Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-159/2020 19.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı «borcun silinməsi, maddi ziyanın və işgüzar nüfuza vurulmuş zərərin ödənilməsi tələbinə dair» iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-144/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı «borcun silinməsi, maddi ziyanın və işgüzar nüfuza vurulmuş zərərin ödənilməsi tələbinə dair» iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İş üzrə iddiaçının nümayəndəsi X5 xx.xx.2019-cu il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək işin aidiyyəti üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-144/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə o ərizə təmin edilməmişdir. İddiaçı şikayət verərək həmin qərardadın ləğv edilməsini və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassız, iddiaçının mənafeyinə ziddir. Belə ki, qərardadda ərazi aidiyyəti ilə bağlı pozuntuya yol verilmişdir. Çünki iddiaçının hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gənclər küçəsi, 27 c olsa da, qurum faktiki olaraq ünvan 2 ünvanında ünvanında yerləşir. Bu səbəbdən işin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə aidiyyəti üzrə göndərilməsi məqəsədəmüvafiqdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı, eyni camanda, cavabdeh (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş, MPM-in 146, 376.2 və 397.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının şikayəti təmin edilmədən birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, hər iki tərəf hüquqi şəxslərdir. MPM-in 26.1-ci maddəsinin qüvvədə olan redaksiyasına əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Qeyd olunan hər iki normanın tələbləri baxımından, birinci halda iddia cavabdehin hüquqi ünvanına görə, 2-ci halda isə istehlakçı kimi iddiaçının öz hüquqi ünvanına görə məhkəməyə iddia verilməli olduğu aydın görünür. Birinci halda, cavabdehin hüquqi ünvanı - Xətai rayonu (Yusif Səfərov 35); ikinci halda isə istehlakçı olan iddiaçının rəsmi reyestrdə qeydə alınmış ünvanı - Sabunçu rayonudur (ünvan 4 Belə olan halda, hər iki rayonunun yerləşdiyi yerin aid olduğu məhkəmə iddianın verildiyi vaxt qüvvədə olan qanunvericiliyə görə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin yurisdiksiyasına düşürdü. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 43-cü maddəsinin tələbinə əsasən inzibati-iqtisadi məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri və ya azad iqtisadi zonalar üzrə təşkil edilir. İnzibati-iqtisadi məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi və inzibati-iqtisadi məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə xx xxxxx 2017-ci il tarixli 2 №-li qərarı ilə Xətai və Sabunçu rayon əraziləri 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ərazi yurisdiksiyasına aid edilmişdir. Beləliklə də işə apellyasiya qaydasında baxan məhkəmə belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçının ərizəsini təmin etməməkdə haqlı olmuşdur. Ona görə də iddiaçının şikayətinin həmin qərardadın qanunsuz və əsassız olmasını mübahisələndirən dəlilləri ilə məhkəmə kollegiyası razılaşmır. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, iddiaçının şikayəti təmin edilmədən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(82)-144/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Lakin qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, «Məhkəmələr və Hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanunu ilə həmin Qanunun 19-cu maddəsinin birinci hissəsinin beşinci bəndi ilə ədalət mühakiməsinin Azərbaycan Respublikasıının məhkəmə sisteminə «kommersiya məhkəmələri» daxil edilmiş və həmin Qanuna «Kommersiya məhkəmələi» adında Vİİİ-İ fəsil əlavə olunmuş və həmin fəslin 46-1-ci maddəsinin tələbinə görə kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır. «İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və «Məhkəmələr və Hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli 1325 №-li sərəncamına əsasən həm 1, həm də 2 saylı - Bakı İnzibati-İqtisadi Məhkəmələri ləğv olunmuş, Bakı İnzibati Məhkəməsi (1.2-ci bəndi) və Bakı Kommersiya Məhkəməsi (2.5-ci bəndi) təşkil edilmiş və həmin sərəncam (1-3 hissələri) x xxxxxx 2020-ci il tarixdən qüvvəyə minmişdir. Konkret halda, hazırkı tərəflər arasında iddianın predmetini də məhz kommersiya mübahisəsi təşkil edir. Ona görə də hesab edir ki, hazırkı işin baxıldıqdan sonra Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263-264, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-144/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-159/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-159/2020
19.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver