Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-187/2020 25.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əhmədov İlham Bayram oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X1 ibаrət tərkibdə; Məhkəmə iclas katibi Abdullayev Hacıağa Rövşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə; İddiaçı Nümayəndə Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-646/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Nümayəndə MMC-nin Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 63.720,57 manat ödənilməmiş borc, gecikdirilmiş müddət üçün 6372 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 70.122,57 manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)-646/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh MMC-dən 63.720,57 manat borc, 5033,93 manat cərimə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 68.784,50 manat pulun tutularaq Nümayəndə MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-646/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Cavabdeh MMC-nin adından X8 tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-646/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan X8 şikayət verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-646/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti əsassız olaraq geri qaytarılmış və pozulmuş hüquqların bərpasına imkan verilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(82)-646/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında izahat verən iddiaçının nümayəndəsi Nurlan Kərimli şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyərək, şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-646/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, X4 şikayəti isə təmin edilməməlidir. Belə ki, iş üzrə cavabdeh qismində hüquqi şəxs Cavabdeh MMC göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 73.4-ci maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. MPM-nin 267.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 363.1.1-ci maddəsinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İş materiallarından müəyyən edilir ki, Cavabdeh MMC-nin direktoru X3r. X5 etibarnamə hüquqi şəxs Cavabdeh MMC-nin adından yox, fiziki şəxs X6 tərəfindən verilmişdir (səh. 52). Azərbyacan Respublikası Mülki Məcəlləsinin 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Həmin Məcəllənin 362.5-ci maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya nizamnaməsi ilə buna vəkil edilmiş digər şəxsin imzası ilə, həmin təşkilatın möhürü vurulmaqla verilir. Məhkəmə kollegiyası qeyd edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin e-2-2(82)- 646/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən şikayət Cavabdeh MMC-nin adından onu imzalamağa hüququ olmayan şəxs X9 tərəfindən verilmişdir. MPM-nin 363.2-ci maddəsinə uyğun olaraq apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(82)-646/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, cavabdehin şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 363, 366, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-646/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxanılsın. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qərardaddan çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İlham Əhmədov
Məhkəmə qərarları › İş №2-2(103)-187/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-187/2020
25.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver