Məhkəmə qərarları › İş №2-2(103)-162/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-162/2020

04.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-162/2020 04.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X7 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, iddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X1rşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-1146/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən (hakim Leyla Əliyeva) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ƏDV daxil olmaqla 12.068,04 manat məbləğində xidmət haqqı, borcun ödənilmədiyi bütün müddət üçün 3.620 manat məbləğində dəbbə pulu və 30 manat məbləğində dövlət rüsumu olmaqla 15.718,04 manat məbləğində pulun X2 tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, avtomobillərin texniki xidməti və təmiri üzrə xx xxxxx 2016-cı il tarixli, C-095-S-PCC-16 saylı müqaviləyə əsasən İddiaçı MMC tərəfindən X3 avtomobillərinə texniki və təmir xidmətləri göstərmişdir. Göstərilmiş xidmətlərlə bağlı müvafiq elektron vergi-hesab fakturaları və zəruri olan digər sənədlər tərtib edilərək cavabdehə təqdim edilmişdir. Tərəflər arasında uzun müddət normal əməkdaşlıq münasibətləri olmuşdur. Lakin cavabdeh 2018-cı ildə göstərilən bəzi xidmətlərin haqqını ödəməmişdir. Hazırda texniki və təmir xidmətlərinə görə cavabdehin İddiaçı MMC-yə ƏDV daxil olmaqla 12.068,04 manat məbləğində borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehlə dəfələrlə danışıqlar aparılmasına və xəbərdarlıqlar edilməsinə baxmayaraq cavabdeh ödəməli olduğu borc məbləğini ödəməmişdir. Bundan sonra İddiaçı MMC xx.xx.2019-ci il tarixdə borcun ödənilməsi ilə bağlı pretenziya ilə cavabdehə müraciət etmişdir. Lakin pretenziyanı aldıqdan sonra da cavabdeh bu günə qədər ödəməli olduğu borc məbləğini ödəməmişdir və ödəməkdən imtina edir. Nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Avtomobillərin texniki xidməti və təmiri üzrə xx xxxxx 2016-cı il tarixli, 095-S-PCC-16 saylı müqavilənin 5.9-cu maddəsinə əsasən “Sifarişçi” xidmət haqqının ödənilməsini gecikdirirsə hər bir gecikdirilmiş gün üçün gecikdirilmiş məbləğin 0,1% miqdarında dəbbə pulu ödəməlidir və dəbbə pulunun miqdarı ödəniləcək məbləğin 30%-dən artıq ola bilməz. Cavabdeh göstərilmiş xidmətlərin dəyəri olan 12.068,04 manat məbləğində pulun ödənişini uzun müddət gecikdirmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-1146/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X2 12.068,04 manat məbləğində əsas borc, 1000 manat məbləğində cərimə, cəmi 13.068,04 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, iddia verilərkən ödənilmiş dövlət rüsumunun 5 (beş) manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-1146/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi üzrə işin halları məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmamış, sübutların mövcudluğuna baxmayaraq onların tədqiqi də təmin olunmamış və bunlar qeyri- qanuni qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Məhkəmə tərəfindən cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X3 məhkəmə iclaslarında iştirakı təmin edilməmişdir. Belə ki, məhkəmənin vaxtı və yeri barədə cavabdehə vaxtlı-vaxtında məlumat təqdim olunmamış, bununla da çəkişmə prinsipi pozulmuşdur. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, cavabdehə işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında X8 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin e-2-2 (82)-1146/2019saylı,xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı halda iş üzrə qəbul edilmiş qətnamə cavabdeh tərəfindən iddianın təmin edildiyi hissədə mübahisələndirilir. Məhkəmə qətnamənin qanuniliyi və əsaslılığını mübahisələndirilən hissədə yoxlayaraq hesab edir ki, qətnamənin qeyd edilən hissədə ləğv edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası (sifarişçi) ilə İddiaçı MMC (icraçı) arasında xx xxxxx 2016-cı il tarixdə C095-S-PCC-16 saylı avtomobillərə texniki xidmət və təmiri haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən icraçı sifarişçinin sifarişinə əsasən ona məxsus olan avtonəqliyyat vasitələrinə texniki xidmət və təmir işlərini icra etməyi, sifarişçi isə icra edilmiş xidmətləri təhvil almağı və razılaşdırılmış xidmət haqqını icraçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 5.7-ci bəndində sifarişçinin xidmətin dəyərini avtomobili TXS-dan təhvil götürdüyü zaman nağd şəkildə və ya icraçı tərəfindən hesab fakturanın sifarişçinin səlahiyyətli nümayəndəsinə çatdırıldığı andan etibarən 10 təqvim günü ərzində nağd və köçürmə yolu ilə icraçının hesablaşma hesabına ödəməli olması göstərilmişdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. xx xxxxxx 2018-ci il tarixli qarşılıqlı borcların üzləşmə aktına əsasən Səhiyyə Nazirliyinin X3 İddiaçı MMC-yə xx xxxxxx 2018-ci il tarixə olan borcu 30.668,32 manat təşkil edir. İddiaçı tərəfindən xx.xx.2018-ci il tarixli, EAAO seriyalı, 487495 saylı elektron qaimə tərtib edilərək cavabdeh Səhiyyə Nazirliyinin X2 558.41 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmişdir. Cavabdeh tərəfindən qanunla müəyyən edilmiş müddətdə qaiməyə düzəliş, etiraz təqdim olunmadığından elektron qaimə sistem tərəfindən təsdiqlənmiş və xx.xx.2018-ci il tarixli, HW seriyalı, 468090 saylı elektron vergi hesab - fakturası tərtib edilərək cavabdehə təqdim edilmişdir. İddiaçı MMC xx.xx.2019-cu il tarixli pretenziya qaydasında məktubla Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edərək, müqavilə üzrə yaranmış 12.068,04 manat məbləğində borcun ödənilməsini xahiş etmiş, borcun ödənilməsi təmin edilmədiyindən iddiaçı xx.xx.2019-cu il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının təqdim etdiyi sübutlar təsdiq edir ki, tərəflər həqiqətən müqavilə münasibətin olmuş, iddiaçı tərəfindən cavabdehə məxsus avtomobillərə texniki xidmət və təmir həyata keçirilmiş, xx xxxxxx 2018-ci il tarixə cavabdeh iddiaçıya 30.668,32 manat borclu olduğunu üzləşmə aktını imzalamaqla təsdiq etmişdir. Cavabdeh apellyasiya şikayətinə həmin borcun tam ödənilməsinə dair hər hansı sübut əlavə etməmişdir. Birinci instansiya məhkəməsi mübahisənin həlli ilə bağlı Mülki Məcələnin 385.1, 442, 443.1, 448.1-ci maddələrinə düzgün olaraq istinad edərək belə nəticəyə gəlmişdir ki, iddia cavabdehdən 12.068,04 manat əsas borcun tutulması hissəsində əsaslıdır. İddianın cərimənin tutulması hissəsinə münasibət bildirərək birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh Səhiyyə Nazirliyinin X3 avtomobillərin texniki xidməti və təmiri müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etməməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə əsasən tutulacaq dəbbə pulunun iddiaçının tələb etdiyi məbləğdə deyil, 1000 manat məbləğində müəyyən etmişdir. Cavabdeh apellyasiya şikayətində işə baxmış məhkəmə tərəfindən cavabdehin nümayəndəsinin məhkəmə iclaslarında iştirakının təmin edilmədiyini və bununla da çəkişmə prinsipinin pozulduğunu göstərmişdir. Lakin iş materiallarına əlavə edilmiş poçt xəbərnamələrindən görünür ki, işə birinci instansiya məhkəməsində baxılan zaman məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh lazımi qaydada məlumatlandırılsa da nümayəndəsi iclaslarda iştirak etməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığından qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslı hesab edilə bilməz. Mülki Prosessual Məcəllənin 385.2.-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyindən, işə baxmış məhkəmə maddi və prosessual hüquq pozuntularına yol vermədən mübahisəni düzgün həll etdiyindən apellyasiya şikayəti təmin edilməməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-1146/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X3 apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2 (82)-1146/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar