Məhkəmə qərarları › İş №2-2(103)-160/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-160/2020

27.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-160/2020 27.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X4 və X1 ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Xanış oğlunun cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı “ödənilmiş pulun qaytarılması və borcun silinməsi haqqında iddia tələbinə dair” iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1049/2020 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Xanış oğlu cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək «xxxx» ASC-dən 2009-cu ildə sayğaca görə ödənilmiş 180 manat, 205 manat cərmə məbləğinin, 2018-ci ildə 200 manat cərimə ödənilmiş pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə, texniki sənədlərə əsasən İddiaçı məxsus Lerik rayonu, Qosmaliyan ərazisində olan kafeyə 2009-cu ilin iyul ayında VETO zavod nömrəsi **********, göstəricisi 00475, DSL 2008-ci ilin 2 rübü qeyd olan 3 fazalı dəyəri 180 manatlıq elektrik sayğacı alınmışdır. Lerik EŞ-si sayğacı gərkinliyə qoşmuş, sayğacın alt qapağına möhür vurulmamışdır. Lerik EŞ-nin mütəxəssisləri xx xxxx 2016-cı ildə obyektin sayğacının heç bir qüsuru olmadan yeni sayğac ilə əvəzləşdirilmişdir. Lerik EŞ-nin mütəxəsissləri iddiaçıya bildiriş təqdim edərək yeni quraşdırılmış sayğaca görə 372 manat borc olduğunu bildirmişdilər. Bununla bağlı dəfələrlə “xxxx” ASC-yə müraciət olunmuş, lakin cavabdeh tərəfindən müraciətlərə cavab verilməmişdir. Lerik EŞ-ni satış müdiri tərəfindən baxış keçilən zaman müəyyən edilmişdir ki, sayğacın üzərində möhür yoxdur. Bu səbəbdən cavabdeh tərəfindən akt tərtib edilərək 205 manat cərimə hesablanmışdır. Lerik EŞ-nin əməkdaşları obyektin işığını kəsdiklərinə görə 200 manat aylıq sərfiyyatdan əlavə ödəniş edilmişdir. Elektrik enerjisindən istifadə qaydaları haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarının 7.9-ci bəndində sayğacın fiziki şəxslər üçün pulsuz olması qeyd olunub. 2009- cu ildə iddiaçıdan 180 manat sayğaca 2016-cı ildə sayğacı söküb yeni quraşdırılmış sayğaca görə 138 manat pulun tələb edilməsi qanunsuzdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək qanunsuz ona aldırılan sayğacın pulu 180 manatın, borcu olmadığı halda ona ödədirdilən 200 manatın ona qaytarılması barədə 28,62 manat borcun silinməsi barədə ədalətli yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, eyni zamanda, qeyd olunmuşdur ki, cavabdehin nümayəndəsi məhkəməyə abunə haqqında təqdim edərək bildirmişdir ki, xxxx ASC onun hesabında olan 184,45 manat cəriməni xx.xx.2019-cu il tarixdə sildiyini demiş, o, isə bildirmişdir ki, silinən məbləğləri məhkəmə tərəfindən silinməyib. Enerjetika Nazirliyinin yoxlamasına əsasən onların təkidi ilə «xxxx» ASC tərəfindən silinib indiyə kimi ona məlumat verməyiblər. 200 manat ona ödədildirilən artıq pul, 180 manata ona aldırdıqları sayğacın pulu, 28,62 manat hesabında saxlanılan borc necə olar. Hakim ona qaiməsi varmı olduğunu sorduqda bildirmişdir ki, 2009-cu ildə kafeni tikərkən kredit hesabına tikmişdir, aldığı mal –materialların qaiməsi və sayğacın qaiməsi var. Hakim bildirdi ki, onun bu borclarını «xxxx»nin dövründə yaranıb. «xxxx» ləğv olunanda balansını və bütün əmlakını “xxxx” ASC təhvil alıb. Hakim ona bildirdi ki, bir ay ərzində qətnamənin surətini alar. Qətnaməni aldı ki, iddianı rədd edib. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək onsuz məhkəmə iclasının keçirilməsinə etiraz etmədiyini, sübut və faktlarını apellyasiya şikayətində yazdığını bildirmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 184.2 və 376.2-ci maddələrinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Hüseynova apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış, əsassız olduğunu bildirərək, iddiaçı tərəfin mübahisələndirdiyi 2009-cu ildə quraşıdrılması ilə əlaqədar tələbinin birincisi «xxxx» dövrünə aid olduğunu, ikincisi bununla bağlı sənəd-sübut mövcud olmadığını və müddətin də keçdiyini vurğulamış, onun digər tələblərinə əldikdə bütün məbləğlər silinmiş, yalnız 28 manat borcu qalmışdır. Ona görə də iddiaçının tələbi əsassızdır və şikayətin təmin olunmasını məhkəmədən xahiş edir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsində iş materiallarına əsasən aşağıdakıları müəyyən etmişdir. “xxxx” ASC-nin X8 Təchizatıb və X3 Miriş Xanış oğluna ünvanladığı 01/c-2059 nömrəli xx xxxxxx 2018-ci il tarixli məktuba əsasən iddiaçıya məxsus Lerik rayonu Qoşmaliyan kəndində fəaliyyət göstərən istirahət mərkəzində istirahət mərkəzində quraşdırılmış z/N-si **********, tipi-MK518 olan üç fazalı elektrik sayğacı xx xxxx 2016-cı il tarixində z/N-si 39798801, tipi-T510 2251 olan yeni üç fazalı elektrik sayğacı ilə əvəz olunmuşdur. xx.xx.2010-cu il tarixində “EEİQ”-nın tələblərinin pozulduğuna görə həmin obyektdə quraşdırılmış elektrik sayğacına “xxxx” ASC-nin əməkdaşları tərəfindən 205.20 manat (protokol 009518) məbləğində akt tərtib olunmuş və xx.xx.2016-cı il tarixli 041647 saylı protokoluna əsasən ona 138 manat məbləğində sayğacquraşdırma bədəli hesablanmışdır. İddiaçı quraşdırılmış həmin üç fazalı elektrik sayğacına hesablanmış 138 manat sayğacquraşdırma bədəlinin azaldılması ilə bağlı, “xxxx” ASC Sayğacquraşdırma və X6 01/C-1768 saylı, xx.xx.2018-ci il tarixli müraciəti qeydə alınmışdır. Abunə haqqında məlumat vərəqinə əsasən abonentə xx xxxx 2016-cı il tarixdə sayğac quraşdırma bədəlinə görə 138 manat borc hesablanmış, sonra isə həmin məbləğ xx xxx 2019-cu ildə silinmişdir. Daha sonra, məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia tələbini şərti olaraq 4 hissəyə ayrılır. 1. 2009-cu ildə sayğaca görə ödənilmiş 180 manat sayğacın pulunun qaytarılması; 2. 2010-cu ildə hesablanmış 205 manat cərimə pulunun qaytarılması; 3. 2018-ci ildə ödədənilmiş 200 manatın qaytarılması; 4. 2018-ci ildə yeni sayğaca görə 138 manatın hesabdan silinməsi. Daha sonra məhkəmə iddiaçının yeni sayğaca görə tələb etdiyi 138 manat məbləğ abonent haqqında məlumat vərəqinə istinadən qeyd etmişdir ki, iddiaçının məktubuna əsasən xx xxx 2019-cu il tarixdə şəxsi hesabından silinmişdir, bununla da iddiaçının həmin hissədə iddia tələbi əsassızdır. Daha sonra məhkəmə qeyd edir ki, həmçinin, iddiaçı iddia tələbində 2009-cu ildə sayğaca görə ödənilmiş 180 manat, 2010-cu ildə ödənilmiş 205 manat cərimə, 2018-ci ildə əlavə ödənilmiş 200 manat məbləğinin “xxxx” ASC-dən tutulmasını tələb etsə də, irəli sürdüyü tələblər ilə bağlı Məhkəməyə heç bir sübut təqdim etməmişdir. Abunə haqqında vərəqədən göründüyü kimi, ETAİS-dən gələn borc 216,26 manat olmuş, xx.xx.2019-cu il tarixdə xxxx dövründə yaranan borc məbləğindən 184,95 manat silinmişdir. Odur ki,iddiaçı tərəfindən qaldırılmış hazırki iddia əsassızdır. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli (Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi), məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsi) Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır. Birincisi, cavabdehin həm birinci, instansiya məhkəməsində işə baxılarkən, həm də hazırkı mərəhələdə işə baxılmasında iştirak edən nümayəndəsi R.Hüseynovanın izahatında israrla bildirmişdir ki, 2015-ci ilin 2015-ci ilin sentyabr ayından 2019-cu ilin iyul ayına iddiaçının 352,31 manat məbləğində borcu silinmişdir. «xxxx» ASC-nin dövründə iddiaçının xx.xx.2015-ci ildə 216,26 manat məbləğində borcu, xx.xx.2016-cı ildə isə sayğacın quraşdırılması zamanı 138 manat sayğacın bədəli mövcud olmuşdur. xx.xx.2019-cu il tarixdə 138 manat sayğacın bədəli, daha sonra xx.xx.2019-cu il tarixdə Aəzərenerji ASC dövründə yaranan 184,95 manat məbləğində borcu da silinmiş və hazırda onun borcu 28,62 manat təşkil edir. İşə əlavə olunmuş iddiaçıya məxsus obyektə dair «abonent saldosu»ndan də həqiəqətən də görünür ki, iddiaçının nümayəndəsinin izahatında qeyd etdikləri ilə abanet saldosunda təsbit olunan gösətricilər üst-üstə düşür, qeyd olunan silinmələr öz təsdiqini tapır. İddiaçının apellyasiya şikayətində 2009-cu ildə obyektinə quraşdırılan sayğaca görə ödədiyi pulun qaytarılmasını tələb etməsi ilə bağlı qeyd olunmalıdır ki, birincisi, iddiaçı istinad etdiyi həmin halı təsdiqedici mötəbər sənəd-sübut təqdim etməmişdir. MPM-in 14.2-ci maddəsinin tələbində isə nəzərdə tutulur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Digər bir tərəfdən, qeyd olunan halda artıq qanunvericiliklə müəyyən edilən tələbetmə müddəti də buraxılmışdır. Belə ki, Mülki Məcəllənin 551.2.1-ci və 551.2.3-cü maddələrinə əsasən vaxtaşırı ödənişlər və malların satışı haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. İddiaçının apellyasiya şikayətində mübahisələndirilən 28,62 manat borcun silinməsinə gəldikdə isə onun iddia ərizəsi üzrə birincisi belə bir tələb irəli sürməmiş, belə oln halda, MPM-in 372.3-cü maddəsi baxımından onun apellyasiya mərhələsində təqdim etdiyi yeni predmet məhkəmə araşdırmasının predmet ola bilməz. Digər tərəfdən, hazırda abonent saldosunda yaranan həmin borc məbləğinin hansı əsasla silinməli olduğu onun tərəfindən əsaslandırılmamışdır. Beləliklə də qeyd olunanlardan göründüyü kmi, iddiaçının apellyasiya şikayətinin sayğaca görə ödədiyi 180 manat və borcu olmadığı halda 200 manat ödədiyi pulun qaytarılmalı olduğunu mübahisələndirilən dəlillərinin əsassız olduğu sübuta yetirilir. Odur ki, qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunmasınını işin sübutlarla müəyyən olunan hallarına, maddi və prosesual hüquq normalarına uyğun nəticə kimi qiymətləndiririr və hesab edir ki, MPM-in 385.1-ci maddəsi ilə müəyyən edilən əsaslar mövcud deyil. Bu mənadə məhkəmə kollegiyası onun apellyasiya şikayətinin həmin qətnamə ilə razılaşmayan, ədalətsiz olduğunu ivurğulayan dəlillərini əsassız sayır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1049/2020 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 404-1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsində baxılan iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı Xanış oğlunun apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1049/2020 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz, çıxarıldığı andan qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür. Hakim: Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar