Məhkəmə qərarları › İş №2-2(103)-180/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-180/2025

22.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-180/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı 16 saylı Bakı Peşə Litseyinin Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi açar sözlər: əsassız borcun silinməsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı 16 saylı Bakı Peşə Litseyinin Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6975/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Dövlət və bələdiyyə tərəfindən yaradılan peşə təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin 1.8-ci bəndinə əsasən peşə təhsili müəssisəsinin müstəqil balansı, istifadəsində olan dövlət və ya bələdiyyə əmlakı, bank hesabı, üzərində tabe olduğu dövlət orqanının (qurumun) və ya bələdiyyənin adı, həmçinin öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır.

2. Həmin Nizamnamənin 1.9-cu bəndinə əsasən peşə təhsili müəssisəsi “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dövlət qeydiyyatına alındıqdan sonra hüquqi şəxs statusu əldə edir. Peşə təhsili müəssisəsinin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir.

3. Həmin Nizamnamənin 1.11-ci bəndinə əsasən qanuna uyğun olaraq, peşə təhsili müəssisəsinin əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Peşə təhsili müəssisəsi məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.

4. Kommersiya qurumlarının dövlət reyestrindən çıxarış əsasən iddiaçı xx.xx.2005-ci ildə dövlət qeydiyyatına alınmışdır.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 14-2-2-4/2- 340/2024 nömrəli məktuba əsasən, iddiaçının istehlakçı hesabında 29441,34 manat debitor borcunun yaranması göstərilmişdir.

6. İddiaçının abonent saldosuna görə iddiaçıya 2010-cu ilin may ayında akt əsasında 29441,34 manat borc hesablanmışdır.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı 16 saylı Bakı Peşə Litseyi (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2001-2010-cu illərdə 16 №li Bakı Peşə Liseyinin adına tərtib etdiyi ödəniş qəbzləri və qeydə alınmış borc məbləğinin etibarsız hesab olunması, 16 №li Bakı Peşə Liseyinin adına qeydə alınmış 29441,34 manat borc vəsaitinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən 16 №li Bakı Peşə Liseyinin hesabına qazın sərfiyyatı ilə bağlı 29441.34 (iyirmi doqquz min dörd yüz qırx bir manat otuz dörd qəpik) manat borc qeydə alınmışdır. Müəssisə 1984-cü ildə yaradılmış və 190 №li X4 Məktəbi adı ilə adlandırılmış, 1996-cı ildən isə 16 №li Bakı Peşə Liseyi adı altında fəaliyyət göstərmişdir. Lakin, müəssisə yarandığı gündən bəri qaz xəttinə qoşulmamışdır. Məlumdur ki, müəssisə qaz xəttinə qoşulmadığı və qaz sərfiyyatı etmədiyi halda qaz istehlakçısı ola bilməz. Lakin, Cavabdeh Peşə Liseyinin adına qaz xəttinin çəkilməsi ilə bağlı müqavilə olmadığı halda hər ilin müvafiq aylarına uyğun olaraq 2001-2010-cu illərdə ödəniş qəbzləri tərtib etmiş və borc qeydə almışdır, halbuki həmin qəbzlərdə də təhsil müəssisəsinin həmin müddətdə qaz istehlak etmədiyi qeyd edilmişdir. xx.xx.2024–cü il tarixində Cavabdeh əməkdaşı Muradov Bəhruz təhsil müəssisəsində olmuş, məsələ ilə bağlı müvafiq baxışı həyata keçirmiş və müəssisənin qaz xəttinə qoşulmadığını təsdiq etmişdir. Bundan sonra müəssisə Cavabdehndən dəfələrlə borcu silməsini xahiş etsə də, qurum bununla bağlı müvafiq tədbirləri görməmiş və borc silinməmişdir. Həmçinin, 16 №li Bakı Peşə Liseyinin direktoru Nümayəndə1A məsələ ilə bağlı Bakı Regional Qazın Satışı Departamentinə müraciət etmiş, departament isə 14 fevral 2024 tarixli, 14-2-2-4/2-340/2024 nömrəli müraciətə baxılması barədə cavab məktubu göndərmiş və müraciətdə qeydə alınmış borcun təbii qaz istifadəsinə görə yaranmış debitor borc olduğunu qeyd edərək problemi həll etməmişdir.

9. İddiaçı daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, 16 №li Bakı Peşə Liseyinin adına qeydə alınmış 29441,34 manat borc vəsaitinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)- 6975/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, İddiaçı 16 saylı Bakı Peşə Litseyinə əsassız olaraq hesablanmış 29441,34 (iyirmi doqquz min dörd yüz qırx bir manat otuz dörd qəpik) manat məbləğində borcun silinməsi öhdəliyi Cavabdeh İB-yə həvalə edilmiş, Cavabdeh İB-dən 178,33 (bir yüz yetmiş səkkiz manat otuz üç qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya (Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nərimanov küçəsi, bina 1000, mənzil 0000, abonent kodu: **********00000) 2010-cu ilin may ayında akt əsasında 29441,34 manat borc hesablanmışdır. Lakin həmin akt (ümumiyyətlə mövcuddursa) cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, borcun əsaslı olması cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Abonent saldosundan görünür ki, iddiaçı tərəfindən qazdan istifadə edilməmiş, sərfiyyat borcu mövcud deyildir. İddiaçının hazırda silinməsini xahiş etdiyi borc 2010-cu ilin may ayında akt əsasında hesablanmış borcdur. Cavabdeh təbii qaz təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borcun əsaslı olması cavabdeh tərəfindən sübuta yetirilməmiş, iddiaçı barəsində tərtib edilmiş akt ümumiyyətlə məhkəməyə təqdim edilməmişdir. Belə olan halda mövcudluğu ehtimal edilən akt üzrə cavabdeh iddiaçıya 29441,34 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Bundan əlavə, iddiaçının abonent hesabına işlənmiş 29441,34 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından hesablanmış borc da əsaslı hesab edilə bilməz.

12. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2, 5.5-ci bəndlərini, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun” 2.3, 3.2-ci maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh İB Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(113)-6975/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İş materiallarına əlavə edilmiş abonent saldosundan göründüyü kimi iddiaçıya bugünədək hesablanmış borc məbləği yalnız qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək iddiaçının qaz hesabına işlənmişdir. Qeyd edilən bəndin tələbinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi qaz sayğacına görə məsuliyyət də bütövlükdə hüquqi şəxsin üzərinə qoyulmuşdur. Lakin birinci instansiya məhkəməsi normanı nəzərə almamışdır. Məhkəmə qətnamədə qeyd edir ki, mübahisələndirilən məbləğ akt əsasında hesablanmış və cavabdeh hesablanmış mübahisələndirilən borcun yaranma səbəbləri barədə sübut təqdim etməmişdir. Bununla bağlı qeyd etmək istəyirik ki, iddiaçı tərəfindən aparılmış ödənişlərin təyinatı qeyri-müəyyən olduğundan məhkəmə hansı əsasla məhs ötən illərdən qalan məbləğin ödənilmədiyi qənaətinə gəlmişdir bəlli deyil. İş materiallarına əlavə edilmiş abonent saldosundan və eyni zamanda qətnamədən də göründüyü kimi mübahisələndirilən borc məbləği istehlakçı tərəfindən qeyri-yaşayış sahəsində təbii qazdan istifadəyə görə yaranmış borcdur. Abonent saldosuna baxdıqda 29441,34 manat məbləğində borc 2010-cu ildən mövcud olduğunu və saldoda “qalıq və aktlar” bölümündə əks olunduğunu görmək olar. Bu hal həmin məbləğin akt əsasında hesablanması anlamına gəlmir. Belə ki, məlum olduğu kimi Cavabdeh İB 2009-cu ildə yaranmış və bu səbəbdən yeni “AGİS” sisteminə keçid edilmişdir. Yeni sistemə keçid zamanı köhnə sistemdə hesabatı aparılmış borclar “qalıq və aktlar” bölümündə əks olunur. Beləliklə hazırda mübahisələndirilən borc məbləği iddiaçı tərəfindən sərf edilən və sayğac göstəricilərinə əsasən müəyyən edilmiş qazın dəyərini təşkil edir. Mübahisələndirilən borc məbləğinin yaranmasını əks etdirən bütün sübutlar birinci instansiya məhkəməsinə təqdim edilmiş lakin məhkəmə düzgün nəticəyə gəlməmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir.

16. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

14.1-ci maddəsinin tələbinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 16.1-ci maddəsinin tələbinə əsasən Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

18. İstehlakçı hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin tələblərinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, G.İsmayılzadənin şikayəti üzrə xx.xx.2016 tarixli qərarlarında qeyd olunur ki, Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə Cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

22. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6975/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Kollegiya müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya (Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nərimanov küçəsi, bina 1000, mənzil 0000, abonent kodu: **********00000) 2010-cu ilin may ayında akt əsasında 29441,34 manat borc hesablanmışdır. Lakin həmin akt (ümumiyyətlə mövcuddursa) cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, borcun əsaslı olması cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Abonent saldosundan görünür ki, iddiaçı tərəfindən qazdan istifadə edilməmiş, sərfiyyat borcu mövcud deyildir. İddiaçının hazırda silinməsini xahiş etdiyi borc 2010-cu ilin may ayında akt əsasında hesablanmış borcdur. Cavabdeh təbii qaz təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borcun əsaslı olması cavabdeh tərəfindən sübuta yetirilməmiş, iddiaçı barəsində tərtib edilmiş akt ümumiyyətlə məhkəməyə təqdim edilməmişdir. Belə olan halda mövcudluğu ehtimal edilən akt üzrə cavabdeh iddiaçıya 29441,34 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır. Bundan əlavə, iddiaçının abonent hesabına işlənmiş 29441,34 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından hesablanmış borc da əsaslı hesab edilə bilməz.

24. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, abonent saldosunda göstərilən borc barədə sənəd və sübutları, borcun əsaslı olmasına dair mötəbər dəlilləri AR MPM-nin 77-ci maddəsinin tələblərinə əsasən cavabdeh məhkəməyə təqdim etməli olduğu halda etməmişdir. Həmin normanın mahiyyətinə əsasən sübutetmə yükü tərəflər arasında bölüşdürülür və borcun əsaslı olmasını iddia edən cavabdeh olduğu üçün bu hissədə sübutetmə yükü onun üzərinə düşür. Digər tərəfdən saldo birtərəfli qaydada cavabdehin özu tərəfindən tərtib edilmiş sənəddir, həmin sənədin tərtib edilməsinə əsas olmuş borcun əsaslılığına dair sübutlar təqdim edilmədiyi və cavabdehin maraqlarına xidmət etdiyi üçün mötəbər sübut hesab edilə bilməz. İş materiallarında olan abonent saldosu hüquqi müəyyənlik prinsipinə cavab vermir. Ona görə də apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz.

25. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

26. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6975/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar