Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-18/2023 25.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı QSC-nin cavabdehlər "xxxx" MMC, Cavabdeh2, Cavabdeh1 qarşı “müqavilə üzrə kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin boşaldılması” tələbinə dair kommersiya işi Açar söz: müqavilə üzrə kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin boşaldılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər "xxxx" MMC, Cavabdeh2, Cavabdeh1 qarşı “müqavilə üzrə kredit borcunun ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin boşaldılması” tələbinə dair kommersiya işi üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-2(113)-3031/2021 nömrəli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. “Bank” İddiaçı QSC ilə “kredit alan” Cavabdeh2 arasında xx.xx.2014-cü ildə 009L**********79 saylı uzunmüddətli kredit müqaviləsi bağlanmış, kredit alana xx.xx.2024cü il tarixədək 10.000.000 (on milyon) ABŞ Dolları məbləğində uzun müddətli kredit xəttini açılmışdır.
2. 04 noyabr 2014-cü il tarixli 009L**********79 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 009R********** saylı krеdit razılaşması bağlanmış, həmin razılaşma əsasında bank məbləği 1.070.000 ABŞ Dolları olan krediti aylıq faiz dərəcəsi 1.0833% оlmaqla, 60 ay müddətinə kredit alana verməi öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli 009R**********S saylı, xx.xx.2016- cı il tarixli 009R**********SB saylı, xx.xx.2017-ci il tarixli 009R**********SC saylı, xx.xx.2017-ci il tarixli 009R**********SD saylı, xx.xx.2017-ci il tarixli 009R**********SE saylı, xx.xx.2017-ci il tarixli 009R**********SF saylı, xx.xx.2017-ci il tarixli 009R**********SG saylı, xx.xx.2018-ci il tarixli 009R**********SH, xx.xx.2018-ci il tarixli 009R**********SJ saylı, xx.xx.2018-ci il tarixli 009R**********SK saylı, xx.xx.2018-ci il tarixli 009R**********SL saylı, xx.xx.2018-ci il tarixli 009R**********SM saylı, xx.xx.2018-ci il tarixli 009R**********SN saylı, xx.xx.2018-ci il tarixli 009R**********SO saylı və xx.xx.2020-ci il tarixli 009R**********SQ saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir.
3. “Zamin” Cavabdeh3 MMC, borclu” Cavabdeh2 olmaqla imzalanmış 009S**********05 saylı zaminlik müqaviləsinə əsasən borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır.
4. xx.xx.2014-cü il tarixli 009M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən 35A saylı evin 134.3 m ümumi sahədən ibarət 49 nömrəli mənzilin İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi İddiaçı QSC Azadlıq Filialı, Cavabdeh2 arasında razılaşdırılmışdır.
5. ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriyalı çıxarışa əsasən Cavabdeh2 məxsus Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən 35A saylı evin 134.3 m ümumi sahədən ibarət 49 nömrəli mənzil "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
6. xx.xx.2014-cü il tarixli 009M**********02 nömrəli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri Nərimanov rayonu X2 küçəsində 0.0171 ha torpaq sahəsində yerləşən 236.9 m ümumi sahədən ibarət 2 mərtəbəli 121 nömrəli qeyri yaşayış sahəsinin İddiaçı QSC Azadlıq Filialının xeyrinə ipoteka ilə yüklü edilməsi İddiaçı QSC Azadlıq Filialı, Cavabdeh2 arasında razılaşdırılmışdır.
7. ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriyalı çıxarışa əsasən Cavabdeh2 məxsus Bakı şəhəri Nərimanov rayonu, X2 küçəsi 121/ nömrəli qeyri yaşayış sahəsi "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. .
8. xx.xx.2014-cü il tarixli 009M**********03 nömrəli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti məhəllə 2141 ünvanda yerləşən ev 35A-da 18-ci mərtəbədə yerləşən 3 otaqlı 51 nömrəli mənzilin İddiaçı QSC Azadlıq Filialının xeyrinə ipoteka ilə yüklü edilməsi İddiaçı QSC Azadlıq Filialı, Cavabdeh2 arasında razılaşdırılmışdır.
9. ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriyalı çıxarışa əsasən Cavabdeh2 məxsus ünvan 3 ünvanda yerləşən mənzil "xxxx" QSC Azadlıq Filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. .
10. xx.xx.2014-cü il tarixli 009M**********04 nömrəli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən ev 35Ada 18-ci mərtəbədə yerləşən 3 otaqlı 51 nömrəli mənzilin İddiaçı QSC Azadlıq Filialının xeyrinə ipoteka ilə yüklü edilməsi İddiaçı QSC Azadlıq Filialı, Cavabdeh2 arasında razılaşdırılmışdır.
11. ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* seriyalı çıxarışa əsasən Cavabdeh2 məxsus ünvan 5 ünvanda yerləşən mənzil "xxxx" QSC Azadlıq Filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir.
12. İş üzrə keçirilmiş ƏEM/S 73-924/21 saylı 28 sentyabr 2021-ci il tarixli əmlakların qiymətləndirilməsi rəyində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141 ünvanında yerləşən 35A saylı evin 49 saylı mənzilin bazar dəyəri 201.500 manat, likvid dəyəri 160.000 manat, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141 ünvanında yerləşən 35A saylı evin 50 saylı mənzilin bazar dəyəri 190.000 manat, likvid dəyəri 150.000 manat, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141 ünvanında yerləşən 35A saylı evin 51 saylı mənzilin bazar dəyəri 171.500 manat, likvid dəyəri 135.000 manat, Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, 0.0171 ha torpaq sahəsində yerləşən 236.9 m ümumi sahədən ibarət olan 2 mərtəbəli 121 nömrəli qeyriyaşayış sahəsinin 28 sentyabr 2021-ci il tarixinə bazar dəyəri 475.000 manat, likvid dəyəri 350.000 manat olaraq qeyd olunmuşdur.
13. İş üzrə keçirilmiş 21 sentyabr 9/5773 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında 04.11,2014-cü il tarixli 009L**********79 saylı uzunmüddətli kredit xətti çərçivəsində bağlanmış xx.xx.2014cü il tarixli 009R********** saylı kredit razılaşmasının və həmin razılaşmalar üzrə imzalanmış xx.xx.2015-ci il tarixli 009R**********S saylı, xx.xx.2016-cı il tarixli 009R143185619İSB saylı, xx.xx.2017-ci fl tarixli 009R**********SC saylı, xx.xx.2017-ci il tarixli 009R**********SD saylı, xx.xx.2017-ci il tarixli 009R143185619İSE saylı xx.xx.2017-ci il tarixli 009R**********SF saylı, xx.xx.2017-ci il tarixli 009R**********SG saylı, xx.xx.2018-ci il tarixli 009R**********SH, xx.xx.2018-ci il tarixli 009R**********SJ saylı, xx.xx.2018-ci il tarixli 009R**********SK saylı, xx.xx.2018-ci il tarixli 009R**********SL xx.xx.2018-ci tarixli 009R**********SM saylı, xx.xx.2018-ci il tarixli 009R**********SN saylı, xx.xx.2018-ci il tarixli 009R**********SO saylı və xx.xx.2020-ci il tarixli 009R**********SQ saylı sazişlərin şərtləri nəzərə alınmaqla ekspertiza qarşısında qoyulmuş sual üzrə xx.xx.2021-ci il tarixinə Cavabdeh2 iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə olan əsas və faiz borcu cəmi 1180694,01 ABŞ dolları məbləğində müəyyən edilir o cümlədən, əsas borc üzrə 850.856,28 ABŞ dolları, faiz borcu üzrə 330.107,73 ABŞ dolları.
Birinci instansiya məhkəməsində icraat
14. İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh2 və "xxxx" MMCdən müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 009R********** saylı krеdit razılaşması üzrə 850586.28 ABŞ dolları krеdit bоrcu, 330107.73 ABŞ dolları faiz bоrcu və 1003030.69 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə ******* (iki milyon yüz səksən üç min yeddi yüz iyirmi dörd) ABŞ Dolları 70 sent məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 40 manat rüsum və 80 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh2 məxsus- Bakı şəhəri Yasamal rayonu mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən 35A saylı evin 134.3 m ümumi sahədən ibarət 49 saylı mənzilinə, -Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən 35A saylı evin 126.7 m ümumi sahədən ibarət 50 saylı mənzilinə-Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən 35A saylı evin 114.45 m ümumi sahədən ibarət 51 saylı mənzilinə, -Bakı şəhəri Nərimanov rayonu X3 küçəsi 0.0171 ha torpaq sahəsində yerləşən 236.9 m ümumi sahədən ibarət 2 mərtəbəli 121 nömrəli qeyri yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən ******* (iki milyon yüz səksən üç min yeddi yüz iyirmi dörd) ABŞ Dolları 70 sent borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 40 manat rüsumun və 80 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, Hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən 35A saylı evin 49 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən 35A saylı evin 50 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən 35A saylı evin 51 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri Nərimanov rayonu X2 küçəsi 0.0171 ha torpaq sahəsində yerləşən 236.9 m ümumi sahədən ibarət 2 mərtəbəli 121 nömrəli qeyri yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 009L**********79 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 10000000 (on milyon) ABŞ Dolları məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 009R********** saylı krеdit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.0833% оlmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə ******* (bir milyon yetmiş min) ABŞ Dolları məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 009R**********S saylı, xx.xx.2016-cı il tarixli 009R**********SB saylı, xx.xx.2017-ci il tarixli 009R**********SC saylı, xx.xx.2017-ci il tarixli 009R**********SD saylı, xx.xx.2017- ci il tarixli 009R**********SE saylı, xx.xx.2017-ci il tarixli 009R**********SF saylı, xx.xx.2017-ci il tarixli 009R**********SG saylı, xx.xx.2018-ci il tarixli 009R**********SH, xx.xx.2018-ci il tarixli 009R**********SJ saylı, xx.xx.2018-ci il tarixli 009R**********SK saylı, xx.xx.2018-ci il tarixli 009R**********SL saylı, xx.xx.2018-ci il tarixli 009R**********SM saylı, xx.xx.2018-ci il tarixli 009R**********SN saylı, xx.xx.2018-ci il tarixli 009R**********SO saylı və xx.xx.2020-ci il tarixli 009R**********SQ saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 219413.72 ABŞ Dolları ödəmiş, onun 850586.28 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2021-ci il tarixə 175 gün üçün hesablanmış faiz borcu 330107.73 ABŞ Dolları təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixə 175 gün üçün hеsablanmış cərimə 1003030.69 ABŞ Dolları təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh "xxxx" MMC zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 009M**********01 nömrəli ipoteka müqaviləsi əsasında Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən 35A saylı evin 134.3 m ümumi sahədən ibarət 49 saylı mənzilini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 1049 №-li reyestr kitabının 94560 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən 35A saylı evin 134.3 m ümumi sahədən ibarət 49 saylı mənzilinin Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh2 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2021-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən 35A saylı evin 49 saylı mənzili İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı Cavabdeh1 notariat kontoruna ərizə təqdim edərək ipoteka predmetinə tutma yönəldiləcəyi təqdirdə əmlakı qeyd şərtsiz boşaltmağı öhdəsinə götürmüşdür. Bundan başqa uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 009M**********02 nömrəli ipoteka müqaviləsi əsasında Bakı şəhəri Nərimanov rayonu X3 küçəsi 0.0171 ha torpaq sahəsində yerləşən 236.9 m ümumi sahədən ibarət 2 mərtəbəli 121 nömrəli qeyri yaşayış sahəsini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 4 №-li reyestr kitabının 447 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Bakı şəhəri Nərimanov rayonu X3 küçəsi 0.0171 ha torpaq sahəsində yerləşən 236.9 m ümumi sahədən ibarət 2 mərtəbəli 121 nömrəli qeyri yaşayış sahəsinin Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh2 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2021-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Bakı şəhəri Nərimanov rayonu X3 küçəsi 0.0171 ha torpaq sahəsində yerləşən 236.9 m ümumi sahədən ibarət 2 mərtəbəli 121 nömrəli qeyri yaşayış sahəsi İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı Cavabdeh1 notariat kontoruna ərizə təqdim edərək ipoteka predmetinə tutma yönəldiləcəyi təqdirdə əmlakı qeyd şərtsiz boşaltmağı öhdəsinə götürmüşdür. Bundan başqa uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 009M**********03 nömrəli ipoteka müqaviləsi əsasında Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən 35A saylı evin 114.45 m ümumi sahədən ibarət 51 saylı mənzilini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 1055 №-li reyestr kitabının 95043 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən 35A saylı evin 114.45 m ümumi sahədən ibarət 51 saylı mənzilinin Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh2 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2021-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Bak şəhəri Yasamal rayonu Mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən 35A saylı evin 51 saylı mənzili İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı Cavabdeh1 notariat kontoruna ərizə təqdim edərək ipoteka predmetinə tutma yönəldiləcəyi təqdirdə əmlakı qeyd şərtsiz boşaltmağı öhdəsinə götürmüşdür. Bundan başqa uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 009M**********04 nömrəli ipoteka müqaviləsi əsasında Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən 35A saylı evin 126.7 m ümumi sahədən ibarət 50 saylı mənzilini İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 1055 №-li reyestr kitabının 95045 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən 35A saylı evin 126.7 m ümumi sahədən ibarət 50 saylı mənzilinin Cavabdeh2 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan "xxxx" QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh2 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2021-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönədilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə təqdim olunmuş və xx.xx.2021-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı "xxxx" QSC ipoteka bildirişinin Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti məhəllə 3141 ünvanda yerləşən 35A saylı evin 50 saylı mənzili “AccessBank QSC qarşısında ipoteka ilə yüklü edilərkən ipoteka qoyanın həyat yoldaşı Cavabdeh1 notariat kontoruna ərizə təqdim edərək ipoteka predmetinə tutma yönəldiləcəyi təqdirdə əmlakı qeyd şərtsiz boşaltmağı öhdəsinə götürmüşdür.
16. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-3031/2021 saylı qətnaməsi ilə (hakim Aytən Əliyeva) iddia qismən təmin edilmiş, Cavabdeh2 Məməd oğlundan və "xxxx" MMC-dən müştərək qaydada 850.586,28 (səkkiz yüz əlli min beş yüz səksən altı dollar, iyirmi səkkiz sent) ABŞ dolları əsas borc, 330.107,73 (üç yüz otuz min yüz yeddi dollar, yetmiş üç sent) ABŞ dolları faiz borcu, 42529 (qırx iki min beş yüz iyirmi doqquz dollar) ABŞ dolları dəbbə pulu, iddia qaldırlması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 40 (qırx) manat və 80 (səksən) manat xidmət haqqı İddiaçı QSC-nin xeyrinə tutulmuşdur.
17. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" QSC Azadlıq Filialı ilə Cavabdeh2 arasında kredit müqavilələri imzalanmış, Cavabdeh3 MMC zamin olmuşdur. İddiaçı tərəf müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklərini icra etsə də cavabdehlər bağlanmış müqavilə üzrə öhdəliklərini tam və vaxtında yerinə yetirməmiş nəticədə cavabdehlərin iddiaçıya olan borcu yaranmışdır.
18. Məhkəmə Cavabdeh2 və "xxxx" MMC-nin kredit müqaviləsi və ona əlavələr üzrə "xxxx" QSC Azadlıq Filialının borcunun yarandığını, eləcə də iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyini nəzərə alaraq hesab etmişdir ki, kredit müqaviləsi üzrə yaranmış əsas, faiz və hesablanmış cərimə borcunun cavabdehlərdən tutulması tələbinə dair iddiaçı "xxxx" QSC Azadlıq Filialının iddiası qismən əsaslı olmaqla təmin edilməli, Cavabdeh2 və Cavabdeh3 MMC-dən iddiaçının xeyrinə 850.586,28 ABŞ dolları əsas borc, 330.107,73 ABŞ dolları faiz borcu, 42.529 ABŞ dolları məbləğində cərimə borcu tutulmalıdır.
19. Məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqavilələri ilə təmin edilmiş öhdəlik borclu cavabdehlər tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141 ünvanında yerləşən 35A saylı evin 49 saylı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141 ünvanında yerləşən 35A saylı evin 50 saylı mənzil, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141 ünvanında yerləşən 35A saylı evin 51 saylı mənzil, Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, 0.0171 ha torpaq sahəsində yerləşən 236.9 m ümumi sahədən ibarət olan 2 mərtəbəli 121 nömrəli qeyri-yaşayış sahələri açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetlərinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalı, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlak boşaldılmalıdır.
20. Məhkəmə hesab etmişdir ki, ipoteka predmetlərinə tutma yönəldildikdə Cavabdeh2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141 ünvanında yerləşən 35A saylı evin 49 saylı mənzilin likvid dəyəri 160.000 manat, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141 ünvanında yerləşən 35A saylı evin 50 saylı mənzilin likvid dəyəri 150.000 manat, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, məhəllə 3141 ünvanında yerləşən 35A saylı evin 51 saylı mənzilin likvid dəyəri 135.000 manat, Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, 0.0171 ha torpaq sahəsində yerləşən 236.9 m ümumi sahədən ibarət olan 2 mərtəbəli 121 nömrəli qeyri-yaşayış sahəsinin likvid dəyəri 350.000 manat məbləğində müəyyən edilməlidir.
21. Məhkəmə iddiaçının hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutulması tələbini təmin etməmiş, bu tələblə bağlı qeyd etmişdir ki, borcun tutulmasının cavabdehin əmlakına yönəldilməsi yalnız məhkəmə qətnaməsinin icrası mərhələsində “İcra haqqında” qanunun tələblərinə uyğun olaraq keçirilə bilər.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
22. Cavabdeh "xxxx" MMC qətnamədən apellyasiya şikayəti verərək, sonradan apellyasiya şikayətinə əlavə verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2-2(113)-3031/2021 saylı qətnaməsinin qismən- Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, 0.0171 ha torpaq sahəsində yerləşən 236.9 m ümumi sahədən ibarət olan 2 mərtəbəli 121 nömrəli qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti və dəbə pulu tutulması hissəsində ləğv edilərək həmin hissələrdə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia ərizəsində tənasübsüz surətdə yüksək yazılmış dəbbə pulunu cavabdehlərin bütün mənafelərini (pul, əmlak, ABŞ dollarının devalivasiyasını, pandemiya dövrünü vəs.) nəzərə almadan cavabdehlərdən 42.529 ABŞ dolları məbləğində yüksək bir cərimə pulu tutmuşdur. Ona görə də Bakı Kommersiya Məhkəməsi cavabdehlərin mənafelərini nəzərə alaraq cərimə məbləğini minimum həddə saxlamalı idi. İddiaçı tərəfindən irəli sürülən borc tələbinin məbləği və ipoteka predmetlərinin dəyəri işin faktiki hallarına və tərəflər arasında bağlanmış “Kredit Müqaviləsi”nin prinsipləri kontekstində sübut edilmədən təmin edilmişdir
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
25. İddiaçının nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi sonuncu məhkəmə iclasında Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, 0.0171 ha torpaq sahəsində yerləşən 236.9 m ümumi sahədən ibarət olan 2 mərtəbəli 121 nömrəli qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin cavabdehin apellyasiya instansiyası mərhələsində təqdim etdiyi “X1” MMC-nin hesabatındakı likvid dəyər əsasında müəyyən edilməsinə etiraz etməmişdir.
26. Tətbiq edilən hüquq 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.9-ilkin satış qiyməti-bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış qiymətidir. 33-cü maddə- borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddə- ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddə- ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddə- ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü maddə- məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır;
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
34. Qətnamə cavabdeh "xxxx" MMC tərəfindən qismən- Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, 0.0171 ha torpaq sahəsində yerləşən 236.9 m2 ümumi sahədən ibarət olan 2 mərtəbəli 121 nömrəli qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti ilə bağlı hissədə və dəbbə pulu tutulması hissəsində mübahisələndirildiyindən həmin hissələrdə yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
35. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-3031/2021 saylı qətnaməsi Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, 0.0171 ha torpaq sahəsində yerləşən 236.9 m2 ümumi sahədən ibarət olan 2 mərtəbəli 121 nömrəli qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilərək həmin qeyri yaşayış sahəsinin ilkin satış qiyməti 480.000 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
36. İddiaçı tərəfindən cavabdehdən 1003030,69 ABŞ dolları cərimə tutulması xahiş olunmuş, məhkəmə həmin hissədə iddianı qismən təmin edərək MM-nin 467-ci maddəsinə əsasən cərimə borcunu azaldaraq 42529 ABŞ dolları hissədə təmin etmişdir. 37.Kredit razılaşmasının 4.2.2-ci bəndində qeyd edilmişdir ki, borcluödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 faiz məbləğində cərmə ödəyir. İşdəki hesabdan çıxarışdan və ekspert rəyindən görünür ki, borcalan tərəfindən xx.xx.2020-ci il tarixdən sonra ödəniş edilməmişdir. Buna görə də, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə tərəfindən tutulmuş 42529 ABŞ dolları cərimə məbləğinin azaldılması və ya tam ləğv edilməsi üçün əsaslar müəyyən edilmir.
38. Cavabdeh tərəfindən apellyasiya şikayətində Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, 0.0171 ha torpaq sahəsində yerləşən 236.9 m2 ümumi sahədən ibarət olan 2 mərtəbəli 121 nömrəli qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti mübahisələndirilmiş, həmin obyektin likvid dəyərinin 480.000 manat olması barədə “X1” MMC-nin hesabatı məhkəməyə təqdim edilmişdir.
39. Apellyasiya şikayətinin dəlillərinin yoxlanılması uçün Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(103)-306/2022 saylı qərardadına əsasən iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, xx.xx.2023-cü il tarixdə məhkəməyə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6603-97270 saylı ekspert rəyi daxil olmuş, həmin rəydə qeyd edilmişdir.ki, Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi 0,0171 ha torpaq sahəsində yerləşən 236,9 kv.m. ümumi sahədən ibarət olan 2 mərtəbəli 121 nömrəli qeyri-yaşayış sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 663.000 manat və likvid dəyəri təqribən 600.000 manat təşkil edir.
40. "xxxx" MMC-nin birinci instansiya məhkəməsinə təqdim etdiyi 2021-ci il tarixdə tərtib edilmiş qiymətləndirmə hesabatında Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi 0,0171 ha torpaq sahəsində yerləşən 236,9 kv.m. ümumi sahədən ibarət olan 2 mərtəbəli 121 nömrəli qeyri-yaşayış sahəsinin likvid dəyəri 350.000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən rəydəki qiymət reallığı əks etdirmir. Belə ki, xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsində sözügedən əmlakın dəyəri 376512 manat qeyd edilmişdir. Ötən müddət ərzində daşınmaz əmlakın qiymətləri artdığından 121 nömrəli qeyri-yaşayış sahəsinin dəyərinin 350.000 manatadək azalması inandırıcı hesab edilmir.
41. Məhkəmə cavabdeh tərəfindən apellyasiya instansiyası mərhələsində yeni qiymətləndirmə rəyi təqdim etdiyini, iddiaçının nümayəndəsinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6603-97270 saylı ekspert rəyi ilə razılaşmadığını, sözügedən yaşayış sahəsinin ilkin satış qiymətinin cavabdeh tərəfindən təqdim edilmiş “X1” MMC-nin hesabatındakı likvid dəyər əsasında müəyyən edilməsinə etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, əmlakın ilkin satış qiyməti 480.000 manat məbləğində müəyyən edilməlidir.
42. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-3031/2021 saylı qətnaməsi Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, 0.0171 ha torpaq sahəsində yerləşən 236.9 m2 ümumi sahədən ibarət olan 2 mərtəbəli 121 nömrəli qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilərək həmin qeyri yaşayış sahəsinin ilkin satış qiyməti 480.000 manat müəyyən edilməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-3031/2021 saylı qətnaməsi Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, 0.0171 ha torpaq sahəsində yerləşən 236.9 m2 ümumi sahədən ibarət olan 2 mərtəbəli 121 nömrəli qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilsin. Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, 0.0171 ha torpaq sahəsində yerləşən 236.9 m2 ümumi sahədən ibarət olan 2 mərtəbəli 121 nömrəli qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti i 480.000 manat müəyyən edilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İşə apellyasiya qaydasında baxılarkən həyata keçirilmiş ekspertiza tədqiqatının dəyərininz 50 manatı İddiaçı QSC-dən, 50 manatı cavabdeh "xxxx" MMC-dən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eksprtiza Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.