Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-185/2024 17.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Hüseyn Aida Əli qızı və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "İddiaçıuns" MMC-nin cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC və Cavabdeh3 qarşı əsas kredit müqaviləsi üzrə əsas borcun, kredit borcuna görə hesablanmış faiz və dəbbə pulunun (cərimənin) ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 310/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021ci il tarixli borc müqaviləsi və həmin müqaviləyə dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli sazişə əsasən “İddiaçı” MMC ümumilikdə 250000 ABŞ dolları məbləğində borc verməyi, Cavabdeh1 MMC isə həmin borc məbləğini və ona hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda həmin borc məbləğinin təminat olaraq “İddiaçı” MMC, Cavabdeh1 MMC və “D.X1” MMC arasında xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi və həmin zaminlik müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli saziş bağlanmışdır. “İddiaçı” MMC tərəfindən müqavilə üzrə öhdəliklər tam icra olunsa da, lakin Cavabdeh1 MMC tərəfindən öhdəliklər hələ də icra olunmamışdır. Yəni müqavilə üzrə Cavabdeh1 MMCyə verilmiş borc və ona hesablanmış faizlər ödənilməmişdir. Belə ki, hal-hazırda müqavilə üzrə borc aşağıdakı kimidir: əsas borc: 250000 ABŞ dolları (müqavilənin 1.1-ci bəndi); əsas borca hesablanmış faiz(illik 7%): 25180.82 ABŞ dolları (müqavilənin 2.2-ci bəndi); ödənişin gecikdirilməsinə görə cərimə faizi (illik 17%): 21047.95 ABŞ dolları (müqavilənin 6.2-ci bəndi); Cəmi: 296228,77 ABŞ dolları. Bununla bağlı olaraq cavabdehə borc müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə dair xx.xx.2022-ci il tarixdə pretenziya göndərilmiş və borc ödənilmədikdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin pretenziyada göstərilən müddətin keçməsinə baxmayaraq həmin məbləğ hələ də ödənilməmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-310/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC və Cavabdeh3 müştərək qaydada 250000 ABŞ dolları əsas borc və 22954,17 ABŞ dolları faiz borcu, 7045,83 ABŞ dolları cərimə cəmi 280000 ABŞ dolları iddiaçı “İddiaçı”a ödənilməsi, məhkəmə mühasibatlıq ekspertizası ilə bağlı olan 100 manat məbləğində xərcin 94,52 manatı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC və Cavabdeh3 müştərək qaydada, 5,48 manatı isə İddiaçıdan alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə, ödənilmiş 394 manat məbləğində dövlət rüsumunun 372,40 manatı cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 MMC və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçıa ödənilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-310/2023 nömrəli qətnaməsi cavabdehlərdən 22,954.17 ABŞ dolları məbləğində faiz borcunun iddiaçının xeyrinə tutularaq ödənilməsi hissəsində ləğv edərək həmin hissədə, qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdehlərdən 17,141.52 ABŞ dolları məbləğində faiz borcunun iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-2(103)-1142/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilərək işə baxılması xx.xx.2024-cü il tarixə təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı məhkəməyə apellyasiya şikayətindən imtina barədə ərizə təqdim edərək ərizənin təmin edilməsini, iş üzrə apellyasiya icraatına xitam verilməsini və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun ərizəyə əlavə edilən bank hesabına geri qaytarılması xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmiş, cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının ərizəsinə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apelyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apelyasiya şikayəti verən şəxs apelyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apelyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apelyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "İddiaçıuns" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş şikayətdən imtina qəbul edilməli və apelyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405-ci maddələrini rəhbər tutaraq, qərаrааldı: İddiaçı "İddiaçıuns" MMC-nin apellyasiya şikayətindən imtinası qəbul edilsin. Apellyasiya icraatına xitam verilsin. "İddiaçıuns" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə (Qəbz № **********) ödənilmiş 400 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya (Hesablaşma hesabı: AZ71AİİB********************) qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Azərbaycan Respublikası Ali Məhkəməsinə Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-185/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-185/2024
17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver