Məhkəmə qərarları › İş №2-2(103)-167/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-167/2020

05.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-167/2020 05.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X2 və Əhmədov İlham Bayram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin cavabdeh “xxxx” FM MMC-yə qarşı “kredit müqaviləsi üzrə borcun tutulmasına” dair iddiası üzrə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (81)-201/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən (hakim Aytən Oruczadə) cavabdeh “xxxx” FM MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin cavabdeh “xxxx” FM MMC-nə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxx” FM MMC-dən xx xxxxx 2012-ci tarixli, 29K/12 saylı təminatsız bərpa olunan kredit müqaviləsinə əsasən faiz borcu üzrə 92.000,26 AZN, cərimə borcu üzrə 25.671,86 AZN, cəmi 117.672,12 AZN borcun və iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 AZN bank xərcinin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (81)-201/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh “xxxx” FM MMC-dən xx xxxxx 2012-ci tarixli, 29K/12 saylı Təminatsız bərpa olunan kredit müqaviləsinə əsasən faiz borcu üzrə 63.901,68 manat, cərimə borcu üzrə 1000 manat, ödənilmiş 20 manat dövlət rüsumunun Ləğv prosesində olan İddiaçı1 ASC-nin xeyrinə tutulması, məhkəmə mühasibatlıq ekspertizalarının tədqiqat dəyəri olan cəmi 145 manatın cavabdeh “xxxx” FM MMC-dən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən tərəflərə təqdim edildiyi gündən 1 ay müddətində apellyasiya şikayəti verilmədiyi üçün qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Cavabdeh “xxxx” FM MMC xx.xx.2020-ci il tarixdə qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə tərəfindən iş materiallarının 176-cı vərəqinə əlavə edilmiş məhkəmə qəbzinə əsasən müəyyən edilmişdir ki, cavabdehin nümayəndəsi və vəkil X3 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (81)-201/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətini xx.xx.2019-cu il tarixdə qəbzə imza etməklə rəsmi qaydada qəbul etmiş, Ən geci xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti vermək hüququ olduğu halda qətnamədən apellyasiya şikayətini xx.xx.2010-ci il tarixdə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129.1-ci maddəsinə əsasən aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Həmin Məcəllənin 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Göründüyü kimi cavabdeh qətnamədən apellyasiya şikayəti verilməsi üçün Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş 1 aylıq müddəti ötürmüş, müddətin bərpası barədə məhkəməyə vəsatət verməmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (81)-201/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxx” FM MMC-nin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 363, 366-cı, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qər а r а а ldı : 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-2 (81)-201/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxx” FM MMC-nin tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar