Məhkəmə qərarları › İş №2-2(103)-188/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-188/2020

25.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-188/2020 25.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əhmədov İlham Bayram oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X2 ibаrət tərkibdə; Məhkəmə iclas katibi Abdullayev Hacıağa Rövşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə; İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğv edilməsi, qabaqcadan həyata keçirilmiş ödənişlər üzrə qalıqların qaytarılması və cərimənin ödənilməsi” dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)- 1042/2018 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə dair işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, “tərəflər arasında xx.xx.2016cı il tarixdə bağlanmış 231 nömrəli satınalma müqaviləsinin ləğv edilməsi, cavabdehin üzərinə xx.xx.2016-cı il tarixli 231 nömrəli satınalma müqaviləsinin icrası üçün hesablaşma hesabına qabaqcadan ödənilmiş məbləğin – 2 250 000 manat və cərimə məbləğinin 225 000 manat, cəmi 2 475 000 manat məbləğində pul vəsaitinin Müdafiə Nazirliyinin hesablaşma hesabına köçürülməsi vəzifəsinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1042/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixliqətnaməsi ilə iddia təmin edilərək, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdeh MMC qarşı tərəflər arasında xx.xx.2016-cı il tarixdə bağlanmış 231 nömrəli satınalma müqaviləsinin ləğv edilməsi, Cavabdeh MMC-nin üzərinə xx.xx.2016-cı il tarixli 231 nömrəli satınalma müqavilənin icrası üçün hesablaşma hesabına qabaqçadan ödənilmiş məbləğin – 2.250.000 manat və cərimə məbləğinin – 225.000 manat, cəmi 2.475.000 manat məbləğində pul vəsaitinin Müdafiə Nazirliyinin hesablaşma hesabına köçürülməsi vəzifəsinin Cavabdeh MMC üzərinə qoyulması, 30 manat dövlət rüsumunun Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1042/2018 saylı xx xxxxxx 2018-ci il tarixliqətnaməsi xx.xx.2019-cu il tarixdə icraya yönəldilmişdir. xx.xx.2019-cu il tarixdə həmin qətnamədən Cavabdeh MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1042/2018 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdeh tərəfindən apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilmədiyinə görə apellyasiya şikayəti geri qaytarılmışdır. Daha sonra cavabdehin nümayəndəsi F.Mehrəliyev məhkəməyə vəsatət verərək, 2-2(82)- 1042/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1042/2018 saylı xx xxxxxx 2019-cu il tarixli qəradadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin2-2(82)-1042/2018 saylı xx xxxxxx 2018-ci tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə cavabdehin nümayəndəsi tərəfindən verilmiş vəsatət təmin edilmiş, apellyasiya şikayəti işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi həmin qəradaddan şikayət verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1042/2018 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. Mülki iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya məhkəməsinə göndərilmişdir. Bakı Kommersiya Məhkəməsinin 2-2(82)-1042/2018 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayət onunla əsaslandırılmışdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)- 1042/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, tərəflər arasında xx.xx.2016-cı il tarixdə bağlanmış 231 nömrəli satınalma müqaviləsinin ləğv edilməsi, xx.xx.2016-cı cı il tarixli 231 nömrəli satınalma müqaviləsinin icrası üçün hesablaşma hesabına qabaqcadan ödənilmiş 2.250.000 manat və 225 000 manat cərimə, cəmi 2.475.000 manat məbləğində pul vəsaitinin AR Müdafiə Nazirliyinin hesablaşma hesabına köçürülməsi vəzifəsinin Cavabdeh MMC-nin üzərinə qoyulması, 30 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, qətnamənin surəti həmin tarixli məktubla Cavabdeh MMC-yə göndərilmişdir. Cavabdehə göndərilmiş məhkəmə qətnaməsi “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarıldığına görə, qətnamə xx.xx.2019-cu il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Cavabdehin müraciəti əsasında qətnamənin surəti xx.xx.2019-cu ildə tarixli məktubla cavabdehə göndərilmiş, poçt xəbərnaməsinə əsasən 04.11,2019-cu il tarixdə təhvil alınmış, həmin qətnamədən verilmiş apellyasiya şikayəti xx.xx.2019-cu il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatəti əlavə etmədiyinə görə, məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Qəbul edilmiş qərardaddan və qətnamə üzrə aparılan sənədləşmədən də görünür ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(82)-1042/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi rəsmi olaraq Cavabdeh MMC-nin məhkəməyə məlum olan sonuncu ünvanına göndərilmişdir. Həmçinin cavabdeh barəsində məhkəmə icraatında iqtisadi işin aparılmasından da məlumatı olmuşdur. Bunlara baxmayaraq, görünür ki, MMC-nin nümayəndələri cavabdeh qismində cəlb olunduqları iqtisadi işin nəticələri barədə məlumat almaq marağında olmamış və ya bundan yayınaraq yekun qətnaməni məhkəmədən götürməmişdirlər. Həmin qətnamə xx.xx.2019-cu il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Bakı şəhər Nərimanov rayon İcra və probasiya şöbəsinin icra məmuru icraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərar qəbul edərək sözügedən qətnamə üzrə icra prosedurlarına başlamışdır. Apellyasiya baxışı zamanı izahat verən iddiaçının nümayəndəsi Niyaməddin Səfərliyev şikayəti müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı izahat verən cavabdehin nümayəndəsi və vəkili Emil Nuriyev şikayətə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, iş materiallarından da göründüyü kimi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1042/2018 saylı iş üzrə xx xxxxxx 2018-ci il tarixli qətnaməsi iş üzrə tərəflərə göndərilmiş, məhkəmə xəbərnaməsinə əsasən iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə xx xxxx 2019-cu il də rəsmi qaydada alsa da, cavabdehə göndərilmiş məhkəmə zərfi “bu ünvanda yaşamır” əsası ilə geri qayıtmışdır. xx.xx.2019-cu il tarixdə cavabdeh tərəfindən məhkəməyə qətnamənin təqdim edilməsinə dair ərizə daxil olmuş və xx xxxxxxx 2019-cu ildə məhkəmə qətnaməsi cavabdehə göndərilmişdir. Həmin məktuba əlavə edilmiş məhkəmə xəbərnaməsindən görünür ki, cavabdeh tərəfindən məhkəmə qətnaməsinin rəsmi şəkildə xx xxxxxx 2019-cu ildə əldə edilmişdir. Kollegiya qeyd edir ki, məhkəmə qətnaməsi rəsmi şəkildə cavabdehə xx xxxxxx 2019-cu ildə çatdığından cavabdehin qətnamədən şikayət vermək hüququ həmin andan başlanılmalıdır. Həmçinin iş materiallarında olan xx.xx.2019-cu ildə daxil olmuş apellyasiya şikayətindən də göründüyü kimi cavabdeh tərəfindən qətnamə müddət ötürülməməklə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 400, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-1042/2018 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar