Məhkəmə qərarları › İş №2-2(103)-174/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-174/2025

23.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-174/2025 23.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X8 və X1 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh “İri Şəhərlərin X9 Xidməti” X7rşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7468/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “İri şəhərlər X9 Xidməti” X12dən 304,09 manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 30,4 manat, ümumilikdə isə 334,49 manat məbləğin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7468/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir.

3. İddiaçı "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7468/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından müəyyən edilir ki, iddiaçı ilə X5rasında RAZ ********** nömrəli, xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsi” ilə sığorta müqaviləsi bağlanmış, X3 istifadəsində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinə sığorta təminatı verilmişdir. xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektində subasma nəticəsində hadisə baş vermiş, nəticədə 597,00 manat sığorta ödənişi həyata keçirilmişdir. AR Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Birliyinin 40 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2022-ci il tarixli, 49 nömrəli məktubuna əsasən sözügedən qeyri-yaşayış obyekti binanın yarı zirzəmisi hesab edilir. Məktubda qeyd edilir: “Baxış zamanı müəyyən etdik ki, binanın qarşısındakı kanalizasiya xəttinin tutulması nəticəsində kanalizasiya suları sizin qeyri yaşayış sahəsinə dolmuş və nəticədə obyektin taxta döşəmələri islanaraq deformasiyaya uğramışdır. İş materiallarında olan AR Yasamal rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 40 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2022-ci il tarixli, 49 nömrəli sahəsinin xx.xx.2022-ci il tarixli, 49 nömrəli məktubundan subasma hadisəsinin binanın qarşısındakı kanalizasiya xəttinin tutulması nəticəsində baş verdiyi müəyyən edilir. Lakin buna baxmayaraq, birinci instansiya məhkəməsi işin qeyd edilən halı üzrə düzgün nəticəyə gəlməmiş və binanın qarşısındakı kanalizasiya xəttinin tutulmasını istehlakçının təqsirindən baş verən qəza kimi müəyyən edərək, işin qeyd edilən halı üzrə yanlış hüquqi nəticəyə gəlmişdir. Halbuki, istinad etdiyimiz “Sudan istifadə Qaydaları”nın 2.1.3-cü bəndi bu halda məsuliyyəti STKMin daşıdığını təsbit edir. MPM-in 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Lakin birinci instansiya məhkəməsi AR Yasamal rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 40 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2022- ci il tarixli, 49 nömrəli məktubunda göstərilmiş hal üzrə araşdırma aparmamış, subasma hadisəsinin binanın qarşısındakı kanalizasiya xəttinin tutulması nəticəsində baş verməsi halında istehlakçının, yoxsa STKM-in məsuliyyət daşıdığını müəyyən etməmişdir. Göstərilən hallar məhkəmə tərəfindən qətnamənin əsaslandırılmadığını və məhkəmə tərəfindən. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2ci bəndinin tələblərinin pozulduğunu deməyə əsas verir. Qeyd edilən qərarın müvafiq bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

8. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

9. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

10. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

11. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

12. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

16. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

19. İşin müəyyən edilən halları ondan ibarətdir ki, BB713374 saylı “daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə” əsasən X3 istifadəsində olan, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış obyekti xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə kimi sığortalanmışdır. xx.xx.2022-ci il tarixli CFİ-0143/2022 – AKT8022/22 saylı sığorta aktına əsasən ünvan 1 yerləşən X3 istifadəsində olan qeyri-yaşayış obyekti xx.xx.2022-ci il tarixdə subasma hadisəsinin baş verdiyini və 597 manat zərərin müəyyən edildiyi qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfndən X4 304.09 manat məbləğində ödəniş edilmişdir. AR Yasamal rayon İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Birliyinin 40 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2022ci il tarixli, 49 nömrəli məktubuna əsasən sözügedən qeyri-yaşayış obyekti binanın yarızirzəmisi hesab edilir. Məktubda qeyd edilir: “Baxış zamanı müəyyən etdik ki, binanın qarşısındakı kanalizasiya xəttinin tutulması nəticəsində kanalizasiya suları sizin qeyriyaşayış sahəsinə dolmuş və nəticədə obyektin taxta döşəmələri islanaraq deformasiyaya uğramışdır”.

20. Məhkəmə müəyyən etmişdir ki, RAZ ********** nömrəli, xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsinə əsasən, ünvan 3 ünvanında yerləşən X3 istifadəsində olan qeyri-yaşayış obyektinə İddiaçı ASC tərəfindən sığorta təminatı verilmişdir. Sözügedən qeyri-yaşayış obyektində xx.xx.2022-ci il tarixində subasma hadisəsi nəticəsində maddi ziyan dəymişdir. ünvan 3 ünvanında yerləşən X3 istifadəsində olan qeyri-yaşayış obyektinə dəyən maddi zərərə görə 597,00 manat məbləğində müəyyən edilmiş, 292 manat məbləğində azadolma məbləği və 0,91 manat əlavə sığorta haqqı çıxılmaqla 304,09 manat məbləğində sığorta ödənişi ASC tərəfindən faydalanan şəxsə ödənilmişdir. İddiaçı "xxxx" ASC sığortalı X4 ödədiyi 304,09 manat sığorta ödənişini subroqasiya qaydasında cavabdehlərdən tutulmasını tələb etmişdir.

21. Cavabdeh “İri Şəhərlərin X9 Xidməti” X10 baş verən sığorta hadisəsinə görə məsuliyyət daşımadıqlarını bildirmişdir.

22. Hazırkı halda "xxxx" ASC-nin cavabdehə qarşı subroqasiya qaydasında tələb irəli sürmək hüququnun yaranması üçün ilk növbədə cavabdehin sığorta hadisəsi nəticəsində dəymiş zərərə görə məsuliyyət daşıması, yəni hadisənin cavabdeh və ya əməllərinə görə cavabdehin məsuliyyət daşıdığı digər şəxslər tərəfindən törədilmiş delikt nəticəsində baş verməsi müəyyən edilməlidir. Lakin iddiaçı zərərin cavabdeh “İri Şəhərlərin X9 Xidməti” X12 işçiləri tərəfindən vurulmasına (qəsd və ya ehtiyatsızlıq) dair sübutlar təqdim edə bilməmişdir.

23. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

24. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

25. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

26. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-7468/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar