Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-176/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və X2 ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, cavabdehin nümayəndəsi Rüstəmov Rüstəm Sabir oğlunun iştirakı ilə, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin («ASC») cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə («ASC») qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)- 1047/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı “xxxx” ASC cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “xxxx” ASC tərəfindən 12.600 manat artıq hesablanmış məbləğin “xxxx” ASC-nin hesabından silinməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir . İddianın əsaslarına görə ünvan 1 ünvanında fəaliyyət göstərir. Müəssisə suya olan tələbatını ödəmək üçün həyətdə qazılmış artezian quyusundan istifadə edir. Quyudan çıxan suya görə sayğac quraşdırılmışdır. Cavabdehin Nizami rayon Sukanal İdarəsi tərəfindən hər ay kanalizasiyadan istifadəyə görə verilən hesab fakturalarda quyudan çıxan bütün suya ödəniş tələb olunmuşdur ki, bütünlüklə kanalizasiyaya axıdılır. Bu çox məntiqsiz görünür. Cəmiyyətin yerləşdiyi binanın həyətində 35 ton həcmində su çəni var və onu bir dəfə doldurulduqda suya olan tələbat 10 gün ərzində ödəməyə çatır. Belə ki, həmin suyun, cəmi,10 faizi cəmiyyətin yerləşdiyi binanın ərazisindəki yaşıllığın suvarılmasına və 5 nəfər işçisi olan idarə aparatına sərf edilir. Qalan 90 faizi isə istehsalatda istifadə edilir. Ərazidə mini-beton zavodu fəaliyyət göstərir. Beton hazırlanmasında su itkiyə getmir və kanalizasiyaya heç nə axıdılmır. 2010-cu ildən başlayaraq dəfələrlə “xxxx” ASC-yə və “xxxx” ASC-nin Nizami rayon Sukanal İdarəsinə yazılı müraciət edərək kanalizasiyadan axıdılan suya görə “Su təsərrüfatı pasportunun” verilməsi xahiş edilmişdir. “xxxx” ASC məktuba cavabda olaraq bildirmişdir ki, su təsərrüfatı pasportunun hazırlanmasına dair müraciətə görə “Su təsərrüfatı pasportunun nümunəsi, tərtibi və razılaşdırılması Qaydaları” təsdiq edildikdən sonra baxıla bilər. Cavabdehin bu qanunsuz hərəkəti müəssisəyə çox böyük zərər vurur və sahibkarlığın inkişafını ləngidir. Göndərilən elektron vergi hesab-fakturasına əsasən guya kanalizasiyaya axıdılan çirkab suya görə “xxxx” ASC-nin 2016-cı ilə görə ƏDV ilə birlikdə 1092, 26 manat, 2017-ci ilə görə 3980,01 manat, 2018-ci ilə görə 646 manat, 2019- cu ilə görə 3463,99 manat borcu olduğu göstərilir. Bu illər üçün 9.992,26 manat borc hesablanıb. Həmçinin, 1 saylı İnzibati-iqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi olmasına baxmayaraq 2012-2015-ci illər üçün də borc olduğu göstərilir. Ümumilikdə isə “xxxx” ASC-nin Nizami rayon Sukanal İdarəsindən “xxxx” ASC-nin hal-hazıra 14.000 manat borcu olduğu bildirilir. Bu borcun hansı qaydada yaranması və hesablanması barədə heç bir məlumat yoxdur. Sayğacdan keçən suyun yalnız 10 faizi çirkab su formasında kanalizasiyaya axıdılır. Deməli, hazırda “xxxx” ASC-nin kanalizasiyaya axıdılan çirkab suya görə borcu 1.400 manat təşkil etməlidir. Əsassız hesablanmış borcun silinməsi barədə “xxxx” ASC-yə xx xxxx 2019-cu ildə pretenziya məktubu təqdim edilsə də cavabdeh tərəfindən baxılmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul olunmuşdur. Müəssisə suya olan tələbatını ödəmək üçün həyətdə qazılmış artezian quyusundan istifadə edir. Quyudan çıxan suya görə sayğac quraşdırılmışdır. Cavabdeh quyudan çıxan bütün suya ödəniş tələb edir. Halbuki, cəmiyyətin həyətində yerləşən 35 tonluq su çəni bir dəfə dolurulanda 10 günə çatır. Həmin suyun yalnız 10 faizi həyətətdəki yaşıllığın suvarılmasına və 5 nəfər işçisi olan idarə aparatına sərf olunur. Qalan 90 faiz istesalatda beton hazırlanmasında istifadə edilir və həmin su itkiyə getmir, kanalizasiyaya axıdılmır. Cavabdehin qanunsuz hərəkətləri müəssisəyə çox böyük zərər vurur və sahibkarlığın inkişafını ləngidir. Qətnamədə, AR Nazirlər Kabinetinin xx.xx.2014-cü tarixli (№262) Qərarı ilə təsdiq edilmiş «Sudan istifadə Qaydaları»nın 7.25-ci maddəsinə istinad edilir ki, kanalizasiya şəbəkəsinə axıdılan istehsalat tullantı sularının uçotu müəssisənin su təsərrüfatı pasportunun və (və ya) suölçən cihazının göstəricisinə əsasən hesablanır. Suölçən cihaz və ya su təsərrüfatı pasportu olmadıqda, axıdılan tullantı suyunun həcmi verilən içməli suyun həcmi ilə əlaqədar götürülür. Həmin Qaydalar»ın 3№-li əlavəsi olan, «Su təchizatı və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadənin həcminin müəyyən edilməsi» cədvəlindən görünür ki, diametri 50 mm olan borcunun su sərfiyyatı kommersiya təşkilatları üçün gündəlik 5 saat olmaqla, 30 gün müddətində saatlıq su sərfiyyatı 7,63 kub m aylıq su sərfiyyatı 1.145 kub m müəyyən edilmişdir. Bu Təlimat Konstitusiyaya və qanunlara ziddir. Ümumiyyətlə, bu tipli müəssisələrdə 30 iş günü nəzərdə tutulmayıb. Məhkəmə tərəfindən su təsərrüfatı pasportunun quraşdırılmaması araşdırılmamışdır. Bu iş üçün əhəmiyyətli haldır. Həmçinin cavabdeh tərəfindən qanunsuz varlanmadır (AR Konstitusiyanın 147.1, 149, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 8.1, 88, 385-ci maddələrinin müddalarına istiadə olunapraq şikayətin təmin olunması xahiş edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 184.2-ci və 376.2-ci maddələrinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Rüstəmov şikayətin dəlilləri ilə razılaşmamış, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı üzrə mübahisələndirilən hissəsi üzrə, şikayət qərarın ləğvinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası Məcəllənin qeyd olunan normasını və apellyasiya şikayətində cavabdehin birinci instansiya məhkməsinin qətnaməsinin ləğv edilməsini tələb etməsini nəzərə alaraq belə hesab edir ki, qətnamənin əsaslılığı tam həcmdə yoxlanılmalıdır. İddiaçının iddia ərizəsindən və onun apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, onun tərəfindən iddia olunur ki, 2016-cı ildə cavabdehin ona təqdim etdiyi hesablara əsasən istifadə etdiyi su quyusundan çıxın suya qoyulmuş sayğacın göstəricisinə əsasən bütüelüklə çirkab suyun kanalizasiyaya axıdılmasına görə 2015-2017-ci illərdə iddiaçıdan qanunsuz olaraq 12.600 manat məbləğində artıq pul tutulduğunu mübahisələndirərək həmin pulun onun hesabından stlinməsini xahiş edir. MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur (§68). Göründüyü kimi, həm daxili prosessual qanunvericilyin, həm də beynəlxalq qanunvericilik baxımından, iddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Konkret halda isə iddiaçı tərəfindən iddia tələbində istinad etdiyi halları sübutlarla əsaslandırımamışdır. Belə ki, iddiaçı tələbini onunla əsaslandırırır ki, quyudan çıxan və su sayğacından keçən su cəmiyyətin həyətində yerləşən 35 tonluq su çəninə doldurulur və həmin suyuun suyun 90 faizi istesalatda beton hazırlanmasına sərf edilir və həmin suyun yalnız 10 faizi həyətdəki yaşıllığın suvarılmasına və 5 nəfər işçisi olan idarə aparatı tərəfindən istifadə olunur. Lakin iddiaçı həmin suyun 90 faizini hansı hissəsinin beton istesalına, 10 faiz suyun isə hansı hissəsinin yaşşılığın suvarılmasına, şhansı hissəsinin idarə aparatına sərf olunduğunu təsdiq edən sübuetmə vasitələrini iddia ərizəsinə əlavə etmməiş, işin məhkəmədə araşdırılması prosesində də belə sənəd-sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, iddiaçı təsərrüfatı pasportunun olub-olmamasından asılı olmayraq, iddiaçı istifadə etdiyi suyun itkiyə getmədən istehsalata sərf edildiyini mübahisələndirir. Lakin, dəqiqliyi ilə ay ərzində sayğacdan keçəen suyun suyun hansı həcmdə faktiki olaraq istehsalatda (betonun tərkibində) sərfiyyata getdiyini sübutlarla əsaslandırmır, abstrakt (mücərrəd) formada sayğacdan keçən suyun 90 faizini beton istehsalında sərf olunduğunu iddia edir. Bütün bunlar cavabdeh tərəfindən su sayğacın göstəricisi əsasında kanalizasiya xidmətlərinə görə iddiaçıya borc hesablaması üçün əsas verir. Çünki, ən azından «Su təchizatı və tullantı suları haqqında» qaqunun 30-cu maddəsinin 1-ci hissəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Eyni zamanda, «Sudan istifadə Qaydalarının 7.2-ci maddəsinə müvafiq olaraq sərf olunan və kanalizasiyaya axıdılan suyun həcmi su sayğacnın gösətricilərinə görə müəyyən olunur və istehlakçıya hesab təqdim olunur. Tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü bəndi ilə də, məhz, razılığa gəlınmişdir ki, su təchizatı müəssisəsi ayda 1 dəfədən az olmayaraq (smart-kart tiplisayğaclar istisna olmaqla) istehlakçı tərəfindən istifadə edilmiş və axıdılmış çirkab suyun və axıdılmış çirkab suyun hesabatını aparır və müvafiq qaydada tərtib edilmiş ödəniş sənədini istehlakçıya təqdim edilir. Həmin müqavilədə istifadə olunvan və kanalizasiyaya axıdılan suya görə başqa ödəniş qaydası (o cümlədən istehsala itkisiz sərf olunan su ilə bağlı hər hansı bir qeydşərt) nəzərdə tutulmamışdır . Mülki Məcəllənin 399.1-ci maddəsinin tələbindən isə görünür ki, müqavilə bağlandığı andan qüvvəyə mini və tərəflər üçün məcgburi olur. Göründüyü kimi, iddiaçının istifadə etdiyi suyun 90 faizinin istehsala, yalnız 10 faizinin cəmiyyətin həyətindəki yaşıllığa və idarə aparatının ehtiyacı üçün istifadə olunduğunu mübahisələndirilən dəlilləri əsassızdır. Beləliklə də kollegiyası iddiaçının birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olmadığını mübahisələndirilən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, iddiaçı «xxxx» ASC-nin apellyasiya şikayəti təmin olunmadan, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1047/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı «xxxx» ASC-nin apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(81)-1047/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza. Hakimlər: imzalar. Əsli ilə düzdür: Hakim: Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-2(103)-176/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-176/2020
04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver