Məhkəmə qərarları › İş №2-2(103)-17/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-17/2024

11.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-17/2024 11.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Vahid Nəriman oğlu Sadıqov və İbrahim Adil oğlu İbrahimlidən ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 1585/2022 nömrəli qətnaməsindən iddiaçı və Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASCnin xeyrinə 393.740,81 (üç yüz doxsan üç min yeddi yüz qırx manat 81 qəpik) manat əsas, 9.583,54 (doqquz min beş yüz səksən üç manat 54 qəpik) manat faiz, 1.634,94 (bir min altı yüz otuz dörd manat 94 qəpik) manat gecikən əsas məbləğ üzrə hesablanmış ikiqat gecikmə faizi, 1.838,79 (bir min səkkiz yüz otz səkkiz manat 79 qəpik) manat vaxtında ödənilməmiş öhdəliyin 0,1 % miqdarında cərimə borcu olmaqla, cəmi 406.797,63 (dörd yüz altı min yeddi yüz doxsan yeddi manat 63 qəpik) manat məbləğində borcun, ödənilmiş 30.40 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 240 manat xidmət haqqının, həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcinin tutulması, tutmanın ipoteka predmetləri olan Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B3. (Yeni qaydalarla: AZ1122, ünvan 2 ünvanında yerləşən mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B1. (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi,11, M17, m1) ünvanında yerləşən mənzilə və ünvan 4 yerləşən bağ evinə yönəldilməsinə, həmin ipoteka predmetlərinin hərracdan satılmasına, borcun göstərilən ipoteka predmetlərinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsinə, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmasına, tutma Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B3. (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi,11, M17, m3) ünvanında yerləşən mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B1. (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi,11, M17, m1) ünvanında yerləşən mənzilə və ünvan 4 yerləşən bağ evinə yönəldikdə və həmin əmlaklar satıldıqda ən geci 1 ay ərzində Cavabdeh3 və digər şəxslərin həmin əmlaklardan çıxarılmalarına, həmin əmlakların boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin artırılmasına dair ərizə verərək, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 393.740,81 manat əsas, 42 847,5 manat faiz, 56 541,89 (əlli altı min beş yüz qırx bir manat 89 qəpik) manat vaxtında ödənilməmiş öhdəliyin 0,1 % miqdarında cərimə borcu olmaqla, cəmi 493 130,2 manat məbləğində borcun, ödənilmiş 30.40 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqmda bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 240 manat xidmət haqqının, həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcinin tutulmasına, tutmanın ipoteka predmetləri olan Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B3. (Yeni qaydalarla: AZİ 122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi,ll, M17, m3) ünvanında yerləşən mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil Bİ. (Yeni qaydalarla: AZİ 122, ünvan 7 ünvanında yerləşən mənzilə və ünvan 4 yerləşən bağ evinə yönəldilməsinə, həmin ipoteka predmetlərinin hərracdan satılmasına, borcun göstərilən ipoteka predmetlərinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsinə, hərracda satışdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh4, Cavabdeh3 qızmdan, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutulmasına, tutma Cavabdeh3 qızma məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B3. (Yeni qaydalarla: AZİ 122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi,11, M17, m3) ünvanmda yerləşən mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil Bİ. (Yeni qaydalarla: AZİ 122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi,ll, M17, ml) ünvanında yerləşən mənzilə və ünvan 4 yerləşən bağ evinə yönəldikdə və həmin əmlaklar satıldıqda ən geci 1 ay ərzində Cavabdeh3 və digər şəxslərin həmin əmlaklardan çıxarılmalarına, həmin əmlakların boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1585/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 389.809,0 manat əsas borc, 42 847,5 manat faiz borcu, 38.000 manat cərimə məbləği, 30.40 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu və 240 manat xidmət haqqı, 400 manat məbləğində mediasiya xərcinin tutulması, tutmanın Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B3. (Yeni qaydalarla: AZİ 122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi,ll, M17, m3) ünvanında yerləşən mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B1. (Yeni qaydalarla: AZİ 122, ünvan 7 ünvanında yerləşən mənzilə və ünvan 4 yerləşən bağ evinə yönəldilməsi, həmin əmlaklar açıq hərrac vasitəsilə satılması və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməsi, satışdan artıq qalan vəsaitin ipoteka qoyana qaytarılması, tutma yönəldildikdə, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B1 (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi,11, M17, m1) ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 221.000 manat, ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 210.000 manat, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B3. (Yeni qaydalarla: AZ1122, ünvan 2 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 142.000 manat, ünvan 4 yerləşən bağ evinin ilkin satış qiyməti 311.000 manat məbləğində müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1585/2022 nömrəli qərardadı ilə, iddianın ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

5. Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1585/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz məbləğlərinin daha düzgün hesablanaraq müəyyən edilməsi, cərimə məbləğinin silinməsi, ipoteka predmetlərinin ilkin satış qiymətinin düzgün müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı ASC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1585/2022 nömrəli qətnaməsinin qismən, iddianın təmin olunmamış hissəsində ləğv edilməsini, iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətlərinin dəlilləri

7. İddiaçının apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, qəbul edilmiş qətnamə maddi və prossesual hüquq normalarının pozulması ilə müşayiət olunduğu üçün qismən ləğv edilməli və hüquq normaları əsasında, iddianın tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materialları arasında olan xx.xx.2022-ci il tarixli, ZB-8216 saylı iddia tələbi həcminin artırılması barədə ərizəsində cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 393.740,81 (üç yüz doxsan üç min yeddi yüz qırx manat 81 qəpik) manat əsas, 108.328,53 (yüz səkkiz min üç yüz iyirmi səkkiz manat, 53 qəpik) manat ümumi faiz borcu (adi və ikiqat faizlə birlikdə), 60110,27 (altmış min yüz on manat, 27 qəpik) vaxtında ödənilməmiş öhdəliyin 0,1 % miqdarında cərimə borcu olmaqla, cəmi 562.179,61 (beş yüz altmış iki min yüz yetmiş doqquz manat, 61 qəpik) manat məbləğində borcun, ödənilmiş 30.40 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 240 manat xidmət haqqının, həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcinin tutulmasını məhəkəmədən xahiş etsə də, hakim bu tələbimizi öz qətnaməsində qeyd etməyib və öz qərarında xx.xx.2022-ci il tarixli iddia tələbi həcminin artırılması barədə ərizəmizdə qeyd edilən borc tələblərinə istinad edib. Hakimin borc tələbi üzrə məbləğin qətnamədə səhv göstərməsi kobud pozuntu hesab edilir. Bu qaydada qəbul edilən qərar qeyri-obyektiv, hüquqaziddi və əsassız qərardır. Hakim qətnaməsində qeyd edir ki, Cavabdeh4 ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə məbləği 38.000 manat məbləğində müəyyən edilməlidir. İşə baxan məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə istinad edərkən maddəyə düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər və tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsas mənafeləri nəzərə alınır. Lakin birinci instansiya məhkəməsi cərimə məbləğini azaldarkən kreditorun pozulmuş əmlak mənafelərini nəzərə almamışdır. Maddədən göründüyü kimi, həmin maddənin tətbiq edilməsi “tənasübsüz surətdə yüksək dəbbə pulunun” hesablanmasını və “kreditorun həm əmlak mənafeləri”-nin nəzərə alınmasını ehtiva edir. Hazırkı halda müqavilə şərtlərinə uyğun hesablanmış cərimə heç də “tənasübsüz surətdə yüksək dəbbə pulu” kimi qiymətləndirilə bilməz, belə ki, cərimə məbləği ümumilikdə vaxtı keçmiş əsas məbləğin az hissəsini təşkil edir. Digər tərəfdən, cərimənin məhkəmə tərəfindən xeyli miqdarda azaldılması Mülki Məcəllənin 467-ci maddəsində təsbit edilmiş “kreditorun həm əmlak mənafeləri”nin nəzərə alınmalı olması müddəasının tələbləri ilə ziddiyyət təşkil edir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin qərarında dəbbə pulunun müqavilədə göstərilən məbləğdən və ya onun icra edilməyən hissəsindən müəyyən faiz miqdarında və öhdəlik üzrə icra edilməyən və ya lazımınca icra edilməyən məbləğdən dəfələrlə artıq miqdarda olması müəyyən edilib. Belə vəziyyətdə dəbbə pulunun mövcud rəqəmdən dəfələrlə azaldılması Konstitusiya Məhkəməsinin yuxarıda istinad edilən qərarında müəyyən etdiyi hüquqi mövqeyə uyğun gəlmir. Bakı Kommersiya Məhkəməsi işə baxan zaman Azərbaycan Respublikası Mülki Məcəlləsisinin 462.3-ci və 467-ci maddələrinə, Plenumun qərarında qeyd edilən məsələlərə nəzərə yetirməli, qətnamə qəbul edərkən düzgün hüquqi nəticəyə gəlməli idi. Qətnamədə qeyd edilmişdir ki, İş üzrə əmlakın qiymətləndirilməsi aparılmış, 26 iyul 2022-ci il tarixli ƏEM/İ 41-505/22 nömrəli qiymətləndirmə rəyində xx.xx.2022 tarixinə Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B1 (Yeni qaydalarla: AZ1122, ünvan 9 ünvanında yerləşən mənzilin bazar dəyəri 232.500 manat, likvid dəyəri 221.000 manat, ünvan 1 ünvanında yerləşən mənzilin bazar dəyəri 221.000 manat, likvid dəyəri 210.000 manat, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B3. (Yeni qaydalarla: AZ1122, ünvan 2 ünvanında yerləşən mənzilin bazar dəyəri 150.000 manat, likvid dəyəri 142.000 manat, ünvan 4 yerləşən bağ evinin bazar dəyəri 346.000 manat, likvid dəyəri 311.000 manat qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B1 (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi,11, M17, m1) ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 221.000 manat, ünvan 1 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 210.000 manat, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B3. (Yeni qaydalarla: AZ1122, ünvan 2 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 142.000 manat, ünvan 4 yerləşən bağ evinin ilkin satış qiyməti 311.000 manat məbləğində müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən ciddi prosessual hüquq pozuntusuna yol verilən mühüm hallardan biri əmlakların qiymətləndirməsilə bağlıdır. Ümumilikdə "xxxx" MMC tərəfindən iddia tələbimizdə göstərilən ipoteka predmeti olan əmlaklara 884 000,00 (səkkiz yüz səksən dörd) manat likvid qiymət qoyulmuşdur. "xxxx" MMC tərəfindən əmlakların hamısına, xüsusilə ünvan 4 yerləşən bağ evinə likvid dəyəri real bazar şərtlərinə uyğun müəyyən edilməmişdir. Bununla bağlı olaraq tərəfimizdən müstəqil qiymətləndirici şirkəti olan "xxxx" MMC tərəfindən rəy alınmışdır. Həmin rəyə əsasən eyni daşınmaz əmlakların likvid dəyərləri aşağıdakı kimi müəyyən edilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B1. (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi,11, M17, m1) ünvanında yerləşən mənzil, ünvan 1 ünvanında yerləşən mənzil, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B3. (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi,11, M17, m3) ünvanında yerləşən mənzililərin cəmi likvid dəyəri- 454.000 (dörd yüz əlli dörd min) manat; ünvan 4 yerləşən bağ evi-230 000,00 (iki yüz otuz min) manat. Göründüyü kimi, 1 ay aralığında iki fərqli qiymətləndirici şirkət tərəfindən eyni əmlakların hamısı üzrə fərqli likvid dəyərlər müəyyənləşdirilmişdir."xxxx" MMC tərəfindən bütün əmlaklar üzrə verilən cəmi likvid dəyər 884 000,00 (səkkiz yüz səksən dörd min) manat, "xxxx" MMC tərəfindən eyni əmlaklar üzrə verilən cəmi likvid dəyər 684 000,00 (altı yüz səksən dörd) müəyyən edilmişdir. Buradan aydın olur ki, "xxxx" MMC tərəfindən bütün əmlaklar üzrə verilən cəmi likvid dəyər 200 000,00 (iki yüz min) manat artıq göstərilmişdir. Həmçinin "xxxx" MMC tərəfindən təqdim edilən qiymətləndirmələrin obyektiv olmamasına dəlalət edən digər hal isə ipoteka qoyulan zaman, 17 mart 2020-ci il tarixində Bank ilə cavabdehlərdən biri olan Cavabdeh3 arasında bağlanan ipoteka müqavilələrində həmin daşınmaz əmlaklara verilən qiymətlərdir. Həmin zaman “X3” MMC tərəfindən bütün əmlaklara verilən bazar dəyəri ümumilikdə 765.000 manat müəyyən edilmişdir. Həmçinin nəzərinizə çatdıraq ki, həmin zaman ipoteka predmeti olan əmlakların bazar dəyərləri əsas götürülürdü. Belə ki, Ali Məhkəmənin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20 iyul 2020-ci il tarixli 01 nömrəli Qərardadına görə həmin tarixdən sonra məhkəmələr ipoteka predmeti olan əmlakların likvid dəyərini əsas götürməlidir. Bildiyiniz kimi, likvid dəyərlər hər zaman bazar dəyərindən aşağı olur. Göründüyü kimi, həm sözügedən əmlaklar ipoteka ilə yüklü edilən zaman olan dəyər həm də hazırda göstərilən cəmi likvid dəyər "xxxx" MMC-nin müəyyənləşdirdiyi cəmi likvid dəyər ilə bankın qanuni manəfelərinə zərər vuracaq səviyyədə fərqlənir və ümumilikdə qiymətlər arasında ziddiyyətin olduğunu göstərir. Bununla bağlı xx.xx.2022-ci il tarixində ZB-8217 saylı təkrar ekspertizanın keçirilməsi barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etmişdilər. Lakin buna baxmayaraq hakim vəsatətini rədd etdi və bununla kifayətlənməyib, ən mühüm prosessual pozuntuya yol verərək vəsatətin rədd edilməsi barədə qərardad qəbul etmədi. Halbuki, AR Mülki Prosessual Məcəlləsinin 102.3ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərin vəsatəti ilə əlavə və ya təkrar ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Hakimə məhkəmə iclasında məcəllənin tələbi barədə bildirilsə də, hakim bu məsələni diqqətə almamış və məhkəmə qərarının qanunsuz əsaslara yönəlməsinə imkan yaratmışdır. İddia tələbində tutma Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında yerləşən mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B3. (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi,11, M17, m3) ünvanında yerləşən mənzilə, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B1. (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi,11, M17, m1) ünvanında yerləşən mənzilə və ünvan 4 yerləşən bağ evinə yönəldikdə və həmin əmlaklar satıldıqda ən geci 1 ay ərzində Cavabdeh3 və digər şəxslərin həmin əmlaklardan çıxarılmalarına, həmin əmlakların boşaldılmasını xahiş etmişdilər. Bu tələbdə məhkəmə tərəfindən təmin edilməmişdir. Lakin tələbin hansı əsasla təmin edilməməsi əsaslandırılmamışdır. Yalnız “İpoteka haqqında” AR Qanunun 59.4-cü maddəsi qətnaməyə köçürülmüşdür. AR Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Bundan əlavə, qətnamənin icrası ilə bağlı mühüm məsələlər də nəzərə alınmamışdır. İşə baxan hakim nəzərə almalı idi ki, təcrübədə icra məmurları icra sənədində ipoteka predmetinin boşaldılması üzrə qeyd olmadığı halda, ipoteka predmetinin boşaldılması ilə bağlı icra hərəkəti yerinə yetirmirlər və bunu icra sənədində həmin icra hərəkətlərinin yerinə yetirilməsi barədə qeydin olmaması ilə əsaslandırırlar. Bu halda qətnamənin icrası natamam qalır. Məhkəmə bu hissəyə baxdığı halda, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsini, həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 223.1-ci maddəsini nəzərə almalı idi. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 7.1.5-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanın qərarının nəticə hissəsi icra sənədində göstərilən əsaslardan biridir. Mülki Prosessual Məcəllənin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. İş üzrə xx.xx.2022-ci il tarixli, ZB-8217 saylı təkrar ekspertizanın keçirilməsi barədə vəsatətlə birinci instansiya məhkəməsinə müraciət etsək də, məhkəmə ərizəmizi təmin etmədi və prosessual pozuntuya yol verərək vəsatətin rədd edilməsi barədə qərardad qəbul etmədi. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbu etməlidir. Hakimə məhkəmə iclasında məcəllənin tələbi barədə bildirilsədə, hakim bu məsələni diqqətə almamış və məhkəmə qərarının qanunsuz əsaslara yönəlməsinə imkan yaratmışdır. Tərəfindən verilən xx.xx.2022-ci il tarixli, ZB-8216 saylı iddia tələbi həcminin artırılması barədə ərizədə qeyd edilən iddia tələbinin qətnamədə qeyd edilməməsi qətnamənin qanunsuz və əsassız olmasına dəlalət edir.

8. Cavabdeh4 apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, bank tərəfindən verilmiş kreditin 36 ay müddətinə qaytarılması razılaşdırılmasına baxmayaraq, cəmi 5 ay ərzində əsas borc üzrə 200.000 manat, faiz borc üzrə isə 98.000 manat ümumilikdə 298.000 manat ödəniş olmuşdur ki, bu da təqribən ayrılan 600.000 manat məbləğində kreditin yarısıdır. Hazırda əsas borc üzrə hesablanmış məbləğlə razı olsa da faiz borcu həddindən artıq şişirdilmişdir. Məhkəmə gedişatı zamanı məlum olmuşdur ki, iddiaçı tərəfin məqsədi borcun qaytarılmasını tələb etmək yox, cavabdehlərə məxsus ipoteka predmeti olan əmlakları onun əlindən almaqdır. Bununla bağlı olaraq da əsas borca hesablanmış faiz borcu və cərimə məbləği əsassız olaraq artırılmış və şişirdilmişdir. 2021-ci ilin may ayında ödəniş etmiş vətəndaşın iyul ayının əvvəlində məhkəməyə verilməsi ədalətli deyil. Belə ki, ödəniş cədvəlindən məlum olur ki, 2021-ci ilin yanvar ayında 22.000 manat ödəniş edilməli olduğu halda 165.897 manat ödəniş olmuşdur. Qarşı tərəfə barışığın əldə olunması, kredit qarşılığında daşınmaz əmlakın verilməsi dəfələrlə təklif olunsa belə bununla razılaşmamışdır. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizası zamanı ekspert rəyində göstərilmiş əsas borc düzgün hesablansa da cərimə və faiz məbləği əsassızdır. Bununla əlaqədar, təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsini məhkəmədən xahiş etsə də, məhkəmə heç bir hüquqi əsaslandırma aparmadan vəsatəti rədd etmişdir. Bundan başqa, ekspert rəyində əsas məbləğə hesablanmış cərimə borcu ilə əlaqədar heç bir hesablama aparılmadığı halda əsassız və qanunsuz olaraq 38.000 manat cərimə məbləği hesablanmışdır. Bundan başqa, ipoteka predmetlərinin faktiki qiyməti çox yüksək olduğu halda, qiymətləndirmə ekspertizasının verdiyi rəyi mötəbər sübut kimi qiymətləndirərək ilkin satış qiymətləri müəyyən edilməklə vətəndaşa məxsus daşınmaz əmlakların daha ucuz satılmasına şərait yaradılmaqla da, vətəndaşın hüquqları pozulmuşdur. İpoteka predmetlərinin ilkin satış qiyməti ilə bağlı həm iddiaçı, həm də cavabdeh tərəf narazı olmuş bununla bağlı yazılı vəsatətlər verilsə də, hakim tərəfindən heç bir hüquqi əsaslandırma aparılmadan əsassız və qanunsuz qərar çıxarmışdır. Bütün bu hallar hakimin işə qərəzli yanaşmasını sübut edir ki, bu da vətəndaşların əsassız olaraq hüquqlarının pozulmasına gətirib çıxarmışdır.

b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, cavabdehin apellyasiya şikayətinə etiraz edərək, şikayətin məzmununa uyğun izahat verərək, öz verdikləri şikayətin təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

11. Məhkəmə iclasına cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, iddiaçının apellyasiya şikayətinə etiraz edərək, şikayətin məzmununa uyğun izahat verərək, öz verdiyi şikayətin təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

12. Digər cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

14. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

15. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

16. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

17. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

18. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni faiz borcunun tutulması hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbi qismən təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, işin müəyyən olunmuş mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ASC ilə Cavabdeh4 arasında xx.xx.2020-cı il tarixli, 030CRLN20000011 nömrəli baş kredit müqaviləsi bağlanmış və həmin müqavilə çərçivəsində illik 16% dərəcəsi ilə 36 (otuz altı) aylıq müddətə dövriyyə vəsaitlərinin artırılması məqsədilə 600 000 (altı yüz min) manat kredit verilmişdir. Cavabdeh4 kredit müqaviləsi üzrə müəyyən olunan şərtlərlə və qaydada ödənişlər edilməsini öhdəsinə götürsə də müqavilədən irəli gələn öhdəliklərini lazımınca icra etməyərək, kredit məbləğini və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan qaydada ödəməmiş və nəticədə iddiaçıya əsas və faiz borcu yaranmışdır. Cavabdehlər tərəfindən kredit üzrə ödənişlər vaxtlı-vaxtında aparılmamış, kredit müqaviləsinin tələblərinə əməl olunmamış, nəticədə cavabdehlərin iddiaçıya borcu yaranmışdır.

23. Məhkəmə əsas borcu mühasib ekspertin rəyinə uyğun, faiz borcunu tələbə uyğun tutmuş, ipoteka predmetlərinin ilkin satış qiymətlərini isə əmtəəşünas ekspert rəyinə uyğun müəyyən etmiş və cərimə borcunu azaltmışdır.

24. Kredit müqaviləsi, zaminlik müqaviləsi, ipoteka müqaviləsi tərəflərin imzası və iddiaçının möhürü ilə təsdiq olunmuşdur. Müqavilələrin etibarlılığı və qanuniliyi mübahisə edilməmişdir. Əsas borclu olan cavabdeh faiz və cərimə borclarını, ipoteka predmetlərinin ilkin satış qiymətlərini mübahisələndirmişdir. İddiaçı isə 2-ci dəfə verdiyi xx.xx.2022-ci il tarixli tələbin artırılması barədə ərizəsinə uyğun əsas, faiz, cərimə borclarının tutulmasını xahiş etmiş, həmçinin ipoteka predmetlərinin ilkin satış qiymətlərini, tələbin xitam verilmiş hissəsini apellyasiya şikayətində mübahisələndirmişdir.

25. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının 2-ci dəfə verdiyi xx.xx.2022-ci il tarixli tələbin artırılması barədə ərizəsini geri qaytarmış, iddiaçı həmin qərardadı apellyasiya qaydasında mübahisələndirmiş, qərardad dəyişdirilmədən saxlanılmış və qüvvəyə minmişdir. Odur ki, iddiaçının həmin ərizənin məhkəmə qətnaməsində göstərilməməsi dəlili və həmin ərizə üzrə 393.740,81 (üç yüz doxsan üç min yeddi yüz qırx manat 81 qəpik) manat əsas, 108.328,53 (yüz səkkiz min üç yüz iyirmi səkkiz manat, 53 qəpik) manat ümumi faiz borcu (adi və ikiqat faizlə birlikdə), 60110,27 (altmış min yüz on manat, 27 qəpik) vaxtında ödənilməmiş öhdəliyin 0,1 % miqdarında cərimə borcu olmaqla, cəmi 562.179,61 (beş yüz altmış iki min yüz yetmiş doqquz manat, 61 qəpik) manat məbləğində borcun, ödənilmiş 30.40 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun və 240 manat xidmət haqqının, həmçinin ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcinin tutulmasını barədə tələb geri qaytarıldığı üçün baxıla və təmin edilə bilməz.

26. Məhkəmə əsaslı olaraq xx.xx.2022-ci il tarixli iddia tələbinin həcminin artırılması barədə ərizəyə hüquqi qiymət vermişdir.

27. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1585/2022 nömrəli qərardadı ilə, iddianın ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılması hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

28. Həmin qərardadı iddiaçı apellyasiya qaydasında mübahisələndirməmiş və qətnamədən verilmiş apellyasiya şikayətində mübahisələndirmişdir. Halbuki mülki prosessual qanunvericiliyə görə yalnız şikayət nəzərdə tutulmayan qərardadla bağlı dəlillər apellyasiya şikayətinə əlavə edilə bilər. İcraata xitam verilməsi barədə qərardaddan isə şikayət verilməsi nəzərdə tutulmuşdur. Xitam verilmiş tələbə hüquqi qiymət verilə bilməz. Odur ki, iddiaçının apellyasiya şikayətinin müvafiq dəlili əsassızdır.

29. Birinci instansiya icraatı zamanı iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş 08 iyul 2022 tarixli 9/2890 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, 08 may 2020-ci il tarixli 030CRLN20000011 saylı kredit müqaviləsinin və müqavilə üzrə rəsmiləşdirilmiş əlavə sazişin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh4 xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə olan borcu 443.862,52 manat məbləğində müəyyən edilir, o, cümlədən: əsas borcu 389.809,0 manat, faiz borcu üzrə 54.053,52 manat.

30. Cavabdehin təkrar mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatəti apellyasiya icraatı zamanı keçirilmiş və qeyd edilən rəyin nəticələri təsdiqlənmişdir.

31. Məhkəmə əsas borcu ekspert rəyinə uyğun tutub. Cavabdeh əsas borcu apellyasiya şikayətində qəbul etmişdir. İddiaçı isə apellyasiya şikayətində əsas borcun nəyə görə qəbul edilmədiyini əsaslandırmamışdır. Kollegiya hesab edir ki, əsas borcla bağlı məhkəmənin gəldiyi qənaət əsaslı və qanunidir.

32. İddiaçı kredit razılaşması üzrə əsas borcu ödəniş planına uyğun qaytarmadığına görə hesablanmış 56 541,89 (əlli altı min beş yüz qırx bir manat 89 qəpik) manat məbləğində cərimə pulunun tutulması tələbini də irəli sürmüşdür.

33. Tərəflərin mübahisələndirdiyi dəbbə pulunun tutulması tələbi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

34. Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

35. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

36. Belə olan halda məhkəmə tələb olunan cərimə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq və əsaslı olaraq hesab etmişdir ki, cavabdehdən tutulması tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə məbləği 38.000 manat məbləğində müəyyən edilməlidir. Cərimə məbləğinin azaldılması və ya artırılması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmənin müəyyən etdiyi məbləğ ədalətli və işin hallarına uyğundur.

37. Tərəflərin mübahisələndirdiyi ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

38. Birinci instansiya icraatı zamanı iş üzrə əmlakın qiymətləndirilməsi aparılmış, 26 iyul 2022ci il tarixli ƏEM/İ 41-505/22 nömrəli qiymətləndirmə rəyində xx.xx.2022 tarixinə Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B1 (Yeni qaydalarla: AZ1122, ünvan 9 ünvanında yerləşən mənzilin bazar dəyəri 232.500 manat, likvid dəyəri 221.000 manat, ünvan 1 ünvanında yerləşən mənzilin bazar dəyəri 221.000 manat, likvid dəyəri 210.000 manat, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B3. (Yeni qaydalarla: AZ1122, ünvan 2 ünvanında yerləşən mənzilin bazar dəyəri 150.000 manat, likvid dəyəri 142.000 manat, ünvan 4 yerləşən bağ evinin bazar dəyəri 346.000 manat, likvid dəyəri 311.000 manat qeyd olunmuşdur.

39. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin vəsatəti əsasında məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, Məhkəmə Ekspertizası Mərkəzinin eksperti qarşısında suallar qoyulmuş (ünvan 1 ünvanında yerləşən mənzilin, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B3. (Yeni qaydalarla: AZİ 122, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi,ll, M17, m3) ünvanında yerləşən mənzilin, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 3, mənzil B1 (Yeni qaydalarla: AZİ 122, ünvan 7 ünvanında yerləşən mənzilin və ünvan 4 yerləşən bağ evinin likvid qiyməti və bazar dəyəri nə qədər təşkil edir?), lakin iki dəfə ayrı-ayrı vaxtlarda yerli baxış təyin olunsa da cavabdeh tərəf ipoteka predmetlərinə baxış keçirilməsinə şərait yaratmamışdır.

40. Belə ki, məhkəməyə göndərilən xx.xx.2024-cü il tarixli ekspertizanın keçirilməsindən imtina edilməsi barədə ekspertlərin məktubundan görünür ki, cavabdehlər (ev sahibləri) yerli baxışda iştirak etmədiyindən və tədqiqat obyekti təqdim edilmədiyindən baxışın keçirilməsi mümkün olmamışdır.

41. Həmçinin məhkəməyə göndərilən xx.xx.2024-ci il tarixli ekspertizanın keçirilməsindən imtina edilməsi barədə ekspertlərin məktubundan görünür ki, xx.xx.2024-cü il tarixə, saat 12:00-a yerli baxış təyin edilmiş, tərəflər məlumatlandırılmış, lakin həmin tarixdə məhkəmə və ekspert tərəfindən cavabdehin vəkili ilə əlaqə saxlanılması və vəkilin yerli baxışın baş tutacağı barədə məlumat verməsinə baxmayaraq, daha sonra telefonlara cavab verilməmiş, nəticədə tədqiqat obyekti ekspertlərə təqdim edilməmişdir.

42. Qeyd edilənlər təsdiq edir ki, cavabdehlər ekspertizaya gəlməmiş, zəruri tədqiqat predmetini baxışa təqdim etməmişdir. Göründüyü kimi, iş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası baş tutmamış və buna səbəb cavabdehlərin ekspertiza tədqiqatında iştirak etməkdən imtina etməsi olmuşdur.

43. Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

44. Qeyd edilən maddəni iş üzrə cavabdehlərə münasibətdə tətbiq edərək, kollegiya hesab edir ki, məhkəmənin 26 iyul 2022-ci il tarixli ƏEM/İ 41-505/22 nömrəli qiymətləndirmə rəyinə istinad edərək ilkin satış qiymətlərini müəyyən etməsi əsaslı və qanuni olmuşdur. İddiaçı qeyd edilən ekspert rəyinin mötəbər olmamasına dair əsaslı arqument irəli sürməmişdir. Beləliklə tərəflərin ipoteka predmetlərinin ilkin satış qiymətlərinin düzgün müəyyən edilməməsi ilə bağlı dəlilləri əsassızdır.

45. Məhkəmə kollegiyası faiz borcunun tutulmasına dair məhkəmənin gəldiyi nəticəni işin faktiki hallarına uyğun hesab etmir.

46. Belə ki, işdən görünür ki, Cavabdeh4 “borcalan”, İddiaçı ASC “kreditor” olmaqla imzalanmış xx.xx.2020-cı il tarixli, 030CRLN20000011 nömrəli Baş kredit müqaviləsinə əsasən illik 16% dərəcəsi ilə 36 (otuz altı) aylıq müddətə dövriyyə vəsaitlərinin artırılması məqsədilə 600 000 (altı yüz min) manat məbləğində kredit verilməsi müəyyən edilmişdir.

47. Daha sonra, iddiaçı iddia tələbinin artırılması barədə xx.xx.2022-ci il tarixli ərizəyə əlavə etdiyi xx.xx.2022 tarixli maliyyə arayışından görünür ki, xx.xx.2020-cı il tarixli, 030CRLN20000011 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh4 393.740,81 manat əsas borc, 42.847,5 manat faiz borcu, 56.541,89 manat cərimə məbləği hesablanmışdır.

48. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

49. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsaəsn əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş olan hüquqi mövqe ondan ibarətdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir.......... İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır.

51. İşdən görünür ki, kredit müqaviləsinin müddətinin xx.xx.2030-cu il tarixdə bitəcəyinə rəğmən iddiaçı müqavilə üzrə ödənilməli olan və qaytarılmayan bütöv borc məbləğini, yəni 400 471, 25 manat pulu, həmçinin cədvəl üzrə 40 879,5 manat borcu, 4878,72 manat faiz borcu, 1851,72 manat gecikmə faiz borcunu cavabdehlərdən tələb etmişdir. Belə ki, iddiaçı tərəfindən bütöv məbləğin tələb edilməsinə dair cavabdehlərə xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubları ünvanlanmış və həmin tarixdə onlara çatdırılmışdır.

52. Xüsusi olaraq qeyd edilməlidir ki, iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli son xəbərdarlıqdan əvvəl xx.xx.2021 və xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktublarında bütöv borc məbləği deyil, yalnız aylıq və gecikdirilmiş borc tələb edilmişdir.

53. Bundan başqa, xx.xx.2021-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan da göründüyü kimi, iddiaçı müqavilə üzrə bütöv məbləği əhatə edən məbləğlə bağlı mediasiyaya müraciət etmişdir. Yəni iddiaçı hətta artıq xx.xx.2021-ci il tarixdən də, müqavilədən imtina ilə bağlı iradəsini nümayiş etdirmişdir.

54. Qeyd edilən işin faktiki hallarından müəyyən edilir ki, iddiaçı müqavilədən imtina barədə iradə ifadəsini qarşı tərəfə artıq bildirmişdir. Belə ki, onun cavabdehlərdən bütöv kredit məbləğini tələb etməsi kredit müqaviləsindən imtina edilməsi hesab edilməlidir. Müqavilənin bu əsasla ləğv edilməsi üçün isə əsas şərt bu iradə ifadəsinin borcluya çatdırılmasıdır. Kollegiya hesab edir ki, müqavilə üzrə faizlər xx.xx.2021-ci il tarixədək hesablanmalı və cavabdehlərdən 4878,72 manat faiz borcu, 1851,72 manat gecikmə faizi iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının tələb etdiyi faiz kapital faizi olduğundan yalnız müqavilə qüvvədə olduğu müddət üçün tələb edilə bilər. Kapital faizi müqavilə xitam edildikdən sonra tələb edilə bilməz. İddianın faiz borcu ilə bağlı qalan hissəsinin tutulması üçün hüquqi əsas olmadığından qalan hissədə təmin edilməməlidir. İddiaçı Mülki Məcəllənin 447-ci maddəsinə əsasən 5 faiz tələb edə bilər.

55. Məhkəmə qeyd edilən halları nəzərə almamış və iddianın faiz borcu hissəsində gəldiyi nəticə əsassız və qanunsuz olmuşdur.

56. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

57. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 385.1.1, 385.1.4, 388, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-1585/2022 nömrəli qətnaməsi qismən, faiz borcu hissəsində ləğv edilsin, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASCnin xeyrinə 4878,72 manat faiz və 1851,72 manat məbləğində əlavə faiz borcu tutulsun. İpoteka predmetlərinə tutma yönəldikdə əldə edilən vəsait hesabına cəmi 435.249,84 manat borc iddiaçının xeyrinə ödənilsin. 50 manat ekspertiza xərci iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. İddiaçının ödədiyi dövlət rüsumu özünə aid edilsin. Cavabdehin ödədiyi dövlət rüsumu özünə aid edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar