Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-163/2022 10.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı1, iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə2 və cavabdeh “X3 Məmulatları Zavodu” ASC-nin nümayəndəsi və vəkili Nümayəndə4 iştirakı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-957/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 22.04.2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə və “X3 Məmulatları Zavodu” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X3 Məmulatları Zavodu” Açıq Səhmdar Cəmiyyətinə dair sənədləri təsdiq olunmuş surətlərinin iddiaçılara təqdim edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 22.04.2021-ci il tarixli e-2-2(113)-957/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçılar həmin qətnamədən apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında İddiaçı1 və iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdilər, cavabdeh “X3 Məmulatları Zavodu” ASC-nin nümayəndəsi və vəkili Nümayəndə4 isə apellyasiya şikayətinə etiraz etdi. Cavabdeh Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçılar 2005-ci ildən «X3 Məmulatları Zavodu» ASC-nin səhmdarlarıdırlar. İddiaçıların həmin ASC-də ümumilikdə 14810 ədəd səhmləri vardır. Həmin səhmlərdən 7230 ədədi İddiaçı1, 5800 ədədi İddiaçı2, 1780 ədədi isə İddiaçı3 adınadır. İddiaçılar bildirir ki, həmin vaxtdan bu günə kimi ASC tərəfindən divident ödənilməmiş, eyni zamanda ASC-nin fəaliyyəti barədə illik hesabatlar da təqdim edilməmişdir. Dəfələrlə həmin ASC-yə müraciət edilməsinə baxmayaraq bir məlumat verilməmişdir. Hətta poçt vasitəsi ilə sonuncu göndərilmiş məktubun qəbul edilməsindən iddiaçı tərəfə məlum olmayan səbəbdən imtina edilmiş və bu səbəbdən də məktub geri qaytarılmışdır. Bundan əvvəl də iddiaçı tərəfindən cavabdehə göndərilmiş məktubların geri qaytarılmasına səbəb olaraq «X3 Zavodu» ASC-nin yerləşdiyi binanın sökülməsi göstərilmişdir. Həmçinin ASC-yə aid zəruri sənədlərin və məlumatların verilməsinə dair Milli Depozit Mərkəzinə 16 noyabr 2020-ci il tarixli müraciət edilmiş, lakin 02.12.20-ci il tarixli 01/04-13444 saylı məktubla bundan imtina edilmişdir. Cavabdeh “X3 Məmulatları Zavodu” ASC iddiaya etiraz edir və bildirir ki, Qanuni nümayəndə hazırda ASC-də direktor vəzifəsində işləmir, müəssisə ilə 2006-cı ildən bəri heç bir əlaqəsi olmayıb, həmin müəssisə uzun illərdir ki, fəaliyyət göstərmir, müəssisənin təsisçiləri Azərbaycan Respublikasının ərazisində yaşamırlar. Məhkəmə kollegiyası hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, Mülki Məcəllənin 106-1.3.2-ci maddəsinin tələbinə görə səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq hüququ vardır. Həmin Məcəllənin 106-1.3.5-ci maddəsinin tələbinə görə cəmiyyətin Səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 106-2.3-cü maddəsinin tələbinə görə səhmdar ildə bir dəfə cəmiyyətin icra orqanı səhmdarının reyestrini beş gün ərzində həmin səhmdara təqdim etməlidir. Həmin Məcəllənin 107-5.3 və 107-6.3-cü maddələrinə əsasən səhmdarların ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarlar on beş təqvim günündən gec olmayaraq səhmdarlara elan edilməlidir. Səhmdarların tələbi ilə protokolun surəti ona təqdim edilməlidir. «X3 Məmulatları Zavodu» ASC-nin Nizamnaməsinin 5.1-ci bəndinə əsasən səhmdarların ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək hüququ vardır. Həmin Nizamnamənin 5.3-cü bəndinə əsasən səhmdarların yazılı ərizəsinə əsasən ildə bir dəfə səhmdarların reyestrinin ona təqdim edilməsini tələb etmək hüququ vardır. Hazırki işdə də iddiaçılar “X3 Məmulatları Zavodu” ASC-nin səhmdarları kimi iddia ərizəsində adları sadalanan və cəmiyyətin fəaliyyətinə dair sənədlərin onlara təqdim edilməsini xahiş etmiş, lakin həmin sənədlər onlara təqdim edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçılar «X3 Məmulatları Zavodu» ASC-nin səhmdarların reyestrinin, son 10 il üçün illik hesabatlar, maliyyə hesabatları və ümumi yığıncaqların protokollarının surətlərinin onlara təqdim edilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı kollegiya hesab edir ki, iddia ərizəsində adları sadalanan digər sənədlərin təqdim edilməsi və digər cavabdeh Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinə aid hissədə iddia təmin edilə bilməz. Belə ki, mülki qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarından da göründüyü kimi səhmdarın yalnız səhmdar cəmiyyətindən onun reyestrinin, illik hesabatlarının, maliyyə hesabatları və ümumi yığıncaqların protokollarının surətlərinin ona təqdim edilməsini tələb etmək hüququ vardır. İddia ərizəsində adları sadalanan digər sənədlərin səhmdara verilməsi isə nə mülki qanunvericilikdə, nə də cəmiyyətin Nizamnaməsində birbaşa olaraq göstərilməmişdir. Ona görə də kollegiya hesab edir ki, həmin hissədə iddia təmin edilə bilməz. Eyni zamanda kollegiya izah edir ki, iddia ərizəsində adları sadalanan digər sənədlər cəmiyyətin həm illik, həm də maliyyə hesabatlarında öz əksini tapacaqdır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia təmin edilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-957/2021 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 22.04.2021-ci il tarixli qətnaməsi qismən, yəni cavabdeh «X3 Məmulatları Zavodu» ASC-yə aid hissədə ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh «X3 Məmulatları Zavodu» ASC tərəfindən həmin ASC-nin səhmdarlarının reyestri, son 10 il üçün illik hesabatlar, maliyyə hesabatları və ümumi yığıncaqların protokollarının surətləri iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 təqdim edilsin. Həmin cavabdehə münasibətdə iddianın qalan hissəsi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2-2(103)-163/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-163/2022
10.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver