Məhkəmə qərarları › İş №2-2(103)-152/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-152/2025

17.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-152/2025 17.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh7 MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2615/2024 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:

1. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 1**-MF-*** saylı kredit müqaviləsinin: 1.2-ci bəndinə əsasən kredit dövriyyə vəsaitinin artırılması – 400.000 AZN (300.000 AZN-lik hissəsi təsisçiyə borc kimi veriləcək) məqsədilə verilir. 2.1-ci bəndinə əsasən kreditin əsas şərtləri: - kreditin məbləği - 400.000 manat; kreditin müddəti – 36 ay; - güzəşt müddəti – 0 ay; - kreditin illik faiz dərəcəsi – 15 %; rəsmiləşdirmə komisyon haqqı – 1 %; - nağdlaşdırma komisyon haqqı - bankın tariflərinə uyğun olaraq; - dəbbə pulu (cərimə) – illik 30 %; - gecikmə olduğu halda zaminlərin hesabından aksepsiz silinmə edilməsi. 2.9-cu bəndinə əsasən borcalan bu müqavilənin 2.3-cü bəndində göstərilən cədvəl üzrə ödənişləri vaxtında aparmadıqda hər gecikdirilən gün üçün kreditin əsas borcunun ödənilməmiş hissəsinə görə kredit üzrə bu müqavilənin 2.1-ci bəndində göstərilən dəbbə pulu (cərimə) ödəməlidir. 7.1-ci maddəsinə əsasən, müqavilə tərəflərin imzaladığı tarixdən qüvvəyə minir və öhdəliklər tam icra edilənədək qüvvədə qalır.

2. İddiaçı ASC ilə zamin X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1**-MF- ***/3 nömrəli, Cavabdeh4 MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 1**-MF-***/6 nömrəli, Cavabdeh7 MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 1**-MF-***/5 nömrəli, Cavabdeh5 MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 1**-MF-***/1 nömrəli, Cavabdeh2 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 1**-MF-***/2 nömrəli, Cavabdeh3 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 1**-MF-***/4 nömrəli zaminlik müqavilələrinin: -1.1-ci bəndinə əsasən borcalan bu müqavilənin 1.2-ci bəndində göstərilən müqavilə üzrə bank qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin borcalanla birgə məsuliyyət daşımağı, həmin öhdəliyi tamamilə icra etməyi öhdəsinə götürür və eyni zamanda, həmin müqavilə üzrə borcalan öhdəliklərini icra etmədiyi və/və ya lazımınca icra etmədiyi təqdirdə zamin bankın ilkin yazılı tələbi ilə kredit məbləğini (əsas borc), ona hesablanmış faiz və dəbbə pulu (cərimə) ilə birlikdə, dərhal banka ödənilməsini (qaytarılmasını) öz üzərinə götürür. -1.3-cü bəndinə əsasən, zamin və borcalan bank qarşısında birgə məsuliyyət daşıyırlar. -5.2-ci bəndinə əsasən bu müqavilənin 1.2-ci bəndində göstərilən müqavilə üzrə borcalan bank qarşısında öz öhdəliyini tamamilə icra edənədək bu müqavilə qüvvədədir.

3. İddiaçı ASC-nin nümayəndəsi, eyni zamanda LCG vəkil bürosunun direktoru Nümayəndə tərəfindən imzalanan və Cavabdeh1 MMC, Cavabdeh5 MMC, "xxxx" MMC, "xxxx" MMC, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh2 göndərilən xx.xx.2024-cü il tarixli 246/24 nömrəli bildiriş –xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün banka olan kredit borcunun 3 iş günü ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə kredit müqaviləsinə xitam verilərək kredit borcunun tam olaraq tutulması üçün aidiyyəti dövlət orqanlarına və məhkəməyə müraciət olunacağı bildirilmişdir.

4. İddiaçı ASC tərəfindən iddia tələbi dəqiqləşdirildikdən sonra verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 MMC-nin xx.xx.2022-ci il tarixli 1**-MF-*** saylı kredit müqaviləsi üzrə həmin tarixə borcu əsas məbləğ üzrə 361.960,99 manat, faiz üzrə borcu 51.912,42 manat, cərimə borcu 5.841,65 manat olmaqla, cəmi borcu 419.715,06 manat təşkil edir.

5. İddiaçı ASC tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilən arayışdan görünür ki, Cavabdeh1 MMC-yə xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək xx.xx.2022-ci il tarixli 1**-MF-*** saylı kredit müqaviləsi üzrə 23191.26 manat dəbbə pulu hesablanmış, 9945 manat ödəniş olunmuşdur.

6. "xxxx" Bank ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək Cavabdeh1 MMC tərəfindən ümumilikdə 15575 manat ödəniş həyata keçirilmişdir.

7. Bakı 18 Saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyası 20 may 2023-cü il tarixdə keçirilmiş İddiaçı ASC tərəfindən ilkin mediasiya xərci olaraq 400 manat ödəniş edilmişdir.

8. Paşa Bank ASC-nin xx.xx.2024-cü il tarixli hesabdan çıxarışından görünür ki, xx.xx.2024-cü il tarixdə LCG vəkil bürosunun hesabına AFB Bank tərəfindən 2400 manat ödəniş həyata keçirilmişdir

9. **********98 nömrəli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün 285 manat dövlət rüsumu ödənilmişdir.

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertiza xərclərinə dair məhkəməyə təqdim edilmiş bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 06 fevral 2024-cü il tarixə banka əsas borc üzrə 361.960,99 manat, faiz borcu üzrə 31.769,42 manat, dəbbə pulu üzrə 628 manat, ümumilikdə 394.358, 41 manat məbləğində pulun, 490 manat dövlət rüsumunun, 2.400 manat hüquqi xidmətə görə haqqın və 06 fevral 2024- cü il tarixindən başlayaraq əsas borcun ödənilməsi anına kimi hər gün üçün 49,58 məbləğində pulun hesablanmaqla müştərək qaydada Cavabdeh1 MMC, Cavabdeh5 MMC, "xxxx" MMC, "xxxx" MMC, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 1**-MF-*** saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 MMC-yə 400.000 manat pul vəsaiti 36 ay müddətinə illik 15% ödənilməsi şərti ilə verilmişdir. Həmin kredit vəsaitləri Bank tərəfindən cavabdehlər Cavabdeh5 MMC", “Çəşni" MMC, "xxxx" MMC, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh2 zaminlikləri əsasında verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli 1**-MF-*** saylı kredit müqaviləsi üzrə hər hansı daşınmaz əmlakın ipotekası olmamışdır. Lakin, borclu şəxs hazırkı iş üzrə Cavabdeh1 MMC və zaminlər öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehlərin 06 fevral 2024-cü il tarixə banka əsas borc üzrə 361.960,99 manat, faiz borcu üzrə 31.769,42 manat, dəbbə pulu üzrə 628 manat, ümumilikdə iddia tələbi 394.358, 41 manat məbləğində borcu yaranmışdır. Bankla cavabdehlər Cavabdeh5 MMC", “Çəşni" MMC, "xxxx" MMC, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh2 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli zaminlik müqavilələrinin 1.4-cü bəndinin tələbinə görə zamin qəbul edir və bəyan edir ki, bu müqavilənin imzalandığı tarixə özünün mülkiyyətində olan bütün əmlakı (daşınar və daşınmaz əmlak, banklarda əmanətlər, qiymətli kağızlar və s., lakin bununla məhdudlaşmamaqla), habelə həmin tarixdən sonra əldə etmiş və əldə edəcək bütün əmlakı, bundan əlavə ümumi birgə mülkiyyətdə və paylı mülkiyyətdə olan əmlakı və hüquqi şəxslərin nizamnamə kapitalında olan payları (səhmləri) ilə Bank qarşısında cavabdehdir və bütün əmlakı ilə borcalanın bank qarşısındakı öhdəlikləri həcmində məsuliyyət daşıyır. Cavabdeh borclu tərəfindən pul məbləğinin ödənilməsinin gecikdirilməsi banka zərər dəyməsi ilə nəticələnir. Bu səbəbdən də, öhdəliyin tam icra olunması gününədək hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. İddia tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 445.2, 445.1, 445.7-ci maddələri təşkil edir.

13. 19 iyul 2024-cü il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək 11 iyul 2024-cü il tarixə banka əsas borc üzrə 361.960,99 manat, faiz borcu üzrə 51.912,42 manat, dəbbə pulu üzrə 5.841, 65 manat, ümumilikdə iddia tələbi 419.715, 06 manat məbləğində pulun, 490 manat dövlət rüsumunun, 2.400 manat hüquqi xidmətə görə haqqın və 11 iyul 2024-cü il tarixindən başlayaraq əsas borcun ödənilməsi anına kimi hər gün üçün 49,58 məbləğində pulun hesablanmaqla müştərək qaydada Cavabdeh1 MMC, Cavabdeh5 MMC, "xxxx" MMC, "xxxx" MMC, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 2615/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh5 MMC, "xxxx" MMC, "xxxx" MMC, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh2 müştərək qaydada 09 fevral 2024-cü il tarixə 346385,99 manat əsas borc, 17681,77 manat faiz borcu, 628 manat dəbbə pulu olmaqla, cəmi 364695,76 manat borc, 285 manat dövlət rüsumu, 800 manat hüquqi xidmət haqqının İddiaçı ASC-nin xeyrinə tutulması və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1**-MF-*** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 MMC-yə illik faiz dərəcəsi 15 faiz olmaqla 36 ay müddətinə 400000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq bankla digər cavabdehlər X3 arasında xx.xx.2022-ci il tarixli 113-MF309/3 nömrəli, Cavabdeh4 MMC arasında xx.xx.2022-ci il tarixli 1**-MF-***/6 nömrəli, Cavabdeh7 MMC arasında xx.xx.2022-ci il tarixli 1**-MF-***/5 nömrəli, Cavabdeh5 MMC arasında xx.xx.2022-ci il tarixli 1**-MF-***/1 nömrəli, Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli 1**-MF-***/2 nömrəli, Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli 1**-MF-***/4 nömrəli zaminlik müqavilələri bağlanılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixli 246/24 nömrəli bildiriş əsasında cavabdehlərə kredit müqaviləsinin ləğv edilməsi barədə bildiriş göndərmişdir, kredit müqaviləsinə xitam verilikdən (xx.xx.2024- cü il tarixdən) sonra Cavabdeh1 MMC tərəfindən müqavilə üzrə 15575 manat ödəniş olunmuş, həmin ödənişlər iddiaçı tərəfindən bütünlükdə dəbbə pulundan silinmişdir. Məhkəmə İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 17 iyun 2022-ci il tarixli, 1**-MF-*** saylı kredit müqaviləsi üzrə bütün ödənişlər nəzərə alınmaqla əsas və faiz borcu məbləğinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 30 avqust 2024-cü il tarixli ekspert rəyinə əsasən xx.xx.2022-ci il tarixli 1**-MF-*** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə əsas borc məbləği 362.197,49 manat, faiz borcu 31.780,49 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə əsas borca münasibətdə iddiaçının 361.960,99 manat əsas borc tələb etdiyini, mübahisəli kredit müqaviləsinin xx.xx.2024-cü il tarixdə ləğv edildiyini, Cavabdeh1 MMC tərəfindən xx.xx.2024-cü ilxx.xx.2024-cü il tarixlərində 15575 manat ödəniş həyata keçirildiyini nəzərə alaraq hesab etmişdir ki, cavabdeh tərəfindən edilmiş ödənişlər əsas borcdan silinməli, nəticədə cavabdehlərdən müştərək qaydada 346385.99 manat əsas borc tutulmalıdır. (3619xx.xx- 15575=346385.99). Faiz borcu ilə bağlı qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən olunmadığından, məhkəmə ekspert rəyini sübut kimi qəbul etmişdir. Həmin rəyə əsasən, 11 iyul 2024-cü il tarixə faiz borcunun məbləği 31780.49 manat müəyyən edilmişdir, lakin müqavilə xx.xx.2024-cü il tarixdə ləğv edildiyindən məhkəmə xx.xx.2024-cü il tarixədək olan faiz borcunun məbləğinin müəyyən edilməsini zəruri hesab edir. Belə ki, ekspert rəyinə əlavə olunmuş faiz borcunun hesablanma qaydasına dair cədvəldən görünür ki, xx.xx.2024-cü il tarixə faiz borcu 16975.33 manat, 33 gün sonraya – yəni, xx.xx.2024-cü il tarixə isə 18640.55 manat hesablanmışdır. Belə olan halda 1 gün üçün hesablanmış faiz borcunun məbləği 50.46 (186xx.xx-16975.33):33=50.46) manat təşkil etmişdir. Beləliklə xx.xx.2024-cü il tarixdən müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixə 14 gün keçdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, faiz borcunun məbləği 17681.77 manat (16975.33+(50.46x14)) müəyyən edilməlidir. İddiaçı tələbində həmçinin əsas və faiz borcu məbləğlərindən əlavə öhdəliyin vaxtında icra edilməməsi səbəbindən 5.841,65 manat məbləğində cərimə borcunun ödənilməsini də tələb edir. Məhkəmə bununla bağlı bildirmişdir ki, AR Mülki Məcəlləsi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Belə ki, məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, müqavilə ləğv edildikdən sonra iddiaçı tərəfindən 23191.26 manat dəbbə pulu hesablanmış və cavabdehin 15575 manat ödənişi bütünlükdə dəbbə pulundan silinmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, öhdəliyin icrasını təmin etmə üsullarından biri olaraq dəbbə pulu müqavilənin qüvvədə olduğu müddət ərzində gecikdirilmiş hər gün üçün ödənilən pul məbləğidir. Odur ki, iddiaçı müqaviləyə xitam verildikdən sonra cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqqlı olmamışdır. İş materiallarından görünür ki, 06 fevral 2024-cü il tarixə iddiaçı tərəfindən 628 manat dəbbə pulu hesablanmışdır. Qeyd edilənləri və dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını nəzərə alaraq məhkəmə cavabdehlərdən 628 manat dəbbə pulunun tutulmasını məqsədəuyğun hesab etmişdir. İddiaçı eyni zamanda ödənilmiş 490 manat rüsum və 2.400 manat hüquqi xidmət haqqının da cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. Məhkəmə iddia tələbini 11 iyul 2024-cü il tarixindən başlayaraq əsas borcun ödənilməsi anına kimi hər gün üçün 49,58 manat məbləğində pulun tutulması hissəsində əsaslı hesab etməmişdir. 33. İş materiallarına əlavə edilmiş **********98 nömrəli qəbz əsasında iddiaçı tərəfindən 285 mana dövlət rüsumu ödənildiyi müəyyən olunduğundan məhkəmə hesab etmişdir ki, 285 manat dövlət rüsumu tutulmalıdır. Hüquqi xidmətə görə haqqın tutulmasına münasibətdə məhkəmə işin konkret hallarını qiymətləndirilməklə cavabdehlərdən 800 manat hüquqi yardım xərcinin tutulmasını ağlabatan hesab etmişdir. Məhkəmə həmçinin hesab etmişdir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul da cavabdehlərdən müştərək qaydada tutulmalıdır.

16. Cavabdeh1 MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən ləğv edilməsi və cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh4 MMC, Cavabdeh5 MMC, Cavabdeh7 MMC, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh6 09 fevral 2024-cü il tarixə 336.385,99 manat əsas borc, 12681,77 manat faiz borcu, 128 manat dəbbə pulu olmaqla, cəmi 349.195,76 manat borc və 300 manat hüquqi xidmət haqqının İddiaçı ASC-nin xeyrinə ödənilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir

Apellyasiya şikayətinin dəlilləri:

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından göründüyü kimi, iddiaçı cavabdehin ödədiyi vəsaitlərin əhəmiyyətli hissəsini cərimə məbləğindən silmişdir. Buna baxmayaraq, məhkəmə qətnamədə cərimə məbləğini müəyyən edərkən bu halı nəzərə almamışdır. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsi ilə müəyyən edilmiş tənasübsüz sürətdə yüksək məbləğdə müəyyən edilmiş cərimə məbləğini azaltmalı olduğu halda, bu maddəni tətbiq etməmişdir. Maddənin məzmunundan da göründüyü kimi, vəkilə göstərdiyi yardıma görə xərclər digər tərəfdən ağlabatan məbləğdə və konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə müəyyən etməli idi. Məhkəmənin müəyyən etdiyi 800 manat məbləğində hüquqi xidmət haqqı hazırki iş üçün ağlabatan məbləğ sayıla bilməz. Belə ki, tərəflər onsuzda iddia tələbi üzrə borc məbləğini ödəməkdə çətinlik çəkirlər. Həmçinin, bu qəbildən olan işlər, yəni hər hansı ipoteka predmeti olmayan borc tələbi üzrə qaldırılan iddialar, bir qayda olaraq, uzunmüddətli araşdırma aparılmadan, hər hansı əmlakların ilkin satış qiymətləri müəyyən edilmədən həll edilir. Ümumi statistikaya nəzər yetirəndə də aydın olur ki, vəkilin göstərdiyi hüquqi xidmətə görə ödənilən xidmət haqqı orta hesabla təxminən 300 manat təşkil edir. Onlar tərəfdən həm məhkəmə iclaslarından əvvəl, həm də məhkəmənin gedişatında bir neçə dəfə ödənişlər aparılmışdır. Məhkəmə isə bu halları nəzərə almamış, düzgün hesablamalar aparılmadan yekun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

19. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

20. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər, cavabdehlərdən "xxxx" MMCnin nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək iclasın təxirə salınmasını xahiş etmiş, digər cavabdehlər isə məhkəməyə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehlərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

X8:

21. Mülki Məcəllənin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. -472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. -Mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş 739 və 741-ci maddələrinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

22. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. -206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır.

Apellyasiya baxışının hədləri:

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

25. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və apellyasiya şikayətində qətnamənin əsaslılığı tutulması qət edilmiş əsas, faiz, dəbbə pulu və hüquqi yardıma görə xidmət haqqının məbləğləri hissəsində mübahisələndirilmişdir. Odur ki, kollegiya Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, qətnamənin əsaslığı mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

27. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1**-MF-*** saylı kredit müqaviləsi üzrəİddiaçı ASC tərəfindən Cavabdeh1 MMC-yə illik faiz dərəcəsi 15 faiz olmaqla 36 ay müddətinə 400000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq bankla digər cavabdehlər X3 arasında xx.xx.2022-ci il tarixli 113-MF309/3 nömrəli, Cavabdeh4 MMC arasında xx.xx.2022-ci il tarixli 1**-MF-***/6 nömrəli, Cavabdeh7 MMC arasında xx.xx.2022-ci il tarixli 1**-MF-***/5 nömrəli, Cavabdeh5 MMC arasında xx.xx.2022-ci il tarixli 1**-MF-***/1 nömrəli, Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli 1**-MF-***/2 nömrəli, Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixli 1**-MF-***/4 nömrəli zaminlik müqavilələri bağlanılmışdır. Cavabdeh1 MMC kredit müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyindən onun həmin müqavilə üzrə iddiaçıya əsas, faiz və dəbbə pulu borcu yaranmışdır. İddiaçı tərəfindən Cavabdeh1 MMCyə kredit müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli 246/24 nömrəli bildiriş göndərilərək müqaviləyə vaxtından əvvəl xitam verilmişdir. Hazırda İddiaçı ASC mübahisəli kredit müqaviləsi üzrə əsas, faiz və dəbbə pulu borcunun mübahisəli hüquq münasibətlərində əsas borclu və zaminlər olan cavabdehlərdən tutulmasını tələb edir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin qanuni əsaslarını Mülki Məcəllənin 462, 739 və 741-ci maddələri (son iki maddə mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyada) təşkil edir.

29. Cavabdehlərdən tutulmalı olan borc məbləğlərinə münasibətdə kollegiya qeyd edir ki, kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi məqsədilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və həmin rəyə əsasən kredit müqaviləsi üzrə müxtəlif tarixlərə olan əsas və faiz borc məbləğləri müəyyən edilmişdir.

30. Kollegiya hesab edir ki, ekspert rəyi ilə razılaşmamaq üçün əsas olmadığından birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə müqavilənin xitam verilməsi tarixinə olan əsas və faiz borcu hesablayarkən həmin rəyi əsas götürməkdə haqlı olmuşdur.

31. Belə ki, birinci instansiya məhkəməsi ekspert rəyində xx.xx.2024-cü il tarixə faiz borcunun 16.975,33 manat, 33 gün sonraya – yəni, xx.xx.2024-cü il tarixə isə 18.640,55 manat hesablanmasını nəzərə alaraq adi riyazi hesablama apararaq xx.xx.2024-cü il tarixə olan faiz borcunun məbləğini 17681,77 manat (16975.33+(50.46x14)) məbləğində olmasını müəyyən etmişdir.

32. Əsas borca münasibətdə birinci instansiya məhkəməsi iddiaçının müqavilənin ləğv edilməsi barədə bildirişdə tələb etdiyi 361.960,99 manat əsas borc məbləğindən xx.xx.2024-cü il-xx.xx.2024-cü il tarixlərində aparılmış cəmi 15575 manat ödənişləri çıxmış və əsas borcun 346.385,99 (361.960,99-15575) manat olması barədə qənaətə gəlmişdir.

33. Cavabdeh isə apellyasiya şikayətində kredit müqaviləsi üzrə əsas borcunun 336.385,99 manat, faiz borcunun 12681,77 manat olmasını iddia etsə də, həmin halı təsdiq edən, o cümlədən ekspert rəyini şübhə altına alan hər hansı sübutları (məsələn, nəzərə alınmayan ödəniş sənədlərini) məhkəməyə təqdim etməmişdir.

34. Dəbbə puluna münasibətdə isə kollegiya qeyd edir ki, 346.385,99 manat məbləğində əsas borca münasibətdə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş 628 manat məbləğində borc məbləği tənasübsüz surətdə yüksək olmadığından onun azaldılması üçün əsaslar yoxdur.

35. Bununla yanaşı kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin hüquqi yardım xərcləri ilə bağlı kollegiya qeyd edir kiŞiş materiallarında olan Paşa Bank ASC-nin xx.xx.2024-cü il tarixli hesabdan çıxarışından göründüyü kimi xx.xx.2024-cü il tarixdə LCG vəkil bürosunun hesabına AFB Bank tərəfindən 2400 manat ödəniş həyata keçirilmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 121.1-ci maddəsinin tələblərinə əsasən hüquqi xidmət göstərilməsi üçün vəkilə ödənilmiş 800 manat məbləğində pul vəsaitini ağlabatan hesab etməklə cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsini qət etməkdə də haqlı olmuşdur..

36. Cavabdehlərin apellyasiya şikayətinin dəlilləri isə əsassızdır.

37. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2615/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdeh "xxxx" MMC-nin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar