Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-17/2025 16.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh ATSC-yə maddi ziyanın, əldə çıxmış faydanın tutulması və torpaq sahəsindən istifadəyə maneçilik törədilməsinin cavabdehə qadağan edilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X12 Əliyevanın sədrliyi və məruzəsi ilə, X2 və Elnur Məmmədsaat oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı Kommersiya Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-283/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:
1. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 160 nömrəli torpaq sahəsinin ayrılması haqqında sərəncamından görünür ki, Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 591 saylı məktubu nəzərə alınaraq K.Marks prospekti 2062 saylı məhəllədə İddiaçı elmi-istehsalat mərkəzinə kiçik qənd zavodunun layihələşdirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır.
2. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Dərk X7 ünvanlanmış xx.xx.2000-ci il tarixli 18/04P-421 nömrəli məktubdan görünür ki, Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 160 nömrəli sərəncamı ilə Nərimanov rayonu K.Marks prospekti 2062 saylı məhəllədə İddiaçı elmi-istehsalat mərkəzinə qənd zavodunun tikintisi üçün ayrılmış sahənin şərqində əsaslı tikinti yerləşdirməmək şərtilə abadlaşdırılması və yaşıllaşdırılması nəzərdə tutulan ərazinin təqdim etdikləri baş planı ilə tanış olaraq onu razılaşdırır.
3. Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 559 nömrəli sərəncamından görünür ki, Dərk X13 tərəfindən onlara ayrılmış torpaq sahəsinin Z.Bünyadov prospektinə çıxan sərhəddindən 3 m daxildə yerləşdirilməsi şərtilə yeni razılaşdırılmış eskiz layihəsinə uyğun inzibati və hazır məhsulların nümayiş zalının tikintisinə icazə verilmişdir.
4. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.1999cu il tarixli 99/252 nömrəli istifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 160 nömrəli sərəncamı ilə Nərimanov rayonu 2062-ci məhəllədə cizgidə göstərilən sərhədlər daxilində 0,31+0,45 hektar kiçik qənd zavodunun tikintisi üçün verilib.
5. xx.xx.2021-ci il tarixli JoggiqejoG nömrəli auditor rəyindən görünür ki, Dərk X7 məxsus Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov prospekti ünvanında 0,45 ha torpaq sahəsində yerləşən qeyri yaşayış təyinatlı daşınmaz əmlakların (obyektlərin) sökülməsi nəticəsində material, işçilik, nəqliyyat xərcləri nəzərə alınmaqla dəymiş zərərin ümumi məbləği 645370 manat müəyyənləşdirilmişdir.
6. xx.xx.2023-cü il tarixli 10/2414 nömrəli tikinti-texniki obyektlərin tədqiqinə dair ekspert rəyindən görünür ki, rəyin təhqiqat hissəsində göstərilənləri, mülki iş materiallarında olan məlumatları, təqdim edilmiş video və foto görüntüləri, o cümlədən xx.xx.2021-ci il tarixli auditor rəyini nəzərə alaraq Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov prospekti ünvanında 0,45 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış təyinatlı daşınmaz əmlakların (obyektlərin) sökülməsi nəticəsində material, işçilik, nəqliyyat xərcləri nəzərə alınmaqla dəymiş zərərin ümumi məbləği 645370 manat müəyyən edilmişdir.
7. xx.xx.2023-cü il tarixli 3-xx-xx/240068/2023 nömrəli Baş Dövlət Yol Polisi İdarəsinin məktubundan görünür ki, DİN Baş dövlət Yol Polisi İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən “Kamaz 43118 Xüsusi Təy” markalı 99-Jl264 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2016-cı il tarixdən Şimal Elektrik MMC-nin adında qeydiyyatdadır.
8. xx.xx.2023-cü il tarixli 3-22-1/2-504/2023 nömrəli AR Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlə Agentliyinin məktubundan görünür ki, Agentliyin daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sistemində sorğuda qeyd edilən AZ10J083 dövlət qeydiyyat nişanlı NEW Holland B110B markalı ekskavator hüquqi şəxs “Azərişıq ATSC-yə məxsusdur.
9. Cavabdeh ATSC tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə xx.xx.2021-ci il tarixli məktub ünvanlanaraq Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektindəki “taxta bazarı” adlanan (“Hyundai” servislə üzbəüz) ərazidə yüksək gərginlikli hava elektrik verilişi xətlərinin mühafizə zonasında mövcud obyektlərin yerləşdiyi ərazidə yüksək gərginlikli hava elektrik verilişi xətlərinin mühafizə zonasında yenidən inşa edilən qeyri-qanuni tikililərin sökülməsi və bu tələbləri pozan şəxslərin ərazidən çıxarılmasına köməklik göstərilməsi xahiş adilmişdir. Məktubda qeyd edilmişdir ki, mübahisəli ərazidə olan istifadəçilər ilə görüş keçirilmiş, onlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın tələblərinin pozulması izah edilmişdir. Aparılmış izahat işləri nəticəsində həmin şəxslər 2 gün müddətində mal-materiallarını yığışdırıb ərazidən çıxmışlar. Bundan sonra Cavabdeh ATSC tərəfindən ərazi təmizlənmiş, hasara alınmış və darvaza qoyulmuşdur. Lakin, bir aydan sonra 25 oktyabr 2021-ci il tarixdə, ərazidə obyektləri boşaldılan şəxslər arasında olmayan, özlərini Qarabağ müharibəsi qazisi adlandıran bir qrup idarə olunan şəxs tərəfindən darvaza sındırılaraq, ərazi yenidən zəbt olunmuş və tikinti işlərinə başlanılmışdır.
10. Cavabdeh ATSC tərəfindən İddiaçı EİM-nə ünvanlanan xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 110 kV-luq 4-cu “Ramana” və 1-ci “Dərnəgül yüksək gərginlikli hava elektrik verilişi xətlərində baş verən ardıcıl açılmalara görə "Azərenerji” ATSC-yə dəyən maddi zərərin qarşısının alınması məqsədi ilə Cavabdeh ATSC-nin əməkdaşları Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Polis İdarəsinin nümayəndələri ilə birlikdə tərəfindən xx.xx.2021-cı il tarixdə Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospektindəki “taxta bazarı” adlanan (“Hyundai” servıslə üzbəüz) ərazidə yüksək gərginlikli hava elektrik verilişi xətlərinin mühafizə zonasında mövcud obyektlərin istifadəçiləri ilə görüş keçirilmiş, onlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci ıl tarixli, 103 nömrəli “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın tələblərinin pozulması izah edilmişdir. Aparılmış izahat işləri nəticəsində həmin şəxslər 2 gün müddətində mal-materiallarını yığışdırıb ərazidən çıxmışlar. Bundan sonra Cavabdeh ATSC tərəfindən ərazi təmizlənmiş, hasara alınmış və darvaza qoyulmuşdur. Lakin, bir aydan sonra 25 oktyabr 2021-ci il tarixdə, ərazidə obyektləri boşaldılan şəxslər arasında olmayan, özlərini Qarabağ müharibəsi qazisi adlandıran bir qrup idarə olunan şəxs tərəfindən darvaza sındırılaraq, ərazi yenidən zəbt olunmuş və tikinti işlərinə başlanılmışdır. Bununla əlaqədar Cavabdeh ATSC tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilmiş həmin şəxslərlə təkrar görüşlər keçirilərək, narızılıqlarının səbəbləri araşdırılmaqla aradan qaldırılmış və yüksək gərginlikli hava elektrik verilişi xətlərinin mühafizə zonasının tələbləri bərpa olunmuşdur.
11. Birinci instansiya məhkəməsində iclasda iştirak etmiş şahid X5 ifadəsində söküntü işləri aparılmış əraziyə yaxın bir yerdə ticarət fəaliyyəti ilə məşgul olduğunu, 2021ci ilin sentyabr ayının bir günü üzərlərində Cavabdeh ATSC yazısı olan xüsusi geyim formasında olan şəxslərin gətirdikləri ekskavator tipli buldozer ilə İddiaçı EİM-nin tikinti materialları bazarında olan bütün tikililəri sökdüklərini bildirmişdir.
12. Birinci instansiya məhkəməsində iclasda iştirak etmiş şahid X9 ifadəsində söküntü işləri aparılmış ərazidə İddiaçı EİM-nə məxsus bazarda icarəyə götürdüyü dükanda tikinti materiallarının satışı ilə məşğul olduğunu, 2021-ci ilin sentyabr ayının bir günü Cavabdeh ATSC-nin əməkdaşlarının gətirdikləri ekskavator tipli buldozer ilə İddiaçı EİM-nin tikinti materialları bazarında olan onun və digərlərinin icarəyə götürdükləri dükanları sökdüklərini bildirmişdir. Həmçinin izahatında söküntü işləri aparan şəxslərin üzərində Cavabdeh ATSC yazısı olan xüsusi geyim formasında olduqları, bir nəfərin hətta əvvəllər həmin əraziyə gəlib yüksək gərginlik xəttində təmir işləri apardığını, ağır texnikaların bəzilərinin üzərində Cavabdeh ATSC yazılarının olduğunu bildirmişdir. Bununla yanaşı Cavabdeh ATSC-yə məxsus ekskavatorun söküntü işləri apararkən dükanların inşası üçün istifadə edilmiş tikinti materiallarını yararsız vəziyyəti saldığını qeyd etmişdir.
13. Birinci instansiya məhkəməsində iclasda iştirak etmiş şahid X10 ifadəsində söküntü işləri aparılmış ərazidə İddiaçı EİM-yə məxsus bazarda icarəyə götürdüyü dükanda tikinti materiallarının satışı ilə məşgul olduğunu, 2021-ci ilin sentyabr ayının bir günü Cavabdeh ATSC-nin əməkdaşlarının gətirdikləri ekskavator tipli buldozer ilə İddiaçı EİM-nin tikinti materialları bazarında olan onun və digərlərinin icarəyə götürdükləri dükanları sökdüklərini, daha sonra həmin dükanların tikintisi üçün istifadə edilmiş, lakin yararsız vəziyyətə düşmüş tikinti materiallarının Cavabdeh ATSC-yə məxsus yük « avtomobilləri ilə aparıldığını bildirmişdir. Həmçinin izahatında ATSC tərəfindən heç i bir kompensasiyasının ödənilmədiyini bildirmişdir.
14. AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli,10/3739 saylı ekspert rəyində birinci suala cavab olaraq göstərilmişdir ki, mülki iş materiallarında mübahisə predmeti olan tikilinin ilkin vəziyyəti, texniki göstəriciləri (en, uzunluq, hündürlük), təmirlilik dərəcəsi, həmçinin həmin tikilinin inşası zamanı istifadə edilmiş tikinti materiallarına dair məlumatlar olmadığından tədqiq olunan tikilinin eyni vəziyyətdə bərpa edilməsi üçün (mütəxəssis rəyləri nəzərə alınmadan, fotoşəkillər əsasında) tələb edilən vəsaitin nə qədər təşkil etdiyini müəyyən etmək mümkün olmamışdır. İkinci sual cavab kimi göstərilmişdir ki, mübahisə predmeti olan sökülmüş tikililərin yerləşdiyi ərazidən keçən elektrik xəttinin 110kV gərginlikdə olduğunu və sökülmüş tikililərin hazırda bünövrəsinin mövcud olduğu sahənin 120 kv.m hissəsinin həmin sahədən keçən yüksək gərginlikli (110 kV) elektrik verilişi xəttindən 20 metr-dən çox məsafədə olduğunu nəzərə alaraq sökülmüş tikililərin hazırda bünövrəsinin mövcud olduğu sahənin 120 kv.m hissəsinin həmin sahədən keçən yüksək gərginlikli (110 kV) elektrik verilişi xəttinin mühafizə zonasının hüdudları daxilində yerləşmədiyi, digər hissələrinin isə həmin sahədən keçən yüksək gərginlikli (110 kV) elektrik verilişi xəttinin mühafizə zonasının hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir.
15. Fotoşəkillərdə ekskavator vasitəsilə obyektin sökülməsi, sökülmüş dam, 99JL264 qeydiyyat nişanlı yük maşınında obyektin sökülmüş parçaları əks olunmuşdur.
16. Videogörüntülərdə ekskavatorun bir neçə altıaçığın damını sökdüyü, daha sonra həmin sökülmüş parçaların xüsusi geyimlərinin üzərində “Abşeron Reş” yazılan şəxlər tərəfindən yük maşınına yığılması, görüntülərdəki sahədə sökülmüş dam parçaları, həmin parçaların yığılaraq ərazidən çıxarılması, bir neçə şəxsin obyektlərin sökülməsini izləməsi əks olunub.
Birinci instansiya məhkəməsindəki icraat:
17. İddiaçı iddia ərizəsi və iddia tələbinin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ATSC-nin təqsirli hərəkəti nəticəsində İddiaçı EİM-nə vurulmuş 645.370 manat məbləğində maddi ziyanın, əldən çıxmış fayda olaraq 39.888 manat, mediasiya xərci 400 manat və dövlət rüsumu olaraq ödənilmiş 576 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, İddiaçı EİM-nin ünvan 3 ünvanda yerləşən torpaq sahəsindən qanuni istifadəsinə yaradılmış məhdudiyyətin qanunsuz hesab edilərək torpaq sahəsindən istifadəyə maneəçilik törədilməsinin Cavabdeh ATSC-yə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanda yerləşən tikinti materialları bazarı İddiaçınə məxsusdur. Bazarın yerləşdiyi torpaq sahəsi 1997-ci ildə Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli sərəncamı ilə İddiaçınə ayrılmış və həmin ildə də torpaq sahəsi hasarlanmışdır. Bazarın ərazisi tərəfimizdən hissələrə bölünərək, Quliyev Şamil, Bəkirov Şirasər, Hüseynov Nurəddin, Hacıyev Mübariz və “X20” MMC-yə icarəyə verilmişdir. xx.xx.2021-ci il tarixdə Cavabdeh ATSC-nin tikinti üzrə rəisi Səməd İslamov və Cavabdeh ATSC-nin Bakı şəhəri üzrə rəisi Adil Əliyevin başçılıq etdiyi dəstə əvvəlcədən heç bir xəbərdarlıq etmədən və məhkəmə qərarı olmadan ağır texnikalarla bazara gələrək ərazini darmadağın etmişdirlər. Tərəfimizdən əraziyə dair rəsmi sənədlər təqdim edilsə də həmin vəzifəli şəxslər buna heç bir əhəmiyyət verməyib, Cavabdeh ATSC-nin rəhbərinin göstərişidir deyərək öz işlərinə davam etdilər. Bazarın dağıdılması nəticəsində İddiaçınə 645370 manat məbləğində maddi ziyan vurulmuşdur. Dəymiş ziyanın məbləği "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli qiymətləndirmə rəyi və sərbəst auditor X3 xx.xx.2021-ci il tarixli auditor rəyi ilə müəyyən olunmuşdur. Dəymiş ziyanın ödənilməsi məqsədilə tərəflərindən cavabdehə mübahisənin məhkəmədən kənar qaydada, mediasiya vasitəsi ilə həll edilməsi təklif olunmuş, lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Bundan sonra cavabdeh orqana pretenziya məktubu göndərilərək dəymiş ziyanın ödənilməsi xahiş olunmuş, əks təqdirdə bu barədə aidiyyatı məhkəməyə müraciət olunacağı xəbərdarlıq edilmişdir. Lakin cavabdeh orqan məsələnin həlli istiqamətində heç bir addım atmamış, əksinə xx.xx.2021-ci il tarixli məktub göndərərək məhkəmədə iddia qaldıracağımız təqdirdə bizə qarşı qarşılıqlı iddia irəli sürəcəklərini bildirdiklərindən hazırda məhkəmə müdafiəsi hüququndan istifadə olunmasına zərurət yaranmışdır. Qeyd olunan mübahisə ilə bağlı tərəflərindən Bakı Kommersiya Məhkəməsinə müraciət olunmuş, məhkəmənin İş № e-2-2(113)- 6386/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh X19 Cəmiyyətinə qarşı pul tələbi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilərək hazırki tələblə Bakı İnzibati Məhkəməsinə müraciət edilməsi tövsiyyə edilmişdir. Bundan sonra tərəflərindən inzibati məhkəməyə müraciət olunmuş, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-4757/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan apellyasiya şikayəti verdik və Bakı Apellyasiya məhkəməsinin 2-1(103)-1891/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı şikayət təmin edilməyərək izah olunmuşdur ki, Cavabdeh ATSC-yə qarşı xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi vurulmuş ziyanla bağlı kompensasiya tələbini mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə qaldırılmalıdır. Yekun olaraq tərəfimizdən Səbail Rayon Məhkəməsinə müraciət olunmuş, məhkəmənin e-2(009)-1849/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh X19 Cəmiyyətinə qarşı pul tələbi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilərək qeyd olunan tələblə Bakı Kommersiya Məhkəməsinə müraciət edilməsi tövsiyyə edilmişdir. Həmin qərardaddan şikayət vermişik v ə Azərbaycan Respublikası Ali Məhkəməsinin e-2(102)-5387/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə şikayət təmin edilməyərək, birinci instansiya məhkəməsinin işə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olması barədə gəldiyi qənaətin qanuni və əsaslı olması qeyd olunmuşdur. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.
19. Cavabdeh ATSC iddia ərizəsinə etiraz vermiş və etirazında bildirmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi sərəncamlardan və ayrıc aktından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 160 nömrəli Sərəncamına əsasən, istifadəyə (icarəyə) verilən torpaq sahəsinin xx.xx.1999-cu il tarixli 252 nömrəli Ayrıc Aktı ilə "Dərk" EİM-ə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Btinyadov prospekti, 2062-ci məhəllə ünvanında kiçik qənd zavodunun layihələndirilməsi və tikintisi üçün cizgidə göstərilən sərhədlər daxilində 0,31+0,4 hektar torpaq sahəsi ayrılmış, daha sonra Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 559 nömrəli Sərəncamı ilə "Dərk" EİM tərəfindən həmin torpaq sahəsinin Z.Bünyadov prospektinə çıxan sərhədindən 3 m daxildə yerləşdirilməsi şərtilə yeni razılaşdırılmış eskiz layihəsinə uyğun inzibati və hazır məhsulların nümayişi zalının tikintisinə icazə verilmişdir. Sözügedən torpaq sahəsi "xxxx" ASC-yə məxsus olan, 1947-ci ildə inşa edilmiş 110 kV luq 4 cü "Ramana" və l ci "Dərnəgül" yüksək gərginlikli hava elektrik verilişi xətlərinin (bundan sonra - YGHEVX) mühafizə zonasındadır (koridorundadır).
20. Göründüyü kimi, istinad edilən Qaydalarla YGHEVX-nin mühafizə zonaları müəyyən edilməklə, həmin zonalarda binaların və qurğuların layihələndirilməsi, tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi zamanı mütləq bu Qaydalara və şəbəkələrin qorunmasını təmin edən şərtlərə riayət edilməsi, elektrik şəbəkələrinin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan göstərilən işlərin yerinə yetirilməsinin qadağan olunması və mühafizə zonalarında və onun yaxınlığında olan müəssisələrin elektrik şəbəkələrinin işçilərinin elektrik şəbəkələrinin qorunmasını təmin edən və bədbəxt hadisələrin baş verməsinin qarşısını almağa yönələn tələblərini yerinə yetirməli olması təsbit edilmişdir. Təsadüfi deyildir ki, İddiaçının təqdim etdiyi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cti il tarixli 559 nömrəli sərəncamında da tikintisinə icazə verilən tikililərin YGHEVX-dən uzaqlaşdırılmasmın məqsədəmüvafiqliyini nəzərə almaq və tikinti işlərini razılaşdırılmış layihə sənədlərinə uyğun aparmaq tapşırılmışdır. Lakin iddiaçı tərəfindən qaydaların və sərəncamın tələblərinə əməl edilməmiş, müvafiq torpaq sahəsi ayrılmasının təyinatı kiçik qənd zavodunun layihələndirilməsi və tikintisi, sonradan isə inzibati və hazır məhsulların nümayişi zalının tikintisi olmasına baxmayaraq, o, həmin torpaq sahəsində istehsalat tikililəri tikməmiş, mülkiyyətində deyil, istifadəsində olan bu sahədən təyinatı üzrə istifadə etməmiş, əksinə, özünün də iddia ərizəsində göstərdiyi kimi sözügedən ünvanda yerləşən tikinti materialları bazarının ərazisi bunun üçün hər hansı razılıq alınmadan hissələrə bölünərək ayrı-ayrı şəxslərin icarəsinə verilmişdir. Bundan başqa, Sərəncamda "Dərk" EİM Nərimanov RİH-ə etdiyi müraciətinə əsasən ona ayrılmış torpaq sahəsində xx.xx.1998-ci il tarixli 18/04 F-352 saylı məktubla razılaşdırılmış inzibati və hazır məhsulların nümayişi zalının binalarının yerinin dəyişdirilərək təqdim olunan layihəyə uyğun tikilməsinə icazə verilməsi nəzərdə tutulsa da, bu tikintinin razılaşdırıldığı yeni eskiz layihəsi məhkəməyə təqdim edilməmişdir. "xxxx" ATSC-yə məxsus 110 kV-luq 4-cü "Ramana" və 1-ci "Dərnəgül" YGHEVXnin mühafizə zonasının Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində fəaliyyət göstərən "Taxta bazarı"nın işbazları tərəfindən zəbt edilməsi nəticəsində son dövrlər ardıcıl baş verən qəza açılmalarının qarşısının alınması məqsədilə xətlərə texniki xidmət göstərilməsi mümkün olmamış və baş vermiş qəza açılmaları nəticəsində "xxxx" ATSC -yə və istehlakçılara külli miqdarda maddi ziyan dəymişdir. "Bazar"ın rəhbərliyinə mühafizə zonasının boşaldılması ilə əlaqədar ötən dövr ərzində dəfələrlə edilən rəsmi xəbərdarlıqların heç bir nəticəsi olmamışdır. Ona görə də, xx.xx.2021-ci il tarixdə "xxxx" ATSC -nin əməkdaşları tərəfindən Nərimanov rayon İcra Hakimiyyəti və rayon Polis İdarəsinin nümayəndələri ilə birlikdə 110 kV-luq 4-cü "Ram ana" və 1-ci "Dərnəgül" YGHEVX-də baş verən ardıcıl açılmalara səbəb olan problemlərin aradan qaldırılması məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektindəki "taxta bazarı" adlanan ("Hyundai" servislə üzbəüz) ərazidə YGHEVX-nin mühafizə zonasında mövcud obyektlərin istifadəçiləri ilə görüş keçirilmiş, onlara elektrik şəbəkələrinin mühafizəsi qaydalarının tələblərinin pozulması izah edilmiş, aparılmış izahat işləri nəticəsində həmin şəxslər ərazidə quraşdırdıqları yüngül konstruksiyalı ticarət talvar və piştaxtalarını 2 gün müddətində özləri söküb aparmış, avadanlıq və mal-materiallarını yığışdırıb ərazidən çıxaraq sahəni könüllü şəkildə boşaltmışlar. Lakin heç bir problem olmadığı halda bir aydan sonra, xx.xx.2021-ci il tarixdə çox güman ki, elə "bazar" rəhbərliyinin məsləhət və tövsiyələri ilə Qarabağ müharibəsi veteranı və qazilərindən ibarət bir qrup idarə olunan şəxs tərəfindən sahənin darvazası sındırılaraq, ərazi yenidən zəbt edilmiş və tikinti işlərinə başlanılmış, ATSC -nin ərazidə YGHEVX-nin istismarım təşkil etmək üçün baxış keçirmək istəyən əməkdaşları əraziyə buraxılmamış onlara qarşı təhqiramiz ifadələr işlədilmiş, əraziyə xüsusi təyinatlı nəqliyyat vasitələrinin daxil olunacağı təqdirdə yandırılacağı bildirilmiş, ancaq onların bu provakasiyalarma adekvat cavab verilməmiş, provokasiya cəhdlərinin nəticəsiz qaldığını görərək, həmin şəxslər bir neçə dəfə Ziya Bünyadov prospektində magistral avtomobil yolunu bağlamaq istəmiş, Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının düzgün və vaxtında gördüyü tədbirlər nəticəsində bu qanunsuz cəhdin də qarşısı alınmışdır. Bununla əlaqədar göstərilən ərazidə YGHEVX-nin mühafizə zonasında yenidən inşa edilən qeyri-qanuni tikililərin sökülməsi və qanunvericiliyin tələblərini pozan şəxslərin ərazidən çıxarılmasına köməklik göstərilməsi üçün "xxxx" ATSC -nin prezidenti tərəfindən xx.xx.2021-ci il tarixli xx-xx-1785 saylı məktubla Azərbaycan Respublikasının Daxili işlər nazirinə müraciət edilmişdir. Bundan sonra bir neçə gün ərzində Nərimanov rayon Polis İdarəsində həmin şəxslərlə gərgin danışıqlar aparılmış, təkrar görüşlər keçirilərək, narazılıqlarının səbəbləri araşdırılmaqla aradan qaldırılmış, onların Qarabağ müharibəsi veteran və qaziləri olduqları nəzərə alınaraq və sosial gərginlik yaratmamaq məqsədilə 37 nəfər şəxsə "xxxx" ATSC tərəfindən ümumilikdə 63.100 manat kompensasiya ödənilmiş və YGHEVX-nin mühafizə zonasının tələbləri bərpa edilmişdir. Azərbaycan Respublikası Daxili işlər nazirinin "xxxx" ASC-nin prezidentinə ünvanladığı, ASC-nin müraciətinə baxılmasının nəticəsi barədə xx.xx.2021-ci il tarixli 001-74236-122 saylı məktubunda göstərilir ki, "Məlum olmuşdur ki, 25 oktyabr 2021-ci il tarixdə bir qrup Qarabağ müharibəsi iştirakçısı Azərenerji" Açıq Səhmdar Cəmiyyətinə məxsus Bakı şəhəri Nərimanov rayonu Ziya Biinyadov prospektində yüksək gərginlikli hava elektrik verilişi xətlərinin yerləşdiyi mühafizə olunan ərazinin boşaldılmasına etiraz əlaməti olaraq avtomobil yolunu bağlamağa cəhd göstərmiş, polis əməkdaşları tərəfindən vaxtında göriilmiiş tədbirlərlə ictimai asayişin pozulmasının qarşısı alınmış, həmin şəxslərlə profilaktiki söhbətlər aparılaraq narazılığı doğuran səbəblər ətraflı araşdırılmaqla aradan qaldırılmış və ərazi boşaldılaraq "xxxx" ATSC -yə təhvil verilmişdir." Süni şəkildə yaratdığı bu insidentin də fayda vermədiyini gördükdən sonra, "Dərk" EİM həmin ərazinin özünə məxsus olduğunu bildirərək, "xxxx" ATSC -nin hərəkətlərinin qanunsuz hesab olunması və təqsirli hərəkəti nəticəsində vurulmuş ziyana görə 645.370 manat məbləğində kompensasiya ödənilməsi barədə məhkəmələrə, həmçinin müxtəlif dövlət qurumlarına müraciətlər etmişdir. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi, iddiaçı "Dərk" EİM-in iddia tələbini əsaslandırmaq üçün istinad etdiyi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997- ci il tarixli 160 nömrəli, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003- cü il tarixli 559 nömrəli Sərəncamları və istifadəyə (icarəyə) verilən torpaq sahəsinin xx.xx.1999-cu il tarixli 252 nömrəli Ayrıc Aktı təyinatına uyğun icra edilməmiş, həmin torpaq sahəsində Sərəncamlara müvafiq istehsalat tikililəri tikilməmiş, sahədən təyinatı üzrə istifadə edilməmiş və torpağın ayrılması zamanı YGHEVX-mn qorunması tələbləri nəzərə alınmadan ciddi pozuntuya yol verilmişdir. Ayrılmış torpaq sahəsinə İddiaçının mülkiyyət hüququ yoxdur, torpaq sahəsində məhz onun tərəfindən ticarət obyektlərinin tikintisini təsdiq edən sənədlər mövcud deyil, mal-materiallarının qiymətləri isə ehtimal xarakterlidir. İddiaçının guya cavabdehin təqsirli hərəkətləri nəticəsində 645.370 manat maddi ziyana məruz qalmasının sübutu kimi "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə və sərbəst auditor Adıgözəl Musayevin xx.xx.2021-ci il tarixli auditor rəyinə istinad etməsi əsassızdır. Çünki bu rəylərdə həmin torpaq sahəsində məhz "Dərk" EİM-in tikinti işləri aparmasını və tikililərin ona məxsus olmasını təsdiq edən sənədlərə istinad olunmamış, sadəcə mal-materiallarm ehtimal xarakterli qiymətləri göstərilmişdir. Halbuki, torpaq sahəsində istifadəçiyə məxsus hər hansı tikili və avadanlıqların olması vergi uçotu üzrə mühasibat balansında öz təsdiqini tapmalı və həmin sənədlər məhkəməyə təqdim olunmalıdır. Odur ki, sözügedən mütəxəssis və auditor rəyləri iddia tələbini təsdiq edən sübutlar kimi çıxış edə bilməz. Göstərilənləri ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, iddia edilən maddi zərərin tutulması üçün əsas olan delikt, eləcə də İddiaçının Cavabdehə qarşı sözügedən zərər tələbi ilə çıxış etməyə ümumiyyətlə subyektiv hüququ belə yoxdur. Belə ki, deliktin yaranması üçün: a) ziyan (zərər) mövcud olmalı; b) bu ziyan (zərər) təqsirli, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində vurulmalı; c) ziyanla (zərərlə) əməl arasında səbəbli əlaqə müəyyən edilməlidir. Lakin hazırkı işdə İddiaçı deliktin bu ünsürlərinin heç birinə dair məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir.
21. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları"nın 1, 2, 5, 12, 18, 31-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə istinad etmişdir.
22. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-283/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ATSC-dən 645370 manat məbləğində maddi ziyan, mediasiya xərci kimi 400 manat, dövlət rüsumu kimi ödənilmiş 519,09 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı EİM-ə ödənilməsi, ekspertiza xərcinin 94,17 manatının Cavabdeh ATSC-dən, 5,83 manatının İddiaçı EİM-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi qət edilmişdir. İddia digər hissədə rədd edilmişdir.
23. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 160 nömrəli sərəncamına əsasən İddiaçı EİM-nə kiçik qənd zavodunun layihələşdirilməsi və tikintisi üçün Z.Bünyadov prospekti 2062 saylı məhəllədə torpaq sahəsi ayrılmış, xx.xx.2003-cü il tarixli 559 nömrəli Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının sərəncamına əsasən isə İddiaçı EİM tərəfindən onlara ayrılmış torpaq sahəsinin Z.Bünyadov prospektinə çıxan sərhəddindən 3 m daxildə yerləşdirilməsi şərtilə yeni razılaşdırılmış eskiz layihəsinə uyğun inzibati və hazır məhsulların nümayiş zalının tikintisinə icazə verilmişdir. İddiaçı EİM xx.xx.1999-cu il tarixli 99/252 nömrəli Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin istifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktında abadlaşdırma sahəsi kimi qeyd edilmiş hissəsində yüksək gərginlik xətlərin altında tikinti materialları satışı bazarı inşa etmiş və həmin bazarda olan dükanları icarəyə vermişdir. xx.xx.2021-ci il tarixdə həmin əraziyə gələn şəxslər ekskavator tipli buldozer texnikası ilə bazarda olan dükanları sökərək, daha sonra həmin dükanların tikintisi üçün istifadə edilmiş, lakin yararsız vəziyyətə düşmüş tikinti materıallarını özlərinə məxsus yük avtomobilləri ilə aparmışlar. Cavabdeh ATSC etirazında söküntü işlərinin cavabdeh deyil, məhz İddiaçı EİM tərəfindən aparıldığını bildirsələr də, bununla bağlı sübut təqdim etməmişlər, məhkəmə baxışında isə həmin söküntü işlərinin məhz Cavabdeh ATSC-nin əməkdaşları tərəfindən aparıldığı sübuta yetirilmiş, belə ki, söküntü işləri aparan şəxslərin üzərində Cavabdeh ATSC-nin yazısı olan xüsusi geyim olmuş, ağır texnikanın üzərində Cavabdeh ATSC yazıları, hətta “Kamaz 43118 Xüsusi Təy” markalı 99-Jl-264 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdehin tabeliyində olan "xxxx" MMC-nin adında qeydiyyatda olduğu müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, yüksək gərginlik xətlərin altında tikinti materialları satışı bazarı inşa etmiş və həmin bazarda olan dükanlar şahid ifadələrinə əsasən icarəyə verilmişdir. Göründüyü kimi ünvan 4 ünvanda yerləşən tikinti materialları bazarı kimi fəaliyyət göstərmiş İddiaçı EİM tərəfindən inşa edilmiş dükanlar xx.xx.2021-ci il tarixində heç bir qanuni əsaslar olmadan Cavabdeh ATSC-nin əməkdaşları tərəfindən sökülmüş və nəticədə xx.xx.2023-cü il tarixli 10/2414 nömrəli ekspert rəyinə əsasən İddiaçı EİM-ə 645370 manat məbləğində zərər dəymişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab etmişdir ki, iddia 645370 manat məbləğində maddi ziyan, 400 manat məbləğində mediasiya xərci hissəsində əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı məhkəmə əldən çıxmış fayda olaraq 39888 manatın tələb edilməsi ilə bağlı bildirmişdir ki, iddiaçı bununla bağlı məhkəməyə sübut təqdim etmədiyi üçün iddia həmin hissədə rədd edilməlidir. Həmçinin məhkəmə hesab etmişdir ki, İddiaçı EİM-nin ünvan 3 ünvanda yerləşən torpaq sahəsindən qanuni istifadəsinə yaradılmış məhdudiyyətin qanunsuz hesab edilərək torpaq sahəsindən istifadəyə maneəçilik törədilməsinin Cavabdeh ATSC-yə qadağan edilməsi hissəsində iddia rədd edilməlidir. Belə ki, söküntü işləri aparılmış ərazi xx.xx.1999-cu il tarixli 99/252 nömrəli Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin istifadəyə (icarəyə) verilən torpaq sahəsinin ayrıc aktına əsasən abadlaşdırma sahəsinə aiddir və Cavabdeh ATSC-nin yüksək gərginlik xətlərinin altında yerləşir.
24. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 152.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrini, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsini və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Fərmanının 4.10-cu bəndini göstərmişdir.
25. Cavabdeh Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-283/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, qətnamənin qismən iddianın təmin olunduğu hissədə ləğv edilməsini və iddia tələbinin həmin hissədə də təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. İddiaçı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-283/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, qətnamənin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini, mövcud sübutlara qiymət verməklə iddia tələbinin tam həcmdə təmin olunması ilə bağlı yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
27. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 14.2.6, 21.1, 21.2, 152.1, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinin hazırkı iş üzrə mübahisəyə tətbiqi üçün faktiki əsaslar mövcud olmamışdır. Çünki, mübahisəyə Mülki Məcəllənin 14.2.6-cımaddəsinin tətbiqi üçün ilk növbədə iddiaçıya məhz cavabdeh tərəfindən zərər vurulması faktının mövcudluğu, 21.1, 21.2 və 152.1-ci maddələrinin tətbiqi üçün zərər vurulan əmlakın iddiaçıya məxsusluğu və onun həmin zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olması müəyyən edilməli idi. Eləcə də, mübahisəyə Mülki Məcəllənin mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyəti nəzərdə tutan 1096.1, 1096.2 və 1097.1-ci maddələrinin tətbiq edilə bilməsi üçün: a) ziyan (zərər) mövcud olmalı; b) bu ziyan (zərər) təqsirli, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində vurulmalı; c) ziyanla (zərərlə) əməl arasında səbəbli əlaqə müəyyən edilməlidir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən məhkəməyə cavabdehin təqsirli, hüquqazidd hərəkətləri nəticəsində zərər vurulduğunu iddia etdiyi əmlakın mülkiyyət hüququ ilə ona məxsus olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi sərəncamlardan və ayrıc aktından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 160 nömrəli Sərəncamına əsasən, istifadəyə (icarəyə) verilən torpaq sahəsinin xx.xx.1999-cu il tarixli 252 nömrəli Ayrıc Aktı ilə İddiaçı EİM-ə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 2062-ci məhəllə ünvanında kiçik qənd zavodunun layihələndirilməsi və tikintisi üçün cizgidə göstərilən sərhədlər daxilində 0,31+0,4 hektar torpaq sahəsi ayrılmış, daha sonra Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 559 nömrəli Sərəncamı ilə İddiaçı EİM tərəfindən həmin torpaq sahəsinin Z.Bünyadov prospektinə çıxan sərhədindən 3 m daxildə yerləşdirilməsi şərtilə yeni razılaşdırılmış eskiz layihəsinə uyğun inzibati və hazır məhsulların nümayişi zalının tikintisinə icazə verilmişdir. Ancaq iddiaçı məhkəməyə istifadəyə (icarəyə) verilən həmin torpaq sahəsində özü tərəfindən kiçik qənd zavodunun və ya inzibati və hazır məhsulların nümayişi zalının tikilməsi və həmin tikintilər üzərində xüsusi mülkiyyət hüququnun olması barədə heç bir sənəd və ya digər sübut təqdim etməmişdir. Göründüyü kimi, ayrılmış torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ olmamışdır və torpaq sahəsində məhz onun tərəfindən ticarət obyektlərinin tikintisini təsdiq edən sənədlər də mövcud deyildir. Bu isə o deməkdir ki, nə iddia edilən maddi zərərin tutulması üçün əsas olan delikt, nə də ümumiyyətlə iddiaçının cavabdehə qarşı sözügedən zərər tələbi ilə çıxış etməyə subyektiv hüququ olmuşdur. İddiaçı guya cavabdehin təqsirli hərəkətləri nəticəsində 645.370 manat maddi ziyana məruz qalmasının sübutu kimi "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə və xx.xx.2021-ci il tarixli auditor rəyinə istinad etmişdir ki, bu da əsassızdır. Çünki bu rəylərdə həmin torpaq sahəsində məhz İddiaçı EİM-in tikinti işləri aparmasını və tikililərin ona məxsus olmasını təsdiq edən sənədlərə istinad olunmamış, sadəcə mal-materialların ehtimal xarakterli qiymətləri göstərilmişdir. Halbuki torpaq sahəsində istifadəçiyə məxsus hər hansı tikili və avadanlıqların olması vergi uçotu üzrə mühasibat balansında öz təsdiqini tapmalı və həmin sənədlər məhkəməyə təqdim olunmalı idi. Odur ki, sözügedən mütəxəssis və auditor rəyləri, eləcə də həmin auditor rəyinə əsaslanan xx.xx.2023-cü il tarixli tikinti-texniki obyektlərin tədqiqinə dair ekspert rəyi iddia edilən maddi ziyanın mövcudluğunu təsdiq edən sübutlar kimi çıxış edə bilməzdi. İşə baxan məhkəmə iddia edilən maddi ziyanın cavabdehin təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurulmasının sübutu kimi əsassız olaraq İddiaçıya ayrılmış torpaq sahəsində icarə əsasında fəaliyyət göstərmiş və bu səbəbdən mübahisənin onun lehinə həllində maraqlı olan şəxslərin şahid qismində verdikləri ifadələrinə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli və Azərbaycan Respublikası Daxili İŞlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məktublarına istinad etmişdir. Halbuki, məhkəmədə iddiaçının tərəfində şahid kimi ifadə vermiş şəxslər 2021-ci ilin sentyabr ayında Cavabdeh ATSC -nin əməkdaşlarının gətirdikləri ekskavator tipli buldozerlə İddiaçı EİM-in tikinti materialları bazarında onların və digərlərinin icarəyə götürdükləri dükanları sökdüklərini göstərsələr də, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Agentliyin daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sistemində sorğuda qeyd edilən AZ10J083 dövlət qeydiyyat nişanlı “NEW Holland B110B” markalı ekskavatorun hüquqi şəxs "xxxx" ASC-yə məxsus olduğu bildirilmişdir. İddiaçının məhkəməyə söküntü işlərinin aparılmasının sübutu kimi təqdim etdiyi fotoşəkillərdə və videogörüntülərdə isə, Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-İmtahan İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.2016-cı il tarixdən "xxxx" MMC-nin adında qeydiyyatda olan “Kamaz 43118 Xüsusi Təy” markalı 99-JL264 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ümumiyyətlə həmin vaxt ərazidə olmadığı müəyyən edilmişdir. Belə ki, iddiada sözügedən torpaq sahəsi Cavabdeh ATSC -yə məxsus olan, 1947-ci ildə inşa edilmiş 110 kv-luq 4-cü “Ramana” və 1-ci “Dərnəgül” yüksək gərginlikli hava elektrik verilişi xətlərinin (bundan sonra – YGHEVX) mühafizə zonasındadır (koridorundadır). “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”na əsasən: 1. elektrik şəbəkəsi - elektrik enerjisinin ötürülməsi və təchizatı üçün nəzərdə tutulmuş elektrik qurğularının məcmusudur; elektrik qurğuları— elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanması üçün lazım olan avadanlıq və onlara aid tikililərdir; hava elektrik ötürücü xətti — elektrik enerjisini ötürən, açıq havada yerləşən, dayağa və mühəndis qurğularına izolyator və armaturlar vasitəsilə bərkidilmiş naqillərdən ibarət olan elektrik qurğularıdır; xəttin trası— kənar məftillərdən müəyyən olunmuş məsafələrdə yerləşmiş, paralel xəyali xətlə məhdudlaşan elektrik ötürücü xəttin quraşdırıldığı sahədir; mühafizə zonası— elektrik şəbəkələrinin qorunmasını təmin etmək, bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə elektrik şəbəkələrindən binalara, qurğulara qədər torpaq sahəsi, su səthindən suyun dibinə qədər olan su boşluğu, torpaq və su səthindən hava fəzası şəkilində minimal məsafələrdir. 2. Elektrik şəbəkələrinin mühafizəsi həmin şəbəkələrin istismarçıları tərəfindən həyata keçirilir. Elektrik şəbəkələrinin mühafizə zonaları aşağıdakı kimi müəyyən edilir: a) hava elektrik ötürücü xətləri boyunca kənar naqillərin meyl etməmiş vəziyyətində hər iki tərəfdən şaquli müstəvilərlə məhdudlaşan torpaq sahəsi və hava fəzası şəklində, gərginliyi 110 kV olan elektrik xətlərinə münasibətdə 20 metr məsafədə. 9. Elektrik şəbəkələrindən binalara, qurğulara, ağac-kol sahələrinə qədər, hava elektrik ötürücü xətlərinin naqillərindən yer və su səthinə qədər olan minimal məsafələr (qabarit, kəsişmə, yaxınlaşma) Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş müvafiq qaydalara (tikinti işləri isə “Tikinti Normaları və Qaydaları”na) əsasən müəyyən edilir və binaların layihələşdirilməsi, tikintisi, ağacların, kolların əkilməsi, budanması və kəsilməsi zamanı mütləq bu Qaydalara riayət edilməlidir. Elektrik şəbəkələrinin mühafizə zonalarında həmin şəbəkələrin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan aşağıda göstərilən işlərin yerinə yetirilməsi qadağandır: a) binaların və qurğuların tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi. Göstərilən işlərin elektrik şəbəkələrinin mühafizə zonalarında aparılmasına rəsmi razılıq almış müəssisələr, təşkilatlar və idarələr həmin işlərin yerinə yetirilməsi zamanı şəbəkələrin qorunmasını təmin edən şərtlərə əməl etməlidirlər. Elektrik şəbəkələrinin yaxınlığında bina və tikililərin inşası, əsaslı təmiri, yenidən tikilməsi üçün layihə-smeta sənədlərində, elektrik şəbəkələrinin saxlanmasını təmin edən tədbirlər nəzərdə tutulmalıdır. Bu tədbirlər elektrik şəbəkələrinin istismarçısı və yaxud mülkiyyətçisi ilə razılaşdırılmalıdır. Elektrik şəbəkələrinin mühafizə zonalarında və onun yaxınlığında olan müəssisələr elektrik şəbəkələrinin işçilərinin elektrik şəbəkələrinin qorunmasını təmin edən və bədbəxt hadisələrin baş verməsinin qarşısını almağa yönələn tələblərini yerinə yetirməlidirlər. Göründüyü kimi, adı çəkilən Qaydalarla YGHEVX-nin mühafizə zonaları müəyyən edilməklə, həmin zonalarda binaların və qurğuların layihələndirilməsi, tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi zamanı mütləq bu Qaydalara və şəbəkələrin qorunmasını təmin edən şərtlərə riayət edilməsi, elektrik şəbəkələrinin istismarçılarının və yaxud mülkiyyətçilərinin rəsmi razılığı olmadan göstərilən işlərin yerinə yetirilməsinin qadağan olunması və mühafizə zonalarında və onun yaxınlığında olan müəssisələrin elektrik şəbəkələrinin işçilərinin elektrik şəbəkələrinin qorunmasını təmin edən və bədbəxt hadisələrin baş verməsinin qarşısını almağa yönələn tələblərini yerinə yetirməli olması təsbit edilmişdir. Təsadüfi deyildir ki, İddiaçının təqdim etdiyi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 559 nömrəli sərəncamında da tikintisinə icazə verilən tikililərin YGHEVX-dən uzaqlaşdırılmasının məqsədəmüvafiqliyini nəzərə almaq və tikinti işlərini razılaşdırılmış layihə sənədlərinə uyğun aparmaq tapşırılmışdır. Lakin İddiaçı tərəfindən Qaydaların və Sərəncamın tələblərinə əməl edilməmiş, müvafiq torpaq sahəsi ayrılmasının təyinatı kiçik qənd zavodunun layihələndirilməsi və tikintisi, sonradan isə inzibati və hazır məhsulların nümayişi zalının tikintisi olmasına baxmayaraq, o, həmin torpaq sahəsində istehsalat tikililəri tikməmiş, mülkiyyətində deyil, istifadəsində olan bu sahədən təyinatı üzrə istifadə etməmiş, əksinə, özünün də iddia ərizəsində göstərdiyi kimi sözügedən ünvanda yerləşən tikinti materialları bazarının ərazisi bunun üçün hər hansı razılıq alınmadan hissələrə bölünərək ayrı-ayrı şəxslərin icarəsinə verilmişdir. Bundan başqa, Sərəncamda İddiaçı EİM Nərimanov RİH-ə etdiyi müraciətinə əsasən ona ayrılmış torpaq sahəsində xx.xx.1998-ci il tarixli 18/04 F-352 saylı məktubla razılaşdırılmış inzibati və hazır məhsulların nümayişi zalının binalarının yerinin dəyişdirilərək təqdim olunan layihəyə uyğun tikilməsinə icazə verilməsi nəzərdə tutulsa da, bu tikintinin razılaşdırlıdğı yeni eskiz layihəsi məhkəməyə təqdim edilməmişdir. Cavabdeh ATSC -yə məxsus 110 kV-luq 4-cü “Ramana” və 1-ci “Dərnəgül” YGHEVX-nin mühafizə zonasının Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində fəaliyyət göstərən “Taxta bazarı”nın işbazları tərəfindən zəbt edilməsi nəticəsində son dövrlər ardıcıl baş verən qəza açılmalarının qarşısının alınması məqsədilə xətlərə texniki xidmət göstərilməsi mümkün olmamış və baş vermiş qəza açılmaları nəticəsində Cavabdeh ATSC -yə və istehlakçılara külli miqdarda maddi ziyan dəymişdir. “Bazar”ın rəhbərliyinə mühafizə zonasının boşaldılması ilə əlaqədar ötən dövr ərzində dəfələrlə edilən rəsmi xəbərdarlıqların heç bir nəticəsi olmamışdır. Ona görə də, xx.xx.2021-ci il tarixdə Cavabdeh ATSC -nin əməkdaşları tərəfindən Nərimanov rayon İcra Hakimiyyəti və rayon Polis İdarəsinin nümayəndələri ilə birlikdə 110 kV-luq 4- cü “Ramana” və 1-ci “Dərnəgül” YGHEVX-də baş verən ardıcıl açılmalara səbəb olan problemlərin aradan qaldırılmasıməqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektindəki “taxta bazarı” adlanan (“Hyundai” servislə üzbəüz) ərazidə YGHEVX-nin mühafizə zonasında mövcud obyektlərin istifadəçiləri ilə görüş keçirilmiş, onlara elektrik şəbəkələrinin mühafizəsi qaydalarının tələblərinin pozulması izah edilmiş, aparılmış izahat işləri nəticəsində həmin şəxslər ərazidə quraşdırdıqları yüngül konstruksiyalı ticarət talvar və piştaxtalarını 2 gün müddətində özləri söküb aparmış, avadanlıq və mal-materiallarını yığışdırıb ərazidən çıxaraq sahəni könüllü şəkildə boşaltmışlar. Lakin heç bir problem olmadığı halda bir aydan sonra, xx.xx.2021-ci il tarixdə çox güman ki, elə “bazar” rəhbərliyinin məsləhət və tövsiyələri ilə Qarabağ müharibəsi veteranı və qazilərindən ibarət bir qrup idarə olunan şəxs tərəfindən sahənin darvazası sındırılaraq, ərazi yenidən zəbt edilmiş və tikinti işlərinə başlanılmış, ATSC -nin ərazidə YGHEVX-nin istismarını təşkil etmək üçün baxış keçirmək istəyən əməkdaşları əraziyə buraxılmamış, onlara qarşı təhqiramiz ifadələr işlədilmiş, əraziyə xüsusi təyinatlı nəqliyyat vasitələrinin daxil olunacağı təqdirdə yandırılacağı bildirilmiş, ancaq onların bu provakasiyalarına adekvat cavab verilməmiş, provakasiya cəhdlərinin nəticəsiz qaldığını görərək, həmin şəxslər bir neçə dəfə Ziya Bünyadov prospektində magistral avtomobil yolunu bağlamaq istəmiş, Nərimanov rayon Polis İdarəsi əməkdaşlarının düzgün və vaxtında gördüyü tədbirlər nəticəsində bu qanunsuz cəhdin də qarşısı alınmışdır. Bununla əlaqədar göstərilən ərazidə YGHEVX-nin mühafizə zonasında yenidən inşa edilən qeyri-qanuni tikililərin sökülməsi və qanunvericiliyin tələblərini pozan şəxslərin ərazidən çıxarılmasına köməklik göstərilməsi üçün Cavabdeh ATSC -nin prezidenti tərəfindən xx.xx.2021-ci il tarixli xx-xx- 1785 saylı məktubla Azərbaycan Respublikasının Daxili işlər nazirinə müraciət edilmişdir. Bundan sonra bir neçə gün ərzində Nərimanov rayon Polis İdarəsində həmin şəxslərlə gərgin danışıqlar aparılmış, təkrar görüşlər keçirilərək, narazılıqlarının səbəbləri araşdırılmaqla aradan qaldırılmış, onların Qarabağ müharibəsi veteran və qaziləri olduqları nəzərə alınaraq və sosial gərginlik yaratmamaq məqsədilə 37 nəfər şəxsə Cavabdeh ATSC tərəfindən ümumilikdə 63.100 manat kompensasiya ödənilmiş və YGHEVX-nin mühafizə zonasının tələbləri bərpa edilmişdir. Azərbaycan Respublikası Daxili işlər nazirinin Cavabdeh ATSC-nin prezidentinə ünvanladığı, ATSC-nin müraciətinə baxılmasının nəticəsi barədə xx.xx.2021-ci il tarixli 001-74236-122 saylı məktubunda göstərilir ki, “Məlum olmuşdur ki, 25 oktyabr 2021-ci il tarixdə bir qrup Qarabağ müharibəsi iştirakçısıCavabdeh Açıq Səhmdar Cəmiyyətinə məxsus Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov prospektində yüksək gərginlikli hava elektrik verilişi xətlərinin yerləşdiyi mühafizə olunan ərazinin boşaldılmasına etiraz əlaməti olaraq avtomobil yolunu bağlamağa cəhd göstərmiş, polis əməkdaşları tərəfindən vaxtında görülmüş tədbirlərlə ictimai asayişin pozulmasının qarşısı alınmış, həmin şəxslərlə profilaktiki söhbətlər aparılaraq narazılığı doğuran səbəblər ətraflı araşdırılmaqla aradan qaldırılmış və ərazi boşaldılaraq Cavabdeh ATSC -yə təhvil verilmişdir.” Süni şəkildə yaratdığı bu insidentin də fayda vermədiyini gördükdən sonra, İddiaçı EİM həmin ərazinin özünə məxsus olduğunu bildirərək, Cavabdeh ATSC -nin hərəkətlərinin qanunsuz hesab olunması və təqsirli hərəkəti nəticəsində vurulmuş ziyana görə 645.370 manat məbləğində kompensasiya ödənilməsi barədə məhkəmələrə, həmçinin müxtəlif dövlət qurumlarına müraciətlər etmişdir. Beləliklə, qeyd edilənlərdən göründüyü kimi, İddiaçı EİM-in iddia tələbini əsaslandırmaq üçün istinad etdiyi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 160 nömrəli, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 559 nömrəli Sərəncamları və istifadəyə (icarəyə) verilən torpaq sahəsinin xx.xx.1999-cu il tarixli 252 nömrəli Ayrıc Aktı təyinatına uyğun icra edilməmiş, həmin torpaq sahəsində Sərəncamlara müvafiq istehsalat tikililəri tikilməmiş, sahədən təyinatı üzrə istifadə edilməmiş və torpağın ayrılması zamanıYGHEVXnın qorunması tələbləri nəzərə alınmadan ciddi pozuntuya yol verilmişdir. Lakin birinci instansiya məhkəməsi işə baxan zaman qeyd olunan Qaydaların tələblərini və cavabdehin təqdim etdiyi sübutları nəzərə almamış və hər hansı hüquqi qiymət verməmişdir. Məhkəmə tərəfindən MPM-in 88-ci, 217.1-ci və 217.3-cü maddələrinin tələblərinə əməl edilməmiş, iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verilməmiş, cavabdehin etirazının əsasını təşkil edən hallarla bağlı hər hansı bir araşdırma aparmamışdır: Belə ki, iddiaçı sadəcə ayrıc aktı ilə ona ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim etməmiş, həmçinin sözügedən torpaq sahəsindəki ticarət obyektlərinin məhz onun tərəfindən tikilməsini təsdiq edən hər hansı bir sübut (obyektin tikintisində istifadə olunan tikinti materiallarının məhz onun vəsaiti hesabına alınmasını təsdiq edən qaimə-fakturalar, həmçinin ərazidə tikintini aparan şəxslərin (usta, fəhlə) tikintini məhz iddiaçının sifarişi və vəsaiti ilə aparılmasını təsdiq edən sənədlər və s.) məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, birinci instansiya məhkəməsi sadəcə iddiaçının özünün ehtimal xarakterli qiymətlərinə uyğun tərtib olunmuş xx.xx.2021-ci il tarixli auditor rəyinə və məhz həmin auditor rəyinə əsasən verilmiş xx.xx.2023-cü il tarixli 10/2414 nömrəli tikinti-texniki obyektlərin tədqiqinə dair ekspert rəyinə əsaslanaraq iddiaçıya dəymiş zərərin məbləğini müəyyən etmiş və həmin zərərin məhz Cavabdeh ATSC tərəfindən vurulması qənaətinə gəlmişdir. Halbuki, məhkəmə tikinti-texniki eksperti tərəfindən hər hansı müstəqil araşdırma aparılmamış, yalnız auditor rəyini öz rəyinə olduğu kimi köçürməklə kifayətlənilmiş, məhkəmə isə delikt faktını müəyyən edərkən ilk öncə İddiaçıya dəymiş zərərin məhz Cavabdehin təqsirli əməli nəticəsində vurulmasını iş üzrə mötəbər sübutlarla əsaslandırmalı olduğu halda bunu etməmiş, əksinə öz qətnaməsində qeyrimötəbər sübutlara və ziddiyyətli şahid ifadələrinə əsaslanmışdır. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli 3-22-1/2-504/2023 nömrəli AR Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinin məktubundan görünür ki, Agentliyin daşınar əmlakın rəsmi reyestrinin avtomatlaşdırılmış informasiya sistemində sorğuda qeyd edilən AZ10J083 dövlət qeydiyyat nişanlı “NEW Holland B110B” markalı ekskavator hüquqi şəxs “Azərişıq ATSC -yə məxsusdur. Həmçinin, iş materiallarında olan videogörüntülərdən də aydın görünür ki, sözügedən ərazidə söküntü işlərin aparan AZ10J083 dövlət qeydiyyat nişanlı“NEW Holland B110B” markalı ekskavatorun yan qapı hissəsinin üzərində iri sarı hərflərlə gözlə aydın şəkildə görünə bilən "xxxx" yazısı və loqosu əks olunmuşdur. Buna baxmayaraq sökülən ərazidə dükanları icarəyə götürən və şahid qismində məhkəməyə çağırılmış şəxslər söküntü işləri aparan ekskavatorun ön şüşə hissəsində guya Cavabdeh yazısının olması barədə məhkəməyə doğru olmayan ifadələr vermişlər. Şahidlər həmçinin iddiaçı ilə onlar arasında icarə müqaviləsinin bağlanılma tarixi və icarə haqqının məbləği barədə icarə müqavilələrində öz əksini tapmış məlumatlara tamamilə əks olan ifadələr vermişlər. İddiaçı məhkəməyə təqdim etdiyi fotoşəkildə “Kamaz 43118 Xüsusi Təy” markalı 99-Jl264 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Cavabdeh ASC-yə məxsus olmasını bildirsə də, qeyd edilən avtomobilin, həmçinin üzərində Cavabdeh ATSC -nin loqosu və yazısı olan iddia etdikləri işçilərin həmin söküntü prosesində iştirak etməsi və həmin fotoşəkilin məhz söküntü aparılan yerdə və söküntü aparılan vaxt çəkilməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Hesab edirlər ki, Cavabdeh ATSC tərəfindən yüksək gərginlikli elektrik hava xətlərinin mütəmadi olaraq texniki qulluq edilməsinin zəruriliyini nəzərə alsaq, Cavabdeh ATSC -nin texniki işçilərinin və texnikasının (söküntü aparan ekskavatorun yox məhz yük maşınının) hətta söküntü işləri aparılan vaxt həmin ərazidə olması təbii bir hal kimi qiymətləndirilməli və heç bir halda qeyd edilən söküntü işlərinin məhz Cavabdeh ATSC tərəfindən aparılması barədə qənaətə gəlməyə əsas verməməlidir.
28. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR Mülki Məcəlləsinin 21.2-c maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından hrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bildirir ki, bazarın ərazisi cavabdeh tərəfindən dağıdılmamışdan qabaq iddiaçı tərəfindən hissələrə bölünərək, Şamil Quliyev (300 manat), Şirasər Bəkirov (250 manat), Mübariz Hacıyev (200 manat), Samirə Süleymanova (212 manat), Elgün Abdullayev (200 manat), Nazilə Babayeva (300 manat) və Səməd Hüseynov (200 manat) adlı şəxslərə müqavilə əsasında icarəyə verilmişdi. Həmin icarə haqları bir ay üçün cəmi 1662 manat təşkil edir. Qeyd olunan maddənin tələbinə əsasən hüququ pozulmuş şəxs olaraq cavabdehin qanunazidd hərəkətləri nəticəsində icarə haqqı məbləğindən məhrum olaraq adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir əllərindən çıxmışdır. Buna baxmayaraq məhkəmə həmin hissədə sübut təqdim edilməməsini əsas götürərək iddia tələbini təmin etməməkdə haqlı olmamış, qeyd olunan maddənin tələbini pozmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə qoşma olaraq 22 vərəqədə icarə müqavilələri əlavə olunaraq sübut kimi məhkəməyə təqdim olunmuş və həmin müqavilələrin saxta olması ilə bağlı cavabdeh tərəfindən məhkəməyə sübut təqdim olunmamış, ümumiyyətlə cavabdeh həmin müqavilələri mübahisələndirməmiş, hətta iş üzrə şahid qismində izahat verən şəxslər də söküntüyə qədər İddiaçı EİM tərəfindən inşa edilmiş dükanlarda İcarəçi kimi fəaliyyət göstərdiklərini bildirmişlər. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. ünvan 4 ünvanda yerləşən torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli sərəncamı ilə İddiaçınə ayrılsa da bazar dağıdılandan sonra həmin torpaq sahəsinin giriş qapısı cavabdeh tərəfindən bağlanmış və İddiaçı həmin sahəyə girişi və istifadəsi qanunsuz olaraq məhdudlaşdırılmışdır. Bildirir ki, cavabdehə məxsus yüksək gərginlikli elektrik xətlərinin mühafizə zolağı iddiaçının fəaliyyət göstərdiyi sahəni bütövlükdə əhatə etmir. Həmin torpaq sahəsinin müəyyən hissəsinə düşür. Belə olan vəziyyətdə cavabdeh tərəfindən torpaq sahəsinə girişin tam olaraq məhdudlaşdırılması qanuni hesab oluna bilməz. Ona görə də məhkəmə bu hissədə qismən olsa belə iddia tələbini təmin edə bilərdi. Daha doğrusu məhkəmə iddia tələbini bu hissədə qismən təmin edərək qət etməli idi ki, cavabdehə məxsus yüksək gərginli elektrik xətlərinin mühafizə zolağı istisna olmaqla torpaq sahəsinin digər hissələrindən istifadənin məhdudlaşdırılması cavabehə qadağan olunsun. Qeyd olunan maddənin tələbinə əsasən torpaq sahəsindən istifadə edə və ona dair sərəncam verə biləcəyimiz halda məhkəmə tərəfindən həmin maddənin tələbi pozulmuşdu. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1, 217.3-cü maddələri məhkəmə tərəfindən pozulmuşdur. Bununla bağlı qeyd olunmalıdır ki, iddia tələbinin əldən çıxmış fayda olaraq 39.888 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, İddiaçı EİM-nin ünvan 8 ünvanda yerləşən torpaq sahəsindən qanuni istifadəsinə yaradılmış məhdudiyyətin qanunsuz hesab edilərək torpaq sahəsindən istifadəyə maneəçilik törədilməsinin Cavabdeh ATSC -yə qadağan edilməsi hissəsində məhkəmənin qətnamədə gəldiyi nəticə düzgün deyildir. Çünki iddiaçı tərəfindən təqdim olunmuş sübutlar məhkəmə tərəfindən nəzərə alınmamış və məhkəmə bu hissədə səhv nəticəyə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
29. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
30. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, qətnamənin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini və iddianın tam təmin olunmasını xahiş etdi.
31. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, qətnamənin qismən - iddianın təmin olunduğu hissədə ləğv edilməsini və iddianın tam rədd olunmasını xahiş etdi. Əlavə olaraq cavabdehin nümayəndəsi və vəkili izahatında tikinti bazarı başqa şəxslər tərəfindən söküldükdən sonra Cavabdeh ATSC–nin əməkdaşları tərəfindən ərazinin təmizləndiyini bildirdi.
Tətbiq edilən hüquq:
32. Mülki Məcəllənin: -21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. - 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. -157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. - 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
33. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
34.Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1-ci maddəsinə görə tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. 95.2. Bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı (Fövqəladə Hallar Nazirliyi)tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı (Fövqəladə Hallar Nazirliyi) tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. 95.3-1. Bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər.
35. AR Nazirlər Kabinetinin 16 may 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”in 1.4-cü maddəsinə əsasən bu tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər. 3.1-ci bəndinə əsasən Bu Tələblərin 2-ci hissəsi ilə müəyyən edilmiş mühafizə zonalarının altındakı torpaq sahələrində sistem operatoru ilə əvvəlcədən razılaşdırılmaqla aşağıdakı təsərrüfat işləri aparıla bilər: 3.1.1. gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizə zonalarında tikinti və ya quraşdırma işlərinin aparılması; 3.1.2. hər növ dağ-mədən işləri, yükləmə-boşaltma (o cümlədən dənizdə, çayda, göldə), dibdərinlətmə, yerqazma, partladılma, meliorasiya işlərinin görülməsi, ağac və kol əkilməsi, qırılması, budanması, çöl düşərgələrinin qurulması, mal-qaranın yerləşdirilməsi, çəpər çəkilməsi, bağlar üçün dayaqların quraşdırılması və kənd təsərrüfatı bitkilərinin suvarılması; 3.1.3. dəmir yollarının, avtomobil yollarının, boru kəmərlərinin, rabitə xətlərinin, digər kommunikasiya qurğularının və başqa elektrik şəbəkələrinin layihələndirilməsi, tikintisi, quraşdırılması, təmiri, yenidən qurulması və sökülməsi; 3.1.4. elektrik şəbəkələrinin mühafizə zonalarının altındakı torpaq sahələrində həmin sahələrin müvəqqəti subasması ilə əlaqədar işlərin görülməsi; 3.1.5. sualtı kabel elektrik verilişi xətlərinin mühafizə zonalarında gəmilərin, barjların və üzən kranların dayanması üçün körpülərin tikintisi, lövbər atılması, ov sahələrinin ayrılması, su bitkilərinin əldə edilməsi, yığılması, məhv edilməsi və heyvanların suvarılması üçün suvatların qurulması; 3.1.6. hava elektrik verilişi xətlərinin mühafizə zonalarından ümumi hündürlüyü yol səthindən 4,5 metrdən artıq olan maşın və mexanizmlərin keçməsi; 3.1.7. yeraltı kabel elektrik verilişi xətlərinin mühafizə zonalarında 0,3 metrdən artıq, şumlanan torpaqlarda isə 0,45 metrdən artıq dərinlikdə torpaq işlərinin aparılması və planlaşdırılması.
Apellyasiya baxışının hədləri:
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
38. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edilmiş, qətnamə iddianın təmin edilmiş hissəsində cavabdeh, rədd edilmiş hissəsində isə iddiaçı tərəfindən mübahisələndirilmişdir. Odur ki, MPM-in 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam şəkildə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
39. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, qətnamə qismən - torpaq sahəsindən qanuni istifadəsinə yaradılmış məhdudiyyətin qanunsuz hesab edilərək torpaq sahəsindən istifadəyə maneəçilik törədilməsinin qadağan edilməsi tələbinə dair iddianın rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
40. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 160 nömrəli sərəncamına əsasən İddiaçı EİM-ə kiçik qənd zavodunun layihələşdirilməsi və tikintisi üçün Z.Bünyadov prospekti 2062 saylı məhəllədə torpaq sahəsi ayrılmış, xx.xx.1999-cu il tarixdə Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı EİM-nin istifadəsinə (icarəyə) verilən torpaq sahəsinə dair 99/252 nömrəli ayrıc aktı tərtib edilmiş, Bakı şəhər Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli 559 nömrəli sərəncamına əsasən isə İddiaçı EİM-yə onlara ayrılmış torpaq sahəsinin Z.Bünyadov prospektinə çıxan sərhədindən 3 m daxildə yerləşdirilməsi şərtilə yeni razılaşdırılmış eskiz layihəsinə uyğun inzibati və hazır məhsulların nümayiş zalının tikintisinə icazə verilmişdir.
41. Digər tərəfdən işin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 160 nömrəli sərəncamına əsasən ayrılmış torpaq sahəsində İddiaçı EİM tərəfindən tikinti materialları satışı bazarı inşa edilmişdir. xx.xx.2021-ci il tarixdə əraziyə gələn şəxslər buldozer vasitəsi bazarda olan dükanları sökərək, daha sonra həmin dükanların tikintisi üçün istifadə edilmiş, lakin yararsız vəziyyətə düşmüş tikinti materıallarını özlərinə məxsus yük avtomobilləri ilə aparmışlar.
42. Hazırda İddiaçı EİM onlara məxsus tikinti materialları satışı bazarının cavabdeh "xxxx" ASC tərəfindən söküldüyünü bildirərək bazarın sökülməsi nəticəsində ona dəymiş real maddi zərərin, əldən çıxmış faydanın tutulması, eləcə də torpaq sahəsindən qanuni istifadəsinə yaradılmış məhdudiyyətin qanunsuz hesab edilərək torpaq sahəsindən istifadəyə maneəçilik törədilməsinin cavabdehə qadağan edilməsini xahiş edir. Cavabdeh isə sökülmüş tikililər üzərində iddiaçının hüquqları dövlət qeydiyyatına alınmadığından tikililərin sökülməsi nəticəsində iddiaçının hüquqlarının pozulmamasını, yəni iddiaçının tikililərin sökülməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməyə dair subyektiv hüquqa malik olmamasını; mübahisəli tikililərin onlar tərəfindən deyil, naməlum şəxslər tərəfindən sökülməsini; zərərinin məbləğinin mötəbər sübutlarla müəyyən edilməməsini; eləcə də iddiaçıya ayrılmış torpaq sahəsi yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasına düşdüyündən həmin torpaq sahəsindən elektrik şəbəkələrin mühafizə qaydalarına riayət etməklə istifadə edilməli olmasını əsas göstərərək iddianın rədd edilməsini xahiş edir.
43. Kollegiya qeyd edir ki, tikinti bazarının sökülməsi nəticəsində dəymiş zərərin (həm real zərər, həm də əldən çıxmış fayda) əvəzinin ödənilməsi tələbinə dair hissədə iddianın qanuni əsasını Mülki Məcəllənin 21.1, 1096.1 və 1097.1-ci maddələri təşkil edir.
44. Kollegiya xatırladır ki, deliktdən irəli gələn maddi zərərin ödənilməsi tələbinə dair işlərə baxılarkən məhkəmə cavabdeh tərəfindən təqsirli hüquqazidd əməl törədilməsini, iddiaçıya maddi zərər vurulması, hüquqazidd əməllə dəymiş zərər arasında səbəbli əlaqənin mövcud olmasını, eləcə də zərərin məbləğini müəyyən etməlidir.
45. Kollegiya ilk növbədə tikinti bazarının sökülməsi nəticəsində iddiaçının qanunla qorunan hüquq və maraqlarının pozulub-pozulmaması, yəni iddiaçının sökülmə nəticəsində dəymiş zərəri tələb etməyə dair subyektiv hüquqa malik olub-olmaması məsələsinə münasibətdə qeyd edir ki, mübahisəli tikinti bazarının İddiaçı EİM-ə ayrılmış torpaq sahəsində, həmin torpaq sahəsinin iddiaçının istifadəsində olduğu dövrdə inşa edilməsi, tikilinin böyük hissəsinin yüksək gərginlikli elektrik xətlərin mühafizə zonasında yerləşməsinə baxmayaraq həmin tikili inşa edilərkən Cavabdeh ATSC-dən icazə alınmaması və həmin tikililər üzərində iddiaçının əmlak hüquqlarının dövlət qeydiyyatına alınmaması işin mübahisəsiz hallarıdır. Odur ki, iddiaçının Mülki Məcəllənin 139.1 və 178.2-ci maddəsinin tələbləri baxımından həmin tikililər üzərində mülkiyyət və digər əşya hüququna malik olmaması açıq-aşkardır.
46. Lakin kollegiya eyni zamanda onu da nəzərə alır ki, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən İnsan Hüquqları və Əsas azadlıqlarının müdafiəsi barədə Avropa Konvensiyasının 1 saylı protokolunun 1 saylı maddəsində nəzərdə tutulmuş əmlak anlayışı müstəqil xarakter daşımaqla həm mövcud əmlakı, həm də şəxsin barəsində əsaslı və “qanunauyğun gözləmək” hüququna malik olduğu aktivləri, o cümlədən tələbetmə hüquqlarını əhatə edir. Həmin anlayışa daşınar və daşınmaz əmlakla yanaşı əmlak maraqları daxildir. Odur ki, milli qanunvericiliklərin formal bölgüsünə əsasən mülkiyyət hesab edilməyən əmlak xarakterli hüquq və maraqlar da 1 saylı protokolun 1-ci maddəsinin müdafiəsi altına düşür (Depal Fransaya qarşı, Broniovski Polşaya qarşı, Beyeler İtalyaya qarşı iş üzrə qərarlar).
47. Hazırkı halda yuxarıda da qeyd edildiyi kimi mübahisəli tikililər iddiaçıya ayrılmış torpaq sahəsində iddiaçı tərəfindən inşa edilmiş, iddiaçı uzun illər ərzində (15dən artıq yaxın müddət) həmin əmlakdan maneəsiz olaraq istifadə etmiş, ondan gəlir əldə etmiş, dövlət orqanları, eləcə də yüksək gərginlikli elektrik xətlərinin istismarçısı olan və mühafizə zonalarının rejiminin qorunmasına nəzarət edən cavabdeh tərəfindən həmin tikililərinin mühafizə zonasında inşa edilməsinə və istifadə edilməsinə göz yumulmuşdur. Odur ki, iddiaçının həmin tikililərə dair əmlak xarakterli marağının və əmlak üzərində hüquqlarının gələcəkdə rəsmiləşdiriləcəyinə dair əsaslı gözləntinin mövcud olması şübhə doğurmur.
47. Belə olan halda, iddiaçının mübahisəli tikililərə dair əmlak xarakterli maraqları İnsan Hüquqları və Əsas azadlıqlarının müdafiəsi barədə Avropa Konvensiyasının məqsədləri baxımından “əmlak” anlayışına daxil olmaqla həmin maraqların qorunması konvensiyanın 1 saylı protokolunun 1 saylı maddəsinin təsiri altına düşür. Belə olan halda isə iddiaçı sözügedən əmlak xarakterli maraqlarının obyekti olan həmin tikililərin sökülməsi, yəni əmlak xarakterli maraqlarının pozulması nəticəsində dəymiş zərəri tələb etmək hüququna malikdir.
48. İşin digər mübahisəli halını tikililərinin söküntüsünün cavabdeh tərəfindən aparılıb-aparılmaması təşkil edir.
49. Bununla bağlı kollegiya qeyd edir ki, birincisi, iş materiallarına əlavə edilmiş video və fotoşəkillərdən görünür ki, söküntü işləri aparan şəxslərin üzərində Cavabdeh ATSC Abşeron REŞ yazısı olan xüsusi geyim olmuş, bundan əlavə sökülmüş mağazaların tikinti qalıqları cavabdehin tabeliyində olan “X8” MMC-nin mülkiyyətində olan “Kamaz 43118 Xüsusi Təy” markalı 99-Jl-264 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yığılmışdır.
50. İkincisi, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 Ramil Vaqif oğlu və X10 verdikləri ifadələrində tikinti bazarının Cavabdeh ATSC-nin işçiləri (ATSC-in adı olan xüsusi geyimli şəxslər) tərəfindən gətirilmiş buldozer tərəfindən sökülməsi faktını təsdiq etmişdir.
51. Üçüncüsü, Cavabdeh ATSC tərəfindən İddiaçı EİM-ə və Daxili İşlər Nazirliyinə ünvanlanmış məktubların, eləcə də cavabdehin hazırkı iddiaya etirazın məzmunundan da göründüyü kimi cavabdeh iddiaçıya və bazarda işləyən şəxslərə mühafizə zonasının boşaldılması barədə xəbərdarlıqlar etməsini, eləcə də həmin ərazi boşaldıldıqdan sonra ərazinin onun tərəfindən təmizlənməsi, hasarlanması və darvaza qoyulması faktlarını inkar etmir. Bununla yanaşı cavabdehin nümayəndəsi və vəkili də apellyasiya instansiya məhkəməsində işə baxılarkən verdiyi izahatda sökülmüş bazarın tikinsində istifadə olunmuş tikinti materiallarının qalıqlarının Cavabdeh ATSC tərəfindən təmizlənməsini faktını təsdiq etmişdir. Bununla bağlı kollegiya “naməlum” şəxslər tərəfindən sökülmüş bazarın tikinti qalıqlarının söküntüdən dərhal sonra cavabdeh tərəfindən təmizlənməsi barədə cavabdehin dəlillərini ağlabatan və inandırıcı hesab etməyərək ərazinin Cavabdeh ATSC tərəfindən təmizlənməsi faktını söküntü işlərinin məhz cavabdeh tərəfindən aparılmasını dolayısı ilə təsdiq edən hal kimi qiymətləndirir.
52. Bununla yanaşı məhkəmə həmçinin onu da nəzərə alır ki, Cavabdeh ATSC-nin bazarın yerləşdiyi yüksək gərginlikli elektrik xətlərinin mühafizə zonasına nəzarət edən qurum olaraq həmin tikililərin boşaldılması barədə iddiaçıya dəfələrlə xəbərdarlıq etməsi, tikililər söküldükdən və ərazi təmizləndikdən sonra ərazinin cavabdeh tərəfindən mühafizə edilməsi və iddiaçının həmin əraziyə girişinin məhdudlaşdırılması (həmin fakt cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında təsdiq edilmişdir) kimi faktiki hallar cavabdehin həmin əmlakların sökülməsində maraqlı olmasına, eləcə həmin sökülmədən faydalanan şəxsin də məhz cavabdeh olmasına dəlalət edir.
53. Belə olan halda kollegiya hesab edir ki, İddiaçı EİM-ə ayrılmış torpaq sahəsində yerləşən tikinti bazarının Cavabdeh ATSC tərəfindən sökülməsi iş materiallarında olan sübutların məcmusu ilə öz təsdiqini tapır.
54. Kollegiya tikililərinin cavabdeh tərəfindən sökülməsinin hüquqazidd əməl olubolmaması ilə bağlı isə qeyd edir ki, tikinti obyektinin sökülməsi əsasları və qaydaları Şəhərsalma və Tikinti Məcəlləsinin 95-ci maddəsində müəyyən edilmişdir. Həmin maddənin tələblərinə əsasən tikililərin sökülməsi həmin maddədə göstərilən əsaslar olduğu halda və yalnız Fövqəladə Hallar Nazirliyinin və ya məhkəmənin (sökülmə əsaslarından asılı olaraq) qərarı əsasında həyata keçirilə bilər.
55. Odur ki, kollegiya vurğulayır ki, hazırkı halda mübahisəli tikilinin yüksək gərginlikli elektrik xətlərin mühafizə zonasında inşa edilməsi cavabdehə həmin tikilini müvafiq orqanın (FHN və ya məhkəmə) qərarı olmadan sökmək hüququ vermir. Belə olan halda mübahisəli tikililərin cavabdeh tərəfindən sökülməsi hüquqazidd əməl kimi qiymətləndirilməlidir.
56. Cavabdeh tərəfindən törədilmiş hüquqazidd təqsirli əməl nəticəsində iddiaçıya dəymiş maddi zərərin məbləğinə gəldikdə kollegiya qeyd edir ki, xx.xx.2021-ci il tarixli auditor rəyi ilə Dərk X7 məxsus Bakı şəhəri Nərimanov rayonu Z.Bünyadov prospekti ünvanında 0,45 ha torpaq sahəsində yerləşən qeyri yaşayış təyinatlı daşınmaz əmlakların (obyektlərin) sökülməsi nəticəsində material, işçilik, nəqliyyat xərcləri nəzərə alınmaqla dəymiş zərərin ümumi məbləği 645370 manat məbləğində müəyyənləşdirilmişdir.
57. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2414 nömrəli tikinti-texniki obyektlərin tədqiqinə dair ekspert rəyi ilə iş materiallarında olan sübutlar, o cümlədən auditor rəyi nəzərə alınmaqla iddiaçıya dəymiş zərərin məbləğinin 645370 manat məbləğində olması öz təsdiqini tapmışdır.
58. Cavabdeh tərəfindən auditor rəyinin və onun əsasında verilmiş ekspert rəyinin mötəbərliyi mübahisələndirildiyindən iş üzrə təkrar eskpertiza təyin edilərək ekspert qarşısında mütəxəssis rəyləri nəzərə alınmadan iş materiallarında olan fotoşəkillərə əsasən dəymiş zərərin müəyyən edilməsi barədə sual qoyulmuş, ekspert rəyi ilə tədqiq olunan tikilinin eyni vəziyyətdə bərpa edilməsi üçün (mütəxəssis rəyləri nəzərə alınmadan, fotoşəkillər əsasında) tələb edilən vəsaitin nə qədər təşkil etdiyinin müəyyən edilməsinin mümkün olmaması müəyyən edilmişdir.
59. Qeyd edilməlidir ki, cavabdeh iş üzrə alınmış ekspert rəyləri arasında ziddiyyətlərin olmasını əsas göstərərək iş üzrə təkrar ekspertiza tədqiqatının aparılmasının (təkrar ekspertiza təyin edilməsi barədə yazılı vəsatət vermədən) zəruriliyini vurğulamışdır.
60. Bununla bağlı kollegiya qeyd edir ki, iş üzrə hər iki ekspertiza tikililərin sökülməsi nəticəsində vurulmuş zərərin, yəni faktiki olaraq hazırda mövcud olmayan tikililərin bərpa edilməsi üçün tələb olunan vəsaitinin məbləğinin müəyyən edilməsi məqsədilə ilə təyin edilsə də, məhkəmənin qoyduğu suallara müvafiq olaraq ekspertiza tədqiqatları fərqli sübutlar əsasında aparılmışdır. Belə olan halda ekspertlərin gəldikləri nəticələrin (birinci ekspert rəyində auditor rəyi nəzərə alınmaqla tikiliyə dəymiş zərərin həcminin və dəyərinin müəyyən edilməsi, ikinci halda isə digər sübutlar əsasında zərərin müəyyən edilməməsi) bir-birinə zidd nəticələr kimi qiymətləndirilməsi üçün əsaslar yoxdur.
61. Bundan əlavə kollegiya dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə əlavə araşdırmanın aparılmaması barədə qənaətə gələrkən onu da nəzərə alır ki, iş üzrə keçirilmiş sonuncu ekspertiza rəyində ekspert mütəxəssis rəyi nəzərə alınmadan tikililərə dəymiş zərərin məbləğinin müəyyənləşdirilməsinin qeyri-mümkün olması barədə qənaətə gəlmişdir, odur ki, hazırkı halda əlavə sübutlar təqdim edilmədən iş üzrə təkrar ekspertizanın təyin edilməsi hər hansı bir nəticə verməməklə yanaşı işin lüzumsuz uzadılmasına xidmət edəcəkdir.
62. Birinci ekspert rəyi auditorun verdiyi rəyə əsaslandığından dəymiş zərərin məbləğinin müəyyən edilməsi üçün kifayət edən mötəbər sübut kimi qiymətləndirilməli olmaması barədə cavabdehin dəlilləri ilə bağlı isə qeyd edilməlidir ki, hər hansı sübutun və sübutların məcmusunun iş üçün əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi üçün yetərli hesab edilib-edilməməsi hər bir konkret halda işin tətbiq edilən sübutetmə standartından asılıdır. Sübutetmə standartları mübahisəli hüquq münasibətində iddia edən şəxsin sübutların əldə edilməsinin faktiki imkanlarından asılı olaraq hər iki tərəfin imkanlarını bərabərləşdirmək və eləcə də publik maraqlarını qorumaq naminə fərqləndirilir. Bu zaman sübutların əksər hissəsinin qarşı tərəfdə olması və ya qarşı tərəfin təqsiri üzündən təqdim edilməsinin mümkün olması nəticəsində iddia edən şəxsin adi sübutetmə standartına xas olan tam həcmdə sübutların təqdim etməsində çətinlik yarandıqda daha aşağı sübutetmə standartı (mötəbərliyin minimal zəruri dərəcəsi) tətbiq edilir.
63. Hazırkı halda tikililərin sökülməsi nəticəsində ona dəymiş zərərin 645370 manat məbləğində olmasını iddia edən iddiaçının həmin halı təsdiq etmək üçün əlavə sübutları təqdim etmək imkanının məhz cavabdehin qanunsuz əməlləri (tikililər sökülməsi və ərazinin təmizləməsi) nəticəsində məhdudlaşdırıldığını, eyni zamanda mütəxəssis rəyi nəzərə alınmadan zərərin məbləğinin müəyyən edilməsinin qeyri-mümkünlüyünü nəzərə alaraq hesab edir ki, hazırkı halda aşağıya salınmış sübutetmə standartı tətbiq edilməklə auditor rəyi nəzərə alınmaqla alınmış ekspert rəyi zərərin məbləğinin müəyyənləşdirilməsi üçün yetərli sübut kimi qiymətləndirilməlidir.
64. Belə olan halda kollegiya hesab edir ki,iddiaçıya dəymiş zərərə görə 645.370 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.
65. Əldən çıxmış faydaya görə 39.888 manat məbləğində pulun tutulması hissəsinə münasibətdə kollegiya qeyd edir ki, əldən çıxmış fayda müəyyənləşdirilərkən iddiaçının onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Bu zaman iddiaçı onun əldə çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir.
66. Hazırkı halda iddiaçı ona əldən çıxmış fayda formasında zərər vurulmasını sübuta yetirmək üçün tikinti bazarında yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsinə dair sadə yazılı formada bağlanmış müxtəlif tarixli icarə müqavilələrini təqdim etsə də, həmin müqavilələrin söküntü aparıldığı dövrdə də qüvvədə olmasını, söküntüyəqədərki dövrdə iddiaçıya mütəmadi olaraq həmin icarə müqavilələrinə üzrə icarə haqlarının ödənilməsini təsdiq edən sübutları birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Odur ki, kollegiya hesab edir ki, təqdim edilmiş sübutlar cavabdehə əldən çıxmış fayda formasında zərər vurulması faktının, eləcə də zərərin məbləğinin müəyyən edilməsi üçün kifayət etmir. Belə olan halda həmin hissədə iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
67. Digər tərəfdən məhkəmə kollegiyası ünvan 3 ünvanda yerləşən torpaq sahəsindən qanuni istifadəsinə yaradılmış məhdudiyyətin qanunsuz hesab edilərək torpaq sahəsindən istifadəyə maneəçilik törədilməsinin Cavabdeh ASC-yə qadağan edilməsi tələbinə dair hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı saymır.
68. Belə ki, işin yuxarıda göstərilən hallarından da göründüyü kimi əvvəllər mübahisəli tikililərin yerləşdiyi və hazırda Cavabdeh ATSC tərəfindən mühafizə edilən ünvan 3 ünvanda yerləşən 0,45 ha torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 160 nömrəli sərəncamına əsasən İddiaçı EİM-ə ayrılmışdır.
69. Digər tərəfdən ekspert rəyinə əsasən həmin sahənin 120 kv.m. hissəsinin (həmin hissənin plan sxemi ekspert rəyində əks olunmuşdur) həmin sahədən keçən yüksək gərginlikli (110 kV) elektrik verilişi xəttinin mühafizə zonasının hüdudları daxilində yerləşməməsi, digər hissələrinin isə həmin sahədən keçən yüksək gərginlikli (110 kV) elektrik verilişi xəttinin mühafizə zonasının hüdudları daxilində yerləşməsi müəyyən edilmişdir.
70. Məhkəmə əvvəla sözügedən torpaq sahəsinin mühafizə zonasının hüdudları daxilində yerləşməyən 120 kv.m. hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddiaçının torpaq sahəsindən istifadə etmək hüququnun cavabdeh tərəfindən məhdudlaşdırılması üçün qanuni əsaslar mövcud deyildir. Odur ki, iddiaçı torpaq sahəsinin qanuni sahibi kimi Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən həmin torpaq sahəsindən istifadəsinə cavabdeh tərəfin törədilən qanunsuz maneələrə son qoyulmasını tələb etmək hüququna malikdir.
71. Torpaq sahəsinin yüksək gərginlikli (110 kV) elektrik verilişi xəttinin mühafizə zonasının hüdudları daxilində yerləşən qalan hissəsinə münasibətdə kollegiya qeyd edir ki, AR Nazirlər Kabinetinin 16 may 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”nin 1.4-cü bəndində nəzərdə tutulmuşdur ki, həmin tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmir, lakin həmin torpaq sahələrində təsərrüfat işlərini aparkən Tələblərə əməl etməlidirlər. Tələblərin 3.1-ci bəndində isə mühafizə zonalarının altındakı torpaq sahələrində sistem operatoru ilə əvvəlcədən razılaşdırılmaqla aparılan təsərrüfat işləri sadalanmışdır.
72. İstinad edilən Tələblərin məzmunundan da göründüyü kimi ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri təsərrüfat işlərini aparkən Tələblərə əməl edilməsi şərti ilə həmin torpaqlarından istifadə edə bilərlər.
73. Odur ki, sistem operatoru ilə razılaşdırılması tələb edilən təsərrüfat işlərinin aparılması istisna olmaqla iddiaçının torpaq sahəsinin istifadəsinin cavabdeh tərəfindən məhdudlaşdırılması qanuni və əsaslı hesab edilə bilməz.
74. Belə olan halda kollegiya belə qənaətə gəlir ki, həmin hissədə iddia qismən təmin edilməli, mübahisəli torpaq sahəsinin yüksək gərginlikli elekrtrik verilişi xəttinin mühafizə zonası hüdudları daxilində yerləşən hissəsindən sistem operatoru ilə razılaşdırılması tələb edilməyən formada iddiaçının istifadəsinə maneəçilik törədilməsi Cavabdeh ATSC-yə qadağan edilməlidir.
75. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
76. İddiaçının apellyasiya şikayəti qismən - qiymətləndirilməyən iddiaya aid hissədə təmin edildiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə 50 manat məbləğində pul tutulmalı, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.
77. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cavabdeh ATSC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-283/2023 nömrəli qətnaməsi qismən –İddiaçı EİM-yə ayrılmış torpaq sahəsindən qanuni istifadəsinə yaradılmış məhdudiyyətin qanunsuz hesab edilərək torpaq sahəsindən istifadəyə maneəçilik törədilməsinin Cavabdeh AЕSC-yə qadağan edilməsinə dair iddia tələbinin rədd edilməsi hissədə ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 160 nömrəli sərəncamı ilə İddiaçı EİM-yə ayrılmış ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin yüksək gərginlikli elektrik verilişi xəttinin mühafizə zonası hüdudları daxilində yerləşməyən 120 kv.m. hissəsindən (ekspert rəyindəki plansxemdə göstərilən hissədən) iddiaçının istifadəsinə yaradılmış məhdudiyyət qanunsuz hesab edilərək torpaq sahəsinin həmin hissəsindən iddiaçının istifadəsinə maneəçilik törədilməsi Cavabdeh ATSC-yə qadağan edilsin. Həmin torpaq sahəsinin yüksək gərginlikli elekrtrik verilişi xəttinin mühafizə zonası hüdudları daxilində yerləşən qalan hissəsindən sistem operatoru ilə razılaşdırılması tələb edilməyən formada iddiaçının istifadəsinə maneəçilik törədilməsi Cavabdeh ATSC-yə qadağan edilsin. Qalan hissədə həmin iddia tələbi rədd edilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu dövlət rüsumunun əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə 50 manat məbləğində pul tutulsun, dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Elnur Həsənov