Məhkəmə qərarları › İş №2-2(103)-158/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-158/2020

19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-158/2020 19.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X8 və Əhmədov İlham Bayram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, iddiaçının qanuni nümayəndəsi X1, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)- 1387/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından (hakim S.Nuriyeva) cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli JN-00014 saylı, xx.xx.2019cu il tarixli JN-00015 saylı və xx.xx.2019-cu il tarixli JN-00016 saylı hesab fakturalara əsasən, iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş (satılmış) mallar üzrə bü günkü günə qalıq olan 18.712,84 manat borc məbləğinin və onun üzərindən hesablanmış 20 faiz məbləğində 3742,57 manat əldən çıxmış faydanın, 2000 manat məbləğində iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərin, 100 manat vəkilin göstərdiyi hüquqi yardıma görə haqqın, ümumilikdə cəmi 24.555,41 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2rşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC tərəfindən onlara verilmiş və sonradan qaytarılmış keyfiyyətsiz malların nəticəsində vurulmuş 26.594 manat məbləğində maddi ziyanın (Rabitə Nazirliyinə ödənilmiş 1640 manat, 10 əməkdaşın iş saatları 13824 manat, 11130 manat itirilmiş qazanc) cavabdeh “xxxx” MMC- dən tutularaq Cavabdeh MMC-yə ödənilməsi, cavabdeh “xxxx” MMC tərəfindən müqavilə üzrə onlara təqdim olunmuş yüksək keyfiyyəti olmayan “Jinqa Simple F140” markalı telefonların satışı nəticəsində onlara vurulmuş 20000 manat dəyərində mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, xx.xx.2019-cu il tarixli diler müqaviləsinin ləğv edilməsi, anbarlarında saxlanılmış 18715 manat dəyərində 197 ədəd “Jinqa Start” markalı telefonların geri götürülməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və nəticədə 1035,74 manat məbləğində yaranmış borcun cavabdeh “xxxx” MMC-dən tutulub Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1387/2019 saylı, xx.xx.2019cu il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır. Cavabdehin nümayəndəsi məhkəməyə şikayət təqdim edərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin e-2-2(81)-1387/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadının ləğv edilməsini və qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehin məhkəmə hazırlıq iclasının vaxtı barədə məlumatı olmamışdır. Birinci məhkəmə baxışı iclasında cavabdeh iştirak etmiş, qarşılıqlı iddia veriləcəyini bildirmiş, növbəti iclasda iclas başlamadan qarşılıqlı iddia verilmişdir. Qarşılıqlı iddia ərizəsi üzürlü səbəbdən iclas başlayanadək təqdim edilməmişdir. Şikayət 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1387/2019 saylı, xx.xx.2019- cu il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi X5 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının qanuni nümayəndəsi X3 məhkəmə iclasında şikayətə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyərək, şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2- 2(81)-1387/2019 saylı, xx.xx.2019- cu il tarixli qərardadıdəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iş üzrə xx.xx.2019-cu il tarixdə məhkəmə hazırlıq iclası keçirilmiş, həmin iclasın vaxtı barədə cavabdehin hüquqi və faktiki ünvanı üzrə göndərilmiş məhkəmə bildirişləri çatmadığından cavabdeh həmin məhkəmə iclasında iştirak etməmişdir. İş üzrə birinci məhkəmə baxışı iclası xx.xx.2019-cu ildə keçirilmiş, həmin məhkəmə iclasında cavabdehin səlahiyyətli nümayəndəsi iştirak etmiş, məhkəmə iclas protokolundan görünür ki, həmin iclasda cavabdehin nümayəndəsi qarşılıqlı iddianın təqdim edilməsi ilə əlaqədar məhkəmə baxışı iclasının təxirə salınması barədə hər hansı vəsatət verməmişdir. Həmin iclasda tərəflərin izahatları dinlənilmiş, məhkəmə araşdırması həyata keçirilmiş və tərəflər arasında barışıq sazişi əldə edilməsi ilə əlaqədar iclas xx.xx.2019-cu il tarixə təxirə salınmışdır. xx.xx.2019-cu il tarixli məhkəmə iclasında cavabdeh tərəfindən məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Birinci instansiya məhkəməsi qeyd edilən normaların tələblərini nəzərə alaraq düzgün olaraq hesab etmişdir ki, Cavabdeh MMC tərəfindən qarşılıqlı iddia ərizəsinin Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada təqdim edilməmişdir. Belə ki, cavabdehin birinci məhkəmə baxışı iclasında qarşılıqlı iddia təqdim etmək və ya bu məqsədlə məhkəmə iclasının təxirə salınması barədə vəsatət vermək hüququ olduğu halda qarşılıqlı iddia işin baxılmasında başlanıldıqdan sonra verilmişdir. Qarşılıqlı iddia ərizəsinin məzmunundan görünür ki, qarşılıqlı iddianın irəli sürülməsi üçün əsaslar məhkəmə baxışı zamanı əmələ gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Məhkəmə tərəfindən eyni zamanda müəyyən edilmişdir ki, qarşılıqlı iddia ərizəsinə Cavabdeh MMC tərəfindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin alınması barədə sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.4-cü maddəsinə əsasən iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən irəli sürülmüş qarşılıqlı iddia tələblərindən biri tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli diler müqaviləsinin ləğv edilməsi olduğundan Mülki Məcəllənin 423.2-ci maddəsinə müvafiq olaraq bu barədə tələb məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər. Qarşılıqlı iddia ərizəsinə isə müqavilənin ləğvi təklifinin digər tərəfə göndərilməsi barədə hər hansı sübut əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, qarşılıqlı iddianın icraata qəbul edilməsi üçün prosessual əsaslar mövcud olmadığından ərizənin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1387/2019 saylı, xx.xx.2019- cu il tarixli qərardadıdəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150, 152, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh MMC-nin şikayəti təmin edilməsin. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)- 1387/2019 saylı, xx.xx.2019- cu il tarixli qərardadıdəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar