Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-18/2024 01.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 98/2021 saylı, 2021-ci il 19 mart tarixli qətnaməsindən iddiaçının apelyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı Bank Olmayan Kredit Təşkilatı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra- “iddiaçı”) Cavabdeh (bundan sonra-“cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 2019-cu il 17 may tarixli, 2019/00147-01 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən onun xeyrinə 2019-cu il 5 dekabr tarixinə yaranmış, 39.950 ABŞ dolları məbləğində qalıq, ona hesablamış 5.272,74 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6.831,45 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 52.054,19 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin cavabdehə məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 39.950 ABŞ dolları məbləğində qalıq, ona hesablanmış 5.272,74 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 6.831,45 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 52.054,19 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ona edilməsi və ipoteka predmeti açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 2019-cu il 17 may tarixli, 2019/00147-01 №-li kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə dövriyyə vəsaitinin artırılması məqsədi ilə 60 ay müddətinə illik 24% hesablanmaq şərti ilə 39.950 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evini ipoteka predmeti kimi iddiaçıya təqdim etmiş və bu barədə 2019-cu il 17 may tarixli, 2019/00147- 01İP №-li sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi 2019-cu il 23 may tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər aparılmamışdır. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən kredit müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlər ödənilməmişdir. Bunlara baxmayaraq iddiaçı cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmiş, bu barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər halhazıra kimi ödənilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 2020-ci il 3 sentyabr tarixli e-2-2(113)- 777/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Həmin qərardadın icrası qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2020-ci il 6 noyabr tarixli 4/814 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəydə qeyd olunmuşdur ki: a) e-2-2(113)-777/2020 saylı işin 156-cı vərəqəsində olan 2019-cu il 17 may tarixli, 21 saylı köçürmə ərizəsinin aşağı sol hissəsində “Birinci imza” qrafasındakı imza-cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; b) e-2-2(113)-777/2020 saylı işin 156-cı vərəqəsində olan 2019-cu il 17 may tarixli, 21 saylı köçürmə ərizəsinin aşağı sol hissəsində “Birinci imza” qrafasındakı imzadaimzanın qəsdən dəyişdirilmiş xətlə icra olunmasını xarakterizə edən əlamətlər müşahidə olunmamışdır. c) e-2-2(113)-777/2020 saylı işin 156-cı vərəqəsində olan 2019-cu il 17 may tarixli, 21 saylı köçürmə ərizəsinin aşağı sol hissəsində “Birinci imza” qrafasındakı imzadacavabdehin imzasına oxşadılmaqla icra olunma əlamətləri müşahidə olunmuşdur. Sonradan iddiaçı 2021-ci il 26 fevral tarixində iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış 2019-cu il 17 may tarixli, 2019/00147-01 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən onun xeyrinə 39.950 ABŞ dolları məbləğində qalıq, ona hesablamış 16.937,02 ABŞ dolları məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 24.609,2 ABŞ dolları məbləğində dəbbə pulu, cəmi 81.496,22 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin cavabdehə məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına 81.496,22 ABŞ dolları borcun və dövlət rüsumu kimi ödənilmiş 30,40 manat məbləğində pulun ona ödənilməsi və ipoteka predmetini açıq hərracda satıldıqdan sonra cavabdehin ən geci 1 ay ərzində ipoteka predmeti olan əmlakdan əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)98/2021 saylı 2021-ci il 19 mart tarixli qətnaməsi ilə iddia rədd edilmiş, məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 126 manat məbləğində pul vəsaitinin iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim F.Qasımov). Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki ilk icraat: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 13 iyul tarixli e- 2-2(103)-734/2021 saylı qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir (sədrlik-məruzəçi hakim R.Qurbanov, hakimlər H.Əhmədov və H.Məmmədov). Həmin qərardadın icrası qaydasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2021-ci il 17 avqust tarixli 4/1102 nömrəli ekspert rəyi verilmiş və qeyd olunmuşdur ki: işin 305-ci vərəqəsində olan 21 nömrəli, 2019-cu il 17 may tarixli köçürmə ərizəsində “birinci imza” qrafasındakı imza – cavabdeh tərəfindən icra olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 5 oktyabr tarixli, 2-2(103)-734/2021 saylı qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilərək, cavabdehdən 39.950 ABŞ dolları əsas borcun, 16.937,02 ABŞ dolları məbləğində faiz borcunun və 3.900 ABŞ dolları dəbbə pulunun, cəmi 60.787,02 ABŞ dolları və ödənilmiş 45 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tələbin cavabdehə məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinə yönəldilərək, həmin evin açıq hərracda satılaraq, ipoteka predmeti satıldıqdan 1 ay sonra cavabdeh həmin evdən çıxarılması qət edilmişdir (sədrlik-məruzəçi hakim R.Qurbanov, hakimlər Nümayəndə1 və V.Baxışova). Apellyasiya məhkəməsi bildirmişdir ki, kredit borcunun tutulması barədə iddia tələblərinin qanuni əsasını MM-in 739.1, 741 və 462.1-ci maddələri təşkil edir. Belə ki, tərəflər arasında kredit müqaviləsinin bağlanması və 39.950 ABŞ dolları məbləğində kreditin cavabdehin "xxxx" ASC-də olan hesabına köçürülməsi mübahisəsizdir. Cavabdehin yeganə mübahisələndirdiyi məqam ondan ibarət olmuşdur ki, həmin pul vəsaitinin "xxxx" ASC tərəfindən iddiaçıya köçürülməsi üçün əsas olmuş ərizə cavabdeh tərəfindən imzalanmamışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin həmin dəlili əsassızdır. Belə ki, işin materiallarına əsasən müəyyən edilmişdir ki, 39.950 ABŞ dolları tərəflər arasında daha əvvəl bağlanmış 2017-ci il 27 yanvar tarixli 2017/00399-01 №-li və 2017-ci il 16 avqust tarixli 2017/00487-01 №-li kredit müqavilələri üzrə yaranmış borcdur və həmin borcun bağlanması məqsədilə 2019-cu il 17 may tarixli 2019/00147-01 №-li yeni kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 1.2-ci bəndində göstərilmişdir ki, bu müqavilənin imzalanmasından keçən 5 bank günü ərzində hazırki müqavilənin 1.1-ci bəndində göstərilən məbləği borc alanın "xxxx" ASC olan hesabına köçürülür. Həmin kredit müqaviləsinə əsasən verilməli olan 39.950 ABŞ dolları məbləğində pul vəsaiti iddiaçı Bankın adından olan 2019-cu il 17 may tarixli köçürmə ərizəsi əsasında iddiaçının "xxxx" ASC-də olan hesabından cavabdehin həmin bankda olan hesabına köçürülmüş (i/v 156), eyni zamanda cavabdehin adından olan 2019-cu il 17 may tarixli 21 №-li köçürmə ərizəsi əsasında cavabdehin "xxxx" ASC-də olan hesabından iddiaçının "xxxx" ASC-də olan hesabına köçürülmüşdür (i/v 305). Bununla da, əvvəlki kredit müqavilələri üzrə borclar bağlanmışdır. Məhkəmə qeyd etmişdir ki, göstərilən əməliyyatlar tərəflər arasında bağlanmış 2019cu il 17 may tarixli kredit müqaviləsinin şərtlərinə uyğun olmuşdur. Ona görə də, köçürmə ərizəsinin cavabdeh tərəfindən imzalanıb-imzalanmamasının mübahisənin həlli baxımından heç bir əhəmiyyəti yoxdur. Bundan başqa, apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 2021-ci il 17 avqust tarixli 4/1102 saylı ekspert rəyi verilmişdir. Həmin rəydə göstərilmişdir ki, işin 305-ci vərəqəsində olan 2019-cu il 17 may tarixli 21 saylı köçürmə ərizəsində “birinci imza” qrafasındakı imza cavabdeh tərəfindən icra olunmuşdur. Göründüyü kimi ekspert rəyi ilə cavabdehin adından olan köçürmə ərizəsindəki imzanın cavabdeh tərəfindən icra olunması müəyyən olunmuşdur. Odur ki, cavabdehin həmin dəlillərə istinad etməsi tamamilə əsassızdır. Birinci instansiya məhkəməsi isə qeyd olunanları nəzərə almamış və məhkəmə-xətşünaslıq ekspertizasına cavabdehin adından olan köçürmə ərizəsini deyil, işin 156-cı vərəqəsində olan iddiaçının adından tərtib edilən köçürmə ərizəsini təqdim etmişdir. Halbuki həmin ərizə cavabdeh tərəfindən deyil, iddiaçının müvafiq əməkdaşı tərəfindən imzalanmalı və 2020-ci il 6 noyabr tarixli 4/814 saylı ekspert rəyi ilə də müəyyən edilmişdir ki, həmin ərizədəki imza cavabdehə məxsus deyildır. Beləliklə, məhkəmə iddiaçı tərəfindən 2019-cu il 17 may tarixli kredit müqaviləsi üzrə öhdəliklərin tam yerinə yetirildiyini, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini, kredit müqaviləsinə aid ödəniş cədvəlini, iddiaçı tərəfindən təqdim olunmuş kredit borcunun hesablanması barədə arayışı, hesabdan çıxarışı araşdıraraq və MM-in 739.1 və 741-ci maddələrinin tələblərini rəhbər tutaraq belə qənaətə gəlmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulmasını tələb etməkdə tam haqlı olmuşdur. Məhkəmə dəbbə pulunun tutulması tələbinə MM-nin 462.1 və 467-ci maddələrinin tələbləri baxımından qiymət verərək, cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, 24.609,20 ABŞ dolları dəbbə pulu tənasübsüz sürətdə yüksək məbləğ kimi qiymətləndirilməli və kreditorun mənafeləri nəzərə alınmaqla həmin məbləğ azaldılaraq, əsas borcun 10% həddində, yəni 3.900 ABŞ dolları məbləğində müəyyənləşdirilməlidir. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 269.5, 317, 462.1, 467, 739.1, 741; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 59.3; MPM-in 119.1ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2021-ci il 2 noyabr tarixli, 2-2(103)-734/2021 saylı əlavə qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış 2019-cu il 17 may tarixli, 2019/00147-01 saylı kredit müqaviləsi ləğv, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 240.000 (iki yüz qırx min) manat müəyyən edilməsi qət edilmişdir. Əlavə qətnamədə göstərilmişdir ki, işə hazırki apellyasiya qaydasında baxılarkən kredit müqaviləsinin ləğv edilməsi ilə əlaqədar iddia tələbinə münasibət bildirilməmiş və ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməmişdir. Məhkəmə Kollegiyası kredit müqaviləsinin ləğv edilməsi və ipoteka predmetinin ilkin satış qiyməti ilə əlaqədar əlavə qətnamə çıxarılması barədə qərara qəlmişdir. Belə ki, kredit müqaviləsinin ləğv edilməsi hissəsində iddia əsaslı hesab edilmişdir. Göründüyü kimi müqavilə tərəfinin müqaviləni əhəmiyyətli dərəcədə pozması müqavilənin ləğv edilməsi əsaslarına aiddir. Hazırkı işdə də qeyd olunan əsaslar mövcuddur. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə ümumiyyətlə heç bir ödəniş aparmamış və bununla da, müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Bu baxımdan kollegiya hesab etmişdir ki, iddiaçı kredit müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. Ona görə də, həmin tələb təmin edilməli idi. Tərəflər arasında bağlanmış 2019-cu il 17 may tarixli, 2019/00147-01İP №-li sonrakı ipoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evi müstəqil qiymətləndirici FM Consuting tərəfindən 2017-ci il 24 yanvar tarixində likvid dəyəri 240.000 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə iclasında tərəflər həmin məbləği mübahisələndirməmişdilər. Odur ki, Məhkəmə ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətini 240.000 manat müəyyən etmişdir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində 2021-ci il 5 oktyabr tarixli qətnaməsinin və 2021-ci il 2 noyabr tarixli əlavə qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılması xahiş edilmişdir. Kassasiya instansiyası məhkəməsindəki ilk icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 19 aprel tarixli, 2-2(102)-246/2022 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin 2021-ci il 5 oktyabr tarixli, 2- 2(103)-734/2021 saylı qətnaməsi və 2021-ci il 2 noyabr tarixli, 2-2(103)- 734/2021 saylı əlavə qətnaməsi ləğv edilmişdir. Kassasiya instansiyası məhkəməsi qərarında göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 5 oktyabr tarixli, 2-2(103)- 734/2021 saylı qətnaməsi (İİ cild, i/v 15-19) R.Qurbanov, Nümayəndə1 və V.Baxışovadan ibarət məhkəmə tərkibi tərəfindən qəbul olmuşdur. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2021-ci il 2 noyabr tarixli 2-2(103)-734/2021 saylı əlavə qətnaməsi (İİ cild, i/v 33-35) isə R.Qurbanov, A.Hüseyn və V.Baxışovadan ibarət məhkəmə tərkibi tərəfindən qəbul olmuşdur. Göründüyü kimi, eyni iş üzrə bir məhkəmə tərkibinə daxil olan Nümayəndə1 yalnız əsas qətnamənin, digər məhkəmə tərkibinə daxil olan A.Hüseyn isə yalnız əlavə qətnamənin qəbul olunmasında iştirak etmişdir. Bu isə MPM-in 175 və 365-ci maddələrinə (bax yuxarıda §10) əsasən, apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə baxışının bilavasitəliyi prinsipinin pozulması (eyni işə hakimlərin dəyişilməz tərkibində baxılmaması) kimi qiymətləndirilməlidir. Məhkəmə belə qənaətə gəlmişdir ki, qətnamə və əlavə qətnamə mahiyyət etibarilə iş üzrə məhkəmənin gəldiyi vahid nəticəni bütöv bir tam olaraq özündə təcəssüm etdirən məhkəmə aktlarıdır. Odur ki, əsas qətnamə və əlavə qətnamə ləğv, iddia ərizəsində qoyulmuş tələblərə vahid məhkəmə tərkibində bütövlükdə yenidən baxılması üçün iş geri qaytarılmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 iyul tarixli, 2-2(103)-622/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin olunaraq tərəflər arasında bağlanmış 2019-cu il 17 may tarixli 2019/00147-01 saylı kredit müqaviləsi ləğv edilmiş, cavabdehdən 39.950 ABŞ dolları əsas borc, 16.937,02 ABŞ dolları məbləğində faiz borcu və 3.900 ABŞ dolları dəbbə pulunun, cəmi 60.787,02 ABŞ dolları və iddia ərizəsi ilə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi 45 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, tələbin cavabdehə məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinə yönəldilməsi və həmin ev açıq hərracda satılaraq, ipoteka predmeti satıldıqdan 1 ay sonra cavabdeh həmin evdən çıxarılması, ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 240.000 manat müəyyən edilmiş, qalan hissədə dəbbə pulunun tutulması iddiasının təmin edilməməsi iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 253 manatın cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. (sədrlik edən-məruzəçi hakim H.Həmidov, hakimlər A.Tanrıverdiyev və C.Yusifov). Həmin qətnamədən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətində həmin qətnaməni ləğv edilərək, işə yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunması xahiş edilmişdir. Kassasiya instansiya məhkəməsindəki ikinci icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)- 14/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 iyul tarixli, 2- 2(103)-622/2022 saylı qətnaməsi qismən- ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 240.000 manat müəyyən edilməsi hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Kassasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, Kollegiya ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 240.000 manat müəyyən edilməsi hissəsində gəldiyi nəticə ilə razılaşmır və həmin hissədə cavabdehin kassasiya şikayətinin dəlilləri üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan nəticəyə gələrkən «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinin tələblərinə istinadla göstərmişdir ki, tərəflər arasında bağlanmış 2019-cu il 17 may tarixli 2019/00147-01İP №-li sonrakı ipoteka müqaviləsi ilə ipoteka predmetinin likvid dəyəri 240.000 manat müəyyən edilmiş və tərəflər həmin məbləği mübahisələndirməmişlər. «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinin tələbinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmənin gəldiyi həmin nəticəni mübahisələndirən cavabdehin kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, ipoteka predmetinin ipoteka müqaviləsi ilə müəyyən edilmiş likvid dəyəri cavabdeh tərəfindən həm birinci dəfə kassasiya qaydasında baxılarkən kassasiya şikayətində, həm də işə yenidən apellyasiya qaydasında baxılarkən mübahisələndirilmiş, bununla bağlı məhkəmə prosesində ipoteka predmetinin real bazar və likvid dəyərinin müəyyən edilməsi üçün verilmiş vəsatət verilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin vəsatətə qiymət verilməmişdir. Kommersiya mübahisələri üzrə, həmçinin “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısı aparılır. Məhkəmə iclasında sədrlik edən tərəfləri və işdə iştirak edən digər şəxsləri bu barədə xəbərdar edir. Məhkəmə iclasının video-audio yazısına dair məlumat məhkəmə iclasının protokolunda göstərilir və həmin yazı maddi daşıyıcıda protokola əlavə olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının video-audio yazısı ilə tanış olmaq hüququna malikdirlər (MPM-nin 272.4-1-ci maddəsi). Baxılan iş üzrə məhkəmə iclasının protokollarında prosessual qanunun qeyd olunan tələbinə müvafiq olaraq fasiləsiz video-audio çəkilişin aparıldığı və kompakt diskin işin materiallarına əlavə ediləcəyi qeyd edilsə də, işin materiallarına belə disk əlavə edilməmişdir. Elektron işin materiallarından isə yeni apellyasiya icraatı zamanı keçirilmiş məhkəmə iclaslarının ümumiyyətlə video-audio çəkilişinin aparıldığı müəyyən edilmir. Bu baxımdan məhkəmə kollegiyasının hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki kommersiya mübahisəsinə baxılarkən, mülki prosessual qanunun kommersiya mübahisələri üzrə məhkəmə iclaslarının fasiləsiz video-audio yazısının aparılmasına dair imperativ tələbi pozulmuşdur. Həmin pozuntu işin hazırki mərhələsində cavabdehin kassasiya şikayətinin sözügedən dəlilinin qiymətləndirilməsi və apellyasiya instansiyası məhkəməsi tərəfindən «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsini düzgün tətbiq edib-etməməsinin yoxlanılması imkanını aradan qaldırmışdır. Apelyasiya instansiya Məhkəməsinin mövqeyi: Təkrar apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini əsassız edərək, təmin edilməməsini xahiş etmişdir. Təkrar apelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq və kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq araşdıraraq aşağıdakı nəticəyə gəlir. Yuxarda qeyd edilən kassasiya instansiya məhkəməsinin sonuncu qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 27 iyul tarixli, 2-2(103)-622/2022 saylı qətnaməsi qismən - ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 240.000 manat müəyyən edilməsi hissəsində ləğv edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “....Məhkəmənin gəldiyi həmin nəticəni mübahisələndirən cavabdehin kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, ipoteka predmetinin ipoteka müqaviləsi ilə müəyyən edilmiş likvid dəyəri cavabdeh tərəfindən həm birinci dəfə kassasiya qaydasında baxılarkən kassasiya şikayətində, həm də işə yenidən apellyasiya qaydasında baxılarkən mübahisələndirilmiş, bununla bağlı məhkəmə prosesində ipoteka predmetinin real bazar və likvid dəyərinin müəyyən edilməsi üçün verilmiş vəsatət verilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin vəsatətə qiymət verilməmişdir.” Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin qərarındakı hüquqi mövqeyinə uyğun olaraq iş üzrə 2-2(103)-411/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadla məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, həll edilməsi üçün ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: - İpoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin likvid qiyməti nə qədər təşkil edir? - İpoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin hazırda real bazar qiyməti nə qədər təşkil edir? Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən daxil olmuş 18 sentyabr 2023-cü il tarixli müşayiət məktubuna qoşma kimi əlavə edilmiş məlumat xarakterli məktubda qeyd edilmişdir ki, məhkəmə tərəfindən tədqiq olunan obyektə baxış keçirilməsi xx.xx.2023-cü il tarixə təyin edilmiş, lakin iş üzrə tərəflər tədqiqat obyektinə gəlmədiyindən, tədqiq olunan obyektin yerləşdiyi ünvanın müəyyən edilməsi və qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Yuxardada qeyd edildiyi kimi, ekspertizanın keçirilməsi üçün təyin olunmuş vaxtda hər iki tərəf iştirak etməmiş, bu səbəbdən də ekspert tərəfindən mübahisəli ünvana baxış keçirilməsi mümkün olmamışdır. Bu zaman Kollegiya nəzərə alır ki, ekspertizanın keçirilməsində marağı olan şəxs cavabdeh tərəfdir. Daha doğrusu əvvəlki məhkəmə araşdırmaları zamanı ipoteka predmetinin real bazar və likvid dəyərinin müəyyən edilməsi üçün vəsatət cavabdeh tərəfindən verilmişdir. Məhz kassasiya instansiya məhkəməsinin qərarında vurğuladığı məsələlərdən biridə ipoteka predmetinin real bazar və likvid dəyərin müəyyən edilməsi ilə bağlı olmuşdur. Lakin qeyd edildiyi kimi, ekspertizanın keçirilməsinə dolayı yolla (təyin olunmuş vaxtda iştirak etməyərək) cavabdeh tərəf maneə törətmişdir. Belə olan halda məhkəmə kollegiyası ipoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin ilkin satış qiymətini aşağıda qeyd edilən müqaviləyə istinadən 240.000 (iki yüz qırx min) manat müəyyən edir. Belə ki, iş materiallarında olan tərəflər arasında bağlanmış 2019-cu il 17 may tarixli, 2019/00147-01İP №-li sonrakı ipoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evi müstəqil qiymətləndirici FM Consuting tərəfindən 2017-ci il 24 yanvar tarixində likvid dəyəri 240.000 manat məbləğində qiymətləndirilmişdir. Qeyd olunanlara əsasən Kollegiya Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 240.000 (iki yüz qırx min) manat müəyyən edilməli olduğu qənaətinə gəlir. MPM-in: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
390. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişsə, məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillər işin hallarına uyğun hesab edilmir. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
İpoteka predmeti olan Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Zeynalov küçəsində yerləşən 15 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 240.000 (iki yüz qırx min) manat müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.