Məhkəmə qərarları › İş №2-2(103)-18/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-18/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-18/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Aida Əli qızı Hüseyndən və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı2 vəkili Vəkil3, cavabdehlər İddiaçı1 və Cavabdeh3 vəkili Vəkil1 və Cavabdeh4 vəkili Vəkil2 iştirakı ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(82)-906/2016 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxx 2016-cı il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh3 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(82)-13/2018 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçılar Cavabdeh3 və İddiaçı1 və cavabdehlər Cavabdeh4 ilə İddiaçı2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-61/2018 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2018-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: (birinci iş) İddiaçı2 cavabdehlər Cavabdeh3 və İddiaçı1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2016-cı il tarixdən xx.xx.2016cı il tarixə qədər dövr üzrə ödənilməmiş icarə haqqı olan 25.200 manat vəsaitin tutularaq İddiaçı2nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(82)-906/2016 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh3 xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək ödənilməmiş icarə haqqı üzrə 25200 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun əvəzinin İddiaçı2 xeyrinə tutulması, cavabdeh İddiaçı1 münasibətdə isə iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Cavabdehlər Cavabdeh3 və İddiaçı1 apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın tam həcmdə rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2-2(103)-179/2017 saylı qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Cavabdeh3 həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2-2(102)-491/17 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2-2(103)-179/2017 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2-2(103)-128/2018 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh3 və İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(82)- 906/2016 saylı qətnaməsi iddia tələbinin qismən təmin edilməsi, yəni Cavabdeh3 xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək ödənilməmiş icarə haqqı üzrə 25.200 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun əvəzinin İddiaçı2 xeyrinə tutulması hissəsində ləğv edilmiş, həmin hissədə İddiaçı2 iddia tələbi rədd edilmiş, qətnamə iddianın cavabdeh İddiaçı1 münasibətdə rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İddiaçı2 həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(102)-355/18 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2-2(103)- 128/2018 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2- 2(103)-915/2018 saylı qərardadı ilə İddiaçı2 cavabdehlər Cavabdeh3 və İddiaçı1 qarşı icarə haqqının ödənilməsi tələbinə dair iş üzrə icraat Bakı Apellyasiya Məhkəməsinin icraatında olan, iddiaçılar Cavabdeh3 və İddiaçı1 cavabdehlər İddiaçı2 və Cavabdeh4 qarşı müqavilələrin etibarsız sayılması, çəkilmiş xərclərin, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə yekun məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək dayandırılmışdır. (ikinci iş) İddiaçılar Cavabdeh3 və İddiaçı1 cavabdehlər İddiaçı2nə və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 3M-/1031 reyestr nömrəli və xx.xx.2012-ci il tarixli 3M- 02/471 reyestr nömrəli icarə müqavilələrinin etibarsız sayılması, qeyd edilən qeyri-yaşayış sahəsində əsaslı təmir işlərinin görülməsinə, həmçinin əşya və avadanlıqların quraşdırılmasına xərclənmiş 472246 manat vəsaitin və əldən çıxmış faydaya görə 18000 manat vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı1 ödənilməsi, həmçinin iddiaçılar İddiaçı1 və Cavabdeh3 hər birinə 30000 manat məbləğində dəymiş mənəvi zərərə görə pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulması, habelə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı Cavabdeh3 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2-2(82)-13/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçı Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 3M-/1031 reyestr nömrəli və xx.xx.2012-ci il tarixli 3M-02/471 reyestr nömrəli icarə müqavilələrinin etibarsız sayılması, Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanındakı on mərtəbəli binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin təmirinə, əşya və avadanlıqların quraşdırılmasına sərf edilmiş 199752 manat vəsaitin cavabdehlər İddiaçı2ndən və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı1 ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatının cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçılara ödənilməsi, qalan 15 manatın iddiaçılara aid edilməsi, iş üzrə 200 manat ekspertiza xərcinin 100 manatının iddiaçılara, qalan 100 manatının cavabdehlərə aid edilməsi qət edilmişdir. İddiaçılar apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilərək iddia tələbinin tam təmin edilməsi, iş üzrə ekspertiza xərcinin bütövlükdə cavabdehlərdən müştərək qaydada tutulmasını, həmçinin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manatın və apellyasiya şikayətinin verilməsi üçün iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 15 manatın cavabdehlərdən müştərək qaydada tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər Cavabdeh4 və İddiaçı2 də ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(103)-496/2018 saylı qətnaməsi ilə iddiaçılar və cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçılar və cavabdeh İddiaçı2 həmin qətnamədən ayrı-ayrılıqda kassasiya şikayətləri vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2- 2(102)-141/19 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2- 2(103)-496/2018 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçılar Cavabdeh3 və İddiaçı1 cavabdehlər Cavabdeh4 və İddiaçı2nə qarşı müqavilələrin etibarsız sayılması, obyektin təmirinə, əşya və avadanlıqların quraşdırılmasına xərclənmiş vəsaitin, dəymiş maddi və mənəvi zərərin tutulması” tələbinə dair iş ilə İddiaçı2 cavabdehlər Cavabdeh3 və İddiaçı1 qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair iş birlikdə baxılması üçün 2(103)-13/2019 nömrəsi altında bir icraatda birləşdirilmişdir. (üçüncü iş) İddiaçı2 cavabdehlər İddiaçı4 MMC-yə, İddiaçı1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.2012-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh3 xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan icarə haqqı borcu 22400 manat pulun tutularaq İddiaçı2nə verilməsi, cavabdehlərdən ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsini qanunsuz olaraq zəbt etmələri ilə əlaqədar vurulmuş zərərin (əldən çıxmış fayda və işgüzar nüfuzun) əvəzi kimi hər bir cavabdehdən 5000 manat olmaqla, cəmi 15000 manat pulun müştərək qaydada tutularaq İddiaçı2nə verilməsi, Cavabdeh3 və İddiaçı1 məxsus "Toshiba" markalı 10 ədəd kondisionerin (3 ədəd kondisioner pultu), 61 ədəd asma işıqların, 26 ədəd videokameranın, 6 ədəd böyük divanın, 15 ədəd kiçik kreslonun, 3 ədəd dairəvi stolun (jurnal stolu) və 9 ədəd kvadrat stolun ünvan 2 ünvanından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2-2(82)-61/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(103)-466/2018 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(102)-53/19 saylı qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(103)466/2018 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı2 cavabdeh İddiaçı4 MMC-yə, İddiaçı1 və Cavabdeh3 qarşı mülkiyyətə müdaxilə nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair iş ilə İddiaçı2 cavabdehlər Cavabdeh3 və İddiaçı1 qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair iş birlikdə baxılması üçün 2(103)-13/2019 nömrəsi altında bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(103)-13/2019 saylı qətnaməsi ilə İddiaçı2 cavabdehlər Cavabdeh3 və İddiaçı1 qarşı “icarə haqqının ödənilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-2(82)-906/16 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və həmin qətnamə dəyişdirilmədən saxlanılmış; cavabdehlər İddiaçı2 və Cavabdeh4 Əmirağa oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2-2(82)-13/2018 saylı qətnaməsi qismən – iddia tələbinin təmin edilmiş hissəsində, yəni iddiaçı Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 3M-/1031 reyestr nömrəli və xx.xx.2012-ci il tarixli 3M-02/471 reyestr nömrəli icarə müqavilələrinin etibarsız sayılması, Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanındakı onmərtəbəli binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin təmirinə, əşya və avadanlıqların quraşdırılmasına sərf edilmiş 199752 manat vəsaitin cavabdehlər İddiaçı2ndən və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı1 ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış; iddiaçılar Cavabdeh3 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2-2(82)- 61/2018 saylı qətnaməsi qismən ləğv edilmiş, iddia İddiaçı2 cavabdeh İddiaçı4 MMC-nə, İddiaçı1 və Cavabdeh3 qarşı mülkiyyətə müdaxilə nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilərək xx.xx.2012-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh3 xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan icarə haqqı borcu 22400 (iyimi iki min dörd yüz) manat pulun tutularaq İddiaçı2nə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsi və ekspertiza xərci – Cavabdeh3 və İddiaçı1 müştərək qaydada 200 (iki yüz) manatın tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdehlər İddiaçı1 və Cavabdeh3 həmin qətnamədən kassasiya şikayəti vermişlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(102)- 42/2020 saylı qərarı ilə cavabdehlər İddiaçı1 və Cavabdeh3 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(103)-13/2019 nömrəli qətnaməsi ləğv edilmiş və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Tərəflərin apellyasiya şikayətlərində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçı və cavabdehlərin nümayəndələri və vəkilləri təmsil etdikləri şəxslərin apellyasiya şikayətini müdafiə etdilər və əks tərəfin apellyasiya şikayətinə isə etiraz etdilər. Cavabdeh İddiaçı4 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, hər üç qətnamədən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları aşağıdakılardan ibarətdir: Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanında yerləşən on mərtəbəli binanın birinci mərtəbəsindəki 438,3 kv.metr qeyri-yaşayış sahəsi İddiaçı2 mülkiyyətindədir. xx.xx.2009-cu il tarixli etibarnaməyə əsasən İddiaçı2 həmin qeyri-yaşayış sahəsinə forma-1 almaqla sərəncam verməyi 20 il müddətinə Cavabdeh4 etibar etmişdir. İddiaçı2 (icarəyə verən) ilə Cavabdeh3 (icarəçi) arasında notarial qaydada təsdiq edilmiş xx.xx.2012-ci il tarixli icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən icarəyə verən Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanda yerləşən on mərtəbəli binanın İ mərtəbəsindəki sahəsi 438,3 kv.metr olan qeyri-yaşayış sahəsindən 368,3 kv.metr hissəsini bu müqavilə notariat qaydasında təsdiq olunduğu gündən 5 il müddətinə xx.xx.2017-ci ilədək icarəçiyə vermiş, icarəçi isə aylıq 2800 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh4 (icarəyə verən) ilə Cavabdeh3 (icarəçi) arasında notarial qaydada təsdiq edilmiş xx.xx.2012-ci il tarixli icarə müqaviləsi bağlanmış və müqaviləyə əsasən icarəyə verən Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanda yerləşən on mərtəbəli binanın İ mərtəbəsindəki sahəsi 438,3 kv.metr olan qeyri-yaşayış sahəsindən 368,3 kv.metr hissəsini bu müqavilə notariat qaydasında təsdiq olunduğu gündən 5 il müddətinə xx.xx.2017-ci ilədək icarəçiyə vermiş, icarəçi isə aylıq 2800 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2012-ci il tarixli icarə müqaviləsi müqavilə tərəflərinin xx.xx.2016-cı il tarixli ərizələrinə əsasən ləğv edilmişdir. İddiaçı2 bildirir ki, cavabdehlərə dəfələrlə müraciət edilməsinə baxmayaraq, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə qədər olan 9 aylıq 25.200 manat icarə haqqı ödənilməmişdir. Cavabdehlər Cavabdeh3 və İddiaçı1 həmin iddiaya etiraz edir və yeni iddia irəli sürərək bildirirlər ki, İddiaçı1 Adil oğlu və Cavabdeh4 arasında Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanında yerləşən binanın birinci mərtəbəsindəki qeyriyaşayış sahəsinin 400 kv.m hissəsinin aylıq icarə haqqı 7.500 manat olmaqla 5 il müddətinə icarəyə verilməsi barədə müqavilə bağlanmışdır. İddiaçı1 öz vəsaiti hesabına həmin obyektdə əsaslı təmir işləri aparılmışdır. Sonradan İddiaçı1 həmin qeyri-yaşayış sahəsinin 70 kv.m hissəsinin də aylıq icarə haqqı 2.000 manat olmaqla ona icarəyə verilməsi barədə başqa müqavilə də bağlayaraq, 70 kv.m ölçüdə olan həmin obyekti də öz vəsaiti hesabına təmir etdirmişdir. İddiaçı1 tamamilə yararsız vəziyyətdə olan həmin qeyriyaşayış sahəsinin fəaliyyət göstərmək üçün yaxşı vəziyyətə gətirilməsinə 400.000 manat pul vəsaiti xərcləmişdir. Hazırkı iddianın qaldırılmasından 3 ay əvvəl Cavabdeh4 obyektə gələrək icarə haqqının 2 dəfə artırıldığını bildirmiş, əks halda obyektin boşaldılmasını tələb etmiş, eləcə də İddiaçı1 çəkdiyi xərcin qaytarılmasından imtina etmişdir. Tərəflər arasında bağlanmış icarə müqavilələrinə əsasən onlara vaxtından əvvəl xitam verildiyi halda, təmir üçün çəkilmiş bütün xərclər icarəyə verən tərəfindən ödənilməlidir. Odur ki, qeyd edilən obyektin təmirinə xərclənmiş 400.000 manat vəsait “Ümid” müəssisəsindən və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı1 xeyrinə ödənilməlidir. Sonradan aparılan araşdırma nəticəsində aydın olmuşdur ki, qeyd olunan obyekt Cavabdeh4 məxsus deyildir. O, həmin ünvandakı 438,3 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin 368,3 kv.m hissəsinin 5 il müddətinə icarəyə verilməsi barədə X3 adından Cavabdeh3lə xx.xx.2012-ci il tarixdə notarial qaydada təsdiq olunmuş icarə müqaviləsi bağlamışdır. Lakin həmin tarixdən müəyyən müddət keçdikdən sonra Cavabdeh4 Cavabdeh3 bildirmişdir ki, yeni icarə müqaviləsi bağlanması vacibdir. xx.xx.2012-ci il tarixdə onlar arasında binanın birinci mərtəbəsindəki 438,3 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin 368,3 kv.m hissəsinin 5 il müddətinə icarəyə verilməsi barədə notarial qaydada başqa müqavilə bağlanmışdır. Cavabdeh3 həmin müqavilənin bağlanmasının mahiyyətini dərk etməsə də, bu təklifi Cavabdeh4 təkidi ilə qəbul etmişdir. 438,3 kv.m ölçüdə həmin qeyri-yaşayış sahəsinə aid sənədlərlə tanış olduqdan sonra isə məlum olmuşdur ki, obyekt “Ümid” müəssisəsinə məxsusdur. Aydın olmuşdur ki, Cavabdeh4 əvvəlki icarə müqavilələrini vergi orqanlarına təqdim etmədiyindən, xx.xx.2012-ci il tarixdə notarial qaydada təsdiq olunmuş saxta icarə müqavilə bağlanmasını təmin etmişdir. xx.xx.2012-ci il tarixdə həmin obyektin fiziki şəxsə məxsus olması əks olunmuşdur. Ona görə də, “Ümid” müəssisəsinin faktiki rəhbəri olan Cavabdeh4lə Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli 3M/1031 reyestr nömrəli icarə müqaviləsi etibarsız sayılmalıdır. İddiaçı1 Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanında yerləşən onmərtəbəli binanın birinci mərtəbəsindəki qeyri-yaşayış sahəsinin 400 kv.m hissəsinə görə aylıq icarə haqqı 7.500 manat və 70 kv.m hissəsinə görə aylıq icarə haqqı 2.000 manat olmaqla Cavabdeh4 4 il ərzində ümumilikdə 456.000 manat icarə haqqı ödəmişdir. Cavabdeh4 bir obyekt üzrə dörd müqavilə bağlaması və onları (iddiaçı tərəfi) obyektdən çıxarmaq və aldatmaq və bu istiqamətdə digər hərəkətləri nəticəsində İddiaçı1 və Cavabdeh3 dəymiş mənəvi zərərin həcmi (hər birinə) 30.000 manat qiymətləndirilməlidir. İddiaçı2 həmin iddiaya etiraz edir və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, həmin iddianın rədd edilməsini xahiş edir. Daha sonra İddiaçı2 yeni iddia irəli sürərək bildirir ki, Cavabdeh3 bir müddət xx.xx.2012-ci il tarixli müqavilənin şərtlərinə əməl etsə də, xx.xx.2016-cı il tarixdə icarə haqqını ödəməkdən yayınmışdır. xx.xx.2012-ci il tarixli icarə müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Hazırda Cavabdeh3 xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan borcu 22.400 manat təşkil edir. Cavabdehə dəfələrlə yazılı və şifahi müraciətlər edilərək, icarə haqqı üzrə borcun ödənilməsi təklif edilmişdir. Lakin o, həmin borcu ödəməmiş, eləcə də əmlakın təhvil verilməsini təmin etməmişdir. xx.xx.2017-ci il tarixdə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əməkdaşlarının iştirakı ilə sözügedən qeyri-yaşayış sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Cavabdeh3 məxsus olan üzərinə həbs qoyulmuş və digər əmlaklar aşkar edilməmişdir. Obyekt boş olduğundan, mülkiyyətçi kimi onun (iddiaçının) istifadəsinə qaytarılmışdır. Həmin vaxtdan bir həftə sonra İddiaçı1 özbaşınalıq edərək obyektin qapısındakı qıfıl qırmış və obyektə daxil olaraq oradan çıxmamışdır. Bu barədə hüquqmühafizə orqanlarına müraciət edilmiş və hazırda Bakı şəhəri Nərimanov RPİ-də Cinayət Məcəlləsinin 322-ci maddəsi (özbaşınalıq) üzrə araşdırma aparılır. Bundan sonra məlum olmuşdur kı, İddiaçı1 heç bir hüquqi əsas olmadan “X1 Mühafizə Xidməti” MMC ilə müqavilə bağlayaraq həmin qeyri-yaşayış sahəsinə daxil olmuş və orada 24 saat iş rejimi ilə mühafizəçi təyin etdirmiş, “X1 Mühafizə Xidməti” MMC onu mülkiyyətçi olmadığını habelə “Ümid” müəssisəsi üçün mühafizəyə zərurət olmadığını bilsə də, qanun pozuntusuna yol vermiş, iddiaçı “Ümid” müəssisəsinə maddi ziyan vurmaqla yanaşı onun işgüzar nüfuzuna da xələl gətirmişdir. Cavabdehlərə rəsmi qaydada pretenziya məktubları göndərilsə də, bunun nəticəsi olmamış, hazırda da mülkiyyət hüquqlarının pozulması davam edir. Məhkəmə kollegiyası hesab edir ki, “Ümid” müəssisəsinin ilk iddiası tam, digər iddiası qismən əsaslı, həmçinin iddiaçılar Cavabdeh3 ilə İddiaçı1 iddiası qismən əsaslıdır. Belə ki, hazırki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-2(102)-42/2020 saylı qərarında da göstərilmişdir ki, bir-biri ilə bağlı olan 3 ayrı-ayrı iş üzrə irəli sürülmüş tələblər üzrə mübahisənin həlli məqsədilə ilk növbədə “Ümid” müəssisəsinin mülkiyyətində olan sahənin faktiki olaraq hansı icarə müqaviləsi əsasında icarəyə verilməsi müəyyən edilməli, daha sonra isə işdə olan digər icarə müqavilələrinin etibarsızlığına, əsas icarə müqaviləsi üzrə tərəflərin öhdəliklərinin nədən ibarət olmasına, bu öhdəliklərin kimin tərəfindən pozulmasına, öhdəliyin pozulmasına görə zərərin mövcud olub olmamasına və ən nəhayət təmir işlərinin müqavilə şərtlərinə əsasən, yaxud özgə işlərin tapşırıqsız icrası qaydasında aparılmasından asılı olaraq ona çəkilmiş xərclərin tutulması imkanına qiymət verilməlidir. Müqavilələrdən hansının real olaraq tərəflər arasında mövcud olan icarə münasibətlərini ehtiva etməsinin müəyyən edilməsi zamanı ilk növbədə iddia tələblərinin əsasını təşkil edən bütün müqavilələrə işin digər halları ilə yanaşı müfəssəl qiymət verilməlidir. ...Apellyasiya instansiyası məhkəməsi İddiaçı2 nümayəndəsinin İddiaçı1 ilə aralarında hər hansı icarə münasibətlərinin olmadığı ilə bağlı bildirdiklərini qəbul etsə də, bunun əksini bildirən işdə olan aşağıdakı halları nəzərə almamışdır. Belə ki, elə İddiaçı2 cavabdehlər Cavabdeh3 və İddiaçı1 qarşı ödənilməmiş icarə haqqı tələbi ilə bağlı olan 1-ci iş üzrə iddia ərizəsinə əlavədən görünür ki, İddiaçı2 onun adından İddiaçı1la icarə müqaviləsinin bağladığını qəbul etmiş və bu səbəbdən də həmin iş üzrə icarə haqqı tələbini ona qarşı da yönəltmişdir. Digər, yəni İddiaçı2 qeyriyaşayış sahəsindən çıxarılma və s. tələblər üzrə 2-ci işin hallarından da görünür ki, iddiaçı həmin tələb üzrə də İddiaçı1 cavabdeh qoymaqla faktiki olaraq onunla icarə münasibətlərinin olduğunu qəbul etmişdir. Kassasiya kollegiyası hesab edir ki, tərəflərin hər ikisinin, yəni İddiaçı2 ilə İddiaçı1 aralarında icarə münasibətlərinin olduğunu (sonradan inkar etməsinə baxmayaraq) qəbul etdiyi halda, cavabdeh tərəfin təqdim etdiyi müqaviləni prosessual qanunvericiliyin tələb etdiyi şəkildə tədqiq etmədən onun mötəbərliyinin qəbul edilməməsi yolverilməzdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi İddiaçı1 sonuncu apellyasiya baxışında təqdim etdiyi müqavilədəki imzaların adları qeyd edilən şəxslər tərəfindən imzalandığını yoxlamadan mötəbərliyini, sadəcə olaraq məzmununu sübut əhəmiyyəti kəsb etməyən daha əvvəl işdə olan surətlə müqayisə edərək tam autentik olmaması əsası ilə istisna etməklə prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Kassasiya kollegiyası əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, «İddiaçı2 » müəssisəsi ilə İddiaçı1 arasında icarə münasibətlərinin öz təsdiqini tapdığı halda həmin icarə müqaviləsinin vergi orqanında qeydə alınmaması, habelə İddiaçı1 vergi ödəməməsi kimi hallar özü-özlündə məsuliyyət yaradan hal hesab edilsə də, hazırki mübahisənin onlar arasında bağlanmış icarə müqaviləsinə uyğun həllini istisna etmir. O da qeyd edilməlidir ki, hətta xx.xx.2012-ci il tarixli və xx.xx.2012-ci il tarixli icarə müqavilələrinin bağlanması öz təsdiqini tapmadığı halda belə, «Ümid» müəssisəsi və Cavabdeh4 İddiaçı1 həmin sahəni əsaslı təmir etməsini inkar etmədiklərindən təmir xərclərinin tutulması tələbinə Mülki Məcəllənin 57-ci fəsli ilə tənzimlənən özgə işlərini tapşırıqsız aparma qaydalarına uyğun olaraq həll edilməlidir. İddiaçı2 qəbul etdiyi müqavilə istisna olmaqla digər icarə müqavilələrinin onun adından deyil, onun təmsil etdiyi Cavabdeh4 öz adından bağlanması ilə bağlı dəlilinə gəldikdə isə kollegiya hesab edir ki, müəssisənin qəbul etdiyi müqavilə ilə yanaşı qəbul etmədiyi müqavilələrə də onlardakı söz və ifadələrin yalnız hərfi mənası baxımından deyil, aşağıdakı maddi hüquq normalarında əks olunmuş halların ağlabatan mühakiməsi əsasında qiymət verilməlidir. Digər tərəfdən işin hallarından göründüyü kimi, İddiaçı2 İddiaçı1la icarə münasibətlərində olmasını qəbul etdiyindən, habelə iddialarında hazırda Cavabdeh4 öz adından bağlaması əsası kimi qəbul etmədiyi müqavilələrdən məlumatlı olmaqla həmin münasibətlərə 4 ildən artıq müddətdə etirazsız davam etməsinə imkan verdiyindən bu məsələyə də ümumən müqavilələrin bəyənilməsi prizmasından da qiymət verilməlidir. İşdə olan icarə müqavilələrinə prosessual qanunvericiliyin tələb etdiyi qaydada hərtərəfli tədqiqi ilə yanaşı onlardan hansının etibarsız olması məsələsinə də irəli sürülmüş tələblər həddində qiymət verilməlidir. O da xüsusilə qeyd edilməlidir ki, iddia tələbində əks olunmuş əqdlərin etibarsızlığı tələbinə qiymət verilərkən həmin əqdlərə Mülki Məcəllənin 340.2-ci maddəsi ilə tənzimlənən yalan deyil, 340.1-ci maddəsində əks olunmuş uydurma əqd kontekstindən qiymət verilməlidir. Belə ki, iddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı tərəf hüquq norması kimi yalan əqdi tənzimləyən normaya istinad etsə də, iddia tələbinin faktiki əsasları uydurma əqdlə bağlı olmuşdur. Bunu nəzərə alan məhkəmə iddiaçı tərəfin hüquqi əsaslandırılması ilə bağlı olmayaraq, işin faktiki hallarına uyğun gələn normanı tətbiq etməklə mübahisəni həll etməlidir. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin İddiaçı2 ilə İddiaçı1 arasında olan müqavilənin notarial qaydada bağlanmaması əsası ilə etibarsızlığı üzrə gəldiyi qənaətlə də razılaşmayaraq, qeyd edir ki istinad edilən müqaviləyə dair bağlanma forması ilə bağlı qanunvericilik bu şəkildə məcburi tələb nəzərdə tutmadığından, habelə Mülki Məcəllənin 348-ci maddəsi (məcburi formanı pozmaqla bağlanmış əqdin etibarsızlığı) hüquq münasibətlərinin yarandığı tarixdə artıq qüvvədə olmadığından, müqavilənin yalnız bu əsasla etibarsız əqd kimi qiymətləndirilməsi yolverilməzdir. Ödənilməmiş icarə haqqı tələbi ilə bağlı iddiaya münasibətdə isə kollegiya təkrarən qeyd edir ki, bu tələbin təmin edilməsi üçün ilk növbədə tərəflər arasında mövcud münasibətlərin hansı icarə müqaviləsi əsasında qurulması aydınlaşdırılmalıdır. Kassasiya kollegiyası hesab edir ki, bu məsələnin aydınlaşdırılması zamanı işdə olan ayrı-ayrı icarə müqavilələrində əks olunmuş icarə haqlarının məbləğinin həmin ərazidə olan əmlakların icarə haqları ilə müqayisədə daha real olanına da üstünlüyün verilməsi imkanı diqqətdə saxlanılmalıdır. Bununla yanaşı, icarə haqqının ödənilməsi tələbinə qiymət verilərkən apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin icarə haqqı ödəmək öhdəliyini rəsmi qaydada icra etməsini sübuta yetirmədiyini əsas gətirərək, Mülki Prosessual Məcəlləninin 77.1-ci maddəsinə istinad etməklə iddianı təmin etmişdir. Kassasiya kollegiyası qeyd edir ki, hazırki işin mühüm əhəmiyyət kəsb edən hallarını nəzərə almadan sübutetmə yükünün bu şəkildə cavabdehin üzərinə qoyulması düzgün olmazdı. Belə ki, apellyasiya instansiyası məhkəməsinin müəyyən etdiyi işin hallarından göründüyü kimi, icarə haqqını tələb edən tərəf istinad etdiyi dövr üzrə icarə haqqının ödənilmədiyini bildirir, bunun əksinə olaraq cavabdeh tərəf icarə haqqının qeyri-rəsmi şəkildə ödənildiyini qeyd edir. Bu baxımdan kassasiya kollegiyası qeyd edir ki, cavabdeh tərəfin icarə haqqının rəsmi surətdə ödənilməsinə dair sübutun tələb edilməsindən öncə məhkəmə icarə müqaviləsi üzrə icarə haqqının ödənildiyi dövr ərzində tərəflər arasında icarə haqqının ödənilməsinə dair formalaşmış işgüzar münasibətləri nəzərə almalıdır. Yəni, məhkəmə tərəflər arasında mövcud münasibətlərin olduğu müddətin mübahisə yaratmayan əvvəlki 4 illik dövrü ərzində icarə haqlarının rəsmi yaxud qeyri-rəsmi şəkıldə ödənildiyini aydınlaşdırmalıdır. Yalnız icarə haqqının əvvəllər rəsmi şəkildə ödənildiyinin müəyyən edildiyi halda, cavabdehdən mübahisələndirilən dövr üzrə də rəsmi ödənişlərin təqdim edilməsi mümkün ola bilər. Əvvəlki dövr üzrə ödənişlərin qeyri-rəsmi şəkildə ödənildiyinin müəyyən edildiyi halda isə cavabdeh tərəfin izahatlarına bu prizmadan qiymət verilməklə buna dair şifahi sübut təqdim etmə imkanı yaradılmalıdır. Ən nəhayət icarə haqqının və təmir xərclərinin tutulması tələblərinə qiymətin verilməsi üçün tərəflər arasında mövcud münasibətlərin hansı icarə müqaviləsi əsasında qurulmasının aydınlaşdırılmasından sonra hansı tərəfin həmin müqavilə üzrə nəzərdə tutulmuş öhdəlikləri pozduğu dəqiqləşdirilməldir. Öhdəliyin kim tərəfindən pozulmasının müəyyən edilməsi zamanı müqavilənin 5 illik müddətə bağlanması, bu 5 illik müddət keçmədən, yəni xx.xx.2015-ci il tarixli müqavilə ilə icarəyə verilmiş sahənin (60 kv.m hissəsinin) Rüfət Babayev adlı şəxsə verilməsi icarəyə verilməsindən ibarət hal, habelə icarəyə götürənin vergi yoxlaması nəticəsində fəaliyyətini dayandırması ilə bağlı əsaslı dəlillərə qiymət verilməlidir. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi bir neçə işin birləşdirildiyi mülki iş üzrə sübutların mümkünlüyü, qiymətləndirilməsi məsələlərində istinad edilən prosessual qanunvericiliyin normalarının, habelə yuxarıda istinad edilən maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin tələblərinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli Qərarına görə MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburidir. Bu baxımdan kollegiya qeyd edir ki, mübahisənin düzgün həlli üçün ilk olaraq tərəflər arasında hansı icarə müqavilələrinin bağlanması və məhz hansı müqavilə üzrə icarə münasibətlərinin yaranması məsələsi aydınlaşdırılmalıdır. İddiaçı2 hər iki iddia tələbləri ilə bağlı: Mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı iş materiallarına 4 icarə müqaviləsi əlavə edilmişdir: 1) Cavabdeh4 ilə İddiaçı1 arasında ünvan 3 ünvanda yerləşən 400 kv.m qeyriyaşayış sahəsinin aylıq icarə haqqı 7500 manat olmaqla icarəyə verilməsi barədə xx.xx.2012-ci il tarixli icarə müqaviləsi; 2) Cavabdeh4 ilə İddiaçı1 arasında həmin ünvanda 70 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə 2012-ci ilin sentyabrında (müqavilənin bağlanma tarixi göstərilməyib) bağlanmış icarə müqaviləsi; 3) İddiaçı2 təsisçisi X3 adından verilmiş etibarnamə əsasında “icarəyə verən” qismində çıxış edən Cavabdeh4 ilə “icarəçi” Cavabdeh3 arasında ünvan 2 ünvanında yerləşən onmərtəbəli binanın 1-ci mərtəbəsində sahəsi 438.3 kv.m olan qeyri-yaşayış sahəsinin 368.3 kv.m hissəsinin, müqavilə notarial qaydada təsdiq olunduğu gündən 5 il müddətinə icarəçiyə icarəyə verilməsi barədə xx.xx.2012-ci il tarixli müqavilə; 4) Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanılmış xx.xx.2012-ci il tarixli, eyni məzmunlu icarə müqaviləsi. İddiaçı2 və Cavabdeh4 yuxarıda qeyd olunan 1 və 2-ci müqavilələrə etiraz edir və həmin müqavilələrin Cavabdeh4 tərəfindən imzalanmadığını bildirirlər. Hazırki apelyasiya baxışı zamanı iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx xxxxxx 2020-ci il tarixli 4/961 saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən kommersiya işinin 8-ci cildinin 130-cu vərəqəsində olan xx xxxxxx 2012-ci il tarixli İcarə müqaviləsində “İcarəyə verən: Cavabdeh4 Əmirağa oğlu” qrafasındakı imza və 131-ci vərəqəsində olan Cavabdeh4 Əmirağa oğlunun Bakı şəhəri Nərimanov rayonu Koroğlu 22-də yerləşən 70 kv.m qeyriyaşayış sahəsini İddiaçı1 icarəyə verməsi barədə tərtib olunmuş 2012-ci il tarixli icarə müqaviləsində “İcarəyə verən: Cavabdeh4 Əmirağa oğlu” qrafasındakı imza - Cavabdeh4 Əmirağa oğlu tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Həmin imzaların - eyni şəxs və ya müxtəlif şəxslər tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmadı. Beləliklə, iş üzrə keçirilmiş məhkəmə ekspertizası rəyi ilə yuxarıda sadalanan ilk 2 icarə müqaviləsinin Cavabdeh4 Əmirağa oğlu tərəfindən imzalanmaması müəyyən edilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, həqiqiliyi müəyyən edilmədiyi üçün həmin müqavilələrin hazırki mübahisənin həlli baxımından heç bir əhəmiyyəti yoxdur. Eyni zamanda işin mübahisəsiz halıdır ki, Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanılmış xx.xx.2012-ci il tarixli icarə müqaviləsi tərəflərin xx.xx.2016-cı il tarixli ərizələrinə əsasən ləğv edilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, ləğv edilmiş həmin müqavilə üzrə də araşdırma (həmin müqavilənin etibarsız hesab edilməsi barədə Cavabdeh3 ilə İddiaçı1 iddia tələbi istisna olmaqla) aparılması üçün əsas mövcud deyildir. Göründüyü kimi həqiqiliyi müəyyən edilən və hazırki mübahisə üzrə yeganə araşdırılmalı müqavilə yuxarıda sadalanan müqavilələrdən yalnız 3-cü, yəni İddiaçı2 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2012-ci il tarixli icarə müqaviləsidir. İddiaçı “Ümid” müəssisəsi 1-ci iddia üzrə 9 ay üçün, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə qədər dövr üzrə ödənilməmiş 25.200 manat icarə haqqının cavabdehlər Cavabdeh3 və İddiaçı1 müştərək qaydada, həmçinin 3-cü iddia üzrə xx.xx.2012-ci il tarixli icarə müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixə (müqavilə müddətinin son tarixinə) qədər dövr üzrə ödənilməmiş 22.400 manat icarə haqqının Cavabdeh3 tutularaq ona ödənilməsi tələbini irəli sürmüşdür. Həmin iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Hazırki işdə də həmin maddənin dispozisiya şərtləri mövcuddur. Belə ki, əvvəla kollegiya qeyd edir ki, yuxarıda da qeyd olunduğu kimi xx.xx.2012-ci il tarixli icarə müqaviləsi yalnız 2 tərəf, yəni İddiaçı2 ilə Cavabdeh3 arasında bağlanıb və həmin tərəflər arasında icarə münasibətlərinin yaranması mübahisəsizdir. Bununla yanaşı İddiaçı2 icarə haqqının Cavabdeh3 ilə birgə İddiaçı1 tutulması tələbini irəli sürmüşdür. Göründüyü kimi hazırda müəyyən edilməli olan məsələlərdən biri – İddiaçı1 da həmin icarə münasibətlərinə aidiyyatının olub-olmamasından ibarətdir. İddiaçı2 cavabdehlər Cavabdeh3 və İddiaçı1 qarşı ödənilməmiş icarə haqqı tələbi ilə bağlı olan 1-ci iş üzrə iddia ərizəsinə əlavədən görünür ki, İddiaçı2 onun adından İddiaçı1la icarə müqaviləsinin bağladığını qəbul etmiş və bu səbəbdən də həmin iş üzrə icarə haqqı tələbini ona qarşı da yönəltmişdir. Digər işin, yəni İddiaçı2 qeyri-yaşayış sahəsindən əşyaların çıxarılması və s. tələblər üzrə 2-ci işin hallarından görünür ki, iddiaçı həmin tələb üzrə də İddiaçı1 cavabdeh qoymaqla faktiki olaraq onunla icarə münasibətlərinin olduğunu qəbul etmişdir. Eyni zamanda İddiaçı1 da İddiaçı2nə qarşı iddia ilə məhkəməyə müraciət edərək, ona verilmiş icarə obyektini əsaslı təmir etdiyinə istinad edərək, müəssisədən təmir xərclərinin tutulması tələbini irəli sürüb və İddiaçı2 də həmin iddia üzrə İddiaçı1 həmin sahəni təmir etməsini etiraf edir (bununla bağlı ətraflı mövqe aşağıda əks olunub). Qeyd olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, İddiaçı2 ilə İddiaçı1 arasında yazılı icarə müqaviləsi bağlanmasa da, həmin tərəflər arasında faktiki icarə münasibətləri olmuş və X5 Əliyevlə birgə icarə obyektindən istifadə etmişdir. Bu baxımdan kollegiya hesab edir ki, İddiaçı1 da xx.xx.2012-ci il tarixli icarə müqaviləsi üzrə tərəf hesab olunur. Ona görə də kollegiya hesab edir ki, İddiaçı2 icarə haqqının tutulması tələblərini Cavabdeh3 ilə yanaşı İddiaçı1 da qarşı qaldırmaqda haqlı olmuşdur. Eyni zamanda xx.xx.2012-ci il tarixli icarə müqaviləsinin şərtlərinə görə icarəçi aylıq 2800 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehlər həmin icarə müqaviləsi üzrə iddiaçıya heç bir borclarının olmadıqlarını bildirsələr də, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişlər. Cavabdehlərin sübut qismində məhkəməyə təqdim etdikləri şahid X4 ifadəsi (cild 1, i/v 152-153) isə bunu təsdiq edən sübut qismində qəbul edilə bilməz. Belə ki, həmin şahid öz ifadəsində ümumi halları göstərmiş və dəqiq hansı aylar üçün icarə haqqının ödənilməsi ilə bağlı halları göstərməmişdir. Göründüyü kimi həmin şahid ifadəsi əsasında cavabdehlər tərəfindən icarə haqqının tam ödənilməsi nəticəsinə gəlmək olmur. Ona görə də kollegiya qeyd edir ki, həmin şahid ifadəsi qeyd olunan halları təsdiq sübut qismində qəbul edilə bilməz. Bu baxımdan kollegiya hesab edir ki, xx.xx.2012-ci il tarixli icarə müqaviləsinə əsasən ilk iddia üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə qədər dövr üzrə ödənilməmiş 25.200 manat (9 ay x 2800 manat = 25.200) icarə haqqı cavabdehlər Cavabdeh3 və İddiaçı1 birgə qaydada tutularaq İddiaçı2nə ödənilməlidir. Burada kollegiya qeyd etməyi zəruri hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(82)-906/2016 saylı qətnaməsi ilə həmin iddia tələbi qismən təmin edilərək icarə haqqının yalnız Cavabdeh3 tutulması, iddiaçının həmin qətnamədən apellyasiya şikayəti verməməsi və cavabdehlərin apellyasiya şikayəti əsasında həmin icarə haqqının onlardan birgə tutulması barədə nəticə apellyasiya baxışının hədlərindən kənara çıxma və ya ümumi qəbul olunmuş prinsipin (apellyasiya şikayəti verən şəxsin ziyanına qərarın qəbul edilməsinin yolverilməzliyi) pozulması kimi qəbul edilə bilməz. Çünki məhkəmənin qənaətinə görə mübahisənin predmeti bölünməzdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsində isə təsbit olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçı2 tərəfindən irəli sürülmüş digər (üçüncü) iddia üzrə isə kollegiya hesab edir ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixə qədər dövr üzrə ödənilməmiş 22400 manat (8 ay x 2800 manat = 22400) icarə haqqı (həmin tələb yalnız Cavabdeh3 qarşı irəli sürüldüyünə və Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən iddia tələblərindən kənara çıxmağa icazə verimədiyinə görə) sonuncudan tutularaq İddiaçı2nə ödənilməlidir. Eyni zamanda kollegiya hesab edir ki, mübahisəli qeyri-yaşayış sahəsinin qanunsuz olaraq zəbt etmələri ilə əlaqədar vurulmuş zərərin əvəzi kimi hər bir cavabdehdən 5000 manat olmaqla, cəmi 15000 manat pulun müştərək qaydada tutularaq İddiaçı2nə verilməsi barədə iddia qismən əsaslıdır. Belə ki, xx.xx.2012-ci il tarixli icarə müqaviləsinin şərtlərinə görə müqavilə 5 il müddətində, yəni xx.xx.2017-ci il tarixədək qüvvədə olub və cavabdehlər İddiaçı1 ilə Vüqar Əliyev həmin sahəni müddət bitdikdən sonra tərk etməli idilər. Lakin hazırki apelyasiya baxışı zamanı tərəflərin nümayəndələrinin izahatlarından müəyyən edildi ki, cavabdehlər icarə obyektini xx.xx.2017-ci il tarixdə deyil, bundan yalnız 2 ay sonra, yəni 2017-ci ilin avqust ayında tərk etmişlər. Mülki Məcəllənin 700.3-cü maddəsinin tələblərinə görə əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 697.1 və 697.2-ci maddələrində isə təsbit olunmuşdur ki, kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur. Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı ona dəymiş zərər kimi 2 aylıq icarə haqqının, yəni cəmi 5600 manat məbləğində pul vəsaitinin icarə müqaviləsinin birgə tərəfi kimi Cavabdeh3 və İddiaçı1 tutulmasını tələb etməkdə haqlıdır. Bununla yanaşı kollegiya hesab edir ki, əşya və avadanlıqların çıxarılması hissəsində iddia tam əsaslıdır. Belə ki, həmin tələblərin qanuni əsasını Mülki Məcəllənin 157.4-cü maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Maddənin məzmunundan da görünür ki, neqator iddianın təmin edilməsi üçün bir neçə şərt mövcud olmalıdır:

1. Mübahisəli əmlak mülkiyyətçinin (iddiaçının) sahibliyində olmalı;

2. Cavabdeh həmin əmlakdan istifadə, sahiblik və ya onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə maneə olan hərəkətlər etməli;

3. Həmin hərəkətlər hüquqazidd olmalıdır. Hazırkı işdə də hər üç şərt mövcuddur. Belə ki, işin mübahisəsiz hallarından da göründüyü kimi hazırda mübahisəli qeyri-yaşayış sahəsi İddiaçı2 mülkiyyətində olmaqla o, sahiblik hüququnu həyata keçirdir. Eyni zamanda cavabdehlər Cavabdeh3 və İddiaçı1 məxsus əşyalar həmin qeyriyaşayış sahəsində qalmaqla iddiaçının mülkiyyət hüquqlarını həyata keçirilməsinə maneə yaradır. Cavabdehlərin əşyalarının həmin qeyri-yaşayış sahəsində qalması isə qanunsuzdur. Çünki 3 il 6 aydan artıq bir müddətdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinin müddəti bitmiş və cavabdehlər icarə sahəsindən çıxmışlar. Bu baxımdan kollegiya hesab edir ki, “Toshiba” markalı 10 ədəd kondisioner (3 ədəd kondisioner pultu), 61 ədəd asma işıqlar, 26 ədəd videokamera, 6 ədəd böyük divan, 15 ədəd kiçik kreslo, 3 ədəd dairəvi masa və 9 ədəd dördkünc masa ünvan 2 ünvanından cavabdehlər Cavabdeh3 və İddiaçı1 tərəfindən götürülməlidir. İddiaçılar Cavabdeh3 və İddiaçı1 iddia tələbləri ilə bağlı: Onlar tərəfindən irəli sürülmüş birinci tələb icarə müqavilələrinin etibarsız hesab edilməsi ilə bağlıdır. Kollegiya hesab edir ki, həmin iddia tələbi əsassızdır. Belə ki, iddiaçıların istinad etdiyi hal ondan ibarətdir ki, mübahisələndirilən icarə müqavilələri formal olaraq bağlanılmış, yəni həmin müqavilələri özü-özlüyündə əhəmiyyətsiz olan uydurma əqdlərdir. Mülki Məcəllənin 340.1-ci maddəsinə görə uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Lakin hazırkı işdə qeyd olunan maddələrin dispozisiya şərtləri müəyyən edilmir. Belə ki, iddiaçılar bu halların təsdiqi barədə mötəbər sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişlər. Bundan başqa iddiaçılar həmin tələblərini əsaslandırarkən xx.xx.2012-ci il tarixli və sentyabr 2012-ci il tarixli icarə müqavilələrinə də istinad etmişdir. Lakin iş üzrə keçirilmiş məhkəmə ekspertizası rəyi ilə müəyyən olundu ki, həmin müqavilələrdə Cavabdeh4 adından olan imzalar onun tərəfindən icra olunmamışdır. Həmçinin kollegiya qeyd edir ki, xx.xx.2012-ci il tarixli icarə müqaviləsinin onu bağlayan tərəflərin xx.xx.2016-cı il tarixli ərizələrinə əsasən notarial qaydada ləğv edilməsi də işin mübahisəsiz halıdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, icarə müqavilələrinin etibarsız hesab edilməsi barədə tələblər əsassız olduğuna görə müddətin keçib-keçməməsinə qiymət verilmədən rədd edilməlidir. Bununla yanaşı kollegiya hesab edir ki, mübahisəli qeyri-yaşayış sahəsində əsaslı təmir işlərinin görülməsinə xərclənmiş vəsaitin tutulması barədə tələblər qismən əsaslıdır. Belə ki, “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə görə icarəyə götürülmüş əmlak icarəyə verənin razılığı ilə yaxşılaşdırıldıqda müqavilənin müddəti qurtardıqdan və ya müqavilə pozulduqdan sonra icarəçinin hüququ var ki, qanunda və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, bu məqsədlə çəkdiyi bütün xərclərin ödənilməsini tələb etsin. Qeyd olunan normadan göründüyü kimi icarəçi yalnız icarəyə verənin razılığı ilə icarəyə götürülmüş əmlak üzərində edilən yaxşılaşdırılmalar üçün çəkilən xərclərin ödənilməsini tələb edə bilər. Hazırkı işdə də həmin əsasların mövcudluğu təsdiq olunur. Belə ki, xx xxxx 2012-ci il tarixli icarə müqaviləsinin 2-ci bəndində göstərilmişdir ki, icarəçi icarəyə verəndən əvvəlcədən icazə almadan orada əlavə tikinti aparmamağı öz öhdəsinə götürür. Məhkəmə iclasında cavabdeh İddiaçı2 nümayəndəsi etiraf etdi ki, mübahisəli qeyriyaşayış sahəsində təmir işlərinin aparılmasına icazə verilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, İddiaçı1 həmin qeyri-yaşayış sahəsində etdiyi bütün yaxşılaşdırmaların əvəzini tələb etməkdə haqlıdır. Qeyri-yaşayış sahəsinə edilən yaxşılaşdırmaların həcmi və məbləği isə aşağıdakı qaydada müəyyən olunur. Belə ki, bununla bağlı iddiaçı bildirir ki, onun tərəfindən həmin obyektdə köklü dəyişiklik edilmiş və əsaslı təmir işləri aparılmışdır. Cavabdehin nümayəndəsi isə bildirir ki, iddiaçı tərəfindən qeyri-yaşayış sahəsində yalnız müəyyən kosmetik işlər görülmüş, yəni tavan dəyişdirilmiş və divarlar rənglənmişdir. Görülən işlərin həcmi ilə bağlı kollegiyanın mövqeyi aşağıdakılardan ibarətdir. Belə ki, işdən görünür ki, İddiaçı2 cavabdehlərə qarşı iddia tələbində Cavabdeh3 və İddiaçı1 məxsus "Toshiba" markalı 10 ədəd kondisionerin, 61 ədəd asma işıqların, 26 ədəd videokameranın mübahisəli qeyri-yaşayış sahəsindən çıxarılması tələbini irəli sürmüşdür. Göründüyü kimi kifayət qədər böyük sahəsi olan mübahisəli qeyri-yaşayış sahəsində cavabdehlər tərəfindən çox sayda texniki avadanlıqlar quraşdırılmışdır. Sübuta ehtiyacı olmayan hal isə ondan ibarətdir ki, həmin texniki avadanlıqların quraşdırılması üçün elektrik işləri görülməlidir. Göründüyü kimi cavabdeh dolayısı ilə iddiaçı tərəfindən ən azı elektrik işləri və bunun üzərindən əsaslı təmir işlərinin görülməsini etiraf etmişdir. Bundan başqa tərəflərin nümayəndələrinin izahatlarından müəyyən olunur ki, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçılara icarəyə verilməmişdən əvvəl həmin sahədə bank filialı fəaliyyət göstərib, iddiaçılar həmin sahədən market kimi istifadə edib, hazırda isə həmin sahədə avtosalon fəaliyyət göstərir. Bununla bağlı kollegiya qeyd edir ki, hamıya bəlli olan və sübuta ehtiyacı olmayan haldır ki, təyinatları tamamilə fərqli olduğu üçün bank filialının dizayn quruluşu ilə marketin quruluşu da kifayət qədər fərqlənir və bank fəaliyyətinin həyata keçirilməsi üçün istifadə olunan sahənin market fəaliyyətinin həyata keçirilməsi üçün uyğunlaşdırılması üçün əsaslı təmir işlərinə ehtiyac duyulur. Bu hal isə iddiaçı tərəfindən mübahisəli qeyri-yaşayış sahəsində əsaslı təmir işlərinin görüldüyünü bir daha təsdiq edir. Həmçinin iş materiallarında olan sənədlərə (cild 1, i/v 229-241) əsasən müəyyən olunur ki, sifarişçi İddiaçı1 ilə icraçı “Azərinşaat Texniks” MMC arasında xx.xx.2012-ci il tarixli xidmət müqaviləsi bağlanmış və müqaviləyə əsasən sifarişçinin tapşırığı ilə icraçı ünvan 2 ünvanında yerləşən onmərtəbəli binanın 1-ci mərtəbəsindəki 438 kv.m qeyriyaşayış sahəsinin 400 kv.m-də supermarket və kafe açılması üçün zəruri olan bütün avadanlıqlarla təchiz edib, işlətməyə hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə bu xidmətlərin haqqını hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin tərəflər arasında xidmət müqaviləsinə xx.xx.2012-ci il tarixli əlavə bağlanmış və əlavəyə əsasən sifarişçinin tapşırığı ilə icraçı ünvan 2 ünvanında yerləşən onmərtəbəli binanın 1-ci mərtəbəsindəki 40 kv.m qeyri-yaşayış sahəsində supermarket və kafe açılması üçün zəruri olan bütün avadanlıqlarla təchiz edib, işlətməyə hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə bu xidmətlərin haqqını hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2012-ci il tarixli 502144 saylı, xx.xx.2012-ci il tarixli 502147 saylı və xx.xx.2012ci il tarixli 502149 saylı kassa mədaxil orderlərinə əsasən müəyyən olunur ki, İddiaçı1 tərəfindən “Azərinşaat Texniks” MMC-nin hesabına həmin tarixlərdə müvafiq olaraq 174000 manat, 165000 manat və 133246,9 manat məbləğlərində pul vəsaitləri ödənilmişdir. Göründüyü kimi İddiaçı1 istinad etdiyi hallar həm də onunla bağlanmış xidmət müqavilələrinə və ödəniş qəbzlərinə əsasən təsdiq olunur. Bundan başqa hamıya bəlli olan haldır ki, marketin dizayn quruluşu ilə avtosalonun quruluşu bir-birinə yaxın və oxşar olur. Bu isə onu deməyə əsas verir ki, iddiaçının həmin sahədə gördüyü əsaslı təmir yaxşılaşdırma işləri hazırda cavabdehin xeyrinədir. Yəni cavabdeh həmin qeyri-yaşayış sahəsini avtosalon kimi istifadə etdikdə yenidən əsaslı təmir işlərinə ehtiyac qalmır. Mülki Məcəllənin 680.2-ci maddəsində də təsbit olunmuşdur ki, kirayəyə verənin digər xərclərinin, o cümlədən kirayəyə verilmiş əşyanın yaxşılaşdırılması xərclərinin əvəzini ödəmək vəzifəsi bu Məcəllənin özgə işlərini tapşırıqsız aparmaq haqqında müddəaları ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 1087.1-ci maddəsinə görə özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. Həmin Məcəllənin 1090.1-ci maddəsinə görə əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. Qeyd olunan maddələrin də tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, İddiaçı1 həmin qeyri-yaşayış sahəsində etdiyi bütün yaxşılaşdırmaların əvəzini cavabdeh İddiaçı2ndən tələb etməkdə haqlıdır. Bununla yanaşı kollegiya hesab edir ki, həmin iddia tələbi tam təmin edilə bilməz. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2017-ci il tarixli ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanındakı onmərtəbəli binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində ekspert baxışına təqdim edilmiş malların təzə vəziyyətdə 2012-ci ilə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 50.254 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Qiymətləndirmə zamanı həmin malların daşınması, quraşdırılması və sair ortaya çıxacaq xərcləri nəzərə alınmamışdır. Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, 22 ünvanındakı onmərtəbəli binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi üzrə yerinə yetirilmiş təmir-tikinti işlərinin dəyəri 149.498 manat təşkil edir. Bu baxımdan kollegiya hesab edir ki, təmir-tikinti işlərinin dəyəri kimi, 149.498 manat məbləğində pul vəsaiti icarə sahəsinin mülkiyyətçisi olan İddiaçı2ndən tutularaq İddiaçı1 ödənilməlidir. Avadanlıqların dəyəri isə (50.254 manat) cavabdehdən tutula bilməz. Çünki qanunun mənasına görə yaxşılaşdırmaların naturada götürülməsi mümkün olmadığı halda onun dəyəri ödənilməlidir. Hazırki işdə isə İddiaçı2 iddiası təmin edilərək, həmin əmlaklar naturada Cavabdeh3 və İddiaçı1 tərəfindən götürülməlidir. Həmçinin kollegiya hesab edir ki, əldən çıxmış faydanın ödənilməsi barədə iddia tələbləri rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Lakin iddiaçılar ümumiyyətlə həmin tələblərini əsaslandırmamışlar. Bu baxımdan kollegiya hesab edir ki, əldən çıxmış faydanın tutulması barədə iddia tələbləri təmin edilə bilməz. Eyni zamanda kollegiya hesab edir ki, mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində də həmin iddia əsassızdır. Belə ki, iddiaçılar Cavabdeh3 və İddiaçı1 icarə müqaviləsindən irəli gələn öhdəliklərin pozulması nəticəsində dəymiş mənəvi zərərin ödənilməsi barədə tələb irəli sürmüşlər. Kollegiya qeyd edir ki, Mülki Məcəllədə mənəvi zərərin ödənilməsi məsələlərini birbaşa müəyyən edən normalar mövcud deyil. Bununla yanaşı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx xxxxxx 2008-ci il tarixli qərarında həmin məsələlərə aydınlıq gətirilmişdir. Lakin həmin qərarlarda da müqavilələrdən (istehlakçı ilə bağlanmış müqavilələr istisna olunmaqla) irəli gələn öhdəliklərin pozulması hallarında mənəvi zərərin tələb edilməsinin mümkün olub-olmaması məsələsinə toxunulmayıb. Bununla yanaşı həmin qərarlarda ifadə olunmuş hüquqi mövqelər və Mülki Məcəllənin zərərlə bağlı müvafiq müddəaları bu məsələyə aydınlıq gətirilməsinə imkan yaradır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 7.0.36, 57, 60-cı, Əmək Məcəlləsinin 290-cı, «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Qanunun 12-ci maddələrində və digər qanunlarda mənəvi ziyanın ödənilməsi barədə müddəalar vardır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanunun 12-ci maddəsində istehlakçıların bu qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyanın təqsirkar tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur...Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx xxxxxx 2008-ci il tarixli Qərarında isə göstərilmişdir ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir... Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər...Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Beləliklə, qeyd olunan Qərarlarda əks olunan hüquqi mövqelərə görə mənəvi zərərin ödənilməsi barədə iddia ya qanunvericilikdə birbaşa göstərilən hallarda, ya da deliktlərdən irəli gələn tələblərdə irəli sürülə bilər. Müqavilə öhdəliklərinin pozulması isə delikt hesab olunmur, həmçinin qanunvericilikdə icarə müqaviləsi (istehlakçı ilə bağlanmış müqavilələr istisna olunmaqla) üzrə öhdəliklərin pozulmasına görə mənəvi zərərin ödənilməsi nəzərdə tutulmamışdır. Ona görə də, həmin iddia tələbləri özü-özlüyündə əsassız olduğuna görə sübutlar araşdırılmadan rədd edilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən tərəflərin birinin digər qarşısında pul öhdəliyinin olduğunu nəzərə alaraq kollegiya hesab edir ki, Cavabdeh3 və İddiaçı1 müştərək qaydada tutulan 25.200, 5.600 və 30 manat, həmçinin Cavabdeh3 tutulan 22.400 manat məbləğində pul vəsaiti ilə “Ümid” müəssisəsindən tutulan 149.498 və 15 manat məbləğində pul vəsaiti əvəzləşdirilərək, son olaraq “Ümid” müəssisəsindən 96.283 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 ödənilməlidir. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə apellyasiya baxışında keçirilmiş məhkəmə ekspertizasının dəyəri “Ümid” müəssisəsinə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(82)-906/2016 saylı qətnaməsindən cavabdehlər Cavabdeh3 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin və həmin qətnamə ləğv edilsin. İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3 və İddiaçı1 müştərək qaydada 25.200 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq İddiaçı2nə ödənilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2-2(82)-13/2018 saylı qətnaməsindən iddiaçılar Cavabdeh3 ilə İddiaçı1 və cavabdehlər “Ümid” müəssisəsi ilə Cavabdeh4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Həmin qətnamə ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh “Ümid” müəssisəsindən 149.498 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia qaldırılarkən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı cavabdeh İddiaçı2ndən tutularaq iddiaçılara ödənilsin, qalan 15 manatı iddiaçılara aid edilsin, iş üzrə 200 manat ekspertiza xərcinin 100 manatı iddiaçılara, qalan 100 manatı cavabdeh İddiaçı2nə aid edilsin.

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli 2-2(82)-61/2018 saylı qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Həmin qətnamə ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh3 22.400 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2nə ödənilsin. Cavabdehlər Cavabdeh3 və İddiaçı1 müştərək qaydada 5.600 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2nə ödənilsin. “Toshiba” markalı 10 ədəd kondisioner (3 ədəd kondisioner pultu), 61 ədəd asma işıqlar, 26 ədəd videokamera, 6 ədəd böyük divan, 15 ədəd kiçik kreslo, 3 ədəd dairəvi masa və 9 ədəd dördkünc masa ünvan 2 ünvanından cavabdehlər Cavabdeh3 və İddiaçı1 tərəfindən götürülsün. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh3 və İddiaçı1 müştərək qaydada tutulan 25.200, 5.600 və 30 manat, həmçinin Cavabdeh3 tutulan 22.400 manat məbləğində pul vəsaiti ilə “Ümid” müəssisəsindən tutulan 149.498 və 15 manat məbləğində pul vəsaiti əvəzləşdirilərək, son olaraq “Ümid” müəssisəsindən 96.283 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı1 ödənilsin. İş üzrə keçirilmiş məhkəmə xətşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 138 manat məbləğində pul vəsaiti “Ümid” müəssisəsindən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar