Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-165/2021 02.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X2 və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1819/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin (hazırkı adı “xxxx” MMC) üzərinə 2016-2017-ci illər üçün MMC-nin fəaliyyətin nəticəsində əldə edilmiş xalis mənfəətin iştirakçılar arasında bölüşdürülməsi ilə bağlı təsisçilərinin ümumi yığıncağının keçirilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1819/2020 saylı qərardadı ilə ərizə təmin edilmiş və iş üzrə icraata xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı və iddiaçının nümayəndəsi və vəkili X8 şikayəti müdafiə etdilər, cavabdehin nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, xx.xx.2017-ci il tarixdə İddiaçı X3 və “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək “xxxx” MMC-nin nizamnamə kapitalının iştirakçılarının vəsaiti hesabına artırılması barədə x xxxxxx 2016-cıl il tarixli Qərarının yalan əqd hesab edilməsi və “xxxx” MMC-nin nizamnamə kapitalının yenidən 10.000 manat məbləğinə qaytarılması və iştirakçıları nizamnamə kapitalında pay nisbətinin İddiaçı 45% və X1 55% olmaqla bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2017-ci il tarixdə İsmayılov X4 Zərifə Kamil qızı, X6 və “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin onun “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin iştirakçısı olaraq hüquqlarının həyata keçirilməməsinə, cəmiyyətin son hesabat dövrü ərzində fəaliyyətləri ilə bağlı məlumatların ona təqdim edilməməsinə, cəmiyyətin fəaliyyətinin əsas istiqamətlərinin müəyyən olunması, onların yerinə yetirilməsinə dair plan və hesabatların təsdiq edilməsi, illik hesabatlarının və mühasibat balanslarının təsdiq edilməsi, mənfəətin və zərərin bölüşdürülməsi, fəaliyyətinin illik nəticələrinin, auditor rəy və hesabatlarının təsdiq olunması, zərərin ödənilməsi qaydasının müəyyən edilməsi, cəmiyyətin təftiş komissiyasının (müfəttişin) seçilməsi, cəmiyyətin icra orqanlarının səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi və indiki şəraitdə cəmiyyətin üstün maraqlarının təmin edilməsi məqsədilə icra orqanlarının səlahiyyətlərinin kənar idarəçiyə verilməsi barədə məsələlər gündəliyə daxil edilməklə cəmiyyətin ümumi yığıncağının keçirilməməsinə, onun iştirakçı olaraq ümumi yığıncaqda digər məsələləri də müzakirəyə qaldırmaq hüququnun təmin olunmamasına yönəlmiş hərəkət və hərəkətsizliklərinin qanunsuz hesab edilməsi və 10 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-7071/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6640/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi X7 iddiadan imtinası qəbul edilmiş və həmin mülki iş üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin ifadə formasında müəyyən fərqlər olsa da, həm Nəsimi Rayon Məhkəməsinin icraatında olmuş iş, həm də hazırkı iş üzrə iddia predmetini İddiaçı mənfəətin bölüşdürülməsi məqsədilə Cavabdeh MMC-nin ümumi yığıncağının keçirilməsini tələb etmək hüququ təşkil edir. Mülki Prosessual Məcəlləsinin: 261.0.2, 261.0.4 və 262.1-ci maddələrinə istinad edərək, məhkəmə hesab etmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin iddiaçının iddiadan imtina edilməsi barədə qanuni qüvvəyə minmiş qərardadı mövcud olduğundan hazırkı kommersiya mübahisəsi üzrə iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, məhkəmə həmin nəticəyə gələrkən prosessual normaların tələblərini pozmuşdur. Belə ki, hazırki mübahisənin predmeti iclasın keçirilməsi ilə bağlı aktiv hərəkətin edilməsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulmasından ibarət olduğu halda, digər mülki işin predmeti cavabdehin hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsindən ibarətdir. Göründüyü kimi iddiaların predmeti fərqlidir. Ona görə də, kollegiya hesab edir ki, hazırkı iş üzrə Mülki Prosessual Məcəllənin 261.0.2-ci maddəsinin tətbiq edilməsi və icraata xitam verilməsi üçün əsaslar mövcud deyildir. Göstərilən halları nəzərə alaraq kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iş üzrə icraata xitam verilməsi barədə cavabdeh tərəfindən verilmiş vəsatət təmin edilməməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1819/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin. İş üzrə icraata xitam verilməsi barədə Cavabdeh MMC tərəfindən verilmiş vəsatət təmin edilməsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-165/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-165/2021
02.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver