Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-188/2024 11.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadə və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5928/2022 saylı 23 dekabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası haqqında Bakı Kommersiya Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, e-2-2(113)- 5928/2022 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-937/2016 saylı icra sənədi üzrə Cavabdeh yerinə ödənilmiş 602.000 (altı yüz iki min) manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5928/2022 saylı 23 dekabr 2022-ci il tarixli qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-937/2016 saylı icra sənədi üzrə Cavabdeh yerinə ödənilmiş 602.000 (altı yüz iki min) manat pulun Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci iltarixli, e-2-2(113)-5928/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5928/2022 nömrəli qərardadı ilə cavabdeh tərəfindən verilən apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə geri qaytarılmışdır. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5928/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda cavabdeh apellyasiya şikayətinə buraxılmış müddətin üzürlü hesab edilməsi barədə ərizə vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2- 2(113)-5928/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsi və apellyasiya şikayətinə mahiyyəti üzrə baxılması üçün apellyasiya şikayətinin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5928/2022 nömrəli qərardadı ilə ərizənin təmin edilməməsi, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-5928/2022 saylı 23 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən şikayət verilməsi ilə əlaqədar müddətin buraxılmamış hesab edilməsi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5928/2022 saylı 23 dekabr 2022-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı həmin qərardadla razılaşmayaraq şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5928/2022saylı qərardadını ləğv edərək, cavabdeh tərəfindən şikayət verilməsi ilə əlaqədar müddətin buraxılmış hesab edilməsi və apellyasiya şikayətinin geri qaytarılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-5928/2022 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 5928/2023 saylı qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət 7 gün müddətində işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-787/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayətin təmin edilməsi, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5928/2022 saylı xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi, Cavabdeh tərəfindən verilmiş buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin rədd edilməsi, apellyasiya şikayətinin geri qaytarılması üçün iş materiallarının birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3265/2023 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5928/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5928/2022 nömrəli qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3265/2023 nömrəli qərardadı ilə Cavabdeh Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e- 2-2(113)-5928/2022 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair ərizəsinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5928/2022 saylı, xx.xx.2023-cü tarixli qərardadının ləğv edilməsi, ərizənin təmin edilərək buraxılmış müddətin üzrlü hesab edilməsi və verilmiş apellyasiya şikayətinin baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5928/2022 saylı qərardadı ilə Bakı Kommersiya Məhkməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5928/2022 nömrəli qərardadından Cavabdeh tərəfindən verilən şikayət təmin edilmiş, Bakı Kommersiya Məhkməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5928/2022 nömrəli qərardadı ləğv edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-3265/2023 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 5928/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilən buraxılmış müddətin bərpasına dair ərizənin rədd edilməsi qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-5928/2022 nömrəli qərardadının ləğv edilməsini, Cavabdeh apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpası barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, üzürlü səbəblər kimi daha öncəki ərizədə də göstərdiyimiz kimi cavabdeh qətnaməni almaq qərarına gəlmiş, lakin həmin ərəfələrdə onun və yoldaşının səhhətində problemləri çox olmuşdur. Nəticədə həyat yoldaşı vəfat etmiş, bu da ona ciddi şəkildə sarsıntı vermiş və yetkinlik yaşına çatmayan övladlarına özü tək tənha baxmalı olmuşdur. Baş verən bütün sıxıntılardan dolayı atasının əsəb və stress səbəbilə insult keçirməsi, özünün bir çox xəstəliklərə tutulması və müxtəlif növ xəstəliklərə görə müalicələr almağı, ürək-damar, mədə-bağırsaq problemələri səbəbilə həkim nəzarətində qalaraq müalicələr almağı ona həm mənəvi həm maddi həm də pxisoloji çətinliklər yaratmış və yaranmış problemlərdən dolayı öz plan və qrafikinə uyğun olaraq işlərini həll edə bilməyərək axsamalarla üzləşmişdir. Uşaqlıq dostu, və qohumu olan xalası oğlunun 2023-cü ilin aprel ayında şəhid olması da onun çətin olan mənəvi vəziyyətini daha da çətinləşdirmişdir ki, nəticədə o depressiyaya düşmüşdür. Bütün bu səbəblərə görə də qətnamənin alınması üçün müraciət edə bilməmişdir. Daha sonra o özünü toparlamış və məhkəməyə müraciət edərək qətnamənin ona verilməsini xahiş etmişdir. Araşdırma aparılması üçün müəyyən qədər vaxt tələb edilmiş və nəhayət 24 may 2023-cü il tarixində o məhkəməyə getdikdə ona bildirilmişdir ki, qətnamə ona elektron kabinet vasitəsilə təqdim edilmişdir. Cavabdeh elektron kabinetə daxil olmadığını, istifadə edə bilməyi üçün kod və parolu unutduğunu və qətnaməni almadığını bildirdikdə ona həmin faktları izahat kimi yazdıraraq qətnaməni fiziki olaraq ona təqdim etmişlər. Həmçinin tövsiyyə edilmişdir ki, xx.xx.2023-cü il tarixində qətnamənin alınmasına və irəlidə apellyasiya şikayətinin verilməsi üçün 1 aylıq prosessual müddət olmasına baxmayaraq apellyasiya şikayəti verildiyi zaman təcrübəyə əsasən formal olaraq da olsa müddətin bərpasına dair ərizə verilməlidir. Bu səbəblə cavabdeh şablon şəkildə müddətin bərpa edilməsinə dair ərizə verərək həmin ərizəni kifayət qədər əsaslandırmamışdır. Apellyasiya instansiya məhkəməsi isə müddətin bərpa edilməsi üçün ciddi əsaslar görmədiyinə görə müddətin bərpa edilməsindən imtina etmişdir. Bu səbəblərə görə də buraxılmış müddətin üzürlü hesab edilməsinə dair yeni və daha ətraflı əsaslandırılmış ərizə ilə məhkəməyə müraciət etmək qərarına gəlinmişdir. Lakin məhkəmə tərəfindən mübahisələndirilən qərardadla Cavabdeh tərəfindən verilən fərqli məzmunlu geniş əsaslandırılmış ərizədəki hallara əhəmiyyət verilməyərək yenidən müddətin bərpa edilməsindən rədd edilməyə dair qərardad qəbul edilmişdir. Hakim tərəfindən bütün bu hallar araşdırılmamış və əsassız olaraq mövcud qərardad qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 01 dekabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalı, hazırkı iş üzrə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin ötürülməsi səbəbləri üzrlü hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə buraxılmış müddəti yalnız buraxılmanın səbəblərini üzrlü hesab etdikdə bərpa edə bilər. Ona görə də buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Üzrlü səbəblər dedikdə müvafiq prosessual hərəkətin vaxtında edilməsini qeyri-mümkün edən və ya bunu çətinləşdirən səbəblər başa düşülməlidir. Məhkəmə hər hansı halı üzrlü səbəb hesab edərkən onun həmin şəxsə nə dərəcədə mane olduğunu, habelə həmin halın hansı müddətdə mövcud olmasını, edilməli olan prosessual hərəkətin mahiyyətini və onun edilməsi üçün nəzərdə tutulmuş ümumi müddəti və digər zəruri amilləri nəzərə almalıdır. xx.xx.2023-cü il tarixli Respublika Diaqnostika Mərkəzinin arayışından və Kardioloq rəyindən görünür ki, 1975-ci il təvəllüdlü Cavabdeh Pasient “X1 kardiomiopatiya”, “Sol mədəcik çatmazlığı”, “Xroniki səyirici aritmiya” diaqnozları ilə 2022-ci ilin dekabr ayından etibarən kardioloq nəzarəti altında müalicə alır. Eyni zamanda, cavabdeh ərizənin dəlilləri kimi bildirmişdir ki, məhkəməyə müraciət edib qətnaməni almaq qərarına gəlmiş, lakin həmin ərəfələrdə onun və yoldaşının səhhətində problemləri çox olmuşdur. Nəticədə həyat yoldaşı vəfat etmiş bu da ona ciddi şəkildə sarsıntı vermiş və yetkinlik yaşına çatmayan övladlarına özü təktənha baxmalı olmuşdur. Baş verən bütün sıxıntılardan dolayı atasının əsəb və stress səbəbilə insult keçirməsi, özünün bir çox xəstəliklərə düçar olmağı və müxtəlif növ xəstəliklərə görə müalicələr almağı, ürək-damar, mədə-bağırsaq problemələri səbəbilə həkim nəzarətində qalaraq müalicələr almağı ona həm mənəvi həm maddi həm də pxisoloji çətinliklər yaratmış və yaranmış problemlərdən dolayı öz plan və qrafikinə uyğun olaraq işlərini həll edə bilməyərək axsamalarla üzləşmişdir. Uşaqlıq dostu, yaxın qohumu xalası oğlunun 2023-cü ilin aprel ayında şəhid olması da onun çətin olan mənəvi vəziyyətini daha da çətinləşdirmişdir ki, nəticədə o depressiyaya düşmüşdür. İşin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, apellyasiya şikayətinin verilməsi müddətinin buraxılması üzrlü səbəblərdən baş vermişdir. Bu baxımdan kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə təmin edilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli, e-2-2(113)-5928/2022 saylı qərardadı ləğv edilsin. Ərizə təmin edilsin və Cavabdeh tərəfindən Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-5928/2022 saylı 23 dekabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılması üzrlü hesab edilərək bərpa edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər Aytən Oruczadə Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2-2(103)-188/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-188/2024
11.01.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver