Məhkəmə qərarları › İş №2-2(103)-161/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-161/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-161/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X5 qızının, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı “X14 Azərbaycan” qapalı səhmdar cəmiyyətinin cavabdeh fərdi sahibkar Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-1070/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı “X14 Azərbaycan” QSC Cavabdeh qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh 829,77 manat məbləğində əsas borcun, 567,93 manat cərimənin, cəmi 1397,70 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, xx.xx.2013-ci il ildə «X14 Azərbaycan» QSC və Cavabdeh arasında bağlanmış X12 müqaviləsinin şərtlərinə görə, Bank X10 bank hesabı (hesab) açmağı, açılmış hesaba daxil olan vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğin köçürülməsinə və verilməsinə dair X6 sərancamlarını yerinə yetirməyi, X12 isə Bank tərəfindən aparılan bu əməliyyatlara görə şərtləşdirilmiş qaydada və məbləğdə haqq ödəməyi öhdəsinə götürür. Müqavilənin 3-cü maddəsinə əsasən Bank X12ni pos terminalla təmin olunmasını öhdəsinə götürmüşdür. Müqavilənin 15-ci maddəsinə əsasən üzvün hər hansı satın alma/ianə ilə bağlı borcun olmadığını və buna bənzər etirazlarını (kredit kart hesablarına borc yazılarsa və ya üzvün buna başlanğıcda reaksiya verməməsinə rəğmən) Banka yazılı olaraq bildirərsə, Bank üzvün etirazının doğruluğunu, yəni bankın sistemində qeydiyyata alınan telefon və ya yazılı ərizə ilə hər hansı təlimat verib- vermədiyini və ya satın alma/ianə tələbinin üzvə aid olub-olmadığını və ya üzvün mal/xidməti təhvil alıb-almadığını və ya ianənin edilibedilmədiyini və ya X8 malı təhvil edib-etmədiyini araşdırmadan üzvün kart hesablarından əldə etdiyi və X8 hesabına köçürdüyü məbləği onun Bankdakı hesablarından (əldə etdiyi ilk komisyon haqqı Bank nəzdində qalmaq şərtilə) tutmaq səlahiyyətinə malikdir. X8 hesabında sözügedən məbləğ qədər vəsait olmazsa, İstifadəçinin iş yeri Bankın ilk yazılı tələbindən sonrakı ilk iş günü ərazində qeyd olunan miqdarı (əgər faiz hesablanıbsa, faizlə birgə) Banka ödəyəcək. «X14 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh müqavilənin şərtlərini pozaraq ondan tələb olunan vəsaitin banka ödənilməsini gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcunu ödəməmişdir. Borclunun xx xxxxxx 2013-ci il tarixli X12 müqaviləsi əsasən «X14 Azərbaycan» QSC-yə olan borcu əsas borc üzrə 829,77 manat, cərimə faizi 567,93 manat, cəmi 1397,70 manat təşkil edir. Cavabdeh məhkəməyə mübahisəyə iddia müddətinin tətbiq edilməklə baxılması barədə ərizə təqdim etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-1070/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia müddətinin başlanmasını xx.xx.2015-ci il, yəni cavabdehə məxsus “Elena” mağazasında mal satışının həyata keçirildiyi tarix olaraq qəbul etməklə yanlış nəticəyə gəlmişdir. “xxxx” ASC ilə iddiaçı arasında bağlanmış xidmət müqaviləsinə əsasən iddiaçıya email məktubu ilə bildirilmişdir ki, “Elena” mağazasında aparılmış əməliyyat üzrə pre-compliance prosesi açılmışdır. Məsələnin araşdırılması və cavabın xx.xx.2016-cı il tarixə kimi bildirilməsi xahiş edilmişdir. xx.xx.2016-cı il tarixdə aparılmış əməliyyatla bağlı 550 manat pul vəsaiti həmin günün kursuna uyğun 526,92 dollar bankın müxbir hesabından tutulmuşdur. Cavabdehdən aparılmış əməliyyatla bağlı qəbz tələb edilmiş, lakin tələb edilən qəbz banka təqdim edilməmiş, nə də ki cavabdeh pul məbləğini banka qaytarmamışdır. Cavabdeh onun obyektində quraşdırılmış post terminalı xx.xx.2016-cı il tarixdə banka təhvil vermişdir. Buna görə iddia müddətinin axımı həmin tarixdən başlamışdır. İşə apellyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2020-ci il tarixə təyin edilmiş, cavabdeh məhkəmə iclasının vaxtı barədə lazımı qaydada xəbərdar edilsə də iclasda iştirak etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdi Məhkəmə izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin e-2-2 (82)-1070/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. «X14 Azərbaycan» QSC və Cavabdeh arasında xx.xx.2013- cü il il tarixdə X12 müqaviləsi bağlanmışdır. Müqaviləsinin şərtlərinə görə, Bank X10 bank hesabı (hesab) açmağı, açılmış hesaba daxil olan vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğin köçürülməsinə və verilməsinə dair X6 sərancamlarını yerinə yetirməyi, X12 isə Bank tərəfindən aparılan bu əməliyyatlara görə şərtləşdirilmiş qaydada və məbləğdə haqq ödəməyi öhdəsinə götürür. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, hazırkı mübahisə həmin müqavilə əsasında yaranmış hüquq münasibətindən irəli gəlir və iddiaçı xx.xx.2019cu ildə hazırkı iddianı irəli sürməklə MM-nin 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüşdür. İddiaçı apellyasiya şikayətində cavabdehə məxsus obyektdə quraşdırılmış pos terminalın xx.xx.2016-cı il tarixdə banka təhvil verildiyini, tərəflər arasında bağlanmış müqavilə üzrə münasibətlərə həmin tarixdə xitam verildiyi üçün iddia müddətinin qeyd edilən tarixdən başladığını iddia etsə məhkəməyə bu barədə hər hansı sübut təqdim edilməmişdir. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, şübhəli əməliyyatla bağlı onun hesabından 550 manat pul vəsaiti xx.xx.2016-cı il tarixdə silinmişdir. İddiaçının hüququnun pozulduğu tarix onun hesabından pul vəsaitinin silindiyi tarix, yəni xx.xx.2016cı il tarix qəbul edilərsə 3 illik iddia müddətinin axımı xx.xx.2019-cu il tarixdə bitmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki,apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-1070/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı “X14 Azərbaycan” qapalı səhmdar cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-1070/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar