Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-187/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar söz: ödənilmiş vəsaitin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “ödənilmiş vəsaitin geri qaytarılması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-924/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Cavabdeh tərəfindən tərtib edilmiş qeyri-əhali qaz sayğacının yoxlanması haqqında xx.xx.2020-ci il tarixli, 29/1640-00497 nömrəli aktda qeyd edilmişdir ki, Dövlət Yoxlamasına aparılmış Xəzər rayon Xidmət sahəsinin Fiziki şəxs F.Əsgərovaya məxsus qaz xətti üzərində quraşdırılmış G100 markalı 80101329 nömrəli turbin tipli "Elster" qaz sayğacı xx.xx.2020-ci il tarixində xətdən çıxarılmış (Forma-2 Nº9018222), xx.xx.2020-ci il tarixində Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın daxili çirklidir. Göstəricilər arasında fərq var. xx.xx.2019-xx.xx.2020-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=1.18 bar, Pbaza 1.01325, Tbaza=20C. Korreksiya olunmuş maksimal qaz həcmi 9 m³ korreksiya olunmamış qaz həcmi 8 m³ qeydə alınmışdır. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. İmpuls ötürücünün şteykerinin nasazlığı səbəbindən elektron göstərici V₁ mexaniki göstəricidən 76670 m³ azdır. Şteyker yenisi ilə əvəz edildi, yoxlanıldı, işləyir.
2. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, iddiaçının istifadəsində olan qaz sayğacları vasitəsilə sərf olunmuş təbii qaza görə 19576,4 manat olmaqla, ümumilikdə xx.xx.2020-ciil tarixinə qeyri-yaşayış sahəsinin hesab kodunda 37670,60 manat borcu mövcud olduğu bildirilmiş və tərəfindən ödənilməsi tələb edilmişdir.
3. Cavabdeh İB tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 16 saylı Vəkil Bürosuna ünvanlanmış xx.xx.2021-ci il tarixli sorğuya cavabda qeyd edilmişdir ki, fiziki şəxs İddiaçı (abonent kodu: **********00003) təbii qaz istehlakçısı kimi xx.xx.2020-ci il tarixdən "Azəriqaz” İB-nin abonentlərin uçotu bazasında qeydiyyatdadır, istifadə etdiyi təbii qazın sərfiyyatına görə 58832,99 manat (o cümlədən xx.xx.2021-ci il tarixində 36520 manat edilən ödəniş daxil olmaqla) ödəniş etmişdir və xx.xx.2021-ci il tarixə borcu 5425,81 manat təşkil edir.
4. 29.02.2024-cü tarixli abonentin saldosundan müəyyən olunur ki, İddiaçı qeyd edilən tarixə ümumilikdə borcu 12565,42 manat (sayğac oxunması: 200128,24 manat + aktlar: 18094,20 manat – ödəmələr: 205657,02 manat = son borc: 12565,42 manat) təşkil edir. Eləcə də, sözügedən abonentin saldosundan görünür ki, 2020-ci ilin mart ayında akt üzrə 18094,20 manat məbləğində borc hesablanmışdır. 2021-ci ilin aprel ayında isə 36520 manat məbləğində ödəniş edilmiş və akt üzrə hesablanmış borc məbləği ödənilmişdir.
5. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək, 2020-ci ilin mart ayı üzrə qaz sərfiyyatına görə cavabdeh orqan tərəfindən əsassız hesablanaraq iddiaçıdan alınmış 18094,20 manat pul vəsaitinin geri qaytarılması xahiş olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "Azəriqaz" İB tərəfindən tərtib edilmiş 30 mart 2020-ci il tarixli, ******* saylı qanunsuz akta əsasən həmin ilin mart ayı üzrə qaz sərfiyyatına görə cavabdeh tərəfindən əsassız hesablanaraq iddiaçıdan alınmış 18094,20 manat pul vəsaiti və 210 manat mediasiya (rüsum) xərcinin əvəzinin cavabdehdən alınaraq İddiaçı geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, **********00003 saylı abonent İddiaçı (kommersiya) abonent saldosundan görünür ki, abonentə məxsus obyektə xidmət edən Elster G-100 RVG EK-90 tipli 75019297 saylı qaz sayğacı xx.xx.2020-ci il tarixdə quraşdırılmışdır. 2020-ci ilin fevral ayına abonentin qazdan istifadəyə görə borcu olmamışdır. 2021-ci ilin yanvar ayının əvvəlinə isə abonentin borcu 36515,01 manat təşkil etmişdir. Həmin borcun 18094 manat hissəsi 2020-ci ilin mart ayında tərtib edilmiş akt əsasında hesablanmışdır. İddiaçı hazırkı iddia tələbindən öncə artıq bir dəfə Bakı Kommersiya Məhkəməsində Cavabdeh İB-yə qarşı vaxtilə iddia irəli sürərək, 30 mart 2020-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi, əsassız borcun silinməsi və yenidən hesablanmasını xahiş etmişdir. Hətta o, həmin iş üzrə iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək Cavabdeh İB tərəfindən qeyri-yaşayış sahəsinə qazın verilməsinin dayandırılmamasını xahiş etmiş və iddianın təmini tədbiri barədə həmin məhkəmə tərəfindən xx.xx.2021-ci il tarixli e-2-2(113)-1863 saylı qərardad qəbul edilmiş, lakin Cavabdeh İB həmin qərardadın icrasını vaxtında icra etməmişdir. Ona görə də İddiaçı məsələnin uzandığını görüb, yəni qeyri-yaşayış sahəsinə qazın verilməsi tez bərpa olunsun deyə, cavabdehin həmin vaxtı tələb etdiyi bütün ödənişi həyata keçirərək, bundan sonra həmin iddia ərizəsini geri götürmüş və məhkəmə qərardadına əsasən e-2-2(113)- 1863 saylı iş baxılmamış saxlanılmışdır. Ümumilikdə İddiaçı həmin vaxt Cavabdeh İB-yə 36520 (otuz altı min beş yüz iyirmi) manat məbləğində pul vəsaiti ödəmiş, həmin məbləğdən 18094 manat hissə 2020-ci ilin mart ayında tərtib edilmiş akt əsasında yaranmış borc olmuşdur. Həmin borc “Qazdan istifadə qaydaları”nın pozulması barədə akta əsasən hesablanıbdır və iddiaçı bu hesablama ilə hazırda da razı deyil. Belə ki, abonent İddiaçı (kommersiya) abonent saldosundan görünür ki, abonentə məxsus obyektə xidmət edən Elster G-100 RVG EK-90 tipli 75019297 saylı qaz sayğacı xx.xx.2020-ci il tarixdə quraşdırılmış və 2020-ci ilin fevral ayının əvvəlinə abonentin qazdan istifadəyə görə bir manat belə borcu olmamışdır. Həmin ilin fevral ayının sonuna və mart ayının əvvəlinə isə borc 2063,80 manat təşkil etmiş və daha sonra heç bir əsaslı səbəb olmadan həmin abonentə əsassız olaraq 2020-ci ilin mart ayında müvafiq akt əsasında 18094,20 manat məbləğində qaz sərfiyyatına görə borc yazılmışdır. Hesab edir ki, Cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin istehsalat sahəsində aparılmış yoxlamanın nəticəsi olan həmin aktın tərtib edilməsi qaydası pozulmuşdur. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.6, 4.7, 4.8, 4.9-cü bəndlərinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448-ci maddəsinə istinad etmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-924/2024 nömrəli qətnaməsi ilə (hakim Zeynəb Axundova) iddia təmin edilmişdir.
9. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri mövcud olmuş, iddiaçıya məxsus obyekt cavabdeh tərəfindən təbii qazla təchiz edilmiş, iddiaçı təbii qazdan istifadə etmiş, sərfiyyata uyğun məbləğlər hesablanmış və iddiaçı tərəfindən müvafiq ödənişlər həyata keçirilmişdir. Qaz sayğacı abonentə məxsus obyektdə xx.xx.2020-ci il tarixdə quraşdırılmış və həmin vaxta abonentin qazdan istifadəyə görə borcu olmamışdır. 2021-ci ilin yanvar ayının əvvəlinə abonentin cəmi borcu 36515,01 manat təşkil etmiş, həmin borcun 18094 manat hissəsi 2020-ci ilin mart ayında tərtib edilmiş akt əsasında hesablanmışdır. Belə ki, abonentə məxsus qaz sayğacı çıxarılaraq yoxlamaya aparılmış, sayğaca baxış keçirilmişdir. Qeyd olunmuşdur ki, göstəricilər arasında fərq var. xx.xx.2019-xx.xx.2020-ci il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=1.18 bar, Pbaza 1.01325, Tbaza=20C. Korreksiya olunmuş maksimal qaz həcmi 9 m³ korreksiya olunmamış qaz həcmi 8 m³ qeydə alınmışdır. Temperatur və təzyiq çeviriciləri normaldır. İmpuls ötürücünün şteykerinin nasazlığı səbəbindən elektron göstərici V₁ mexaniki göstəricidən 76670 m³ azdır. Bundan sonra 30 mart 2020-ci il tarixdə akt tərtib olunaraq iddiaçıya 18094,20 manat borc hesablanmışdır. Həmin məbləğ cavabdeh tərəfindən ödənilmişdir. İddiaçı ödənişin həyata keçirilməsinin səbəbi kimi onu göstərmişdir ki, həmin vaxt qeyriyaşayış sahəsinə qazın verilməsi dayandırılmış və qazın verilməsi tez bərpa olunsun deyə, cavabdehin həmin vaxt tələb etdiyi bütün ödənişi həyata keçirmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən keçirilmiş yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl edilməmiş, aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz olduğu üçün həmin məbləğ cavabdehdən tutula bilməzdi.
11. Məhkəmə həmçinin qeyd etmişdir ki, abonent saldosuna nəzər saldıqda görünür ki, 2020-ci ilin mart ayı üçün iddiaçının sayğac göstəricilərinə əsasən 8597,80 manat məbləğində qaz sərfiyyatı olmuş və həmin ay üçün ona əlavə olaraq akt əsasında 18094 manat borc hesablanmışdır. Halbuki, abonent saldosundan görünür ki, aylar üzrə müqayisə etdikdə 2020-ci ilin aprel ayı üzrə sərfiyyat 2793 manat, 2020-ci ilin noyabr ayı 2345,20 manat, dekabr ayı 7716 manat, 2021-ci ilin yanvar ayı üzrə sərfiyyat 3783,20 manat, 2022-ci ilin yanvar ayı üzrə sərfiyyat 8801,54 manat, mart ayı 10561,10 manat və s. olmuşdur, yəni digər aylar üzrə iddiaçının sayğac göstəricilərinə əsasən 2020-ci ilin mart ayında sərf etdiyi 8597,80 manat məbləğ arasında nəzərə çarpacaq dərəcədə fərqlər olmamışdır. Belə olan təqdirdə 2020-ci ilin mart ayı üçün akt əsasında iddiaçıya əlavə olaraq 18094,20 manat borcun hesablanması qaydası, hüquqi əsaslarına dair qaneedici izah verilməmiş, sübutlar məhkəməyə təqdim edilməmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki birinci icraat
a) Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-924/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya mübahisələndirilən borc məbləği xx.xx.2020-ci il tarixli, ******* saylı aktla sırf qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır. İşin hallarından görünür, ki Cavabdeh İB nə sayğaca müdaxilə nədə ki qanunsuz istifadə halı ilə bağlı borc hesablamamışdır. İş materiallarından göründüyü kimi cavabdeh tərəf iddia tələbinə dair etirazı ilə bağlı kifayət qədər sübutlar təqdim edilmişdir. Məhkəmənin gəldiyi nəticə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.11-2 bəndlərinin tələblərinə ziddir. Belə ki, tərəfimizdən tərtib edilmiş akt nə sayğaca müdaxilə, nədə ki qanunsuz istifadə halı ilə bağlı deyildir. xx.xx.2020-ci il tarixdə iddiaçının istifadəsində olan Elster G-100 markalı, 80101329 nömrəli qaz sayğacı çıxarılaraq laboratoriya müayinəsin göndərilmişdir. Laboratoriya müayinəsi zamanı qaz sayğacının 76670 m qaz həcminin elektron hissədə qeydə alınmadığı müəyyən edilmişdir. Yəni son göstəricilər sayğac çıxarıldıqdan sonra oxunmuş və istehlakçının qaz hesabına işlənmişdir. Materiallardan da göründüyü kimi hesablanmış borc sırf sayğac göstəricilərinə əsasən müəyyən olunmuşdur. Borcun sayğac göstəricisinə əsasən hesablanması ilə iddiaçı razılaşaraq onu tam ödəmişdir. Birinci instansiya məhkəməsi bu hallara düzgün qiymət verməmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 iyul tarixli 2-2(103)-667/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən – V.Baxışova, hakimlər – R.Qurbanov və Z.Şirinov).
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçıya yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirilmiş yoxlama nəticəsində qəbul edilmiş 2020-ci il 30 mart tarixli ******* saylı akt əsasında sayğacın sərfiyyatı düzgün qeydə almaması əsası ilə 18.094,20 manat borc hesablanmış, qaz təchizatının dayandırılmaması üçün iddiaçı bu borcu ödəmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən keçirilmiş yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadığı üçün hüquqi nəticəsi olmadığından, o cümlədən Qaydaların 5.2-ci bəndinə əsasən istehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsinin tələb edilməsi qanunsuz olduğundan iddiaçı tərəfindən ödənilmiş 18.094,20 manat MM-nin 1091-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
16. Gəldiyi nəticəni apellyasiya instansiya məhkəməsi MM-in 1091.1, 1091.2-ci maddələrinə, Qaydaların 5.2-ci bəndinə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2011ci il 15 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4-cü bəndinə istinadla əsaslandırmışdır.
Kassasiya instansiyasi məhkəməsindəki icraat
a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh kassasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilərək, işin yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndi üzrə - Cavabdeh § 1-də göstərilənlərə istinadən qeyd edir ki, iddiaçıya məxsus müəssisədə istismarda olan qaz sayğacının qeydə almadığı qaz sərfi arxiv məlumatlarına əsasən hesablanaraq 18.094,20 manat borc iddiaçının hesabında qeydə alınmışdır. Həmin məbləğ cavabdeh tərəfindən ödənilmişdir. Cavabdeh sayğaca müdaxilə və ya qanunsuz istifadə halı ilə bağlı borc hesablamamışdır. Məhkəmənin gəldiyi nəticə Qaydaların 2.11-2-ci maddəsinin tələblərinə ziddir. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş akt nə sayğaca müdaxilə, nə də ki qanunsuz istifadə halı ilə bağlıdır. Cavabdeh bildirir ki, iddiaçıya məxsus müəssisədə heç bir yoxlama keçirilməmişdir. Məhkəmə əsassız olaraq qaz sayğacının arxiv yaddaşına əsasən aparılmış hesabatı yoxlama kimi qiymətləndirmiş, cavabdehin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında“ Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması barədə səhv qənaətə gəlmiş və 18.094,20 manat pulun iddiaçıya geri qaytarılması barədə qərar qəbul etmişdir. Qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətlər Qaydalarla tənzimlənir və onun 1.3-cü bəndinə görə, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Apellyasiya məhkəməsi hazırkı mübahisələndirilən qətnamədə MM-in 1091.1, 1091.2-ci maddələrini tətbiq etsə də, MM-in 1095-ci maddəsini tətbiq etməmişdir. Mübahisələndirilən məhkəmə qətnamələrindən belə müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçıya məxsus müəssisəyə 2020-ci ilin mart ayında əsassız olaraq 18.094,20.manat borc hesablanmış və iddiaçı tərəfindən qeyd olunan borc 2021-ci ilin aprel ayında tam olaraq ödənilmişdir. Qeyd olunan ödəniş abonentin saldosunda öz əksini tapır. Mübahisələndirilən məhkəmə qətnamələrindən belə müəyyən olunur ki, cavabdeh 2021-ci ilin aprel ayında 18.094,20 manat əsassız olaraq varlanmışdır. İddiaçı qeyd olunan akt əsasında hesablanmış 18.094,20 manat borcla bağlı məlumatlı olmuş və hətta onu məhkəmə qaydasında mübahisələndirmişdir. Lakin sonradan iddia ərizəsini geri götürmüş və məhkəmə qərardadına əsasən e-2-2(113)-1863 saylı iş baxılmamış saxlanılmışdır. Sonradan iddiaçı 2024-cü il 10 yanvar tarixində əsassız olaraq ödənilmiş 18.094,20 manat borcun geri qaytarılması ilə bağlı cavabdehə qarşı iddia tələb ilə məhkəməyə müraciət etmişdir. Yəni, MM-in 1095-ci maddəsinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Lakin birinci instansiya və apellyasiya məhkəmələri hazırkı mübahisə ilə bağlı qeyd olunan pul məbləğinin (əsassız varlanma ilə bağlı) tələb olunma üçün qanunvericiliklə müəyyən olunmuş müddətin iddiaçı tərəfindən ötürülməsini nəzərə almamış, MM-in 1095-ci maddəsini tətbiq etməli olduqları halda tətbiq etməmişdir. Cavabdeh qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 386-cı maddəsinin tələblərinin pozulmuşdur.
19. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-2(102)-630/2024 nömrəli Qərarına əsasən Cavabdeh kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 17 iyul tarixli 2-2(103)-667/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.
20. Məhkəmə qeyd etmişdir ki, Qaydaların 4.9 və 5.4-cü bəndlərinin (bax § 27) məzmunundan aydın olur ki, qaz sayğacı istehlakçının təqsiri olmadan zədələndiyi halda qaz paylayıcısı tərəfindən həmin sayğacın təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması həyata keçirilməli, qaz sayğacları qaz paylayıcısı tərəfindən çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmamalı və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılmalıdır.
21. Beləliklə, Qaydaların tələblərinə əsasən, qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə istehlakçının sərf etdiyi qazın həcmi və dəyəri müvafiq qaydada hesablanmalıdır. Yəni, sözügedən dövr üzrə Qaydaların tələblərinə uyğun şəkildə hesablanmış borcun tələb edilməsi qaz paylayıcı müəssisənin haqqıdır. Ona görə də bu səbəbdən tərtib edilmiş aktın yoxlama aktı, yəni istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulmasına görə tərtib edilmiş akt kimi qiymətləndirilməsi düzgün deyildir. Əks yanaşma, istehlakçının müvafiq dövrdə faktiki sərf etdiyi qazdan əvəzsiz yararlanaraq əsassız varlanmasına, bu səbəbdən də qaz təchizatçısına zərər dəyməsinə səbəb ola bilər.
22. Hazırkı halda da yuxarıda qeyd olunduğu kimi, borcun bir hissəsinin iddiaçı tərəfindən məhz qaz sayğacının olmadığı və ya işləmədiyi müddət (2020-ci ilin mart ayı) üzrə hesablandığı görünür.
23. Belə olan halda, məhkəmə həmin borcun düzgün, yəni Qaydaların tələblərinə uyğun şəkildə hesablanıb-hesablanmadığına qiymət verməli, düzgün hesablanmadığı təqdirdə isə, məhkəmə həmin borcu (özü və ya ekspert rəyi ilə) Qaydalara uyğun olaraq müəyyən etməli idi.
24. Apellyasiya instansiyası məhkəməsi isə hüququn tətbiqində səhvə yol verərək mübahisəli borcu yoxlamaların vahid məlumat reyestrində qeydə alınmayan yoxlama aktı əsasında hesablanan qanunsuz borc kimi qiymətləndirmiş, lakin müvafiq dövrdə iddiaçının faktiki qaz istehlak etdiyini nəzərə almamışdır.
Apellyasiya instansiyasi məhkəməsindəki ikinci icraat
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Mülki Məcəlləsi
1091.1-ci maddə-əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddə-əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
29. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
30. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-924/2024 nömrəli qətnaməsi ləğv edilməlidir.
31. İşin hallarından görünür ki, iddiaçı fərdi sahibkar İddiaçı 30 mart 2020-ci il tarixli, ******* saylı akt əsasında sayğacın sərfiyyatı düzgün qeydə almaması əsası ilə 18094,20 manat borc hesablanmış, qaz təchizatının dayandırılmaması üçün iddiaçı bu borcu ödəmişdir.
32. Məhkəmə kollegiyası kasssasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı halda borcun bir hissəsinin iddiaçı tərəfindən məhz qaz sayğacının olmadığı və ya işləmədiyi müddət (2020-ci ilin mart ayı) üzrə hesablandığı görünür.
33. Belə olan halda, məhkəmə həmin borcun düzgün, yəni Qaydaların tələblərinə uyğun şəkildə hesablanıb-hesablanmadığına qiymət verməli, düzgün hesablanmadığı təqdirdə isə, məhkəmə həmin borcu (özü və ya ekspert rəyi ilə) Qaydalara uyğun olaraq müəyyən etməlidir.
34. Hazırki halda məhkəmə kollegiyası həmin borcu Qaydalara uyğun olaraq özü müəyyən edərək qeyd edir ki, “Qazdan istifadə Qaydaları”nın 5.4-cü maddəsinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qeyd olunan Qaydalara əsasən hesablama aparan məhkəmə qeyd edir ki, sayğac xx.xx.2020-ci il tarixdə çıxarılmış və xx.xx.2020-ci il tarixdə yenidən quraşdırılmışdır. İş materiallarında olan saldoya əsasən 2020-ci ilin fevral ayı üçün 2063,80 manat məbləğində sərfiyyat olduğu üçün, 2020-ci ilin mart ayı üzrə hesablamanı aparmaq üçün fevral ayı üzrə orta gündəlik sərfi müəyyən etmək lazımdır. Belə olan halda məhkəmə qeyd edir ki, 2020-ci ilin fevral ayı üçün orta gündəlik sərf 71,16 manat təşkil etdiyindən (2063,8/29=71,16), sayğacının olmadığı və ya işləmədiyi müddət (2020-ci ilin mart ayı) üzrə hesablanan məbləğ 2348,28 manat (27,28,29 fevral və 1-30 mart tarixləri üzrə 71,16x33 gün=2348,28 manat) təşkil edəcəkdir. Odur ki, həmin məbləğ tələb olunan 18094,20 manat məbləğdən çıxılmalı və 15.745,92 manat məbləğində pul iddiaçıya qaytarılmalıdır.
35. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir.
36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyasırəhbər tutaraq,
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-924/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli, ******* akt əsasında İddiaçı alınmış 15.745,92 (on beş min yeddi yüz qırx beş manat doxsan iki qəpik) manat məbləğində pul İddiaçı qaytarılsın. Cavabdehndən 210 (iki yüz on) manat mediasiya xərci İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4 (dörd) manat məbləğində pul İddiaçı tutularaq Cavabdehnə ödənilsin. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 69 (altmış doqquz) manat dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.