Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-151/2022 23.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair ilk, Cavabdeh İB-nin iddiaçı "xxxx" MMC-yə qarşı borcun tutulması tələbi barədə qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 14.07.2021-ci il tarixli e-2-2(113)-1530/2021 nömrəli qətnaməsindən (hakim Səbinə Nuriyeva) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonradan iddia ərizəsinə əlavə ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X3 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış "xxxx" MMC-nin parnik sahəsində, 20.11.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacın yenisi ilə dəyişdirilməsi, 12.04.2021-ci il tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akta "xxxx" MMC-nin iştirakı olmadan və xəbərdarlıq edilmədən, Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən edilmiş dəyişiklik qanunsuz olduğundan etibarsız hesab edilməli, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X3 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış "xxxx" MMC-nin parnik sahəsində 20.11.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacı üzrə Cavabdeh İB tərəfindən qanunsuz olaraq qazın istifadəsinə hesablanmış 417.340,40 manat məbləğində borc pulun silinməsi, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X3 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) 20.11.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacı üzrə "xxxx" MMC tərəfindən artıq ödənilmiş 1.543.941 manat məbləğində pulun Cavabdeh İB-dən "xxxx" MMC-nin xeyrinə tutulması, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X3 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış "xxxx" MMC-nin parnik sahəsində 20.11.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00101 nömrəli, 26**********001 abonent kodlu, Elster G-6T DİAFRAQMA markalı, 28101227 nömrəli qaz sayğacın çıxarılaraq ləğv olunması, hesablanmış və "xxxx" MMC tərəfindən ödənilmiş 4.284 manat məbləğində pulun Cavabdeh İB-dən "xxxx" MMC-nin xeyrinə tutulması, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X3 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış "xxxx" MMC-nin parnik sahəsində 20.11.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00201 nömrəli, 26**********002 abonent kodlu, Elster G-6T DİAFRAQMA markalı, 28101183 nömrəli qaz sayğacın çıxarılaraq ləğv olunması, hesablanmış və "xxxx" MMC tərəfindən ödənilmiş 7.019 manat məbləğində pulun Cavabdeh İB-dən "xxxx" MMC-nin xeyrinə tutulması, Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X3 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış "xxxx" MMC-nin parnik sahəsində 20.11.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00301 nömrəli, 26**********003 abonent kodlu, Elster G-4T DİAFRAQMA markalı, 10326990 nömrəli qaz sayğacın çıxarılaraq ləğv olunması, hesablanmış və "xxxx" MMC tərəfindən ödənilmiş 11.188 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh İB-dən "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh İB cavabdeh "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia ərizə ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadəyə görə 01.06.2021-ci il tarixə yaranmış 417.340,40 manat məbləğində əsas borcun və 30 manat məbləğində dövlət "xxxx" MMC-dən tutularaq Cavabdeh İB-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 14 iyul 2021-ci il tarixli 2-2(113)-1530/2021 nömrəli qərardadı ilə ilk iddia tələbinin “Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMC-nin təsisçisi X3 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış "xxxx" MMC-nin parnik sahəsində 20.11.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00101 nömrəli, 26**********001 abonent kodlu, Elster G-6T DİAFRAQMA markalı, 28101227 nömrəli, **********00201 nömrəli, 26**********002 abonent kodlu Elster G6T DİAFRAQMA markalı, 28101183 nömrəli, **********00301 nömrəli, 26**********003 abonent kodlu, Elster G-4T DİAFRAQMA markalı, 10326990 nömrəli qaz sayğacın çıxarılaraq ləğv olunması” hissəsində iş üzrə icraata xitam verilmişdir. Bakı Kommersiya Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, 2-2(113)-1530/2021 saylı qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilərək ilk iddia üzrə iddiaçı "xxxx" MMC ilkin iddia üzrə Cavabdeh İB-yə qarşı Xaçmaz rayonu, Ləcət kəndində yerləşən "xxxx" MMCnin təsisçisi X3 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan torpaq sahəsinin bir hissəsində yaradılmış "xxxx" MMC-nin parnik sahəsində, 20.11.2017-ci il tarixdən qaz xəttinə quraşdırılmış **********00001 nömrəli, 26**********000 abonent kodlu, Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacın yenisi ilə dəyişdirilməsi ilkin iddia üzrə Cavabdeh İB-nə həvalə edilmiş, "xxxx" MMC-dən 417340,40 manat məbləğində borcun tutulmasına dair qarşılıqlı iddia təmin edilmişdir. Həmin qətnamədən "xxxx" MMC apelyasiya şikayəti verərək, daha sonra apellyasiya şikayətinə əlavə verməklə tələbini dəqiqləşdirərək Bakı Kommersiya Məhkəməsinin 14 iyul 2021-ci il tarixli, e-2-2(113)-1530/2021 saylı qətnaməsinin qismən ləğv edilməsini, ilk iddia tələbinin 12.04.2021-ci il tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akta "xxxx" MMC-nin iştirakı olmadan və xəbərdarlıq edilmədən, Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən edilmiş dəyişiklik qanunsuz olduğundan etibarsız hesab edilməli, Cavabdeh İB tərəfindən qanunsuz olaraq qazın istifadəsinə hesablanmış 417.340,40 manat məbləğində borc pulun silinməsi hissəsində təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC-nin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “əsas qaz borusuna qoyulan **********00001 nömrəli, 26**********000 abunet kodlu. Elster G-1600 TRZ EK220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacı 01.12.2020-ci il tarixdən 31.12.2020-ci il tarixədək 187.724,00 manat məbləğində pul hesablanmışdır. Bu qaz sayğacı qoyulan vaxtdan yəni 20.11.2017-ci il tarixdən artıq ödəniş hesabladığını hiss edirdik. Digər o ərazidə yerləşən istixanalarla müqayisə edib şirkətimizə artıq ödəniş hesabladığını görürdük. Bu barədə dəfələrlə Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşlarına şifahi müraciət olunmuşdur. Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları da hər müraciətimdə sayğac düz işləyir, heç bir artıq hesablanmış ödəniş olmadığını bildirərək şirkəti aldadırmışlar. Lakin bir ay müddətində 187.724,00 manat məbləğində həddən çox ödəniş hesablandığından Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacın yoxlanması, həmin vaxt qaz xəttinə başqa qaz sayğacın qoyulması barədə Cavabdeh İByə müraciət etdik. Müraciətimiz əsasında Bakı şəhərindən gələn Cavabdeh İB-nin əməkdaşları 04.02.2021- ci il tarixdə Elstcr G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacı çıxarılaraq ekspertiza idarəsinə yoxlanmağa göndərildi. Həmin vaxt 04.02.2021- ci il tarixdə mübahisəli əsas qaz xəttinə, çıxarılmış qaz sayğacının yerinə G- 1600 EK-220 markalı, 10517234 nömrəli, Turbin tipli “İTRON” qaz sayğacı qoyuldu. Bu barədə 04.02.2021-ci il tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərəflər arasında imzalandı. 04.02.2021-ci il tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt imzalanarkən qaz sayğacının göstəricisi 42210014 kub idi. Akta qeyd olundu və sayğac göstəricisinin şəkli çəkildi. 12.04.2021-ci il tarixdə Bakı şəhərindən gələn Cavabdeh İB-nin əməkdaşları çıxarılmış qaz sayğacın yerinə 04.02.2021-ci il tarixdə qoyulmuş G-1600 EK-220 markalı, 10517234 nömrəli, Turbin tipli “İTRON” qaz sayğacı çıxarıldı. Bu barədə 12.04.2021-ci il tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərəflər arasında imzalandı. 12.04.2021-ci il tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt imzalanarkən qaz sayğacının göstəricisi 42428204 kub idi. Akta qeyd olundu və sayğac göstəricisinin şəkli çəkildi. İki ay səkkiz gün ərzində tərəflər arasında tərtib edilən aktlara və çəkilən şəkillərə görə müəyyən olundu ki, 218190 kub qaz istifadə olunmuşdur. 218190 kub qaz istifadəsinə görə iki ay səkkiz günə 218190 kub * 0,2 = 43.638 manat məbləğində pul ödənişi müəyyən olunur. Burdan da görünür ki, bir ay üzrə 21.819 manat məbləğində pul ödənişi müəyyən olunur. Lakin yenə Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən qanunsuz artıq yazılan pulların üstünü ört-basdır etmək üçün 04.02.2021-ci i! tarixdən 12.04.2021-ci il tarixədək 805685 kub qaz istifadə edilmiş göstərərək 161.137 manat məbləğində pul hesablanmışdır. Bu pulun necə hesablanmasını məhkəmə iclasında Cavabdeh İB-nin hüquqşünasından soruşanda bildirdi ki, 12.04.2021-ci il tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akta "xxxx" MMC-nin iştirakı olmadan və xəbərdarlıq edilmədən qaz sayğacının göstəricisi Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən 42428204 kubdan dəyişdirilərək qanunsuz olaraq 43314652 kimi qeyd ediblər. 12.04.2021-ci il tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akta "xxxx" MMC- nin iştirakı olmadan və xəbərdarlıq edilmədən, Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən edilmiş dəyişilik qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Hal-hazırda Cavabdeh İB-nin Xaçmaz RQİİ-nin Xaçmaz Xidmət sahəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq 417.340,40 manat məbləğində qazın istifadəsindən borc pul hesablanmışdır. “Metrologiya” Departamenti qaz sayğacının yoxlanması haqqında düzgün olmayan akt qəbul etmişdir ki, həmin aktı qəbul edən şəxsdən asılıdır. Əgər Elster G-1600 TRZ EK-220 markalı, ********** nömrəli Turbin tipli “İTRON” qaz sayğacını düzgün və tam işləsəydi SOCAR-ın Cavabdeh İB-i “Metrologiya” Departamenti "xxxx" MMC ilə 10.03.2021- ci il tarixdə 301ST nömrəli xidmət müqaviləsi bağlayaraq mübahisəli qaz sayğacının təmirinə 226 manat xidmət haqqı alınmazdı(xidmət müqaviləsi və ödəniş qəbzi iddia əlavə olunur). Cavabdeh İB tərəfindən qanunsuz olaraq qazın istifadəsindən hesablanmış 417.340,40 manat məbləğində borc pul silinməlidir. Belə ki, parnikdə il ərzində beş ay (noyabr, dekabr, yanvar, fevral və mart) üzrə qaz xəttindən istifadə olunur. İddiaçı "xxxx" MMC-nin Cavabdeh İB-nə qarşı "xxxx" MMC-nin şirkətin təsisçisi X3 xüsusi mülkiyyətində (çıxarış nömrəsi RX 1022601) olan Xaçmaz rayonu, Ləcət kəndindəki torpaq sahəsinin bir hissəsində yaradılmışdır. 04.02.2021-ci il tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli və 12.04.2021-ci il tarixli, qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktlardan görünür ki, 20.11.2017-ci il tarixdən 31.04.2021 -ci il tarixədək **********00001 nömrəli qaz sayğacı düzgün işləməyərək 2.394.680,80 manat pul yazmışdır. 04.02.2021-ci il tarixli, ******* nömrəli, 12.04.2021-ci il tarixli, ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktlardan görünür ki, bir ay üzrə 21.819 manat məbləğində pul ödənişi hesablanmalıdır. 5 ay üzrə (noyabr ayının sonundan, dekabr, yanvar, fevral, mart və aprel ayının əvvəllərinədək) istixanada qazdan, istifadəsindən 21.819.0 manat * 5ay = 109.095 manat, dörd ildi istifadə etdiyimizdən yəni 20.11.2017- ci il tarixdən halhazıradək 109.095,00 manatı* 4 ilə = 436.380 manat məbləğində pul ödənişi hesablanmalıdır. Lakin Cavabdeh İB 20.11.2017-ci il tarixdən hal-hazıradək "xxxx" MMC“yə qanunsuz olaraq 2.394.680 manat qazdan istifadəyə görə ödəniş hesablamışdır. "xxxx" MMC 20.11.2017-ci il tarixdən hal-hazıradək Cavabdeh İB-nə 1.980.321,80 manat məbləğində pul ödəniş etmişdir. Bu ödənişdən əlavə də qanunsuz olaraq 417.340,40 manat məbləğində qazın istifadəsindən borc pul hesablanmışdır. İşə apellyasiya qaydasında baxılması sonuncu dəfə 23.02.2022-ci il tarixə təyin edilmiş, iddiaçının nümayəndəsi sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq işə iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında apelyasiya şikayətinə yazılı etiraz təqdim edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, ilk iddia üzrə iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 24.02.2021-ci il tarixli e-2-2(113)- 1530/2021 saylı qətnaməsi ilk iddianın rədd edildiyi, qarşılıqlı iddianın təmin edildiyi hissədə qismən ləğv edilməli, ilk iddia qismən təmin edilərək iddiaçı "xxxx" MMC-nin 117.499 manat borcunun silinməsi cavabdeh "Azəriqaz" İB-nə həvalə edilməli, qarşılıqlı iddia həmin hissədə rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Qətnamə ilk iddia tələbinin rədd edildiyi və qarşılıqlı iddianın təmin edildiyi hissədə mübahisləndirilir. Məhkəmə qətnaməni mübahisələndirilən hissədə yoxlayaraq hesab edir ki, 117.499 manat borcun MMC-dən tutulması barədə qarşılıqlı iddianın təmin edildiyi hissədə məhkəmənin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. İş materiallarından görünür ki, "xxxx" MMC Cavabdeh ilə bağlanmış 11.09.2019-cu il tarixli “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında təbii qazdan istifadə edir. İşdəki icarə müqavilələrinin surətindən görünür ki, "xxxx" MMC Xaçmaz rayonu, Ləcət kəndində olan 11,81 ha torpaq sahəsini icarəyə götürmüşdür və hazırda istixana kimi istifadə edir. İş materiallarına əlavə edilmiş 16.06.2021-ci il tarixli Cavabdeh İB-i tərəfindən tərtib edilmiş abonentin debitor borcu haqqında arayışdan görünür ki, 26**********000 nömrəli abonentin ********** nömrəli sayğacın mexaniki göstəricisi ******* kub metr 414372 manat, 26**********001 nömrəli abonentin 28101227 nömrəli sayğacın mexaniki göstəricisi 21524 kub metr 643,6 manat, 26**********002 nömrəli abonentin 28101183 nömrəli sayğacın mexaniki göstəricisi 35212 kub metr 1012,8 manat və 26**********003 nömrəli abonentin 10326990 nömrəli sayğacın mexaniki göstəricisi 56045 kub metr 1312 manat qalıq borcu olaraq cəmi debitor borcu 417340,4 manat müəyyən edilmişdir. İşin araşdırılan hallarından görünür ki, iddiaçının müraciəti əsasında ona məxsus obyektin qaz sayğacında hər hansı qüsur olub olmadığının müəyyənləşdirilməsi üçün "xxxx" MMC-yə xidmət edən G1600 markalı ********** nömrəli sayğac 04.02.2021-ci il tarixli aktla çıxarılaraq yoxlamaya göndərilmiş, müvəqqəti olaraq 10517234 nömrəli sayğac (quraşdırılan zaman sayğacın üzərindəki mexaniki göstərici ********* kub metr olmuşdur) quraşdırılmışdır. MMC-nin sayğacı 12.04.2021-ci il tarixli akt əsasında yerinə qaytarılmış, həmin tarixdə çıxarılan müvəqqəti sayğacın mexaniki göstəricisi iddiaçı tərəfindən təqdim edilmiş akta əsasən ********* kub metr olmuşdur. Hər iki akt abonentin nümayəndəsinin iştirakı ilə tərtib edilmişdir. 12.04.2021-ci il tarixli aktda çıxarılan sayğacın mexaniki göstəricisi sonradan Cavabdeh İB tərəfindən birtərəfli qaydada (üzərindən xətt çəkilməklə) dəyişdirilmiş və 43014742 kub.metr qeyd edilmişdir.(iş mat. 1-ci cild 177-ci vərəq). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İş materiallarına əlavə edilmiş aktlardan göründüyü kimi, MMC-nin 04.02.2021- 12.04.2021-ci il tarixlərdə istehlak etdiyi qaz sərfiyyatı işdəki aktlarda öz əksini tapmış müvəqqəti sayğacın göstəricisinə əsasən 218090 kub metr, dəyəri isə 43638 manat (1 kub metr 0,20 manat) olduğu halda, abonent saldosuna əsasən fevral, mart, aprel ayları üçün (iki ay səkkiz gün) istehlak edilmiş təbii qaza görə 161.137 manat borc, yəni faktiki istehlak edilmiş qazın dəyərindən 117.499 manat artıq borc hesablanmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, əsassız hesablanmış 117.499 manat borcun tutulmasının cavabdehə həvalə edilməsi hissəsində ilk iddia təmin edilməli, qarşılıqlı iddia həmin borcun tutulması hissəsində rədd edilməlidir. İşə birinci instansiya qaydasında baxılarkən 01.07.2021-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh İB-nin əməkdaşı X5 ifadəsində bildirmişdir ki, üzərində düzəliş edilmiş 12.04.2021-ci il tarixli aktı o tərtib etmişdir. Aktı tərtib edərkən yorğun olduğundan sayğacın göstəricisini düzgün qeyd etməmişdir. Şahid bildirmişdir ki, 7 illik iş təcrübəsi vardır və daha əvvəl belə hal baş verməmişdir. Akta düzəliş edərkən abonentin nümayəndəsinin iştirak etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, sayğac çıxarılarkən abonentin nümayəndəsi ilə göstəricilər qeyd edildiyi halda, göstəricilərə dəyişiklik edilərkən MMC-dən hər hansı nümayəndə dəvət edilmədiyindən Cavabdeh İB tərəfindən birtərəfli qaydada edilmiç dəyişiklik mötəbər qəbul edilə bilməz. Şahid təərfindən təqdim edilmiş fotoşəkillərin hansı sayğaca aid olduğu və hansı tarixdə çəkildiyi müəyyənləşdirmək mümkün olmadığından məhkəmə həmin fotoşəkilləri ilk iddia üzrə cavabdehin MMC-nin iddiasını etirazını təsdiq edən sübut kimi qəbul etmir. İşə birinci instansiya qaydasında baxmış ilk iddia tələbini qeyd edilən hissədə rədd edərkən iş üzrə gəldiyi nəticəni əsaslandırmamışdır. "xxxx" MMC tərəfindən mübahisələndirilən digər borc məbləğləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən dövrdə MMC-nin qaz sayğacının qüsurla işləyərək faktiki qaz sərfiyyatını daha artıq qeydə aldığına dair iş materiallarında sübutlar olmadığından və həmin borclar qazdan istifadəyə görə sayğac göstəriciləri əsasında hesablandığından apellyasiya şikayəti həmin hissədə əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, ilk iddia üzrə iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 24.02.2021-ci il tarixli e-2-2(113)-1530/2021 saylı qətnaməsi ilk iddianın rədd edildiyi, qarşılıqlı iddianın təmin edildiyi hissədə qismən ləğv edilməli, ilk iddia qismən təmin edilərək iddiaçı "xxxx" MMC-nin 117.499 manat borcunun silinməsinin cavabdeh "Azəriqaz" İB-nə həvalə edilməli, qarşılıqlı iddia həmin hissədə rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İlk iddia üzrə iddiaçı "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 24.02.2021-ci il tarixli e-2-2(113)-1530/2021 saylı qətnaməsi ilk iddianın rədd edildiyi hissədə qismən ləğv edilsin. İlk iddia həmin hissədə qismən təmin edilərək iddiaçı "xxxx" MMC-nin 117.169 manat borcunun silinməsi cavabdeh "Azəriqaz" İB-ə həvalə edilsin. Qarşılıqlı iddia 117.169 manat borcun "xxxx" MMC-dən "Azəriqaz" İB-nin xeyrinə tutulması hissəsində rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-151/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-151/2022
23.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver