Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-16/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair ilk iddia və iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiaya dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi Şabani-X1, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2089/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 15 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İcarəçi İddiaçı MMC ilə icarəyə verən Cavabdeh arasında 10 iyun 2014-cü il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 924,1 kv.m olan 5 mərtəbəli bina və zirzəmidən ibarət qeyri-yaşayış sahəsini İddiaçı MMC-yə icarəyə vermiş, icarə haqqı müqavilə qüvvəyə mindiyi anadan 1 il müddətində 12000 manat, 01 sentyabr 2015-ci il tarixdən 01 sentyabr 2019-cu il tarixədək 15000 manat, 01 sentyabr 2019-cu il tarixdən 01 sentyabr 2024-cü il tarixədək 20000 manat müəyyən olunmuşdur.
2. Həmin tərəflər arasında icarə müqaviləsinə 01 may 2020-ci il tarixli 4 saylı əlavə bağlanmış və əlavəyə əsasən müqavilənin bəndləri dəyişdirilərək binanın 3, 4 və 5-ci mərtəbələri icarəyə verilməklə icarə haqqı 2020-ci ilin may ayından etibarən 5500 manat müəyyən olunmuş, 6.2.6-cı yarımbəndinə əsasən icarə haqqı ardıcıl 2 ay ödənilmədikdə birtərəfli qaydada 3 iş günü müddətində müqaviləyə xitam verilməsi nəzərdə tutulmuşdur.
3. Həmin tərəflər arasında icarə müqaviləsinə 22 iyul 2020-ci il tarixli 5 saylı əlavə bağlanmış və əlavəyə əsasən müqavilənin bəndləri dəyişdirilərək, binanın zirzəmi, 4 və 5-ci mərtəbələri icarəyə verilməklə icarə haqqı 2020-ci ilin avqust ayından etibarən 5000 manat müəyyən olunmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2050543,15 manat məbləğində zərərin əvəzinin, ******* manat məbləğində əldən çıxmış faydanın Cavabdeh tutularaq ona ödənilməsi, 10 iyun 2014-cü il tarixli icarə müqaviləsinə Cavabdeh tərəfindən birtərəfli qaydada xitam verilməsinin etibarsız hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Eyni zamanda Cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, 15000 manat icarə haqqı, icarə haqqının ödənilmədiyinə görə 14200 manat cərimə, 800 manat daşınma xərci, əşyaları götürdüyü günədək 04 may 2021-ci il tarixdən hər ay hesablanan 190 manat icarə haqqı, 1 ay 15 gün üçün təzminat olan 75000 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-dən tutulması, ünvan 2 ünvanında "xxxx" ASC-nin ərazisində yerləşən anbarda olan əşya və avadanlıqların öz hesabına aparılması və qeyri-yaşayış binanın fasad hissəsini monitorun götürüləndən sonra fotoşəkillərə uyğun bərpa edilməsi öhdəliyinin İddiaçı MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı bildirir ki, icarə müqaviləsinin predmetini təşkil edən binanın istismara qəbulu ilə bağlı hal-hazıra kimi cavabdeh tərəfindən Fövqəladə Hallar Nazirliyinə müraciət edilməməsi, son zamanlar binada yaranan çoxsaylı defektlər, problemlər üzrə cavabdehə iddiaçı tərəfindən dəfələrlə müraciət olunmuşdur. Pandemiya dövrünə təsadüf edən sonuncu müraciətdən sonra cavabdeh bu problemlərin həlli məqsədilə binanın əsaslı təmirinə ehtiyac olduğunu və onun tərəfindən təmir işlərinin maneəsiz görülməsi üçün iddiaçı tərəfindən binanın ilk üç mərtəbəsinin müvəqqəti boşaldılmasına zərurət yarandığını bildirmişdir. Bu danışıq və razılaşma nəticəsində 22 iyul 2020-ci il tarixdə icarə müqaviləsinə 5 saylı əlavə və düzəliş olunaraq 2.2.11-ci maddəsinə əsasən icarəçi tərəfindən “icarəyə götürülən binanın ikinci və üçüncü mərtəbələrinə mülkiyyətçinin icazə verdiyi üçüncü şəxslərin maneəsiz giriş və çıxışını təmin etmək barədə” öhdəlik götürülmüşdür. Pandemiya dövründə çətinliklə ilk 3 mərtəbəni, xüsusilə 1-ci mərtəbədə yerləşən və ağır mebel və texniki avadanlıqların yerləşdiyi texniki cihazların satış mağazasının mebellərini boşaltdıqdan sonra, cavabdeh yaranmış vəziyyətdən sui-istifadə etməklə həmin mərtəbələri 3-cü tərəfə icarəyə vermiş və iddiaçının binanın ümumi infrastrukturu, daxili və xarici yaxşılaşdırma işləri üzrə qoyduqları invesitisiya üzərindən əsassız varlanmışdır. Həmçinin, binanın 3-cü şəxsə icarəyə verilməsi binanın ümumi yükünün artmasına və elektrik kəsintiləri, liftin yüklənməsi, su kəsintiləri, binanın yuxarı mərtəbələrində titrəmənin daha da artması və s. kimi problemlərə səbəb olmuşdur. Çünki həmin bina əlavə bu qədər şəxs üçün nəzərdə tutulmamışdır. Binadan istifadə edildiyi sonuncu günə qədər binanın iddiaçının istifasində olan 4 və 5-ci mərtəbələrində su kəsintisi davam etmiş, bu isə xüsusilə pandemiya dövründə normal fəaliyyəti mümkünsüz etmişdir. Dəfələrlə cavabdeh tərəfindən edilən səhlənkarlıqlar nəticəsində şirkətə külli miqdarda ziyan dəymiş və bununla bağlı cavabdehə yazılı və şifahi xəbərdarlıqlar olunmuşdur. Belə ki, keçən ilin son ayları və cari ildə şirkətə elektrik kəsintiləri, su təchizatının dayandırılması, su basması nəticəsində şirkətin avadanlıqlarının sıradan çıxması, arxiv sənədlərinin məhv olması və s. hərəkətlər nəticəsində şirkətin fəaliyyəti iflic vəziyyətə düşmüşdür. Bu səbəbdən də, son aylarda cavabdeh tərəfindən icarə haqqının tələb edilməsi əsassızdır və hüququn ümumi prinsipi sayılan vicdanlılıq prinsipinə ziddir. Cavabdeh 01 may 2020-ci il tarixli Əlavənin 6.2.6-cı bəndini əsas gətirərək müqavilə münasibətlərinə 12 mart 2021-ci il tarixindən xitam verdiyini bildirmişdir. Həmin bəndə əsasən “İcarəçi 2 ay ardıcıl olaraq icarə haqqını ödəməzsə, icarə müqaviləsinə 3 iş günü müddətində xitam verilir.” Lakin, həmin bənd Mülki Məcəllənin imperativ normalarına ziddir və etibarsızdır. Müqavilə qüvvədə olan dövrdə İddiaçı MMC-yə məxsus texniki avadanlıqların və tərkibində əhəmiyyətli idarə və müəssisələrin də mövcud olduğu müştərilərə xidmət göstərən şəbəkənin yerləşdiyi obyektin cavabdeh tərəfindən qıfıllanması, həmçinin binanın girişinə mühafizəçi yerləşdirərək əməkdaşlarının binaya daxil olmağının əngəllənməsi şirkət tərəfindən mövcud müştərilərə operativ xidmət, (şəbəkə avadanlıqlarının yerləşdiyi məkan cavabdeh tərəfindən qıfıllandığı üçün), yeni tərəfdaşlıq münasibətlərinin hüquqi müstəvidə tənzimlənməsi (şirkətin möhürü yerləşən inzibati binaya giriş məhdudlaşdırıldığı üçün) kimi kommersiya fəaliyyətinə külli miqdarda zərər vurmaqla yanaşı, həmçinin dövlət orqanları, səfirliklər, yeni yerli və xarici tərəfdaşlar, korporativ və fərdi müştərilər arasında şirkət reputasiyasının ciddi şəkildə xələl görməsinə səbəb olmuşdur. 02 may 2021-ci il tarixdə Cavabdeh İddiaçı MMC-yə məxsus bütün telekommunikasiya avadanlıqlarını, ofis qurğularını, konfidensial məlumatların yer aldığı bütün sənədləri özbaşına olaraq başqa yerə daşımış, nəticədə 2050543,15 manat zərər dəyib, əldən çıxmış faydanın miqdarı isə ******* manat təşkil edir.
7. Cavabdeh iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək, bildirir ki, İddiaçı MMC 05 sentyabr 2016-cı il tarixdə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə müqaviləsinin ləğv edilməsi və 568462 manat məbləğində pul vəsaitinin tutulması tələbini irəli sürmüşdür. Həmin iddia ərizəsində İddiaçı MMC qeyd etmişdir ki, guya binada təhlükəsizlik problemləri var və bina təhlükə altında olduğundan özlərini rahat hiss etmədiklərinə görə işləyə bilmirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 fevral 2018-ci il tarixli qərardadı ilə tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir. Sazişə əsasən həm ilk, həm də qarşılıqlı iddia üzrə tələblərdən imtina edilmişdir. Sonradan İddiaçı MMC-nin icarə haqqını ödəməyə çətinlik çəkməsi səbəbindən icarə müqaviləsinə 01 may 2020-ci il tarixli 4 saylı əlavəyə uyğun olaraq 1-ci və 2-ci mərtəbələrin Cavabdeh təhvil verilməsi, 22 iyul 2020-ci il tarixli, 5 saylı əlavəyə uyğun olaraq isə binanın 3-cü mərtəbəsi də təhvil verilmiş və icarə haqqı da azaldılmışdır. Bundan sonra Cavabdeh təhvil verilən sahələri icarəyə vermişdir. Sonradan İddiaçı MMC 2021-ci ilin fevral və mart aylarının icarə haqqını ödəməmişdir. Cavabdeh 12 mart 2021-ci il tarixdə İddiaçı MMC-yə məktub yazaraq müqaviləyə uyğun icarə haqqının hər ayın əvvəlində qabaqcadan ödənilən ayın 10-dan gec olmayaraq ödənilməsini və 6.2.6-cı bəndə uyğun olaraq icarə haqqı ardıcıl 2 ay ödənilmədikdə müqaviləyə birtərəfli qaydada 3 iş günü ərzində xitam verildiyini bildirmişdir. Lakin İddiaçı MMC tərəfindən icarə haqqı ödənilməmiş, Cavabdeh məcbur olaraq mülkiyyətində olan sahəni geri götürmüş və 18 mart 2021-ci il tarixli məktubla orada olan əyşaların köçürülməsini təklif etmişdir. Çünki, əşyalar orada olduğundan sahənin başqa şəxsə icarəyə verilməsi mümkün olmayacaqdır. İddiaçı MMC əyşaları aparmadığından Cavabdeh məcbur olaraq yük şirkəti dəvət etmiş, 02 və 03 may 2021-ci il tarixlərdə həmin əşyaları icarəyə götürdüyü sahəyə köçürmüş və bunun üçün yük şirkətinə 800 manat məbləğində pul ödəmişdir. Cavabdeh ünvan 2 ünvanında "xxxx" ASC-nin ərazisində yerləşən sahənin icarəyə götürülməsi ilə bağlı 04 may 2021-ci il tarixli icarə müqaviləsinə əsasən hər ay 190 manat icarə haqqı ödəyir. Bundan başqa, 2021-ci ilin fevral, mart və aprel aylarının icarə haqqı da ödənilməmişdir. Həmçinin, müqavilədə icarə haqqının ödənilməsi gecikdirildiyi halda hər gecikdirilən gün üçün ödənilməyən məbləğin 1% həcmində cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Hər ay həmin avadanlıqların saxlanılmasına görə Cavabdeh tərəfindən pul vəsaiti ödənildiyinə görə "xxxx" ASC-nin ərazisində yerləşən anbarda olan əşya və avadanlıqların götürülməsi İddiaçı MMC-nin üzərinə öhdəlik kimi qoyulmalıdır. Eyni zamanda, 16 mart 2021-ci il tarixdən icarə müqaviləyə xitam verilməsinə baxmayaraq, İddiaçı MMC icarəyə götürülmüş sahələri (binanın 4-cü, 5-ci mərtəbələri və zirzəmi) 02 may 2021-ci il tarixədək təhvil verməmiş və verməkdən imtina etmişdir. İcarə müqaviləsinin 7.4-cü bəndinə əsasən icarəçi müqavilənin müddəti bitdiyi və ya müqaviləyə xitam verildiyi zaman sahəni təhvil verməkdən imtina etdikdə, icarəyə verənə icarə haqqından əlavə olaraq sahənin təhvil verilmədiyi hər ay üçün 50000 manat təzminat ödəyir. Bir ay yarımlıq təzminat da 75000 manat təşkil edir. Bundan başqa, İddiaçı MMC binanın üzərinə monitor yerləşdirən zaman binanın fasadı olan alkapon fasadı sökmüşdür. Ona görə, gələcəkdə monitor binanın üzərindən çıxarılaraq həmin alkapon fasadı icarə müqaviləsinin 3.3-cü bəndinə uyğun olaraq bərpa etməlidir.
8. İddiaçının nümayəndəsi qarşılıqlı iddiaya etiraz edir və bildirir ki, qeyri-yaşayış sahəsi icarəyə götürüldükdən sonra İddiaçı MMC sahənin yenidən tam təmiri, fasadın yenilənməsi, daxili yaxşılaşdırma işləri, mərkəzi havalandırma, habelə binaya fiber optik internet xətti, artırılmış güclə elektrik xətti və s. kimi işlərin görülməsi üzrə sahəyə iri həcmdə vəsait yatırmışdır. Belə genişmiqyaslı işlərin görülməsində məqsəd telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkətin uzunmüddətli fəaliyyətinin məhz bu ünvanda təmin edilməsi olmuşdur. Müəssisə 2015-ci ilin iyun ayında bu ünvana köçmüş, lakin qısa bir zaman sonra binada ciddi problemlər müsahidə olunmağa başlamışdır. Bunlara binanın titrəməsi, teztez subasma kimi hadisələr daxildir. Bu hadisələr fəaliyyətdə olan bir müəssisənin işinə əngəl törətməklə yanaşı, zirzəmidə yerləşən və subasma nəticəsində sıradan çıxmış serverlər, texniki qurğularda mövcud olan sənəd və məlumatların itməsinə səbəb olmuşdur. Keçmiş illər ərzində bu hallar baş verdikdə cavabdehə problemlərin həlli üzrə tərəfindən müraciətlər edilir və o, problemin nəticələrini aradan qaldırmaq üçün ünvana gəlir, müəyyən tədbirlər görür, lakin problem köklü şəkildə həll edilmədiyi üçün bu hallar davam edirdi. Müəssisə bu ünvanda iri həcmdə vəsait yatıraraq fəaliyyətini qurduğu üçün icarə müqaviləsini ləğv etmək niyyətində olmamış, bu səbəbdən icarə müqaviləsinin 2.1.1-ci bəndində cavabdehin vəzifəsi kimi təsbit edilmiş binanın saz vəziyyətdə olmasını ondan tələb etmişdir. Məhz bu problemlərə görə tərəflər arasında 2019-cu il oktyabr ayında imzalanmış "İcarə müqaviləsinə 3 saylı Əlavə”yə əsasən cavabdeh İddiaçı MMC tərəfindən ödənilməli olan 22000 manat vəsaiti almaqdan 1 il müddətinə imtina etmiş və bu 1 il ərzində binada tez-tez baş verən subasma, titrəmə kimi ciddi təhlükə yaradan problemləri həll edəcəyinə dair söz vermişdir. Əks halda, ləngitmə hüququndan istifadə edərək cəmi 5000 manat icarə haqqını ödəmədiyi üçün şirkətə qanunsuz daxil olaraq bütün maddi texniki bazanı dayandıran, onun fəaliyyətini iflic vəziyyətinə salan cavabdehin 22000 manat vəsaiti heç bir səbəb olmadan bir il ərzində şirkətdən tələb etməyəcəyinə dair rəsmi sənəd imzalaması mümkün olmazdı. Lakin, aradan 1 il keçməsinə baxmayaraq problemlər nəinki aradan qalxmış, əksinə şirkətə dəymiş ziyanın məbləği günbəgün daha da artmış və nəticədə şirkətin bu haqlı tələb və iradları binanın standartlardan kənar inşa olunduğunu yaxşı bilən cavabdehi ciddi narahat etməyə başlamışdır. Məhz bu səbəbdən 2020-ci ilin sentyabr-noyabr ayları ərzində subasma hadisələri ilə əlaqədar olaraq cavabdehə dəfələrlə edilən şifahi və yazılı müraciətlərə əhəmiyyət verməməklə o, öz öhdəliklərini İddiaçı MMC-nin üzərinə yıxmağa cəhd etmiş və cavabdehin öz etirazında istinad etdiyi Mülki Məcəllənin 425-ci maddəsinə onun özü tərəfindən riayət edilməmişdir. Tərəflər arasında bağlanmış 10 iyun 2014-cü il tarixli müqavilənin 6.2.3.-cü bəndində müqaviləyə xitam verilməsi halları nəzədə tutulmuşdur ki, bu hallardan biri də "birtərəfli qaydada, digər tərəfi 6 ay qabaqcadan xəbərdar etmək şərtilə” müqaviləyə xitam verilməsi qaydasını nəzərdə tutur. Bu bənd birmənalı olaraq müqavilənin hər iki tərəfinə, həm icarəyəverənə, həm də icarəçiyə aiddir. İcarə müqaviləsinə 01 may 2020-ci il tarixli, 4 saylı Əlavənin 6.2.6cı bəndinin əlavə edilməsi və 1 saylı əlavədə nəzərdə tutulan 6.2.4-cü bəndinin qüvvədən düşməməsi göstərir ki, müqavilə üzrə öhdəliklərini icra etmədikdə icarəyəverən tərəfindən 90 gün müddətində müqaviləyə xitam verilməsi şərti öz qüvvəsini saxlayır, lakin yeni bəndin mənası bu anlama gəlir ki, bu, 3 iş günü müddətində həyata keçirilir. Bu bənddə 3 iş günü ilə bağlı "xəbərdarlıq müddəti” sözlərindən istifadə edilməməsi də bu fikri təsdiqləyir. Elə həmin 4 saylı əlavədə yalnız 3-cü mərtəbə ilə bağlı “qabaqcadan xəbərdarlıq” sözlərindən istifadə olunmuş və bunun üçün 7 təqvim günü göstərilmişdir. Lakin bu bənd də Mülki Məcəllənin 691.1.3.-cü maddəsinə ziddiyyət təşkil edir. Qeyd edilənlərin tam xarici investisiyalı telekommunikasiya şirkəti kimi İddiaçı MMC-nin fəaliyyətinə göstərdiyi mənfi təsirlərin aradan qaldırılması üçün icarəyə verənin təxirəsalınmaz surətdə müqavilə üzrə öhdəliklərini yerinə yetirməsinə ehtiyac yaranmışdır. Lakin, 2020-ci ilin sentyabr ayından etibarən icarəyə verəni danışıqlara cəlb etməklə onun öz öhdəliklərini yerinə yetirməsinə nail olmağın mümkünsüzlüyünü anlayan İddiaçı MMC MM-in 562-ci maddəsində göstərilən “ləngitmə hüququ”ndan istifadə edərək və yalnız 5 ay sonra - 2021-ci ilin fevral ayında cavabdehi heç bir vasitə ilə danışıqlara cəlb etməyə nail olmadıqdan sonra, qarşılıqlı olaraq öhdəliyini icra etməməyə, yəni ləngitmə hüququndan istifadə edərək aylıq icarə haqqını ödəməməyə, bu yolla həm də tərəfi müzakirələrə və problemlərin danışıqlar yolu ilə həllinə dəvət etməyə qərar vermişdir. Cavabdehi danışıqlara cəlb edərək mübahisənin konstruktiv yolla həllinə cəhdləri məhkəməyə təqdim edilmiş 17 noyabr 2020-ci il və 09 fevral 2021-ci il cavabdehi danışıqlara dəvət etdiyini sübut edən məktublarla təsbit edilir. 09 fevral tarixli məktubda qeyd olunmuşdur ki, “Məsələnin aydınlaşdırılması və bütün tərəflər üçün faydalı olacaq bir razılığa gəlinməsi üçün müzakirələrə ehtiyac vardır. Qeyd edilənləri nəzərə alaraq, bu həftə ərzində uyğun bir vaxtda görüş təyin edilməsini xahiş edirik.” Cavabdeh 17 noyabr tarixli məktuba ümumiyyətlə məhəl qoymamış, 09 fevral tarixli məktubu da özünə uyğun şəkildə şərh edərək sonrakı hadisələrin baş verməsinə qəsdən və bilərəkdən təkan vermişdir. Cavabdehin qarşılıqlı iddia ərizəsində təzadlı məqamlardan biri də budur ki, o, cari ilin 16 mart tarixində icarə müqaviləsinə birtərəfli qaydada xitam verdiyini iddia edir, lakin buna baxmayaraq, cari ilin aprel ayı üçün də icarə haqqı tələb edir. Eyni zamanda, icarə müqaviləsinə əsasən ödəmənin hər gecikdirilən günü üzrə cərimə yalnız müqavilə qüvvədə olduğu, həmçinin ona qarşılıqlı razılaşma, yaxud məhkəmə qaydasında xitam verilmə halında hesablana bilər və bu səbəbdən cavabdehin cərimə tələbi tamamilə əsassızdır. Belə ki, öncə İddiaçı MMC əməkdaşlarının obyektə girişini zor tətbiq etməklə məhdudlaşdıran, daha sonra heç bir məhkəmə qərarı olmadan, polis və ya hər-hansı icra qurumlarını məlumatlandırmadan, həmin qurumları tərəf kimi prosesə cəlb etmədən, habelə məhz həmin tarixlərdə obyektə giriş edəcəyi haqqında İddiaçı MMC-yə nə yazılı, nə də şifahi şəkildə heç bir bilgi vermədən, özbaşına, qanunsuz şəkildə icarə müqaviləsinə birtərəfli qaydada xitam verdiyini bəyan edərək, şirkətə məxsus 24/7 çəkiliş aparan təhlükəsizlik nəzarət kameralarını qəsdən, məqsədli şəkildə söndürərək, qeyri-iş günlərində qapı qıfıllarını sındıraraq ofisə daxil olub şirkətə məxsus ofis mebeli və əşyaları, telekommunikasiya avadanlıqları və inventarları, məxfi sayılan sənəd və məlumatları, arxiv sənədləri, rəsmi yazışmalar, müqavilə və aktları, bank kartları, şirkətin rəsmi lisenziya və icazələri, şirkət əməkdaşlarının şəxsi əşyaları, serverlərdə şirkətə, müştərilərə və tərəfdaşlara məxsus fərdi məlumatlar, o cümlədən iddia üzrə məhkəmə üçün sübutlar, geniş çeşidli “Apple” məhsulları, o cümlədən 24 əyarlı qızıl Apple markalı cihazları, yəni 20 illik fəaliyyəti olan tam xarici investisiyalı bir şirkətin bütün maddi texniki bazası, avadanlıqları və sənədlərini özbaşına surətdə onların yerləşdiyi məkandan təxminən 20 dəfə daha kiçik, 54 kvm-lik, yumşaq ifadə etsək şəraitsiz bir məkana daşımaqla bütün qanunvercilik norma və prinsiplərini kobud şəkildə pozaraq külli miqdarda ziyan verən cavabdehin bütün bu qanunsuz əməllərindən sonra İddiaçı MMC-dən hər hansı bir cərimə və ya təzminat tələb etməsi qanunsuzdur. Cavabdeh iddia edir ki, yuxarıda qeyd edilən, lakin bununla məhdudlaşmayan qanunsuz əməllərinin əsas motivi sahəni boşaldaraq təcili icarəyə vermək olmuşdur. Lakin, tərəfin də etirazında istinad etdiyi kimi, müqavilənin 7.4-cü bəndində qeyd edilir ki, qanunvercilik normaları qorunmaqla müqavilə müddətinin bitməsi və ya ona xitam verilməsindən sonra, icarəçi sahəni təhvil verməkdən imtina etdikdə, hər ay yüklü miqdarda təzminat ödəyir. Əgər cavabdeh həqiqətən müqaviləyə birtərəfli qaydada xitam verməsini qanuni hesab edirdisə, o zaman məhkəmə qaydasında iddia qaldıraraq, həmin təzminatı İddiaçı MMC-dən tutulmasına asanlıqla nail ola bilərdi. Eyni zamanda, müqavilənin 7.4-cü maddəsində qeyd olunan "İcarəçi, müqavilənin müddəti bitdiyi və ya ona xitam verildiyi zaman sahəni təhvil verməkdən imtina etdikdə, İcarəyə verənə icarə haqqından əlavə sahənin təhvil verilmədiyi hər ay üçün 50000 manat təzminat ödəyir” bəndi icarə müqaviləsinin müddətinin bitdiyi və yaxud ona xitamı (qarşılıqlı razılaşma və ya məhkəmə qaydasında) özündə ehtiva edir və yalnız bu kontekstdə keçərlidir. Həmçinin, cavabdeh ərizəsində icarə müqaviləsinin 3.3-cü bəndinə istinad edərək, sahənin yalnız fasadının əvvəlki qaydada təhvil-təslim edilməsini tələb etmişdir. Bu bənd bütünlükdə sahənin qəbul olunduğu qaydada təhvil verilməsini özündə ehtiva etdiyi üçün, nəinki fasad, ofisdaxili sahə də daxil olmaqla bütövlükdə sahənin qəbul edildiyi qaydada təhvil verilməsi üzrə məhkəmə tərəfindən qərar çıxarılmasına ehtiyac vardır. İddiaçı əməkdaşlarının 16 mart 2021-ci il tarixindən etibarən binaya girişi qadağan edilmişdir. Bu isə o deməkdir ki, həmin tarixdən etibarən müştəri texniki problemlə əlaqədar onlara müraciət etdikdə, mütəxəssisləri fiziki olaraq ofisə daxil olaraq avadanlığa baxış keçirmək imkanı olmamışdır. Bununla yanaşı, 16 martdan etibarən cavabdehin təyin etdiyi şəxsin onlara məxsus texniki avadanlıqları, svitçləri söndürməsini şirkətdə mövcud olan nəzarət kameraları vasitəsilə canlı izləmək imkanı olmuş, sonralar bu əməllərini gizlətmək üçün həmin şəxs öncə təhlükəsizlik kameralarını söndürmüş, daha sonra binada mövcud olan xidməti avadanlıqlara müdaxilə edərək, müştəriləri internet və digər telekommunikasiya xidmətlərindən məhrum etmişdir. Şirkətə məxsus veb səhifələr, billing və proqram təminatları cavabdehin də vurğuladığı kimi yaradılmış, lakin hazırda məhz onun sistemə qanunsuz müdaxiləsi ucbatından bütün backup sistemi ilə birgə çökmüşdür. Apple brendinə məxsus məhsullar avirstore mağazası "showroom” kimi fəaliyyət göstərdiyi üçün burada mövcud olan cihazlar satış məqsədli deyil, vitrin - nümunə cihazları xarakteri daşımış və cari ilin yay aylarında 1-ci mərtəbədən digər mərtəbələrə daşınmışdır. Hər bir halda 1-ci mərtəbənin boşaldılması 150 kvm-dən artıq bir məkanda mövcud olan malların məkandan buxarlanması demək deyil. Həmin cihazların bir hissəsi zirzəmidə, digər hissəsi isə şirkətin əşyaları yerləşən digər mərtəbələrdə yerləşdirilmişdir. Məhkəməyə təqdim olunmuş qətnamədən də görünür ki, 520000 dollar və 176000 AZN-lik borc məbləği qarşı tərəfdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir, yəni, İddiaçı MMC 3 il ərzində ******* manat pul itirmiş, həmin məbləğ bir neçə layihələrə yatırıla bilərdi və bununla bağlı İddiaçı MMC-yə 3 il ərzində digər biznes subyektləri tərəfindən çoxsaylı ofertalar da təqdim olunmuşdur. Lakin, cavabdehin sahəyə giriş-çıxışı məhdudlaşdırmaq kimi qanunsuz bir addım atacağını bilmədikləri üçün 6 aprel tarixində təyin olunmuş məhkəmə iclasında sübutları təqdim etmək qeyri-mümkün olmuşdur. Ofisdə mövcud olan texniki avadanlıq, mebel və əsas vəsaitlərlə bağlı təqdim edilən əmlak vergi bəyannaməsi yalnız texniki avadanlıqların bir hissəsini əks etdirir. Şirkətə məxsus bir sıra dəyəri yüksək olan avadanlıqlar test və yaxud müəyyən müddətə istifadə məqsədli və geri qaytarılma şərtilə əldə edilmiş, onlar təbii olaraq həmin siyahıya daxil edilə bilməz. Tərəfin iddia etdiyi avtomobil, monitor və s. da texniki avadanlıq olmadığından həmin siyahıda yer almayıb. Ayrıca, sadə riyaziyyatla da anlamaq olar ki, 924 kv.m. sahədə yerləşmiş, iri həcmli şəbəkə avadanlıqlarının, texnikanın və ofis mebellərinin 54 kvm-lik bir sahəyə yerləşdirilməsi mümkünsüzdür. Şirkətin itirilmiş müştərilər üzrə tələb etdiyi 14460 manat aylıq xidmət haqqı yalnız şirkətin məhz bu ünvanda yerləşən telekommunikasiya qurğuları vasitəsilə xidmət göstərdiyi müştərilərlə əlaqədar dəymiş ziyanı əhatə edir və məhz bu qurğulara onun qanunsuz müdaxiləsi nəticəsində itirilmiş müştərilər üzrə ziyanın həcmini əks etdirir.
9. Cavabdehin nümayəndəsi iddiaçının dəlillərinə etiraz edir və bildirir ki, bütün avadanlıqlar və mebellər binanın 4-cü, 5-ci mərtəbələrində və zirzəmidə mövcud olmuşdur. İddiaçı tərəfindən təqdim olunmuş siyahıda çox sayda Apple məhsulları, brilliant saatlar, akvarium və çoxsaylı qızıl telefonlar qeyd olunmuş və məhkəməyə köhnə fotoşəkillər təqdim olunmuşdur, hansılar ki, hələ vaxtı ilə icarəyə götürdüyü 1-ci mərtəbəni telefon dükanı kimi işlətdiyi əks olunmuşdur. Mübahisəsiz faktdır ki, 2020-ci ilin avqust ayının 1-dək Cavabdeh məxsus qeyriyaşayış binasını 1-ci, 2-ci və 3-cü mərtəbələr boş sahə şəklində mülkiyyətçiyə təhvil verilmiş və Cavabdeh həmin sahələri xx.xx.2020-ci il tarixli icarə müqaviləsi əsasında "xxxx" MMC-yə icarəyə vermişdir. Ona görə 1 il bundan əvvəl təhvil verilmiş sahəni məhkəməyə əşyalarla dolu sahə kimi təqdim etmək qanunsuzdur. İddiaçı yalnız binanın 4-cü, 5-ci mərtəbələri və binanın zirzəmisini istifadə edirdi. Cavabdeh icarə müqaviləyə xitam verəndən sonra dəfələrlə əşyalar götürmək təklifini iddiaçı məhəl qoymadıqda, məcburiyyət qarşısında qalaraq mülkiyyətində olmuş 4-cü və 5-ci mərtəbələrə və zirzəmi mərtəbəsinə daxil olaraq, orada yerləşən iddiaçıya məxsus bütün əşyaları video çəkilişini aparıb, həmin əşyaları siyahıya almışdır. Bu günə qədər 560 addan ibarət, 2031 ədəd əşyalar icarəyə götürülmüş anbarda yerləşir və Cavabdeh istənilən zaman həmin əşyaları iddiaçıya təhvil verməyə hazırdır. Həmçinin, iddiaçının nümayəndələri 21 oktyabr 2021-ci il tarixdə həmin anbarda yerləşən əşyalara və avadanlıqlara baxış keçiriblər və video çəkilişi də aparıblar. Siyahıda olan əşyalardan başqa digər əşyaların obyektdə olması, siyahıda göstərilmiş əşyaların dəyərlərini qəbul etmirlər və reallıqda da həmin əşyalar mövcud olmamışdır. Hətta onların təqdim etdiyi siyahıda bəzi əşya və avadanlıqlar var ki, onların sayı faktiki çoxdur. Bu da iddiaçının özunə məxsus avadanlıq və əşyaların dəqiq məlumatların olmadığı sübutudur. Üstəlik iddiaçı özü tərəfindən təqdim olunmuş avadanlıqların alınması ilə bağlı hər hansı bir sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim etmiş apple məhsulları ilə bağlı yeganə sübutları 06 dekabr 2017-ci il tarixli, 29216,11 manat və 5258,89 manat məbləğində iki ödəniş tapşırıqlarıdır, onlardan biri 5258,89 manat ƏDV ödənişidir. 2017-ci ildən 2020-ci ilin avqust ayının 1-dək iddiaçının apple satış dükanı fəaliyyət göstərirdi və yəqin ki, 3 il ərzində kifayət qədər apple məhsulu satılmışdır. Həmçinin iddiaçı tərəfindən təqdim olunana əmlak vergisi bəyannaməsində aydın görünür ki, iddiaçının əmlakının ümumi dəyəri 629862,46 manat təşkil edir, yəni bu bir daha onların 1460796,92 manat dəyərində olan siyahını yalan olmasının sübutudur. Üstəlik də həmin əmlakın nədən ibarət olması bəlli deyildir. Lakin, Cavabdeh binası üzərində olan monitor 310000 manat civarındadır, üstəlik də İddiaçı MMC-nin respublikada müxtəlif ərazilərdə əmlakları var, o cümlədən bir neçe avto nəqliyyat vasitəsi var. İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillər köhnə zamanlara aiddir. Belə ki, bəzi fotoşəkillərdə iddiaçı şirkətin rəhbəri birinci mərtəbədə apple avadanlıqları üzərində şəkil çəkilməsi əslində 2016-ci ildə satış dükanın açılması zamanı çəkilmişdir. 2020-ci ildə həmin sahələr mülkiyyətçiyə boş şəklində təhvil verilmişdir. Həmçinin iddiaçı şəkillər təqdim etmişdir ki, zirzəmi mərtəbəsində server avadanlıqlar var, halbuki özü 17 noyabr 2020-ci il tarixli məktubunda zirzəmidə olan əsas serveri zirzəmidən daşımasını özü həyata keçirtmişdir. Serverlərin digər sahəyə köçürülməsi bir daha iddiaçının digər sahənin mövcüdluğunu və fəaliyyətin dayandırılmadığını dəlalət edir. Bundan başqa arayışda qeyd olunub ki, iddiaçı subasmanın qarşısını almaq məqsədilə 5300 manat vəsait xərcləmişdir. Lakin, icarə müqaviləsinin 2.1.1-ci bəndinə əsasən Cavabdeh icarəyə verdiyi binanı icarəçiyə saz vəziyyətdə təhvil vermişdir. Həmin müqavilənin 2.2.4-cü 2.2.5-ci bəndlərinə uyğun olaraq icarəçi, yəni bu iş üzrə iddiaçı sahəni lazımı vəziyyətdə saxlamaq və sahədə sanitar gigiyenik, yanğından mühafizə və təhlükəsizlik texnikası qaydalarına riayət edilməsini öhdəsinə götürmüşdür. Ona görə subasma sırf iddiaçının obyektini düzgün istismar etməməsindən baş vermiş və icarəyə götürmüş sahənin saxlanılması üçün sərf etdiyi vəsait özünə aid olmalıdır. Üstəlik də həmin vəsaitin xərclənməsi barədə sübut məhkəməyə təqdim olunmamışdır. Həmçinin arayışda iddiaçı qeyd edir ki, itirilmiş müştəri üzrə 14460 manat aylıq xidmət haqqı olmaqla fevral-oktyabr 2020-ci il, yəni, 9 ay üzrə müəssisəyə dəymiş ziyan 130140 manat təşkil etmişdir və bunun sübutunu məhkəməyə təqdim etmişdir. Həmin sübut bir vərəqli, öz işçiləri tərəfindən imzalanmış aktdan ibarətdir. Həmin aktda hansı müştərilər onların xidmətindən imtina etmiş, həmin müştərilərin xidmətdən imtina edilməsi barədə məktubları, onların ödənişləri aparılması sübutları məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda, iddiaçının məhkəməyə təqdim edilmiş müştərilərlə bağlı yazışmada “Arsenal Group” adlı şirkətinin 13 aprel tarixli məktubu onu subut edir ki, iddiaçı aprel ayında uzun müddət öncə müştərilərə internet xidmət göstərməsində çətinliklərlə üzləşirdi. Bundan başqa arayışda qeyd olunub ki, iddiaçıya bir neçe saytın yaradılmasına, proqram təminatına, billing hesablama sisteminə və delhero.com layihəyə görə 245600 manat vəsait ödənilməlidir. Halbuki, həmin web saytların arayışda göstərilən məbləğlərin əksəriyyəti yaradılmasına görə ödənilmiş və həmin saytlar yaradılmışdır. Ən əsası isə hal hazıra kimi İddiaçı MMC öz fəaliyyətini davam etdirir, xidmətlərini müştərilərə təqdim edir. Həmçinin iddiaçı əldən çıxmış fayda ilə bağlı hər hansı bir sübut təqdim etməmişdir.
10. Bakı Kommersiya Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, e-2-2(113)- 2089/2021 qətnaməsi ilə ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, 7500 manat məbləğində icarə haqqı, 500 manat məbləğində cərimə olmaqla ümumilikdə 8000 manat məbləğində pul vəsaitinin İddiaçındən tutularaq Cavabdeh ödənilməsi, 800 manat məbləğində daşınma xərci və İddiaçı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən anbardan əşyalar götürülən günədək 04 may 2021-ci il tarixdən hesablanmaqla hər ay 190 manat icarə haqqının İddiaçındən tutularaq Cavabdeh ödənilməsi, ünvan 2 ünvanında "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ərazisində yerləşən anbarda olan əşya və avadanlıqların İddiaçı öz hesabına aparılması və ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin fasad hissəsini monitor götürüləndən sonra əvvəlki vəziyyətə uyğun bərpa edilməsi öhdəliyinin İddiaçı üzərinə qoyulması, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 5 manat məbləğində pul vəsaitinin İddiaçındən tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir.
11. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, ilk iddianın tam təmin olunması və qarşılıqlı iddianın təmin olunmamasını xahiş etmişdir.
12. Cavabdeh da apellyasiya şikayəti verərək, həmin qətnamənin qarşılıqlı iddianın təmin edilməmiş hissəsində ləğv olunması və qarşılıqlı iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
13. İddiaçının apellyasiya şikayəti və ona əlavəsi onunla əsaslandırılmışdır ki, sözügedən əmlakların işlək vəziyyətdə olub-olmamasını, cavabdeh tərəfindən hər hansı zərərin vurulub vurulmadığını müəyyən etmək məhkəmə tərəfindən mümkün deyil, əmlakların əksər hissəsinin Telekommunikasiya qurğuları olduğunu nəzərə alsaq, onlarda hər hansı nasazlıqların yaranıb yaranmadığını təyin etmək üçün xüsusi biliyə malik ekspertin rəyinə ehtiyac vardır. Ekspertizanın təyin olunması ilə bağlı məhkəməyə müvafiq vəsatət təqdim olunmuş və həmin vəsatətdə qoyulan suallardan biri də məhz avadanlıqlara zərərin vurulubvurulmadığının ekspert tərəfindən müəyyən edilməsi idi, lakin məhkəmə vəsatəti rədd etmişdir. Eyni zamanda, iddiaçı tərəfindən məhkəməyə kifayət qədər sübutlar təqdim olunmuşdur. Bundan əlavə, qarşı tərəf İddiaçı MMC-yə məxsus bütün telekommunikasiya qurğularını, sənədləri, digər əşyaları özbaşına başqa yerə daşıdığından bütün digər əhəmiyyətli sənədlər də cavabdehdə qalmışdır. Həmin sübutları əldə etmək üçün dəfələrlə cavabdehə yazılı və şifahi müraciətlər etmələrinə baxmayaraq, cavabdeh müraciətlərini cavabsız qoymuşdur. Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsini əsas gətirərək, sübutların təqdim olunmasının təmin olunması barədə məhkəməyə vəsatətlə müraciət etsələr də, vəsatətləri bir daha rədd olunmuşdur. İstər əldən çıxmış fayda, istərsə də real zərərlə bağlı digər sübutların cavabdeh tərəfindən özbaşına olaraq başqa yerə daşınmasını məhz cavabdeh tərəfindən məhkəməyə təqdim olunan video görüntülərdən də görən məhkəmə sübutların təqdim olunmasının təmini barədə vəsatətini təmin etməli idi. Eyni zamanda, cavabdehin kameraları söndürərək, İddiaçı MMC-yə məxsus əmlakları özbaşına başqa yerə köçürməsi ilə bağlı hərəkətlərdə “özbaşınalıq” cinayətinin tərkib əlamətlərinin olduğunu və məsələ ilə bağlı xüsusi qərardad çıxarılıb işin prokurorluğa göndərilməsi barədə vəsatətə ümumiyyətlə münasibət bildirilməmişdir. Bundan əlavə icarə müqaviləsinin xitamı ilə bağlı tərəfin və birinci instansiya məhkəməsinin istinad etdiyi Mülki Məcəllənin 685.2-ci maddəsi imperativ yox, dispozitiv xarakter daşıyır. Tərəflər arasında bağlanmış 10 iyun 2015-ci il tarixli 1 saylı Əlavənin 6.2.4-cü bəndində qeyd olunur ki, tərəflərdən hər hansı biri müqavilə üzrə öhdəliklərini icra etmədikdə 90 gün müddətində xitam verilir. İki ardıcıl müddət üçün kirayə haqqının ödənilməməsi icarəçinin müqavilə üzrə öhdəliklərini icra etməməsi hesab olunur ki, tərəflər artıq bu məsələ ilə bağlı Mülki Məcəllənin 685.2-ci maddəsinə istinad etməmişlər. Ona görə də cavabdeh və birinci instansiya tərəfindən bu maddəyə istinad olunması səhvdir. 01 may 2020-ci ildə bağlanmış 4 saylı Əlavədə 6.2.6-cı maddədə göstərilən 3 iş günü müddəti isə Mülki Məcəllənin 691.3-cü maddəsinə ziddir, 691.3-cü maddə imperativ norma olduğundan həmin bənd etibarsız hesab olunmalıdır.
14. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cərimənin mövcudluğu tərəflər arasında bağlanmış icarə müqaviləsinin 7.2-ci bəndində öz əksini tapmışdır. İddiaçı MMC sahəni təhvil verməkdən imtina etmiş və bunu yazılı qaydada təsdiq etmişdir. İcarə müqaviləsinin 7.4-cü bəndində bu kimi hallar baş verdikdə hansı təzminat gözlənilir və İddiaçı MMC bununla razı olmuşdur. Müqavilənin 7.4-cü bəndində əks olunur ki, icarəçi müqavilənin müddəti bitdiyi və ya müqaviləyə xitam verildiyi zaman sahəni təhvil verməkdən imtina etdikdə icarəyə verənə icarə haqqından əlavə olaraq sahənin təhvil verilmədiyi hər ay üçün 50000 manat təzminat ödəyir. İddiaçı MMC daxil olub özünə məxsus istənilən əşyaları götürmək imkanında idi və Cavabdeh həmin sahədən əşyaları götürmək niyyətində olmasını bildirsə idi, dərhal ona bu şərait yaradılardı. Lakin İddiaçı MMC bu günə qədər öz əşyalarını təhvil almaqdan imtina edir. Məhkəmə gedişatı zamanı İddiaçı MMC Cavabdeh ilə bağlı Nərimanov Polis idarəsinə ərizə ilə müraciət etmiş və məhkəmə tərəfindən qətnamə qəbul ediləndən sonra cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Yəni Cavabdeh hərəkətlərində hər hansl bir cinayət tərkibli əməllərin olmamasını müəyyən etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iddiaçının nümayəndələri X3, Nümayəndə1 və X2 qızı, Cavabdeh və onun nümayəndəsi Nümayəndə2 təmsil etdikləri şəxslərin (özlərinin) apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə isə etiraz etdilər.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
19. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
20. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
21. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
22. Həmin Məcəllənin 423.1-cü maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
23. Həmin Məcəllənin 424.1-ci maddəsinə əsasən müqavilə dəyişdirilərkən tərəflərin öhdəlikləri dəyişdirilmiş şəkildə saxlanılır.
24. Həmin Məcəllənin 404.1 və 404.2-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
25. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
26. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
27. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
28. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.
29. Həmin Məcəllənin 562.1-ci maddəsinə əsasən əgər həmin Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər.
30. Həmin Məcəllənin 685.2 və 685.2.1-ci maddəsinə əsasən kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər.
31. Həmin Məcəllənin 686-cı maddəsinə əsasən əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur.
32. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
33. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
34. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
35. Həmin Məcəllənin 1098.1-ci maddəsinə əsasən gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər.
36. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
38. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
39. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia rədd edilməlidir.
40. Belə ki, ilk iddia 3 hissədən ibarətdir: 2050543,15 manat məbləğində zərərin əvəzinin ödənilməsi; ******* manat məbləğində əldən çıxmış fayda qismində zərərin əvəzinin ödənilməsi və 10 iyun 2014-cü il tarixli icarə müqaviləsinə Cavabdeh tərəfindən bir tərəfli qaydada xitam verilməsinin etibarsız hesab olunması.
41. İddiaçı ilk 2 tələbi 08 oktyabr 2021-ci il tarixli arayışa istinad etməklə irəli sürmüşdür.
42. Həmin arayışa əsasən 1) qeyri-yaşayış sahəsindən aparılmış avadanlıqlar üzrə dəymiş zərər 1.460.796,92 manat, 2) subasmanın nəticələrinin aradan qaldırmaq üzrə çəkilmiş xərc 5300 manat, 3) itirilmiş müştərilər üzrə dəymiş zərər 130140 manat, 4) proqram təminatı üzrə dəymiş zərər 245600 manat, 5) qeyri-yaşayış sahəsində istifadə edilə bilməyən xidmətlər və əmlak vergisi üzrə 208706,23 manat olmaqla, ümumilikdə maddi zərər 2.050.543,15 manat və 6) əldən çıxmış fayda 1.522.000 manat təşkil edir.
43. Göründüyü kimi iddiaçı maddi zərər kimi irəli sürdüyü tələbləri də ayrı-ayrı kateqoriyalara bölmüşdür.
44. Bu baxımdan kollegiya hesab edir ki, maddi zərərin bir kateqoriyaya aid olan hissəsinə birgə, ayrı kateqoriyaya aid olan hissəsinə isə ayrılıqda hüquqi qiymət verilməlidir.
45. (Qeyri-yaşayış sahəsindən aparılmış avadanlıqlar və proqram təminatına görə dəymiş zərərə münasibətdə)
46. Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
47. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar mövcud deyildir.
48. Belə ki, qeyd olunan maddələrin məzmunundan da göründüyü kimi iddiaçı ilk növbədə zərərin mövcud olmasını sübut etməlidir.
49. İddiaçı həmin halları sübut etmək üçün yuxarıda qeyd olunan arayışı və aktları məhkəməyə təqdim etmişdir.
50. Kollegiya hesab edir ki, həmin arayış və aktlar iş üzrə mötəbər sübut qismində qəbul edilə bilməz.
51. Çünki həmin arayış və aktlar birtərəfli qaydada İddiaçı MMC-nin özünün əməkdaşları tərəfindən tərtib olunaraq imzalanmışdır.
52. Cavabdeh tərəfindən siyahıya alınmış və icarəyə götürülmüş anbarda yerləşən əmlakların dəyəri isə zərər hesab oluna bilməz. Çünki, iddiaçı həmin əmlakların işlək vəziyyətdə olmaması və məhz cavabdeh tərəfindən həmin əmlaklara zərər vurulması barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
53. Bundan əlavə cavabdeh tərəfindən siyahıya alınmış əmlaklardan başqa digər əmlaklara münasibətdə kollegiya qeyd edir ki, həmin əmlakların mövcud olması ilə bağlı da iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.
54. Eyni zamanda məhkəmə araşdırması zamanı da həmin hallar öz təsdiqini tapmamışdır.
55. Belə ki, iddiaçının vəsatəti əsasında hazırki apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 29 mart 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə kompüter-texniki, məhkəmə-trasoloji və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 20 iyun 2022-ci il tarixli 3/521 saylı və 29 iyul 2022-ci il tarixli 5/467 saylı ekspert rəyləri verilmişdir.
56. 20 iyun 2022-ci il tarixli 3/521 saylı ekspert rəyinə əsasən:
57. Tədqiqata təqdim edilmiş 02 ədəd stolun, 01 ədəd konfrans stolunun, 01 ədəd dolabın, 01 ədəd asılqanın, 01 ədəd kompyuter qapağının, 01 ədəd “iphone” markalı mobil telefonun, 01 ədəd kiçik heykəlin, 01 ədəd “apple” markalı routerin və 01 ədəd “apple” markalı planşet üzərində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Həmin zədələr fiziki qüvvənin təsir nəticəsində yaranmağa xarakterik cırılma, sınma, qırılma və qopma zədələridir. Tədqiqata təqdim edilmiş 09 ədəd bej rəngli stulun, 01 ədəd qara rəngli kreslonun, 01 ədəd ağ rəngli stolun, 04 ədəd qara rəngli kompyuter çantasının, 01 ədəd altı hissədən ibarət olan antenanın, 14 ədəd qara rəngli pultun, 05 ədəd “APPLE” markalı mobil telefonun, 10 ədəd “SWİTCH” markalı cihazın üzərində istismar nəticəsində əmələ gələn zədələr vardır. Təqdim olunan edilmiş 02 ədəd stolun, 01 ədəd konfrans stolunun, 01 ədəd dolabın, 01 ədəd asılqanın, 01 ədəd kompyuter qapağının, 01 ədəd “iphone” markalı mobil telefonun, 01 ədəd kiçik heykəlin, 01 ədəd “apple” markalı routerin və 01 ədəd “apple” markalı planşet üzərində olan zədələr müxtəlif şəraitdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə də yarana bilər. Digər predmetlərin üzərində hər hansı bir trasoloji iz və zədə yoxdur.
58. 29 iyul 2022-ci il tarixli 5/467 saylı ekspert rəyinə əsasən:
1. Təqdim edilmiş edilmiş bir ədəd “EPSON L800” markalı “B412C” modelli və bir ədəd “HP LazerJet Pro MFP M127Fn” markalı “CZ181A” modelli printer işlək vəziyyətdədir. Həmin printerlərlə çap edilmiş 03 (üç) ədəd vərəq ekspert rəyinə əlavə olundu.
2. Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş bir ədəd “EPSON L800” markalı "1800“ modelli və bir ədəd “Canon” markalı “İ-SENSYS MF8280Cw” modelli printerlər işlək vəziyyətdə olsalar da, çap əməliyyatı icra etmək mümkün olmamışdır.
3. Təqdim edilmiş bir ədəd “EPSON” markalı “L1800” modelli printerin tədqiqat zamanı istifadəyə yararlılığı müəyyən olunmadı.
4. Təqdim edilmiş 09 (doqquz) ədəd “A4TECH” markalı, 02 (iki) ədəd “SONY” markalı, 02 (iki) ədəd “DELL” markalı, 06 (altı) ədəd “Genius” markalı, 01 (bir) ədəd “İntex" markalı, 01 (bir) ədəd “İCASA” markalı cəmi 21 (iyirmi bir) ədəd mausun (kompüter manipulyatoru) işlək vəziyyətdə olması müəyyən olundu.
5. Təqdim edilmiş 03 (üç) ədəd “İntex” markah, 03 (üç) ədəd “A4TECH” markalı, 01 (bir) ədəd “DELUXE” markalı, 01 (bir) ədəd “ACER” markalı, 01 (bir) ədəd “SONY” markalı və 01 (bir) ədəd markası məlum olmayan cəmi 10 (on) ədəd maus işlək vəziyyətdə deyildir.
6. Təqdim edilmiş 03 (üç) ədəd üzərində “Genius” yazısı olan “COM” portlu, 01 (bir) ədəd üzərində “Genius” yazısı olan “USB” portlu, 01 (bir) ədəd üzərində “HİTECH” yazısı olan “USB” portlu cəmi 05 (beş) ədəd və bir ədəd (simsiz) “Apple” markalı “A1314” modelli klaviatura işlək vəziyyətdədir.
7. Tədqiq olunan ağ rəngli 01 (bir) ədəd “USB” portlu klaviatura işlək vəziyyətdə deyildir. Təqdim edilmiş simsiz (Wİreless) qara rəng 01 (bir) ədəd üzərində “DELUXE” yazısı olan və qara rəng 01 (bir) ədəd üzərində “Genius” yazısı olan klaviaturaların “Bluetooth” adapterı təqdim edilməməsi səbəbindən qeyd olunan klaviaturaların işlək vəziyyətdə olub-olmaması üzrə tədqiqat işi aparılması mümkün olmadı. Bir ədəd “Apple” markalı “A1772” modelli simsiz klaviyaturanın bir başa “iPad”lə əlaqə yaradıldıqdan sonra işləməsi səbəbindən və “iPad” tədqiqata təqdim edilmədiyindən işlək olub-olmaması üzrə tədqiqat işinin aparılması mümkün olmadı.
8. Təqdim edilmiş 02 (iki) ədəd böyük ölçülü “F&D” markalı “T-80U" modelli, 02 (İki) ədəd kiçik ölçülü üz hissəsində “Genius” yazısı olan və 01 (bir) ədəd arxa məlumat löhvəsinə görə “Creative A520” markalı “MF4110” modelli səsucaldıcılar işlək vəziyyətdədirlər. 9.Təqdim edilmiş 01 (bir) ədəd “LG” markalı “E2240TT” modelli, 01 (bir) ədəd “Samsung" markalı “T24D390EW” modelli, 01 (bir) ədəd “ACER” markalı “K222HQL” modelli, 01 (bir) ədəd “HP” markalı “2011x" modelli, 03 (üç) ədəd “Nexus” markalı “7006S” modelli və 01 (bir) ədəd “Nexus” markalı “9009S” modelli monitor tədqiqatın aparıldığı zaman işlək vəziyyətdədirlər. 10.Təqdim edilmiş bir ədəd qızılı rəngli daxilində “SİM” kart olmayan “iPhone 6s Plus” markalı “MKU62B/A (A1634)” modelli və bir ədəd qızılı rəngli daxilində “SİM” kart olmayan “İPhone 6” markalı “MG4F2B/A” modelli mobil smartfon tədqiqatın aparıldığı zaman işlək vəziyyətdədirlər. Rəyin “Tədqiqi hissəsi”nin 10-cu bəndində göstərilən səbəblərə görə təqdim edilmiş 01 (bir) ədəd gümüşü rəngli “iPhone 6” markalı arxa məlumat lövhəsinə görə “A1549” modelli, 01 (bir) ədəd qızılı rəngli “İPhone 6s” markalı arxa məlumat lövhəsinə görə “A1688" modelli, 01 (bir) ədəd qara rəngli “iPhone 5” markalı arxa məlumat lövhəsinə görə “A1429” modelli, 01 (bir) ədəd gümüşü rəngli “İPhone 5” markalı arxa məlumat lövhəsinə görə “A1457” modelli və 01 (bir) ədəd qara rəngli “iPhone 5” markalı arxa məlumat löhvəsinə görə “A1428” modelli mobil smartfonlar işlək vəziyyətdə deyildirlər.
11. Təqdim edilmiş 01 (bir) ədəd “Seagate” markalı “2TB” tutumlu xarici sərt disk, 01 (bir) ədəd “Toshiba” markalı “1TB” tutumlu xarici sərt disk, 06 (altı) ədəd “Genx” markalı “4GB” tutumlu fləş kart, 01 (bir) ədəd “Sandisk" markalı “4GB” tutumlu fləş kart, 01 (bir) ədəd “Transcend” markah “8GB” tutumlu fləş kart, 01 (bir) ədəd “DataTraveler” markalı “8GB” tutumlu fləş kart, 01 (bir) ədəd “SAP” markalı “2GB” tutumlu fləş kart, 01 (bir) ədəd “SAP" markalı “1GB” tutumlu fləş kart, 01 (bir) ədəd “256 MB” tutumlu fləş kart, 01 (bir) ədəd “1 GB” tutumlu fləş kart, 01 (bir) ədəd kart oxuyan adapter, 01 (bir) ədəd elektron imza tokeni, 01 (bir) ədəd “TP-LİNK” markalı simsiz şəbəkə adapteri, 01 (bir) ədəd “EZCastPro” markalı simsiz görüntü ötürən adapter, “Apple” markalı bir ədəd disk oxuyucu və bir ədəd simsiz maus tədqiqatın aparıldığı zaman işlək vəziyyətdədirlər. Təqdim edilmiş 01 (bir) ədəd “SYNTAX” markalı “Card Reader” cihazı işlək vəziyyətdə deyildir. Təqdim edilmiş bir ədəd “TOSHİBA” markalı “MBF2600RC” modelli sərt diskin interfesi Serial Attached SCSİ (SAS) olduğundan və həmin interfeys hal-hazırda tədqiqatda istifadə olunan “Trecorder" markalı qurğunun texniki imkanlarında olmaması səbəbindən qeyd olunan sərt diskin işlək olub-olmaması üzrə tədqiqat işinin aparılması mümkün olmadı.
12. Təqdim edilmiş 11 (on bir) ədəd adapter və 03 (üç) ədəd kompüter kabelləri işlək vəziyyətdədirlər.
13. Təqdim edilmiş 01 (bir) ədəd “iMac” markalı “A1418” modelli monoblok, 01 (bir) ədəd üz hissəsində “DİGİTAL” yazısı olan sistem bloku, 01 (bir) ədəd üz hissəsində “Tech” yazısı olan sistem bloku, 01 (bir) ədəd üz hissəsində “STRİKER” yazısı olan sistem bloku, 02 (iki) ədəd qara rəng “HP” markalı “Pavilion g6” modelli notebook və 01 (bir) ədəd qara rəngli “TOSHİBA” markalı “SATELLİTE C55-A-1TO” modelli notebook tədqiqat aparılan zaman işlək vəziyyətdədirlər. Rəyin “Tədqiqi hissəsi”nin 13-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş 02 (iki) ədəd “Macbook" un İşlək olub-olmaması üzrə tədqiqat işinin aparılması mümkün olmadı. Rəyin “Tədqiqi hissəsinin 13-cü bəndində göstərilənlərə əsasən təqdim edilmiş 01 (bir) ədəd üz hissəsində “SP Super power” yazısı olan, 01 (bir) ədəd üz hissəsində “eSys” yazısı olan, 01 (bir) ədəd üz hissəsində “Super power” yazısı olan, 01 (bir) ədəd üz hissəsində “Fujitsu Siemens” yazısı olan və 01 (bir) ədəd üzərində hər hansı yazı qeydi olmayan sistem bloku işlək vəziyyətdə deyildirlər.
14. Rəyin “Tədqiqi hissəsi”nin 14-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş 01 (bir) ədəd qara rəngli sistem bloku, 01 (bir) ədəd “Toshiba” markalı “Satellite C850-D1P” modelli notebook və 01 (bir) ədəd üz hissəsində “Hunkey" yazısı olan sistem bloku üzərində texniki vəziyyətini yoxlayan test prosedurlarının icra edilməsi mümkün olmadı.
15. Təqdim edilmiş işlək vəziyyətdə olmayan tədqiqat obyektlərinin işləməməsinə səbəb ola biləcək hallar (istismar edilməsi, saxlama şəraiti, proqram təminatının silinməsi və ya istismar tarixinin bitməsi, texniki baş vermiş xəta və s.) nəzərə alınaraq və hal-hazırda konkret səbəbin müəyyən edilməsi kompüter texniki ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından ekspert qarşısında qoyulmuş 2-ci sual üzrə tədqiqat işi aparılmadı.
16. Fiziki serverlər üzrə mütəxəssisin cəlb olunması ilə bağlı ekspert vəsatəti təmin olunmamışdır. Bu səbəbdən serverlər və həmin server üzərində qurulmuş sistemlərlə bağlı tədqiqat işi aparılmadı.
59. Göründüyü kimi 29 iyul 2022-ci il tarixli 5/467 saylı ekspert rəyindən müəyyən edilir ki, serverlərlə və həmin server üzərində qurulmuş sistemlərlə bağlı tədqiqat işi aparılmamış, bir neçə kompüter avadanlığı üzrə də tədqiqat aparılmamış (adapter təqdim edilməməsi səbəbi göstərilmişdir), bir neçə kompüter avadanlıqlarının isə işlək vəziyyətdə olmaması müəyyən edilsə də, bunun səbəbləri dəqiq göstərilməmişdir.
60. Halbuki, məhkəmə ekspertizasının təyin edilməsi barədə qərardadda “Proqram təminatlarında problemlər və ya nasazlıqlar müəyyən olunduğu təqdirdə bu sırf enerji təchizatının dayandırılması nəticəsində yarana bilərdimi?” sualı qoyulmuşdur.
61. Göstərilənlər nəzərə alınaraq Bakı Apellyasiya Məhkəməsinin 29 sentyabr 2022ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə kompüter-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 06 dekabr 2022-ci il tarixli 5/1245 saylı ekspert rəyi verilmişdir.
62. Həmin rəyə əsasən:
1. Təqdim edilmiş bir ədəd “EPSON L800” markalı “B412C” modelli printer və bir ədəd “HP LazerJet Pro MFP M127Fn” markalı “CZ181A” modelli skaner-printer hal hazırda işlək vəziyyətdədirlər və çap əməliyyatı icra olundu.
2. Təqdim edilmiş bir ədəd “EPSON L800” markalı “L800” modelli və bir ədəd “Canon” markalı “i-SENSYS MF8280Cw” modelli printerlərin işlək vəziyyətdə olması müəyyən olundu, lakin çap əməliyyatını icra etmək mümkün olmadı.
3. Təqdim edilmiş bir ədəd “EPSON” markalı “L1800” modelli printer tədqiqat aparılan zaman təyinatı üzrə istifadəyə yararlı deyildir.
4. Təqdim edilmiş doqquz ədəd “A4TECH" markalı, iki ədəd “SONY” markalı, iki ədəd “DELL” markalı, altı ədəd “Genius” markalı, bir ədəd “İntex” markalı və bir ədəd “İCASA” markalı (cəmi iyirmi bir ədəd) mausların (kompüter manipulyatoru) işlək vəziyyətdə olması müəyyən olundu.
5. Təqdim edilmiş üç ədəd “İntex” markalı, üç ədəd “A4TECH” markalı, bir ədəd “DELUXE” markalı, bir ədəd “ACER” markalı, bir ədəd “SONY” markalı və bir ədəd markası məlum olmayan (cəmi on ədəd) mauslar (kompüter manipulyatoru) işlək vəziyyətdə deyildirlər.
6. Təqdim edilmiş üç ədəd üzərində "Genius” yazısı olan “COM” portlu, bir ədəd üzərində “Genius” yazısı olan “USB” portlu, bir ədəd üzərində "HİTECH” yazısı olan “USB” portlu və bir ədəd (simsiz) “Apple” markalı “A1314” modelli klaviaturalar işlək vəziyyətdədirlər.
7. Təqdim edilmiş bir ədəd ağ rəngli “USB” portlu klaviatura işlək vəziyyətdə deyildir.
8. Təqdim edilmiş bir ədəd simsiz (wireless) qara rəngli üzərində “DELUXE” yazısı olan və bir ədəd simsiz (wireless) qara rəngli üzərində “Genius” yazısı olan klaviaturaların “Bluetooth” adapteri təqdim edilməməsi səbəbindən qeyd olunan klaviaturaların işlək vəziyyətdə olub-olmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı.
9. Təqdim edilmiş bir ədəd “Apple” markalı “A1772” modelli simsiz klaviaturanın bir başa “iPad” markalı cihazla əlaqə yaradıldıqdan sonra işləyib-işləməməsini müəyyən etmək ola bilər, lakin “İPad” markalı cihazın tədqiqata təqdim edilməməsi səbəbindən həmin klaviaturanın işlək vəziyətdə olub-olmaması üzrə tədqiqat işinin aparılması mümkün olmadı.
10. Təqdim edilmiş iki ədəd böyük ölçülü “F&D" markalı “T-80U” modelli, iki ədəd kiçik ölçülü üz hissəsində “Genius” yazısı olan və bir ədəd arxa markalanma göstəricisinə görə “Creative A520” markalı “MF4110” modelli səsucaldıcılar işlək vəziyyətdədirlər.
11. Təqdim edilmiş bir ədəd “LG” markalı “E2240TT” modelli, bir ədəd “Samsung” markalı “T24D390EW” modelli, bir ədəd “ACER" markalı “K222HQL” modelli, bir ədəd “HP” markalı “2011x” modelli, üç ədəd “Nexus" markalı “7006S” modelli və bir ədəd “Nexus" markalı “9009S” modelli monitorlar tədqiqat aparılan zaman işlək vəziyyətdədirlər.
12. Təqdim edilmiş bir ədəd qızılı rəngli daxilində “SİM” kart olmayan “iPhone 6s Plus” markalı “A1634 (MKU62B/A)” modelli və bir ədəd qızılı rəngli daxilində “SİM” kart olmayan “İPhone 6” markalı “MG4F2B/A” modelli mobil smartfonlar halhazırda işlək vəziyyətdədirlər.
13. Rəyin “Tədqiqi hissəsi”nin 13-cü bəndində göstərilən səbəblərə görə bir ədəd gümüşü rəngli “İPhone 6” markalı arxa markalanma göstəricisinə görə “A1549” modelli, bir ədəd qızılı rəngli “iPhone 6s” markalı arxa markalanma göstəricisinə görə “A1688” modelli, bir ədəd qara rəngli “iPhone 5” markalı arxa markalanma göstəricisinə görə “A1429” modelli, bir ədəd gümüşü rəngli “İPhone 5” markalı arxa markalanma göstəricisinə görə “A1457” modelli və bir ədəd qara rəngli "İPhone 5” markalı arxa markalanma göstəricisinə görə “A1428" modelli mobil smartfonlar hal-hazırda işlək vəziyyətdə deyildirlər.
14. Təqdim edilmiş bir ədəd “Seagate” markalı “2TB” həcmli xarici (sərt disk) yaddaş qurğusu, bir ədəd “Toshiba ” markalı “1TB” həcmli xarici (sərt disk) yaddaş qurğusu, altı ədəd “Genx" markalı “4GB” həcmli xarici (fylas) yaddaş qurğuları, bir ədəd “SanDisk” markalı “4GB" həcmli xarici (fylas) yaddaş qurğusu, bir ədəd "Transcend” markalı “8GB” həcmli xarici (fylas) yaddaş qurğusu, bir ədəd “DataTraveler" markalı “8GB” həcmli xarici (fylas) yaddaş qurğusu, bir ədəd “SAP" markalı “2GB” həcmli xarici (fylas) yaddaş qurğusu, bir ədəd “SAP” markalı “1GB” həcmli xarici (fylas) yaddaş qurğusu, bir ədəd “256 MB” tutumlu həcmli xarici (fylas) yaddaş qurğusu, bir ədəd “1 GB” həcmli xarici (fylas) yaddaş qurğusu, bir ədəd kart oxuyan (adapter) qurğu, bir ədəd elektron imza tokeni, bir ədəd “TP-LİNK” markalı simsiz şəbəkə qurğusu, bir ədəd “EZCastPro” markalı simsiz görüntü ötürən qurğu; bir ədəd “Apple” markalı disk oxuyan qurğu və bir ədəd simsiz “maus” siçan tədqiqat aparılan zaman işlək vəziyyətdədirlər.
15. Təqdim edilmiş bir ədəd' “SYNTAX” markalı “Card Reader” cihazı işlək vəziyyətdə deyildir.
16. Təqdim edilmiş bir ədəd “TOSHİBA” markalı “MBF2600RC” modelli sərt diskin interfeysi yəni portu "Serial Attached SCSl (SAS)” olduğundan və həmin interfeysin hal-hazırda tədqiqatda istifadə olunan “TreCorder" markalı kompleks qurğu ilə əlaqə yaradılmaması səbəbindən qeyd olunan sərt diskin işlək olubolmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı.
17. Təqdim edilmiş on bir ədəd cərəyan qidalandırıcıları (adapterlər) və bir ədəd kompüter kabeli hal-hazırda işlək vəziyyətdədirlər.
18. Təqdim edilmiş bir ədəd “iMac” markalı “A1418” modelli monoblok, bir ədəd üz hissəsində “DİGİTAL” yazısı olan sistem bloku, bir ədəd üz hissəsində “TECH” yazısı olan sistem bloku, bir ədəd üz hissəsində “STRİKER” yazısı olan sistem bloku, iki ədəd qara rəngli “HP" markalı “Pavilion g6” modelli “notebook” tipli kompüter və bir ədəd qara rəngli “TOSHİBA” markalı “SATELLİTE C55-A-1TO” modelli “notebook” tipli kompüter tədqiqat aparılan zaman işlək vəziyyətdədirlər.
19. Təqdim edilmiş bir ədəd üz hissəsində “Hunkey” yazısı olan kompüter sistem bloku, bir ədəd “Toshiba” markalı “Satellite C850-D1P” modelli “notebook” tipli kompüter və bir ədəd qara rəngli sistem bloku işlək vəziyyətdədirlər, lakin həmin qurğuların üzərində texniki vəziyyətini yoxlayan test prosedurlarının icra edilməsi mümkün olmadı.
20. Rəyin “Tədqiqi hissəsi”nin 20-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan iki ədəd “Macbook” “notebook” tipli kompüterlərin işlək vəziyyətdə olubolmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. 21 .Təqdim edilmiş bir ədəd üz hissəsində “SP Super power” yazısı olan, bir ədəd üz hissəsində “eSys” yazısı olan, bir ədəd üz hissəsində “Super power” yazısı olan, bir ədəd üz hissəsində “Fujitsu Siemens” yazısı olan və bir ədəd üzərində hər hansı bir yazısı olmayan kompüter sistem blokları hal-hazırda işlək vəziyyətdə deyildirlər.
22. Təqdim edilmiş işlək vəziyyətdə olmayan kompüter sistem bloklarında, mobil smartfonlarda, mauslarda (kompüter manipulyatoru) və printerlərdə olan qüsurların (proqram təminatlarında problemlər, nasazlıqlar və onların hansı tarixdə əmələ gəlməsi, baş vermiş texniki xətalar və sairə) səbəbinin müəyyən edilməsi kompüter texniki ekspertizasının həll etdiyi suallar dairəsinə aid olmadığı üçün ekspert qarşısında qoyulmuş 2-ci və 4-cü suallar üzrə tədqiqat işləri aparılmadı.
23. Ekspertizanın təyini haqqında qərardadda ekspertin qarşısında qoyulmuş “işlək vəziyyətdə olmayan və ya proqram təminatlarında problemlər və yaxud nasazlıqlar müəyyən olunduğu təqdirdə bu sırf enerji təchizatını dayandırılması qaydalarının pozulması və ya avadanlıqların istehsalçı tərəfindən müəyyən edilmiş daşınma və saxlanma qaydalarının pozulması nəticəsində yarana bilərmi” sual kompüter texniki ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığından həmin sual üzrə tədqiqat işləri aparılmadı.
24. “29” iyul 2022-ci il tarixli 5/467 nömrəli ekspert rəyində qeyd olunduğuna görə xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə serverlərlə və onlarda qurulmuş sistemlərlə bağlı, xüsusi proqram təminatlarının quraşdırılması, həmin proqram təminatlarının təyinatı və təhlilinin həll edilməsi üçün bu sahə üzrə ixtisaslaşmış mütəxəssisin cəlb olunması ilə bağlı ekspert vəsatəti təmin edilməmişdir. Yuxarıda qeyd olunan səbəbləri nəzərə alsaq serverlərlə bağlı suallar üzrə tədqiqat işləri aparılmadı.
63. Beləliklə, yuxarıda qeyd olunan ekspert rəyləri ilə bir qisim əşya və avadanlıqların işlək vəziyyətdə olması, bir qisminin işləməməsi müəyyən olunmuşdur.
64. Eyni zamanda ekspertlər qarşısında işlək vəziyyətində olmayan və ya proqram təminatlarında problemlər və yaxud nasazlıqlar müəyyən olunduğu təqdirdə bunun sırf enerji təchizatının dayandırılması qaydalarının pozulması və ya avadanlıqların istehsalçısı tərəfindən müəyyən edilmiş daşınma və saxlanma qaydalarının pozulması nəticəsində yarana bilməsi ilə bağlı suallar qoyulsa da, ekspertlər həmin sualların kompüter texniki ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid olmadığını bildirərək cavab verməmişlər, eyni zamanda əşya və avadanlıqların bir qisminin zədələnməsinin konkret səbəbi göstərilməmiş, yalnız qeyd olunmuşdur ki, zədələr müxtəlif şəraitdə, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə də yarana bilər.
65. Kollegiya qeyd edir ki, bəzi əşya və avadanlıqların zədəli olması və ya işlək vəziyyətdə olmaması özü-özlüyündə zərərin mövcud olması faktını təsdiq etmir.
66. Çünki, həmin əşya və avadanlıqların məhz cavabdehin təqsirli hərəkəti nəticəsində zədələnməsi və ya nasaz vəziyyətə düşməsi, eyni zamanda həmin nasazlıqlarla qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması heç bir sübutla təsdiq olunmur.
67. Belə ki, həmin əşya və avadanlıqların məhz cavabdehin sahibliyinə keçməmişdən əvvəl zədəli və ya nasaz vəziyyətdə olması halı istisna olunmur.
68. Eyni zamanda iddiaçı da həmin əşya və avadanlıqlara məhz cavabdehin sahibliyinə keçdikdən sonra zərər dəyməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
69. Bu baxımdan kollegiya hesab edir ki, qeyri-yaşayış sahəsindən aparılmış əşya və avadanlıqlara dəymiş üzrə zərərlə bağlı iddia təmin edilə bilməz.
70. (Subasmanın nəticələrinin aradan qaldırmaq üzrə çəkilmiş xərcə münasibətdə)
71. Mülki Məcəllənin 677.3-cü maddəsinə görə kirayəçi kirayə müddəti ərzində aşkar etdiyi müqaviləyə hər hansı uyğunsuzluqlar barəsində və ya əşyanı və ya onun istifadəçilərini gözlənilməz təhlükədən qorumaq üçün tədbirlər görülməsi zərurəti barəsində kirayəyə verənə dərhal bildiriş verməlidir. Bu, əşya barəsində üçüncü şəxslərin hüquqlarının bəyan edildiyi hallarda da qüvvədədir. Əgər kirayəçi bildiriş vermirsə, bunun nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur; kirayəyə verən kirayəçinin bildiriş verməməsi üzündən hər hansı qüsuru aradan qaldıra bilmədikdə, kirayəçinin bu Məcəllənin 677.1-ci maddəsində müəyyənləşdirilmiş hüquqları həyata keçirmək hüququ yoxdur.
72. Qeyd olunan maddi hüquq normasından da göründüyü kimi kirayəçi əşyanı gözlənilməz təhlükədən qorumaq üçün tədbirlər görülməsi zərurəti barəsində kirayəyə verənə dərhal bildiriş verməlidir. Əks halda kirayəçi bunun nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur və onun bu Məcəllənin 677.1-ci maddəsində müəyyənləşdirilmiş hüquqları (əşya müqaviləyə uyğun gəlmədikdə kirayəçinin hüquqi müdafiə vasitələri) həyata keçirmək hüququ yoxdur.
73. Hazırki işdə isə iddiaçı icarə obyektinə subasmanın qarşısını almaq üçün tədbirlər görülməsi zərurəti barəsində icarəyə verən Cavabdeh bildiriş verməsi və eyni zamanda subasmanın qarşısını almaq məqsədilə məhz 5300 manat vəsait xərcləməsi barədə sübutları məhkəməyə təqdim etməmişdir.
74. Bu baxımdan kollegiya hesab edir ki, həmin tələblər də əsassızdır.
75. (İtirilmiş müştərilər üzrə dəymiş zərər və əldən çıxmış faydanın tutulmasına münasibətdə)
76. İddiaçı həm itirilmiş müştərilər üzrə 130140 manat dəymiş zərərin ödənilməsi, həm də 1.522.000 manat əldən çıxmış faydanın tutulması tələblərini irəli sürmüşdür.
77. Kollegiya hesab edir ki, itirilmiş müştərilər üzrə 130140 manat dəymiş zərərin ödənilməsi barədə tələb özü-özlüyündə əldən çıxmış fayda olduğundan məhz iddiaçı tərəfindən irəli sürülmüş 1.522.000 manat əldən çıxmış faydanın tutulması barədə tələblərlə eyni qaydada qiymətləndirilməlidir.
78. Həmin tələblərin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 21.2-ci maddəsinin məzmununa görə əldən çıxmış fayda dedikdə hüququ pozulmuş şəxsin hüququ pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür.
79. Hazırki işdə isə iddiaçının hər hansı hüququnun pozulması, yəni onun qanunsuz olaraq icarə obyektindən çıxarılması, ona məxsus əşya və avadanlıqlarının onun iradəsindən kənarda ondan götürülməsi və ya həmin əşya və avadanlıqlara hər hansı formada zərər vurulması halı mövcud deyil.
80. Belə ki, işin hallarına əsasən müəyyən olunur ki, icarə müqaviləsinə qanuni əsaslarla xitam verilmiş (bu tələbə aşağıda ayrıca hüquqi qiymət veriləcəkdir), eyni zamanda icarəyə verən əşyalarını icarə obyektindən götürməsi üçün dəfələrlə icarəçiyə müraciətlər etmiş, lakin sonuncunun hərəkətsizliyi ucbatından həmin əşyaları oradan çıxardaraq başqa bir icarə obyektinə aparmaq məcburiyyətində qalmış, eyni zamanda yuxarıda qeyd olunanlara görə icarəyə verənin həmin əşyalara zərər vurulması istiqamətində hər hansı təqsirli hərəkəti mövcud olmamışdır. Çünki bunun əksini təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
81. Bundan əlavə iddiaçı yuxarıda qeyd olunan hallar baş verməmişdən əvvəl olan müştəri bazası haqqında məlumatları, habelə bu hallar baş verdikdən sonra müştəri bazasını itirməsi barədə statistik məlumatları, o cümlədən müştəriləri məhz cavabdehin təqsirli hərəkətlərindən sonra itirməsini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
82. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən müştəri narazılığına dair elektron poçt üzərindən yazışmalar isə həmin halı təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Çünki həmin yazışmaların alınma mənbəyi məlum deyildir. Eyni zamanda bunlar sübut qismində qiymətləndirilsə belə, məhz iddiaçının müştəri bazasını itirməsini təsdiq etmir. Çünki həmin hallar yalnız yuxarıda qeyd olunan sübutlar məhkəməyə təqdim edildiyi təqdirdə təsdiq oluna bilərdi.
83. Bundan başqa məhkəmə iclasında da iddiaçının nümayəndələri bildirdilər ki, iddiaçı həmin tarixdən hazırki günədək fəaliyyətini davam etdirir.
84. Göründüyü kimi cavabdehlə icarə hüquq münasibətlərinə xitam verildikdən sonra da iddiaçı öz fəaliyyətinə digər bir yerdə davam etdirmişdir.
85. Bu baxımdan kollegiya hesab edir ki, həmin tələblər də rədd edilməlidir.
86. (Qeyri-yaşayış sahəsində istifadə edilə bilməyən xidmətlər və əmlak vergisi üzrə 208706,23 manatın tutulması barədə tələblərə münasibətdə)
87. İddiaçı iddia ərizəsində həmin tələbləri ümumiyyətlə, əsaslandırmamışdır. Bununla yanaşı 08 oktyabr 2021-ci il tarixli arayışda qeyd edilmişdir ki, müəssisə 10 illik fəaliyyətini planlaşdırdığı ünvan 7 ünvanındakı qeyri-yaşayış sahəsində uzunmüddətli və davamlı işi təmin etmək məqsədilə bir sıra yatırımlar etmiş, lakin cavabdehin qanunsuz əməlləri nəticəsində müəssisənin bunlardan istifadə hüququ məhdudlaşdırılmışdır.
88. Kollegiya hesab edir ki, iddiaçının həmin arayışda qeyd olunan hallara istinad etməsi tamamilə əsassızdır. Belə ki, işin halları ilə müəyyən olunur ki, cavabdehin hərəkətlərində hər hansı qanunsuzluq mövcud deyildir. Bundan əlavə mübahisəli icarə müqaviləsində tərəflər öz aralarında razılığa gəlmişlər ki, icarə haqqı ardıcıl 2 ay ödənilmədikdə birtərəfli qaydada 3 iş günü müddətində müqaviləyə xitam verilməsi nəzərdə tutulmuşdur.
89. Hazırki işdə də həmin hal baş vermiş və icarəyə verən icarə müqaviləsinə xitam vermişdir. Bu baxımdan kollegiya qeyd edir ki, icarəçi həmin şərtlərə uyğun olaraq öz yatırımlarını etməli idi. Əks halda bunun risklərini və nəticələrini özü daşıyır.
90. Həmçinin, vergi qanunvericiliyinin tələblərinə görə əmlak vergisi vergi orqanına ödənilir və əmlak vergisi ilə bağlı tələblər (onun geri qaytarılması və s.) xüsusi prosedur çərçivəsində irəli sürülməlidir.
91. Hazırda isə iddiaçı həm də əmlak vergisinin məhz cavabdehdən tutulması tələbini irəli sürmüşdür.
92. Bu baxımdan kollegiya hesab edir ki, həmin tələb də rədd edilməlidir.
93. Həmçinin ilk iddiada irəli sürülmüş digər tələb 10 iyun 2014-cü il tarixli icarə müqaviləsinə cavabdeh tərəfindən birtərəfli qaydada xitam verilməsinin etibarsız hesab olunması hissəsi ilə bağlıdır.
94. Kollegiya hesab edir ki, həmin tələb də əsassızdır.
95. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış 10 iyun 2014cü il tarixli icarə müqaviləsinin “Müqaviləyə dəyişikliklər edilməsi və ya ona xitam verilməsi” adlanan 6-cı bölməsində müqavilənin birtərəfli qaydada xitamını nəzərdə tutan 6.2.3-cü bəndində “birtərəfli qaydada, digər tərəfi ən azı 6 ay qabaqcadan xəbərdar etmək şərtilə” ifadəsi nəzərdə tutulmuşdur. 01 iyul 2015-ci il tarixli, 1 saylı əlavədə isə 6.2.3-cü bəndinin məzmunu dəyişdirilərək “İcarəçi tərəfindən bir tərəfli qaydada icarəyə verəni 6 ay qabaqcadan xəbərdar etmək şərtilə” kimi göstərilmiş, 6.2.4-cü bənd (tərəflərdən hər hansı biri müqavilə üzrə öhdəliklərini icra etmədikdə, 90 gün müddətində) əlavə olunmuşdur. 01 may 2020-ci il tarixli, 4 №-li əlavədə isə müqavilənin 6.2-ci bəndinə 6.2.6 və 6.2.7-ci yarımbəndlər aşağıdakı məzmunda əlavə edilmişdir:
96. 6.2.6. icarə haqqı ardıcıl 2 ay ödənilmədikdə birtərəfli qaydada 3 iş günü müddətində;
97. 6.2.7. 3-cü mərtəbə ilə bağlı birtərəfli qaydada 7 təqvim günü qabaqcadan xəbərdarlıq etmək şərtilə.
98. Göründüyü kimi tərəflər Mülki Məcəllənin 390.1-ci maddəsinə müvafiq olaraq müqavilə bağlayaraq məzmununu müəyyənləşdirmiş, sonradan həmin Məcəllənin 421.1 və 423.1-ci maddələrinə müvafiq olaraq müqavilə ilə eyni formada həmin müqaviləyə dəyişikliklər etmişlər.
99. Mülki Məcəllənin 404.1 və 404.2-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
100. Müqavilənin 6.2.4-cü bəndində ifadə olunan “tərəflərdən hər hansı biri müqavilə üzrə öhdəliklərini icra etmədikdə, 90 gün müddətində” şərti məzmunundan göründüyü kimi tərəflərin hər ikisinə aid edilir. Lakin 01 may 2020ci il tarixli, 4 №-li əlavədə müəyyən olunan “icarə haqqı ardıcıl 2 ay ödənilmədikdə birtərəfli qaydada 3 iş günü müddətində” ifadəsi isə bu hüququn yalnız icarəyəverənə məxsus olduğunu ehtiva edir, müqaviləyə icarəyəverən tərəfindən birtərəfli qaydada xitam verilməsinin xüsusi qaydasını nəzərdə tutur və qanunvericiliyin hər hansı norması ilə ziddiyyət təşkil etmir.
101. Əksinə, Mülki Məcəllənin 685.2 və 685.2.1-ci maddəsində qeyd olunmuşdur ki, kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər.
102. İcarə haqqının İddiaçı MMC tərəfindən ardıcıl olaraq 2 ay ödənilməməsi işin mübahisələndirilməyən halıdır.
103. Cavabdeh tərəfindən həmin bəndin tələbi nəzərə alınmaqla icarə haqqı ardıcıl olaraq 2 ay ödənilmədiyinə görə 12 mart 2021-ci il tarixdə müqaviləyə birtərəfli qaydada xitam verilməsi ilə bağlı iddiaçıya bildiriş göndərmiş və 3 gün sonra müqaviləyə xitam verimişdir.
104. Bundan başqa, Mülki Məcəllənin 421.1-ci maddəsindən də müəyyən edilir ki, müqavilədə onun ləğv edilməsinin ayrı qaydası nəzərdə tutula bilər.
105. Tərəflər arasında bağlanmış müqavilədə də icarə haqqının ardıcıl olaraq 2 ay ödənilmədiyinə görə müqaviləyə birtərəfli qaydada xitam verilməsi şərti nəzərdə tutulmuşdur.
106. Buna görə də kollegiya hesab edir ki, ilk iddia həmin hissədə də təmin oluna bilməz.
107. Həmçinin qarşılıqlı iddia aşağıdakı tələblərdən ibarətdir: 1) 15000 manat icarə haqqının və ödənilmədiyinə görə 14200 manat cərimənin tutulması; 2) 800 manat daşınma xərci və əşyalar götürülən günədək 04 may 2021-ci il tarixdən hər ay hesablanan 190 manat icarə haqqının tutulması; 3) 1 ay 15 gün üçün təzminat olan 75000 manat məbləğində pul vəsaitinin tutulması; 4) ünvan 2 ünvanında "xxxx" ASC-nin ərazisində yerləşən anbarda olan əşya və avadanlıqların öz hesabına aparılması; 5) qeyri-yaşayış binanın fasad hissəsini monitorun götürüləndən sonra fotoşəkillərə uyğun bərpa edilməsi öhdəliyinin İddiaçı MMCnin üzərinə qoyulması.
108. İcarə haqqının ödənilməsi barədə qarşılıqlı iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir.
109. Hazırki işdə də iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra edərək icarə obyektini cavabdehə icarəyə vermiş, lakin cavabdeh müqavilə tələblərini əhəmiyyətli dərəcədə pozaraq, icarə haqlarını tam olaraq iddiaçıya ödəməmişdir.
110. Bununla yanaşı kollegiya hesab edir ki, həmin tələb tam təmin edilə bilməz.
111. Belə ki, Cavabdeh qarşılıqlı iddia ərizəsində fevral, mart və aprel ayları üçün hər 5000 manat məbləğində icarə haqqı hesablanmaqla ümumilikdə 3 ay üçün 15000 manat pul vəsaiti tələb etmişdir. Lakin işin halları ilə müəyyən olunur ki, müqaviləyə 16 mart 2021-ci il tarixdən birtərəfli qaydada xitam verilmişdir.
112. Belə olan halda kollegiya hesab edir ki, Cavabdeh yalnız 2021-ci il ilin fevral ayı və mart ayının 15 günü üçün icarə haqqını tələb etmək hüququ vardır.
113. Eyni zamanda İddiaçı MMC icarə haqqının ödənilməməsini səbəbini onunla əsaslandırmışdır ki, əvvəlki ilin son ayları və cari ildə şirkətə elektrik kəsintiləri, su təchizatının dayandırılması, su basması nəticəsində şirkətin avadanlıqlarının sıradan çıxması, arxiv sənədlərinin məhv olması və s. hərəkətlər nəticəsində şirkətin fəaliyyəti iflic vəziyyətə düşdüyündən Mülki Məcəllənin 562.1-ci maddəsinə əsasən ləngitmə hüququndan istifadə etmişdir və son aylar üçün icarə haqqının tələb edilməsi əsassızdır.
114. Kollegiya hesab edir ki, İddiaçı MMC-nin ləngitmə hüququndan istifadə edərək icarə haqqını ödəməmək üçün əsas hesab etdiyi hallar (əvvəlki ilin son ayları və cari ildə şirkətə elektrik kəsintiləri, su təchizatının dayandırılması, su basması nəticəsində şirkətin avadanlıqlarının sıradan çıxması, arxiv sənədlərinin məhv olması və s. hərəkətlər nəticəsində şirkətin fəaliyyəti iflic vəziyyətə düşməsi) nə Mülki Məcəllənin 562.1-ci maddəsinə, nə də müqaviləyə əsasən Cavabdeh barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbinin olması ilə eyniləşdirilə bilməz.
115. Kollegiya hesab edir ki, İddiaçı MMC-nin icarə haqqını ödəməməsi ilə bağlı irəli sürdüyü xüsusat əsassızdır və buna görə də icarə haqqının ödənilməsi tələbi qismən təmin olunaraq 7500 manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən tutularaq Cavabdeh ödənilməlidir.
116. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, dəbbə pulunun tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.
117. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
118. Tərəflər arasında bağlanmış müqavilənin 7.2-ci bəndində qeyd olunmuşdur ki, “İcarəçi aylıq icarə haqqını qabaqcadan ödənilən ayın 10-dək tam olaraq ödəmədiyi halda o, ödənişdən əlavə olaraq ödəniş üzrə hər bir gecikdirilmiş gün üçün ödənilməyən aylıq icarə haqqı məbləğinin 1% həcmində icarəyə verənə cərimə ödəyir”.
119. Lakin kollegiya əsas borca tənasübsüz olaraq 14200 manat cərimə hesablanmasını əsaslı hesab etmir.
120. Belə ki, icarə haqqının ödənilməməsi Cavabdeh 12 mart 2021-ci il tarixdə məlum olduğuna görə onun həmin vaxt da iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ olsa da, bir neçə ay sonra qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da zərərin (cərimənin məbləğinin) Mülki Məcəllənin 21.3cü maddəsində qeyd olunan qaydada artmasına şərait yaratmışdır.
121. İşin qeyd olunan hallarını, yəni tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, qarşılıqlı iddianın əsas borca dair hissəsinin qismən təmin olunmasını, eyni zamanda iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq 14200 manat dəbbə pulunu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilmiş və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, 500 manat məbləğində müəyyənləşdirmişdir.
122. Həmçinin kollegiya hesab edir ki, qarşılıqlı iddiada irəli sürülmüş 800 manat daşınma xərcinin, 04 may 2021-ci il tarixdən hər ay 190 manat məbləğində pul vəsaitinin tutulması barədə tələblər də əsaslıdır.
123. Belə ki, həmin tələblərin də qanuni əsasını Mülki Məcəllənin 443.1-ci maddəsi təşkil edir.
124. İşin hallarından görünür ki, icarə müqaviləsinə 16 mart 2021-ci il tarixdən birtərəfli qaydada xitam verilmiş, lakin icarəçi icarəyə verənin tələblərinə baxmayaraq əşya və avadanlıqlarını həmin icarə obyektindən çıxarmamış və bununla da icarəyə verən üçün əlavə xərclər yaratmışdır.
125. Belə ki, icarəçi əmlakların götürülməsini təmin etmədiyindən Cavabdeh mülkiyyətində olan əmlakla bağlı hüquqlarını həyata keçirmək üçün əmlakların anbara daşınmasına görə 800 manat məbləğində pul vəsaiti sərf etmiş və bundan sonra həmin əşyaların saxlanılması ilə bağlı üçüncü şəxslə bağladığı icarə müqaviləsinə əsasən hər ay 190 manat məbləğində icarə haqqı ödəmişdir.
126. Kollegiya hesab edir ki, qeyd olunan xərclər Mülki Məcəllənin 443.1-ci maddəsində nəzərdə tutulan zərər kimi qiymətləndirilməli və qarşılıqlı iddia həmin hissələrdə təmin olunmalıdır.
127. Həmçinin kollegiya hesab edir ki, ünvan 2 ünvanında "xxxx" ASC-nin ərazisində yerləşən anbarda olan əşya və avadanlıqların cavabdehin öz hesabına aparılması barədə tələblər də əsaslıdır.
128. Belə ki, Cavabdeh tərəfindən İddiaçı MMC-yə ünvanlanan xx.xx.2021-ci il tarixli məktubda xx.xx.2021-ci il tarixli müqaviləyə birtərəfli qaydada xitam verilməsi və qeyri-yaşayış sahəsində olan əmlakların götürülməsi ilə xəbərdarlıq olunsa da, sonuncu əmlakların götürülməsini təmin etmədiyindən Cavabdeh mülkiyyətində olan əmlakla bağlı hüquqlarını həyata keçirmək üçün əmlakları üçüncü şəxslə bağladığı icarə müqaviləsi əsasında başqa bir icarə obyektinə köçürmüşdür.
129. Həmin əşyaların orada qalması isə Cavabdeh üçün hər ay icarə haqqı ödəmək kimi öhdəlik yaradır.
130. Ona görə də, Cavabdeh Mülki Məcəllənin 1098.1-ci maddəsinə əsasən həmin tələbi irəli sürməkdə haqlıdır.
131. Bununla yanaşı kollegiya hesab edir ki, 1 ay 15 gün üçün təzminat olan 75000 manat məbləğində pul vəsaitinin tutulması hissəsində qarşılıqlı iddia təmin edilə bilməz.
132. Belə ki, Cavabdeh həmin tələbi müqavilənin 7.4-cü bəndi ilə əsaslandırmış, qeyri-yaşayış sahəsinin 1 ay 15 gün ərzində İddiaçı MMC tərəfindən təhvil verilməməsinə istinad etmişdir.
133. Müqavilənin 7.4-cü bəndində qeyd olunmuşdur ki, “İcarəçi müqavilənin müddəti bitdiyi və ya müqaviləyə xitam verildiyi zaman sahəni təhvil verməkdən imtina etdikdə icarəyə verənə icarə haqqından əlavə olaraq sahənin təhvil verilmədiyi hər ay üçün 50000 manat təzminat ödəyir.”
134. Həmin bəndin məzmunundan görünür ki, təzminatın ödənilmə şərti kimi icarəçinin sahəni təhvil verməkdən imtina etməsi nəzərdə tutulub, yəni bu şərtin mövcud olması üçün sahə müqaviləyə xitam verildiyi vaxtdan İddiaçı MMC-nin ixtiyarında olmalı idi.
135. Lakin işin mübahisəsiz halıdır ki, əşyalar saxlanılsa da, 16 mart 2021-ci il tarixdən İddiaçı MMC-nin həmin qeyri-yaşayış sahəsinə daxil olmaq imkanı olmamışdır.
136. Buna görə də kollegiya hesab edir ki, qarşılıqlı iddia həmin hissədə təmin oluna bilməz.
137. Həmçinin qarşılıqlı iddianın qeyri-yaşayış binanın fasad hissəsini monitorun götürüləndən sonra fotoşəkillərə uyğun bərpa edilməsi öhdəliyinin İddiaçı MMCnin üzərinə qoyulması hissəsi ilə bağlı Cavabdeh müqavilənin 3.3-cü bəndinə istinad etmişdir.
138. Qarşılıqlı iddianın bu hissəsinə qiymət verilməsi üçün kollegiya hesab edir ki, müqavilənin 2.2.10, 3.1 və 3.3-cü bəndləri nəzərə alınmalıdır.
139. Müqavilənin 2.2.10-cu bəndinə əsasən müqavilənin müddəti bitdikdə və ya müqaviləyə xitam verildikdə sahəni saz vəziyyətdə, qəbul etdiyi şəkildə icarəyə verənə qaytarmaq icarəçinin vəzifəsi kimi qeyd olunmuşdur.
140. Müqavilənin 3.1-ci bəndinə əsasən sahə tərəflər arasında bağlanmış təhviltəslim aktı əsasında icarəyə verən tərəfindən icarəçiyə təhvil verməklə, icarəçi isə həmin sahəni təhvil almaqla həyata keçirilir. Həmin təhvil-təslim aktı və eyni zamanda təhvil zamanı çəkilən fotoşəkillər bu müqavilənin ayrılmaz hissəsi hesab olunur.
141. Müqavilənin 3.3-ci bəndinə əsasən həmin müqavilənin 2.2.10-cu bəndinə riayət etmək məqsədilə müqavilənin 3.1-ci bəndində qeyd olunan təhvil-təslim aktına və əlavə olunan fotoşəkillər əsasında sahə icarəçi tərəfindən icarəyə verənə təhvil verilir.
142. Qeyd olunan bəndlərin məzmunundan da görünür ki, sahənin əvvəlki vəziyyətdə icarəyə verənə qaytarmaq icarəçinin vəzifəsidir.
143. Qarşılıqlı iddianın bu hissəsi ilə bağlı cavabdehin münasibəti bundan ibarət olmuşdur ki, müqavilənin qeyd olunan bəndi bütünlükdə sahənin qəbul olunduğu qaydada təhvil verilməsini özündə ehtiva etdiyi üçün, nəinki fasad, ofisdaxili sahə də daxil olmaqla bütövlükdə sahənin qəbul edildiyi qaydada təhvil verilməsi üzrə məhkəmə tərəfindən qərar çıxarılmasına ehtiyac vardır. Lakin ilkin iddia ərizəsində belə bir tələb irəli sürülməmişdir.
144. Kollegiya hesab edir ki, müqavilə şərtlərinə əsasən əsasən müqavilənin müddəti bitdikdə və ya müqaviləyə xitam verildikdə sahəni qəbul etdiyi şəkildə icarəyə verənə qaytarmaq barədə icarəçi tərəfindən öhdəlik götürüldüyündən qarşılıqlı iddia bu hissədə də təmin olunmalıdır.
145. İddiaçının apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi hazırki apellyasiya baxışı zamanı iddiaçının vəsatəti əsasında iş üzrə müvafiq ekspertizalar təyin olunmuş və verilmiş rəylər əsasında iddiaçının istinad etdiyi hallar sübut olunmamışdır. Belə ki, yuxrıda qeyd olunduğu kimi ekspert rəyləri ilə əşya və avadanlıqların bir qisminin işləməməsi qismən təsdiq olunsa da, bu hal özü-özlüyündə zərərin mövcud olması faktını təsdiq etmir. Çünki, həmin əşya və avadanlıqların məhz cavabdehin təqsirli hərəkəti nəticəsində nasaz vəziyyətə düşməsi və müxtəlif formada deformasiyaya uğraması, eyni zamanda həmin nasazlıqlarla qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması heç nə ilə təsdiq olunmur. Belə ki, həmin əşya və avadanlıqların məhz cavabdehin sahibliyinə keçməmişdən əvvəl nasaz vəziyyətdə olması halı istisna olunmur. Eyni zamanda iddiaçı da həmin əşya və avadanlıqlara məhz cavabdehin sahibliyinə keçdikdən sonra zərər dəyməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. İddiaçı tərəfindən məhkəməyə sübut qismində təqdim edilən digər sübutlar isə məhkəmənin yuxarıda göstərilən əsaslandırmasına əsasən əsassızdır. Bundan əlavə cavabdehin 4 və 5-ci mərtəbələrdə videokameralara müdaxilə etməsini əks etdirən videoyazı da sübut qismində qəbul edilə bilməz. Belə ki, həmin vidoyazıda cavabdehin iddiaçıya məxsus avadanlıq və əşyalara zərər yetirməsi müşahidə edilmir. İş materiallarına əlavə edilmiş fotoşəkillər isə yalnız ən yaxşı halda onlarda əks olunan əşyaların iddiaçıya məxsus olduğunu təsdiq edə bilər ki, hazırda həmin hallar mübahisələndirilmir. Mübahisəli məqam cavabdehin həmin əşya və avadanlıqlara zərər yetirib-yetirməməsi ilə bağlıdır ki, hazırda həmin hallar müəyyən olunmur. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının həmin hallara istinad etməsi əsassızdır. Bundan başqa iddiaçının da istinad etdiyi Mülki Məcəllənin 685.2-ci maddəsində göstərilir ki, kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: a) kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə. Hazırki işdə də cavabdeh tərəfindən iki ardıcıl müddət üçün kirayə haqqının ödənilməməsi mübahisəsizdir. Kirayəyə verən də bu hüququndan istifadə etmiş və tərəflər arasında bağlanmış icarə müqaviləsinə xitam vermişdir. Həmin Məcəllənin 686-cı maddəsində də təsbit olunmuşdur ki, əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur. Göründüyü kimi iddiaçının icarə müqaviləsinə xitam verilməsi ilə bağlı hərəkətləri həm tərəflər arasında bağlanmış müqavilə şərtlərinə, həm Mülki Məcəllənin tələblərinə tam uyğun olmuşdur. Ona görə də müqavilə şərtinin Mülki Məcəllənin tələblərinə zidd olması ilə bağlı dəlillər əsassızdır.
146. Cavabdehin apellyasiya şikayətinin dəlilləri də yuxarıda qeyd olunanlara görə əsassızdır.
147. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri İddiaçı MMC-yə aid edilməlidir.
148. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı MMC və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2089/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 15 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 344 manat məbləğində pul vəsaiti İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn