Məhkəmə qərarları › İş №2-2(103)-173/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-173/2024

25.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-173/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı Nümayəndə iştirakı ilə, İddiaçı Nümayəndə Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, e-2-2(113)- 4603/2023 saylı qətnaməsindən iddiaçı Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı Nümayəndə Cavabdehnə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli akta əsasən heablanmış 1324,25 manat borcun (abonent kodu:**********00000) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Quba Xaçmaz yolunda yerləşən “Yaşıl-ada” restoranı iddiaçının istifadəsindədir. Kommunal xərclər onun adına gəlir. Ona məxsus olan obyektin sayğacı guya qaz sayğacı növbəti dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalar uyğun olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də ona 5297 kub metr 1324.5 manat artıq pul hesablanmışdır. Bu akt barədə yenicə məlumatlanmışdır. Bundan sonra onun sayğacında göstərilən nöqsanlar olmadığı üçün dəfələrlə Cavabdeh İB-yə müraciət etmişdir. Onlar hər dəfə bir bəhanə gətirərək haqsız və qanunsuz yerə yazılan cəriməni silməkdən boyun qaçırıblar. İddiaçı hər ay istifadə etdiyi qaz sərfiyatını ödəmişdir. Ödəniş etməyi barədə qəbzləri mövcuddur. Borcla bağlı Cavabdeh İB-nə müraciət etsə də hələ də əsassız yerə yazılan borc silinməmişdir. Bununla əlaqədar yuxarıda qeyd etdiyi kimi xx.xx.2023-cü il tarixdə Azəriqazın əməkdaşları tərəfindən yazılan akt cavabdehin əməkdaşları tərəfindən yazılmışdır. Həmçinin iddiaçının sayğacı açıb götürüləndə bunların heç biri olmamışdır. Yaxudda qanunsuz qazdan istifadə etməyi barədə heç bir əsas əldə olunmayıb.

3. Cavabdehin yazılı etirazı onunla əsaslandırılmışdır ki, abonent “Yaşıl-ada” öz iddiasının əsası kimi barəsində tərtib edilmiş aktın düzgün olmadığını, sayğacında gostərilən nöqsanların olmadığını, təbii, qazdan qanunsuz istifadə etmədiyini göstərmişdir. Lakin abonent uçun sayğac göstəricisindən əlavə sərfiyyat məbləğinin hesablanması qanuna uyğun şəkildə yerinə yetirilmişdir. Belə ki, istehlakçıların fasiləsiz və etibarlı şəkildə, habelə qazın hesabatının xətasız olaraq aparılmasını və rotorların (turbinin) sərbəst şəkildə işləməsini təmin etmək üçün sayğaclar xətdən açılaraq rotor, turbin və süzgəc hissələri yuyularaq təmizlənir. Belə olan halda, “Qazdan istifadə Qaydaları”nın 3 nömrəli əlavəsi olan “Qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsinin 2.1.6-cı, yarımbəndinə əsasən, istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq vəzifəsi paylayıcının üzərinə qoyulmuşdur. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələr tipi təsdiq edilmiş və yoxlamadan keçmiş ölçmə vasitələrindən istifadə edilməklə, attestasiya edilmiş ölçmə metodikaları yerinə yetirilməlidir. Turbin və rotor tipli sayğaclar vasitəsi ilə ölçmələrin aparılması metodikasına əsasən, təbii qaz ölçülən zaman ölçmə vasitəsinin nisbi xətası standart şəraitdə olan qazın sıxlığına görə 0,25%, qazın tərkibindəki azota görə 3,5% və karbon qazına görə 4,0% cəmi-7 75% təşkil edir. Beləliklə, sənaye qaz qurğularından istifadə edən istehlakçılar tərəfindən qazdan istifadə qaydaları və qazın alqı-satqısı Müqaviləsi ilə müəyyən olunan vəzifələrin yerinə yetirilməməsinə, habelə qaz sayğaclarının pasport göstəricilərinə uyğun istismar edilməməsinə görə uçota alınmayan qazın həcminin hesablanması məqsədəuyğun hesab edilir. Abonentin G-25 markalı 75916121 nömrəli qaz sayğacına xx.xx.2022-ci il tarixdə yerində xidmət göstərərkən xətaların normadan artıq olduğu müəyyən edilmişdir. Sənaye tipli qaz sayğacının göstəricilərinə metodikasına əsasən sayğacın quraşdırıldığı tarix xx.xx.2018, yerində xidmət tarixi xx.xx.2022 olmaqla, 2021-ci ilin yekun sərfiyyatı 68349 m3 (saldoda öz əksini tapmışdır) x 7,75%= 5297 m3 miqdarında və ya 5297 m3 x 0.25 manat= 1324,25 manat məbləğində uçota alnımayan qazın həcmi hesablanmışdır. Bununla da aydın olur ki, “Yaşıl-ada” restoranı üçün hesablanmış uçotu pozulmuş qaz həcminin məbləği qanuna və ölçmə metodikasına əsaslanmışdır, Nümayəndə iddia tələbi isə Qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirləridir.

4. Bakı Kommersiya Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, e-2-2(113)- 4603/2023 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 31 nömrəli akta əsasən iddiaçı Nümayəndə (abonent kodu: **********00000) hesablanmış 1324,25 (bir min üç yüz iyirmi dörd manat, 25 qəpik) manat məbləğində borcun silinməsi qət edilmişdir.

5. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e2-2(113)-4603/2023 saylı qətnaməsinin iddianın təmin edilməsi hissəsində ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edərək iş üzrə Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

6. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, istehlakçıların fasiləsiz və etibarlı şəkildə, habelə qazın hesabatının xətasız aparılmasının və rotorların sərbəst şəkildə işləməsini təşkil etmək üçün sayğaclar rotordan açılaraq, rotor, turubin və süzgəc hissələri təmizlənir. Bеlə olan halda “Qazdan istifadə Qaydaları”na 3 nömrəli əlavə qeyd edilmişdir ki, “İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq” vəzifəsi qoyulmuşdur. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” AR Qanunun 5.1-ci bəndinə uyğun olaraq, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələr tipi təsdqi edilmiş və yoxlamadan keçən ölçmə vasitələrindən istifadə edilməklə ölçmə metodikaları yerinə yetirilməlidir. Turbin və rotor tipli sayğaclar vasitəsi ilə ölçmələrin aparılması metodikasına əsasən təbii qaz ölçülən zaman ölçmə vasitəsinin nisbi xətası standart şəraitdə olan qazın sıxlığına görə 0.25%, qazın tərkibindəki azota görə 3,5% və karbon qazına görə 4,0% cəmi 7,75% təşkil edir. Beləliklə sənaye qaz qurğularından istifadə edən istehlakçılar tərəfindən qazdan istifadə qaydaları və qazın alqı-satqı müqaviləsi ilə müəyyən olunan vəzifələrin yerinə yetirilməməsinə, habelə qaz sayğaclarının pasport göstəricilərinə uyğu istismar edilməməsinə görə uçota alınmayan qaz sərfiyyatının hesablanması məqsədəuyğun hesab edilir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

9. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

10. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları” na 3 nömrəli əlavə olan “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” Müqaviləsinin 2.1.6-cı yarımbəndinə əsasən istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq paylayıcının vəzifələrinə aid edilmişdir.

12. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

13. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

14. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

15. Həmin Əsasnamənin 2.3-cü bəndinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

16. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.

19. İş halları ilə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli AMX- 4677/19 saylı qazın alqı-satqısı barədə müqavilə bağlanmış və tərəflər həmin müqavilə öz üzərlərinə öhdəliklər götürmüşlər.

20. Cavabdeh İB-nin təbii qazın uçotunun pozulması haqqında xx.xx.2023-cü il tarixli, 31 saylı aktına əsasən “Qazdan istifadə qayları”nın 4.3-cü bəndinə uyğun olaraq G- 25 markalı 75116121 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı müəyyən edildiyi qeyd olunmuşdur. Sayğacın quraşdırma tarixi xx.xx.2018-ci il, yerində xidmət tarixi xx.xx.2022-ci il və 2021-ci il üçün yekun sərfiyyat 68349 m3 x 7,75%=5297 m3 müəyyən olunduğu qeyd olunmuşdur.

21. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktına əsasən iddiaçıya məxsus restoranda olan sayğaca yerində xidmət göstərilmiş və sayğacın QİS tərəfindən xidmət olunaraq korrektorun plombunun girsinin qırıldığı qeyd olunmuşdur.

22. 12.09.2023-cü il tarixli abonent saldosundan görünür ki, iddiaçıya 2023-cü ilin yanvar ayına akt üzrə 1324,25 manat borc yazılmışdır.

23. İşin halları və tərəflərin izahatları ilə müəyyən olunur ki, sayğacın 2021-ci il tarixdə laboratoriyaya aparılaraq qüsuru müəyyən edilmiş, lakin baş vermiş qüsura görə yaranmış borc məbləği 2023-cü il tarixində hesablanaraq iddiaçıdan tələb edilmişdir.

24. İstehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq cavabdehin vəzifələrinə aid edilmişdir.

25. Qeyd olunanlardan göründüyü kimi iddiaçıya hesablamış olduğu borc məbləği əsassız olmuş və cavabdeh qurumun nümayəndəsi də həmin qüsurun yaranmasında iddiaçının təqsiri olmadığını vurğulamışdır.

26. Ona görə də, iddiaçı hesablanmış borcun silinməsini tələb etməkdə haqlıdır.

27. Bununla yanaşı, cavabdeh tərəfindən iddiaçıdan ödənilməsi tələb edilmiş ümumilikdə 1324,25 manat borcun hesablanmasına əsas olan akt və həmin aktın tərtib edilməsinə əsas olmuş yoxlama qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmamışdır.

28. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 2.3-cü bəndində isə təsbit olunmuşdur ki, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

29. Həmin Əsasnamənin 1.4-cü bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

30. Göründüyü kimi cavabdehin hərəkətləri Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndində göstərilən yoxlamaya aiddir.

31. Belə olan halda isə həmin yoxlama nəticəsində hesablanan itirilmiş qazın dəyəri iddiaçıdan tələb oluna bilməz. Çünki istinad olunan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

32. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 402.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, e-2-2(113)-4603/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar