Məhkəmə qərarları › İş №2-2(103)-166/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-166/2024

19.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-166/2024 19.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdеhlərdən müştərək qaydada iddiaçının хеyrinə pulun tutulması, tələbin əmlaka yönəldilməsi və s. tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 16 oktyabr 2023cü il tarixli, e-2-2(113)-3556/2023 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış xx.xx.2019-cu il tarixli 002R********** saylı krеdit razılaşmasının, xx.xx.2021-ci il tarixli 002R**********S saylı və xx.xx.2021-ci il tarixli 002R**********SA saylı sazişlərin ləğv edilməsi, cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 002R********** saylı krеdit razılaşması üzrə 26.559,9 manat məbləğində krеdit bоrcu, 2.700,19 manat məbləğində faiz bоrcu və 3.681,37 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 32.941,46 manat məbləğində bоrcun və tərəflərindən ödənilmiş 200 manat mediasiya xərcinin tutulması; tələbin Cavabdeh3 xüsusi mülkiyyətində olan DAF XF105.410T-yük markalı, 90SK466 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin nəqliyyat vasitəsinin açıq hərracdan satılması, 32.941,46 manat məbləğində bоrcun və tərəflərindən ödənilmiş 200 manat mediasiya xərcinin həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ümumi qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-3556/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 002R********** saylı krеdit razılaşması üzrə 25.907,90 manat məbləğində əsas krеdit bоrcu, 2.700,19 manat məbləğində faiz bоrcu, 1.250 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 29.858,09 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 180 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı QSC-yə ödənilməsi, tələb üzrə tutmanın Cavabdeh3 mülkiyyətində olan DAF XF105.410T-yük markalı, **-SK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması, əmlakın satışından əldə olunmuş vəsait hesabına İddiaçı QSC-nin tələbinin ödənilməsi, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğin Cavabdeh3 qaytarılması, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması, qalan hissədə iddianın rədd edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaitinin 90 manat hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada, 10 manat hissəsinin isə İddiaçı QSC-dən tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı Cavabdeh1 ilə bağlanmış xx.xx.2019-cu il tarixli 002R********** saylı krеdit razılaşmasının, xx.xx.2021-ci il tarixli 002R**********S saylı və xx.xx.2021-ci il tarixli 002R**********SA saylı sazişlərin ləğv edilməsi tələbinə dair hissədə iş üzrə icraata xitam verilmişdir.

4. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3556/2023 saylı qətnaməsinin qismən – ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməməsi hissəsində ləğv edilərək, "xxxx" MMC-nin rəyinə əsasən, 49000 manat likvid qiymətin əmlakın ilkin satış qiyməti kimi müəyyən edilməsi, qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

5. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən əmlakın qiymətləndirilməsi ekspertizası təyin edilmişdir. Legal Prime MMC-nin xx.xx.2023-cü il tarixli LP-149/2023 saylı rəyinəəsasən, əmlakın bazar qiyməti 55000 manat, likvid qiyməti 49000 manat dəyərində müəyyən edilmişdir. Məhkəmə prosesində əmlakın likvid dəyərinin müəyyən edilməsinə baxmayaraq, qətnamədə ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti göstərilməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmetiolan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair AliMəhkəmənin 20 iyul 2020-ci il tarixli qərardadında birbaşa göstərilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3cü maddəsinəəsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Lakin hazırki iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsində bu hal nəzərə alınmamış, əmlakın likvid qiyməti müəyyən edilməmişdir. Belə ki, məhkəmə tərəfindən əmlakin ilkin satış qiyməti kimi Legal Prime MMC-nin rəyinə əsasən 49000 manat likvid qiymət müəyyən edilməli idi. Bu səbəbdən hazırki qətnamə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməməsi hissəsində əsassızdır. Hesab edirik ki, Legal Prime MMC-nin rəyinə əsasən 49000 manat likvid qiymət ilkin satış qiyməti kimi qətnamədə göstərilməlidir. Məhkəmə qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etməməklə hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipini pozmuşdur. Bu hal qətnamənin icra olunmasında qeyri müəyyənliyin yaranmasına səbəb olacaqdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

9. Həmin Məcəllənin 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

10. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

11. Həmin Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.

12. “İpoteka haqqında” Qanunun: 1.0.6-cı, 3.1-ci, 10.4-cü, 11.1-ci, 11.2-ci maddələrinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır və dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir və ipoteka hüququ həmin andan əmələ gəlir. Daşınar əşyanın ipotekası haqqında müqavilə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. İpoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.

13. Həmin Qanunun 34.1-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda.

14. Həmin Qanunun 47.5-ci maddəsinə görə ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur.

15. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.

16. Həmin Qanunun 38.2-ci maddəsinə əsasən ipoteka predmetinin açıq bazarda satılması üsulu ipoteka müqaviləsində nəzərdə tutulduğu halda notarius tərəflərdən birinin istəyi ilə ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiq edilmiş müraciətini icra qeydi ilə birlikdə 1 iş günü ərzində icra orqanına göndərir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ipoteka predmeti açıq bazarda satılmaqla tələbin könüllü icrası üçün 2 ay müddət müəyyən edilir. Bu halda ipoteka predmeti ipoteka qoyanın əsas öhdəliyin həcmi barədə notariusa təqdim etdiyi arayış əsasında satılır. İpoteka predmeti bu müddətdə açıq bazarda satıldığı halda notarius satışdan əldə olunan pul məbləğini depozit hesabından icra orqanının depozit hesabına köçürür və həmin məbləğ bu Qanunun 47-ci maddəsinə uyğun olaraq bölüşdürülür. İpoteka predmeti bu müddətdə açıq bazarda satılmadığı halda tələb icra məmuru tərəfindən məcburi qaydada icra edilir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsində müəyyən edilmədikdə, tərəflərin razılığı əsasında ipoteka müqaviləsində göstərilən müstəqil qiymətləndiricilərdən biri, ilkin satış qiyməti müəyyən edilərkən həmin müstəqil qiymətləndiricilər qanunla müəyyən edilmiş qaydada fəaliyyətini dayandırdıqda və ya onların fəaliyyətinə xitam verildikdə isə, tərəflərin sonradan müəyyənləşdirdiyi digər qiymətləndirici tərəfindən müəyyən edilir. Müstəqil qiymətləndiricinin xidmətlərindən istifadə olunduqda buna görə xərclər ipoteka saxlayan tərəfindən ödənilir və bu xərclər ipoteka predmetinin satışından əldə edilən vəsait hesabına ona qaytarılır.

17. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: .. 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

18. Həmin Qanunun 41.3-cü maddəsinə əsasən hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.

19. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərinin yalnız ipoteka predmetinin ilkin satış qiymətinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı yalnız iddianın təmin olunan hissəsinin ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

23. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı «AccеssBank” QSC ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixli 002L**********93 saylı uzunmüddətli kredit müqaviləsi və həmin müqavilə üzrə xx.xx.2019-cu il tarixli kredit razılaşmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı "xxxx" QSC Cavabdeh1 müqavilədə və razılaşmada müəyyən edilmiş şərtlərlə cəmi 50.000 manat məbləğində kredit verməklə, göstərilən müqavilə və razılaşma ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etmiş, lakin Cavabdeh1 kredit müqaviləsi üzrə əsas kredit borcunu və faizləri ödəmək öhdəliyini lazımi qaydada icra etməmiş, nəticədə cavabdehin iddiaçıya əsas və faiz borcu yaranmışdır.

24. Həmin tələblə bağlı məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 002L**********93 saylı uzunmüddətli kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq "xxxx" QSC və Cavabdeh3 arasında bağlanmış 28 dekabr 2018-ci il tarixli, 002M**********01 saylı ipoteka müqaviləsinə əsasən hazırda mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus DAF XF105.410T-yük markalı, 90SK466 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir. Müqavilə qanunla müəyyən edilmiş qaydada daşınar əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İpoteka predmetinə tutma yönəldilməsi ilə bağlı “İpotekahaqqında” Qanunda nəzərdə tutulmuş prosedura əməl edilmiş, ipoteka qoyana ipotekaya tutma yönəldilməsi barədə bildiriş göndərilmiş, həmin bildirişin daşınar əmlakın dövlət reyestrində qeydə alınması ilə müraciət edilmiş və bildiriş reyestrdə qeydiyyata alınmışdır.

25. Belə olan halda məhkəmə hesab etmişdir ki, ipotekaya tutma yönəldilməsi tələbinə dair hissədə iddia təmin edilməli, tələb üzrə tutma Cavabdeh3 məxsus DAF XF105.410T-yük markalı, 90SK466 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına "xxxx" QSCnin borc tələbi ödənilməli, satışdan əldə edilən məbləğ tutulan məbləğdən artıq olduqda isə artıq qalmış məbləğ Cavabdeh3 qaytarılmalı, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmalıdır.

26. "xxxx" QSC (ipoteka saxlayan), Cavabdeh1 (borc alan) və Cavabdeh3 (ipoteka qoyan) arasında 28 dekabr 2018-ci il tarixli, 002M**********01 saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı 28 dekabr 2018-ci il tarixdə Bakı şəhərində bağlanmış 002L**********93 saylı uzunmüddətli kredit müqaviləsi və bu uzunmüddətli kredit Müqaviləsinin ayrılmaz hissəsi olan «Kredit Razılaşması», «Bank qarantiyası verliməsi haqqında müqavilə» və «Akkreditiv açılması üçün razılaşma» formasında bağlanan ayrıca Razılaşmalar üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək üçün Bank qarşısında ipoteka ilə yüklü edir. Müqavilənin: 2.1-ci bəndinə əsasən ipotekanın predmeti mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus DAF XF105.410T-yük markalı, 90SK466 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsidir.

27. Həmin ipotaka müqaviləsində (2.4-cü bəndində) ipoteka predmetinin səyəri 35 000 manat müəyyən edilmişdir.

28. Lakin iddiaçı tərəf ipoteka predmetinin ilkin satış (likvid) qiymətinin məhkəmə tərəfindən ekspert rəyi vasitəsilə müəyyən edildiyini, lakin qətnamənin nəticə hissəsində rəydəki məbləğin müəyyən edilməməsini mübahisələndirmişdir.

29. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 206.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

30. Məhkəmə ilkin satış qiyməti ilə bağlı mübahisəli halı aydınlaşdırmaqdan ötrü məhkəmə əmtəəşünaslıq ekspertizası keçirmişdir. Belə ki, "xxxx" MMC-nin 14 avqust 2023-cü il tarixli, LP-149/2023 saylı mütəxəssis rəyinə əsasən DAF XF105.410T-yük markalı, 90SK466 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hazırkı bazar dəyəri 55.000 manat, likvid qiyməti 49.000 manat dəyərində müəyyən edilmişdir.

31. Apellyasiya icraatı zamanı təkrar məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmiş, lakin 2 dəfə tədqiqat obyekti təqdim edilmədiyinə görə ekspertizanın aparılmasından imtina olunmuşdur.

32. Göründüyü kimi məhkəmə ilkin satış qiymətini müəyyən etsə də, qətnamənin nəticə hissəsində həmin məbləği qeyd etməmişdir. Apellyasiya şikayətində bu məsələ qeyd edilmişdir.

33. Apellyator məhkəmənin əldə etdiyi mütəxəssis rəyində qeyd edilən ilkin satış qiymətinin (likvid) 49 000 manat həddində müəyyən edilməsini istəmişdir.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ilkin satış qiymətinin müəyyən edilməməsi barədə dəlili ilə razılaşmışdır. Belə ki, iş materiallarında likvid qiymətin müəyyən edilməsi üçün sübut təqdim edilmişdir. Kollegiya hesab edir ki, qətnamə mübahisələndirilən hissədə dəyişdirilməli və ilkin satış qiyməti (likvid) məhkəmənin araşdırma nəticəsində əldə etdiyi rəydə qeyd olunan 49 000 manat məbləğində müəyyən edilməlidir.

35. Mülki Prosessual Məcəllənin 384.0.3-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.3, 385.1.3, 389, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-3556/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə, yəni ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilsin. İlkin satış qiyməti 49.000 (qırx doqquz min) manat məbləğində müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar