Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-175/2020 11.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və X1 ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, iddiaçının nümayəndəsi (işçisi) Adıgözəlova Sevinc Əli qızının iştirakı ilə İddiaçı2 MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbinə dair” kommersiya mübahisəsi üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-617/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında nəzərdən keçirib) müəyyən e t d i: İ. İddiaçı2 MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 8.400 manat xidmət haqqının əsas məbləğinin, 2.268 manat ƏDV məbləğinin, 205 manat məbləğində gecikmələr üzrə cərimənin və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddianın əsaslarına görə tərəflər arasında xx xxxxxx 2018-ci il tarixində bağlanmış reklam materiallarının təyyarə daxili monitorlarda yayımlanması barədə QR/09/18 nömrəli müqaviləyə və onun əlavələrinə əsasən iddiaçı cavabdehin reklam materiallarını xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək 3-cü blokda yayımlamalı, cavabdeh isə öz növbəsində göstərilən xidmətlərin dəyərini iddiaçıya ödəməli idi. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş, hal-hazırda xidmət göstərilməkdədir. Müqavilənin 1 saylı əlavəsinə cavabdehin seçdiyi reklam blokunda minimum yayım müddəti 6 aydır. Müqavilənin 3-cü maddəsin əsasən iddiaçı xidmətlərin dəyərinin öncədən ödənilməsi üçün aylıq hesab-fakturanı reklam yayımı müddətinə müvafiq olaraq, hər təqvim ayının 5-dək cavabdehə təqdim edir, cavabdeh isə hesabfakturanı aldıqdan sonra hər təqvim ayının 15dək içraçıya ödəniş edir. Müqavilənin 4.7-ci bəndinə əsasən cavabdeh müqavilənin icrasına başlandıqdan sonra, bu müqavilənin 4.5-ci və 8-ci maddələri istisna olmaqla, hazırkı müqavilənin əlavələri ilə müəyyən edilmiş müddəti azaltmaq və ya müqaviləyə vaxtından əvvəl xitam vermək istəyərsə, müqavilə və onun əlavələrində razılaşdırılmış yayım müddəti üçün tam ödəniş etməlidir. Müqavilənin 5.5-ci bəndinə əsasən cavabdeh ödəmənin hər gecikdirilmiş günü üçün gecikdirilən məbləğin 2 faizi həcmində şirkətə cərimə ödəyir. Lakin xx xxxxxx 2019-cu il tarixində iddiaçıya cavabdeh tərəfindən müqaviləyə xitam verilmə barədə bildiriş daxil olmuşdur. Bildirişə cavab olaraq, cavabdehə ünvanlanan xx xxxx 2019-cu il tarixli məktubda müqavilənin xitam şərtləri cavabdehə bildirilmişdir ki, müqaviləyə vaxtından əvvəl xitam verilməsinə baxmayaraq yayım müddəti bitənədək aylıq ödənişlər vaxtlı-vaxtında edilməlidir. Cavabdehin etiraz etdiyi halda isə 6 aylıq müddət üçün nəzərdə tutulmuş xidmət haqqının xx xxxx 2019-cu il tarixinədək tam ödənilməsi tələb edilmiş, lakin buna baxmayaraq, cavabdeh hələ də müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-617/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdehndən 8400 manat xidmət haqqı, 2268 manat ƏDV, 205 manat gecikmələrə görə cərimə və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq“ İddiaçı2” MMC-yə ödənilməsi qət olunmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə əsassızdır. Belə ki, cavabdeh tərəfindən iddiaçıya iki aylıq 4200 manat ödəniş edilmiş və daha sonra reklam yayımının keyfiyyətsiz olduğu üçün yayımın dayandırılması üçün şifahi və yazılı müraciət etmişdir. Lakin məhkəmə tərəfindən borcun və 2268 manat ƏDV –nin əsassız olaraq tutulub iddiaçıya ödənilməsini qət etmişdir. Qətnamə cavabdehin iştirakı olmadan çıxarılmış, çəkişmə prinsipi pozulmuşdur. Məhkəmə tərəfindən iş üçün əhəmiyyəti olan hallar araşdırılmamışdır. Qətnamədə göstərilən dəlillər işin hallarına uyğun olmamışdır. Ona görə də qətnamə qanunsuz və əsassızdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 184.2 və 376.2-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi S.Adıgözəlova cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış, müqavilə şərtlərinə görə vaxtından əvvəl müqavilədən çıxdığına görə müqavilənin qalan müddəti üçün nəzərdə tutulan xidmət haqqını ödəməyə borclu olduğunu bildirərək, qətnaməni qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ƏDV-nin tutulması hissəsində ləğv edilməli həmin hissədə iddia rədd edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş, tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli, QR/09/18 nömrəli müqavilənin 1-ci bəndindən görünür ki, iddiaçı (icraçı) cavabdehin (sifarişçinin) reklam materialını “xxxx” QSC-yə məxsus təyyarələrinin salonlarında quraşdırılmış təyyarə daxili monitorlarında yerləşdirməyi, sifarişçi isə göstərilən xidmətlərin dəyərini ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 1 saylı Əlavədən görünür ki, müqavilədə nəzərdə tutulan xidmət müddəti xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixdək olan dövrü, yəni 6 aylıq müddəti əhatə edir. Həmin müqaviləyə 2 saylı Əlavədə isə tərəflər aylıq xidmət haqqını qiymətini 2100 manat məbləğində müəyyənləşdirilmiş, həmin əlavə ilə ödəniləcək yekun məbləğ isə, ƏDV xaric, 12.600 manat məbləğində razılaşdırılmışdır. İşdən görünür ki, iddiaçının reklam xidmətlərinə görə cavabdeh tərəfindən qismən ödənişlər həyata keçirilmişdir. Belə ki, xx xxxxxx 2018-ci il tarixli 164428 saylı kassa mədaxil orderinə əsasən 1050 manat, xx xxxxxx 2019-cu il tarixli 164429 saylı kassa mədaxil orderi ilə 1050 manat, xx xxxxxx 2019-cu il tarixli164430 saylı kassa mədaxil orderinə əsasən daha 2010 manat məbləğində ödənişlər edilmişdir. Hazırkı apellyasiya şikayətinin dəlillərindən də görünür ki, həmin ödənişlərin həyata keçirildiyi mübahisələndirilmir. İşə əlavə olunmuş iddiaçı tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, 887964 nömrəli, İC seriyalı elektron vergi hesab-fakturaya, xx.xx.2019 tarixli, 429230 nömrəli elektron qaiməyə və xx xxxx 2019-cu il tarixli təhvil-təslim aktına əsasən xidmət haqqının iddiaçı tərəfindən müəyyən olunan ƏDV daxil ümumi dəyəri 14.868 manat təşkil edir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı ümumi məbləğdən cavabdehin iki aylıq ödənişini çıxaraq, yerdə qalan 4 ay müqavilə müddətinə görə, cavabdehdən 8400 manat əsas borcun, 2268 manat ƏDV-nin və 205 manat məbləğində gecikməyə görə hesablanmış cərimənin tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının 8400 manat məbləğində əsas borc məbləğini təldəb etməkdə haqlı sayır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin isə 4.5-ci bəndinə əsasən icraçı müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməzsə sifarişçinin yazılı xəbərdarlığından sonra 10 gün ərzində öhdəliklərini yerinə yetirməməkdə davam edərsə, sfarişçi bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə bilər. Həmçinin müqavilənin 8-ci bəndindən isə görünür ki, fors major hallarında da tərələrin istəyi ilə müqaviləyə xitam vermək səlahiyytləri nəzərdə tutulmuşdur. Həmin müqavilənin 4.7-ci bəndinə əsasən isə tərəflər belə razılığa gəlmişlər ki, cavabdeh müqavilənin icrasına başlandıqdan sonra, bu müqavilənin 4.5-ci və 8-ci maddələri istisna olmaqla, hazırkı müqavilənin əlavələri ilə müəyyən edilmiş müddəti azaltmaq və ya müqaviləyə vaxtından əvvəl xitam vermək istəyərsə, müqavilə və onun əlavələrində razılaşdırılmış yayım müddəti üçün tam ödəniş etməlidir. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, iki aylıq ödəniş etdikdən sonra iddiaçının reklam yayımının keyfiyyətsiz olduğu üçün yayımın dayandırılması üçün ona müraciətlər etdiyini mübahisələndirsə də, birincisi, bu keyfiyyətsizliyin nədən ibarət olduğunu açıqlamır, əsaslandırmır. Digər tərəfdən, əgər xidmətin keyfiyyətsizliyindən narazıdırsa, müvafiq əsaslandırmasını da ortaya qoymaqla, müqavilənin 4.5-ci bəndinə müvafiq qaydada digər tərəfi yazılı şəkildə xəbərdar etməklə, müqaviləyə birtərəfli qaydada xitam verdiyini təsdiq edən sübutlalrı da mövcud deyil, belə sübutlarını apellyasiya şikayətinə lə əlavə etməmiş, onun birinci instansiya məhkəməsində xx xxxxxxx 2019-cu il tarixli iclasında iştirak edən nümayəndəsi (X3) da belə sübutlar məhkəməyə təqdim etməmişdir. Bununla belə müqavilə öhdəliklərinin sonrakı icrasını dayandıraraq aylar üzrə ödənişləri həyata keçirməmiş, faktiki olaraq müqavilədən çıxmışdır. Müqavilənin 4.7-ci bəndinin qeyd olunan şərtində nəzərədə tutulur ki, cavabdeh müqaviləyə vaxtından əvvəl xitam verməyə görə həmin müqavilə və onun əlavələrində razılaşdırılmış yayım müddəti üçün tam ödəniş etməlidir. Mülki Məcəllənin 447.7-ci maddəsi də, məhz, onu nəzərdə tutur ki, müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Ona görə də məhkəmə kollegiyası cavabdehin şikayətinin, birinci instansiya məhkəməsinin qətnaməsinin əsas borca aid hissəsində qanunsuz olduğunu vurğlayan dəlilləri əsassız hesab edilməlidir. Cavabdeh şikayətinin digər bir dəlilində isə mübahisəlndirir ki, qətnamə 2268 manat ƏDV–nin tutulması hissəsində əsassızdır. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə cavabdehin bu dəlilli ilə razılaşır. Belə ki, tərəflər arasında bağlanmış müqaviləyə 2 saylı Əlavənin 2-ci bəndində tərəflər razılığa gəlmişlər ki, ödəniləcək yekun məbləğ, ƏDV xaric olmaqla, 12.600 manat məbləğində təşkil edir. Göründüyü kimi, müqavilə üzrə cavabdeh tərəfindən xidmətin haqqının ƏDV-siz ödənilməsi razılaşdırılmışdır. Belə olan halda, iddiaçının cavabdehə qarşı 2.268 manat ƏDV məbləğinin ödənilməsini tələb etməsi əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən isə qeyd olunan müqavilə şərtinə diqqət yetirlməmiş, iddiaçının tələb etdiyi ƏDV məbləğini cavabdehdən tutmaqla səhv nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən həminçinin göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi 205 manat cərimənin tutulması hissəsinqdə mübahisəlnditrilmir. Hər bir halda, MPM-in 372.6-cı maddəsinin tələbi baxımından məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin həmin hissədə gəldiyi nəticə əsaslıdır. Belə ki, müqavilənin 5.5-ci maddəsinə əsasən cavabdeh ödəmənin gecikdirildiyi hər günə görə, müqavilə üzrə gecikdirilən məbləğin 0,2%-i miqdarında cərimə ödənilməsi nəzərdə tutulmuşdur ki, belə olan halda da, xx xxxxxx 2019-cu il son ödəmə tarixindən iddia ərizəsinin məhkəməyə təqdim olunduğu xx xxxxx 2019-cu il tarixinədək ötən 49 gün üçün 2.100 manat aylıq ödənişin 0,2%-i ilə hesablanan cərimənin ümumi məbləği 205 manat( bir günə düşən cərimə məbləği 4,2 manat x 49 gün) təşkil edir. Beləliklə də cavabdeh tərəfindən xidmət müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərinin lazımınca yerinə yetirilmədiyi, işin tədiqi olunan sübutlarla müəyyən edilən halları ilə təsdiq olunur. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsi isə nəzərdə tutur ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərəriin əvəzitni ödəməyə borcludur. Qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dədəlilləri ilə iş üçün əhəmiyyəti olan araşdırılmadığını, əssassız olaraq ondan 2268 manat ƏDV məbləği tutulduğunu mübahisələndirən hissədə qismən razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-617/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi, qismən, 2268 manat ƏDV-nin tutulması hissəsində ləğv edilməli, həmin hissədə ləğv olunmalı, həmin hissədə iddia rədd edilməli, qətnamə Cavabdeh MMC-dən 8400 manat xidmət haqqı, 205 manat gecikmələrə görə cərimə və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı2 MMC-yə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-617/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi, qismən, 2268 manat ƏDV-nin tutulması hissəsində, ləğv edilsin. Həmin hissədə Cavabdeh MMC-nin iddia tələbi rədd edilsin. Qətnamə Cavabdeh MMC-dən 8400 (səkkiz min dörd yüz) manat xidmət haqqının, 205 (iki yüz beş) manat gecikmələrə görə cərimənin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı2 MMC-yə ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-175/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-175/2020
11.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver