Məhkəmə qərarları › İş №2-2(103)-155/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-155/2020

19.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-155/2020 19.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və X2 ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi (işçisi) Qardaşov Nizami Ağaməmməd oğlunun iştirakı ilə İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin («MMC») cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə (»MMC») qarşı borcun tutulması tələbinə kommersiya mübahisəsi üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1010/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı “xxxx” MMC cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-dən 4.000 (dörd min) manat borcun onun xeyrinə cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə tərəflər arasında xx xxxxx 2018-ci il tarixdə bağlanmış xidmətlərin göstərilməsi haqqında müqavilənin 1.1-ci bəndinə əsasən iddiaçının göstərdiyi xidmətlərə görə cavabdeh xidmət haqqını ödəməyi öhdəsinə götürmüş; 4.1-ci bəndinə əsasən aylıq xidmət haqqı 1000 manat olmaqla, müqavilənin tərkib hissəsi olan qaiməfakturada qeyd edilir; 6.1-ci bəndi ilə müqavilə şərtlərinin pozulması və yerinə yetirməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki-hüquqi məsuliyyət daşıyırlar. Müqavilə üzrə 2018-ci ilin aprel-dekabr aylarında və 2019-cu ilin yanvar ayında iddiaçı tərəfindən cavabdehə xidmətlər göstərilmiş və müqavilənin tərkib hissəsi olan elektron qaimə-fakturalar təqdim edilmişdir. İddia ərizəsinə əlavə edilmiş bank hesabından çıxarışa əsasən cavabdeh tərəfindən 2018-ci ilin aprel-sentyabr ayları üçün təqdim edilmiş elektron qaimə-fakturalar üzrə ödənişlər edilmiş, lakin 2018-ci ilin oktyabr-dekabr ayları və 2019-cu ilin yanvar ayı üzrə göstərilmiş xidmətlərə görə təqdim edilmiş elektron qaimə-fakturalar üzrə ödənişlər yerinə yetirilməmiş, 2018-ci ilin oktyabr-dekabr ayları və 2019-cu ilin yanvar ayı üzrə göstərilmiş xidmətləri təsdiq edən elektron qaimə-fakturalar cavabdehə təqdim edilmiş, sonuncu tərəfindən heç bir etiraz olunmadan qəbul edilmiş və 2019-cu ilin mart ayına kimi bütün borclarını ödəyəcəyini bildirsə də borcunu ödəməmişdir. Beləliklə də iddiaçıya xx.xx.2018-ci il tarixli 044502 nömrəli, xx.xx.2018-ci il tarixli 787351 nömrəli, xx.xx.2018-ci il tarixli 536596 nömrəli və xx.xx.2019-cu il tarixli 471967 nömrəli - elektron qaimə fakturalar üzrə onun cəmi 4.000 manat borcu ödənilməmiş qalmışdır. Cavabdehə həmin borcun 10 gün müddətində ödənilməsi barədə xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubu xx.xx.2019-cu il tarixdə çatdırılmasııa baxmayaraq heç bir ödəniş edilməmişdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, xidmət göstərildiyi müddət ərzində iddiaçıya müqavilə ilə razılaşdırılmış məbləğ tərəfindən ödənilmiş, lakin sonra tərəflər arasında göstərilən xidmətə dair narazılıq yarandığından müqavilənin icrası dayandırılmışdır. Xidmətlərin göstərilməsi haqqında xx xxxxx 2018-ci il tarixli müqavilənin 3.1.2-ci və 3.2.3cü maddələrinə əsasən sifarişçi görülmüş işləri təhvil almalı və icraçı işi vicdanla yerinə yetirməli idi. Hazırki mübahisə üzrə iddiaçının tələb etdiyi 4000 manat üzrə iddiaçıdan hər hansı xidmət təhvil alınmamışdır 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qətnamə əsassızdır. Belə ki, tərəflər arasındakı müqaviləyə əsasən iddiaçı aylıq xidmət haqqı 100 manat olmaqla, mühasibatlıq sahəsində məsləhət xidmətlərini göstərməyi öhdəsinə götürmüş, bir müddət xidmətlər təqdim edilmiş və iddiaçıya aylıq ödənişlər həyata keçirilmiş, lakin daha sonra xidmətlərin keyfiyyəti cavabdehi qane etməmiş, bu səbəbdən aralarında narazılıq yaranmış və cavabdeh xidmət göstərilməsindən imtina etmişdir. Nəticədə 2018-ci ilin oktypbr, noyabr, dekabr və 2019-cu ilin yanvar ayı ərzində iddiaçı cavabdehə xidmətlərdən heç birini göstərməmişdir. Bu səbəbdən iddiaçı tərəfindən hər hansı bir ödəniş tələb olunması əsassızdır. Qətnamə maddi hüquq normalarının tələblərinə uyğun çıxarılmamışdır (Müqavilənin 3.2.3, 3.1.2-ci bəndilərinə və Mülki Məcəllənin 389.3, 425.1ci maddələrinə istinad olunur). Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, MPM-in 376.2-ci maddəsinin tələblərini nəzərə alan kollegiya onun iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının hazırkı iclasında iştirak edən iddiaçının nümayəndəsi N.Qardaşov cavabdeh tərəfindən müqavilə şərtlərinin pozulduğunu və dörd ay görə xidmət haqqının ödənilmədiyini bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əsasən işin aşağıdakı faktiki halları müəyyən olunur. Tərəflər aralarında bağlanmış xx xxxxx 2018-ci il tarixli, 023 saylı xidmətlərin göstərilməsi haqqında müqaviləyə əsasən aşağıdakı razılığa gəlmişlər: 1.1. Sifarişçi vergi və mühasibatlıq sahəsində məsləhət xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada vergi və mühasibatlıq sahəsində məsləhət xidmətləri göstərməyi öhdəsinə götürür. 1.2.Göstərilən xidmətlərin həcmi və xidmət haqqının miqdarı müqavilənin tərkib hissəsi olan xidmətlərin göstərilməsinə dair qaimə- faktura ilə müəyyənləşdirilir. 1.3.Xidmətin göstərilməsi müqavilənin qüvvədə olduğu müddət ərzində həyata keçirilir. 2.2 İcraçı sifarişçinin sifariş verdiyi vergi və mühasibatlıq sahəsində məsləhət xidmətlərini həyata keçirir (işi idra edir). 2.3 .İcraçı müqavilədə nəzərdə tutulan müddət ərzində xidmətləri icra etməlidir. 2.4 Mcraçının yerinə yetirdiyi işləri təsdiq edən hesab-faktura imzalanmaqla sifarişçi tərəfindən təhvil alınır. 3.1.2. İşi icrasından sonra təhvil almaq; 3.1.3. Göstərilmiş xidmətlərin dəyərini ödəmək; 3.1.4. Xidmətlərin göstərilməsi ilə bağlı çəkilən zəruri xərclərin əvəzini icraçıya ödəmək sifarişçiinin vəzifələridir. 4.1. Göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyən edilir və xidmətlərin g.stərilməsinə dair xidmət haqqı ayda 1000 manat olmaqla, müqavilənin tərkib hissəsi olan qaimə-fakturada qeyd olunur. 4.2.Müqavilə üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə yolu ilə həyata keçirilir. 5.2 Müqavilədə nəzərdə tutulan vergi və mühasibatlıq sahəsində məsləhət xidməti mütəmadi olaraq 1 il müddətində həyata keçirilməlidir. 5.3. Tərəflərin yazılı razılıqları və bildirişləri ilə müqavilənin müddəti azaldıla bilər və ya yeni müqavilə bağlana bilər. 6.1. Bu müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə mülki məsuliyyət daşıyırlar. 8.3. Bu müqaviləyə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulan qaydada və hallarda xitam verilə bilər. Cavabdeh iddia ərizəsinə qarşı etirazından, eləcə də, apellyasiya şikayətinin dəlillərindən görünür ki, xx.xx.2018-ci il tarixdə müqavilə imzalandıqdan sonra həmin ilin sentyabr ayına qədər cavabdeh tərəfindən göstərilən xidmətlər göstərildiyini qəbul edir və həmin müddət ərzində iddiaçıya qarşı hər hansı bir narazılığını bildirmir. İşə əlavə olunmuş, həmin dövrü əhatə edən, elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən müqavilə şərtlərinə uyğun olaraq tərəfindən göstərilmiş vergi və mühasibətlıq xidmətlərinə dair elektron qaimələr cavabdehə göndərilmiş və sonucu həmin qaimələri «təhvil aldım» qrafsında imzalamış və onun qeyd olunan dəlillərindən də göründüü kimi, etirazsız olaraq müvafiq ödənişləri həyata keçirmişdir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı 2018-ci ilin oktyabr -2019-cu ilin yanvar ayları üzrə də cavabdehlə aralarındakı mövcud praktikaya uyğun xidmətlərini göstərməkdə davam etmiş və bu xidmətlərə dair tərəfindən cavabdehə elektron qaimələr göndərilmiş və sonuncu tərəfindən həmin qaimələr elektron imzası ilə təhvil alınmışdır. O cümlədən, hər birinin 1000 manat dəyəri olan aşağıdakı elektron qaimələr onun tərəfindən qəbul etmişdir: - 2018-ci ilin oktyabr ayında göstərilən xidmətlərə görə xx.xx.2018-ci il tarixli, EAAN seriyalı, 044502 nömrəli elektron qaimə; - 2018-ci ilin noyabr ayı üçün göstərilən xidmətləri görə xx.xx.2018-ci il tarixli, EAAN seriyalı, 787351 nömrəli elektron qaimə; - 2018-ci ilin dekabr ayında göstəorilən xidmətlərə görə xx.xx.2018-ci il tarixli, EAAO seriyalı, 536596 nömrəli elektron qaimə; - 2019-cu ilin dekabr ayı üzrə xidmətlərlə bağlı xx.xx.2019-cu il tarixli, EAAP seriyalı, 471967 nömrəli elektron qaimə. Lakin işin mübahisələndirilməyən hallarından göründüyü kimi, həmin qaimələrlə cəmi ödənilməli olan 4000 manat xidmət haqqı məbləği cavabdeh tərəfindən iddiaçının hesabına ödənilməmişdir. Həm iddia ərizəsinə etirazında və həm də apellyasiya şikayətində cavabdeh bununla bağlı bildirir ki, sonradan həmin xidmətlərin keyfiyyəti onu qane etməmiş, bu səbəbdən aralarında narazılıq yaranmış və o, iddiaçı tərəfindən ona xidmət göstərilməsindən imtina etmişdir. Göründüyü kimi, cavabdeh dolayısı ilə bəyan edir ki, 2018-ci ilin oktyabr ayından birtərəfli qaydada iddiaçı ilə aralarındakı müqaviləni birtərəfli qaydada ləğv etmiş, yəni, müqavilədən çıxmışdır. Bununla əlaqədar məhkəmə kollegiyası birincisi onu qeyd edir ki, müqavilənin yuxarıda qeyd olunan qeyd olunan 5.3-cü və 8.3-cü bəndlərindən göründüyü kimi, müqaviləyə tərəflərin yazılı razılığı ilə və ya Mülki Məcəllə nəzərdə tutulan qaydada xitam verilməsi nəzərdə tutulur. Lakin iş materiallarına əsasən cavabdeh tərəfindən iddiaçıya onun xidmətindən narazı qalması və müqavilədən çıxmasına dair, hər hansı bir xəbərdaredici bildiriş və s. verildiyi müəyyən olunmur və istər birinci instansiya məhkəməsində, istərsə də hazırkı mərhəllədə bununla bağlı sənəd-sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, yəni, özünün də qeyd etdiyi kimi, cavabdeh 2018-ci ilin oktaybr ayından müqavilədən imtina etməklə, daha konkret, iddiaçı ilə xx.xx.2018-ci il tarixdə bir il müddətinə bağladığı müqavidən çıxmaqla, iddiaçını müqavilə müddətinin sonrakı ayları üzrə ümid etməyə alacaqlarından (gəlirindən) məhrum etmiş, bununla da həmin alacaqları miqdarda ziyan vurmuşdur. Belə olan təqdirdə, Mülki Məcəllənin 447.7-ci maddəsinin tələbinə görə müqavidən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Müqavilənin yuxarıda qeyd olunan 1.3, 2.3 və 5.2-ci bəndlərinin tələblərindən isə göründüyü kimi, bir l müddətinə bağlandığı və iddiaçı həmin müddət ərzində iddiaçıya xidmətlər göstərməli olduğu halda, cavabdeh tərəfindən müqavilənin həmin şəritləri pozulmuş, özünün də qeyd etdiyi kimi müqavilədən çıxaraq iddiaçının xidmətlərindən imtina etmişdir. Mülki Məcəllənin 427.3-cü maddəsinin tələbindən görünür ki, əgər öhdəlik icra edilməli vaxt dövrünü nəzərədə tutursa, öhdəlik həmin dövr ərzində istənilən an ərzində icra edilməlidir. İşin qeyd olunan hallarından görünür ki, cavabdeh müqavilə öhdəliyini pozmuş bununla da iddiaçını müqavilə müddəti ərzində əldə edəcəyi gəlirindən məhrum etməklə ona maddi ziyan vurmuşdur. Tərflər arasındakı xidmət müqaviləsinin 6.1-ci bəndində isə nəzərdə tutulur ki, bu müqavilənin şərtlərinin pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər birbirinə vurduqları zərərə görə mülki məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə isə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Birinci instansiya məhkəməsinin qətnaməsindən də görünür ki, işə baxan məhkəmə tərəfindən iş materialları hərtərəfli araşdırılmış, işdə olan sübutlara düzgün hüquqi qiymət verilmiş və iddianı təmin etməklə məhkəmə mahiyyəti üzrə düzgün olan nəticəyə gəlmişdir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə də, qeyd olunanlara əsasən cavabdehinapellyasiya şikayətinin iddiaçının əsassız olaraq ondan ödəniş tələb etdiyini mübahisələndirən və birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunmasını əsassız hesab edən dəlilləri təkzib olunur. Ona görə də məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2- 2(82)-1010/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 404-1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsində baxılan iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh “xxxx” MMC-nin apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-1010/2019 saylı xx.xx.2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar