Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-161/2021 22.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Nağıyeva Elmira Eyvaz qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı X2 ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı borcun tutulması tələbinə dair Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(113)-40/2020 saylı qərardadından cavabdehin vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı “xxxx” ASC Cavabdehnə (Cavabdeh MMC) qarşı borcun tutulması tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2007-ci il tarixli, 131 saylı kredit müqaviləsi üzrə 19926,60 manat faiz borcu, xx.xx.2011-ci il tarixli, 295/11 saylı kredit müqaviləsi üzrə 150000 manat əsas, 27347,22 manat faiz, ümumilikdə 177347,22 manat, xx.xx.2012-ci il tarixli 022/12 saylı kredit müqaviləsi üzrə 100000 manat əsas, 17777,78 manat faiz, ümumilikdə 117777,78 manat borc və iddianin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-40/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. İşdən görünür ki, iddiaçı və cavabdeh Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020ci il tarixli,e-2-2(113)-40/2020 saylı qətnaməsindən apelyasiya şikayəti vermişlər. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(113)-40/2020 saylı qərardadı ilə iddiaçının apelyasiya şikayəti şikayətin verilməsi üçün müddətin ötürülməsi və şikayət elektron kabinet vasitəsilə göndərilməməsi səbəbindən geri qaytarılmışdır. Həmin qərardadan iddiaçı şikayət vermiş və Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(113)-40/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-2(103)-443/2020 saylı qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-40/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İşdən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-2(103)-507/2020 saylı qərardadı ilə hazırki iş üzrə Cavabdeh MMC tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması mümkün hesab edilmişdir. İşdə olan Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli məhkəmə iclasınını protokolundan görünür ki, kollegiya Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-40/2020 saylı məktubuna əsasən kommersiya işini baxışdan çıxararaq Bakı Kommersiya Məhkəməsinə göndərmişdir. Daha sonra işdən görünür ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Bakı Kommersiya Məhkəməsinə elektron kabinet vasitəsilə apellyasiya şikayəti göndərilmiş, eyni zamanda həmin şikayətə şikayətin verilməsi müddətinin bərpa olunması barədə vəsatət əlavə edilərək, ötürülmüş müddətin bərpa edilməsi və şikayətin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi məhkəmədən xahiş edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-40/2020 saylı qərardadı ilə ərizənin təmin edilməsi, buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi, Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinin işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan cavabdehin vəkili və nümayəndəsi Vəkil tərəfindən şikayət verilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh – Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmişdir və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdehin vəkili və nümayəndəsi Vəkil şikayətdə göstərmişdir ki, iş materiallarına əsasən apellyator özü qətnamənin Fonda çatdırıldığını etiraf etmiş, lakin müəyyən səbəblərdən ondan vaxtında şikayət verilmədiyini bildirmişdir. Bu səbəbdən ilk olaraq verilmiş şikayət müddətin buraxılması səbəbindən geri qaytarılmışdır. Lakin buna baxmayaraq birinci instnasiya məhkəməsi ərizəçinin yuxarıda göstərilən arqumentlərini əsaslı hesab edərək buraxılmış müddəti üzrlü hesab edərək bərpa etmişdir. Bu zaman həm də nəzərə alınmalıdır ki, qanunvericilikdə prosessual müddətin bərpa edilməsi üçün üzürlü hesab edilən hallar o cümlədən, şəxsin xəstəliyi, xəstə ailə üzvlərinə qulluq, müddətli xidməti ezamiyyət və s. hüquqi şəxslər üçün deyil, fiziki şəxslər üçün müəyyən edilmişdir; fondun səlahiyyətli nümayəndələrinin baxılan mübahisəyə qeyri-ciddi yanaşmış olmaları isə qətnamədən şikayət vermə müddətinin bərpa edilməsinə səbəb təşkil etməməlidir. Vəkil və nümayəndə MPM-nin 267.1, 267.2, 268.1, 269-cu maddələrinə əsalanaraq hazırkı iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2- 2(113)-40/2020 saylı qərardadının ləğv edilməsinə və Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli,e-2-2(113)-40/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpaedilməsi barədə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslan işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsin dinləyib, apellyasiya şikayətinin dəillərinin yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşdən görünür ki, ilkin olaraq qətnamədən verilən apellyasiya şikayəti işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmiş, həmin instansiyada şikayət elektron qaydada verilmədiyindən geri qaytarılmışdır.Sonradan apelyasiya şikayəti elektron qaydada verilərək buraxılmış müddətin bərpasını xahiş etmişdir. İddiaçı buraxılmış müddətinə dair səbəb kimi ərizəsində göstərmişdir ki, ölkə ərazisində yayılmış yeni növ koronovirus (COVİD19) infeksiyasının qarşısının alınması üzrə Nazirlər Kabinetinin xx xxxx 2020-ci il, 01/411 nömrəli qərarına əsasən Azərbaycan Hökuməti tərəfindən aparılan profilaktik tədbirlər çərçivəsində bir sıra dövlət orqanları və qurumları, onların tabeliyində olan qurumların əməkdaşları 2020-ci il mart ayının 29-dan bir ay müddətinə əmək haqqı saxlanılmaqla ödənişsiz məzuniyyətə buraxılmışlar və daha sonra bu müddət uzadılmışdır. Əmanətlərin Sığortalanması Fondu da həmin qurumların siyahısına əlavə edilmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 1541/2016 saylı xx xxxxx 2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Bu səbəbdən xx xxx 2020-ci il tarixində karantin rejimində yumşalmalar tətbiq edilən kimi Hüquq şöbəsinin əməkdaşları işə çıxmış və həmin vaxt qətnamə ilə tanış olaraq mümkün qısa zamanda apellyasiya şikayətini hazırlamışlar. Lakin bundan sonra da məlum olduğu kimi, 23 və 30 may tarixləri ölkədə qeyri-iş günləri müəyyən edilmişdir. Bundan sonra, apellyasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilməsi “asan imza”da yaranmış səbəbi məlum olmayan xətalara görə həmin vaxt mümkün olmamışdır. Odur ki, müddətin daha da uzanmaması üçün poçt vasitəsilə göndərilməsi qərara alınmışdır. Bu səbəbdən qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətlər çərçivəsində mübahisəli qətnamədən şikayət verilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki birinci instansiya məhkəməsi haqlı olaraq buraxılmış prosessual müddəti üzrlü hesab edərək bərpa edilməsi barədə qəbul etmişdir. MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-nin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. MPM-nin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. MPM-nin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. MPM-nin 133.6-c maddəsinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(113)-40/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 268, 365 və 398.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(113)-40/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Vahid Sadıqov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-2(103)-161/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-161/2021
22.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver