-nin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MTK-ya qarşı “avadanlıqların geri qaytarılması və pulun tutulması”na dair qarşılıqlı iddiası üzrə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin e-2-2(81)1087/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MTK Cavabdeh MMC-yə qarşı elektron iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, sonra iddia tələbinə dəqiqləşmə verərək, Cavabdehndən İddiaçı Mənzil-Tikinti Koopertivinin xeyrinə görülmüş işlərin dəyəri ilə bağlı artıq ödənilmiş 185.131,42 manat, işlərin vaxtında görülməməsinə, tələb olunan sənədlərin vaxtında təqdim edilməməsinə, işçilərlə bağlı öhdəliklərə, sağlamlıq, əməyin təhlükəsizliyi və mühafizəsi ilə bağlı qanunvericiliklə və müqavilə ilə müəyyən edilmiş tələblərə, prosedur qayda və təlimatlara əməl olunmamasına görə hər gecikdirilmiş gün üçün cərimə kimi hesablanmış 31.200 manat, müqavilənin cavabdehin onu əhəmiyyətli dərəcədə pozması səbəbindən ləğvi nəticəsində dəyən real zərərin və əldən çıxmış faydanın əvəzi kimi 100.000 manat və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-dan 1.441.253,01 manat məbləğində pulun tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə ödənilməsi və siyahıda adları, miqdarı, vəziyyəti və qiyməti qeyd olunan 169 adda avadanlıq, qurğu və inşaat materiallarının qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-nin qanunsuz sahibliyindən alınaraq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2- 2(81)-1087/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə qarşılıqlı iddia icraata qəbul edilmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh MMC xx xxxxxx 2019-cu il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmənin icraatında olan e-2-2(81)-1087/2019 saylı iqtisadi iş üzrə, qüllə kranı, isgələ (800 ədəd) və alt-üst ayar millərinin (650+530 ədəd) tikinti sahəsindən Cavabdeh MMC tərəfindən çıxarılmasına maneçilik törədən hərəkətlərin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MTK-ya qadağan edilməsi və həmin avadanlıqların məcburi qaydada çıxarılaraq Cavabdeh MMC-yə təhvil verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin e-2-2(81)- 1087/2019, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh MMC 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1087/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından şikayət verərək, həmin qərardadının ləğv olunması, ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Apeliyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-2(103)-807/2019 saylı qərardadı ilə icarədə olan qüllə kranı, isgələ (800 ədəd) və alt-üst ayar milləri {650+530 ədəd) üzərindən həbs götürülmüş, Apellyasiya Məhkəməsi tərəfindən qüllə kranı, isgələ və alt-üst ayar milləri üzərində həbsin götürülməsinin əsas səbəbi həmin avadanlıqların "Cavabdeh" MMC-nin mülkiyyətində deyil, başqa şəxslərin mülkiyyətində olması olmuşdur. İş materiilarında olan sənədlərlədə təsdiq olunur ki, "Cavabdeh" MMC-nin məcburi qaydada çıxarılmasını tələb etdiyi əmlaklar başqa şəxslərdən icarəyə götürülmüşdür.Apellyasiya məhkəməsinin qərardadı ilə qüllə kranı, isgələ və alt-üst ayar milləri üzərindən həbs götürüldükdən sonra "Cavabdeh" MMC bir neçə dəfə həmin avadanlıqları tikinti sahəsindən çıxarmağa çalışsa da "İddiaçı" MTKnin rəhbərliyi tərəfindən buna icazə verilməyib. "Cavabdeh" MMC ümumiyyətlə kranın olduğu tikinti sahəsinə buraxılmayıb. Qüllə kranı tikinti ərazisində sökülü vəziyyətdə açıq havada qalaraq yararsız vəziyyətə düşür. Qüllə kranı yararsız vəziyyətə düşməsi icarədar- "Cavabdeh" MMC-nin həmin əmlakların mülkiyyətiçisi qarşısında icarə haqqa ödəməklə yanaşı həm də əlavə məsuliyyətinin yaranmasına səbəb olur. Həmçinin nəzərə alınmalıdır ki, tərəflərin yekun məhkəmə qərarlarından narazı qalaraq yuxarı instansiya məhkəmələrinə şikayət verdiyi halda məhkəmə çəkişmələri illərlə davam edəcək. Bu da həmin qüllə kranı, isgəiə və alt-üst ayar millərinin tikinti sahəsində baxımsız vəziyyətdə qaldığı təqdirdə tamamilə istifadəsiz hala düşməsinə səbəb olacaqdır. Şikayət 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1087/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə gönfərilmişdir. Şikayətə apellyasiya qaydasında baxılarkən Cavabdeh MMC-nin nümayəndəsi X4 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı MTK-nin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında şikayətə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin e-2-2(81)1087/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. İddianın təmin edilməsi qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi daşıyan, icranı çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönələn prosessual tədbirdir. İddianı təmin etmə tədbiri görülərkən məhkəmə tərəfindən iddia tələbinə və iş üzrə təqdim edilmiş sübutlara hüquqi qiymət verilməsi və iddia tələblərinin işə mahiyyəti üzrə baxılanadək “iddianı təmin etmə tədbiri” çərçivəsində təmin edilməsi prosessual prinsiplərə ziddir. Eyni zamanda qeyd edilməlidir ki, iddianı təmin etmək üçün görülməli olan tədbirlərin dairəsi MPM-nin 158.1-ci maddəsində nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən iddianı təmin etmə tədbiri görülməsi barədə ərizə verilərkən yalnız həmin maddədə nəzərdə tutulmuş tədbirlərdən birinin və ya bir neçəsinin görülməsi məhkəmədən xahiş oluna bilər. Hazırkı halda Cavabdeh MMC ərizəsində məhkəmədən görülməsini xahiş etdiyi tədbirin MPM-nin 158.1-ci maddəsində nəzərdə tutulmuş tədbirlərin hansına uyğun olduğunu göstərməmişdir. Çünki işə mahiyyəti üzrə baxılanadək cavabdehdən hansısa əmlakın alınaraq iddiaçıya verilməsi növündə iddianı təmin etmə tədbiri MPM-də nəzərdə tutulmamışdır. Məhkəmənin Cavabdeh MMC tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.2019cu il tarixli icarə müqaviləsinə işə mahiyyəti üzrə baxılmadan hüquqi qiymət verərək qarşılıqlı iddia tələblərinin bir hissəsini əvvəlcədən təmin etməsi və qarşılıqlı iddia üzrə cavabdehdən tələb edilən əmlakların bir hissəsinin iddia tələbinə mahiyyəti üzrə baxılanadək alınaraq iddiaçıya verilməsi prosessual qanunvericiliyin tələblərinə zidd olduğundan birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)1087/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2- 2(81)1087/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-149/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-149/2020
19.02.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver