Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-161/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Nümayəndə1 və Cavabdeh2 MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2651/2023 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında aşağıda sadalanan maliyyələşdirmə üçün ərizələr (mahiyyəti üzrə kredit müqavilələri) bağlanmışdır: - xx.xx.2021-ci il tarixli, DCL00301867-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən borcalana xx.xx.2022-ci il tarixədək illik 15,5% ödəmək şərti ilə 32173 manat məbləğində kredit verilmişdir. - xx.xx.2021-ci il tarixli, DCL00301867-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən borcalana xx.xx.2022-ci il tarixədək illik 17% ödəmək şərti ilə 32718 manat məbləğində kredit verilmişdir. - xx.xx.2021-ci il tarixli, DCL00301867-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən borcalana xx.xx.2022-ci il tarixədək illik 17% ödəmək şərti ilə 18978 manat məbləğində kredit verilmişdir. - xx.xx.2021-ci il tarixli, DCL00301867-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən borcalana xx.xx.2022-ci il tarixədək illik 17% ödəmək şərti ilə 40521 manat məbləğində kredit verilmişdir. - xx.xx.2021-ci il tarixli, DCL00301867-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən borcalana xx.xx.2022-ci il tarixədək illik 17% ödəmək şərti ilə 98319 manat məbləğində kredit verilmişdir. - xx.xx.2022-ci il tarixli, DCL00301867-10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən borcalana xx.xx.2022-ci il tarixədək illik 14% ödəmək şərti ilə 37470 manat məbləğində kredit verilmişdir.
2. Həmin kreditlərin təminatı kimi İddiaçı ASC ilə zamin Nümayəndə1 arasında xx.xx.2021-ci il tarixli DG**********03 saylı, xx.xx.2021-ci il tarixli DG**********74 saylı, xx.xx.2021-ci il tarixli DG**********069 saylı, xx.xx.2021-ci il tarixli DG**********448 saylı, xx.xx.2021-ci il tarixli DG**********479 saylı və xx.xx.2022-ci il tarixli DG**********714 saylı zaminlik müqavilələri bağlanmışdır. Müqavilələrə əsasən zamin borclu Cavabdeh2 MMC-nin bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyır.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı ASC cavabdehlər Nümayəndə1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC və Nümayəndə1 birgə qaydada: DC00301867-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 8.511,42 manat əsas borc, 340,81 manat faiz borcu, 1.869,60 manat cərimə borcu olmaqla, cəmi 10.721,83 manat, DCL00301867-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 32.716,90 manat əsas borc, 1.390,47 manat faiz borcu, 7.066,85 manat cərimə borcu olmaqla, cəmi 41.174,22 manat, DCL00301867-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 18.978 manat əsas borc, 1.075,43 manat faiz borcu, 3.491,95 manat cərimə borcu olmaqla, cəmi 23.545,38 manat, DCL00301867- 05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 40.521 manat əsas borc, 2.870,24 manat faiz borcu, 7.023,64 manat cərimə borcu olmaqla, cəmi 50.414,88 manat, DCL00301867-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 98.319 manat əsas borc, 8.357,12 manat faiz borcu, 14.070,54 manat cərimə borcu olmaqla, cəmi 120.746,66 manat, DCL00301867-10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 37.470 manat əsas borc, 874,30 manat faiz borcu, 8.602,49 manat cərimə borcu olmaqla, cəmi 46.946,79 manat məbləğində borcun, mediasiya prosesi üzrə ödənilmiş 400 manat məbləğində xidmət haqqının və 184 manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı DC00301867-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 1.869,60 manat, DCL00301867-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 7.066,85 manat, DCL00301867-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 3.491,95 manat, DCL00301867-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 7.023,64 manat, DCL00301867-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 14.070,54 manat, DCL00301867-10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 8.602,49 manat cərimənin cavabdehlər Nümayəndə1 və Cavabdeh2 MMC-dən birgə qaydada tutulmasını xahiş etmişdir.
5. Cavabdehlər birinci instansiya məhkəməsində iştirak etməmişlər.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2651/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Nümayəndə1 və Cavabdeh2 MMC-dən DC00301867-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 8.511,42 (səkkiz min beş yüz on bir manat qırx iki qəpik) manat əsas borc, 278,54 (iki yüz yetmiş səkkiz manat əlli dörd qəpik) manat faiz borcu, 425,57 (dörd yüz iyirmi beş manat əlli yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 9.215,53 (doqquz min iki yüz on beş manat əlli üç qəpik) manat, DCL00301867-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 32.716,90 (otuz iki min yeddi yüz on altı manat doxsan qəpik) manat əsas borc, 1.390,47 (min üç yüz doxsan manat qırx yeddi qəpik) manat faiz borcu, 1.635,84 (min altı yüz otuz beş manat səksən dörd qəpik) manat cərimə borcu olmaqla, cəmi 35.743,21 (otuz beş min yeddi yüz qırx üç manat iyirmi bir qəpik) manat, DCL00301867-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 18.978 (on səkkiz min doqquz yüz yetmiş səkkiz) manat əsas borc, 1.075,41 (bir min yetmiş beş manat qırx bir qəpik) manat faiz borcu, 948,9 (doqquz yüz qırx səkkiz manat doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 21.002,31 (iyirmi bir min iki manat otuz bir qəpik) manat, DCL00301867-05 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 40.521 (qırx min beş yüz iyirmi bir) manat əsas borc, 2.870,24 (iki min səkkiz yüz yetmiş manat iyirmi dörd qəpik) manat faiz borcu, 2.026,05 (iki min iyirmi altı manat beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 45.417,29 (qırx beş min dörd yüz on yeddi manat iyirmi doqquz qəpik) manat, DCL00301867-08 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 98.319 (doxsan səkkiz min üç yüz on doqquz) manat əsas borc, 8.357,11 (səkkiz min üç yüz əlli yeddi manat on bir qəpik) manat faiz borcu, 4.915,95 (dörd min doqquz yüz on beş manat doxsan beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 111.592,06 (yüz on bir min beş yüz doxsan iki manat altı qəpik) manat, DCL00301867-10 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 37.470 (otuz yeddi min dörd yüz yetmiş) manat əsas borc, 874,30 (səkkiz yüz yetmiş dörd manat otuz qəpik) manat faiz borcu, 1.873,5 (min səkkiz yüz yetmiş üç manat beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 40.217,8 (qırx min iki yüz on yeddi manat səkkiz qəpik) manat məbləğində borc və mediasiya prosesi üzrə ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və 184 manat dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, məhkəmə-mühasibatlıq ekspertizalarının keçirilməsinə xərclənmiş 200 (iki yüz) manat məbləğində pul vəsaitinin müştərək qaydada Nümayəndə1 və Cavabdeh2 MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
7. İddiaçı ASC apellyasiya şikayəti verərək, həmin qətnamənin cərimənin tutulması hissəsində ləğv edilməsi və həmin hissədə iddianın tam təmin edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi.
11. Cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
12. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
13. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
14. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız cərimə borcunun tutulması barədə tələblərin təmin edilməyən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
15. Məhkəmə kollegiyası hesab edir ki, cərimə pulunun tutulması barədə tələblərin təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgündür.
16. Belə ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.
17. İşin hallarını, yəni tərəflər arasında bağlanmış müqavilədə öhdəliyin icrasının gecikdirilməsinə görə cərimənin ödənilməsinin nəzərdə tutulduğunu, cavabdeh tərəfindən götürülən kredit məbləğlərini, kreditlərin verilmə tarixini və kreditlər üzrə aparılan son ödəniş tarixlərini müqayisə edərək, həmçinin iddiaçının məhkəməyə müraciət etdiyi tarixi, habelə müəyyən olunmuş cərimə məbləğlərinin əsas borcların 5 %-i həddində olmasını və bu tələblərlə bağlı məhkəmə təcrübəsini nəzərə alaraq kollegiya hesab edir ki, cərimə borcunun tutulması barədə tələblərin təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
18. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
19. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2651/2023 saylı qətnaməsi cərimə borcunun tutulması barədə tələblərin təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn