Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-181/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3003/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, 23 nömrəli xidməti müqavilə bağlanmışdır. Müqaviləyə və ona əlavə olan 1 və 2 saylı razılaşma protokollarına əsasən İddiaçı MMC mülkiyyətində olan “Tırtıllı Ekskavator” JCB JS290 texnikasını və “Hitachi-350” markalı tırtıllı ekskavatoru müqavilədə müəyyən edilən şərtlər daxilində Cavabdeh MMC-nin xidmətinə verməyi, sonuncu isə nəqliyyat vasitələrinin istifadəsinə görə hər ay müvafiq olaraq 12.000 manat + ƏDV və 13.000 manat + ƏDV xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 26.384,75 manat məbləğində əsas, əsas borca görə 5% hesablanmaqla 1.319,2 manat məbləğində vəsait, hüquqi xidmətlərə görə 500 manat haqq olmaqla, 200 manat mediasiya xərci olmaqla cəmi 28.403,95 manat pul məbləğinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı bildirir ki, o, müqavilə üzrə üzərinə düşən öhdəliyi müəyyən edilmiş vaxtda və qüsursuz şəkildə yerinə yetirməsinə baxmayaraq, Cavabdeh MMC heç bir üzrlü səbəb olmadan öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmiş, götürdüyü texnikaları 2022-ci ilin aprel, may, iyun aylarında işlətmiş və ümumi texnikalara görə 38.384,75 manat ödəniş (ƏDV daxil) etməli olduğu halda cəmi 12.000 manat pul ödəmiş, iyul ayından etibarən heç bir ödəniş etməmişdir. Belə olduğu halda, qanunvericilik 26.384,75 manat məbləğində borcun geri qaytarılması və bununla yanaşı öhdəliyin vaxtında və lazımınca icra edilməməsinə görə vurulmuş ziyanın ödənilməsini nəzərdə tutur.
4. Cavabdeh birinci instansiya məhkəməsindəki icraatda iştirak etməmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3003/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, xx.xx.2022-ci il tarixli icarə müqaviləsi üzrə 26.384 (iyirmi altı min üç yüz səksən dörd) manat 75 (yetmişi beş) qəpik məbləğində pulun, əsas borca illik 5 faiz hesablanmaqla 145 (bir yüz qırx beş) manat, 20 (iyirmi) qəpik məbləğində pulun, mediasiya xərcinin əvəzi olaraq 200 (iki yüz) manat məbləğində pulun və hüquqi yardımın göstərilməsinə görə vəkilə ödənilmiş xərcin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçı MMC-yə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
6. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçıya əsas borc üzrə əlavə 5000 manat nağd qaydada ödəsə də, iddiaçı bunu məhkəməyə bildirməmişdir. Məhkəmə iclasları barədə vaxtında məlumat ala bilmədikləri üçün birinci instansiya məhkəməsində bu faktı bildirmək imkanları olmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti əsaslandırılmayıb, şikayətə heç bir sübut əlavə edilməyib, apellyantın göstərdikləri yanlışdır və heç bir hüquqi əsası yoxdur. Cavabdeh məhkəmə iclasları barədə məlumatlı olub, lakin öz hüquqlarından istifadə etməyib və məhkəməyə müraciət edərək prosesin təxirə alınmasını xahiş etmişlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz etdi.
10. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
12. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
13. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. Həmin Məcəllənin 209.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edilənədək işdə iştirak edən şəxslər tərəfindən onlara məlum olan hallar və sübutlar təqdim olunmamışsa, işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.
15. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, baxılan hissədə iddia əsaslıdır.
19. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 23 nömrəli nömrəli xidməti müqavilə mahiyyət etibarı ilə icarə müqaviləsidir.
20. Bu baxımdan iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 700.1-ci maddəsi təşkil edir.
21. Hazırki işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur.
22. Belə ki, iş materiallarına əlavə olunmuş, Cavabdeh imza və möhürü ilə təsdiq olunmuş, 2022-ci ilin may ayına aid təhvil-təslim aktlarından görünür ki, “Tırtıllı Ekskavator” JCB 290 və “Hitachi-350 markalı tırtıllı ekskavatorlar Cavabdehnə təhvil verilmişdir.
23. Həmçinin iş materiallarından görünür ki, EBBW 546784 saylı xx.xx.2022-ci il tarixli dəyəri 4.720,01 manat olan, EBCC 90500 saylı xx.xx.2022-ci il tarixli dəyəri 13.320,76 manat olan, EBCG 866611 saylı xx.xx.2022-ci il tarixli dəyəri 4.719,95 manat olan, EBCG 867907 saylı xx.xx.2022-ci il tarixli dəyəri 5.965,54 manat olan, EBCG 867169 saylı xx.xx.2022-ci il tarixli dəyəri 9.658,49 manat olan, cəmi dəyəri 38.384,75 manat olan elektron qaimələr iddiaçı tərəfindən cavabdehə göndərilmişdir.
24. İşdə olan hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya EBBW 546784 saylı xx.xx.2022-ci il tarixli dəyəri 4720,01 manat olan elektron qaimə üzrə xx.xx.2022-ci il tarixdə 4720 manat məbləğində ödəniş edilmişdir.
25. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 720 manat məbləğində pul cavabdehə geri qaytarılmışdır.
26. Bundan başqa, qeyd edilən hesabdan çıxarışdan görünür ki, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 8.000 manat məbləğində ödəniş edilmişdir.
27. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə üzrə texnikaların cavabdehə təhvil verilməsi, texnikalardan istifadəyə görə cəmi dəyəri 38.384,75 manat olan elektron qaimələrin iddiaçı tərəfindən cavbadehə göndərilməsi, həmin qaimələr üzrə cavabdeh tərəfindən cəmi 12.000 manat məbləğində pulun ödənilməsi, bu mənada tərəflər arasında işgüzar münasibətlərin məhz elektron qaimələr üzərindən həyata keçirilməsi qeyd edilən sübutlarla tam təsdiq olunur.
28. Eyni zamanda, cavabdeh qeyd olunan halları mübahisələndirməmiş və iddiaçının təqdim etdiyi sübutlara etiraz etməmişdir.
29. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı ödənilməyən ƏDV daxil 26.384,75 manat xidmət haqqının cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
30. Həmçinin, Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçı borcun ödənilməsinin gecikdirilməsinə görə 49 gün üçün hesablanmış 145,2 manat məbləğində faizlərin ödənilməsini də tələb etməkdə haqlıdır (21.635,5 x 5% = 1.081,77 (1 il üçün), 1.081,77/365 = 2,963 (1 gün üçün), 2,963 x 49 = 145,2 (49 gün üçün).
31. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, birinci instansiya məhkəməsinin təyin etdiyi hazırlıq və baxış iclasları barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh iddiaya yazılı etiraz təqdim etməmiş və məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasının təxirə salınması barədə vəsatəti məhkəmə tərəfindən təmin edildikdən sonra da məhkəmə iclasında iştirak etməmiş və iddiaya yazılı etiraz təqdim etməmiş, habelə iddiaçının təqdim etdiyi sübutları mübahisələndirməmişdir. Hazırda isə cavabdeh iddiaçıya əsas borc üzrə əlavə 5000 manat nağd qaydada ödədiyini bildirir. Halbuki, Mülki Prosessual Məcəllənin 209.3 və 372.2-ci maddələrinin birgə təfsirindən müəyyən edilir ki, birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra işdə iştirak edən şəxslər məhkəmə iclasında araşdırılmamış hallara istinad edə bilməzlər. Apellyasiya icraatında isə yeni hallara və sübutlara yalnız o halda istinad edilə bilər ki, işdə iştirak edən şəxslər onların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Lakin cavabdeh tərəfindən belə əsaslandırma gətirilməmişdir. Ona görə də, kollegiyanın qənaəti yalnız birinci instansiya məhkəməsində istinad olunmuş faktlara əsaslanır. Bundan əlavə hətta cavabdehin dəlilləri araşdırılsa belə əsaslı olduğu təsdiq olunmur. Çünki cavabdeh iddiaçıya əsas borc üzrə əlavə 5000 manat nağd qaydada ödədiyini bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
32. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3003/2023 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vüsalə Baxışova
Aida Hüseyn