Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-154/2023 02.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Firmasına qarşı “nizamnamə kapitalındakı payına uyğun əmlak dəyərinin cavabdehdən tutulması və firmadan çıxarılma” tələbinə dair Açar söz: təsisçilikdən çıxma və nizamnamə kapitalındakı payına uyğun əmlak dəyərinin cavabdehdən tutulması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh Firmasına qarşı “nizamnamə kapitalındakı payına uyğun əmlak dəyərinin cavabdehdən tutulması və firmadan çıxarılma” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 2(113)-132/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Cavabdeh Firmasının xx.xx.2012-ci il tarixdə qeydiiyata alınmış sonuncu dəyişiklərlə olan redaksiyada nizamnaməsindən görünür ki, Firmanın təsisçiləri və əmlakın mülkiyyətçiləri aşağıdakı şəxslərdir: Türkiyə Respublikasının vətəndaşları İddiaçı, Parmaksızoğlu Alaaddin, Alkazak Oğuzhan, X3 Nizamnamə kapitalı 250.000 manat həcmindədir, hər biri 1000 manat olmaqla 250 paydan ibarətdir və təsisçilərin nizamnamə kapitalındakı payları aşağıdakı kimidir: Türkiyə Respublikasının vətəndaşı İddiaçı 62500 manat, 62,5 pay, 25 %, əmlak şəklində, Türkiyə Respublikasının vətəndaşı Parmaksızoğlu Alaaddin 177500 manat, 177,5 pay, 71 %, əmlak şəklində, Türkiyə Respublikasının vətəndaşı Alkazak Oğuzhan 5000 manat, 5 pay 2%, əmlak şəklində, Türkiyə Respublikasının vətəndaşı X3 5000 manat, 5 pay, 2 % əmlak şəklində.
2. 27 noyabr 2015-ci il tarixli Cavabdeh Firmasının təsisçilərinin ümumi yığıncağının 1 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Bakı şəhərində qurulan Cavabdeh Firmasının Abşeron rayonu, Masazır Qəsəbəsindəki xüsusi mülkiyyətində olan 0,60 ha torpaq sahəsinin 500 m2-nin xx.xx.1981-ci ildə anadan olmuş Muammer oğlu Bayram Yazara verilməsinə, 500 m2-nin xx.xx.1980-ci ildə anadan olmuş X2 verilməsinə, 500 m2-nin xx.xx.1975-ci ildə anadan olmuş Bəyzar oğlu Yusif Abazarova verilməsinə, 500 m2-nin xx.xx.1974-cü ildə anadan olmuş Cihangir oğlu Oğuzhan Alkazaka verilməsinə, 500 m2-nin xx.xx.1957-ci ildə anadan olmuş Muhlis oğlu Turan Gençe verilməsinə, 500 m2-nin xx.xx.1964-cü ildən anadan olmuş Rıza oğlu Alaaddin Parmaksız oğluna verilməsinə, qeydiyyatda şirkətin haqq sahiblərinin paylarına baxmayaraq yuxarıdakı paylaşdırmaya əsasən pay edilməsinə, həmin torpaq üzərində torpaqla bağlı olaraq alınacaq qərarlarda çoxluğun verəcəyi qərara tabe olunmasına, həmin torpaqla bağlı xərclərin hissələrə uyğun payçılar tərəfindən ödənilməsinə qərar verilmişdir.
3. İş materiallarından görünür ki, iddiaçı Cavabdeh Firmasının rəhbərliyinə müraciət edərək cəmiyyətdən çıxmaq istədiyini bildirərək çıxdığı məqamda tərtib edilən balans üzrə nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsini xahiş etmiş, yaxud əmlakın naturada verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş "xxxx" Firmasının təsisçilərinin ümumi yığıncağının keçirilməsinə dair bildirişdən görünür ki, təsisçi Turan Gəncin müraciətinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 95 və 96-cı maddələrinin tələbləri nəzərə alınmaqla T.Gəncin firmanın təsisçiliyindən çıxarılması ilə əlaqədar məsələnin müzakirə edilməsi üçün "xxxx" firmasının təsisçilərinin/iştirakçılarının ümumi yığınçağının çağrılması məqsədəmüvafiq hesab edilmiş, ümumi yığıncağın keçirilmə vaxtı xx.xx.2022-ci il saat 11:00-a təyin edilmişdir. İşdən görünür ki, hal-hazıradək iddiaçının təsisçilikdən çıxarılması və nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsi təmin edilməmişdir.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********93 nömrəli məktubdan görünür ki, Cavabdeh Firmasının adına Abşeron rayonu, Masazır kəndində 0,6 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətdədir.
5. Kommersiya qurumlarının X5 reyestrinə daxil edilmiş məlumatlarına əsasən cavabdeh Firmanın təşkilati hüquqi forması “digər kommersiya təşkilatıdır”.
6. Cavabdehin Nizamnaməsinin 3.6-cı bəndinə əsasən təsisçi müəssisəsinin öhdəliklərinə görə ancaq Nizamnamə fonduna qoyduğu pay həcmində məsuliyyət daşıyır.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı Cavabdeh firmasına qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbini dəqiqləşdirərək iddiaçının cavabdeh Firmadan çıxma tələbinin təmin edilməsini və onun cavabdeh Firmadan çıxarılması, iddiaçının çıxdığı məqama cavabdehin əmlakının müəyyən edilməsi və həmin əmlakın 25%-inin iddiaçının mülkiyyətinə dərhal naturada verilməsi, bu mümkün olmasa dəyərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, 200 manat mediasiya xərci və 30 manat məbləğindəki dövlət rüsumu, cəmi 230 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh (VÖEN:**********) Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx.xx.1998-ci il tarixli 606 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. xx.xx.2011-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X5 Qeydiyyatı İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış cavabdehin nizamnaməsində edilmiş dəyişikliklərə görə, cavabdeh öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və bu nizamnamə əsasında həyata keçirir. xx.xx.2012-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X5 Qeydiyyatı İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış cavabdehin nizamnaməsində edilmiş dəyişikliklərə görə, Firmanın təsisçilərinin hamısı Türkiyə Respublikası vətəndaşı olub, onların əmlak məsuliyyəti aşağıdakı kimidir: 1) Türkiyə Respublikasının vətəndaşı İddiaçı (pasport No: U02840028, verilmə tarixi xx.xx.2011) – 62 500 (altmış iki min beş yüz) manat, 62,5 pay, 25 %, əmlak şəkilində. 2) Türkiyə Respublikasının vətəndaşı P.A. – 177 500 (yüz yetmiş yeddi min beş yüz) manat, 177,5 pay, 62,5 pay, 71%, əmlak şəkilində. 3) Türkiyə Respublikasının vətəndaşı A.O. – 5 000 (beş min) manat, 5 pay, 2%, əmlak şəkilində. 4) Türkiyə Respublikasının vətəndaşı P.M.S. – 5 000 (beş min) manat, 5 pay, 2%, əmlak şəkilində. Hal-hazırda cavabdehin cəmi nizamnamə kapitalı 250 000 (iki yüz əlli min) manat, cəmi payları isə hər biri 1000 olmaqla 250 paydır. Kommersiya qurumunun X5 reyestrinə daxil edilmiş məlumatlarından məlum olur ki, cavabdehin təşkilati hüquqi forması “digər kommersiya təşkilatıdır”. Cavabdehin nizamnaməsinin məzmununa baxanda bu şirkətin Mülki Məcəllənin 87-ci və digər normaları ilə tənzimlənmiş Məhdud Məsuliyyəti Cəmiyyət ilə eyni hüquqi xarakterdə olduğunu və bu səbəblə Məhdud məsuliyyəti cəmiyyətə dair normaların Şimşek LTD Firmasına da tətbiqinin Mülki Məcəllənin 11-ci və digər normalarının tələbi olduğunu təsdiq edir. Bundan başqa cavabdehin balansında, firmanın adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçmiş Abşeron rayonu Masazır kəndində 0,6 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. Cavabdeh uzun müddət yüksək gəlir ilə işləməsinə baxmayaraq (hələ də gəlir ilə işləyir) təsis edildiyi tarixdən bu günə qədər 1 manat da olsun İddiaçı mənfəət (dividend) ödəməyib. Bu isə haqlı narazılıqlara səbəb olur. Bu səbəblə iddiaçı Şirkətdən çıxmaq üçün iddia ərizəsini imzalamışdır. İddiaçının iddia tələbi, cavabdeh Firmadan çıxma iradəsinin təmin edilməsi və onun çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilən nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin dəyərinin ona ödənilməsidir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 2(113)-132/2022 saylı qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia qismən təmin edilərək İddiaçı Cavabdeh Firmasından çıxarılmışdır.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdeh firmada 25 % paya sahibdir, iddia tələbləri iki hissədən ibarətdir: MMC-dən çıxarılma; iddiaçının çıxdığı məqama cavabdehin əmlakının müəyyən edilməsi və həmin əmlakın 25%-inin iddiaçının mülkiyyətinə dərhal naturada verilməsi, bu mümkün olmasa dəyərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması.
11. Məhkəmə onu da qeyd etmişdir ki, məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxmaq hüququna malik olduğundan iddia tələbi iddiaçının cavabdeh firmadan çıxarılma hissəsində əsaslı olduğundan təmin edilməlidir.
12. Cəmiyyətin əmlakının firmadan çıxan iddiaçıya düşən hissəsi və ya onun dəyərinin müəyyən edilməsi üçün iştirakçının çıxdığı məqamda cavabdehin əmlakının balans dəyərinin müəyyənləşdirilməsi xüsusi bilik tələb etdiyindən, balans dəyərinin məhkəmə tərəfindən digər vasitə ilə müəyyənləşdirilməsi mümkün olmadığından Məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir.
13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 13 iyul 2022-ci il tarixli 9/4861 nömrəli əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsi barədə ekspert vəsatətindən görünür ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən e-2-2(113)-132/2022 nömrəli mülki iş üzrə xx.xx.2022ci il tarixdə təyin edilmiş məhkəmə-mühasibat ekspertizasının aparılması üçün Cavabdeh firmasının balansı, illik balans hesabatları, aktivləri barədə məlumat, kapital qoyuluşları barədə məlumat və sənədlər, aktivlərin alınmasına dair sənədlər, müəssisənin fəaliyyət dövründə illik gəlirlərininin əldə edilməsinə dair mühasibat sənədləri (xərclər də daxil olmaqla), yoxlama aktları və s.; Cavabdeh firmasının balansında olan aktivlərin hazırkı bazar qiymətinin müəyyən edilməsi barədə mütəxəssis rəyi”nin təqdim edilməsi xahiş olunmuşdur.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 693 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə verilmiş ekpert vəsatəti təmin edilmədiyindən mülki iş materialları xx.xx.2022-ci il tarixdə rəy verilmədən geri qaytarılmışdır.
15. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 29 avqust 2022-ci il tarixli 9/4861 nömrəli məlumatdan görünür ki, məhkəmə-mühasibat eksperti qarşısında qoyulmuş sualların həll edilməsi üçün əlavə materialların təqdim olunması barədə məhkəməyə xx.xx.2022-ci il tarixli vəsatət göndərilmişdir. Lakin həmin vəsatət təmin edilməmişdir. Odur ki, ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır.
16. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Eksperiza Mərkəzi tərəfindən verilmiş 17 may 2022-ci il tarixli 9/1769 nömrəli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, ekspert qarşısında qoyulmuş sualların həll edilməsi üçün əlavə materialların təqdim olunması barədə məhkəməyə xx.xx.2022-ci il tarixli vəsatət göndərilmiş, lakin həmin vəsatət təmin edilməmişdir. Odur ki, ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır.
17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəməyə göndərdiyi vəsatətlərində tələb edilən sənədlər, məlumatlar iddiaçının vəsatəti əsasında Azərbaycan Respublikası Dövlət Vergi Xidmətindən əldə edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə təqdim edilmiş, lakin məhkəmənin ekspert qarşısında qoyduğu məsələlər üzrə rəy verilməsindən imtina edilmiş, səbəbinin müəyyən edilməsi üçün ekspertin məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq iş üzrə rəy verilmədiyindən ekspertin məhkəmə iclasında iştirakının təmin edilməsindən imtina olunmuşdur. Bu səbəbdən cavabdehin mülkiyyətində olan əmlakın hazırkı vaxta balans (həqiqi) dəyərinin, habelə iddiaçının cavabdehin nizamnamə kapitalında olan payının hazırkı vaxta olan həqiqi qiymətinin müəyyənləşdirilməsi mümkün olmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia tələbi iddiaçının çıxdığı məqama cavabdehin əmlakının müəyyən edilməsi və həmin əmlakın 25%-inin iddiaçının mülkiyyətinə dərhal naturada verilməsi, bu mümkün olmasa dəyərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilməməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-132/2022 qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi “iddiaçının, cavabdeh Firmadan çıxdığı məqamda həmin firmanın əmlakının müəyyən edilməsi və müəyyən edilən həmin əmlakdan 25%-nin (iddiaçının nizamnamə kapitalındakı payına uyğun hissənin) iddiaçının mülkiyyətinə naturada verilməsi, bu mümkün olmasa dəyərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini təmin etməyərək Azərbaycan Respublikası Konstitusiyasının mülkiyyət hüququnu tənzimləyən 13-cü, 29-cu və digər maddələrini, Azərbaycan Respublikası Mülki Məcəllənin 96.1-ci və digər maddələrini, digər qanunvericilik aktlarına, o cümlədən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385-ci, 217- ci və digər maddələrini pozduğu kimi, həm də ədalətsiz və əsassızdır. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq və prosessual normaları pozmuş, onları düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamış, o cümlədən qəbul etdiyi qətnamənin nəticə hissəsi işin hallarına uyğun gəlmir. Kommersiya Məhkəməsinin “iddiaçının,cavabdeh Firmadan çıxdığı məqamda həmin firmanın əmlakının müəyyən edilməsi və müəyyən edilən həmin əmlakdan 25%-nin (iddiaçının nizamnamə kapitalındakı payına uyğun hissənin) iddiaçının mülkiyyətinə naturada verilməsi, bu mümkün olmasa dəyərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini təmin etməməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 96.1-ci maddəsinin imperativ tələbinə ziddir. Kommersiya Məhkəməsinin “iddiaçının, cavabdeh Firmadan çıxdığı məqamda həmin firmanın əmlakının müəyyən edilməsi və müəyyən edilən həmin əmlakdan 25%-nin (iddiaçının nizamnamə kapitalındakı payına uyğun hissənin) iddiaçının mülkiyyətinə naturada verilməsi, bu mümkün olmasa dəyərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini təmin etməməsi Azərbaycan Respublikası Konstitusiyasının mülkiyyət hüququnu tənzimləyən 13-cü, 29-cu maddələrinə və digər qanunvericilik aktlarının, başqa bir ifadə ilə iddiaçının “mülkiyyət hüququnun” da pozulmasına səbəb olacaqdır. Məhkəmə bildirir ki,ekspert rəy verməkdən imtina etdiyi üçün cavabdehin əmlakının dəyərini müəyyən etmək mümkün olmadı. Bu səbəblə iddiaçının çıxdığı məqama cavabdehin əmlakının müəyyən edilməsi və həmin əmlakın 25%- nin iddiaçının mülkiyyətinə naturada verilməsi, bu mümkün olmasa dəyərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində təmin edilmədi. Bu yanaşmanın qəbul edilməz olduğu aşkar olduğu kimi, ən azından məhkəmə, MM-nin 96.1ci maddəsinin tələbinə uyğun olaraq “iştirakçının çıxdığı məqamda cəmiyyətin əmlakının və həmin əmlakdan çıxan iştirakçıya düşən hissənin və ya onun dəyərinin müəyyən edilməsi öhdəliyini” cavabdehin üzərinə qoya bilərdi. Əgər belə bir öhdəlik cavabdehin üzərinə qoyulmuş olsaydı, bu nəticə MM-nin 96.1-ci maddəsinin tələbinə uyğun olacağı kimi, məhkəməni cəmiyyətin əmlakını öncədən müəyyən etmək vəzifəsindən də azad edəcəkdir. Cəmiyyətin əmlakı məhkəmə qətnaməsi ilə təyin edilsə belə həmin əmlak iştirakçının çıxdığı məqamda, yəni məhkəmə qətnaməsinin cəmiyyət tərəfindən icra olunduğu məqamda dəyişə bilər. MM-nin 96.1-ci maddəsi isə tələb edir ki, cəmiyyətin əmlakı və bu əmlakdan çıxan iştirakçıya düşən hissə iştirakının çıxdığı məqamda tərtib ediləcək balans üzrə müəyyən edilməlidi.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
20. İddiaçının nümayəndəsi və vəkili X4 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
21. Cavabdehin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında iştirak etməmişdir.
22. Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək göstərmişdir ki, hazırki iş üzrə iddianın məhkəmədə baxılmalı olmaması əsası ilə icraata xitam verilməlidir. Hazırki işdə iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 95-ci maddəsinə istinad edərək cavabdeh Firmanın təsisçiliyindən çıxması və bununla əlaqədar nizamnamədə dəyişiklik edilməsi, bölüşdürülməmiş mənfəət də nəzərə alınmaqla balans tərtib edilməsi və s. tələblərlə iddia qaldırmışdır. İ.Ağayevin şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında analoji mübahisə üzrə Plenumun yüksək hüquqi mövqeyi şərh olunaraq göstərilmişdir ki, azad sahibkarlıq hüququnu təsbit edən Konstitusiyanın 59-cu maddəsinə əsasən hər kəs qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Bu konstitusiya norması hər hansı bir fərdin qanunla qadağan olunmayan iqtisadi fəaliyyətinin sərbəstlik prinsipini inkişaf etdirir. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri) qurumlar ola bilər (MM-in 43.5-ci maddəsi). Kommersiya hüquqi şəxsləri arasında xüsusi yer məhdud məsuliyyətli cəmiyyətlərə ayrılmışdır. Bir və ya bir neçə (fiziki və (və ya) hüquqi) şəxs tərəfindən təsis edilən nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır (MMin 87-ci maddəsi). MM-in 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyənin təmin edilməsinə, sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) xidmət edir. Göstərilən maddədə nəzərdə tutulan mülki hüquq subyektlərinin iradə sərbəstliyi cəmiyyətin həm yaradılmasında, həm də onun iştirakçısının cəmiyyətdən çıxmasında əsas rol oynayır. MM-in 95-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin iştirakçısı onun digər iştirakçılarının razılığından asılı olmayaraq istənilən vaxt cəmiyyətdən çıxa bilər. Bu maddənin mahiyyətinə görə iştirakçının cəmiyyətdən çıxması – iştirakçının, onunla cəmiyyət arasında mövcud olan korporativ hüquq münasibətlərinə son qoyulmasına yönələn, şərtsiz iradə ifadəsidir. Lakin cəmiyyətdən çıxma müvafiq dəyişikliklərə gətirib çıxarır. İlk öncə belə çıxma cəmiyyətin iştirakçılarının tərkibində dəyişikliklərə səbəb olur. Bununla əlaqədar cəmiyyətdən çıxma barədə ərizə daxil olduqda cəmiyyətin icra orqanı növbədənkənar iclas çağırmalı, iştirakçının cəmiyyətdən çıxması barədə ərizəsini, MM-in 96-cı maddəsinə uyğun olaraq onun nizamnamə payına uyğun əmlak hissəsinin ödənilməsi və ya cəmiyyət ilə razılaşmaya əsasən əmlakın dəyərinin natura ilə əvəz edilməsi və təsis sənədlərinə dəyişikliklərin edilməsi məsələlərini iclasın gündəliyinə salmalıdır. MM-in 95 və 96-cı maddələrinin mahiyyətinə görə iştirakçıya nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsi, onunla digər hesablaşmaların aparılması yalnız iştirakçı cəmiyyətdən çıxdıqda mümkündür. Yuxarıda qeyd edildiyi kimi, tərəflər arasında göstərilən məsələlər üzrə mübahisə yaranmayınca bu məsələlərin həlli məhdud məsuliyyətli cəmiyyətin müstəsna səlahiyyətinə aiddir. Bununla belə, iştirakçının cəmiyyətdən çıxma barədə ərizəsinə cəmiyyətdə ağlabatan müddətdə baxılmadığı təqdirdə iştirakçı onun cəmiyyəti tərk etməsinə dair təsis sənədlərinə dəyişikliklərin edilməsini məhkəmədən tələb edə bilər. Öz növbəsində məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə vəya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Hazırki iş üzrə nəzərə alınmalıdır ki, İddiaçı Firmaya müraciət etdiyi 2021-ci ilin əvvəlində ölkədə pandemiya səbəbindən bəzi sahələrdə fəaliyyət məhdudlaşdırılmışdı. Bununla yanaşı, Firma tərəfindən İddiaçıe məktub (bildiriş) göndərilərək xx.xx.2021-ci il tarixə Ümumi Yığıncağın keçirilməsi və təsisçilikdən çıxma ilə əlaqqədar məsələlərin müzakirə edilməi təklif olunmuş, lakin İddiaçı mail vasitəsilə həmin tarixdə Bakı şəhərində olmayacağı, Türkiyəyə gedəcəyini bildirmişdir. Həmin ərəfədə məlum olmuşdur ki, İddiaçı tərəfindən məhkəmədə hazırki iddia qaldırılmış və iş artıq məhkəmənin icraatındadır, iş üzrə müəyyən prosessual hərəkətlər edilmiş, Firmanın mülkiyyətində olan torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur və s. Məhkəmə icraatına qoşulduğumuz ilk iclasdan (hakim S.Nuriyevanın sədrliyi ilə) Cavabdeh Firmasının mövqeyini ifadə etmişik ki, İddiaçıin təsisçilikdən çıxması və digər məsələlərin müzakirəsi üçün ümumi yığıncağın keçirilməsi zəruridir. Lakin 2021-ci ilin əvvəlindən, İddiaçıin ərizəsindən sonra, əvvəlcə onun Bakıda olmaması, sonrakı müddətdə isə digər təsisçi A.Parmaksızoğlunu müəyyən müddətlərdə Bakıda olmaması səbəbindən ümumi yığıncağın keçirilməsi mümkün olmamışdır. Hesab edirik ki, İddiaçıin istəyilə əlaqədar ümumi yığıncaq keçirilərək məsələlər müzakirə oluna bilər. İddiaçı tərəfin təşəbbüsü və məhkəmənin qərardadı ilə icraat dayandırılmış və tərəflərin mediasiyaya müraciət etməsinə şərait yaradılmışdır. Bundan sonra, 2021-ci ilin oktyabr ayında nümayəndələr vasitəsilə İddiaçıin tələbilə əlaqədar müzakirələr aparılmış, qarşılıqlı hesablaşmaların dəqiqləşdirilməsi və prosesin qanunauyğun tənzimlənməsi üçün iddiaçının nümayəndəsi ilə bir neçə dəfə görüşülmüş, İddiaçıin təsisçilikdən çıxmasının müqabilində əmlak və ya dəyəri olan pul verilməsi müzakirə olunmuşdur. İddiaçının nümayəndəsinin də ərizəsində yazdığı kimi, İddiaçıin təsis payının əvəzində pul məbləğinin ödənilməsi müzakirə edilmiş, İddiaçıin təsis payının digər təsisçilər tərəfindən alınması və s. müxtəlif variantlar olduğundan müzakirələr İddiaçıin özünün və nümayəndəsi M.Yolçuyevin iştirakı ilə müəyyən müddət (2021-ci ilin noyabr-2022-ci il fevral) davam etdirilmişdir. Mediasiya prosesində iştirak edilməməsinin səbəbi də təsisçilər arasında yuxarıda göstərilən məsələlər üzrə ümumi razılığın əldə edilməsi ilə bağlı birbaşa və səlahiyyətli nümayəndəsi M.Yolçuyevin iştirakı ilə danışıqların aparılması olmuşdur. İddiaçı və nümayəndəsi M.Yolçuyev müzakirələrin gedişində əvvəlcə pul məbləğinə qarşılıq təsis payının digər təsisçilərə dövr edilməsinə razılıq versə də 2 aylıq müzakirədən və pulun ödənilməsi mexanizmində konkretlik olduqda, ilkin razılığından imtina edərək, firmanın mülkiyyətində olan torpaqdan pay tələb etmişdir. Torpaqdan payın ayrılmasına dair digər təsisçilər razılıq verdikdə isə, əvvəlcə torpağın naturada ayrılıb ona verilməsini, son 5 illik dövr üçün mənfəətdən dividend, firmanın (mövcud olmayan) daşınar əmlakından pul şəklində pay ayrılması, sonra isə təsisçilikdən çıxacağını bildirmiş və s bu kimi nəticəsiz müzakirələr olmuşdur. Bu məsələlərin nəzərə alınaraq, İddiaçıin təkliflərinin müzakirəsi üçün Ümumi Yığıncağın çağırılması barədə Firmanın direktoru/qanuni təmsilçisi M.Yusifov tərəfindən bütün təsisçilərə Bildiriş göndərilmişdir. İddiaçıin Firmanın rəhbərliyinə bəlli olan bütün ünvanlarına, həmçinin, məhkəmədə və danışıqlarda nümayəndəsi kimi iştirak edən nümayəndəsi M.Yolcuyevin poçt və e-mail ünvanına da Bildiriş göndərilərək xx.xx.2022-ci il tarixdə saat 11.00-da Baklı şəhəri Biləcəri qəsəbəsi R.ismayılov küçəsi 100 ünvanında Ümumi Yığıncağın keçirilməsinə dair məlumat verilmişdir. Təyin olunan vaxtda göstərilən ünvana İddiaçıin nümayəndəsi qismində M.Yolçuyev gəlmiş, ümumi yığıncaqda iştiraka səlahiyyətinə dair etibarnaməsi olmadığına görə, iclas təxirə salınmış, xx.xx.2022-ci il tarixə növbəti ümumi yığıncaq təyin edilmişdir. Göstərilən tarixdə M.Yolçuyevin iştirakı ilə ümumi yığıncaq keçirilmiş, müzakirə ilə torpaq sahəsinin pul əvəzinin məbləği barədə son qərara gəlinə bilinmədiyinə və əlavə müzakirələrə ehtiyac duyulduğuna görə təsisçilərin razılığı ilə ümumi yəğıncağın növbəti iclasının xx.xx.2022-ci il tarixə saat 11.00-a eyni ünvanda keçirilməsinə dair razılıq əldə edilmişdir. Lakin bundan sonra İddiaçıin nümayəndəsi M.Yolçuyevin təşəbbüsü ilə Bakı Kommersiya Məhkəməsində iş üzrə təyin edilmiş ekspertiza ilə torpağın qiymətinin müəyyənləşdirilməsi gözlənilmiş, lakin ekspertiza keçirilməsindən imtina olunduğuna görə torpaq sahəsinin qiymətinin müəyyənləşdirilməsində razılığa gəlmək mümkün olmamışdır. Ondan sonra da hazırki qətnamə qəbul olunmuşdur. Apellyasiya icraatında məhkəmə iclasında da bildirdiyimiz kimi, İddiaçıin təsisçilikdən çıxması təşəbbüsü qanunvericiliyin tələbilə müəyyənləşdirildiyinə görə Firma və digər təsisçilər buna etiraz etmirlər. Digər təsisçilər və hüquqi şəxsin rəhbərliyi İddiaçıin təşəbbüsünü müzakirə etməyə hazırdırlar, yuxarıda qeyd edildiyi kimi, hazırki vaxtadək ümumi yığıncağın baş tutmaması İddiaçı və nümayəndəsinin təklifləri üzrə razılığa gəlinməməsilə əlaqədardır. Hazırki iş üzrə apellyasiya şikayətinin təmin olunması mümkünsüzdür, ona görə ki, iddiada və apellyasiya şikayətində firmanın əmlakının dərhal naturada ayrılaraq İddiaçıe təhvil verilməsi tələb olunur. İstinad olunan MM-in 95 və 96-cı maddələrinin tələbinə görə iştirakçıya nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsinin ödənilməsi, onunla digər hesablaşmaların aparılması yalnız iştirakçı cəmiyyətdən çıxdıqda mümkündür. Sözügedən müddəalarda əmlakın naturada dərhal ayrılaraq təhvil verilməsi nəzərdə tutulmamışdır. Bu tələb iddiaçının qanunverciliyə uyğun olmayan subyektiv mülahizəsindən irəli gəlir. Əgər cavabdehlər təsisçilikdən çıxmağa dair iddiaçının tələbinə uyğun ümumi yığıncağın keçirilməsindən imtina etmiş olsaydılar, o halda İddiaçı ümumi yığıncağın keçirilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olardı. Lakin iddiaçı fərqli – məhkəmədə baxılmalı olmayan tələblər üzrə məhkəmədə iddia qaldırmışdır. Hesab edirik ki, hazırki vəziyyətdə iddia tələbində qoyulan məsələlər birmənalı olaraq təsisçilərin müstəsna səlahiyyətində olan məsələ olduğuna və firmanın rəhbərliyi tərəfindən ümumi yığıncağın keçirilməsinə dair təşəbbüslərə baxmayaraq, İddiaçıin ümumi yığıncağın baş tutmasına və qərar qəbul etməsinə maneçilik törətdiyinə görə, hazırki işin icraatına xitam verilməldir. MPM-in 261-ci maddəsinin tələbinə görə, işə məhkəmədə baxılmalı olmadıqda məhkəmə icraata xitam verməlidir. İddia tələbində qoyulan məsələ məhkəmədə deyil, təsisçilərin/iştirakçıların ümumi yığıncağının müstəsna səlahiyyətində olduğu həm Mülki Məcəllənin müvafiq, xüsusən, 95-ci maddəsinin tələbidir, həm də Konstitusiya Məhkəməsinin Plenumunun istinad olunan qərarında da şərh olunmuşdur.
23. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. 90.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz. 96.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətdən çıxan iştirakçıya, əgər cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa, həmin iştirakçının nizamnamə kapitalındakı payına uyğun əmlak hissəsi ödənilir. Çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir. 96.2-ci maddəsinə əsasən əgər məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalına maya kimi əmlakdan istifadə hüququ verilmişdirsə, müvafiq əmlak cəmiyyətdən çıxan iştirakçıya qaytarılır. Həmin əmlakın normal aşınma nəticəsində dəyərinin azalmasının əvəzi ödənilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri 24.Qətnamə iddiaçı tərəfindən qismən – iddia tələbinin təmin edilmədiyi hissədə mübahisələndirildiyindən iddianın rədd edildiyi hissədə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
25. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-132/2022 saylı qətnaməsi qismən ləğv edilməli, iddia rədd edildiyi hissədə qismən təmin edilərək İddiaçı "xxxx" firmasının təsisçiliyindən çıxdığı məqamda tərtib edilən balans üzrə nizamnamə kapitalında olan 25% payına uyğun əmlak hissəsinin ödənilməsi cavabdeh "xxxx" firmasına həvalə edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, "xxxx" firmasının təşkilati hüquqi forması digər kommersiya təşkilatı qeyd edilsə də, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölündüyündən məhdud məsuliyyətli cəmiyyətin təşkilati hüquqi formasına uyğundur.
27. İşin mübahisəsiz hallarından görünür ki, iddiaçının cavabdeh firmanın nizamnamə kapitalında 25 % payı vardır. İddiaçı təsisçilikdən çıxmaq üçün "xxxx" firmasının icra oqanına müraciət etsə də hal-hazıradək firma tərəfindən ümumi yığıncaq keçirilmədiyindən və təsisçilikdən çıxmaq niyyətində olan iddiaçıya nizamnamə kapitalındakı payına uyğun ödəniş edilmədiyindən iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməsi qanuni və əsaslıdır. Təsisçilər və kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər aasında olan korporativ mübahisələrə baxılması kommersiya məhkəmələrinin slahiyyətinə aiddir və tələbi hüquqi şəxs tərəfindən təmin edilməyən iştirakçının iddiasına məhkəmədə baxılmalı olduğundan iş üzrə icraata xitam verilməli olduğuna dair cavabdehin apellyasiya şikayətinə etirazı əsassızdır.
28. Cavabdehin apellyasiya şikayətinə etirazında qeyd edilir ki, firma tərəfindən ümumi yığıncağın keçirilməsi barədə iddiaçıya bildiriş göndərilmiş, lakin iddiaçı Türkiyə Respublikasında olduğu üçün ümumi yığıncağın keçirilməsi baş tutmamışdır. Məhkəmə hesab edir ki, digər təsisçilər tərəfindən iddiaçının iştirakı olmadan da onun müraciətinə baxılması və təmin edilməsi üçün ümumi yığıncağın keçirilməsi mümkün olduğundan cavabdehin bu mülahizəsi əsassızdır.
29. Birinci instansiya məhkəməsi iddiaçının "xxxx" firmasının təsisçiliyindən çıxarılması barədə tələbini təmin etsə də təsis payna uyğun əmlak hissəsinin ödənilməsinə dair tələbi təmin etməmiş, əsas kimi göstərmişdir ki, firmanın əmlakının balans dəyərini müəyyən etmək mümkün olmamışdır. İddianın qeyd edilən əsasa görə (iddiaçıya verilməli olan əmlakın dəyərini müəyyənləşdirmək mümkün olmaması) məhkəmə tərəfindən rədd ediməsi qanunsuz və əsassız olmaqla hüquqi şəxsin təsisçiliyindən çıxan iştirakçının hüquqlarının tam müdafiəsi təmin olunmur. MM-nin 96.1-ci maddəsində nəzərdə tutulur ki, cəmiyyətin nizamnaməsində ayrı qayda nəzərdə tutulmayıbsa cəmiyyətin əmlakının çıxan iştirakçıya düşən hissəsi və ya onun dəyəri iştirakçının çıxdığı məqamda tərtib edilən balans üzrə müəyyənləşdirilir. Yəni, təsisçi ilə hüquqi şəxs arasında mübahisəyə baxarkən iddiaçının bu barədə iddia tələbi yoxdursa məhkəmənin hüquqi şəxsin əmlakının bazar dəyərini müəyyən etmək öhdəliyi yoxdur. "xxxx" firmasının nizamnaməsində MM-nin 96.1-ci maddəsində müəyyən edilmiş qaydadan ayrı qayda nəzərdə tutulmamışdır. 30.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi rədd edilən hissədə qismən təmin edilərək İddiaçı "xxxx" firmasının təsisçiliyindən çıxdığı məqamda tərtib edilən balans üzrə nizamnamə kapitalında olan 25% payına uyğun əmlak hissəsinin ödənilməsi cavabdeh "xxxx" firmasına həvalə edilməlidir.
31. MM-nin 96.1-ci maddəsində qeyd edilir ki, çıxan iştirakçının cəmiyyət ilə razılaşmasına əsasən əmlakın dəyərinin ödənilməsi əmlakın naturada verilməsi ilə əvəz edilə bilər. Göründüyü kimi, çıxan iştirakçıya payına uyğun əmlakın dəyərinin ödənilməsi əvəzinə əmlakın naturada verilməsi hüquqi şəxsin vəzifəsi deyil, hüququ olduğundan iddiaçının tələbi firmanın əmlakının 25%-inin iddiaçının mülkiyyətinə dərhal naturada verilməsi hissəsində təmin edilə bilməz.
32. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 132/2022 saylı qətnaməsi qismən ləğv edilməli, iddia rədd edildiyi hissədə qismən təmin edilərək İddiaçı "xxxx" firmasının təsisçiliyindən çıxdığı məqamda tərtib edilən balans üzrə nizamnamə kapitalında olan 25% payına uyğun əmlak hissəsinin ödənilməsi cavabdeh "xxxx" firmasına həvalə edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
33. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,
QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-132/2022 saylı qətnaməsi qismən ləğv edilsin. İddia rədd edildiyi hissədə qismən təmin edilərək İddiaçı "xxxx" firmasının təsisçiliyindən çıxdığı məqamda tərtib edilən balans üzrə nizamnamə kapitalında olan 25% payına uyğun əmlak hissəsinin ödənilməsi cavabdeh "xxxx" firmasına həvalə edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.