Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-173/2020 06.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X6 və Əhmədov İlham Bayram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, iddiaçı “xxxx” MMC-nin cavabdeh X1 “xxxx” ASC-yə qarşı “pul tələbinə” dair iddiası üzrə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-927/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən (hakim Aytən Oruczadə) müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Coşkun Faxri və Alsaç Mustafanın adından X7 tərəfindən imzalanmış apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında yoxlayaraq M ü ə y y ə n e t d i: İddiaçı “xxxx” MMC cavabdeh X1 “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh X1 “xxxx” ASC ilə iddiaçı “xxxx” MMC arasında rezin məmulatlarının satışı ilə əlaqədar olaraq xx xxxxxx 2018-cı il tarixli alqı-satqı müqaviləsi üzrə alıcı tərəfindən satıcıya yaranmış 34448.60 AZN məbləğində borcun,o cümlədən illik 5 faiz olmaqla 34448.60x5%:12 ay:5ay=2870 AZN faizin, hüquqi xidmətə görə vəkilə ödənilmiş 210 manat xidmət haqqının və iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxxxx 2019-cu il tarixli məhkəmə baxış iclasında Coşkun Fahri və Alsaç Mustafa iş üzrə iddiaçı tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb olunmuşdur. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-927/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçı “xxxx” MMC-nin iddiası qismən təmin edilmiş, cavabdeh X1 “xxxx” ASC-dən 34448,60 manat əsas borc məbləği, illik 5 faiz olmaqla 1.736,58 manat və hüquqi xidmətə görə 210 manat, ödənilmiş dövlət rüsumunun 20 manat hissəsi alınaraq iddiaçı “xxxx” MMC-nin xeyrinə tutulması, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Coşkun Faxri və Alsaç Mustafanın nümayəndəsi qismində (vəkil) X7 tərəfindən xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Məhkəmə apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq hesab edir ki, şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-927/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Coşkun Faxri və Alsaç Mustafanın nümayəndəsi qismində vəkil X7 tərəfindən imzalanmış, həmin şəxslər tərəfindən X4 Türkiyə Respublikasında xx.xx.2018-ci il tarixdə verilmiş (apostil edilməklə) etibarnamənin müddəti xx.xx.2019-cu il tarixdə bitmişdir (səh 79-81). Mülki Məcəllənin 365.1.1-ci maddəsinə əsasən etibarnamənin müddətinin bitməsi nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. Göründüyü kimi, X3 2020-ci ilin yanvar ayında müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Coşkun Faxri və Alsaç Mustafanın adından hər hansı sənədi imzalamağa səlahiyyəti olmamışdır. Mülki Prosessual Məcəllənin 363.1.1.-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Coşkun Faxri və Alsaç Mustafanın adından X7 tərəfindən imzalanmış 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-927/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qər а r а а ldı : Müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Coşkun Faxri və Alsaç Mustafanın adından X7 tərəfindən imzalanmış 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)- 927/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti və əlavə edilmiş sənədlər qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər
Məhkəmə qərarları › İş №2-2(103)-173/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-173/2020
06.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver