Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-179/2021 11.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlundan və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, iddiaçı “xxxx” Şirkətinin Filialının Cavabdehnə qarşı 97400,80 manat borcun silinməsi tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 3210/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Şirkətinin Filialı Cavabdehnə cavabdehə qarşı cavabdeh tərəfindən iddiaçıya məxsus istixanaya (abonent nömrəsi: **********00020) qanunsuz yazılmış 97400,80 manat borcun silinməsi barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda iddiaçı iddianın təmin etmək üçün tədbir görülməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, iş baxılıb qurtaranadək Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi (Təzə sahə) ərazisində yerləşən iddiaçıya məxsus istixanaya (abonent nömrəsi:**********00020) qazın verilməsinin dayandırılmasına yönələcək hərəkətlər edilməsinin cavabdehə qadağan edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində (Təzə sahə) istixana fəaliyyəti ilə məşğuldur. İstixanada onlarla insan çalışır. Onların ailələri bu təsərrüfat hesabına dolanır, satışa çıxarılan məhsul xarıcı bazarda yox sırf ölkənin rifahı naminə dövlətin vərəndaşlarına satılır ki, buda öz növbəsində qiymətləri bazarda aşağı salınmasına səbəb olur ki, hər bir vətəndaşlar rahat bir şəkildə bu məsulları ala bilsin. Bu məhsullar xarici bazarda satışa çıxarılsa, qazanc indikindən iki dəfə çox olar. Ama iddiaçı bunun yerinə ölkənin vətəndaşlarına kömək etməyi daha üstün bilir. Bu təsərüfatı bu səbəbdən də xaricdə yox sırf doğma torpaqlarda qurmuşdur. Qazın kəsiməsi isə yeni əkilmiş şitilləri məhv edir ki, bu da iddiaçının və istixana ilə dolanan onlarla əhalini işsiz qalmasına səbəb olacaq və iddiaçının qoyduğu maya, iş məhv olacaqdır. Sonda iddiaçı ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3210/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Həmin qərardaddan narazı qalan cavabdeh şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3210/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsi və iddianı təmin etmə tədbiri barədə ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardada əsaslanaraq istehlakçı (iddiaçı) hazırda mübahisələndirilən məbləği və həmin məbləğdən artıq yaranacaq borcu ödəmədən təbii qazdan istifadə etmək niyyətindədir. Bunun nəticəsində istehlakçının təbii qazdan istifadəyə görə debitor borcu artacaqdır. Belə olan halda bu növ qərardad gələcəkdə qəbul ediləcək məhkəmə qərarının icrasını çətinləşdirə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə istehlakçıya qazın verilməsi dayandırıla bilər. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3210/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, işdə iştirak edən şəxslər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3210/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi tədbir görülə bilər. Məhkəmə iddianı təmin etmə tədbiri görülməsi barədə ərizəyə qiymət verərkən bu tədbir görülmədikdə iş üzrə yekun qərar qəbul edilənədək iddiaçının qanunu mənafeyinin pozulma ehtimalını, işdə iştirak edən şəxslərin qanuni mənafeləri arasında tarazlığın təmin edilməsini nəzərə almalı, hər bir ərizə həmin mübahisə kontekstində qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə tərəfindən iddianı təmin etmə tədbiri görülərkən əsas götürülməli olan məqsəd işdə iştirak edən şəxslərin mənafeləri və onların müdafiəsindəki mütənasibliyin qorunmasıdır. İddiaçıya cavabdeh tərəfindən hesablanmış borc mübahisələndirildiyindən iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək həmin borcla əlaqədar qaz təchizatının dayandırılması iddiaçının qanuni mənafelərinin səmərəli məhkəmə müdafiəsinin təmin edilməsi baxımından məqsədəuyğun olmadığından ərizənin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3210/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3210/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №2-2(103)-179/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-179/2021
11.01.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver