Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-163/2020 27.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X5 və X1 ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi X2 (işçisi), cavabdehin nümayəndəsi X3 (işçisi) iştirakı ilə İddiaçı Nümayəndə Məhdud Məsuliyətli Cəmiyyətinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «qarantiya üzrə ödənişin gecikmə faizinin və işgüzar nüfuza vurulmuş zərəin əvəzinin tutulması tələbinə dair» iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-856/2019 saylı, xx.xx.2019-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı Nümayəndə («MMC») Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə («ASC») qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, 6445 nömrəli icra qarantiyası üzrə ödənilməli 250.627,08 manat pulun 93 gün gecikdirilməsinə görə həmin pul məbləğinin beş faizi olaraq 3192,69 manat, iddiaçının işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi olaraq 50.000 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi, 53222,69 manat pulun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxx 2019-cu il tarixdə Nümayəndə MMC ilə “xxxx” MMC arasında bağlanmış QSZ S 086/0419 saylı alqı-satqı müqaviləsinə əsasən iddiaçı “CEM İİ/A-P 42.5 R” markalı sement məhsulunu “xxxx” MMC-yə satmışdır. Alıcının satıcı qarşısında müqavilə üzrə öhdəliklərinin icrası Cavabdeh ASC-nin xx xxxxx 2019-cu il tarixli, 6445 nömrəli icra qarantiyası ilə təmin edilmişdir. Alıcı satıcı qarşısında müqavilədən irəli gələn öhdəliklərini icra etməmiş və aldığı mala görə xx xxxx 2019-cu il tarixənə 250627,08 manat məbləğində iddiaçıya borcu yaranmışdır. Ona görə də cavabdeh banka müraciət edərək xx xxxxx 2019-cu il tarixli, 6445 nömrəli icra qarantiyası öhdəliyinin təmin olunaraq iddiaçının hesabına 250.627,08 manat məbləğin ən qısa zamanda ödənilməsi xahiş olunmuş, lakin cavabdeh icra qarantiyası üzrə öhdəliyini heç bir səbəb göstərmədən icra etməmişdir. Halbuki, qanunvericiliyin, o cümlədən, icra qarantiyasının tələbinə görə, qarant qarantiya üzrə tələbi qeyd-şərtsiz və dərhal icra etməlidir. Müvafiq pretenziya məktubu ünvanlanaraq, bir daha icra qarantiyası üzrə öhdəliyinin icra edilməsi tələb edilsə də, cavabdeh tələbi icra etməkdən yayınmış, bu səbəbdən iddiaçı pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsininxx.xx.2019-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, «Cavabdeh ASC-dən 3192,69 (üç min yüz doxsan iki manat altmış doqquz qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq Nümayəndənə ödənilməsi və iddianın tələbi qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, Cavabdeh ASC-dən icra qarantiyası üzrə ödənilmiş 250.627,08 manat məbləğində pulun 93 gün gecikdirilməsinə görə məbləğin beş faizi olaraq 3192,69 manat tələbi hissəsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, qeyd olunan 93 gün gesikmə qəsdli şəkildə yox, məhz, araşdırma nəticəsində yaranmışdır. Həmin sənədlərin araşdırılması və nəticə etibarı ilə ödənilməsi üçün vaxt tələb olunur. İddiaçının tələb etdiyi beş faiz Cavabdeh ASC-dən yox, «HTM «xxxx» MMC-dən (alıcı) tutulmalıdır. Məhz, sonuncunun işi ilə bağlı bank tərəfindən araşdırma aparılması ilə əlaqədar qeyd olunan gecikmə yaranmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Zeynallı apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegyiasının iclasında iştirak edən iddiaçının nümayəndəsi N.Kərimli apellyasiya şikayətinə etirazını bildirərək göstərmişdir ki, cavabdeh xx xxxxx 2019-cu il tarixli, 6445 nömrəli icra qarantiyasını vaxtında yerinə yetirməmiş, işə baxılması ərəfində icra edtmiş, özü də iddiaçıya yox, alıcının hesabına ödəmiş, sonuncu tərəfindən yalnız pul zavada ödənilmiş, bununla da öhdəliyini laımınca icra etməmişdir. Odur ki məhkəmədən birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını xahiş dir. İİ.Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarına əsasən müəyyən olunur ki, xx xxxxx 2019-cu il tarixli, QSZ S S086/0419 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı "Nümayəndə" MMC sement məhsullarını alıcı "HTM-xxxx" MMC-nə satmağı, sonuncu isə öz növbəsində həmin malların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 7.2.7-ci və ona 1 saylı Əlavənin 2.1-ci bəndinə əsasən alıcı malın dəyərini satıcı tərəfindən təqdim edilmiş hesab-faktura əsasında 5 gün ərzində satıcıya ödəməlidir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən satıcı alıcıdan bank zəmanəti tələb edə bilər. İş materiallarının 34-cü vərəqində olan, xx xxxxx 2019-cu il tarixli 6445 nömrəli icra qarantiyasına əsasən xx xxxxx 2019-cu il tarixli, QSZ S S086/0419 nömrəli alqı-satqı müqaviləsinin şərtləri və müddəaları alıcı tərəfindən pozulduqda, bank tərəfindən 300.000 manatdan artıq olmayan məbləği qeyd-şərtsiz və mübahisəsiz olaraq yazılı tələbin verildiyi tarixdən etibarən 5 təqvim günündən gec olmayaraq ödəniləcək. İş materiallarından görünür ki, iddiaçı tərəfindən alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq mallar alıcıya təqdim olunsa da, sonuncu öhədlyini yerinə yetirməmiş, onun borc öhdəliyinə bank qarantiyası verən cavabdeh bank da, həmçinin öz öhdəliyini lazımınca icra etməmiş gecikdirmişdir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, sözügedən alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən alıcıya: -xx.xx.2019-cu il tarixli EAAT seriyalı 864884 nömrəli elektron qaimə ilə 27.768,94 manat; -xx.xx.2019-cu il tarixli EAAU seriyalı 130162 nömrəli elektron qaimə ilə 71.559,89 manat; - xx.xx.2019-cu il tarixli EAAU seriyalı 270561 nömrəli elektron qaimə ilə 5.243,92 manat; -xx.xx.2019-cu il tarixli EAAU seriyalı 413530 nömrəli elektron qaimə ilə 39.601,13 manat; -xx.xx.2019-cu il tarixli EAAU seriyalı 538396 nömrəli elektron qaimə ilə 16.425,39 manat; -xx.xx.2019-cu il tarixli EAAV seriyalı 140968 nömrəli elektron qaimə ilə 11.000,31 manat; - xx.xx.2019-cu il tarixli EAAV seriyalı 378469 nömrəli elektron qaimə ilə 22.289,04 manat; -xx.xx.2019-cu il tarixli EAAV seriyalı 380721 nömrəli elektron qaiməyə əsasən 15757,98 manat; - xx.xx.2019-cu il tarixli EAAV seriyalı 590973 nömrəli elektron qaimə ilə 22.579,84 manat; -xx.xx.2019-cu il tarixli EAAV seriyalı 845128 nömrəli elektron qaiməyə əsasən 44.513,73 manat – cəmi 250.627,08 manat dəyərində mal satmışdır. İşə əlavə olunmuş, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 409-A nömrəli məktubdan görünür ki, xx.xx.2019-cu il tarixli, 6445 nömrəli icra qarantiyası üzrə 250.627,08 manat məbləğin ödənilməsi cavabdehdən tələb olunmuş, lakin müsbət nəticə verməmişdir. Məsələ ilə bağlı iddiaçı X4 Palatasına müraciət etmiş, Palatanın (iş vərəqi 39) xx.xx.2019-cu il tarixli cavabdeh banka ünvanlanmış məktubu ilə cavabdeh bank tərəfindən qarantiya məktubundan imtina edilməsi əsassız hesab olunaraq, sonuncudan qarantiya üzrə öhdəliklərin 5 gün ərzində icra ediərək nəticəsi barədə Palataya və iddiaçıya məlumat verilməsi tələb olunmuş, əks halda İXM-in 548.1-ci maddəsinə əsasən barəsində inzibati tənbeh tədbiri görüləcəyi barədə xəbərdar edilmişdir. İşə əlavə olunmuş xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından və «xxxx» QSC-nin 442 №-li xx xxxxxxx 2019-cu il tarixli məktubuna əsasən, habelə tərəflərin nümayədələrinin izahatına əsasən müəyyən olunur ki, cavabdeh öz öhdəliyini ona qarşı iddia qaldırıldıqdan sonra, daha konkret, malların təqdim edildiyi vaxtdan 4 ay sonra, özü də satıcının (iddiaçının) hesabına deyil, alıcı "HTM-xxxx" MMC-nin hesabına ödənişi aparmış, sonuncu yalnız "Nümayəndə" MMC-nin hesabına 250.627 manat məbləğində ödənişi həyata keçirmiş, bununla ödəniş icra qarantiyası üzrə ödəniş 93 gün gecikdirilmişdir. Mülki Məcəlləsinin 478-ci maddəsinə əsasən, qarantiyaya əsasən qarant (bank, digər kredit idarəsi və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir. Həmin Məcəllənin 479.1-ci maddəsinə əsasən, qarantiya prinsipialın benefisiar qarşısında öhdəliyini (əsas öhdəliyi) lazımınca icra etməsini təmin edir. Həmin Məcəllənin 485.1-ci maddəsinə əsasən, benefisiarın tələbini aldıqda qarant bu barədə ləngimədən prinsipiala məlumat verməli və tələbin surətini ona aid bütün sənədlərlə birlikdə prinsipiala təqdim etməlidir. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Beləliklə də, müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın qismən təmin olunaraq ödənişin gecikdirilməsinə görə 3192,69 manat illik faiz məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulmasının qət olunması mahiyyəti üzrə düzgün nəticədir. MPM-in 385.2-ci maddəsinin tələbində də nəzərdə tutulur ki, məhkəmənin fakitlar nöqteyi nəzərindən qanuni və əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə də, qeyd olunanlara əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin qarantiya ödənişinin bank tərəfindən 93 gün gesikdirilməsinin alıcının sənədlərinien araşdırması nəticəsində yarandığını, bunun üçün vaxt tələb olunduğunu mübahisələndirən dəlillərini əsassız sayaraq qeyd edir ki, onun bu dqəbildən olan dəlilləri qarantiya üzrə üzərinə götürdüyü öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, onun üzərinə götürdüyü bank qarantiyası öhdəliyi müstəqil öhdəlik olması baxımından mübahisəli faiz məbləğinin alıcıdan tutulmasını vurğulayan dəlillərini də əsassızdır. Bu mənada məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-856/2019 saylı xx.xx.2019-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 404-1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsində baxılan iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 218, 382, 393, 384, 392, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. İş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2-2(82)- 856/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür. Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-163/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-163/2020
27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver