Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-183/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-36/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 08.05.2021-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı MMC cavabdeh "xxxx" Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus avadanlığın iddiaçının təsərrüfat idarəçiliyində olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 28-30-cu km ünvanında yerləşən təsərrüfat sahəsinin 2000 kv.m hissəsində saxlanc xidmətinə görə yaranmış 54.437.175,10 (əlli dörd milyon dörd yüz otuz yeddi min yüz yetmiş beş manat 10 qəpik) manat borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia qaldıraraq, Müqavilə 2 üzrə Murphy şirkətinə saxlanca verilmiş avadanlıqlar qarşılıqlı iddia üzrə cavabdeh CSVS şirkətinin qanunsuz sahibliyindən geri alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya verilməsi, qanunsuz sahiblik nəticəsində dəyən zərər olaraq qarşılıqlı iddia üzrə cavabdeh CSVS şirkətindən 5.395.039 ABŞ dollar məbləğində pul vəsaiti alınaraq qarşılıqlı iddia üzrə iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 08.05.2021-ci il tarixli e-2-2(113)-36/2021 nömrəli qətnaməsi ilə ilk iddia rədd, qarşılıqlı iddia isə qismən təmin edilərək, TEPAB-12-20-00 saylı, 15 noyabr 2012-ci il tarixində qüvvəyə minən müqavilə üzrə Murphy şirkətinə saxlanca verilmiş avadanlıqların İddiaçı MMC-nin qanunsuz sahibliyindən geri alınaraq “Total E&P Absheron B.V.” ("xxxx") Şirkətinə verilməsi və qalan hissədə qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 və iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdilər, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 Oqtay oğlu və cavabdehin nümayəndəsi Nümayəndə5 isə apellyasiya şikayətinə etiraz etdilər. Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və qarşılıqlı iddianın qismən təmin olunduğunu, lakin cavabdeh tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində yoxlanılır. İddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar ondan ibarətdir ki, İddiaçı MMC 01.12.2017-ci il tarixindən müvafiq müqavilə əsasında Sifarişçi "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi 2830-cu km ünvanında yerləşən təsərrüfat sahəsini öz təsərrüfat idarəçiliyinə götürərək həmin sahədə müştərilərə ödənişli razılaşdırılmış qiymətlərlə saxlanc və sahədəki yüklərein qaldırılması/yüklənməsi və s. xidmətləri göstərir. Adı gedən və iddiaçının idarəçiliyində olan bu sahənin 2000 kv.m hissəsində uzun müddətdir ki, cavabdehin "xxxx" şirkətinə məxsus avadanlıqları (əsasən ağır tonaclı borular) yerləşdirilmişdir. Buna əsasən cavabdehin vaxtilə «Murphy Şipping & Commercial Services Azərbaycan MMC» ilə olan TEPAB-12-20-00 nömrəli 15/11/2012-ci saxlanc müqaviləsi olmuş, onun isə müddəti 14.11.2017-ci il tarixdə bitmişdir. Tərəflər arasında müqavilənin bitməsi ilə bağlı müddətə olan xidmət haqqı özrə hesablaşma tam aparılmışdır. Qeyd olunan müddəti bitmiş bu müqavilədən son müddətdən bəri isə iddiası «Murphy Şipping & Commercial Services Azərbaycan MMC»nin vasitəsilə cavabdehi, sonuncunun iddiası şirkət ilə hər hansı bir uzunmüddətli yazılı müqaviləsinin olmaması səbəbindən bu şirkətin gündəlik saxlanc və yük əməliyyatlarına dair adətən tətbiq etdiyi mövcud qiymətlər barəsində dəfələrlə məlumatlandırmışdır. Belə ki, cavabdeh müqavilə münasibətləri bitdikdən sonra Murphy şirkəti dəfələrlə cavabdehə müraciət edərək, sonuncudan avadanlığın çıxarılmasını xahiş etmiş, bununla belə cavabdeh iddiaçıya 01.12.2017-ci il tarixdən bəri aid sahədə öz avadanlığını saxlamağa davam etmiş, eyni zamanda və bilavasitə iddiaçıya, nə də ki, Murphy şirkəti mövcud saxlanc və yükqaldırma qiymətlərinə dair cavabdeh Şirkətdən heç bir etiraz və ya imtina məktubu daxil olmamışdır. Əksinə iddiaçı, tərəfindən 01.12.2017-ci il tarixdən ödənişsiz saxlancı təmin olunan boruların bir qisminin cavabdehin sərəncamı ilə "xxxx" MMC-nin bazasına daşınılmasına, 25.10.2018-ci il tarixdə başlanılmış, bununla əlaqədar bu tarixdə tərəflərindən cavabdehə məxsus ümumi çəkisi 61.700 kq olan bu boruların yüklənməsi ilə bağlı razılaşdırılmış qiymətlərə xidmətlər göstərilmiş və "xxxx" MMC təhvil verilmiş, yüklənmə işləri haqqında həmin tarixdə 002 saylı AKT tərtib edilmişdir. Eyniliklə, 26.10.2018-ci il tarixdə tərəflərindən Total şirkətinin göstərişi ilə ümumi çəkisi 40040 kq olan boruların yüklənməsi, qaldırılması xidmətləri razılaşdırılmış qiymətlərə həyata keçirilmiş, bu barədə 003 saylı AKT tərtib edilmişdir. Eyniliklə 29.10.2018-ci il tarixdə tərəflərindən razılaşdırılmış qiymətlərə yüklənmə, qaldırılma xidmətləri göstərilmiş və 672 ədəd borular "xxxx"ə Total Şirkətinin göstərişi ilə təhvil verilmiş, bu barədə 004 saylı Akt tərtib edilmişdir.Qeyd olunan və cavabdehə göndərilmiş yuxarıdakı xidmətlərə görə iddiaçıya adıgedən Aktlar üzrə müvafiq ödənişlər olunmuşdur. Beləliklə də, iddiaçının cavabdehin əmlakının - borularının saxlancını, bir qisminin isə sahədən daşınması ilə bağlı göstərdikləri və göstərə biləcək xidmətlərinin həm texniki aspektləri, həm də müvafiq qiymətlər cavabdehə bildirilmişdir. İşlərin gedişatı cavabdehin göstərişi, daimi müşahidəsi və nəzarəti altında olaraq qeyd olunan aktlarla təsdiq edilmiş - bəyənilmiş qüsursuz xidmətlər - işlər görülmüşdür. Bununla belə 29.10.2018-ci il tarixdən sonra "xxxx" və "xxxx" adı gedən sahədən cavabdehin göstərişi ilə boruların və s. daşınması işlərinin qəfildən dayandırmışlar. Buna qədər və bundan sonra olan müddət üzrə isə cavabdeh tərəfindən saxlanc xidmətinə görə ümumiyyətlə heç bir ödəniş olunmur. Halbuki, qeyd edilən faktiki hallar onu təsdiq edir ki, cavabdehlə iddiaçı arasında əqd bağlanmışdır (mövcuddur). Oferta cavabdehə çatdırılıb, sonuncu isə bunu akseptləşdirib. Təkzibedilməz haldır ki, 29.10.2018-ci il tarixdən sonra, cavabdehin qalıq avadanlıqlarının (boruların və s.) sahədən çıxarılmasının dayandırılmasından sonra, ona öz avadanlıqlarının sahələrindən çıxarılması barədə dəfələrlə müraciət edilmiş və bildirilmişdir ki, qalıq avadanlıq boruların daşınılması, sahələrindən çıxarılması X4 göstərişi ilə davam etdirilmədikdə, bu avadanlığın saxlanc və daşıma üzrə tərəflərindən təqdim etdikləri xidmətlərin, işlərin dəyəri, qiymətləri 16.11.2018ci il tarixdən başlanaraq fərqli olacaq, yəni bu tarixədək olan imtiyazlı qiymətlərlə: yükləmə,qaldırma işləri üzrə 0,15 manat/1 kq, saxlanc qiyməti 0,01 manat/1 kq deyil, bu saxlanc sahəsi üzrə 01.12.2017-ci ildən bəri iddiaçı – CSVS şirkəti ilə heç bir uzunmüddətli müqavilə olmadığına görə, tətbiq edilən gündəlik saxlanca görə mövcud bazar qiymətləri ilə: yükləmə/qaldırma işləri – 0,25 manat/1 kq, saxlanc qiyməti – 0,05 manat/ 1 kq-dan hesablanacaq. Bu isə 2018-ci ilin noyabr ayınadək hər gün üçün 73,444,85 manat təşkil etmişdir. (1,468,817 kq x 0,05 manat/1kq) Bu barədə cavabdehə 07.11.2018-ci il tarixli, 01-489-saylı məktubla güzəştli qiymətlərlə onlara məxsus avadanlıqlarının sahələrindən çıxarılması barədə müraciət olunub, bu müraciət cavabsız qaldığından 19.11.2018-ci il tarixli, 01-053-saylı məktubla yenə də müraciət olunaraq güzəştli qiymətlərlə avadanlıqların daşınması müddəti tərəflərindən uzadılmış və sonuncu dəfə isə 03.12.2018-ci il tarixli, 01-514-saylı məktubla cavabdeh məlumatlandırılmış, eyni güzəştli qiymətlər tətbiq edilməklə, yaranmış 2.614.494.26 manat borcun ödənilməsi üçün 24.12.2018-ci il tarixdə hesab/invoys cavabdeh Şirkətinə göndərilmişdir. Bununla belə, cavabdeh iddiaçıya saxlanc xidmətləri üzrə hər hansı bir ödəniş etmədən və öz avadanlıq qalıqlarını 2000 kv.m olan açıq sahələrində ödəniş etmədən saxlamaqda davam etməkdədir. Qeyd olunan və digər hallar onların cavabdehə olan 07.03.2019-cu il tarixli, 012-saylı Pretenziyalarında (və ona olan qoşma/əlavələrdə) öz əksini tapmışdır. Pretenziyalarına cavabdeh tərəfindən heç bir cavab olmamış, cavabdehə təqdim etdikləri hesab/invoyslar üzrə heç bir ödəniş edilməmişdir. Hazırda 25.02.2019-cu il tarixdən 26.03.2019-cu il tarixədək dövrü əhatə edən müddətdə, cavabdehə məxsus 1.468.817 kq əmlak/avadanlıq iddiaçı Şirkətin sahibliyi/idarəçiliyi altında olan sahədə saxlanılmaqdadır ki, bununla da onlara əlavə olaraq 2.203.225.50 manat borcun yaranması bildirilmiş, onun ödənilməsi üçün hesab faktura/invoys təqdim edilmişdir. Bundan başqa, cavabdehə olan 10 aprel 2019-cu il tarixli məktubda 07.03.2019-cu il tarixli, 012-saylı pretenziyaları üzrə 7.167.826.96 manat borcunu və Pretenziyadan sonrakı müddətdə yaranmış 2.203.225,50 manat, cəmi 9.371.052.46 manat borcun da ödənilməsini cavabdehdən xahiş etmişlər. Bununla belə, hal-hazıradək cavabdehə olan pretenziyalarına və müraciətlərinə heç bir cavab verilməmiş, göstərdikləri saxlanc xidmətlərinə görə də bütün ödənişlərdən imtina olunmuşdur. Daha sonra iddiaçının nümayəndəsi 30.10.2020-ci il tarixli iddiaya əlavə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, TEPAb-12-20-00 nömrəli 15/11/2012-ci il tarixli müqavilənin müddəti 14/11/2017-ci il tarixində bitmiş və bitməsindən 1 ay öncə Total tərəfindən həmin müqavilənin uzadılmaması barədə Murphy şirkətinə rəsmi və birmənalı GM-DL 469/17 nömrəli 13/10/2017-il tarixli məktubla xəbərdarlıq göndərilmiş və xəbərdarlıqda Total TEPAB-12-20-00 müqaviləsinin 8.2-ci maddəsinə istinad edərək Murphy şirkətindən daxil olmuş ödəniş tapşırığının auditindən sonra 30.11.2017-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Həmin xəbərdarlıqda gömrük anbarının açıq sahəsinin 2.000 kv.m-də qalan avadanlığa dair Total tərəfindən heç bir göstəriş, Sorğu/Tapşırıq verilməmişdir. TEPAB-1220-00 nömrəli 15/11/2012-ci il tarixli müqavilənin müddəti başa çatdığından Murphy ilə Totalın hüquqi münasibətlərinin 14/11/2017-ci il tarixdən başlayaraq xitamına Total, Murphy ilə sonraki yazışmalarına da istinad edir. Belə ki, 12/10/2018-ci il tarixli GM-DL 515/18 nömrəli avadanlığın anbardan çıxarılmasına dair Sorğu/Tapşırığında Total yenə də xüsusilə bildirmişdir ki, TEPAB-12-02-00 nömrəli müqavilənin müddəti 12.11.2017-ci ildə bitməsi tarixindən başlayaraq Total Murphy şirkətinin müştərisi deyil və elə bu səbəbdən də Total avadanlığının qalıq hissəsini çıxarmaq üçün ayrı bir şirkətin Murphy ilə əməkdaşlığı tələb olunur və bu məqsəd ilə Total həmin məktubda Murphy şirkətindən xahiş edir ki, Total şirkətinin subkontraktoru – "xxxx" LLC şirkəti ilə əlaqə saxlasın və həmin şirkətə Totala göndərdiyi avadanlığın çıxarmasına dair qiymət təkliflərini təqdim etsin. Murphy ilə Totalın arasında heç bir müqavilənin olmadığını Total şirkəti yenidən 23.10.2018-ci il tarixli GM-DL 567/18 nömrəli məktubunda təkrar edərək elə bu səbəbdən də Kompleksdə yerləşən avadanlığın mühafizəli saxlanc xidmətlərinə dair ödənişlərdən imtina etmişdir. Bundan başqa, müqavilənin bitməsi birmənalı şəkildə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən də qüvvəyə minmiş 22.04.2020-ci il tarixli qərarında tanınmışdır. Beləliklə, X5 anbar və biznes kompleksində bu günə kimi yerləşən Total şirkətinin avadanlıqları TEPAb 12-02-00 anbar sahəsi İcarəsi müqaviləsinin davamı kimi, eyni zamanda Totalın iddiasının əsası kimi göstərilə bilməz və məhkəmə prosesində müzakirə predmeti ola bilməz. X6 adını daşıyan biznes, anbarlar, açıq tipli gömrük anbarı və yük terminalı kompleksi (bundan sonra Kompleks) Murphy şirkətinə məxsusdur. Həmin Kompleks optimal idarəetmə tətbiq etmək və maliyyətəsərrüfat fəaliyyətinin effektivliyini artırılması məqsədilə 01.12.2017-ci il tarixindən 10 illik müddətə CSVS şirkətinin tam idarəçiliyinə verilmişdir. Həmin müqavilə Murphy və Total şirkətləri arasında olan mübahisələrdən və Murphy şirkətinin 21.02.2018-ci il tarixli Totala qarşı iddiasından əvvəl bağlanılmışdır. Müqavilənin məqsədi X5 Kompleksində maliyyətəsərrüfat işlərinin səviyyəsini və müştərilərə təqdim edilən xidmətlərin keyfiyyətini qaldırmaq, xidmət qiymətlərinin tənzimləməsidir. Total tərəfindən irəli sürülən dəlil kimi, guya Murphy şirkəti ilə Total şirkəti arasında 2018-ci ilin aprel ayından 2019-cu ilin aprel ayınadək olan məhkəmə mübahisəsi zamani CSVS şirkəti ilə Murphy şirkəti arasında olan 01.12.2017-ci ilin müqaviləsinin mövcudluğu barəsində heç bir məlumatın olmaması həqiqətə uyğun deyil. CSVS şirkətini Murphy şirkəti Totalın avadanlıqlarını Kompleksdən çıxarması işlərinə hazırlıq zamanı 18.10.2018-ci il tarixli 11:12 radəsində göndərdiyi emailində CSVS şirkətinin Kompleksin idarəedici şirkəti olduğunu açıqlayaraq CSVS şirkətini həmin işlərdə əsas tərəf kimi təqdim etmişdir. Həmin e-mail şəxsən Totalın hüquqşünası Xanqız Tanrıverdiyevanın e-mail qutusuna da 18.10.2018-ci ildə saat 11:12də daxil olmuşdur. Bununla belə, Murphy şirkətinin avadanlığa dair öhdəliklərinin üçüncü tərəfə ötürməsinə Total şirkəti tərəfindən heç bir etiraz bildirilməmiş, hətta CSVS şirkətinin yükləmə, daşıma, nəqliyyat və saxlanc işlərinə tam cəlb olunması Total şirkətinin səlahiyyətli nümayəndələrinin nəzarəti altına keçmişdir. CSVS şirkətinin Totalın nəzarəti altında yüksək texniki və professional cəhətdən göstərdiyi xidmətləri nəticəsində Total şirkətinin avadanlığının birinci 120 ton təşkil etmiş hissəsi Kompleksdən 25-29.10.2018-ci il tarixlərində müvəffəqiyyətlə çıxarılmış və bu işlərə də CSVS öz qiymət təklifini təqdim edərək tam ödənişə malik olmuşdur. Belə olan halda, CSVS şirkətinin 2018-ci ilin oktyabr ayında real xidmətlərindən bəhrələnən Total şirkətinin CSVS şirkətinin Kompleksə dair Murphy ilə olan müqaviləsinin mövcudluğu 2018-ci ilin aprel ayından 2019-cu ilin aprel ayınadək məlum olmadığını bildirməsi bu dəfə də Totalın rəhbərliyinin qeyri-ciddi olmasına sübutdur. Total şirkətinin CSVS ilə ilk dəfə 2019-cu ildə əlaqəyə çıxmasını və bu vaxta qədər CSVS-dən heç bir invoysun almadığını bildirməsi tamamilə həqiqətə uyğun deyildir. CSVS şirkəti 24.12.18-ci il tarixdə həmin tarixdə 009 nömrəli AZN 2,276,666.35 miqdarına hesab fakturasını (invoice) Total şirkətinə göndərərək avadanlığı kompleksdən çıxarılmasının davamına dair tədbirlər görməsini xahiş etmişdir. Total şirkətinin avadanlığı mühafizəli saxlanc xidmətləri altında Kompleksin gömrük anbarı sahəsində qorunaraq tətbiq edilmiş gündəlik ad hoc saxlanc xidmətləri qiymətləri ilə edilir. Buna səbəb Total tərəfindən CSVS şirkətinin dəfələrlə avadanlığın yerləşdiyi sahəyə dair icarə müqaviləsi bağlanılması təkliflərini kobud formada rədd edilməsi, həmçinin avadanlığın gündəlik saxlancının kilosunun 0.05 manat qiyməti ilə hesablanılmasıdır. Nəzərə alınsa ki, avadanlığın ümumi çəkisi 1,468,817 kilogram təşkil edir, Total şirkətinin saxlanc xidmətlərinə dair toplam borcu əlavə 23 aya (2018-ci ilin noyabr ayından 2020-ci ilin oktyabr ayınadək) 41,144,381.20 (qırx bir milyon yüz qırx dörd min üç yüz səksən bir manat iyirmi qəpik) manat təşkil edir. Belə ki, külli miqdarda olan 2000 kv/m ərazini əhatə edən iri həcmli yükün saxlancına görə 23 aydır (630 gun) ödəniş edilmir. Buna baxmayaraq, bu günə Total nə uzun müddətli icarə müqaviləsi bağlamaq istəmir, nə də ki mallarını Kompleksdən çıxarmağa dair heç bir addım atmır. Total şirkəti ona məxsus avadanlığın CSVS idarə etdiyi X5 A sinifli anbar kompleksində saxlanılmasının gündəlik ad hoc qiymətlə, günü 73,440.85 manatdan saxlamaqda tam məlumatlı olmuş, buna baxmayaraq həmin malların çıxarılmasına dair heç bir real hərəkət görməmiş, real niyyət bildirməmişdir, hətta həmin malların Kompleksin ərazisində yerindən tərpətməsinə qəti şəkildə 19.06.2019-cu il tarixli GM-DL 245/19 saylı məktubunda qadağa qoyaraq CSVS şirkətini belə bir təklifə görə "xxxx" adlandırmışdır. Sadalanan faktlar Totalın avadanlığının CSVS Şirkətinin günlük AZN 73,440.85 qiymətə olana mühafizəlı saxlanc xidmətləri altında saxlanılmasına razılığını ifadə edir. Cavabdeh iddiaya etiraz edir və qarşılıqlı iddia irəli sürərək bildirir ki, iddiaçının istinad etdiyi Müqavilə 2-nin, yəni TEPAB-12-20-00 saylı müqavilənin, 17.1-ci maddəsinə əsasən, Müqavilə 2 Fransa qanunvericiliyi ilə tənzimlənir və şərh edilir. Eyni zamanda, tərəflər arasında hər hansı mübahisə danışıqlar yolu ilə qırx beş gün ərzində həll olunmadığı halda, tərəflər arbitraca müraciət etməlidirlər. Bu halda, məsələ üzrə Beynəlxalq Ticarət Palatasının Arbitraj Qaydaları əsasında üç arbitr tərəfindən baxılmalıdır. Arbitrajın yeri kimi Paris (Fransa) və arbitracın dili qismində ingilis dili müəyyən edilir. Qanunvericiliklə bağlı eyni şərtlər Müqavilə 1-də öz əksini tapır. Lakin, Müqavilə 2-dən fərqli olaraq, Müqavilə 1-də arbitracın yeri qismində Sinqapur müəyyən edilir. Murphy yuxarıda qeyd edilən müqavilələr üzrə Bakı şəhəri, Səbail rayon məhkəməsində iddia qaldırsa da, cavabdeh "xxxx" Şirkəti mübahisənin Fransa qanunvericiliyinə əsasən beynəlxalq arbitraj tərəfindən həll edilməli olmasını əsas gətirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 04 aprel 2018-ci il tarixli qərardadı ilə vəsatət qismən təmin edilmiş və işə cavabdeh TOTAL Şirkətinə aid hissədə xitam verilmişdir. Sonra isə Səbail Rayon Məhkəməsinin qərardadı müvafiq olaraq Bakı Apellyasıya Məhkəməsi və Ali Məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır. Murphy Ali Məhkəmənin son qərarından sonra öz əsassız iddialarını Azərbaycan Respublikasının məhkəmələrindən baxılmasının mümkünsüzlüyünü anlamış və süni şəkildə səhnəyə halhazırki ilkin iddiaçını, CSVS şirkətini cəlb edərək cavabdehə qarşı eyni predmet üzrə yeni iddia qaldırmışdır. 2018-ci ilin aprel ayından 2019-cu ilin aprel ayına qədər davam edən məhkəmə çəkişməsi zamanı Murphy ilə CSVS arasında hal hazırda istinad etdikləri 2017-ci il tarixli “Təsərrüfat idarəçiliyi barədə müqavilənin mövcudluğu barədə heç vaxt məlumat verilməmişdir. Bu da bir daha onun sübutudur ki, həmin bu Müqavilə Murphy-nin əsassız iddiası təmin olunmadıqda sonra qurulmuş və uydurma bir razılaşmadır. CSVS iddia ərizəsində özü də etiraf edir ki, yaranmış münasibətlər TOTAL ilə Murpy arasında olan yuxarıda qeyd edilən müqavilələrdən doğmuşdur, lakin guya ərazini Murphy ilə müqavilə əsasında təsərrüffat idarəçiliyinə götürərək idarə etməkdədir. Cavabdeh dəfələrlə ona məxsus olan avadanlıqları saxlancdan götürmək istəsə də, Murphy, indi isə CSVS buna mane olmuş və (və ya) cavabdehdən şişirdilmiş və Müqavilələrə uyğun olmayan xidmət haqları tələb etmək şərtləri irəli sürmüşlər. CSVS-in hal-hazırda onlara məxsus olan avadanlığı qanunsuz və səlahiyyətsiz saxladığını nəzərə alaraq və bu məsələlərdə həqiqi zərəçəkmiş tərəf olaraq, öz avadanlıqlarını CSVS-in qanunsuz sahibliyindən tələb etmək məcburiyyətindədirlər. TOTAL ilə CSVS arasında hər hansı saxlanc və ya digər tipli müqavilə mövcud olmadığına, TOTAL öz əmlakını saxlamaq və ya sair formada onun üzərindən sahibliyi həyata keçirmək üçün CSVS şirkətinə hər hansı səkahiyyət vermədiyi və TOTAL-ın müvafiq avadanlıqlar üzrə mülkiyyəti CSVS tərəfindən şübhə altına alınmadığı və mübahisələndirilmədiyini nəzərə alaraq, CSVS-in sahibliyinin qanunsuz və vicdansız olduğu mübahisəsizdir. Bu sahiblik qanunsuz həyata keçirildiyi üçün CSVS şirkəti ona məxsus olmayan əmlakı mülkiyyətçiyə geri qaytarmağa borcludur. Həmçinin, Mülki Məcəllənin 157.5-ci maddəsində də qeyd edildiyi kimi, CSVS-in qanunsuz faktiki sahibliyi nəticəsində TOTAL-a zərər dəyərsə, CSVS bu zərəri də ödəməyə borcludur. Belə ki, əmlakın TOTAL-a qaytarılmaması səbəbindən TOTAL-a aşağıdakı zərər dəymişdir: Müqavilə 2 üzrə Murphy Şirkətinə saxlanma üçün verilmiş 5,395,039 ABŞ dollar dəyərində avadanlıqlar Abşeron yatağı üzrə ABD-01 quyusunun qazıntısı zamanı istifadə oluna bilərdi, lakin, CSVS tərəfindən avadanlıqlar verilmədiyi üçün, TOTAL əlavə xərc çəkərək yenidən eyni avadanlıqları almaq məcburiyyətində qalmışdır. Bundan savayı, bütün bu zaman ərzində avadanlıqlar TOTAL-ın nəzarətində olmadığı üçün, onların hansı şəraitdə saxlanılıb və sonradan TOTAL-ın icazəsi olmadan yerini dəyişdirirkən hansı qaydalara riayət olunubolunmadığına dair nəzarəti və məlumatı olmadığı üçün, bu avadanlıqlar TOTAL tərəfindən hər hansı bir növbəti qazma əməliyyatları üçün yararsız hesab olunurlar. CSVS öz iddia ərizəsində iddia edir ki, guya TOTAL ilə Murphy arasında olan müqavilə münasibətlərinə 2017-ci ildə xitam verildiyi üçün hal-hazırda iddiaçı ilə cavabdeh arasında de-fakto müqavilə münasibətləri mövcuddur. TOTAL Muqavilə 2 üzrə müddətin bitməsini nəzərə alaraq, saxlanma üçün verilmiş avadanlıqların çıxarılmasını tələb etsə də, Murphy Şirkəti Müqavilə 2 üzrə qalıq borcuna dair Hesablama Aktı göndərək avadanlıqların akt imzalandığı və akt üzrə qalıq borc ödənildiyi halda avadanlığın çıxarılması mümkün olduğunu bildirmişdir. Beləliklə avadanlıqların çıxarılmasına icazə verilməməsini nəzərə alaraq və TEPAb 12.20.00 Müqaviləsinin A Əlavəsinin (“Logistikia Xidmətlərinin Göstərilməsi X2 Müddəaları”) 2-ci maddəsinin (“Anllayışlar”) “Bitmə Tarixi” anlayışının “b” bəndinəvə Müqavilə Müddəti” anlayışına əsasən Müqavilə TOTAL-a məxsus avadanlığın saxlanc yerindən götürüldüyü tarixə qədər qüvvədədir. Beləliklə, TOTAL-a məxsus avadanlıqlar hələ də həmin müqavilə üzrə müəyyən edilən saxlanc yerində qalmaqda davam etdiyi üçün (iddiaçı iddia ərizəsində özü də bu faktı təsdiq edir), birmənalı şəkildə TOTAL ilə Murpy arasında Müqavilə hal-hazırda qüvvədədir və həmin Müqavilə cari iş üzrə bilavasitə iddia predmetini təşkil edir. İddiaçı iddia ərizəsinin elə ilk cümləsindəcə bəyan edir ki, guya 1 dekabr 2017-ci il tarixindən etibarən Murphy-yə aid olan ərazini idarəçiliyə götürərək Murphy-nin müştərilərinə xidmət göstərir. Lakin iddiaçının başqa iki şəxs arasında olan müqavilədən doğan hüquq münasibətlərinin həmin müqaviələr üzrə olan müştərilərin razılığı olmadan yürütməyin hüquqi əsası yoxdur. Belə ki, TEPAb 12.20.00 Müqaviləsinin A Əlavəsinin (“Logistikia Xidmətlərinin Göstərilməsi X2 Müddəaları”) 6-cı maddəsinin (“İcraçının Öhdəlikləri”) 6.18-ci bəndinə əsasən, Murphy TOTAL-ın razılığı olmadan Müqaviləni tam və qismən digər şəxslərə ötürə və onun icrasını hər hansı subpodratçıya tapşıra bilməz. Eyni bənddə o da qeyd edilmişdir ki, nə bu cür ötürmə, nə də ki, subpodrat Murphy-ni Müqavilə üzrə öhdəlikləri yerinə yetirmək vəzifəsindən azad etmir. Eyni zamanda, hətta Müqavilənin ötürülməsi qanuni olsa idi belə, Müqavilənin bütün müddəaları eyni şəkildə yeni daxil olan tərəfə keçmiş hesab olunur. 1 dekabr 2017-ci tarixli müqavilə isə yalnız görünüş üçün bağlandığı üçün əhəmiyyətsizdir və heç bir hüquqi nəticə doğura bilməz. Məhkəmə kollegiyası hesab edir ki, ilk iddia əsassızdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İddia tələblərinin qanuni əsasının mümkün variantları isə Mülki Məcəllənin 386-cı maddəsində sadalanmışdır. Həmin maddədə öhdəliyin yaranmasının üç əsası göstərilmişdir ki, bu da müqavilə, zərər vurulması və əsassız varlanmadır. Öhdəliyin əmələ gəlməsinin digər əsasları isə ümumi şəkildə “bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində” göstərilir. Lakin hazırkı işdə həmin əsaslar müəyyən edilmir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, sifarişçi "xxxx" Şirkəti ilə icraçı "xxxx" MMC arasında TEPAb-12-20-00 nömrəli 15 noyabr 2012-ci il tarixli tender üsulu ilə udulmuş loqistika müqaviləsi bağlanılmış və müqavilə əsasında Murphy şirkəti Total Abşeron şirkətinə 24 saat mühafizə olunan və nəzarət-buraxılış məntəqəsi sistemi ilə təmin edilmiş gömrük zonasında yerləşən 2000 kv.m açıq anbar sahəsini kvadrat metrini $2.5 qiyməti ilə uzun müddətli icarəyə vermişdir. Göründüyü kimi iş materiallarında olan sənədlər əsasında yalnız "xxxx" MMC ilə "xxxx" Şirkəti arasında müqavilə münasibətlərinin mövcud olduğu sübut olunur. Hazırki İddiaçı MMC ilə "xxxx" Şirkəti arasında isə hər hansı müqavilə mövcud olmayıb və iddiaçı özü də sonuncu ilə hər hansı müqavilənin bağlanmadığını bildirir. Bununla belə iddiaçı bildirir ki, üçüncü şəxs «Murphy Şipping & Commercial Services Azərbaycan MMC» ilə bağladığı Təsərrüfat idarəçiliyi barədə müqavilə üzrə cavabdehdən pulu tələb etmək səlahiyyəti ona keçmişdir. İş materiallarında olan «Sifarişçi» «Murphy Şipping & Commercial Services Azərbaycan MMC» ilə «İcraçı» İddiaçı MMC-i ilə arasında bağlandığı gündən 10 il müddətinə qüvvədə olması müəyyən edilmiş 01.12.2017-ci il tarixli «Təsərrüfat idarəçiliyi barədə) müqavilədən görünür ki, təsərrüfat sahəsinin təsərrüfat idarəçilyinə götürərək həmin sahədə müştərilərə ödənişli razılaşdırılmış qiymətlərlə saxlanc və sahədəki yüklərin qaldırılması/yüklənməsi və s. xidmətləri göstərilməsini tərəflər öz aralarında razılaşdırmışlar. Kollegiya hesab edir ki, iddiaçının həmin dəlilləri əsassızdır. Belə ki, əvvəla həmin müqavilə sadəcə təsərrüfat idarəçiliyi haqqındadır və Mülki Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmuş tələbin güzəşti müqaviləsi deyildir. İkincisi, "xxxx" LTD MMC ilə "xxxx" Şirkəti arasında mövcud olan TEPAB-12-20-00 saylı, 15 noyabr 2012-ci il tarixli müqavilənin A Əlavəsinin (“Logistikia Xidmətlərinin Göstərilməsi X2 Müddəaları”) 6-cı maddəsinin (“İcraçının Öhdəlikləri”) 6.18-ci bəndinə əsasən, Murphy TOTAL-ın razılığı olmadan Müqaviləni tam və qismən digər şəxslərə ötürə və onun icrasını hər hansı subpodratçıya tapşıra bilməzdi. Eyni bənddə daha sonra qeyd edilmişdir ki, nə bu cür ötürmə, nə də ki, subpodrat Murphy-ni Müqavilə üzrə öhdəlikləri yerinə yetirmək vəzifəsindən azad etmir. Göründüyü kimi İddiaçı MMC-nin "xxxx" LTD MMC-nin tələbetmə hüququnun keçməsi üçün "xxxx" LTD MMC ilə "xxxx" Şirkəti arasında mövcud olan TEPAB-12-20-00 saylı, 15 noyabr 2012-ci il tarixli müqavilənin 6.18-ci bəndinə əsasən "xxxx" Şirkətinin müvafiq razılığı olmalı idi. Lakin, "xxxx" Şirkəti tərəfindən belə bir razılıq verilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının həmin dəlillərə istinad etməsi tamamilə əsassızdır. Bundan əlavə iddiaçı bildirir ki, cavabdehlə üçüncü şəxs arasında bağlanmış TEPAb 12-02-00 nömrəli müqavilənin müddəti 14.11.2017-ci il tarixdə bitmiş və bundan sonra iddiaçı ilə cavabdeh arasında avadanlığının saxlanması ilə bağlı de-fakto hüquq münasibətləri yaranmış və bu Mülki Məcəllənin 827-830-cu maddələri (anbarlarda saxlanc) ilə tənzimlənir. Buna görə də, iddiaçının həmin maddələrə istinadən ödəniş tələb etmək hüququ var. Kollegiya hesab edir ki, iddiaçının həmin dəlilləri də əsassızdır. Belə ki, "xxxx" LTD MMC ilə "xxxx" Şirkəti arasında mövcud olan TEPAB-12-20-00 saylı, 15 noyabr 2012-ci il tarixli müqavilənin A Əlavəsinin (“Logistika Xidmətlərinin Göstərilməsi X2 Müddəaları”) 2-ci maddəsinin (“Anlayışlar”) “Bitmə Tarixi” anlayışının “b” bəndinə və “Müqavilə Müddəti” anlayışına əsasən müqavilə TOTAL-a məxsus avadanlığın saxlanc yerindən götürüldüyü tarixə qədər qüvvədədir. Hazırki işin mübahisəsiz halıdır ki, TOTAL-a məxsus avadanlıqlar hələ də "xxxx" LTD MMC-yə icarə müqaviləsi əsasında ayrılmış və hazırda İddiaçı MMC-nin sahibliyində olan saxlanc yerindədir. Bu isə onu deməyə əsas verir ki, "xxxx" LTD MMC ilə "xxxx" Şirkəti arasında bağlanmış TEPAB-12-20-00 saylı, 15 noyabr 2012-ci il tarixli müqavilə hələ də qüvvədədir və sonuncuya məxsus avadanlıqlar məhz həmin müqavilə üzrə saxlanc yerində saxlanılır. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında hər hansı müqavilə bağlanmamışdır. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı müqavilə üzrə cavabdehdən ödəniş kimi və ya Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin pozulması nəticəsində zərər kimi pul vəsaiti tələb etməsi əsassızdır. Bundan başqa kollegiya qeyd edir ki, hazırki iddia tələbləri Mülki Məcəllənin 1092.1ci maddəsinə əsasən də təmin edilə bilməz. Belə ki, həmin maddənin tələblərinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan maddədə göstərilən “varlanmış şəxs” və “mərhum olan” anlayışları isə Mülki Məcəllənin 1091-ci maddəsində göstərilmişdir. Həmin maddənin tələblərinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (maddə 1091.1). Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (maddə 1091.2). Hazırkı iddia tələblərinin Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən təmin edilməsi üçün aşağıdakı halları müəyyən edilməlidir: iddiaçıya məxsus sahədə cavabdeh hüquqi əsas olmadan heç bir vəsait ödəmədən öz avadanlıqlarını saxlamış və bunun nəticəsində isə sonuncu əsassız varlanmışdır. Lakin hazırki işdə qeyd olunan hallar mövcud deyildir. Belə ki, yuxarıda qeyd olunanlara əsasən müəyyən olundu ki, cavabdehə məxsus həmin avadanlıqlar "xxxx" MMC ilə bağlanmış və hal-hazırda da qüvvədə olan müqavilə əsasında sonuncunun saxlanc yerində yerləşdirilmişdir. Göründüyü kimi cavabdehin avadanlıqlarının həmin sahədə yerləşdirilməsinin və hazırda da saxlanmasının müqavilə əsası mövcüddur. Həmin saxlanmaya görə hər hansı pul vəsaitinin ödənilib-ödənilməməsi isə hazırki mübahisənin predmeti deyildir. Çünki həmin tələblə yalnız müqavilə tərəfi olan "xxxx" MMC çıxış edə bilər. Hazırda isə o, iddiaçı deyil, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. Bu baxımdan kollegiya hesab edir ki, hazırki iddia tələbi həmin əsasla da təmin edilə bilməz. Həmçinin kollegiya qeyd edir ki, iddia tələblərinin qanuni əsası kimi Mülki Məcəllənin 21.2, 1096, 1097.1-ci maddələri götürüldüyü halda da iddia təmin edilə bilməz. Belə ki, həmin maddələrin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir. Çünki cavabdeh tərəfindən hər hansı qanunsuz hərəkətlərin edilməsi qənaətinə gəlmək üçün əsaslar mövcud deyil. Qarşılıqlı iddiaya dair kollegiya hesab edir ki, həmin iddia avadanlıqların geri qaytarılması hissəsində əsaslıdır. Belə ki, həmin tələblərin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər, Hazırki işdə də həmin maddənin dispozitiv şərtləri mövcuddur. Belə ki, "xxxx" Şirkətinə məxsus avadanlıqların hazırda İddiaçı MMC-nin sahibliyində olması işin mübahisəsiz halıdır. Eyni zamanda həmin sahiblik qanunsuzdur. Çünki məhz həmin tərəflər arasında hər hansı saxlanc, icarə və ya digər tipli müqavilə mövcud deyildir. O cümlədən "xxxx" Şirkəti öz əmlakını saxlamaq və ya sair formada onun üzərindən sahibliyi həyata keçirmək üçün İddiaçı MMC-yə hər hansı səlahiyyət verməmişdir. Ona görə də kollegiya hesab edir ki, "xxxx" Şirkəti TEPAB-12-20-00 saylı, 15 noyabr 2012-ci il tarixində qüvvəyə minən müqavilə üzrə Murphy şirkətinə saxlanca verilmiş avadanlıqların İddiaçı MMC-nin qanunsuz sahibliyindən geri alınaraq “Total E&P Absheron B.V.” ("xxxx") Şirkətinə verilməsini tələb etməkdə haqlıdır və birinci instansiya məhkəməsi də düzgün olaraq həmin nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-36/2021 nömrəli kommersiya mübahisəsi üzrə qəbul etdiyi 08.05.2021-ci il tarixli qətnaməsi ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-183/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-183/2022
15.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver