Məhkəmə qərarları › İş №2-2(103)-171/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-171/2020

11.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-171/2020 11.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X9 qızının, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi (direktor) X3, nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, iddiaçı ləğv prosesində olan QSC «Bank Standard» Kommersiya Bankının Cavabdehna qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (81)-4/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən (hakim Fərid Mədətli) iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı QSC «Bank Standard» Kommersiya Bankı Cavabdehna qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edərək tərəflər arasında bağlanmış xx xxxxxx 2007-c il tarixli KM/HŞ ********** saylı müqavilə üzrə 114.362,73 manat məbləğində əsas borc, 125.818,30 manat məbləğində faiz borcu, 44.083,92 manat məbləğində cərimə borcu, ümumilikdə isə 284.264,95 manat, xx xxxx 2008-ci il tarixli KM/HŞ ********** saylı kredit müqaviləsinə əsasən 18.043,43 manat məbləğində əsas borc, 76.482,59 manat məbləğində faiz borcu, 6996,86 manat məbləğində cərimə borcu, ümumilikdə isə 101.522,88 manat məbləğində pulun, 30 manat dövlət rüsumunun Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı ilə Cavabdeh arasında kredit verilməsi haqqında xx xxxxxx 2007-ci il tarixli KM/HŞ ********** saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdehna illik 20 % ödənilməsi şərti ilə 36 ay müddətinə 215.000 manat məbləğində kredit verilmişdir. Bundan başqa Bank ilə Cavabdeh arasında xx xxxx 2008-ci il tarixində kredit verilməsi haqqında KM/HŞ ********** saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdehna illik 20 % ödənilməsi şərti ilə 36 ay müddətinə 100.000 manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs hazırkı iş üzrə Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka xx xxxxxx 2007-c il tarixli müqavilə üzrə ümumilikdə 284.264,95 manat, xx.xx.2008-ci il tarixli müqaviləyə əsasən ümumilikdə 101.522,88 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı tərəfindən Cavabdehna dəfələrlə xəbərdarlıq edilmişdir, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1355/2015 saylı, xx xxx 2015-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, məhkəmənin 2-2(81)-1014/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə cavabdehin ərizəsi əsasında qiyabi qətnaməsi ləğv edilmiş və işə hər iki tərəfin iştirakı ilə yenidən baxılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (81)-4/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, xx xxxxxx 2007-ci il tarixli KM/HŞ ********** saylı və xx xxxx 2008-ci il tarixli KM/HŞ ********** saylı kredit müqaviləsi üzrə Cavabdehndan 18.248,93 manat məbləğində əsas borc, 23.998,83 manat məbləğində faiz borcu, 912,40 manat məbləğində cərimə borcu, cəmi 43.160,16 manat məbləğində pul vəsaitinin tutularaq ləğv Prosesində olan QSC «Bank Standard» Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, ödənilmiş dövlət rüsumunun 10 (on) manatının iddiaçıya aid edilməsi, 20 (iyirmi) manatın isə Cavabdehndan alınaraq iddiaçı ləğv prosesində olan QSC «Bank Standard» Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməsi, aparılmış ekspertiza ilə bağlı 120 manat ekspertiza xərcinin müştərək qaydada tərəflərdən tutulması qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayətində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (81)- 4/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir. Birincisi, xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh xx xxxxxxxx 2013-cü il tarixində 5000 manat məbləğində ödəniş etmişdir. Bu isə cavabdehin öz borcu haqqında məlumatın olması, öz borcunu etiraf etməsi və bu borcu qəbul etməsi deməkdir. Bundan başqa cavabdeh 2013-cü ilin aprel, may, iyun, iyul və avqust aylarında da ödənişlər etmişdir. Məhkəmə qətnamə qəbul edərkən bunu nəzərə almamış və yalnız ekspert rəyindən rəqəmləri köçürməklə kifayətlənmişdir. İkincisi tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə iddia müddətinin axımının başlanğıcı tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirməsindən sonra başlayır. Bu səbəbdən də xx xxxxxx 2007-ci il tarixli KM/HŞ ********** saylı kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi üçün iddia müddətinin axımı başlamamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 374.1-ci maddəsində isə qeyd edilmişdir ki, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Lakin cavabdeh ilə bağlanılan xx xxxxxx 2007-ci il tarixli KM/HŞ ********** saylı kredit müqaviləsinin 11.2-ci bəndində qeyd edilmişdir ki, tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmasından sonra qüvvəyə minir və tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirməsinə qədər qüvvədədir. Yəni, qanunvericiliyin bu tələbindən aydın olur ki, tərəflər arasında bağlanmış müqavilədə iddia müddətləri və onların hesablanması qaydası ilə bağlı başqa hal nəzərdə tutulmadığı tədqirdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci və 377.2-ci maddəsi tətbiq edilir. Məhkəmə, tərəfin öz sərbəst iradəsi ilə bağlanmış olduğu kredit müqaviləsinin şərtlərini tam araşdırmadan iddia müddətinin tətbiqinə dair qətnamə çıxarması da qanuni deyildir. Bu isə o deməkdir ki, tərəflər öz aralarında iddia müddətinin hesablanma qaydasını müəyyən etmiş və onun öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə olmasına dair iradələrini müqavilədə əks etdirmişlər. Müqavilədə qeyd olunmuş 36 aylıq müddət müqavilənin qüvvədə olma müddəti deyil, borcun hissə-hissə qaytarılmasını müəyyən edən şərtdir. Cavabdeh apellyasiya şikayətində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (81)-4/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx xxxx 2008-ci il tarixli KM/HŞ ********** saylı kredit müqaviləsi üzrə Cavabdeh «Bank Standard» Kommersiya Bankına olan borcunu tam şəkildə ödəmişdir. Buna dair sübutlar iş materiallarında mövcuddur. Buna görə də qətnamənin ləğv olunması və iddianın rədd olunması barədə yeni qətnamə qəbul olunmalıdır. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil, cavabdehin direktoru X6 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdilər. Məhkəmə izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, hər iki apellyasiya şikayətləri qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (81)-4/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sübutlardan görünür ki, tərəflər arasında iki kredit müqaviləsi bağlanmışdır. xx xxxxxx 2007-ci il tarixli KM/HS ********** nömrəli kredit müqaviləsinə əsasən QSC Bank Standard KB tərəfindən Cavabdehna 36 ay müddətinə illik 20 %-lə 215.000 manat məbləğində pul krediti verilmişdir. Kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, borcalan ayda 7985,7 manat olmaqla ödəniş etməli, xx.xx.2010-cu il tarixədək banka cəmi 72488,19 manat faiz olmaqla, ümumilikdə 287488,19 manat ödəniş edilməli idi. Tərəflər arasında bağlanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsinin 4-cü bəndindən görünür ki, kreditin təminatı olaraq tərəflər arasında xx.xx.2005-ci il tarixli ipoteka müqaviləsinin xx.xx.2005-ci il tarixli əlavəsinə əsasən kreditin təminatı olaraq Qaradağ rayonu, Sahil qəsəbəsi, 1 saylı küçədə yerləşən 1 saylı ev ipoteka ilə yüklü edilmiş, lakin bank tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi barədə tələb irəli sürülməmişdir. xx xxxx 2008-ci il tarixli KM/HŞ ********** saylı kredit müqaviləsindən görünür ki, QSC X8 Bankı Cavabdehna 36 ay müddətinə 20 %-lə 100.000 manat məbləğində pul krediti vermişdir. Müqaviləyə əlavə edilmiş ödəniş qrafikindən görünür ki, xx xxxx 2011-ci ilədək borcalan banka hər ay 3716,36 manat ödəniş etməli, cəmi 33.788,91 manat faiz olmaqla ümumilikdə 133788,91 manat ödənilməli idi. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışlardan görünür ki, cavabdeh tərəfindən kredit öhdəliyi üzrə ödənişlər qrafik üzrə həyata keçirilməmiş, hər iki müqavilə üzrə öhdəlik pozulmuşdur. «Bank Standard» Kommersiya Bankı tərəfindən Cavabdehna xx xxxx 2015-ci il tarixli 11/1633 nömrəli bildiriş göndərilərək xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə 284.264.95 manat, xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən 101.522.88 manat məbləğində borcun ödənilməsinin 3 gün ərzində təmin edilməsi xahiş olunmuş, borc ödənilmədiyindən iddiaçı xx.xx.2015-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya qaydasında baxılarkən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası həyata keçirilmiş, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 5004 nömrəli xx xxxxxx 2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir ki, xx xxxx 2008-ci il tarixli KM/HŞ ********** saylı kredit müqaviləsinin bitmə müddətinin tarixindən sonra kredit məbləğinin illik 5% hesablanmaqla Cavabdeh iddiaçıya əsas borc üzrə 18.248,93 AZN, faiz üzrə 23.998,83 AZN, xx xxxxxx 2007-ci il tarixli KM/HŞ ********** saylı kredit müqaviləsinin bitmə müddətinin tarixindən sonra kredit məbləğinin illik 5% hesablanmaqla Cavabdeh iddiaçıya olan borcu, əsas borc üzrə 88.065,49 manat, faiz borcu 13.601,23 manat təşkil edir. Ekspert rəyindən görünür ki, xx.xx.2010-cu il tarixli kredit müqavilə üzrə borcalan tərəfindən banka xx.xx.2012-ci il tarixədək cəmi 215194,18 manat, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2014-cü il tarixədək cəmi 115917,06 manat pul ödənilmişdir. Birinci instansiya məhkəməsi ekspert rəyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7, 385.1, 442-ci maddələrinin tələblərini nəzərə alaraq xx xxxx 2008-ci il tarixli KM/HŞ ********** saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun ekspert rəyində qeyd edilmiş məbləğlərdə tutulması barədə nəticəyə gəlmiş, cərimə borcunu isə MM-nin 467-ci maddəsini tətbiq edərək 912,40 manat məbləğində təmin etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə iddia müddəti ötürüldüyündən həmin müqavilə üzrə iddia müddətinin tətbiqi barədə ərizə verərək iddiaçının iddiasının rədd edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni nəzərə alaraq xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə borcun tutulması hissəsində iddianı iddia müddətinin ötürülməsi əsası ilə rədd etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə borcun tələb edilməsi üçün iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığından və məhkəmə mübahisə üzrə tətbiq edilməli olan normalara istinad etmədiyindən mübahisələndirilən qətnamə ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəyə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. xx xxxxxx 2007-ci il tarixli KM/HŞ ********** saylı kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2010-cu il tarixdə bitsə də ekspert rəyindən görünür ki, icra müddəti bitdikdən sonra da borcalan tərəfindən banka xx.xx.2011-ci il tarixdə 18151 manat, xx.xx.2012-ci il tarixdə 36932,60 manat ödənişlər edilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2013-cü il tarixdə xx xxxxxx 2007-ci il tarixli müqavilə üzrə cavabdeh tərəfindən 5000 manat ödəniş həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, belə olan halda xx xxxxxx 2007-ci il tarixli müqavilədən irəli gələn tələblər üzrə iddia müddətinin axımı xx.xx.2013-cü il tarixdən kəsilmiş və yenidən başlamışdır. İddiaçı xx.xx.2015-ci il tarixdə (ərizənin poçta göndərilməsi üçün təqdim edilmə tarixi) hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən iddia müddəti ötürülməmiş olur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia xx xxxxxx 2007-ci il tarixli KM/HŞ ********** saylı kredit müqaviləsi üzrə tələb edilən borcun tutulması hissəsində qismən təmin edilməli, həmin müqavilə üzrə cavabdehdən tutulmalı olan borcun məbləği ekspert rəyi əsas götürülməklə əsas borc üzrə 88.065,49 manat, faiz borcu 13.601,23 manat (kredit müqaviləsinin icra müddətinin bitmə tarixindən sonra illik 5%) müəyyən edilməlidir. Cavabdehin nümayəndəsinin məhkəmə baxışı iclaslarında verdiyi izahatlara və iddia müddətinin tətbiqi barədə ərizədə qeyd edilənlərə əsasən bankla cavabdeh arasında əldə edilmiş şifahi razılığa əsasən xx.xx.2010-cu ildə cavabdeh tərəfindən Cavabdeh mülkiyyətində olmuş Qaradağ rayonu, Sahil qəsəbəsi, 2-ci məhəllə, bina 1-də yerləşən 17 sayı mənzil xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun bağlanması üçün banka təhvil verilmiş, bu məqsədlə bankın əməkdaşına etibarnamə verilmiş, həmin etibarnamə əsasında mənzil satılmış, lakin bank razılığa tam əməl etməmiş və satışdan əldə edilmiş vəsait hesabına borcu tam silməmişdir. 2010-cu ildən sonra cavabdehin kredit hesabına mədaxil olunmuş vəsaitlər hüquqi şəxsin özü tərəfindən deyil, bankın əməkdaşları tərəfindən mədaxil edildiyindən cavabdeh tərəfindən həyata keçirilmiş ödənişlər kimi qəbul edilə bilməz. İş materiallarına əlavə edilmiş iddiaçı QSC «Bank Standard» X7 Heyətinin sədri S.Kriman tərəfindən Cavabdeh direktoru R.Əliyevə ünvanlanmış xx.xx.2010-cu il tarixli məktubun kserosurətindən Qaradağ rayonu, Sahil qəsəbəsi, 2-ci məhəllə, bina 1-də yerləşən 17 sayı mənzilin satışından əldə olunan 85000-90000 manat vəsaitin bankın Sahil filialında Cavabdehna məxsus olan ********** saylı kredit müqaviləsi üzrə borcdan silinəcəyi qeyd edilmişdir. İddiaçının nümayəndəsi birinci instansiya məhkəməsində işə baxılarkən xx.xx.2018-ci il tarixli məhkəmə iclasında tərəflər arasında belə bir razılaşma olduğunu inkar etməmiş, cavabdehin öz mülkiyyətində olan mənzili kredit borcunu ödəyə bilmədiyi üçün məcbur olmadığı halda könüllü olaraq satılaraq borcun ödənilməsi məqsədi ilə banka təqdim etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizədə qeyd etdiyi əsaslar xx xxxxxx 2007-ci il tarixli KM/HŞ ********** saylı kredit müqaviləsi üzrə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, mülki qanunvericiliyə əsasən mülkiyyətçi öz əmlakı üzərində istədiyi kimi sərəncam vermək, öz mülkiyyətində olan əmlakın özgəninkiləşdirilməsini etibarnamə əsasında 3-cü şəxslərə həvalə etmək, o cümlədən kredit borcu üzrə ödənişlərin həyata keçirilməsini şifahi tapşırığa əsasən digər şəxslərə həvalə etmək hüququna malikdir. Mülki Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. İşin hallarından görünür ki, Cavabdeh ilə bankın səlahiyyətli şəxsləri arasında həqiqətən onun mülkiyyətində olan mənzilin satılması və əldə edilən vəsait hesabına xx xxxxxx 2007-ci il tarixli KM/HŞ ********** saylı kredit müqaviləsi üzrə borcunun ödənilməsi barədə şifahi tapşırıq müqaviləsi bağlanılmış, tapşırığın icrası təmin olunaraq mənzil satılmış və əldə olunmuş vəsait hesabına xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə borcun bir hissəsinin 2011, 2012-ci illərdə ödənildiyi müəyyən olunur. Bank həmin mənzilin satışından əldə ediləcək vəsait hesabına xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə borcun tam bağlanması barədə cavabdehə yazılı bildiriş və ya maliyyə arayışı təqdim etmədiyindən cavabdeh həmin müqavilə üzrə qalıq borcun ödənilməsindən imtina etməyə haqlı olmamışdır. Mülki Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Həmin Məcəllənin 431.2-ci maddəsinə əsasən kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Mülki qanunvericiliyin qeyd edilən normalarına əsasən borclunun şəxsən icra etməli olduğu öhdəliklər istisna olmaqla, digər öhdəliklər, o cümlədən kredit öhdəliyinin icrasının yalnız kredit alanın özü tərəfindən deyil, onun tapşırığı ilə 3-cü şəxslər tərəfindən də həyata keçirilməsi mümkündür. Bu zaman kreditalanın tapşırığı ilə 3-cü şəxs tərəfindən həyata keçirilmiş icra kredit alan tərəfindən həyata keçirilmiş icra kimi qəbul edilir. Borclu bunun əleyhinə olduğu hallarda üçüncü şəxsin təklif etdiyi icranı qəbul edib-etməmək hüququ isə qanunla kreditora aiddir. Hazırkı halda borclu Cavabdeh mülkiyyətində olan mənzili satılması üçün banka təqdim edərkən iradə ifadəsi mənzilin satışından əldə edilmiş vəsait hesabına kredit borcunun silinməsi olduğundan məhkəmə hesab edir ki, ********** saylı kredit müqaviləsi üzrə borclunun tapşırığı ilə onun adından 2011-ci, 2012-ci illərdə həyata keçirilmiş ödənişlər (mənzilin satışından əldə edilmiş vəsait hesabına icra edilmiş) borclu tərəfindən həyata keçirilmiş ödənişlər kimi qəbul edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, 2013-cü ildə ********** saylı kredit müqaviləsi üzrə cavabdehin adından həyata keçirilmiş 5000 manat ödənişin məhkəmə tərəfindən nəzərə alınmaması üçün qanuni əsaslar mövcud deyil. İşə apellyasiya qaydasında baxılarkən eyni zamanda müəyyən edilmişdir ki, xx xxxx 2008-ci il tarixli KM/HŞ ********** saylı kredit müqaviləsi üzrə iddiaçı tərəfindən 18.043,43 manat məbləğində əsas borcun tutulması barədə iddia irəli sürüldüyü halda birinci instansiya məhkəməsi prosessual pozuntuya yol verərək iddia tələbindən kənara çıxmış, həmin müqavilə üzrə 18.248,93 manat məbləğində əsas borcun tutulması barədə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kollegiyası hesab edir ki, xx xxxx 2008-ci il tarixli KM/HŞ ********** saylı kredit müqaviləsi üzrə cavabdehdən tutulmalı olan faiz borcunun məbləği ekspert rəyi əsas götürülməklə 23.998,83 manat müəyyən edilməli, həmin müqavilə üzrə cavabdehdən tutulmalı olan əsas borc iddiaçının tələb etdiyi məbləğdə- 18.043,43 manat müəyyən edilməlidir. Kredit borcunun tutulması barədə iddia tələbinin hüquqi əsasını aşağıdakı normalar təşkil edir. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə 44.083,92 manat məbləğində, xx xxxx 2008-ci il tarixli kredit müqaviləsi üzrə isə 6996,86 manat məbləğində cərimə borcu ödənilməsini tələb etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsini tətbiq edərək hesab edir ki, cavabdehdən tutulmalı olan cərimə borcu azaldılaraq xx xxxxxx 2007-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcun 1 %-i 880 manat, xx xxxx 2008-ci il tarixli kredit müqaviləsi üzrə əsas borcun 1 %-i məbləğində 180 manat cərimə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.3-cü maddəsinə əsasən iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər. Hazırkı halda mübahisə cavabdeh tərəfindən kredit müqavilələri üzrə öhdəliklərin pozulması ilə əlaqədar yarandığından məhkəmə hesab edir ki, iş üzrə 120 manat ekspertiza xərci dövlət büdcəsinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (81)-4/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, QSC «Bank Standard» Kommersiya Bankının iddiası qismən təmin edilməli, tərəflər arasında bağlanmış xx xxxxxx 2007-c il tarixli KM/HŞ ********** saylı müqavilə üzrə Cavabdehndan QSC «Bank Standard» Kommersiya Bankının xeyrinə 88.065,49 manat əsas borc, 13.601,23 manat faiz borcu, 880 manat cərimə borcu, xx xxxx 2008-ci il tarixli KM/HŞ ********** saylı kredit müqaviləsinə əsasən 18.043,43 manat məbləğində əsas borc, 23.998,83 məbləğində faiz borcu, 180 manat məbləğində cərimə borcu, cəmi hər iki kredit müqaviləsi üzrə 144768,98 manat pul, 30 manat dövlət rüsumu tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı ləğv prosesində olan QSC «Bank Standard» Kommersiya Bankının və Cavabdeh apellyasiya şikayətləri qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2 (81)-4/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiası qismən təmin edilərək tərəflər arasında bağlanmış xx xxxxxx 2007-c il tarixli KM/HŞ ********** saylı müqavilə üzrə Cavabdehndan iddiaçı QSC «Bank Standard» Kommersiya Bankının xeyrinə 88.065,49 manat əsas borc, 13.601,23 manat faiz borcu, 880 manat cərimə borcu, xx xxxx 2008-ci il tarixli KM/HŞ ********** saylı kredit müqaviləsi üzrə 18.043,43 manat məbləğində əsas borc, 23.998,83 məbləğində faiz borcu, 180 manat məbləğində cərimə borcu, cəmi hər iki kredit müqaviləsi üzrə 144.768,98 manat pul, 30 manat dövlət rüsumu tutulsun. İddia qalan hissədə rədd edilsin. Cavabdehndan dövlət büdcəsinə 120 manat ekspertiza xərci tutulsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar