Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-15/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6 qızının, iddiaçı «İddiaçıMMC-nin nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Avtomobil X5 nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçı "İddiaçı” MMC-nin cavabdeh Azərbaycan X1rşı “öhdəliyin icra edilməməsi ilə bağlı ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-32/2019 saylı, 28.11.2019-cu il tarixli qətnaməsindən (hakim Fərid Mədətli) iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı «İddiaçı” MMC cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 507 898 manat əsas borcun, gecikdirilmiş vaxt üçün illik 5 faizin və əsas borcun 10 faizi məbləğində dəbbə pulunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən alınaraq «İddiaçı” MMC- nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 11 mart 2011ci il tarixli podrat müqaviləsi və sifarişçi "xxxx" ASC-nin (indiki Cavabdeh) təsdiq etdiyi layihə əsasında iddiaçı tərəfindən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun 84-cü km sol tərəfində, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun 67-ci km sağ tərəfində, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhəddi avtomobil yolunun 241-ci km-nin sol tərəfində və Bakı- Ələt-Qazax- Gürcüstan Respublikası ilə dövlət sərhəddi avtomobil yolunun 49-cu km sağ tərəfində dörd ədəd tərəzi məntəqəsini podratçı İddiaçı inşa etmiş, bu işlərə görə müqavilədə nəzərdə tutulmuş 3.910.239,20 manatı cavabdeh iddiaçıya ödəmişdir. Faktiki olaraq tərəflər arasında bütün müqavilə öhdəlikləri icra edildikdən sonra cavabdeh dəyəri ödənilmək şərtilə əlavə işlərin görülməsini iddiaçıdan xahiş etmişdir. Bu əlavə işlər aşağıdakılardır: Kamera sisteminin quraşdırılması (1 ədəd); Tərəzi məntəqələrində inşa edilmiş inzibati binaların dam ötüyünün dəyişdirilməsi (4 ədəd); «Tərəzi məntəqələrində inşa edilmiş inzibati binaların daxilində rekonstruksiya işlərinin görülməsi, mebellərin dəyişdirilməsi, plastik qapı- pəncərələrin dəyişdirilməsi və s. (4 ədəd); Asfalt çəkmə işlərinin görülməsi (4 yerləşmə yeri). Əlavə bir kamera sisteminin quraşdırılması üçün avadanlıqların və quraşdırma xərclərinin məbləğini 55.535 manat hesablayıb, layihəsmetanı hazırlayıb və cavabdehlə Məsləhətçi Şirkətə təqdim edib. Cavabdeh və Məsləhətçi Şirkətdən heç bir etiraz daxil olmayıb, layihə-smeta təsdiqlənib və iddiaçı sifariş verilmiş işi tam həcmdə icra edərək 26 fevral 2016-cı il tarixli Aktla cavabdehə təhvil verib. İnşa edilmiş və balansa verilmiş 4 tərəzi məntəqəsinin inzibati binalarının dam örtüyünün dəyişdirilməsi üçün avadanlıqların və quraşdırma xərclərinin məbləğini hər inzibati bina üçün 10.967,50 manat olmaqla, ümumilikdə 43.870 manat hesablayıb, layihə-smetanı hazırlayıb və cavabdehlə Məsləhətçi Şirkətə təqdim edib. Cavabdeh və Məsləhətçi Şirkətdən heç bır etiraz daxil olmayıb. Layihə-smeta təsdiqlənib və iddiaçı sifariş verilmiş işi tam həcmdə icra edərək cavabdehə təhvil verib. İnşa edilmiş inzibati binaların daxilində rekonstruksiya işlərinin görülməsi, mebellərin dəyişdirilməsi, plastik qapı-pəncərələrin dəyişdirilməsi və s. işlərin görülməsi üçün xərclərin məbləğini ümumilikdə 95.021 manat hesablayıb, layihə-smetaları hazırlayıb və cavabdehlə Məsləhətçi Şirkətə təqdim edib. Cavabdeh və Məsləhətçi Şirkətdən heç bir etiraz daxil olmayıb, layihə-smeta təsdiqlənib və iddiaçı sifariş verilmiş işi tam həcmdə icra edərək cavabdehə təhvil verib. 4 tərəzi məntəqəsi ilə magistral yol arasındakı zolağın rekonstruksiya edilərək həmin zolağa asfalt örtüyünün salınması üçün xərclərin məbləğini ümumilikdə 305.672 manat hesablayıb, layihə- smetaları hazırlayıb və cavabdehlə Məsləhətçi Şirkətə təqdim edib. Cavabdeh və Məsləhətçi Şirkətdən heç bir etiraz daxil olmayıb, layihə-smeta təsdiqlənib və iddiaçı sifariş verilmiş işi tam həcmdə icra edərək cavabdehə təhvil verib. Cavabdeh Bakı-Quba- Rusiya Federasiyası dövlət sərhəddi avtomobil yolunun 45-ci km-də tərəzi məntəqəsinin inşasını iddiaçıya sifariş verib. İddiaçı həmin ərazidə torpaq qatının qazılması, çıxarılması, daşınması və başqa işlər görüb. Lakin, sonradan müəyyən edilib ki, həmin ərazi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansındadır və yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasına düşür. Bu səbəblərdən işlərin görülməsi dayandırılaraq həmin ərazidə hər hansı hərəkətin aparılması iddiaçıya qadağan edilib. Sonradan layihəyə dəyişiklik edilərək həmin tərəzi məntəqəsinin yeri dəyişdirilib. Buna baxmayaraq, cavabdeh iddiaçının həmin ərazidə işlərin görülməsinə görə xərclədiyi 7.800 manat pulu ona ödəməyib. Cavabdehin sifariş, etdiyi əlavə işlərə görə iddiaçıya 55.535 manat, 43.870 manat, 95.021 manat, 305.672 manat və 7.800 manat, ümumilikdə 507.898 manat borcu yaranıb. İddiaçı dəfələrlə pulunu rəsmi şəkildə tələb etsə də, cavabdeh hər dəfəsində möhlət istəyib və nəticədə bu günə qədər borcunu ödəməyib. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1, 753.1, 753.3, 756.1, 769, 770, 445.7, 450, 462, 449-cu maddələrinə istinad edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-32/2019 saylı, 28.11.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən 105.193 manat məbləğində əsas borc, 525,96 manat məbləğində dəbbə pulu tutularaq «İddiaçı MMC-nə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən hər iki tərəf apelyasiya şikayəti vermiş, iddiaçı qətnamənin qismən ləğv edilərək iddianın tam təmin edilməsini, cavabdeh qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində bir birinə zidd fikirlər qeyd edilmişdir. Məhkəmə qətnamədə qeyd edir ki, işin halları ilə sübuta yetirilir ki, iddiaçı və cavabdeh arasında xidmətlər göstərilməsi ilə bağlı şifahi razılıq olmuş, həmin razılığa əsasən iddiaçı tərəfindən müxtəlif işlər görülmüş, lakin dəyəri ödənilməmişdir. Lakin qətnamənin digər hissəsində qeyd edilir ki, podrat müqaviləsi bağlandıqdan sonra cavabdeh müqavilədə nəzərdə tutulmuş məbləğdən əlavə ödənişlərin aparılmasını zəruri edən əlavə işlərin görülməsinə razılıq verməmişdir. Cavabdeh tərəfindən işlərin görülməsinə razılıq verilmiş və işlərin görülməsi təsdiq edilmişdir. Hətta tikintiyə texniki nəzarəti həyata keçirən “Nippon Koei UK” şirkəti tərəfindən əlavə işlərin görülməsi və həmin əlavə işlərə xərclənən vəsaitin məbləği təsdiqlənmişdir. Əgər belə olmasaydı iddiaçı tərəfindən işlərin dəyərinin ödənilməsi barədə məktuba işlərin görülməsinə dair sifariş verilmədiyi qeyd edilərdi. 20.07.2016-cı il tarixli cavab məktubunda əlavə ödənişlərlə bağlı X7 müraciət edildiyi, Bank tərəfindən ödənişlərin edilməsindən imtina edildiyi göstərilmişdir. İmtinanın əsası kimi layihənin icrasında böyük gecikmələrin olduğu, tikinti quraşdırma işlərinin yekunlaşmasından və təhvilindən 15-18 ay müddət keçdiyi, müqavilənin başa çataraq bağlanması göstərilmişdir. Məhkəmə qətnamə qəbul edərkən MM-nin 753-cü maddəsinin tələbini nəzərə almamışdır. Həmin maddəyə əsasən podratçının əlavə işlərə görə muzd almaq hüququ vardır. Cavabdehin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində hər bir epizod üzrə qeyd edir ki, “Cavabdeh” Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əlavə işlərin görülməsi üçün podratçı”ya sifariş verilmiş, bu sifarişin icrası üçün xərclər hesablanmış, layihə-smeta sənədləri hazırlanmış, həmin sənədlər cavabdehə təqdim edilmişdir. Cavabdeh və məsləhətçi şirkətdən heç bir etiraz daxil olmamış, layihə-smeta sənədləri təsdiqlənmiş və buna görə də sifarişçi tərəfindən əlavə işlər yerinə yetirilmişdir. İddiaçının istinad etdiyi hallar doğru deyildir. Əlavə işlərin görülməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Podratçı”ya heç bir sifariş verilməmişdir. Bunu iddiaçı tərəfindən məhkəməyə əlavə işlərin görülməsi barədə hesablanmış xərclərinə dair və tərəflərin iştirakları ilə təsdiqlənmiş layihə-smeta sənədlərini təqdim edə bilməməsi əyani sübutdur. Bundan başqa, iddiaçının iddia ərizəsində tələbinin hüquqi olmasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələri ilə əsaslandırması da yanlışdır. Belə ki, iddiaçı bir tərəfdən müqavilə üzrə öhdəliyin tam icra olunub başa çatmasını bildirsə də, iddia tələbinin hüquqi olmasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1 753.1 769-cu maddələrinə istinad etməsi başa düşülən deyildir. İddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 753.3-cü bəndinə istinadı əsassızdır. Həmin maddənin anlamına görə podratçı podrat müqaviləsində nəzərdə tutulmayan əlavə işlərin görülməsi üçün sifarişçiyə əvvəldən məlumat verməyibsə və ya həmin işə başlamazdan əvvəl tərəflər müqavilənin yeni qiymətini razılaşdırmayıblarsa və yaxud sifarişçi əlavə işlərə görə muzdu ödəməyi təsdiq etməzsə, podratçı əlavə işi yerinə yetirmir, yerinə yetirdiyi təqdirdə isə həmin işə görə muzdun ödənilməsini tələb edə bilməz. Maddənin məzmunundan göründüyü kimi, podratçı özünün ayrıca muzd almaq hüququ barəsində əlavə işə başlamazdan əvvəl sifarişçiyə məlumat verməlidir. Podratçı əlavə işlərin icrasına buna görə də ayrıca muzd ödəməyə sifarişçi razılıq verdikdən sonra başlamalıdır. Podrat müqaviləsi üzrə ancaq müqavilədə nəzərdə tutulan və tərəflər arasında razılaşdırılan işlər ödənilir. Müqavilədə nəzərdə tutulmamış və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb olunmayan işlər isə ödənilmir. Podratçının əlavə işlərin görülməsi üçün sifarişçiyə əvvəldən məlumat verməsi, hər bir tərəfin müvafiq qaydada səlahiyyət verilmiş nümayəndəsi tərəfindən imzalanaraq müraciəti, smeta-layihə xərcinin hər iki tərəfdən təsdiqlənməsi və görülən işlərin qəbul edilməsi iş materialları ilə müəyyən olunmur. İşə birinci instansiya qaydasında baxılarkən iddiaçıya iddianın əsasını təşkil edən sənədlərin əsillərinin və ya lazımı qaydada təsdiqlənmış surətlərinin təqdim edilməsi təklif edilsə də təqdim edilməmişdir. Məhkəmə iddianın əsasını təşkil edən sənədlərin surətləri əsasında işə baxmış, nəticədə MPM-nin 89.3-cü maddəsinin tələbini pozmuşdur. İddiaçı «İddiaçı” MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Avtomobil X5 nümayəndəsi Nümayəndə tərəflərindən verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2 (82)-32/2019 saylı, 28.11.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından və iş materiallarına əlavə edilmiş sübutlardan görünür "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 06.12.2010-cu il tarixli və 11 mart 2011-ci il tarixli podrat müqavilələrinə əsasən iddiaçı tərəfindən cavabdehin sifarişinə əsasən dörd ədəd tərəzi məntəqəsi inşa edilərək cavabdehə 20 fevral 2015-ci il tarixli və 06 iyul 2015-ci il tarixli aktlar əsasında təhvil verilmiş və işlərin müqavilə ilə razılaşdırılmış dəyəri-3.910.239,20 manat iddiaçıya ödənilmişdir. İddiaçının cavabdehdən tələb etdiyi pul məbləğləri ilə bağlı iddia tələblərini iki hissəyə bölmək olar: yazılı podrat müqaviləsi əsasında tərtib edilmiş layihəyə dəyişiklik edilərək inşa ediləcək tərəzi məntəqəsinin yerinin dəyişdirilməsi ilə əlaqədar 7800 manat çəkilmiş əlavə xərcin ödənilməsi və həmin müqavilə əsasında görülmüş işlər təhvil verildikdən sonra cavabdehlə şifahi razılaşmaya əsasən sifariş verildiyi iddia edilən əlavə işlərə görə 500.098 manat pulun ödənilməsi. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. 7800 manat pul tələbi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə 25.10.2011-ci il tarixdə əvvəlki podrat müqavilələri üzrə işlərin həyata keçirilməsinə nəzarət etmiş “Nippon KOEİ UK” şirkətinin mühəndisi F.Şirinov, layihə rəhbəri R.Hacıyev, layihə mühəndisi X.Mustafayev tərəfindən imzalanmış aktın iddiaçının öz möhürü ilə imzalanmış kserosurəti təqdim edilmişdir. Aktda qeyd olunur ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci km-də layihəyə uyğun olaraq mobilizasiya işləri yerinə yetirilərək 2500 manat dəyərində vəsait xərclənmişdir. Həmçinin ərazinin bitki qatından təmizlənməsi , yol geyiminin tikintisi üçün ərazinin qazılaraq kənara daşınması işləri yerinə yetirilərək 5300 manat, ümumilikdə 7800 manat dəyərində iş görülmüşdür. (iş mat. 1-ci cild 174-cü səhifə) Mülki Məcəllənin 753.2-ci maddəsinə əsasən əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. İş materiallarına Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci km-də inşa ediləcək tərəzi məntəqəsinin ərazisinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olması və yüksəkgərginlikli elektrik xəttinin mühafizə zonasında düşməsi ilə əlaqədar yerinin dəyişdirilməsi barədə yazışmalar əlavə edilsə də, əvvəlki ərazidə görüldüyü iddia edilən 7800 manat dəyərində konkret hansı işlərin görülməsi, məntəqənin yerinin dəyişdirilməsi ilə əlaqədar muzdun artımındakı dəyişikliyin tərəflər arasında razılaşdırıldığı barədə məhkəməyə sənəd təqdim edilməmişdir. Bundan əlavə aktın əsli və ya notarial qaydada təsdiq edilmiş surəti məhkəməyə sübut qismində təqdim edilmədiyindən və aktı imzalamış şəxslərin görülmüş işlərin dəyərini təsdiq etmək səlahiyyəti olmasına dair işdə sənədlər olmadığından məhkəmə düzgün olaraq qeyd edilən aktı mötəbər sübut kimi qəbul etməmiş və iddianı bu hissədə təmin etməmişdir. İddiaçı iddia edir ki, cavabdehin sifarişi ilə şifahi razılaşma əsasında görülmüş əlavə işlər aşağıdakılardır:
1. Kamera sisteminin quraşdırılması (1 ədəd)- dəyəri 55.535 manat;
2. Tərəzi məntəqələrində inşa edilmiş inzibati binaların dam ötüyünün dəyişdirilməsi (4 inzibati binada)-dəyəri cəmi 43.870 manat;
3. Tərəzi məntəqələrində inşa edilmiş inzibati binaların daxilində rekonstruksiya işlərinin görülməsi, mebellərin dəyişdirilməsi, plastik qapı- pəncərələrin dəyişdirilməsi və s. (4 inzibati binada) –dəyəri cəmi 95.021 manat;
4. Asfalt çəkmə işlərinin görülməsi (4 yerləşmə yeri) –dəyəri cəmi 305.672 manat. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının mübahisənin aidiyyəti üzrə məsələyə baxarkən iş üzrə qəbul etdiyi 2-2(102)- 95/2018-ci il tarixli 27 fevral 2018-ci il tarixli Qərarında da qeyd edildiyi kimi, işdəki sənədlərlə təsdiq edilir ki, yazılı podrat müqaviləsi üzrə görülmüş işlərin dəyəri ödənildikdən sonra cavabdehin şifahi aldığı sifarişlər əsasında tərəflər arasında yeni, şifahi podrat müqaviləsi bağlandığı müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Mülki Məcəllədə podrat müqaviləsinin yazılı formada bağlanmalı olduğuna dair şərt nəzərdə tutulmadığından müqavilənin şifahi formada bağlanması və görüləcək işlər barədə sifarişin şifahi şəkildə verilməsi mümkündür. Buna görə də tərəflər arasında yazılı müqavilə olmaması əsası ilə iddia rədd edilə bilməz. Podrat müqaviləsi şifahi bağlandığı və yerinə yetirilməli olan işlərin dəyəri müəyyənləşdirilmədiyi və ya podratçı razılaşdırılmış qiyməti sübut edə bilmədiyi halda icra olunduğu sübut edilmiş işlərin dəyəri sifarişçidən MM-nin 753.1-ci maddədə nəzərdə tutulmuş qaydada adi muzdla tutulmalıdır. “Nippon KOEİ UK” şirkətinin Azərbaycan Respublikasındakı filialının 1-ci instansiya məhkəməsinin sorğusuna 19.09.2017-ci il tarixli cavab məktubunda “Nippon KOEİ UK” şirkətinin "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 06.12.2010-cu il tarixli müqaviləyə əsasən 4 ədəd tərəzi məntəqəsinin inşası üzrə layihə ilə bağlı tikintiyə texniki nəzarəti həyata keçirən məsləhətçi firma kimi "xxxx" ASC-nə xidmət göstərdiyi qeyd edilmişdir. Nippon KOEİ UK-nin iddiaçıya ünvanlanmış 12.04.2014-cü il tarixli Əlavə işlərin təsdiq olunması” barədə məktubunda iddiaçı tərəfindən təqdim edilən sənədlər araşdırılaraq görülən işlər üzrə hesablamaların 92.000 manatdan artıq olmamasını təsdiq etməklə etiraz etmədikləri qeyd edilmişdir. İddiaçı tərəfindən Nippon KOEİ UK-nin qrup rəhbəri cənab P.Karkiyə göndərilmiş 11.06.2015-ci il tarixli məktubda müqavilədən kənar görülən işlərin siyahısı qeyd edilmiş və onların dəyərinin 301171 manat olması barədə məlumat verilmişdir. İddiaçı tərəfindən Nippon KOEİ UK-nin qrup rəhbəri cənab Aleksander Perladaya ünvanlanan 24.08.2015-ci il tarixli məktubda tərəzi məntəqələri ilə magistral yol arasında yaşıllıq (çınqıl) zolağının asfalt-beton ilə əvəz olunması və dam örtüyünün rekonstruksiyasının layihələrinin göndərildiyi qeyd edilir. İddiaçı 06.06.2016-cı il tarixdə məktubla cavabdehə müraciət edərək 405078 manat dəyərində müqavilədən kənar görülmüş işlərin dəyərinin ödənilməsini xahiş etmişdir. Həmin məktuba cavab olaraq Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan 3/26- 3322 saylı 20 iyul 2016-cı il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Hökuməti ilə X8 arasında 15 yanvar 2008-ci il tarixində imzalanmış 2354 saylı Beynəlxalq Kredit Sazişi çərçivəsində həyata keçirilən “Təfsilatlı layihələşdirmə, mülki tikinti və təchizat işlərinin aparılması, tərəzilərin və öncədən ölçmə sisteminin quraşdırılması, habelə istifadəçilərin təlimləndirilməsi kimi fəaliyyətlər daxil olmaqla, 4 ədəd ağır nəqliyyat tərəzi stansiyasının tikintisi” layihəsi üzrə əlavə ödənişlə bağlı qaldırdığınız məsələnin araşdırılması barədə tikintiyə texniki nəzarət işlərini həyata keçirən X3 Mühəndis “NİPPON KOEİ UK” şirkətinə müvafiq göstərişlər verilmiş və Məsləhətçi tərəfindən araşdırmalar (qoşmada əlavə olunur) aparılmışdır. Məlum olduğu kimi, layihə daxilində “Bakı-Quba-Rusiya Fedarasiyası avtomobil yolu"nun 67-ci (yolun sağ tərəfində) və 84cü km-də (yolun sol tərəfində), “Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yolu”nun 49-cu (yolun sağ tərəfində) və 241-ci km-də (yolun sol tərəfində) ağır nəqliyyat tərəzi stansiyaları tikilmiş və müqavilə üzrə bütün ödənişlər "Cavabdeh” ASC tərəfindən həyata keçirilmişdir. Hər hansı vəsaitin müqaviləyə əlavə edilərək ödənilməsi məsələsi ilə bağlı rəy və fikir bildirilməsi üçün Layihə İdarəetmə Qrupu tərəfindən 2016-cı il 23 may tarixində X7 (AİB) müraciət edilsə də, layihənin icrasında böyük gecikmələrin olması, tikinti-quraşdırma işlərinin yekunlaşmasından və təhvilindən 15-18 ay müddətin keçməsi, müqavilənin başa çataraq bağlanması səbəbindən 2016-cı il 24 may tarixində AİB əlavə ödənişə tam etirazını bildirmişdir. Yuxarıda qeyd olunanları, Məsləhətçi Mühəndis şirkətinin araşdırmalarının nəticələrini nəzərə alaraq bildiririk ki, sözügedən ağır nəqliyyat tərəzi məntəqələrinin tikintisi layihəsi üzrə podrat müqaviləsi çərçivəsində hər hansı vəsaitin ödənilməsi mümkün deyildir. Məhkəmə iddiaçının bu mövqeyi ilə razılaşır ki, əgər 06.06.2016-cı il tarixli məktubla cavabdehdən dəyəri tələb edilən işlər görülməsəydi cavab məktubunda araşdırma zamanı bu işlərin görülmədiyi və ya görülməsi üçün sifariş verilmədiyi qeyd edilərdi. "Cavabdeh” ASC-nin məktubla bağlı araşdırma apardıqdan sonra işlərin dəyərinin ödənilməsi üçün Layihə İdarəetmə Qrupu tərəfindən 2016-cı il 23 may tarixində X7 (AİB) müraciət edilməsi təsdiq edir ki, həmin işlər icra edilmişdir. Məktubun məzmunundan aydın olur ki, işlərin dəyəri AİB əlavə ödənişə tam etiraz etdiyi üçün mümkün olmamışdır. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş diskdə olan fotoşəkillərdə iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilmiş işlərin həqiqətən icra edildiyi müəyyən olunur. “NİPPON KOEİ UK” şirkətinin 15.03.2016-cı il tarixli məktubunda podratçı tərəfindən əlavə işlərin görülməsi barədə kim tərəfindən təlimat verilməsinə dair məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarına iddiaçının iddia tələbi ilə bağlı fotoşəkillər əlavə edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən həqiqətən cavabdehin şifahi sifarişi əsasında əlavə işlər görülmüşdür. Lakin işlərin dəyəri ilə bağlı iddiaçının özü tərəfindən təqdim edilmiş smetatalardan başqa iş materiallarında sübutlar olmadığından birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 21.10.2019-cu il tarixli ekspert rəyində qeyd edilmişdir ki, ekspert tərəfindən tədqiqat obyektlərinə baxış zamanı faktiki olaraq yerinə yetirildiyi müəyyən olunmuş və görülmüş işlərin həcminin ekspert tərəfindən müəyyən edilməsi mümkün olan işlərin dam örtük işlərindən və rəydəki cədvəlin 1-7-ci pozisiyalarında sadalanan işlərdən (binanın daxili rekonstruksiyası, pəncərələrin dəyişdirilməsi, daxili qapılar, dəmir qapı, tametin sökülərək yenisi ilə əvəz olunması, su çəni və generator üçün tikili, yaşıllaşdırma işləri) və bu işlərə sərf olunmuş məbləğin iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən 105193 manat olduğu müəyyən olunur. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 9/5176 saylı 26.05.2021-ci il tarixli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertiza tədqiqatına təqdim olunmuş 1 tərəzi məntəqəli inzibati binanın əşyalarının və avadanlıqlarının istifadə olunması nəzərə alınmaqla orta bazar dəyəri 26618 manat, quraşdırma xərci 5000 manat olmaqla ümumilikdə 31618 manat müəyyən olunur. Ekspert bu rəqəmi 4-ə vurmaqla 4 tərəzi məntəqəsində əşyaların və avadanlıqların dəyərinin quraşdırma xərci və istifadə olunması nəzərə alınmaqla 126472 manat olduğuna dair rəy vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin 9/5176 saylı 26.05.2021-ci il tarixli ekspert rəyi iddiaçı tərəfindən quraşdırılmış avadanlıqların dəyərinin müəyyənləşdirilməsi üçün mötəbər sübut hesab edilə bilməz. Rəyin məzmunundan görünür ki, ekspert yalnız bir tərəzi məntəqəli inzibati binaya baxış keçirərək həmin məntəqədə olan inventarlar və görülmüş işlərlə bağlı qiymətləndirmə həyata keçirmişdir. Digər məntəqələrdə həmin avadanlıqların mövcud olub-olmadığı müəyyən edilmədən və digər məntəqələrə baxış keçirmədən 1 məntəqədə mövcud olan əşyaların dəyərini dördə vurmaqla digər obyektlərdəki əmlakların dəyəri müəyyənləşdirilə bilməz. Buna görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 21.10.2019-cu il tarixli ekspert rəyini daha mötəbər sübut hesab edir və belə qənaətə gəlir ki, iddiaçının gördüyü işlərin dəyəri ilə bağlı digər mötəbər sübutlar olmadığından birinci instansiya məhkəməsi həmin rəyə istinad edərək iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-32/2019 saylı, 28.11.2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
İddiaçı "İddiaçı” MMC və cavabdeh Azərbaycan Avtomobil X5 apelyasiya şikayətləri təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (82)-32/2019 saylı, 28.11.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya instansiyası məhkəməsində ekspertiza həyata keçirilməsi ilə əlaqədar 100 manat ekspert xərci tərəflərdən müştərək qaydada Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.